Səadət QƏRİB – Rzayeva Səadət Arif qızı – Goranboy rayonunun Dəlməmmədli şəhərində 10 iyun 1970-ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vuran Səadət xanım Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi məktəbində təhsilini davam etdirib. 3 kitab müəllifi, 2023-cü ildən AYB üzvüdür. Şeirləri Azərbaycan və Türkiyə saytlarında, qəzetlərdə, dərgilərdə mütəmadi olaraq dərc olunur. Şeirlərinə bəstələnmiş mahnılar Azərbaycanın titullu (Əməkdar, Xalq) artistlərinin repertuarına daxildir. 3-cü kitabı Tehran şəhərində (İran) çap olunub.
Səadət QƏRİBin 4-cü kitabı Türkiyədə çapa hazırlanır. Türkiyə şeir yarışması qalibi, “Ziyadar” mükafatı laureatıdır.
Sadəcə azərbaycan dilində deyil, türk dilində yazdığı bir çox şeirə mahnı bəstələnib, və türk müğənniləri tərəfindən ifa edilir.
Uşağı sağlam cəmiyyətə faydalı vətəndaş kimi böyütmək şərəfdir
Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Uşağı cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi imkan veir ki iş prosesində problemin həlli diqqətdə saxlanılsaın. Şubhəsiz, uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasi, onların yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları kimi hazırlaması işimizin əsas nəticəsidir. Bu gün danışdığımız bütün uğurlar müstəqilliyin nəticəsidir, ölkəmizin bu illər ərzində müxtəlif sahələrdə qazandığı uğurların daha geniş miqyaslı və əhatə dairəsinin möhtəşəmliyinin təmin olunmasi təhsilimizin inkişafı ilə bağlıdır.Bu qarşımızda dayanan əsas vəzifələrdəndir. Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Bu yenilikləri şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin hər bir dövrün cağırışlarına uyğun addım ataraq, qabaqcıl texnologiyaların tətbiqi ilə uğurların davamlılığını təmin etməsidir. Ölkəmizdə İnsan amili dövlətin siyasətində öndə dayanır. Bu gün məhz bu siyasətin uğurlarını yaşayırıq. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır.Uğurların əsası orta məktəbdə qoyulur. Uşaqlarımıza Vətən sevgisi, İnsan sevgisi, Milli zəmində Bəşəri dəyərlərin mənimsədilməsi, onların sağlam düşüncə tərzinin formalaşdırılması nəticəsində cəmiyyətimizə öz tövhəmizi veririk. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət, həm də şərəfdir.
Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar yetişdirməlidirlər. Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Vətəni sevmədən, qorumadan, atababalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetirmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə istiqamətləndirən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir. 44 dünlük Vətən müharibəsində tarixi ,əzələi əbədi Qarabağımızın mənfur düşmən tapdağından azad edilməsi ilə bağlı əldə olunan Qələbənin qorunması bunu bizdən tələb edir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Vətənpərvərlik ən ülvi bir hissdir. Bu gözəl və nəcib əxlaqi keyfiyyəti gələcəyin qurucularına aşılamaq bizim borcumuzdur.Təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır. Gənc nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək və gənclərdə ruh yüksəkliyi yaratmaq, öyrənməyə həvəsi artırmaq üçün çalışmalıdır. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir. Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Vətən bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır. Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir.
Uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizdə hər zaman aktual məsələlərdən olub. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları həmişə bu istiqaməti əsas prioritet hesab edərək gənclərin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər, layihələr həyata keçiriblər. İnsanın ən ali hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa məhəbbətindən qaynaqlanır. Vətənimiz, torpağımız uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan, daima qəlblərimizdə, yaddaşlarımızda yaşayan şəhidlərimizi yaşından asılı olmayaraq hər bir kəs tanımalı və bununla fəxr etməlidir. Çünki biz bu gün onların etdikləri qəhrəmanlıqlar və dövlətimiz sayəsində rahat həyat sürə bilirik. Bu vətən övladları doğma yurda sədaqət rəmzi, məhəbbət sinvoludurlar. Onlar Vətən torpağı uğrunda vuruşmuş, onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər! Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə və sabahına da hamımız cavabdehik: əməyimizlə, lazım gəlsə canımızla və qanımızla. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlaımızın ruhu dolaşır. Vətəni bizlərə babalarımız ərmağan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuş, onu qorumuşlar. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu vətənpərvərliyin ən uca və ali formasıdır.
Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Bizim gələcəyimiz olan uşaqları nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. Gəlin bunu heç zaman unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir, hamımız onların xoş gələcəyinə çalışaq.
Azərbaycan Universitetində “Elin Səsi” Milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin təşkilatçılığı ilə Mənəviyyat dərsləri adlı seminar keçirildi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənəviyyat dərsləri” layihəsi çərçivəsində Azərbaycan Universitetinin tələbələri üçün dərs keçirilib.
Əvvəlcə Elvin Talışınski “Mənəviyyat dərsləri” layihəsinin Azərbaycan Universitetində keçirilən tədbirində açılış nitqi ilə çıxış edib. O, tədbirin əvvəlində layihənin ideyası, məqsədləri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Elvin Talışınski bildirib ki, “Mənəviyyat dərsləri” layihəsi Azərbaycan cəmiyyətində, xüsusilə də gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin qorunmasına, möhkəmləndirilməsinə və bu dəyərlərin təbliği ilə bağlı maarifləndirici işlərin aparılmasına yönəlib.
Tədbirdə əsas məruzəçilər Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin direktoru, tanınmış şərqşünas-pedaqoq Əli Rzazadə və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov olub. Hər iki çıxışda milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasında əhəmiyyəti vurğulanıb.
Əli Rzazadə milli-mənəvi dəyərlərin cəmiyyətin mənəvi sütunu olduğunu vurğulayıb. O, çıxışı zamanı bu dəyərlərin yalnız keçmişin irsi deyil, eyni zamanda gələcək nəsillərin inkişafına istiqamət verən yol xəritəsi olduğunu xüsusi qeyd edib. Əli Rzazadə bildirdi ki, qloballaşma şəraitində müxtəlif mədəni təsirlərə məruz qalan gənclər üçün mənəviyyat mövzusu daha da aktual və zəruri hala gəlib. Onun sözlərinə görə, xarici təsirlərin təsirindən qorunmaq və milli kimliyi saxlamaq üçün ilk növbədə ailədə və təhsil müəssisələrində sağlam mənəvi mühit formalaşdırılmalıdır.
Abbas Qurbanov milli-mənəvi dəyərlərin cəmiyyətin sosial-mədəni dayaqları içərisində tutduğu əhəmiyyətli roldan bəhs edib. Onun fikrincə, mənəviyyat anlayışı yalnız fərdi davranışlarla məhdudlaşmır, bu, həm də xalqın tarixi, kimliyi və gələcək perspektivləri ilə bağlı fundamental bir konsepsiyadır. Tarixçi alim qeyd edib ki, Azərbaycanın zəngin tarixi keçmişi yalnız siyasi və hərbi uğurlarla deyil, həm də yüksək mənəvi və mədəni dəyərlərlə zəngindir. Abbas Qurbanov bu baxımdan ailə, vətənə bağlılıq, dini-mənəvi dünyagörüş və elmə hörmət kimi dəyərləri xüsusi qeyd edərək vurğulayıb ki, bu dəyərlərin nəsildən-nəslə ötürülməsi cəmiyyətin sabitliyini və inkişafını təmin edən əsas faktorlardandır.
Tədbirin sonunda universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov da çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və bu kimi təşəbbüslərin gənclərin mənəvi inkişafına verdiyi töhfələri qeyd edib.
