Bir müddət əvvəl, ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan ədəbi mühiti üçün diqqətçəkən ədəbi layihə gerçəkləşdi. “mustagil.az” saytı şair Səlim Babullaoğlu və türkiyəli şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında 12 Danimarka şairinin şeirlərini təqdim etdi: Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrandt, Nils Hav, Marianna Larsen, Piya Tafdrup və Tomas Böberqin. Adıçəkilən şairlərin hər biri çağdaş Danimarkanın, bütövlükdə Skandinaviyanın XX-XXI əsr poetik xəritəsində vacib və bilinən şairlərdir. Bu layihənin sonucu kimi “Ulduz” jurnalı özünün bu ilki yanvar-fevral sayının “Dərgidə kitab” rubrikasında həmin şairlərin hər birinin 1 şeirini birgə təqdim etdi…
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, yaxın aylarda Danimarka ədiblərinin iştirakı ilə Bakıda “Danimarka şeiri gecəsi” keçirilicək. Tədbir “Dünya ədəbiyyatı” dərgisi, “Ulduz” jurnalı və AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakıyla gerçəkləşəcək…
Mercane İlhamcanova 2 Temmüz 2010′ da Sirderya vilayetinin Sirderya ilçesinde doğdu. Halima Hudoyberdiyeva Adındakı Yaratıcılık Okulu’nun 8. sınıf öğrencisidir. Şiirleri “Hayal Dalgaları” antolojisinde ve “Edebiyat ve zaman”, “Tefekkür ve dünya”, “İrfan va gençler”, “Manevi alem” gibi gazetelerinde yayımlanmış. Aşağıda onun şiirlerini okuyabilirsiniz.
ÇİÇEĞİM
Hâlini görüp ciğerim kan oldu, Yoksa, dert denize mi battın? Çiçeğim, neden soldu yanağın, Yoksa, gam dünyasına mı daldın?
Feryadını dinleyen bülbüller, Artık gururla ötmez oldu. Hâlinden yorulan geceler, Yüreğime hasretini koydu.
Aldandın mı baharın sözlerine, “Seviyorum”, diye mi masal anlattı? Kibirle baktığın o zulmün gözüne Aşk, yolun ortasında mı bıraktı?
Toprağın verimsiz mi gerçekten, Kara günler mi büktü başını? Yoksa rüzgarlar mị kopardị yaprağını, Ne oldu da kırıldı sabrın?
Seninle çiçek açardı dünya, Eğilip asla diz çökme. Dert hançer gibi saplanmasın sana, Ciğerime gözyaşlarını dökme!
YALNIZ KAVAK
Köyün eteğinde bir kavak büyür, Göğe baş kaldırarak uzanır boyu. Bazen sabah rüzgarı okşar gövdesini, Ama o sessiz bir düşünceye dalmış gibi.
Bazen mutsuzca eğer başını, Sanki bir şeylerden kurtuluş bekler gibi. Gökyüzü de hüzünlü döker yaşlarını, Kavak, yüreğine acıyı almış gibi.
Geceleri ay eşlik eder ona, Yıldızlar altında dertlerini anlatır. Gururlu görünse de iç çekip inler, Hasretin kollarında inler durur.
Güneş de kavağa sevgiyle bakar, Gökyüzünün kuçağında kaygıyla yatar. Ve hüzünlü kavağın ruhunu alıp, Ufka kan rengine bürünüp batar.
Yalnızlık bıktırmış onun gamlı hayatını Bir yoldaş arardı yüreği hayatına. Yalnızlık doldururdu tüm düşüncelerini, Ve özlemlerle yaşardı o kavak.
Köyün eteğinde bir kavak büyür…
Tercüme:
Cahangir NAMAZOV, Dünya Talantları Beynəlxalq Birliyi üzvü, Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi, “Bütöv Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.
Qarabağda qırırdı ermənilər milləti, Qalxmışdı ölkəmizdə azadlıq hərəkatı. Tarix bu gün çox göynədi, titrədi, Gələcəyə nə dedi, nə söylədi?
1990-cı il 20 yanvar gecəsi, Girdi SSSRİ ordusu və onun birləşməsi. Vətən torpaqlarına girdi zirehli tanklar, Qanlara qəltan oldu ön sırada olanlar.
