Cahangir NOMOZOV – HƏR GÜNÜNÜZÜ SON GÜN KİMİ YAŞAYIN!

HƏR GÜNÜNÜZÜ SON GÜN KİMİ YAŞAYIN!

Hayatımıza yön verən bu qiymətli vaxt…
Siz də hər gününüzü düşündükdə, “Vaxtım hara gedir? Həyatım necə keçir?” sualları ağlınıza gəlirmi? Telefonlarımız, ekranlar arxasında gizlənən “aldadıcı” işıqlar və sosial şəbəkələrin dibsiz çuxurları ən qiymətli sərvətimiz olan vaxtımızı bizdən alır.
Qızıldan qiymətli hər saniyə, su kimi axıb, bizdən uzaqlaşır.
Sosial şəbəkələrdə biz hansı imkanlardan imtina edirik?
Bir söz, bir şərh və ya bir “like” ilə neçə saatımızı itiririk? Gözübüzün ekranın işığında itən nurunu hiss edirikmi?
Hələ də cazibəsini itirməmiş ümidlərimiz, həyata keçməmiş planlarımız necə ekranda xəyal olaraq canlanır?
Həyat hər gün bizə yeni imkanlar təqdim edir. Yaxınlarımızla keçirilən bir an, zəhmətlə əldə edilən bir zirvə, ürəkdən çıxan bir səmimi söz — bunların hər biri əvəzolunmazdır. Amma telefonlar içindəki qəddar vaxt torları bizə bu nemətlərin qiymətini hiss etməyə imkan vermir.
Hər bir nəfəs — möcüzədir, amma biz bunu virtual dünyada israf edirik.
Telefon arxasında olan dünya sizə parlaq görünə bilər. Sosial şəbəkələrdəki cəsur simalar, mükəmməl həyatları əks etdirən şəkillər, özlərini ideal göstərməyə çalışan imiclər — bunlar hamısı sizin gerçək sevincinizi alıb aparır.
Bəlkə də ən təsirli olanı: “Mən də belə olmalıyam” fikrinizdir.
Amma düşünün, bunlara dəyişdiyiniz vaxt sizin həyatınızın ən gözəl dövrü deyilmi?
Hər birimizin həyatı nə qədər uzun, ya da qısa olduğunu bilmirik. Amma bir şey aydındır: bu həyat bizə verilmiş ən böyük fürsətdir. Belə isə, onu dəyərsiz şeylərə sərf etməyə, ürək və ruh sərvətlərini yenidən itirməyə razı ola bilərikmi?
Ey dostlar!
Həyatınızın qiymətinə dəyər verin.
Vaxtınızı faydalı işlərə sərf edin.
Ürəyinizi və göz nurunuzu qoruyun, çünki onlar insanın həqiqi sərvətidir.
Gerçək həyat virtual dünyada deyil, siz ailənizlə keçirdiyiniz zamanlarda, sadiq dostluqlarda və reallaşdırdığınız yaxşı işlərdədir.
Telefon ekranlarını bir müddət kənara qoyun və gerçək həyatda gözəl mənzərələri görmək üçün gözlərinizi açın. Beləliklə, vaxtınız su kimi axıb getməyəcək, bir möcüzə tapmaq fürsətinə çevriləcəkdir.

Həyat bir dəfə gəlir insana,
Külək kimi keçir insana.
Kim ki, vaxtın dəyərini bilsə,
O, mükafatını tapar insana.

Həyat bizə verilən ən qiymətli sərvətdir.
O yalnız bir dəfə verilir və hər nəfəsi özünəməxsus möcüzədir, hər günü isə yeni imkanların qapısıdır.
Təəssüf ki, çoxu bu nemətin qiymətini gec anlayır və ya heç anlamır.
Sosial şəbəkələrdə su kimi axan vaxtımız, oxunmamış kitablar, həyata keçməmiş ümidlər, sözlərdə qalan həsrətlər…
Bunlar hər biri insanın itirilmiş sərvətidir.
Şairin dediyi kimi: “Həyat əslində bir gündür, o gün bu gündür.”
Demək, bizə verilən hər gün biricikdir, o geri qayıtmayacaq.
Hər birimiz gündəlik həyatımızda bir dəqiqə dayanıb belə bir sual verməliyik:
– Vaxtımı necə keçirirəm? Həyatımın hər günündə necə izlər buraxıram?
Həyat yalnız sosial şəbəkələrdəki yalan obrazlar deyil. O, əlinizdə tutduğunuz gözəl gündəlikdə yazılmış ümidləriniz, yaxınlarınızla keçirdiyiniz şirin anlar, ruhsal inkişafınıza xidmət edən əməllərinizdir.
Həyatımızın hər günü bizim istiqamətimizi müəyyən edən bir addımdır.
Hər birimiz vaxtın dəyərini bilməli və arzularımızın həyata keçməsi üçün çalışmalıyıq.
Çünki bu günün zəhməti sabahın xoşbəxtliyinin təməlini qoyacaq.
Beləliklə, əzizlər!
Həyatın möcüzəvi anlarını dəyərləndirək.
Vaxtımızı ağılla sərf edək, arzularımıza çatmaq üçün faydalı hərəkət edək. Bu günü gözəl yaşayaq və hər günümüzdə yaxşı bir iz qoyaq.
Çünki həyat bizə verilən ən qiymətli hədiyyədir.

Müəllif:  Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

CAHANGİR NAMAZOVUN YAZILARI

Güli Nigor (Gülchehra Juraeva)nın yazıları


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Şair Mübariz Ağaxan oğlu Süleymanlı yaradıcılığından

VƏTƏNİM
Təbrizim – candaşım, Bakım – yaddaşım,
Naxçıvan,İrəvan – canım,qardaşım.
Qubamla Qəbələm yazılı daşım,
Vurğunam yaşına, Azərbaycanım!

Hünər kitabımdı Muğanım-Milim,
Qarabağ – od tutub alışan dilim.
Dərbənd xəzinəmdi,Lənkəran ləlim,
Qurbanam daşına, Azərbaycanım!

Şamaxı – dağlara sərilmiş xalı,
Gəncənin, Bərdənin eşqdi amalı.
Şeirdi, nəğmədi Qazax mahalı,
Dolanım başına, Azərbaycanım!

Zərli Zaqatala, səfalı Tovuz,
Qorqud yadigarı ecazkar Oğuz…
Yer çıraq-çıraqdı, göy ulduz-ulduz,
Gəlməzmi xoşuna, Azərbaycanım!

Ulu Savalanın başı qarlıdı,
Kəpəzim, Murovum çox vüqarlıdı.
Şuşamın dağları düz ilqarlıdı,
Dözməz göz yaşına, Azərbaycanım!

Qəzvin,Gilan,Mərənd, Miyanə,Zəncan, Ərdəbil,Urmiyə,Şəbustər bir can, Sarab,Sulduz,Heris el Azərbaycan, Bəzəkdir qaşına Azərbaycanım!

Yardımlı, Astara, Lerik dağlarım –
Həzin nəğmə deyən lirik dağlarım.
Dərdimə, sərimə şərik dağlarım,
Könlümə aşina, Azərbaycanım!

Ağbaba, Zəngəzur, Göyçə yaylağı,
Ağdərə, Əsgəran – ərlər oylağı,
Qubadlı, Cəbrayıl, Laçın torpağı,
Yaz qatıb qışına, Azərbaycanım!

Ordubadla Babək, Şahbuzla Şərur
Basılmaz qaladır, vüqarla durur.
Səpilib comərdlik, çilənib qürur
O baş-bu başına, Azərbaycanım!

Əlincə, Cavanşir,Ərk, Bəzz qalası,
Qobustan qayası yadda qalası.
Azıx mağarası qədimlik xası,
Söz deməz boşuna, Azərbaycanım!

Şəkinin,Şirvanın şirin nəvası,
Şınıxın, Qusarın məlhəm havası,
Göygöllə Batabat nağıl dünyası,
Çəkir ağuşuna, Azərbaycanım!

Gəzib dolanmışam burda hər yanı,
Ağdamı, Ağdaşı, Ağsunu tanı!
Zərdab, Saatlını həm də Salyanı,
Səməndər quşunam, Azərbaycanım!

