Pərvanə Bayramqızı təbrik edir

Qulu Ağsəsin labirintləri

Canım Vətən,
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin?
“Ağdam” şeirini yazan şairin Vətənə bu cür sual verməsi risklidir.
Vətən dil açsaydı cavabı sualında verərdi: – bəs şumlanan Ağdama tökülən nə idi?
Şair eyhamı anlayardı; ədəbiyyat zəmisini suvarmaqda təkcə sudan istifadə etmirlər. Yoxsa bayraqlar bayraq olmazdı…
Görəsən, Vətən “gözünü yumub ağzını açsa, “yorğunam” desə, Qulu Ağsəs neynəyəcək? Bildim. O, qırx dörd günün ruh yüksəkliyindən aldığı cəsarətlə verib sualı.
Şeirin yayıldığı günlər şairə unudulmaz, gözəl hisslər yaşatdı. Buna hamımız şahid olduq. Qələbə sevinci bir azərbaycanlı kimi, şeirin dillər əzbəri olması isə şair kimi onu riqqətə gətirməyə bilməzdi. “Ağdam” şeirini yazdığı vaxtadək o, poeziya və publisistikadakı yeri, redaktorluq fəaliyyəti ilə Azərbaycanın dəyərinə çevrilə bilmişdi. Yurdu işğaldan azad ediləndən sonra yaratdığı söz xəritəsi ilə də ürəklərdə yerini təzədən rahatladı.
“Ağdam” şairin adına təxəllüsü “Ağsəs” qədər yaraşdı.
Uşaqlıq yaddaşlı, xatirələr məskənli, yurd həsərtli “Ağ-qara bağ” şeiri Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını xatırladır. Yazılma tarixləri, məkanları fərqli olsa da yaratdıqları təəssürat oxşardır.
Qulu Ağsəsin yaradıcılığında ağır terminlərə, avropa dillərindən son illərdə dilimizə keçən tələffüzü çətin sözlərə rast gəlinmir. Bir-iki dəfə gözə çarpsa belə bu gec-gec qarşılaşdığımız yaxşı insanların sayını xatırladar. Ana dili onun üslubunda pis insanlar kimidir: dəyişməz və əbədi. Yazdıqlarını oxuduqca düşünürük; ifadələrində qəlizlik olmadığı halda nədir onun yaratdıqllarını mürəkkəbləşdirən? Cavab yubanmır. Yaradıcılığını bu cür ağırlaşdıran səbəbin dərin-fəlsəfi məna yükü olması ağıla tez gəlir. Şeirləri balaca boy-buxunu ilə bütöv bir nəsli idarə edən, hər çətin işin öhdəsindən gəlib gücünü dinməz-söyləməz, öyünmədən nümayiş etdirən insana bənzəyir. Bir misrasını oxuyursan, düşüncələrin tərpənir: şair burda nə demək istəyib? Həmin misranı təzədən oxuyursan: həə, – deyirsən – nə demək istədiyini anladım. Maraq güc gəldiyindən, ya da bəyəndiyinə görə bir də oxuyanda dodağından “Allah bilir, şair özü burda başqa məqamı nəzərdə tutub” kəlmələri qopur. Belə məqamda şair oxucu üçün sirli görünməyə başlayır. Qulu Ağsəsin şeirlərinin ədəbi labirint olduğu qənaətindəyəm. Dolaşıq xətlərin arasında seçim etmək çətinləşir. Hansı tərəfinə düşüb harasından çıxacağını düşünürsən. Nə özün yol tapırsan, nə də uzaqdan səni izləyən adam istiqamət verə bilir. Baxırsan-baxırlar, düşünürsən-düşünürlər. Bəlkə də, buna görə onun yaradıcılığından belə çox yazılıb. Hər bir müəllif, hər ədəbiyyatşünas Qulu Ağsəs labirintilərini çözməyə çalışır. Nəyi nə üçün, kim üçün, niyə yazdığını isə təkcə şair özü bilir. Sadə görünən mürəkkəb şeirlər, düyünlü görünən açıq fikirlər Qulu Ağsəs yaradıcılığında mənaları ilə maraq doğurur. Bir qədər fərqli deyək: Qulu Ağsəsin mətnin(ə)də söz yox, məna artıqlığı olur. Bəzən bir misrasını deyəndə el arasında tez-tez işlənən hər hansı bir deyimi xatırlayırsan. Yaxud real həyatdakı hansısa bir əlamət onun poetik dilində üstüörtülü şəkildə beyinə elə ötürülür, düşünürük ki, hamımız şeir dilində danışırıq. Onun oxucunu öz poeziyasında həbs etməyi də var. Elə hökm çıxarır, daxili dünyanla şairin dünyası arasında azırsan. İllərdir, özümüz hələ də qərar bilmirik, üşüyəndə ocağımı özümüzümü yandıraq.
Təkcə yaradıcılığından yazılmayıb, onu tanıyanlar şəxsiyyətini söz-söz, fikir-fikir çözməyə çalışıblar. Sözümü qəribliyə salmayacaqsınızsa deyim ki, qələm dostları Qulu Ağsəsi sözləşdiriblər. Onun şəxsiyyətinin təsvirində kəlmələr usta əlində gilə dönür. Bu tərəfdən yanaşanda şairin xeyli sayda heykəlini görürük. Sanki hər kəs bu qeyri-adi istedad sahibini, yaradıcılığı son dərəcə maraqlı olan şəxsi ayrı-ayrılıqda analiz etməklə onun özündəki mənanı izah etməyə çalışıblar. Bəli, söz kimi, fikir kimi insanın da mənalısı-mənasızı olur. Məncə, Qulu Ağsəsin fərd kimi mənası həm həlim, həm də sərt olmağındadır. Bu iki keyfiyyəti özündə elə daşıyır, biri o birindən çox görünmür. Qoşa gedirlər. Biri digəri lazım olan yerdə özünü ortaya atmır. Hərəsi öz məqamında üzə çıxır. Ona görə haqqında danışılanda nə “Qulu Ağsəs sərt adamdır”, deyirlir, nə də “fağır adamdır” söyləyirlər. Həlimliyini qabartsaq, dilindən çıxan kəskin sözləri yadımıza düşər, “sərtdir” desək, dilimiz quruyar. Qulu Ağsəs sözünün yerini-yolunu, hərəkətinin ölçü-biçisini əla bilir. Bu qaydanı bəzən yumorunda pozur. Məsələn, soruşsa “necəsən?” desən ki, “yaxşıyam, hələ ölməmişəm” çəkinmədən: “inşallah o da olar” deyə bilər. Bəzi fikirlərini söyləməkdə sərbəstliyə yol versə də çox vaxt ürəyindəkiləri deməyə xəsislik edir. Bax belədir o. Amma zarafatından incimirik. Niyəsini mən bilmirəm, bəlkə siz biləsiniz.
Qulu Ağsəs dörd misralıq şeir, beş-altı sözdən ibarət fikir yazıb qələmini dəftərin üstünə qoyub gedir. İndi gəl bu dörd misranın üstünə yüklədiyi mənanı şeirdən ayır görüm necə ayırırsan. Şeirə bir məna verəcəksən, yeddibaşlı əjdaha kimi o yanından yeni bir mənası çıxacaq. Tədqiqatçılara nə var, hərəsi öz interpretasiyasını yazacaq, zülüm oxucunundur. Biri öz halına uyğunlaşdırıb söyləyəndə digəri etiraz edəcək ki, yox, o mənada deməyib. Şairin özündən də soruşmaq olmaz ki, bunu hansı mənada yazmısan.
Elə şeirləri də var, nə soruşmağa, nə də etiraz etməyə ehtiyac qalmır.
“Köçəri quşlara vətən dəndi” misrası kimi. Atalar sözütək səslənir. Çox yerdə məsəl yerinə işlədirəm. Həqiqət payı danılmazdır. Bəziləri dənlənməyə gedirlər “yel əsib qoz tökülən ölkələrə”. Yerli quşlar onları dimdikləyib yuvadan atanda da “ölməyə vətən yaxşı olur”.
Döşəyin altı kitab,
Kimin yeridi? Sən tap!
Nümunəni tapmaca kimi uşaqlar üçün işləmək olar. Şagirdlər arasında əyləncəli kiçik səhnə hazırlasalar, yəqin ki, kitabdan ayrılmayan uşağın adını söyləyərlər.
Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim qalmalıydı.
Şair iki məkan göstərib: köşk, siyirmə… fəaliyyətsə oxucuya qalır. Faydalanmaq olar — köşkdən aldığın su ilə son eşqi həb kimi başına çək.
Sözübütövlüyün, doğruluğun ifadəsi:
“Su da atmazdı arxadan…
O qədər dürüst idi”.
Sevginin, bağlılığın qısa-geniş, adi-qeyri-adi izahı:
“O mənim hər şeyimdi,
Mən onun yarısı”
Q.Ağsəs şeirlərini hansı hisslərlə yazırsa, oxucuya o cür də çatdırır. Oxumaqdan zövq aldığımız kimi dinləməkdən də yorulmuruq.
Aprelin iyirmisinə aid şeirini isə altındakı skamyada, varağın bir küncündə oturmadığı vaxtda yazıb. İstəyirəm şairə stul göstərim: – Əyləşib dincinizi alın – deyim:
Gözəl hisslər bəsləyirik,
Üstəlik də baş əyirik.
Biz “Qulu Ağsəs” deyirk
Aprelin iyirmisinə.