Sonda iştirakçı tələbələrə İctimai Birlik tərəfindən hazırlanan və milli-mənəvi mövzuda yazılmış hekayələr toplusu olan “Mənəviyyat axtarışında” kitabı hədiyyə edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin təbliği, bu dəyərlərin qorunması və möhkəmləndirilməsi, eyni zamanda xoşagəlməz halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Layihə dövlətin gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərə önəm verən siyasətinə ictimai dəstək məqsədi daşıyır. Fotolar:
“YAZARLAR ” jurnalinın qiymətli oxucuları! Bügünkü qonağımız tanınmış özbək yazıçısı, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Respublikasının müstəqilliyinin 25 illik yubiley medalı, “Möhtərəm qadın” döş nişanı sahibi, ondan çox nəsr əsərinin müəllifi Labər RUSTAMOVAdır. -Yaradıcı fəaliyyətə marağınız nə zaman başladı və bu yolda sizi ruhlandıran amillər nə idi? -Məktəb dərslərində şeirlər və monoloqları əzbərləyib, səhnədə təqdim etməyi çox sevirdim. Onlar ruhumda sirli və heyranedicı bir qüvvə oyadırdılar. Nəticədə oxuduğum və əzbərlədiyim əsərlərdəki hadisələr, hətta onların müəllifləri-şair və yazıçılar mənim üçün sanki arzu edilməsi mümkün olmayan zirvələr kimi görünürdü. Bundan sonra ürəyimdə bir arzu yarandı və özümdən soruşdum: “Mən də bu böyük ustadlar kimi yaza bilərəmmi?” Atam kimya fənnindən dərs deyirdi və mənim ilk müəllimim də məhz odur. O, bizə: “Kitabı cızma, vərəqlərini qatlama, oxu və qiymətlə,” deyə öyrədirdi. Ailəmizdəki dörd qız da atamızın yolunu izləyib, müəllimlik peşəsini seçdik. Məktəbi qızıl medalla, ali məktəbi isə imtiyazlı diplomla bitirdim. Yaxınlarım, dostlarım və müəllimlərimin etirafları mənə daim güc və ruh verir. Bir sözümlə atam mənə yazı maşını almışdı. Rayon, vilayət və respublika qəzetlərində yazılarım çap edilməyə başlayanda, sevincimdən sanki göylərdə uçurmuşam kimi hiss edərdim. O vaxtlar poçt xidməti yaxşı işləyirdi. Yazdıqlarımı əl yazması halında konvertə salıb göndərsəm, vaxtında çatırdı.
-Əsərlərinizdə əsasən hansı mövzuları əhatə edirsiniz?
-Mən daha çox insanlıq, mərhəmət, yaxşılıq və mənəviyyat kimi yüksək dəyərlər haqqında yazıram. Həmçinin, din və əxlaq, insan olmaq, həyat və zamanın qiymətini anlamaq kimi mövzular da ürəyimə yaxındır.
-Yaradıcı fəaliyyət vasitəsilə bu mənəvi anlayışları insanlara çatdırmağı öz vəzifəmdən hesab edirəm. Belə yüksək mövzularda yazmaq, ruhu ilhamlandırır, həyatı isə mənalandırır.
-Yeni əsərlər yazarkən sizin üçün hansı mərhələ ən vacibdir? -Ən önəmlisi ideyanın yaranması və onu necə təqdim etmək, hadisəni necə inkişaf etdirmək və nəticəni necə başa çatdırmaqdır. Bu proseslərdə hər addımı düşünərək, planlaşdıraraq və hər tərəfdən hazırlıqlı olmaq vacibdir. Buna görə də mən çox vaxtımı ideya üzərində düşünməyə, onun ən optimal şəkildə ifadə olunmasını təmin etməyə sərf edirəm. Çünki hər bir yaradıcı əsər mükəmməlliyə can atan ağıllı və ürəkdən edilən əməyin nəticəsidir.
-Müəllim-şagird münasibətləri haqqında fikirləriniz…
-Şansım o oldu ki, məktəbdə də, ali məktəbdə də, iş həyatımda da həmişə yaxşı müəllimlər yanımda oldular. Bir çoxları həyatdan köçdülər, onları yaxşı xatirələrlə xatırlayıram. Həyatdakı müəllimlərimlə ən azı bir zəng edib hal-əhval tuturam.
-Müəllim-şagird münasibətləri maddiyyata əsaslanmamalıdır.