Günahsız insanlara divan tutulur burda, Təcavüz baş alıbdır əliyalın bir xalqa. Maşınların cəsədi tankın altında qalır, Bilinmir qopan başlar, əllər , qollar hardadır?
Avtomatlar açılır,güllələr vıyıldayır, İldırım kimi çaxır, yağış kimi səpilir. Qan çilənir yollara, zarıyan insanlardan, Kimsə xəbərdar deyil Bakıda olanlardan.
Heç kəsə yoxdur aman ağrıdan donub zaman, Bu, necə faciədir,ətraf dəhşətdir yaman. Haray səsi ,inilti hər tərəfə yayılır, Can verən yaralılar köməksizcə bayılır.
Hər tətəf qan ağlayır, ürək yara bağlayır, Analar saçın yolur, qızlar səssiz ağlayır. Ara yaman qarışıb , Bakı çox çalxalanır, Hər küncdə, hər bucaqda qan gölləri yaranır.
Qan ağlayır qərənfil, asfaltlara döşənir, ALLAH bu nə zülmdür, bu nə faciədir? 20 yanvar gecəsi,hər yan ağlaşma səsi, Bu SSRİ ölkəsi, bu da ki, himayəsi.
Görən kimdir günahkar,düşündürür hər kəsi Tarix unutmaz bunu!— ucalır xalqın səsi. Zülmət qaranlıq gecə, necə söyləyim ,necə? Qırmaq üçün həvəsi,kəsmək üçün nəfəsi, Hərəkatı xəlvəti, dağıtdılar gizlicə. Vəhşi haylara qarşı azadlıq hərəkatı, Boğulurdu qərəzli, boğulurdu beləcə.
Yanıq iyi (hekayə) Mən yuyunmaq istəyirəm! Şəlalə gülüşünün qəhqəsində. Mən boğulmaq istəyirəm gözlərinin dərinliyində. Tutub əlindən uçmaq istəyirəm nəhayətsiz ənginliklərə. Birdəfəlik yox olub getmək istəyirəm sənlə günəşin ilk boyalandığı dağların arxasına, ya da qüruba əlimiz çatan uzaqlığa. Sahilində bir sınıq qayıq olmayan adada bir ömrü sənə həsr etmək istəyirəm. Hər səhəri o adanın ən gözəl, ən ətirli çiçəklərini üzüb ayaqların altında bəxtəvər etmək niyyətindəyəm. Yumub məni gözlərində uyğularının əbədi müsafiri olmaq keçir könlümdən. Qorxunun içindən doğulmuşam. Qorxmuram daha. Bilirsən qorxusuzluq nədi? Sənə olan məhəbbətimin aydınlığı, pəmpəcə buludların bəyazlığında tərtəmiz yazıdı. Heç mürəkkəbi də qara deyil. Tanrının mübarək əlindən mürəkkəbi günəşin al şəfəqindən olan yazıdı. Bu yazının oxunuşu səmavi kitabların ayəsinin avazındadır. Bu ayələri oxumaqdan niyə də qorxmalıyam. Haqdan gələn nidalar heç bir qorxuya baş əyməz. Ehkamlara hayqırıb, meydan oxuyuram. Əgər insanların düzüb-qoşduğu adət və nə deyərlər hücum çəksə üstümüzə, alıb səni qollarıma qaçaram bir kimsənin yaşamadığı məkana. Bu nədi ağlayırsan? Bəlkə sən hələ biz getməmiş yerdə indiki yerimiz üçün qəribsədin. Hələ arxada buraxmadıqlarına acıdın? Bəlkə etiraf edəsən! Nəyi? Bəlkə deyəsən….. Yox nə sevmək, sadəcə sənə biganə deyiləm! Yaxşı, bildim. Yanlış anlamışam. Mən sıradan bir dostammış. Lap olsun ən yaxın dostammış. İnciyirsən? Küsürsən? Bəs özün nə etdiyinin fərqindəsən? Sinəm qalıb kənarda. Köksümdəki ürəyin üstünə dırnaqlarından şıram çəkirsən. Sonra da Masazır duzundan ovuclayıb basırsan üstünə. Bir andaca qoparıb salırsan ən qaynar island termalına. Ürəyin soymur ki… ordanda əsən rüzgarlara verib qovursan artika buzlaqlarına. Qəribəsi də odur ki, bütün bunları bir anda, bir göz qırpımında edirsən. Heç nə etmirsən? Bu mənəm bir sözündən uçub günəşə çatan, ya bir incik dodaq büzməyindən buz bağlayan. Bilirsən nə arzulayıram? Əlinlə ən acı bibəri dilim-dilim doğrayasan, yox eee.. nə bibər, zəhər verəsən bir içim. Qafqaz bal arılarının bənövşə ətirli balı kimi çəkərəm dodaqlarıma, Abşeron şanısının əldə sıxılan ən şirin salxımdan süzülən şirinlik bilərəm zəqqutun təmli zəhər şərbətini. Qorxursan? Zərif çiyinlərin çəkə bilməz bu böyüklükdə sevgini? Çəkə bilməz mən böyüklükdə yükü? Yoxsa qorxursan çatdığın ocağın alovu qarsdırar üz-gözünü. Ya mən yanıb kül olaram. Bir dəli qara yel də gəlib külümü çırpar üzünə. Qorxudan tir-tir əsən uçuqlamış dodaqlarına, göz yaşının yanağındakı cığırlarına qarışan kül səni tanınmaz edər. Qara yelin başının üstə oynatdığı kül burulğanını görüb, sənə başına kül olmuş deyərlər?