Balakən, Beyləqan böyük məbədim,
Gədəbəy, Goranboy, Yevlax da qədim.
Borçalım-qoçağım, ilkim, əbədim,
Demə ki, naşınam, Azərbaycanım!

Bir topa günəşdi Göyçayın narı,
Qaxın suyu olub könül baharı.
Kəlbəcər, Tərtərin bitər qubarı,
Durram savaşına, Azərbaycanım!

Gözəldi Masallı, Cəlilabad da,
Şəmkir də, Şabran da, Sabirabad da.
Xızı da, Xaçmaz da hər bir saatda
Sondu təlaşına, Azərbaycanım!

Xankəndi, Xocalı qəlbimi dağlar,
Zəngilan, Füzuli durmadan ağlar.
Mübariz özünü eldən soraqlar,
Baş əy yurd daşına, Azərbaycanım!

TƏBRİZİM

Xallı ceyran otlayanda düzündə,
Kədər gördüm Təbrizimin üzündə.
Ayrılığın həsrəti var gözündə,
Ürəkləri dağlayandı Təbrizim.

Eynəlidağ boylananda Səhəndə,
Bəzz qalası itər dumanda – çəndə,
Topxanadağ taleyindən küsəndə,
Hönkür-hönkür ağlayandı Təbrizim

Bir tarixdi hər qayası,hər daşı,
Tanrım bilir nələr çəkibdir başı,
Savalanım Babadağın qardaşı,
Bulaqların çağlayandır Təbrizim.

Yazılıb şəninə minlərlə dastan,
Ana yurdum başdan-başa gülüstan,
Makı qədim tarix,Miyanə ostan,
Şəbustər,Xoy,Kəndivandır Təbrizim.

Dərələri bürünəndə dumana,
Gur çayları səsin salar hər yana,
Düzlərində lalə bitən Muğana,
Ümidini bağlayandır Təbrizim.

Çaldıran,Urmiyə,Ərdəbil candır,
Əhər ,Qəzvin,Heris,Sarab,Zəncandır,
Mənim ana yurdum Azərbaycandır,
Bərabərin olmayandır Təbrizim.

Dolanmışam Qaradağ mahalını,
Çox dadmışam Küləşlinin balını,
Xəlillinin soruşdum əhvalını,
Çiçəklərin solmayandır Təbrizim.

Gələn qonaq Kəlheybəri soraqlar,
Behruzumda dişçatladan bulaqlar,
Məzgər,Balan,Aynalıda var bağlar,
Dəmirçi kənd mərd dayandı Təbrizim.

Dildən düşməz Şəhriyarla,Şirazi,
Könül oxşar Marağanın hər yazı,
Yada salsan qəmli axan Arazı,
Mübarizi tez duyandı Təbrizim.

ÖZÜMƏ
Sən gələndə sevinmişdi çox adam,
Gedəndə kim ağlayacaq bəs səni?
Axirətə üz tutanda, arxadan
Çağıracaq hansı doğma səs səni?

Elə et ki, sevənlərin çox olsun,
Yaxşılıq səp tarlasına ömrünün!
Nəfsini boğ, gözün-könlün tox olsun,
Savab qazan cəfasına ömrünün!

Süleymana qalmayan bu dünyanı
Süleymanlı tərk edəcək – bu, haqdır.
Buna görə anlayanı, duyanı
Saymamağın özü də bir günahdır.

NAMƏ
Sənə yazdığım namə,
Ürəyimin səsidir,
Dodağına qonacaq
Bir sevgi nəğməsidir.
Tez duyarsan misramdan,
Qəlbimdən gələn sözü.
Dərdinə dözməyirəm,
Ay mənim canım,gözüm.
Ürəyimə basmışam,
Sevgi sözün çiçək tək.
Mən ruhumla qalmışam,
Bu dünyada təkbətək.
Gözləyərəm cavabın,
Yazdığım hər sözlərin.
Dikiləcək yollara,
Həsrət çəkən gözlərim.
Darıxacaq ürəyim,
Sənsiz qaldığım gecə.
İnan kı,tənhalıqdan,
Halım olacaq necə?
Bükəcək yetim kimi,
Boynunu xəyallarım.
Gecələr üşüyəcək,
Darıxacaq qollarım.
Dan yeri söküləndə,
Qəlbim çiçək açacaq
Ümidlərim körpətək
Sevincindən uçacaq.

İNSAN

Yaradanın şah əsəri,
Adı dillərin əzbəri,
Yer üzünün baş dəyəri,
Adəmin övladı insan.

Yüz yol sınağa çəkilir,
Gözləri ömrə dikirlir,
Ömrü mənaya bükülür,
Adəmin övladı insan.

Bu dünyada gözü qalır,
Deyiləsi sözü qalır,
Yaxşılıqda izi qalır,
Adəmin övladı insan.

SÖZ OLSUN GƏRƏK

Başında papağın, altında atın,
Məqsədin, niyyətin düz olsun gərək.
Könlünü ram etsin ağıllı qadın
Sevincin, xoş günün yüz olsun gərək

Yediyin çörəyi etməsin zəhər,
Üzünə açılsın hər gün xoş səhər,
Canında qüvvətin,dizində təpər,
Kişitək hər sözün söz olsun gərək

Tanısın yerini, bilsin həddini
Qoymasın bükülə ər tək qəddini,
Aşmasın heç zaman sözün səddini
Küsüb barışmağa üz olsun gərək.

Gərəkdir nazını sən də çəkəsən,
Qayğıya, diqqətə, eşqə bükəsən.
İzi düşən yerə güllər əkəsən,
Atdığın hər addım öz olsun gərək.

İSTƏDİM

Pisə yaxşı demədim
Balıma şan istədim.
Heç vaxt haram yemədim
Tanrıdan can istədim

Nadanla barışmadım
Şər işə qarışmadım
Həddimi heç aşmadım
Ömrü rəvan istədim

Bir az gizli həsrəti
Bir az da səadəti
Tanrıya məhəbbəti
Eşqi pünhan istədim.

Düşdüm çox qaça-qaça,
Dərdimi alapaça,
Nifrəti paramparça,
Eşqi tamam istədim.

BİR AZ DA DOST CANLIYAM

Bir az əskim tüstülü
Bir az dəliqanlıyam.
Bir az sözüm ütülü
Bir az istiqanlıyam

Binadan gözü toxam,
Haqsız bir sözə yoxam,
Suçum yox ondan qorxam,
Sözü düz ünvanlıyam.

Bir az özündən küsən,
Kədərə,qəmə dözən,
Nahaqdan kənar gəzən,
İnsanam,imanlıyam

Şairəm öz dəmim var,
Əlimdə qələmim var,
Bir az söz aləmim var,
Bir az da dost canlıyam.

Kəsər vardır sözümdə,
Təpər vardır dizimdə,
Öz yolumda-rizimdə,
Əsl Azərbaycanlıyam.

DEYIR

Bəzən dilin demədiyin,
Əzəl andan gözlər deyir.
Tənha qalan çağlarında,
Qəlbə qonan sözlər deyir.

Razı qalmır bəzən çoxu,
Ömür yolun sayır heçə…
Sevən adam bilməz qorxu,
Gözdə yummaz, nakam köçə.

Könül verən canın verir,
Dadır eşqin şirin dadın.
Ömrün gözəl anın verir,
Ülvi tutar eşqin adın !

Susma, söylə gözlərinlə,
Açım sənə ürəyimi..!
Mənə söylə sözlərində,
Sonra bölüm çörəyimi !

Titrək səsin,əsən əlin,
Susan gözün deyir bəsdi.
Sevgi sözü baltək şirin ,
Ülvi addır,ülvi səsdir !

BU TALEYİ YAŞA BAŞDAN

Biz Tanrıya şükür etdik,
Nə kədərdən qaça bildik.
Bu dünyanı sevib, getdik,
Nə günəştək saça bildik.

İl aylara sığal çəkdi,
Aylar ili saldı yola…
Bil yaradan özü təkdi,
O, yaradan ola-ola.

Gileylənib , küsmə baxtdan,
Qəm kədəri qəlbdən boşa…
Gözləmə gəl, imdad vaxtdan,
Bu taleylə barış yaşa.