-Həqiqətən səmimi olan, lazım gələndə dəstək verə bilən və çatışmazlıqlarını izah edib yol göstərə bilən müəllim olmalıdır. Mən də bir neçə şagirdimdən «müəllim» kimi tanınmaq istədiyini eşidirəm və bundan çox məmnun oluram. Lakin bəzən yardıma gəlib sonra tanımayan şagirdlər də olur. Bu münasibətə əsasən, müəllim-şagird əlaqələri həqiqi hörmət və səmimiyyət üzərində qurulmalı, hər bir şagirdin yaradıcı inkişafını dəstəkləməli və onların çatışmazlıqlarını kömək yolu ilə düzgün istiqamətə yönəltmək lazımdır.
-Ədəbiyyatın cəmiyyətdəki yeri haqqında nə düşünürsünüz?
-Özbəkistan xalq yazıçısı, söz ustası, Abdulla Qahharin belə bir sözü var: «Ədəbiyyat -atomdan güclüdür…» Həqiqətən də ədəbiyyatın cəmiyyətdəki yeri çox böyükdür. İnsan özlüyünə çata bilmək, kamilliyə və mənəviyyata nail olmaq üçün əlbəttə ki, ən vacib tərbiyə vasitəsi olan ədəbiyyat lazımdır, kitab lazımdır. Ədəbiyyat sayəsində dünya daha da gözəldir. Ədəbiyyat, öz növbəsində, insanların ruhunu ucaldır, onları həqiqi dəyərlərə çatdırmağa yönəldir. Beləliklə, ədəbiyyat yalnız dilin deyil, həm də ürəyin güclü qüvvəsidir.
-Əsərlərinizin bir çox xarici nəşrlərdə çap edilməsi, yaradıcı fəaliyyətinizə necə təsir etdi?
-Ailəm, övladlarım həyatımın mənası, bəxtim olduğu kimi, yaradıcı fəaliyyətim də məni irəliləməyə, təslim olmamağa səsləyən və həmişə çağıran “İŞIQLI NUR!” Bir vaxtlar dünya şairlərinin əsərlərini oxuduğumda; mənim də əsərlərimin xarici nəşrlərdə çap olunmasını istərdim…Bu gün isə, ucqar bir kənddə yaşayaraq yaradıcı fəaliyyət göstərən birinin yazdığı əsərlərin xarici nəşrlərdə çap edilib, dünya üzünü gördüyünü görərək, arzularımın həyata keçdiyini hiss edirəm. Bu isə mənə daha çox ruh verir, daha çox, daha yaxşı axtarışlar etməyə, yaradıcı işlər görməyə təşviq edir.
-Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
-Azərbaycan ədəbiyyatına marağım və sevgim böyük mütəfəkkir Nizami Gəncəvinin şah əsərlərini oxumaqla başladı. Bu böyük mütəfəkkirin yaradıcı fəaliyyəti mənim üçün Azərbaycan ədəbiyyatına geniş yol açdı desəm, yanılmaram. Onun əsərləri vasitəsilə ədəbiyyatın son dərəcə böyük qüdrətini, insan ruhunu yaxşılığa və həqiqətə yönəldən ilahi qüvvəsini hiss etdim. Sonra Səməd Vurğunun duyğusal şeirləri və Mirzə Fətəli Axundovun dram əsərləri ilə tanış oldum və Azərbaycan ədəbiyyatının sosial-siyasi və insanpərvərlik dəyərlərini daha dərindən anladım. Bəxtiyar Vahabzadənin Vətənə və sevgiə həsr edilmiş şeirləri, Anarın müasir qəhrəmanlıq ruhunu əks etdirən əsərləri və Nəbi Xəzrinin ürəklərə nur bəxş edən yaradıcılığı mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatı-dünya mədəniyyətində özünə xüsusi yer tutan, insanlığın mənəviyyatının ən yüksək tərəflərini əks etdirən ədəbiyyatdır. Onun hər bir səhifəsi bizə həyat həqiqətləri və sonsuz ilham mənbəyini çatdırır.
-Yaradıcılıq yolunuzda qarşılaşdığınız ən böyük çətinliklər və onları necə dəf edirsiniz?