Doğulmaq da bir iş imiş…
Yalan demək vərdişimiz.
“Səni leylək gətiribmiş
Aprelin iyirmisinə”

Nə tanrını küsdür, qına,
Nə peşman ol varlığına,
Səksən iki yarlığı al
Aprelin iyirmisinə.
(Şairin öz şeirinə nəzirə)

Hörmətlə: PƏRVANƏ BAYRAMQIZI

QULU AĞSƏSİN YAZILARI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏHSİLƏ  UĞURLU DƏSTƏK

             Təhsilin inkişafına göstərilən müstəsna diqqət və qayğı təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Hər bir xalqın, məmləkətin taleyində təhsil mühüm əhəmiyyət kəsb edir. O, cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır. Təhsilsiz xalq heç vaxt öz sərvətinin, dövlətinin sahibi ola bilməz. Cəmiyyətin, xalqın və dövlətin inkişafında təhsilin rolu danılmazdır: gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəlməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi kimi vacib işlər. Bu gün 6 yaşını qeyd etdiyimiz Green Start Academy-nin fəaliyyəti döründə  görülən işlər, əldə olunan nəticələr diqqətəlayiqdir.

Təşkilatın əsas qayəsi milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin bir öhdəlikdir ki, bu iş  valideynlərin və müəllimlərin üzərinə daha çox düşür. Təşkilat tərəfindən müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil etməklə onları nəzəri cəhətdən silahlandırmaq daim diqqətdə saxlanılır, müəllimlərə bu işə yaradıcı yanaşmaqla nəzəri biliklərini səriştəyə çevirmələrində yardım göstərilir. “Biz birlikdə güclüyük” şüarıyla qabaqcıl müəllimlərin təcrübələrini digər müəllimlərlə paylaşmasına dəstək olmaqla, onlara bir növ meydan açılır.