Bütün yazdıqlarını bir nəfəsə oxudu. Özü də bilmirdi nə köçürür kağıza. Məktubmu, rabitəsiz düşüncələrinin hıçqırıqlarınımı. Bir şey ki, onun özü üçün anlaşılmaz idi, bəs….. gözlərini döyə-döyə yazıya baxırdı. Çəkindi, üşəndi. Duyğu bətnini tərk edən sözlərdən eyməndi. Dərhal kağızı kiçik hissələrə bölüklədi. Kibrit çalıb yandırdı. Həycandanmı, barmaqlarının titrəməyindənmi biləyi də azacıq yandı. Göynədiyini hiss edib, xəfifcə gülümsüdü də. Yazdığı bir vərəq kağız əlini belə göynədir, bəs büsbütün yanan vücudu… Yeri-göyü yandıraram ki… Kağız yanığının iyi otağını bürüdü. Pəncərəni açdı. Hava küləkli idi. Ev telofonunun zəngi onu diksindirdi. Axırıncı dəfə onun dəstəyini nə vaxt qaldırdığını xatırlamırdı. -Alo qonşu salam-deyən səsin sahibini tanıdı. -Salam.
-Qonşu mobil nömrəni bilmirdim. Hava küləklidi. Yanıq iyi hiss etdim.Dedim görüm salamatçılıqdı?
-Salamatçılıqdı. Bilmədi təəcüblənsin, ya…. Hissilərinin bircə vərəqlik kağıza köçəni dünyanın ən biganə və kobud qonşusuna tüstüsünü necə çatdırdı.
Sirenlərin həyəcanlı səsi hələ də açıq pəncərədən bütün otağı başına götürmüşdü. Əks tərəfdəki küçənin o başında tikintisi hələ başa çatmayan bina yanırdı.
34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram… Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı. Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına – Bakıya. Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı! Poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik. Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaq da, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi! Məktubu birinci nənəmə oxuyardım, həyacanlı-həyəcanlı. Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar. Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən acı xəbərlər gətirsələr də… “Sizə Bakıdan məktub gəlib” bu cümlənin sevinci ayrı idi. Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır. Gecələri ecazlı, gündüzləri füsunkar Bakı… Bir uçqar dağ kəndindən necə möhtəşəm görünürdün, doğma Bakı, əziz Bakı! Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, gözəl Bakım, mehriban Bakım. Adətən belə başlayardı məktublar: -Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir? Burda – bizdə… Orda – sizdə… Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram. Poçt maşını yalnız xəyalımda kəndimizə burulur… Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında Zəngəzur mahalındakı Qarakilsə rayonunun Şəki kəndindən qaçqın uşaq statusunda olub. O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam. O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanında keçirilən mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. “Lenin baba”, deyə-deyə böyüyən biz – sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük… Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm. O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim. Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz “un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhalimiz amansızlıqla qətlə yetirilmişdi. Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç.43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri… Eyvanlardan 40 gün asılan qara bayraqlar… Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi… Dağüstü parka doğru irəliləyən insan seli… İndi Bakının 20 Yanvar Meydanına çevrilən bu yerdə bir vaxt XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də. Heç Sovetlər Birliyini yaradanların özlərinin də inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar… Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı… Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdi. Müharibə, qan-qada, ölüm, itim… Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı… Dağıdılan varımızı-halımızı demirəm… Bircə ümidimizi itirmədik. Ümid ölmədi, bizi diri saxladı! 2020-ci ildə 44 Günlük Şanlı Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı. Zəfər çaldıq! 2024-cü il 20 yanvar tarixində Bakıdan – Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər… 34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür. Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, bu al qərənfillər… Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə. Onlar sanki birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün bizə, ziyarətçilərinə. Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz canlarını fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxtatdı. Ülvini və azadlığımız uğrunda canını qurban verən bütün şəhidlərimizi qoynuna alan Vətən sağ olsun! Allah hər bir Şəhidimizin əziz ruhunu şad etsin! 20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən! Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizli-gizli əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi! Mən də yenidən doğuldum bu gün, hürr və azad! Bakı, xoş vaxtın xeyir!