Saç ağardıb yuxu yozdum,
Səbr etdikcə gözüm güldü.
Qismətimdir, deyib dözdüm,
Kəm ömrümü hamı bildi !

Vaxt ötdükcə içim yandı,
Ta yoruldum qarlı qışdan.
Ay Mübariz ,ömür candı,
Bu taleyi yaşa başdan.

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publisist

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ DEKABR – 2024 № 12 (48)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ DEKABR – 2024 № 12 (48)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB-PDF: yazarlar-48

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏMİN TAR İLƏ MAYESTRO NİYAZİYƏ DÖVLƏT İMTAHANI VERDİM

Adil İrşadoğlu

HƏMİN TAR İLƏ MAYESTRO NİYAZİYƏ DÖVLƏT İMTAHANI VERDİM

Əməkdar İncəsənət Xadimi, görkəmli rejissor Nazim Nadiroğlunun (Zeynalov) şəxsi videoarxivindəki materialları izləyərkən uşaqlıq dostum, əzizim, muğamlarımızın, təsniflərimizin, xalq  və bəstəkar mahnılarımızın mahir ifaçısı Sədi Allahverdi oğlu Məmmədovun ifalarına rast gəldim. Rəhmətlik Sədinin çıxışı gözlərim önündə canlananda həyacanlandım, onunla belə görüşümüz məni çox təsirləndirdi. Bu qiymətli arxiv materialını hörmətli Nazim müəllimdən mənə bağışlamasını xahiş etdim. O da bağışladı. İndi həmin videomaterial əziz xatirə kimi mənim You Tube kanalımda ( https://www.youtube.com/channel/UCvDB81jE1aiHAINCfPEGHHw ) yayımlanır.

Sədi Məmmədov həm də mənim tələbə yoldaşım olmuşdu. Biz 7 illik musiqi məktəbini bitirəndən sonra Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşduq (1968-1972 ).

Tanınmış xanəndə 

Sədi Allahverdi oğlu Məmmədov.

 Mən həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. Müəllimim çox səmimi, qayğıkeş insan, təcrübəli pedaqoq rəhmətlik Məşədi Nəriman Mehralıyev idi. O, mənə müraciət edəndə, “qohum” – deyərdi. Sonradan öyrəndim ki, Məşədi Nərimanla qan qohumluğumuz var. Hər ikimiz Cavanşirlər sülaləsinə mənsub olan, Qarabağ xanlığının qurucusu, ilk xanı və sərkərdəsi Pənahəli xan Cavanşirin nəslindənik.

Tarzən Məşədi Nəriman Mehralıyev.

Azərbaycan tarzənləri arasında virtuoz sənətkar kimi tanınmış Məşədi Nərimanın atası Bahadır Mehralı oğlu Qarabağ xanəndələri sırasında özünəlayiq yer tutmuş bir sənətkar olub. Nərimanın babası Məşədi Mehralı onu yeddi-səkkiz yaşlarında olarkən özüylə İmam Rza ziyarətinə aparıb. Çuxur məhəlləli Nəriman Şuşanın ən kiçik zəvvarlarından biri olub. Uşağın bu yaşda belə bir müqəddəs məkanı ziyarət etməsi müsəlman hümməti arasında xoşbəxtlik sayılır. 

Çuxur məhəlləli Məşədi Mehralını qalalılar təkcə dabbaq kimi yox, həm də musiqi həvəskarı kimi tanıyıblar. Daha doğrusu, o, yaxşı qarmon çalırmış. Musiqi demək olar ki, bu sadə peşə adamının bütün ailə üzvlərinə sirayət etmiş, özünün də, övladlarının da qanına-canına hopmuşdur. Onun evindən daim muğam, mahnı səsləri eşidilmişdir. Bu nəsil Pənahəli xan Cavanşirin ortancıl oğlu Mehralı bəyin törəmələridir.

Məşədi Bahadır Mehralı oğlu və sənət dostları. 

Məşədi Nərimanın atası Məşədi Bahadır Mehralı oğlu isə Qarabağın klassik xanəndələrindən biri olub. Respublikanın bir çox məşhur sənətçiləri – Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Aydın Məmmədov, Barat Fərhadov, Niqay Bayramov, Hafiz Sədrzadə və başqaları ondan bəhrələniblər.

Xalq artisti Ramiz Quliyev, kamançaçı Elman Bədəlov, Abbas Yusifov, Rafiq Nəcəfov, İlham Babayev, Aydın Mehralıyev, gitaraçı Rəmiş, Yaşar və Təyyar Xəlilov qardaşları, Zahid Vəliyev, Möhübbət Abbasov, Yusif Vəliyev, Rəsul İsmayılov və onlarca musiqi xadimi ifaçılıq sənətini Məşədi Nərimandan öyrəniblər.

Azərbaycanın görkəmli tarzənləri Hacı Məmmədov, Əhsən Dadaşov və digər incəsənət xadimləri Ağdamda, mənim sevimli və unudulmaz müəllimim Məşədi Nərimanın evində qonaq olublar. 

Məşədi Nəriman Bahadır oğlu.

Məşədi Nərimanın yaradıcılığı çoxcəhətli olub. O, həm solo muğam ifaçısı, həm muğam üçlüyünün tərkibində məharətli müşayiətçi, həm də muğam müəllimi kimi tanınırdı. Məşədi Nərimanın ifasında “Xaric Segah”, onun mayəsində vurduğu barmaqlar xüsusilə diqqətəlayiq idi. “Orta Mahur” muğamını da çox gözəl, özünəməxsus bir tərzdə ifa etmişdir. Azərbaycan radiosunun fondunda Məşədi Nərimanın ifasında “Xaric Segah” və “Mahur Hindi” muğamlarının lent yazıları saxlanılmaqdadır. Onun sənətində diqqəti cəlb edən cəhətlərdən biri də xalq musiqisini və muğamlarımızı yad təsirlərdən qorumağa çalışması, milli qaynaqlara arxalanması idi.

Haşiyə – əsas mövzuya uyğun əhvalat danışmaq, sözün birini qoyub o birinə getmək deməkdir. 1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşdüyündən Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapıb. Belə bir tarixi şəraitdə, 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyub. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib və özünü xan elan edib. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının Vətənə qayıtmasına şərait yaradıb. Pənahəli xan qarşılamaq üçün Azərbaycan və İraq sərhəddinədək gedərək onlara kömək göstərib. Pənahəli xan həmçinin Yevlax ərazisinə və Beyləqanın Kəbirli kəndinə gedərək yerə mıx – ucuşiş ağac parçası çalıb və deyib ki, Qarabağ buradan başlayır və Naxçıvan sərhəddinədək davam edir.

Yeri gəlmişkən deyim ki, hər ilin yay fəslində atamdan və anamdan xahiş edirdim ki, dağların qoynuna, Şuşaya, Turşsuya, Laçına və Kəlbəcərə gedək. Bütün yayı dədə-baba oylağında, Qırxqızda, Meydanda istirahət edək. Onu da deyim ki, Sovet hökumətindən xeyli əvvəl Meydanda Hurizat nənəmin atası, ulu babam Allahverdioğlu Mehdi bəyin böyük torpaq ərazisi olub. Vaxtilə o, şəxsi sərvəti olan milli Qarabağ at ilxılarını yayda həmin ərazidə bəslətdirərmiş. Sovet dövründə isə bütün qohum-əqraba yayda gəlib ulu babamıza məxsus həmin yerdə çadır qurardı və necə lazımdırsa eləcə istirahət edərdi. Sonra…

Şuşa ilə bizim nəslimizi, ailəmizi müxtəlif tellər bağlayır. Birincisi, soy-kökümüz Pənahəli xan Cavanşirin nəslindəndir. İkincisi, İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış, Qarabağ elinə, xalqına şərəflə xidmət etmiş Axund Molla Əli adlı məşhur din xadiminin törəməsi Süleyman Sani Axundovun ləyaqətli davamçılarıyıq. Ata nənəm Hurizat xanımın anası Əziz xanım Abbas qızı Axundova Süleyman Sani Axundovun əmisi qızıdır. Əziz xanımın ulu babam Allahverdioğlu Mehdi bəylə izdivacından 7 (yeddi) övladı olmuşdur. 1) Zülfüqar, 2) Əvəz, 3) Ağalar, 4) Həşim, 5) Hurizat, 6) Gilə, 7) Xanım (bunu yeni öyrənmişəm).