Təşkilatın fəaliyyət istiqamətlərinə daxildir:

  • Müəllimlər və tələbələr arasında təhsil, tərbiyə və psixoloji mövzularda maarifləndirici seminar və təlimlərin təşkil edilməsi;
    • Məktəblərdə və universitetlərdə müəllim və təhsil ekspertləri ilə birgə qarşılıqlı müzakirə formasında söhbətlərin aparılması;
    • Uşaq və valideynlərin birgə və səmərəli istirahətinin təşkili;
    • Uşaqların zehni, sosial, cinsi və duyğusal inkişafı ilə bağlı psixoloji söhbətlərin aparılması;
    • Respublikanın müxtəlif yerlərinə Akademik gəzintilərin təşkili;
    • Müəllim və şagirdlərin maddi mədəniyyət abidələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edən yerlərə – şəhərdaxili və şəhərdənkənar muzeylərə, eyni zamanda tarixi yerlərə ekskursiyaların təşkil olunması;
    • Yaşlıların vaxtının səmərəli təşkili – Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması;
    • Kitab evlərində və kitab mərkəzlərində qiraət məşğələlərinin keçirilməsi;
    • Uşaqların tətil günləri və həftə sonlarında düşərgə-campların təşkil olunması;
    • Uşaqların dünyagörüşünün və peşə vərdişlərinin artırılması ilə bağlı masterclasların keçirilməsi;
    • Tarixi və əlamətdar günlərin qeyd olunması;
    • Uşaq, valideyn və müəllimlərin mədəni istirahətinin səmərəli keçirilməsi məqsədilə kino və teatr günlərinin təşkil olunması;
    • “Savadlı ana sağlam cəmiyyətin göstəricisidir” şüarı altında qadınların sosial həyatda fəallığının artırılması.

Təşkilatın həmtəsisçisi və rəhbəri Aysel Rəsulzadə: Bu gün ölkəmizdə təhsilin inkişafı müəyyən səviyyədə olsa da, dünyanın təhsildə öndə gedən ölkələrində bu sahədə daha sürətli inkişafın şahidi oluruq. Bu baxımdan dünya ölkələrinin təcrübələrini gətirib ölkəmizdə yaymaq, eyni zamanda da beynəlxalq konfrans və seminarların keçirilməsi ilə müəllimlərin öz təhsil səviyyəsini artırmaqda onlara yardım göstəririk.. 6 il qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır. Bütünlüklə hədəf valideyn və müəllimlərə tuşlanmışdır. Niyə məhz müəllim və valideynlər? Çünki bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin əsas tərbiyəedici qüvvəsi evdə valideynlər, təhsil ocağında isə müəllimlərdir… Unutmayaq ki, övladlarımızın, şagirdlərimizin bizdən istəyəcəyi ən böyük şey nə bahalı geyim, nə qeyri-adi məkanda oturub yemək yemək, nə başqa bir ehtiyaclardır, sadəcə olaraq sevgi və öz duyğularını bizlərlə paylaşmaqdır.. Bəli, yeganə əsas səbəb öz övladımıza və şagirdimizə bəslədiyimiz sevgidir. Ümumiyyətlə, sevgi möcüzələr yaradan, yeni insanlar, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük və ali bir hissdir. Cəmiyyətimizi – bu günümüzü və sabahımızı xoşbəxt görmək istiyiriksə, hər birimiz var gücümüzlə çalışmalı, sevgimizi övladlarımıza, eyni zamanda da şagirdlərimizə doyunca ötürməliyik. Bu işdə Green Start Academy olaraq  hər zaman sizin yanınızdayıq”.

 Green Start Academy-nin həmtəsisçisi, eyni zamanda Xarici əlaqələr bölməsinin rəhbəri Seymur Ağayev: “Valideynlərin öz övladları, müəllimlərin isə şagirdləri ilə asudə vaxt keçirmələri üçün yaz və yay ayları boyunca bölgələrimizi gəzərək Akademik gəzintilər təşkil edirik. Bu gəzintilər zamanı əsas məqsədimiz müəllim-şagird-valideyn əlaqələrinin möhkəmləndirmək, həmçinin müəllim-şagird, valideyn-övlad həmrəliyinin qorumaq, birgə və səmərəli istirahətini təmin etmək habelə tarixi günlərdə və tətil günlərində maarifləndirici görüşləri təşkil etməklə şagirdlərin dünyagörüşünün artırılmasına xidmət etməkdir. Həmçinin açıq səma altında keçirilən təlim, deyilən fikirlər insan hafizəsinə daha tez və daha faydalı ötürülür. Bu gəzintilər zamanı uşaqlar o qədər xoşbəxt görünürlər ki… Hər səfərin dönüşündə onların təəssüratlarını soruşduqda, onların sevinclərinin həddi-hüdudu olmur, o qədər deyəcəkləri olur ki… Bundan əlavə, Akademik gəzintilərdə hər daşında tarix yatan tarixi və mədəni abidələrimizi də  ziyarət edir, birlikdə gəzib, birlikdə öyrənirik. Eyni zamanda Xarici əlaqələr bölməsi olaraq işimiz dünyanın ən önəmli təhsil sərgiləri, beynəlxalq təhsil layihələri haqda təhsil ictimaiyyətini məlumatlandırmaq, həmçinin onların iştirakını bu cür beynəlxalq konfrans və seminarlarda təmin etməklə, təhsil səviyyəmizi yüksəltməyə nail olmaqdır. Fəaliyyətə başladığımız gündən etibarən dünyanın tanınmış təşkilatları və ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində bir sıra konfranslara imza atmış, yüzlərlə insanın birlikdə elm və təhsil sahəsində bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmışıq”.