-Ən böyük çətinlik- vaxt, imkan və şərait məsələsidir. Əslində, gündəlik həyatın çətinlikləri və şəxsi məsuliyyətlər çox vaxt qadını yaradıcı fəaliyyətlərdən uzaqlaşdırır. Lakin, ona müəyyən vaxt və uyğun şərait yaradıldıqda, qadının ürəyindən çıxan duyğular və fikirlər özünəməxsus və təbii şəkildə, yaxşı yazılır.
-Yaradıcı həyat və şəxsi həyat arasında necə bir balans saxlanmalıdır?
-Şəxsi həyat və yazdıqlarının arasında ziddiyyət, yəni insanlıq haqqında yazıb, özünün praktik həyatında insanlıqdan uzaq olmaq, yaradıcı insan üçün ən böyük səhv və ağrıdır. Yaradıcı insanın həqiqi mənada yaradıcı həyatı yazdıqlarına uyğun olmalı, onun qəlbinin həqiqi hissləri, arzu və istəkləri əks etdirməlidir. Hansı vəziyyətdə olursa-olsun, yaradıcı insan müvazinətli, səmimi və yaxşı əxlaq sahibi olmalıdır. Bu əxlaq onun yazdıqlarında aydın şəkildə görünməli və yaradıcılığına dərin mənalar verməlidir. Əgər yaradıcı insan özünə xas insanlıq və ədalətdən məhrum olarsa, onda onun yaradıcılığı həqiqi insanı tərənnüm etməyə qadir olmaz.
Söhbətləşdi: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.
QADIN Mən qadınam, övladam, anayam, Bacıyam, xala, bibi, nənəyəm. Qadınam, dostam , sirdaşam, sənə yaxın yoldaşam. Mən qadınam, qırma qəlbimi ! Qırma sevgidən doğan ümidlərimi. Mən qadınam, qabartma qırışan cizgilərimi. Mən qadınam- sevgiylə yoğrulan, sevgidən doğan Arzular qatında var olmuş adam! Mən qadınam… Bu həyat yolunda əlindən tutub əzəldən axıra yol yoldaşınam. Sevinci, kədəri birgə yaşayıb Yıxılıb dirçəlib Ümidi kiçilib Dərdi ürəyində qovrulan qadın!
Bəzən valideynlər qız övladlarının çiyninə gücündən qat-qat artıq yük qoyurlar. Kölgələri yanında kənardan müdaxilə etmədən sakitcə izləyirlər. Əslində, övladları büdrəsə, qaça-qaça köməyə gələcəklər. Zülm, zillətlə böyük yükü, dərdləri çiyinlərində, qəlblərində təkcə daşıyan qızlar çox güclü olur həyatda. Çünki güclü olmağa məcbur qalıblar. Bütün qızlar xoşbəxt olmağı xəyal edirlər. Kimisinin xoşbəxtlik asanlıqla qarşısına səpilir, kimisinə də güc-qüvvət toplayıb, yıxılıb – qalxıb, əzilib inciyib, uzun imtahan sınaqlardan keçəndən sonra xoşbəxt olmaq nəsib olur. Bir vaxt qızlarımız özləri də valideyn olurlar. Göz nuru övlad böyüdürlər. Artıq onlar özləri də balalara həyatdan inci dənələri toplamağı, çətin həyat cığırında yıxılmadan əmin addımlarla addımlamağı bacarmağı, ağıllı, savadlı, imanlı, mərhəmətli, mərd insan olmağı öyrətməlidirlər. Ailə tərbiyəsi sanki bir çərçivə. Gözəl bir portretin çərçivəsi. Əsas məsələ – portret hansı nəslin şəcərəsindən qaynaqlanır. Müasir dövr nə qədər sərbəstliyi, azadlığı nəsib etsə də, “tərbiyə bir insan əyninə biçilmiş ən gözəl geyimdir.” Qız övladı gəlin köçəndə ayrı bir dünyaya daxil olur. Struktur kənardan bəsit, hər kəsdə olduğu kimi görünsə də…. Əslində hər ailənin daxili, özülü tam başqadır. Yeni ailədə sağlam qalmaq, sağ qalmaq… Bəli,düz eşitdiniz, mənəvi və fiziki olaraq sağ qalmaq. Mənliyini, kimliyini itirmədən, əzilmədən, geri getmədən sağlam qalmaq, xoşbəxt olmaq, hər ailədə mümkün olmur. Vay o qızın halına