Mehdi qızı Hurizat Əliyeva.

Ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edən şair, filologiya elmləri doktoru, professor rəhmətlik Famil Ağalar oğlu Mehdi ulu babam Allaverdioğlu Mehdi bəyin adını özünə təxəllüs götürmüşdür. Onun səsi mötəbər auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi.

Famil Mehdi və batalyon 

komandiri Yaqub Rzayev (Ala Yaqub).

Ata babalarım Məhəmmədəli bəy, Kərbəlayi Mikayıl bəy və onun oğlu Məhəmməd bəy də Pənahəli xan Cavanşirin nəslindəndir. Məhəmməd babam təxminən 50 yaşında rəhmətə gedib. Mən onu görməmişəm. Ancaq bilirəm ki, Babam Məhəmməd bəy çox savadlı, yaraşıqlı, görünüşünə diqqətlə yanaşan bir ziyalı və sonda tacir olub. 5 xarici dildə sərbəst danışırmış. Almaniyadan Qarabağa “Zinger” markalı tikiş maşınları gətirtdirib əhaliyə kreditlə satdırırmış. Onun ağdamlı bir şəriki də olub, Musa kişi. El arasında onlara tikiş maşınının adı ilə “Zinger Məhəmməd” və “Zinger Musa” deyirmişlər. Təəssüf ki, ata babamın nəsli haqqında dərin məlumatım yoxdur. Ancaq araşdırmalarım davam edir.

Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin – Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 

Gilə nənəmin əri Əliş bəyin ocağında.

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir. 

Mətləbdən çox uzaqlaşdım, deyəsən. Məşədi Nəriman Mehbalıyev kimi görkəmli bir tarzənin sinfində təhsil alaraq yavaş-yavaş musiqi dünyasının dərinliklərinə baş vurdum. Bir gün dərsdə  Məşədi Nərimandan xahiş etdim ki, evə verdiyi tapşırığı onun tarında ifa etməyimə icazə versin. Müəllimim razılaşdı. Məşədi Nərimanın tarını köksümə sıxanda sanki mənə əlavə güc gəldi. Tarın məsuliyyətindən və həyacandan musiqi parçasını nə vaxt başa vurduğumdan xəbərim olmadı. Ancaq özüm də hiss elədim ki, tapşırığı evdə hazırladığımdan da yaxşı çaldım. Məşədi Nəriman ayağa qalxaraq əlini çiynimə qoydu və dedi:

– Sağ ol, oğlum, çox yaxşı ifa etdin. Götür bu tarı, sənə bağışlayıram.

Mən isə tərəddüd etdim. Dedim ki, müəllim, axı bu çox qiymətli hədiyyədir. Lakin Nəriman müəllim israrla tarı götürməyimi tələb etdi. Mən öz tarımı və müəllimimin mənə bağışladığı tarı götürüb  evimizə gəldim. Atam və anam əvvəlcə danışdıqlarıma şübhə ilə yanaşdılar. Səhəri gün atam tarı götürüb mənimlə “Uçiliş”ə getdi. Tarı Nəriman müəllimə qaytarmaq istədi, Məşədi Nəriman götürmədi. Onda atam pul təklif etdi. Məşədi Nəriman incik tərzdə dedi:

– İrşad müəllim, mən sizin xətrinizi dünyalar qədər istəyirəm, inciməyin, mən bu tarı milyona da satmaram. Ancaq Adilə bağışlayıram, çünki o, istedadlı uşaqdır. 

– Bununla da söhbət bitdi.

Məşhur Xosrov Fərəcov.

 1972-ci ilin yazında Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbini bitirmək üçün dövlət imtahanı verməli idik. Məktəbimizin direktoru rəhmətlik Xosrov Fərəcov axırıncı kurs tələbələrini yığıb iclas keçirdi və bizə bildirdi ki, dövlət imtahanını qəbul etmək üçün Bakıdan qonaqlar gələcək. Sizin borcunuz dövlət imtahanına diqqət və məsuliyyətlə yanaşmaq, əla qiymətlər almaqdır. Sonra Xosrov müəllim qızlara tapşırdı ki, həyətinizdən qonaqlara təqdim etmək üçün qızıl güllər yığıb gətirərsiniz, oğlanlara isə tapşırıq verdi ki, hərəniz evinizdən bir xalça gətirin, o xalçalar darvazadan binanın içərisinədək gələn qonaqların ayaqları altına salınacaq. Direktor necə demişdi elə də etdik. Nəhayət, qonaqlar gəldi. Biz rəhmətlik Mayestro Niyazini və onunla gələn mütəxəssisləri görəndə çox sevindik. Onları alqış sədaları altında direktorun otağınadək müşayiət etdik. Hamımızın üzü təbəssümdən şəfəq saçırdı. 

Niyazi Zülfüqar bəy oğlu Tağızadə

Əvvəldə dedim axı, fərqli tələbəsi olduğumdan Məşədi Nəriman Mehralıyev öz tarını mənə bağışlamışdı. Mən həmin tar ilə rəhmətlik Niyazi Zülfüqar bəy oğlu Tağızadəyə dövlət imtahanı verdim. Sürətli bilək tələb edən “Orta Mahur” muğamını ifa edib həmin imtahandan üzü ağ çıxdım. O tarı böyük ustaddan əziz bir xatirə kimi bu gün də qoruyub saxlayıram. Allah ustadım, unudulmaz Məşədi Nəriman Mehralıyevə rəhmət eyləsin. Qəbri nurla dolsun. Qarabağdan, Ağdamdan nigaran qalan ruhu şad olsun.

Jurnalist Adil İrşadoğlu.

Məşədi Nəriman geniş dünyagörüşünə, yüksək mədəniyyətə, gözəl insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Milli musiqimizin inkişafı uğrunda yorulmadan çalışan, bu sahədə əvəzsiz xidmətləri olan ustad sənətkarın yolunu bu gün onun oğlu Aydın Mehralıyev davam etdirir. Tar ixtisasını notla tədris edən Aydın Mehralıyev muğam ifaçılığında atasının barmaqlarını yaşadır. O, uzun illər Ağdam “Şur” ansamblının fəal üzvü olmuşdur. 1982-ci ildə “Natəvan qızlar bayramı”nda, 1990-91-ci illərdə “Xarı Bülbül” beynəlxalq folklor festivalında ifaçı kimi iştirak etmişdir. 

Aydın Nəriman oğlu Mehralıyev.

1991-ci ildə atası Məşədi Nərimanın anadan olmasının 75 illiyi münasibətilə keçirilən xatirə gecəsi Mehralıyevlər ailəsinin və Ağdam ictimaiyyətinin xatirində əbədi yaşayacaqdır. Həmin gecədə Aydın Mehralıyev Qədir Rüstəmovun oxuduğu “Mirzə Hüseyn Segahı”nı məhz Məşədi Nərimanın yolu və ştrixlərilə müşayiət etməsi musiqisevərlərin yaxşı xatirindədir. 

Qədir Rüstəmov və Aydın Mehralıyev.

Yeri gəlmişkən onu da nəzərinizə çatdırım ki, Aydın müəllim unudulmaz xanəndəmiz Qədir Rüstəmovu 40 il tarı ilə müşayiət edib. Onlar Azərbaycanın şəhər, qəsəbə və kəndlərində bir-birinin ardınca maraqlı, yaddaqalan konsertlər veriblər. Müharibə vəziyyətində yaşayan Ağdamda Məşədi Nərimanın yubileyinin keçirilməsi xalqın ustad sənətkarına bəslədiyi məhəbbətin, ehtiramın bariz nümunəsi idi.

Məşədi Nərimanın 

anadan olmasının 75 illiyində. 

Bəli, milli musiqi mədəniyyətimizdə öz yeri olan qüdrətli sənətkarlar nəslinin – Mehralıyevlər sülaləsinin zəngin irsi dərindən öyrənilməyə və tədqiq olunmağa layiqdir.