    Təşkilat tərəfindən maraqlı layihələrə imza atılır, nəticələr isə ürəkaçandır.

Green Start Academy Valideyn Məktəbi adı altında müxtəlif layihələr həyata keçirir, övladlarımızın xoşbəxt və sağlam olması naminə pedaqoq, psixoloq, müəllim və həkimlərimizlə əl-ələ verərək, valideynlərə düzgün övlad tərbiyə verməkdə var-gücləri ilə yardımçı olmağa çalışırlar.

Valideyn Məktəbinin təsisçisi, “Sevgi pedaqogikası” layihəsinin rəhbəri Aysel Rəsulzadə: “Valideyn Məktəbini yaratmaqda məqsədimiz məhz övladı ilə düzgün münasibət qura bilən valideyn modeli yetişdirmək, bu sahədə ortaya çıxan problemlərin həllində valideynlərə yardımçı olmaqdır. Ümumiyyətlə, valideynlik sənəti dünyada bütün sənətlərdən, peşələrdən ən vacibidir. Valideynlər – atalar və analar da bu sənəti icra edən sənətkarlardır. Bu işdə onların əsas məqsədi övlad yetişdirmək, onları gələcəyə hazırlamaqdır. Valideynlərin həyatda ən birinci vəzifəsi budur. Təəssüf ki, bu gün biz bəzən valideyn olandan sonra bunun nə qədər məsuliyyətli və çətin bir sənət olduğunu başa düşürük. Ona görə də, ailədə övladımızla bir çox problemlər ortaya çıxır. Bütün bu problemlər də cəmiyyətə, ətraf mühitə öz təsirini göstərir və çox böyük problemlərin yaranmasına gətirib çıxarır. Hər bir məsələnin, cəmiyyətin problemlərinin kökündə həm də ailədə övladın düzgün tərbiyə edilməməsi məsələsi dayanır. Bu baxımdan, valideynlər həm davranışlarında, həm danışıqlarında, ən xırda detalda belə, diqqətli olmalıdırlar. Valideyn Məktəbi olaraq bizim də işimiz bu istiqamətdə valideynlərə yaxından kömək etməkdir”.

“Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva: 6 ildir uşaq, yeniyetmə və gənclərin vətənpərlik ruhunda böyüməsi, Vətənimiz Azərbaycan üçün layiqli vətəndaş olmaları, ən əsası övladlarımıza təhsil verməzdən öncə vətən və insanlıq sevgisi kimi öyrətməli olduğumuz vacib dəyərlərin olduğunu aşılamaqdayıq. Bu görüşlərdə pedaqoji heyətin, təhsil işçilərinin çoxluğunu nəzərə alaraq maarifləndirmə məsələsini önə çəkərək vətənpərvərlik və insanlıq sevgisi istiqamətində mühüm seminar və vebinarlar təşkil etməkdəyik. Layihə çərçivəsində tarixi günləri qeyd edir, yaddaşımızın silinməz günlərini təhsil ictimaiyyəti ilə birlikdə anır, şagirdlərimizi tariximizin qürurlu günlərini yaşatmaları üçün əlimizdən gələni əsirgəmirik”.

“İlkin tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri, həkim-pediatr Aygün Cəfərli: “Layihəmiz çərçivəsində həkim həmkarlarımızla birlikdə müəllim və valideynlərə ilkin tibbi bilikləri aşılamaqla övladlarının sağlamlıqlarının qeydinə qalmasında yaxından kömək etməyə çalışırıq. Çünki yaşamımız boyunca insana lazım olan ən vacib nemət məhz can sağlığıdır. Sağlamlığımızı isə lap körpəlikdən düşünməli, hər zaman tibbi baxımdan məlumatlı olmalıyıq. Valideynlərin bu istiqamətdə maariflənməsində isə həm təhsil, həm də tibb işçilərinin rolu danılmazdır. Biz də Green Start Academy ailəsi olaraq “Sağlam gələcəyə gedən yol valideyn-müəllim-həkim birliyindən keçir” şüarı ilə əl-ələ verərək bu istiqamətdə faydalı olmaq üçün əlimizdən gələni etməkdəyik. Eyni zamanda hər həftənin cümə günü layihəmiz çərçivəsində youtube kanalımız üzərindən tibbi mövzularda həkimlərimizlə fikir və tövsiyələrimizi də paylaşmaqdayıq”.

“Mütaliə Günü” layihəsinin rəhbəri Günel Kamal: “Məqsədimiz uşaqların savadlı və dünyagörüşlü olması istiqamətində yardımçı olmaq, onları ziyalılarla görüşdürərək, rahat və əyləncəli yollarla mütaliəni sevdirməkdir. Pandemiya dövründə belə onlayn olaraq respublikamızın bütün bölgələrindən qoşulan yüzlərlə şagirdi sevimli yazıçılarımız – Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Gülzar İbrahimova və digərləri ilə görüşdürmüş, maraqlı müzakirələr aparmışıq. Həmçinin nəşriyyat evləri ilə görüşlər təşkil edərək yeni çıxan ədəbiyyatlarla auditoriyamızı bilgiləndirmişik”

“Green Start-ın mətbəxi” layihəsinin rəhbəri, qənnadıçı Nərgiz Pəhlivanlı: Layihəmiz çərçivəsində uşaqların kiçik yaşlarından mətbəx bacarıqlarını inkişaf etdirməklə bərabər, həm də valideynləri ilə birlikdə əyləncəli zaman keçirmələrinə töhfəmizi verməyə çalışırıq. Bir sözlə, birlikdə həm öyrənir, həm də əylənirik”.