Etibar Həsənzadənin “Şuşa” mahnısı işıq üzü gördü – FOTOLAR/ VİDEO
Prezident təqaüdçüsü, “Qızıl Qələm” Media mükafatı laureatı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Həsənzadə Şuşaya həsr olunmuş yeni layihələrini təqdim edib.
QHT.az xəbər verir ki, Etibar Həsənzadənin sözlərinə yazılmış və Mustafa Sarıkayanın bəstələdiyi “Şuşam” mahnısı artıq YouTube-da Etibar Salmanov və Etibar Həsənzadə adlı kanallarda dinləyicilərin ixtiyarına verilib. Mahnını Şərif Saka ifa edib, klipin rejissoru isə Uğur Demirbaşdır. Yaxın zamanda bu mahnı bütün dijital platformalarda yayımlanacaq. Eyni zamanda, Etibar Həsənzadə Şuşa ilində hazırladığı “Şuşa – Zəfərin Zirvəsi” adlı 4 hissədən ibarət Ədəbi-Bədii Kompozisiyanı təqdim edib. Bu kompozisiya da müəllifin YouTube kanalında yerləşdirilib. “Şuşam” şeiri və mahnısı sözügedən kompozisiyanın bir hissəsi olaraq təqdim edilir.
Layihə çərçivəsində Etibar Həsənzadə “Qarabağ Azərbaycandır” adlı fərdi təşəbbüsü ilə Şuşanın mədəni dəyərini və tarixi əhəmiyyətini vurğulamağı qarşısına məqsəd qoyub. Şuşanın ruhunu tərənnüm edən bu mahnını və kompozisiyanı dinləyərək, həm Şuşanın, həm də Qarabağın zəngin tarixi və mədəni irsi ilə bağlı unikal duyğular yaşayacaqsınız.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli uzun illər Türk ədəbiyyatı, dili və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçilib.
Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvlük sertifikatını Emil Nəsirliyə vəqfin başqanı Sərhat Kabaklı Vəqfin İstanbulun əsas memarlıq nümunələrindən Sultan Əhməd camisi ilə üzbəüz – Sultan Əhməd meydanında şəhərindəki inzibati binasında təqdim edib. Təqdimat mərasimində çıxış edən Türk Ədəbiyyati Vəqfinin başqanı Sərhat Kabaklı bildirib ki, Emil Nəsirlinin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. Emil Nəsirli peşəkar publisist olmaqla yanaşı, həm də Türk dünyasında maraqlı, əhəmiyyətli mövzularda şeir, hekayə, ensiklopediya janrlarında yazdığı əsərləri ilə tanınır. O, həmçinin həmin əsərlərin bir sıra dillərə tərcümə olunduğunu qeyd edib, xüsusən, Emil Nəsirli publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsini onun üstün cəhətləri kimi vurğulayıb. S. Kabaklı, onu da əlavə edib ki, Emil Nəsirli özünün yüksək təşkilatçılığı ilə rəhbərlik etdiyi “Azərbaycanım” beynəlxalq jurnalı iki qardaş ölkənin ədəbi əlaqələrinin möhkəmləndirilməsində hər zaman xüsusi yer tutub. Emil Nəsirli son 20 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimləri ilə sıx yaradıcı təmaslar qurub. Onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib. Sərhat Kabaklı onu da əlavə edib ki, Türk Ədəbiyyatı Vəqfi Türk dünyasının vəqfidir. Bizim Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Kosova, Bosniya və Kiprdə təmsilçiliklərimiz var. Bu təmsilçiliklər vasitəsilə Türk dünyasında kültür bütünləşməsini, mədəni əlaqələrin daha da genişləndirilməsini həyata keçirməyə çalışırıq. “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçdiklərinə görə vəqfin başqanı Sərhat Kabaklıya