© Adil İrşadoğlu (Əliyev)

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), Qazi.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib

Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib

01 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Şəki şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının təşkilatçılığı ilə Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib. Mərasimdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Festival Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi “Heç nədən hay-küy” (U.Şekspir) tamaşası ilə açılıb. Tamaşadan sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək Şəki Teatrını yubiley münasibəti ilə təbrik edib, kollektivə uğurlar arzulayıblar. Keçirilən festivalın əhəmiyyətini qeyd edən sənətkarlar tədbirin təşkil olunmasında fəal iştirak edən Şəki şəhər İcra Hakimiyyətinə təşəkkür ediblər.

Çıxışın sonunda Şəki Teatrının baş rejissoru Mirbala Səlimliyə Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr Xadimi” qızıl medalı, Şəki Teatrına isə xatirə hədiyyəsi təqdim olunub.

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah – Zavallı göyərçinlər…                        

Zavallı göyərçinlər…                           

                                                         (hekayə)

            Kəkilli, ayağı xınalı ana göyərçin dan yeri söküləndə gözlərini açıb, qanadlarını gərdi. Axşam bərk soyuq olduğundan canı azca üşümüşdü. Havalar get-gedə soyuyurdu. Belə davam edərsə, yəqin ki, yaxın günlərdə qar yağacaqdır, – deyə Kəkilli ana göyərçin qanadlarını geniş açaraq, buz kimi soyuq havanı ciyərlərinə çəkdi.

            Göyərçinlər neçə illərdi ki, şəhərin mərkəzindəki böyük binanın damında məskən salmışdılar. Bir dəstə göyərçindilər. Hamısı da bir-birinə doğma, yaxın idilər.

          Kəkilli, ayağı xınalı ana göyərçin neçə illər bundan qabaq cütləşdiyi Çil erkəyi ilə xoşbəxt yaşayırdı. Dəstədəki göyərçinlərin yarıdan çoxu onların doğma balalarıydi. Bu günə qədər yaşayışlarından narazı deyildilər. İnsanlar onları sevir, qayğı göstərir, yemləyirdilər.

            Məskən saldıqları binanın qarşısındakı kiçik meydançada hər səhər onlara yem gətirən qoca bir qarı vardı. Qoca qarı hər gün sübh tezdən gələr və onları yemləyərdi. Göyərçinlər qoca qarıya çox öyrəşmişdilər. Onu görən kimi yuvalarından “pırrr” eyləyib uçar və o xeyirxah qarının ətrafında dövrə vuraraq nazlanardılar.

            Qoca qarı da onları çox sevirdi. Əlağacına söykənərək, bükülmüş qəddini  bir azca düzəldib, bir xeyli onlara tamaşa edərdi. Sonra əlində gətirdiyi torbanın ağzını açar və içindəki  buğda dənlərini asfaltın üzərinə səpərdi.

            Ac göyərçinlər havada qanad çalaraq yerə enib, asfaltın üzərindəki dənləri acgözlülüklə dənləməyə başlardılar. Yeyib çinədanlarını doyuzdurduqdan sonra havaya qalxıb, qoca qadının başı üzərində bir neçə dəfə dövrə vuraraq, sanki öz minnətdarlıqlarını ona bildirərək yuvalarına doğru uçardılar.

            Neçə illərdi ki, beləcə davam edirdi. Hər dəfə göyərçinlər səhər tezdən qoca qarını görən kimi onun yanına uçar və qadının gətirdiyi yemi acgözlülüklə dənləyib yeyərdilər. Artıq onlar buna vərdiş etmişdilər. Qadın gözə görünməyincə, onlar da yaşadıqları binanın damından bayıra çıxmazdılar.

            Bir gün göyərçinlər yuxudan ayılıb ətrafa göz gəzdirdilər. Son payız günəşinin solğun şüaları ətrafa yayılsa da, qoca qarı hələ görünmürdü. Ara-sıra belə hallar olurdu. Qoca qarı, ya xəstələnib yorğan-döşəyə düşəndə, ya da vacib bir işi olanda qonşularından kimsə özünü çatdırıb göyərçinlərin yemini gətirib verərdi. Belə hallara çox az-az təsadüf olurdu.

            Göyərçinlər bir az da gözlədilər, amma yenə də onları yemləyən qarıdan bir xəbər-ətər yox idi. Artıq, günortadan xeyli ötmüşdü. Göyərçinlərin qarnı ac idi. Buna baxmayaraq, onlar yuvalarından bayıra çıxmağa tələsmirdilər.

            Göyərçinlərin gözü Çil ata göyərçində idi. Ondan qərar gözləyirdilər. Çünki Çil göyərçin onların hamısından yaşlı, həm də dəstənin böyüyü idi. Ata göyərçin çox narahat görünürdü.          Kəkilli, ayağı xınalı ana göyərçinin səbri tükənmək üzrəydi. Hələ indiyə kimi o belə halla rastlaşmamışdı. Odur ki, Çil ata göyərçindən soruşdu:

            – Bəlkə, sən deyəsən nə baş veribdi?!

            Çil göyərçin bir neçə dəfə boynunu sağa-sola hərləyib qanadlarını astaca çırpdı:

            – Doğrusu, mən də bu hala mətəəl qalmışam. O qarıya görəsən nə olubdur?  Bəlkə, o ölübdür?

            Ata göyərçinin bu sözləri ətrafdakıları bərk təşvişə saldı. Quşlar qorxu içində boyunlarını döndərib ona tərəf  baxdılar.

            – Hə də, qoca qarıdır, nə desən ola bilər, – deyə ata göyərçin quşları başa salmağa çalışdı. Göyərçinlərin içindən Qara quyruq göyərçin dərindən ah çəkib dedi:

            – Bəs, onda bizim halımız necə olacaqdır?!  Biz haradan yem tapacağıq? Onsuz da, son vaxtlar bu şəhərdə insanların vəziyyəti o qədər də yaxşı deyil. Kasıbçılıqdandır, ya nədən insanlar əllərindəki yeməklərin qırıntılarını da bizə atmırlar. Elə bil aclıq baş veribdir yeməklərin son qırıntılarını da ağızlarına təpib, acgözlülüklə gəvələyirlər. Qabaqlar, səkilərin qıraqları, zibil qablarının içi çörək qırıntıları ilə dolu olardı. Nə oldu görəsən bunlara?

            Kəkilli ana göyərçin Çil ata göyərçinə sığınıb, onun böyür-başını dimdiklədi:

            – Bir havaya qal, uç gör bu nə məsələdir? Axı, səndən başqa bu işi kim görəcəkdir? Görmürsən, balalarımız aclığa tap gətirə bilməyib, ağızlarına gələni danışırlar?

            Ata göyərçin qanad çalıb, yaşadıqları binanın ətrafında bir-iki dövrə vurdu. Göy üzündən hər şey apaydınca görünürdü. Adamlar həmişə olduğu kimi ora-bura vurxunurdular. Çil göyərçin dövrə vurub meydanın ortasındakı heykəlin üstünə qondu.

            O, bir xeyli heykəlin üstündə oturub ətrafa nəzər saldı. Hər kəs öz işində idi. Qoca qarıdan da bir soraq yox idi.

            Bir azdan səbri kəsilən Çil ata göyərçin uçub yuvaya döndü.

             Quşlar onu səbirsizliklə gözləyirdilər. Yuvaya qayıdan kimi tez onu dövrəyə aldılar:

            – Şəhərdə nə baş verib, o qadın hardadır?! – deyə yerbəyerdən soruşdular.

            – Bilmirəm. Heç nə bilmirəm! Səsinizi kəsin, bir də məndən heç nə soruşmayın! – deyə ata göyərçin əsəbi halda qanad çalaraq özünü havada aslı vəziyyətdə saxladı. Araya ölü sükut çökdü. Quşlardan heç biri ata göyərçinin qorxusundan daha səsini çıxartmadı.

            Göyərçinlər o günü ac-susuz keçirtdilər. Axşam hamı yuxuya gedəndən sonra Kəkilli ayağı xınalı ana göyərçin Çil ata gəyərçinin böyrünə sığınaraq astaca:

            – Ağlın nə kəsir, əzizim, sabah da beləcə ac qalacağıq?!