Bütün bu layihələr respublika pedaqoji ictimaiyyəti tərəfindən maraqla qarşılanır və peşəkar insanların zəhməti ilə icra olunaraq geniş auditoriyaya təqdim olunur.

Green Start Academy-nin psixoloqu Gülşən Nəhmətova: “Cəmiyyəti narahat edən ümumilikdə deyərdim bütün problemlər GRİN-çilərin operativ, çalışqan və məsuliyyətli əməkdaşlarının fəaliyyəti nəticəsində işıqlandırılır. Biz birlikdə, həkim, pedaqoq, psixoloq olaraq deyərdim ki, cəmiyyətin hər bir üzvü qeyd olunan lahiyələrə qoşulduq. Əsasən valdeynlərə hər mövzuda əsl mütəxəssis yardımı göstərib, onlarla birlikdə olmağı bacardıq. “Evə qapanma”larda yaranan psixoloji gərginliklərin aradan qaldırılması, ailədaxili münasibətlərin tənzimlənməsi, çətin pandemiya dövründə sağlam qidalanma, evdə sağlam psixoloji mühitin yaradılması və tənzimlənməsi, şəxsi gigiyena və digər məsələlərdə düşünürəm ki, öz faydalı  işimizlə  insanların yardımına yetişə bildik. Bu mənada valideyn-övlad münasibətləri, uşaqların “evə qapanma”dan sonrakı  periodda cəmiyyətə yenidən adaptasiya olması və ya digər bəlalardan qorunmaqdan ötrü  bundan sonra necə davranmalı olduqları haqqında profisional formada lazımi psixoloji biliklərin verilməsi və faydalı məsləhətlərin ötürülməsi bizim əsas iş prinsipimizdir.Ətrafımıza geniş auditoriya toplamağı bacarmışıq, təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da bizim izləyicilərimiz olmasını qürurla qeyd etmək istəyirəm. Rusiya Federasiyasının müxtəlif regionlarından, Almaniya, Türkiyə kimi ölkələrdən belə, izləyicilərimiz vardır. Bizə bildirilən fikirlərdən aydın olur ki, növbəti maraqlı lahiyələrimizi səbirsizliklə gözləyirlər. Bütün komandamıza böyük və yaddaqalan işlərin uğurla həyata keçməsini arzulayıram. Ümidvaram ki, tezliklə biz  GRİN-çillərin həyata keçirəcəyimiz yeni möhtəşəm lahiyələrimizin  sədası  daha uzaqlara çatacaqdır”.

Uşaq və Qocalar evlərinin ziyarət edilməsi və motivasiyaedici söhbətlərin aparılması həmişə diqqətdə saxlanılır.

Green Start Academy xeyriyyəçilik istiqamətində də öz aktivliyini daima saxlamaqdadır. Belə ki, GSA-nın könüllü komandası bayram günlərində öz sevinclərini paylamşaq üçün “Paylaşmaq gözəldir” şüari ilə sığınacaqlara, uşaq və qocalar evinə üz tutur. Buna nümunə olaraq bu günlərdə – Ramazan bayramı ərəfəsində Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində təşkil olunmuş görüşü xatırlamaq olar. Təşkilatın əməkdaşı Naibə Xankişiyeva: “Bilgəhdəki Qocalar evinə bayram ərəfəsində planlaşdırdığımız tədbirlə əlaqədar olaraq baş çəkdik. Buradakı yüksək ruh, təmiz ortam, nurani üzlər qəlbimizi çox açdı. Əlbəttə, istərdik ki, oradakı yaşlı insanlar hamısı öz isti ocağında, əzizlərinin ətrafında olsun, amma dünyanın yaxşı üzü olduğu kimi, görünməyən üzü də var. Həyat təkcə müsbətlərdən ibarət deyil, mənfilər də yaşanır bu dünyada… Arzularımız sonsuz oldu o insanlara, əsas özlərinə yaxşı baxmalarını və ətrafdakı xoş olmayan hər şeyə diqqət etmələrini bildirdik: Hər şey könlünüzcə olsun, gözəl insanlar!”

Bununla bağlı qərara gəldik ki, sizlərə müraciət də ünvanlayaq: “Müqəddəs varlıqlardır Allahın izni ilə bizə həyat verən valideynlər. Başa düşüləndir ki, yaşlı insanlar uşaq təbiətli olurlar. Onları başa düşək, unutmayaq ki, biz də yaşlanacağıq.  O məşhur misrada deyildiyi kimi, sağlığında qiymət verək insanlara… Sənə həyat verənin sənin sevginə, qayğına ehtiyacı var! Unutma: Əkdiyini biçəcəksən. Etdiyin yaxşılıq və xeyirxahlığı özün üçün edirsən”.

Təhsil zəifliyi gücə çevirmək üçün açardır. O, qarşımızda duran problemləri anlamaq üçün müxtəlif vasitələr və yollar təklif edir və onları həll etməyə kömək edir.

Green Start Academy-nin təsis olunmasının 6 ili tamam oldu. Peşəkar təhsil mütəxəssisləri ilə əməkdaşlıq edərək, gündən-günə auditoriyasını böyüdən Green Start Academy-nin  hədəfləri böyük, arzuları  tükənməzdir.