ki, “xəstə” düşüncəli , üstü bəzək, içi naməlum birisi ilə ailə qurub. Bəli, indi gəlib çıxdıq bax o yerə, tam o yerə. Əziz valideynlər, istər qız, istər oğul balanızı düzgün tərbiyə edin. Oğlanlar ailə quracaqları xanımı sevgiylə seçsinlər. Gənclər müqəddəs andı dildə yox, qəlbən sədaqətlə içsinlər. Bir ömür boyu bir yerdə, pis və yaxşı gündə bir-birlərini sevib qorumaq, qayğısına qalmaq nədir – uşaqlar bu kimi dəyərləri valideynlərindən görüb götürürlər. Qızlarımız ailə üçün ən gözəl pay, övlad hədiyyə edir. Ailə üzvlərinin qayğısına qalır, yuvasının həm həkimi, həm xadiməsi, həm tərbiyəçisi, həm müəllimi, həm mühasibi, həm aşbazı – hər şeyi olmağa çalışırlar. Atalar ailənin maddi-mənəvi qazancı, qüdrəti, müdafiəçisi – bir sözlə baş tacıdır.Nənələr demişkən: “Üzük qaşı ilə tanınar.” Həmin o qaş atadır, üzük isə ailə. Hər ailədə söz-söhbət olur. Ailəni uzun müddət ailə kimi saxlayan çox vaxt qadının gücü, qüvvəsi, dözümlüyüdür. Dəyərini bilin xanımların. Oxuyun, araşdırın bütün dünya nəşrlərini, informasiya qaynaqlarını- qadınlar bir sevgi qarşılığında nələrə dözməz, nəyindən keçməz!?! Burada çox geniş mənalar var. Siz ancaq yaxşıları seçin. Çünki azərbaycanlılar üçün qadın isməti, qadın namusu, ailədə kişi və qadının yeri tam başqa olub. Get-gedə bütün dəyərlərimiz öz mövqeyini itirir. Çox təəssüf! Dəyəri bilinmədikcə xanımların yaxşıları azalır, yaxşı ana, yaxşı bacı, yaxşı yoldaş… Hər birinin günahkarı nə vaxtsa bir kişi olub deyilir. Ya atası, ya qardaşı, ya yoldaşı, ya əmi ya dayısı, ya da min bir yadı. Qadın dünyaya göz açandan “yaxşı” olmaq üçün böyüyür. Unudubsa yaxşılığı, demək , buna vadar olub, həyatından bezar olub. Bağban başqa bağlarda çiçəkləri suvararkən öz bağından uzaq olur. Halal gül-çiçəyi solur. Bağçasının barı övlad arzulanan övlad olmur. Sevgisiz hansı ağac dadlı bəhər verər ki!? Zaman, zəmanə günahlandırılır. Yaşadığımız zamanı bu hala salan elə biz özümüz insanlarıq da. Fövqəltəbii qüvvələr yaratmır ki, hər gününü, saatını, istədiyin kimi yaşayırsan, ey insan, alnına silah dirəyib yaşatmırlar ki səni könülsüz-kefsiz. Hə, hər qadın da hər şeyə görə ailə dağıtmır. Ya qorxuları var həyatda, maddi-mənəvi, ya güvənsizdir həyata , gələcəyə, ya yoxdur bir kimsə arxa-dayağı, ya da… ya da… çoxdur davamı. Ailə dəyərlərini öyrədin! Ailə heç nə ilə əvəz olunmaz. Nə pulla ala bilərsən ailə xoşbəxtliyini, nə vəzifə, nə şan-şöhrət – heç nə ilə… Maddiyata bağlı müvəqqəti xoşbəxtliklər ailə deyil. Nəfəs alıb, bir yerdə yaşamaq, gün keçirmək, harda qırıldı qırılar….bunlar var olan YER ev,yuva ,ocaq, ailə deyil. Hər şeyin öz yeri, öz vaxtı , zamanı var. Bir gün dəyərsiz olan hər şey yox olar, hamı gedər. Yanında təkcə səni sevən ailə üzvlərin qalar. Siz də öz nəslinizin portreti olun! İllər keçsə də , daim adınız qürurla anılsın. Sizli xatirələr dillər əzbəri olsun yaxınlarda, yadlarda. Bu dünyanı cismani tərk edirik. Amma ruhən daim yaşayırıq qəlblərdə, sözlərdə,əməllərdə… Adı dillərdə fəxarətlə anılanlardan olun! Həyat fanidir. Xoşbəxt edin, xoşbəxt olun! Ailə dəyərini bilənlər üçün ən böyük mirasdır.
Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malik olan, realizm və romantizmin vəhdətini ustalıqla əks etdirən bir romandır. Əsər oxucunu həm zahiri hadisələrin axarı ilə, həm də insan psixologiyasının dərin qatlarına enməklə cəlb edir. Müəllifin həyat hadisələrinə yanaşma tərzi realist olsa da, bu realizmin içərisində bədii və romantik qatlar öz yerini qoruyur. Bu isə əsəri həm oxunaqlı, həm də çoxqatlı mənalandırmağa şərait yaradır. Əsərin əsas gücü onun psixoloji dərinliyindədir. Səma Muğanna obrazların daxili aləmini incə müşahidələrlə, duyğusal keçidlərlə oxucuya təqdim edir. Bu baxımdan, “Qeyb olan uşaqlıq” romanını Azərbaycan ədəbiyyatında psixoloji ədəbiyyatın mühüm nümunələrindən biri hesab etmək olar. Xüsusilə, uşaqlıq dövrünün insan xarakterinin formalaşmasında oynadığı rol, itkilər, xatirələr və bunların yetkinlik çağındakı əksi ustalıqla işlənmişdir. Uşaqlıqda yaşadığımız hadisələrin bugünkü bizə təsirinin böyük olduğunu əsəri oxuduqca bir daha anlayırıq. Fikrimcə ,Azərbaycan ədəbiyyatında psixoloji yönümlü əsərlərin sayı çox deyil. Bu səbəbdən, “Qeyb olan uşaqlıq” romanı yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Müəllifin dili səlis, obrazların təqdimatı isə çoxşaxəlidir. Bu isə oxucuya yalnız hadisələri izləmək deyil, həm də onları duymaq, yaşamaq imkanı verir. Nəticə etibarilə, Səma Muğannanın “Qeyb olan uşaqlıq” romanı müasir Azərbaycan ədəbiyyatında həm mövzu, həm üslub, həm də psixoloji dərinlik baxımından diqqətəlayiq və əhəmiyyətli bir əsərdir. Realizmlə romantizmin vəhdətində yazılmış bu roman, oxucunu həm emosional, həm də intelektual baxımdan düşündürür. Oxucunun empatiya hissini qurmasına yardımçı olur. Axı hər kəsin daxilində nə vaxtsa üzləşməli olacağı bir uşaqlığı var…
Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov: “Müstəqillik bir dövlət üçün ən böyük nemətlərdən hesab olunur və bu nemət heç bir dövlətə hədiyyə olunmur. Müstəqillik böyük zəhmət, düzgün və uğurlu siyasətlə yanaşı xalqın qəhrəmanlığı və qanı hesabına əldə olunur.
Müasir müstəqillik tariximizin canlı şahidi və sinəsində “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı daşıyan Eyvaz Hünbətov olaraq deyə bilərəm ki, müstəqilliyimizi dünyada heç bir ölkədə olmadığı qədər çətin, ağır və qanla əldə etmişik. Əlbətdə müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər çətindir. Ona görə də əziz həmvətənlərimiz, bizlər qalib Xalqın nümayəndəsi olaraq əldə etdiklərimizin – müstəqilliyimizin, suverenliyimizin, sabitliyimizin və bütün bunları bizlərə bəxş edən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qədrini bilməliyik! Bütün xalqımızı 28 May Müstəqillik Günü münasibətilə təbrik edirəm!”
Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!