            Çil göyərçin dərindən köks ötürüb:

            – Bilmirəm. Bəlkə də, hə… bəlkə də yox! – Məni ən çox narahat edən ac qalmağımız deyil, o qoca qarının taleyidir. Görəsən, ona nə olmuşdur?

            Kəkilli ana göyərçin məsələni dərinləşdirməmək üçün dedi:

            – Sabahı gözləyək. Elə bilirəm ki, hər şey yaxşı olacaqdır.

            Səhər açılanda, artıq, qar yağırdı. Hava bərk soyumuşdu. Göyərçinlər bu gecə acqarına yatdıqlarına görə, yuxudan lap tez oyanmışdılar. Qarınları ac olduğu üçün bir-birlərini dimdikləyib, civildəşirdilər. Hamısının gözləri heykəlin qarşısındakı meydançaya dikilmişdi, qoca qarının yolunu gözləyirdilər. Vaxtın ötməsinə baxmayaraq, hələ də qoca qarıdan bir xəbər yox idi. Görəsən, o hardadır?! – deyə quşlar sual dolu baxışlarla bir-birlərinin üzünə baxırdılar.

            Günortadan xeyli ötmüşdü. Hələ də, qarıdan bir soraq  yox idi. Göyərçinlərin canını qaraqayda almışdı. Ümidləri tamam kəslimişdi. Dəstədə narazılıqlar eşidilməkdə idi. Çil ata göyərçin qərarını verdi:

            – Yuvalarınızdan dağılın!.. İtilin burdan, tənbəllər. Gedin, çöldə-bayırda qarnınızı doyurun. Lap, əvvəlki vaxtlarda olduğu kimi. Bəsdirin, zəhləmi töküb civildəşdiniz. Ola bilsin ki, bundan sonra daha bizi yemləyən tapılmasın.

            Dəstə üzvləri onun bu sözlərinə bənd imiş kimi yuvalarından “pırr” eyləyib uçaraq, ətrafa səpələndilər. Yuvada Çil ata göyərçin, bir də Kəkilli ana göyərçin qaldı.

            – Mən bu məsələnin axırına çıxmalıyam. Görüm, nə baş veribdir? – deyə Çil ata göyərçin qəmli-qəmli köks ötürdü.

            – Haradan öyrənəcəksən bunları? – ana göyərçin yazıq-yazıq onun üzünə baxdı.

            – Qonşumuz Ala Sağsağan bilməmiş olmaz. Hərçəndi, mənim ondan xoşum gəlmir,  o çox sözbaz, xəbərçi, əclaf bir quşdur. Amma bu işi ondan başqa bilən olmaz, gedim ondan bir xəbər öyrənim.

            Ana göyərçin razılaşdı:

            – Elə isə yubanma onun yanına uç, məsələni ondan soruş, – deyə Kəkilli ana göyərçin  ata göyərçini tələsdirdi.

            Ala Sağsağan göyərçinlər yaşayan binanın yanındakı qovaq ağacında yuva qurmuşdu. Bir müddət  olardi ki, onlar qonşu idilər. Ala Sağsağanın da göyərçinlərdən xoşu gəlmirdi. Ona görə ki, qoca qarı hər səhər göyərçinlərə dən gətirəndə, o da yuvasından uçub meydana enər və göyərçinlərin payına şərik olmağa çalışardı. Amma göyərçinlər ona dən yeməyə imkan verməzdilər. Ona görə də, sağsağan göyərçinlərin əlindən bərk qəzəbli idi.

            Çil ata göyərçin sağsağan yaşayan qovaq ağacına tərəf uçdu. Sağsağan qovaq ağacının budağı üstə oturub bitlənirdi. Qonşusu Çil göyərçini görəndə quyruğunu bir-iki dəfə aşağı-yuxarı qaldırıb, endirərək, qəzəblə qarıldadı.

            Çil göyərçin onun yaxınlığındakı budağa qonub dedi:

            – Səsini kəs görüm, qonşu. Bir məsələ barədə səndən məsləhət almağa gəlmişəm.

            Sağsağan qarıldadı:

            – Məsləhət?!.. Nə vaxtdan məndən məsləhət alan olmusan?! Siz ki, məni heç quş saymırsınız.

            Çil ata göyərçin bir qədər susdu. Ala Sağsağan lovğalanaraq:

            – Dimdiyini sallama, de görüm, nə məsələdi? Bəlkə, acınızdan ölürsünüz, sizə dən verən yoxdur, ona görə yanıma məsləhətə gəlmisən? Düz deyirəmmi?

            Çil göyərçin heyrətindən qanadlarını bir neçə dəfə çırparaq:

            – Hə, doğrudur!  Amma bunlar nəyə görə baş verib, onu öyrənməyə gəlmişəm yanına. Sən bunları bilməmiş olmazsan.

            – Bilirəm. Əlbəttə ki, bilirəm! – deyə sağsağan ağ tüklü sinəsini qabağa verdi.

            – Nəyi bilirsən? – deyə Çil göyərçin maraqla soruşdu.

            – Qoca qarının tutulub, cərimələnməsini.

            Çil ata göyərçin eşitdiklərindən heyrətə gələrək:

            – Onu niyə tutub, cərimələyiblər? Kim bunu edib? –  deyə soruşdu.

            – Sizi yemlədiyinə görə. – Hə, o yazığı sizə görə cəzalandırdılar.

            – Bizi yemlədiyinə görə? Bəs, o qarı əvvəllər də bizi yemləyirdi, axı? Onda onu heç cəzalandıran yox idi.

            – Bəli, əvvəllər də yemləyirdi. Amma bundan sonra daha yemləməyəcək. Ona görə ki, insanlar qanun çıxartdıblar ki, siz göyərçinləri yemləmək olmaz.

            – Niyə?! Çil göyərçin təəccüblə  sağsağanın üzünə baxdı.

            – Niyə?.. Niyə?… Ona görə ki siz xəstəsiniz, mikrob, infeksiya yayırsınız, hər yeri zibilləyirsiniz. Qısası, murdar quşsunuz.

             – Yalandır. Biz xəstə deyilik, biz  Sülh göyərçinləriyik. Məgər, bunu insanlar bilmirlər? Axı onların özləri bizə “Sülh göyərçini” adını veriblər. Biz sənin kimi quşlardan fərqli olaraq, eybəcər, yırtıcı deyilik, insanlara həmişə yaxın olmuşuq, onlarla həmişə bir yerdə mehriban yaşamışıq.

            – Sülh göyərçinləri… Pah… Ala Sağsağan qəhqəhə çəkib güldü. O, çox-çox əvvəllər olub, ağıllı adamların zamanında. İndi dünyanın hər yerində müharibələr gedir, insanlar bir-birlərinin qanını axıdırlar. Kimə lazımdır sülh? Adamlara sülh lazım olmadığı kimi, heç sülh göyərçinləri də lazım deyil. Ona görə də, sizin haqqınızda ayrıca qərar çıxardıblar ki, sizi  kim yemləsə, o adam cəzalanacaqdır!  Qoca qarını  da,  iki gün bundan qabaq mənim gözlərimin qarşısında maşına basıb apardılar. İndi o sorğu-sualdadır. Eşitdiyimə görə, onu elə cərmələyiblər ki, nəinki, builki təqaüdü, hələ gələn ildə də alacağı təqaüdündən cərimə ödəyəcəkdir. İndi özü ac-susuz oturub evinin bir küncündə, sizi düşünməyə taqəti belə yoxdur, ay yazıqlar. – deyə Ala Sağsağan qəhqəhə çəkib güldü.

            – O sağdır! – deyə, Çil göyərçin zarıdı.

            – Hələlik, sağdır. Amma yəqin ki, bir-iki günə acından öləcəkdir.

            Çil göyərçin bu sözləri sağsağandan eşidəndə gözləri doldu. Ac qaldıqlarına görə yox, qoca qarını ac qoyduqlarına görə heyfsləndi.