Green Start Academy komandası cəmiyyətə güclü olmağı, elmə, biliyə, can atmağı təbliğ edir. Məqsəd elmi, təhsili, kitabı, bərabərliyi, sosial birliyi və fəal vətəndaşlığı təşviq etməkdir. Təşkilat müəllim və şagirdlərlə bərabər, həm də valideynlərlə işbirliyi quraraq, cəmiyyəti inandırır ki, üçtərəfli ünsiyyət təhsilin qalib gəlməsinə səbəb olur.Green Start Academy kollektivinə təhsil yolunda daha cəsarətli addımlar atmağı və hədəflərinə çatmağı arzulayırıq.

                                              Zülfiyyə VƏLİYEVA

                                           Respublikanın Əməkdar müəllimi

                                                           “Vətən və İnsan sevgisi”Layihəsinin rəhbəri

Ərtoğrul Cavidin məktubu

Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları maraqlı bir materialı paylaşıblar. Bu, Ərtoğrol Cavidin əsgərlikdən ailəsinə yazdığı məktubdur. Ərtoğrul Cavid yazır: ” Pek hürmətli anam və bacım! Salamlar.
Bir neçə gündür ki, məktub aldığım yoxdur, nigaranam. Mənim vəziyyətim pis deyil, bir neçə gündür ki, hərbi komissiyada katiblik vəzifəsini aparıram. Məzuniyyət ehtimalı var, təəssüf ki, “ehsanın” olmaması işi çətinləşdirir. Məktubunuzu gözlüyürəm, siz də mənimkini gözlüyün. Öpürəm sizləri.
Ərtoğrol. 23.6.1942″
* * * * * *
1942 – ci ildə Bakı Konservatoriyasının əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılır. Lakin o, “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilir…
Bu müddət ərzində Ərtoğrul Cavid ən çox anasından və bacısından narahat idi. Bu nigarançılığa son qoymaq, müharibənin odu-alovu içində az da olsa təskinlik tapmaq üçün ümid yeri olan müəllimi Üzeyir bəyə məktub yazır. 1942 – ci ilin 25 fevralında yazılan həmin məktubda deyilir: “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz”.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) – nin fəxri üzvü bəstəkar – yazar Fərahim Sadiqin təşəbbüsü ilə Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnir Qulubəyovlar İrsi Mədəni Mərkəzi “ÖNCƏ VƏTƏN” və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin, Bakı Maliyə Kollecinin, Yasamal Rayon Şahmat məktəbinin və Adel Medianın təşkilatı dəstəyi, Azərbaycan televiziyasının informasiya dəstəyi ilə həyata keçirilib.

“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri olan müharibə veteranları arasında Şəhid Xankişiyev Mübariz Rəsul oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri böyük maraqla qarşılanıb.

Şəhidlimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun haqqında çəkilən sənədli filmin nümayişi və şahmat turnirinin qalibləri olan Vətən müharibəsi veteranlarının təltif olunması mərasimi yaxın günlərdə Nizami kino-mərkəzdə təqdim olunacaqdır.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Koroğlu

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində!

***
Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

***
Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

***
Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024. – Bakı.

“Gecəni axtaranlar”ın müzakirəsi haqqında

“Gecəni axtaranlar”ın müzakirə səhifəsinə

Balaca bir roman nə qədər də motivlər ətrafında söhbətə ayaq verdi:

-Apokalipsis, qiyamət günü; hərçənd orda dayandıq ki: gənc bir yazıçının, aya, hansı həyat və yaşam baqaji olmalıdır ki, Bakını mistik şərin fitvası ilə aguşuna almış, heç vəch kəsmək bilməyən Leysanın fonunda Cəmiyyət, ya İnsanlıq adına axirət sevdasının altına girə bilə… Heç roman da bu gümana axıracan dayanmayıb, başqa bir hekayətə keçir…

-Yusifin hekayəti; həyatdan küskün və həm həyata bayğın gənclik, Yusif, Şəms, Seymur, Lav, Elxan, Nərmin və daha bir neçə də adı keçən Yusifin dostları… – çağdaş gəncliyin həyatını illüstrə edən psixoloji roman. Gecəni axtaranlar – intiharçılar, intihar həvəskarları, yarı yolda dayananlar; biz də yarıda dayanmalı oluruq: təzə olmasa da, səbəblər də var; bir az mifoloji-mistik talesizlik – həmincə Şərin qızı Məğra himayəsi, bir az köksüzlük-sevgisizlik-həyata yadlaşma… – freydist komplekslər… Kimsə sosial narazılıq amilləri də axtardısa da, tapammadıq; evləri-eşikləri, keyfləri-damaqları, sevgi əyləncələri, “sevgili” epotajları və hətta bezginlikləri… Bu yerdə istər-istəməz kənara ekskurslarımız da oldu; Orxan Həsəni və başqa gənc qələmlər yada düşdü; hələ bir az da şübhə elədik, dogrudan da mı, düşünən-daşınan-yaşayan gəncliyimizin həyatıdır bu?, ya bəlkə gənclərin təxəyüllüdür, daha çox əcnəbi romanlardan qopub gəlir istək-arzu kimi… Çün baş verənlərin cəmisi təkcə gəncliyə xas sevgi maksimi üzərində deyil, həm də ədəbiyyat-sənət-yazıçılıq iştahları üzərində qərar tutur…