və bütün Türk Ədəbiyyati Vəqfinin ailəsinə dərin təşəkkürlərini bildirib. E.Nəsirli qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə söykənən dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. Çıxışında “Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir” – deyə bildirən E.Nəsirli onu da xüsusi vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. Sonra Türk Ədəbiyyatı Vəqfinin yarım əsrdən artıq fəaliyyətini yüksək qiymətləndirən E.Nəsirli onu da vurğulayıb ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirən Türk Ədəbiyyatı Vəqfi Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Sonda E.Nəsirli bir daha Türk Ədəbiyyatı Vəqfinin Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etdiklərinə görə Sərhat Kabaklıya, İmdat Avşar, Esat Kabaklı başda olmaqla Türk dünyasının bu müqəddəs ocağının bütün əməkdaşlarını təbrik edib, gələcək işlərində başarılar diləyib. “Vəqfin özü də, içərisindəki ədəbiyyat sevdalı aydınlar da bizə doğmadan doğmadırlar. Axı onlar Türk ədəbiyyatının keşikçiləri, Azərbaycan ədəbiyyatının ən yaxın dostlarıdırlar. 1972-ci ildə mərhum Əhməd Kabaklı tərəfindən qurulan Türk Ədəbiyyatı Vəqfi bu gün hörmətli Sərhad Kabaklının rəhbərliyi ilə uğurla öz işlərini davam etdirməkdədir” -deyə E.Nəsirli söyləyib. Görüş əsnasında E.Nəsirli vəqfin başqanı Sərhat Kabaklı ilə Vəqfin hazırkı vəziyyəti, gördüyü işlər və gələcək planları haqqında fikir mübadiləsi aparıb.
Sizə səslənirəm, Qoca nəsil: Biz sizin qoyub getdiyiniz bir dünyada böyüyürük. Bizdən sonra gələnlər də bizi izləyəcək. Əgər sizdən düzgün tərbiyə almasaq, onlara bunu necə ötürəcəyik? Ona görə də əməlləriniz təkcə bizə deyil, gələcəyə də təsir edir .
Sizin dediklərinizi deyil, etdiklərinizi öyrənirik. Əməlləriniz bizim üçün aynadır. Niyə bəzən sözlərinizlə etdikləriniz üst-üstə düşmür? Vicdan, dürüstlük və ədalət öyrətmək sizin borcunuz idi ki, biz də bizdən sonrakılara ötürək.
Unutmayın, haqqı tapdalamaq heç nə qazandırmır,əksinə, bu, dənizə bir daş atmaq kimidir – dalğalar keçib gedər, amma daş dənizin dibində qalar . Bu bizim yalnız öz vicdanımızı deyil, bizdən sonra gələn nəsillərin də ruhunu zədələyir. Həyat bir bumeranqdır – etdiklərimiz bizə qayıdır. Gələcək üçün bir iz buraxmaq istəyirsinizsə, bu iz haqqın və ədalətin izi olsun. Əlinizdən gələn hər yaxşılıq, hər dürüst addım gələcək nəsillərə işıqdır. Bu dünyada təkcə özünüz üçün deyil, ailəniz, övladlarınız bir sözlə gələcək nəsillər üçün də məsuliyyət daşıyırsınız.
Pul, mülk keçəridir, lakin insanlıq unudulmur, bir də bu dünyada yadigar qoyub getdiyimiz əməl kitabımız . Mən bilirəm ki, sizin içərinizdə vicdanlı, obyektiv insanlar var. Məhz sizlər bizim ümidimizsiniz. Biz də sizdən öyrəndiklərimizlə dünyanı daha yaxşı bir yer etmək üçün çalışacağıq. Əlimizdən gələn qədər yox, ondan da artığını etməliyik. Çünki gələcək nəsillər bizdən yalnız sözü yox, əməlləri görməlidir. Biz sizdən cəsarət, ədalət və birlik öyrənmək istəyirik. Dünyada vicdan varsa, insan var, insan varsa, həyat var.