            – Bəs, niyə insanlar, təkcə bizə bu qərarı çıxarıblar. Axı, küçələrdə gör nə qədər sahibsiz itlər, pişiklər dolaşır. Bəs, onlar xəstəlik yaymırlar? Elə sizin özünüz, azmı xəstəlik yayırsınız? Bəs, siz kimə lazımsınız?

            Sağsağan uçub bir az yaxına, Çil göyərçin qonan budağa qonub uzun dimdiyini ona tərəf uzadaraq yavaşca:

            – A bədbəxt quş, zamanə çox dəyişibdir. İndi mənim kimi sağsağanların dövrüdür. Sənə qonşu kimi bir məsləhət verim, nə qədər ki, acınızdan gəbərməyibsiniz, uçun gedin buralardan, yazıqsınız. Sizə görə, yazıq adamlar da əziyyət çəkirlər. Heç olmasa onları düşünün.

            Ala Sağsağanın bu sözlərindən sonra Çil göyərçin qanad çalıb yuvasına qayıtdı.

             Quşlar yuvada onu gözləyirdilər. Çil göyərçin məyus-məyus quşlara nəzər yetirdi. Quşların hamısı gözlərini onun gözlərinin içinə dikib nə baş verdiyini öyrənmək istəyirdilər.

            Çil göyərçin asta-asta başını qovzayıb dedi:

            – Yığışın, bu məkanı tərk edib gedirik!..

            – Niyə?!.. –  quşlar yerbəyerdən civildəşdilər.

            – Ona görə ki, deyəsən, insanlara əmin-əmanlıq lazım deyil. Onlar sülh istəmirlər. Sülh olmayan yerdə isə, xeyir-bərəkət, dinclik olmur, əzizlərim. Əmin-əmanlıq olmayan yerdə isə, bizə ehtiyac yoxdur, – deyə Çil ata göyərçin dərindən köks ötürdü.

            – Bəs, onda biz hara uçaq? Axı, hər yerdə qanqadadır, müharibələr gedir. Şərqdən tutmuş qərbə, cənubdan tutmuş şimala qədər dünyanın hər yerində od-alov yağır, insanlar bir-birlərinin qanını tökürlər, – deyə Kəkilli ayağı xınalı ana göyərçin kövrəldi.

            Çil ata göyərçin xırıltılı, boğuq səslə:

            – Elədir. İndi hər yerdə insanlar bir-birlərinə qənim kəsilibdir, bir-birlərinin qanını tökürlər. Dünyanın bu qədər nizamsız, təlatümlü vaxtı olmamışdı. – Mənə qulaq asın, hamı eşitsin! – deyə Çil ata göyərçin səsini ucaltdı:

         –  Biz göy üzünə uçuruq, açıq səmaya. Bizim yerimiz hələlik ora olacaqdır. Gücünüz çatdığı qədər dözün, qanad çalın, bizim başqa çarəmiz yoxdur. Öləriksə, qoy səmada, mavi göylərdə ölək, adımıza layiq, Sülh göyərçinləri kimi…

            Göyərçinlər qanad çalıb havaya qalxdılar. Açıq səmada onlar dövrə vuraraq, çox xoşbəxt görünürdülər…

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir CAVADLI    – MƏN TANIYAN XOSROV NATİL

MƏN TANIYAN XOSROV NATİL

(Şair Xosrov Natilin 67 yaşına)

Xeyirdə-şərdə (düzünə qalsa, 30 il köçkünlük həyatı sürmüş zəngilanlılar, elə digər rayonlarımızdan olanlar da, bir-biri ilə daha çox yas mərasimlərində görüşürlər) qarşılaşdıqca həmişə səmimiliyi, mehribançılığı ilə seçilən şair dostumuzdan nə vaxtsa yazacağımı planlaşdırmamışdım. Mən də digər dost-tanışları kimi onu müasir poeziyamızın az-az tapılan özünə və sözünə sadiq adamlarından biri kimi tanıyıram. Bütün sağlam münasibətlər fonunda bir-iki stolüstü, – sözsüz ki, süfrənin tələblərinə uyğun və ürəkdostu, – həm də iki qələm adamının duyğuları çərçivəsində, bir az peşəkarcasına söhbətimiz də olub. Bəri başdan bildirim ki, Xosrov da mənim kimi tərifdə təhrifi sevmir, – yazıları, şeirləri qədər sadədir. Ümidini də elə bu sadəliyinə bağlayaraq:

Ümiddən o yana umacağım yox,

Elə ümidim də məndən xatircəm, – deyir.

 Ümidin ümid yiyəsindən xatircəm olması insanın insan kimi yaşamağının şairanə ifadəsidir.

Xosrov Natillə hərdən görüşürük, söhbətləşirik. Şeirdən, şeiriyyətdən, şairlərdən və şeiri korlayanlardan danışırıq. Deyir, vallah, qüsuru olan şeir müəlliflərinin günahı daha çox onlardan şair, şairə düzəldib qurbanlıq quzu kimi ortalığa buraxanlardadır. Özləri huylayırlar, özləri də tərifini göyün yeddi qatına çıxardırlar. Ədəbiyyat, incəsənət bu üzdən üzüqaradır. Bir dəfə gileyləndim ki, o bizim 50-dən çox kitabın müəllifi olan həmyerli yazarımız bütün xoş münasibətlərimə rəğmən niyə həmişə mənimlə düz sarımır. Xosrov cavab verdi ki, onun da sevgisi səninlə düz sarımamağındadır. Yadına salırsa, yaxşıdır, ancaq görünür bəyənmədiyi, onun ruhuna yad olan nə isə var, diqqət elə, ancaq cox da ürəyinə salma, öz yolunda ol. Bax, belə sadəcəsinə mənə mətləbi açıqladı Xosrov Natil, özü düşündüyü və dəyərləndirdiyi kimi! Çünki bu sadə insan özündən, öz xarakterindən uzaq düşə bilmir və bunu istəmir də. Xosrovu tanıyanlar özləri də onun zərrəcə başqa cür olması ilə razılaşmazlar. 

Onu atasına oxşamasında qınayanlar (“Dedilər atana oxşama, bala”) görəsən Xosrova, – dövrümüzün istedadlı şairinə, halal çörək yiyəsinə, yaxşı insan  və etibarlı dost olan birisinə öz ürəyincə yanaşıb və öz gözüylə baxsaydılar nə deyərdilər…

Tək yadlar desəydi nə var idi ki,

Hərdən azaylandı doğma bibim də.

Mən niyə atama oxşamayım ki,

O vaxtdan qarası qaldı qəlbimdə.

 Ən doğrusu müəllifin son misrada “Yaxşı ki, atama oxşamışam mən” qənaətinə gəlməsidir. Çünki dəhşət oğulların atalarına, başqa sözlə övladların valideynlərinə oxşamamalarındadır!

Xosrov Natillə arabir görüşsək də, söhbətlərimizin mövzusu uzun müddət yadımızdan çıxmır, bizi xoş ümidlərə, gözəl niyyətlərə yönləndirir.  Niyyətimiz isə aşkar və aydındır – təmsil etdiyimiz Zəngilanın yaradıcı adamlarını daha çox görüşdürmək, rayonumuzun keçmiş və bugünki ədəbi mühitinə işıq salmaq, ustad şairlərin ənənələrinə sadiq qalmaq, bir sözlə yazıb-yaratmaq! Bunun üçün isə toparlanmaq, bir yerdə olmaq, vaxtaşırı söhbətləşmək lazımdır!

P.S: Qeyd etdiyim kimi,  Xosrov Natil tərifi xoşlamır, fikrini qısa və konkret, mənalı və məzmunlu ifadə etməyə üstünlük verir. Bu ilki ad günü münasibətilə qələmə aldığım bu yazı kimi! Təbrik edirəm, XOSROV NATİL!

MÜƏLLİF: MAHİR CAVADLI, şair-jurnalist 

MAHİR CAVADLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc

Aralık

Aralık, gezegen günlüğünde bir başlangıcın ilk adımıdır, bir dönemin sonunu ve yepyeni bir dönemin tohumlarını işaretler

Bu ayın Latince kökü december-on’dur (10). Eski Türkçede bu aya Aralık denirdi. Bazı kaynaklara göre bunun nedeni Kasım ile Ocak ayları arasına denk gelmesidir.