-Ədəbi mühit romanı; günün başqa yazarlarına və ədəbi mühitə aşkar və gizlin göndərmələr, açıq və gizli prototiplər… Belə bir fikir oldu ki, Gecəni axtaranlar bizim gənc yazarların yalan-gerçək ədəbiyyat mühitini açan, astarını üzünə çevirmək niyyətinə köklənmiş romandır (məxsusən də dəbdə olan “intihar” motivində). Olsun; amma mən çox da razılaşmadım, “materiallar”, hətta prototiplər aşkar buradan olsa da, roman mətninin nə mövcud ədəbi mühitin (və ümumən də ədəbi mühit ekzistensiyasının) anatomiyasına, nə parodiyasına, nə də acı dramatizminə fokuslandığını, açığı, görə bilmədim…

-Yazıçı başlanğıcı; fəlsəfi romanmı? – yox; ekzistensial romanmı? – yox; polifoniyadan söhbət getdi, qəhrəmanın və ayrı-ayrı personaijların təhkiyəsində təqdim olunsa da, romanda müəllif obrazının da qabarıq olduğu, mətnin paralel yazıçı düşüncəsinə açıldığı qeyd olundu. Bəlkə roman-esse? – belə bir mülahizə də səsləndi. Təkcə ona görə yox ki, Rəvan Cavidin uğurlu esseistikası və esseizmi müzakirə gedişində hər dəfə bir daha rəğbətlə xatırlanırdı; həm roman strukturunda bu başlanğıca da yer vardı – buna görə. Belə ki, müəllif Yusifin hekayətini sadəcə təqdim-təsvirə, bu və ya digər təfsirə (psixoloji romana) qane olmayıb, həm də bütöv bir fikir süzgəcindən keçirməyə ipucu-ehtimal verir: “Leysan”ın fonunda “Ayrılıq” – “Uşaqlıq” – “Ümid” – “Bağışlamaq” – “Xatırlamaq” – “Elxan” – “Yuxular” – Rəvan Cavid… (belə bir ardıcıl konseptuallıq cəhdini sonuncu dəfə Nərmin Kamalın “Aç mənəm” romanında görmüşəm)…

-Eynən düşüncə-esseizm havasını Rəvan Cavid sanki bütövlükdə kitabına da hopdurmaq istəmiş; hər biri bir ayrı dürüstlüklə qələmə alınmış hekayələrinə epiqraflar: “Şəmsi axtaran Mövlanəyə” (“Dəvələr, atlar, şarlar”) – “Bizdən ən tez ayrılanlara…” (“Buludlar uçur!”) – “Olanlara və yaxud heç vaxt olmayanlara…” (“Səfikürd nağılı”) – “Bizi xatırlaya bilməyənlərə…” (“Soyuq qəhvə”) – “Gəncliyimizə və bütün sevdiyim qızlara…” (“Onun sorağında”) və roman: “Bir də heç vaxt qayıtmayanlara…” (”Gecəni axtaranlar”) – həm də bunu deyir…

-Rəvan Cavid, gənc olmasına rəğmən, peşəkarlığı yerində olan, nəyi necə bilərəkdən yazmağı bacaran yazıçıdır (hərçənd ki, aşağı yarusda xeyli redaktə xətalarına da diqqətimiz oldu); Bakıya gətirdiyi Leysanı romanın mifoloji-metaforik düşüncə sırasında(n) tüm Cəmiyyət, ya İnsanlıq adına axirət divanına çevirə bilməsə də fokuslandığı gəncliyin, bircə-bircə obrazların həyatından keçirib oxucunu sikələyə bilir (aya, gənc bir yazıçının başqa hansı həyat və yaşam baqaji olmalıydı ki!). Hardasa Qiyamət xofuyla mətnə girən Oxucu – bir az həyat, bir az arxası, bir az dərinləri, bir az dayazları, düşüncə sırası və ricətləri… – “balaca roman” civarında çimib də Günəşin üzünə gülümsünə bilir…

-Çox da uzağa qaçmayıb, bu qənaətə gəldik ki: ilk nəsr kitabı və vur-tut 20-22 yaşında romanı Uğur vəd edən gənc istedad milli varlığımızın da romanını yaza biləcək…

15 aprel 2025

Müəllif: Tehran ƏLİŞANOĞLU

TEHRAN ƏLİŞANOĞLUNUN YAZILARI

MənbəYeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib

Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib

18 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Suraxanı rayonu 89 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə “Yer kürəsi”, Mürşüd İsmayılzadənin “Hər günə bir sual”, Erik Mativenin “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalı təqdim edilib. Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa aanotasiyalar, həmçinin elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumatlar əldə ediblər.&nbsp;
Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZTV-NİN CANLI ƏFSANƏSİ

AZTV-NİN CANLI ƏFSANƏSİ

Onu yaşlı nəslin nümayəndələri, televiziya və radio işçiləri çox yaxşı tanıyır. Hər zaman xeyirxah əməlləri ilə sevilərək xatırlanan o xoşbəxt adam on minlərlə teleradio işçisinin sevimlisi və əsl arxa-dayağı – Sərhəd Qasımovdur.
Sərhəd müəllim AZTV-nin ən ləyaqətli və dəyanətli, özü və sözü bütöv əməkdaşlarından biri olub. Bütün ömrünü,işgüzar fəaliyyətini insanların öz iş yerlərində daha rahat olmasına, güzəranının yaxşılaşmasına həsr edib.
Sıravi elektromexanikdən,
studiyadankənar işıq sexinin rəisi və nəhayət çoxminli kollektivin həmkarlar ittifaqı komitəsinin sədrliyinədək yüksəlib.
Moskva Ali Həmkarlar İttifaqı İnstitutunun İqtisadiyyat fakültəsini bitirən Sərhəd Rəhmət oğlu Qasımov 50 ildən çox Aztv-nin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib.
Bəlkə də ölkəmizin idarəçilik tarixində onun qədər uzun müddətli Həmkarlar İttifaqı Komitəsinə sədrlik edən ikinci bir insan yoxdur.Ömrünün 51 ilini Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmək bəlkə də Tanrının Sərhəd Rəhmət oğluna ən böyük ərməğanıdır.Sağlığında özünə minlərlə insanın rəhmətini qazanmaq Sərhəd kişinin halal-hümmət qazancıdır.
Müdriklər “İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir, sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur” deyiblər.
Sərhəd Qasımov uzun illər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvü, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Komitəsinin, Şirkətinin) kollegiya üzvü olmuşdur.
Sərhəd Qasımov səmərəli fəaliyyətinə görə ölkə Başçısının sərəncamları ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Tərəqqi “medalı ilə təltif olunmuşdur.
Şərəfli ömür yolu keçən Sərhəd müəllimin hər zaman bir amalı,bir arzusu olub-insanlar özlərini evlərindəki kimi hiss etməli,heç bir qayğılarla yüklənməməlidir.
O, Qurban Yusifzadənin,Elşad Quliyevin,Qeysər Xəlilovun,Məmməd Muradın,Məmməd İsmayılın,Babək Məmmədovun,Nizami Xudiyevin və nəhayət Arif Alışanovun Aztv sədri olduğu dövrlərdə məhz bu istiqamətdə işini qurmağı asanlıqla bacardı.
30 ildən artıq bir yerdə çalışdığım və 17 il müavini olduğum,hər gün dəfələrlə görüşdüyüm,salamlaşdığım Sərhəd müəllim hər zaman cəld yerişi,qısa və olduqca məntiqli söz-söhbəti, düzgün və obyektiv qərarları ilə yadımda qalıb.
Ona müraciət edənlərin heç birini naümid qoymazdı.Elə kabinetindəcə həmin şəxsin müraciətinə baxıb qısa bir zamanda həll edərdi.Xeyir iş görənləri,hüzrü düşənləri,müalicəyə ehtiyacı olanları ,əməkdaşların ailələrində baş verən çətinlikləri diqqətindən yayındırmazdı.İmkansız adamların yanında olmağı özünə mənəvi borc sayardı.Maddi ehtiyacı olanlara köməyini əsirgəməzdi.
Odur ki, Aztv-nin əməkdaşlarının hər biri Sərhəd müəllimi özlərinin yaxın sirdaşı,dostu və həmdəmi sanardılar.
Xoşbəxtəm ki,uzun illər belə bir zəkalı və müdrik insanla çiyin-çiyinə çalışmışam və onun müavini olmuşam. Onunla çalışdığım müddət ərzində Sərhəd müəllimdən idarəçiliyin nə olduğunu, insanların qayğısına qalmağı, əməkdaşlarla təmkinlə rəftar etməklə yanaşı çox şeyi öyrəndim. Sərhəd müəllim hamı ilə dil tapmağı çox mükəmməl bacarırdı.
Sərhəd müəllim təqaüdə getdikdən sonra bugünədək jurnalist həmkarım ,Sərhəd müəllimin də mənim də dəyərli dostumuz Akif Cabbarlı ilə birlikdə ona baş çəkir ağsaqqal öyüd-nəsihətlərini dinləyirik.
Akif müəllim də ondan çox şey öyrəndiyini, Sərhəd müəllimin mənəvi dünyasından qədərincə bəhrələndiyini bildirir və ağsaqqala can sağlığı,uzun ömür arzulayır.
Belə bir qənimət adama cəmiyyətimizin çox ehtiyacı olduğundan danışır, bu gün bəzi televiziya kanallarında, radio efirlərində baş verən neqativ hadisələri, dilimizə xələl gətirən,mənəviyyatımıza zərbə vuran üzdəniraqların qeyri-etik hərəkətlərini müzakirə edirik.
Bu gün Sərhəd müəllim yenə yanımızdadır.Və təbii ki biz də onun yanındayıq- bütün qəlbimizlə,duyğularımızla !
Sərhəd müəllim həm də xoşbəxt və nümunəvi ailə başçısıdır. O üç qız bir oğul atasıdır.Sərhəd müəllim kürəkənləri Farizi, Mübarizi və Anarı çox istəyir. Ömür-gün yoldaşı Mədinə xanımla birlikdə nəvələrinin xoş günündən, əsl azərbaycanlı kimi böyümələrindən fərəhlənir və qürur duyurlar.


Bu gün Sizin.84 yaşınız tamam olur.
Allah Sizə uzun və sağlam ömür versin ,əzizim, canım-gözüm, ad günün mübarək!

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, teleradiojurnalist


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gəlmirsə deməli sevmir deyəsən…

Saat əqrəbini dayandırmışam
Görəsən zaman keçir ya durub?
Zəngli saatı da səhərə qurdum
Çalmadı…
Görəsən səhər açılıb?
İndi heç bilmirəm saat neçədi?
Günəş doğulubmu?
Ay batıbdımı?
İçimdə yığılan o xatirələr
Görən oyaqdımı?
Yoxsa yatıbmı?…
Daha saniyələr “çık-çık” eləmir
Daha ürəyim də vurmur deyəsən
Bütün ömrüm boyu onu gözlədim
Gəlmirsə deməli sevmir deyəsən…