Aralık, Arapçada “kanun-u evvel” olarak da bilinir: Başka bir deyişle, Aralık “Ocak’tan önce” anlamına gelir.

Bu ayda, çıplak gözle görülebilen beş gezegen – Merkür, Venüs, Mars, Jüpiter ve Satürn – gün batımından sonra gökyüzüne iner. Bu gezegenlerin en önemlisi olan Mars, 8 Aralık’ta gözlem için çok uygun bir konuma ulaşır.

Sonun Başlangıcı (Kış Gündönümü)

Dünya’nın ekseni Aralık ortasına doğru eğildikçe, Güneş’in gökyüzündeki yolu ve yüksekliği yıl boyunca değişir. Güneş, kış gündönümü sırasında gökyüzünde daha kısa bir yol izler, bu da Yarımküre’de en kısa gündüz saatlerini ve en uzun gece saatlerini yaşadığı anlamına gelir.

Elbette, tüm aylar güzeldir, ancak Aralık bir başka güzel aydır.

Sonbaharın sonunu ve kışın gelişini müjdeleyen bu özel ay, beyaz kar manzaralarını ve ardından romantizm, şehvet ve umut mesajlarını sembolize eder.
Bu muhteşem ay, bir kişinin kendi içinde yaşadığı hisleri daha derin bir duygu olarak ortaya çıkarır ve yeni başlangıçlar ve mutluluk çiçekler gibi açar.
Çoğu insan bu ayı ayrılık acısına açılan bir kapı olarak görürken, ben ve benim gibi düşünen şairler Aralık ayını ayrılığa açılan bir kapı olarak değil, sonsuzluğa açılan bir kapı olarak görüyoruz.

Özellikle yazarlar ve betimleyiciler için Aralık, Ekim ve Kasım ayları kadar makale ve şiir yazmak için değerli bir aydır.

Aralık, hem vahşi hem de güzel, beyaz bir prenses gibidir ve ben onu her zaman yeni yılların ve yeni yüzyılların sevinçlerine açılan büyülü bir kapı olarak düşünürüm.

01/12/2024-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsgər İsmayılov – “Torpağında insan yaşar”, deyən bilgə – Ramiz Əsgər!

“Torpağında insan yaşar”, deyən bilgə – Ramiz Əsgər!

Dəyərli Bilgəmiz Ramiz Əsgər ziyalılığı ilə cəmiyyətə, elmi ilə xalqa hələ çox gərək idi. Xəstəhal olsa da daim milli-mənəvi dəyərlər yolunda, xalqın soykökünün dərki istiqamətində usanmadan çalışır, külüng vururdu. Türkmən qəhrəmanlıq dastanı olan “Goroğlu”nun (Koroğlu) ilk cildini bacısı Nailə xanım Əsgərlə bərabər tərcümə edib, tamamladığını feysbuk üzərindən bildirmişdi: “…İndi ön söz yazıram. Bu cilddə 13 boyun tərcüməsi var. 2-ci cilddə 18 boyun tərcüməsi olacaq.
Möhtəşəm bir əsərdir. Ancaq nəşr üçün vəsait yoxdur… Qalanını siz düşünün. Təxminən 3 min manat lazımdır…” Ramiz Əsgər işin ən çətin mənəvi tərəfini həll etmişdi. Qalırdı maddi tərəfi. Yadıma bilirsiniz nə düşür? Rəhmətlik Şirməmməd Hüseynovun bugünlə səsləşən fikirləri: Abbas Səhət qəzetlərdə elan verir ki – “ay camaat gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək”. Görünən odur ki, o gündən bu günə heçnə dəyişməyib. Bircə elanın şəkli dəyişib: qəzet səhifəsindən internet səhifəsinə daşınmaqla.

Ramiz müəllim son zamanlar feysbukda ara-sıra statuslar paylaşırdı. Bunların birində ünvanına çoxsaylı xoş sözlər səsləndirilmişdi. Təvazökarlıq, sadəlik və alicənablıqla şəxsinə ünvanlanan dəyərli fikirləri qəbul etməyib, onun məsuliyyətli məsələ olduğunu bildirmişdi. Ramiz Əsgər məsuliyyətini tez-tez vatsap statusunda sevərək bölüşdüyüm “Su pərisi” şeirində də hiss etmişdim. Ramiz müəllim həmin şeiri Bakı Dövlət Universitetinin auditoriyasının birində səsləndirir. Bu anı telefon yaddaşına, sonra da tarixin arxivinə köçürən tələbəyə çox təşəkkür edirəm. Həmin şeirdə deyilir:

Ağ köpükdən sırğaları,
Gümüş kimi ağ dərisi,
Yarıb gəldi dalğaları,
Yоsun saçlı su pərisi.

Heyrət ilə baxdım оna,
Alоvlanır içərisi,
Aşiq оlub bir insana,
Eşqə düşüb su pərisi.

Dedi: “Sevdim bu adamı”,
Gördüm о bir eşq dəlisi,
“Оlmaz məndən su adamı”,
Dinləmədi su pərisi.

Dedim оna: “Məndən vaz keç,
Ürəyimdə var birisi,
Öz sоyundan birini seç,
Sev оnu sən, su pərisi.

Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar,
Sularında su pərisi”.

Dedi: “Daha sevgi bitdi,
Yox könlümün müştərisi!”
Göy sularda gözdən itdi,
Qəlbi sınan su pərisi.

Bir səs qоpdu dоdağımdan,
Fəryad, nida: “Su pərisi!”
Dönüb öpdü yanağımdan,
“Get, əlvida, su pərisi!”

Оndan sоnra görünmədi
Nə ölüsü, nə dirisi,
Hara getdi, bilinmədi,
Yоxa çıxdı su pərisi.

Şeiri bütövlükdə ona görə paylaşdım ki, ziyalı ömrünə hazırladığım yazı ilə nəzər salan oxucu şeirlə tanış olsun. Qoy, bədii-ədəbi-estetik zövqü tərəqqi eləsin. Şeirin aşağıdakı sətirlərində bəşəriyyətdə var olan canlıların tutduğu mövqe, vəzifə açıq şəkildə oxucuya çatdırılır:

Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar
Sularında su pərisi

Şeirin bu misrası heç ağlımdan silinmir. Eləbil, düşüncə “qayası” üzərinə həkk olunub. “Torpağında insan yaşar” ifadəsi, sanki M.A.Ərsoyun “İstiqlal marşı”ndakı “…Basdığın yerləri “torpaq” deyib keçmə, tanı!..” sətirlərindən doğan gücdən alırdı…

Vətən torpaqlarının azadlığı Ramiz Əsgəri də xoşbəxt etmişdi. Ancaq çox təəssüf… Yaradıcılığının mayasını xalqın kökündən alan böyük alim babalarımızın həsrətlə dünyadan köçdüyü Qərbi Azərbaycanın – Dərələyəzini, Qafanını, Göyçəsini, Vedibasarını görə bilmədi.

Özümə ünvanlı xüsusi qeyd: Ötən illərdə əməkdar jurnalist, əziz müəllimim Qərənfil Dünyaminqızının məqaləsinə yazdığım fikirləri oxuyan Ramiz Əsgər öz təbrikini Qərənfil müəlliməyə çatdırmışdır. Ancaq unutqanlıq edib, bu təbriki Qərənfil müəlliməyə bildirməmişdim. İndi yadıma düşəndə çox təsirləndim.
Digər bir məqam da var. Mühacirşünas alimimiz Abid Tahirli hər dəfə tələbələrinə milli dəyərləri, xalq ziyalılarını tanımaqları üçün suallar verir. Günlərin birində bizdən soruşdu ki, “Ramiz Əsgəri tanıyırsınızmı?”. Tələbələr arasında cavab elə də ürəkaçan olmadığı üçün baş verənlər müəllimimizə xoş təsir etmədi. Jurnalistika fakültəsində təhsil alan tələbənin üstünlüyü ondadır ki, müəllimlərimizdən dərsdən əlavə milli-mənəvi dəyərləri, məsələləri dərk etməyi, ziyalıları tanımağı da öyrənirik…

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru