“Ulduz” jurnalının aprel sayı Xanım Anelanın “Özüylə söhbəti…” və hekayələri ilə açılır. “Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir. Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiəqsinin qalibləri bu sayda yer alır. “Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərdi. “Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz. “Qısa fikirlər xəzinəsi”ndə ənənvi olaraq dühalar yer alır. “Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl–Şəlahın şeirlərini təqdim edir. “Müsahibə” rublikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət” i oxucularla bölüşür. “Düzülüş və mövcudluq” essesiylə “Esse”də Sadiq Qarayevdir. Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncəsin bənzərsiziliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır. “Dərgidə kitab”da şeirləriylə Xəyal Rzadır. Bunlar hamısı deyil, “Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.
ŞEİRLƏ İSİNDİK YAĞMURLU GÜNDƏ… (AYB Mingəçevir bölməsinin yaradıcılıq günündən reportaj)
Bu ilki yağışlı-yağmurlu yaz fəslinin “acığına” bu dəfə (15.05.2024) AYB-nin Mingəçevir bölməsinin iş otağına qədəm qoyan yazarların çöhrələrindən sanki nur yağır.
Əvvəlki dönəmlərlə müqaisədə söz ocağımızın başına toplaşanlar kifayət qədərdi. Tanınmış şair dostumuz Namiq Zaman Ağdaşdan, Araz Süleymanov Yevlaxdan, Mikayıl Yusif Salahlıdan gəlib. Mingəçevirdə görkəmli idman məşqçisi kimi tanınan ədəbiyyat sevdalısı Mehman Məlikov isə gəlişi ilə hamını məmnun edir. AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə Mehman müəllimi yazarlara təqdim edib deyir: – Mehman müəllim yaxın keçmişdə Rusiyada sayılıb-seçilən idmançılardan biri olub. İllər boyu qürbət eldə keçirilən idman yarışlarında kürsünün ən uca nöqsəsinə qalxmaqla pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Bir neçə ildir ki Mingəçevirdə məşqçi kimi gənclərin yarışlara hazırlanmasında öz şəxsi təcrübəsinə arxalanır. Və ən başlıcası isə, bədii yaradıcılıqla məşğul olmasa da, ədəbiyyat sevdalısı kimi hamını heyran etməyi bacarır… Bölmə sədri yaxın aylarda nəzərdə tutulan tədbirlərdən söz açır və yazarların bəzilərinin dillərində səslənən təklifləri də dəyərləndirir. İlk dəfə söz məclisinə qatılan gənc yazarları,-Mingəçevir Dövlət Universitetinin ikinci kursunda oxuyan Əfqan Dönməz və Mədinə Rəhimovanı həmkarlarına təqdim edəndən sonra, “gəlin, indi də bir az soyuq, qaşqabaqlı yaz havasını könlümüzün söz havası ilə isindirək deyərək, təbəssümlə yazarların ruhlarını dilə gətirir. Əvvəlcə Mikayıl Yusif, onun ardınca Ağabala Salahlı oxuduqları şeirlərlə diqqəti cəlb edir. Tələbə gənclərin,-Əfqan Dönməz və Mədinə Rəhimovanın bir az çəkinə-çəkinə oxuduqları şeirlərə də heç kim biganə qalmır. Bölmənin sədri üzünü onlara tutub deyir: “Bu otağın qapıları hamının üzünə həmişə açıqdır, elə bilin ki öz ata evinizə gəlmisiniz, ancaq yazmaqla yanaşı, öyrənməyi də özünüzə elə bəri başdan təlqin edin. Şair Elşən Əzim də gənc həmkarlarına faydalı məsləhətlər verməyi özünə borc bilir. Mahir Musa həmişə olduğu kimi bu dəfə də pafos dolu misralarla həmkarlarının eynini açır. Rəfael Dəmiroğlu dünyaya göz açdığı Kəlbəcər rayonunun Susuzluq kəndindən olan şəhid eloğlularına həsr etdiyi şeirlə fərqlənməyi bacarır. Araz Süleymanovun oxuduğu yığcam-lakonik şeirlər hamı tərəfindən razılıqla qarşılanır. Şair-publisist Məmməd Mərzili bu dəfə yazdıqlarını oxumasa da, həmkarlarına xitabən xeyir-dualarını dilə gətirir. Ağdaş şəhərində uzun illərdən bəri pedaqoji fəaliyyətini davam etdirən Laçınlı tanınmış şair Namiq Zaman yenicə qələmə aldığı şeirləri ilə həmişə olduğu kimi bu dəfə də hamının diqqətini cəlb etməyə nail olur. MDU-nun dosenti, tədqiqatçı alim Mehman Rəsulov tədbirə qatılanlara yönəlik xeyir-duaları ilə həmkarlarını gələcəyə səsləyir. Ölkəmizdən uzaqlarda da istedadlı qələm sahibi kimi tanınan Elşən Əzimin Şuşa şəhərində yaşamaqçün köç edənlərin sevinc hissini poetik cizgilərlə önə çıxaran şeiri ilə söz məclisinə əlvan çalarlar qatır. Mingəçevirli yazarların sevimlisi, şairə Bəsti Bərdəlinin oxuduğu şeirləri də qələm dostlarının alqışlarına layiq görülür. Bölmə rəhbəri İsmayıl İmanzadə sonda həmkarlarına uğurlar diləməklə, ertəsi gün Bakıdan gələn bir alim-şair yazarla gözlənilən önəmli söz məclisində iştirak etməyi vacib hesab edir. İki saata yaxın zaman kəsimi ərzində davam edən AYB-nin Mingəçevir bölməsinin növbəti söz məclisi ürək açıqlığı və könül xoşluğu ilə sonuclanır. Yazarların çöhrələrindən süzülən məmnunluq və sevinc hissi bunu bir daha təsdiq edir. Bir az sərin, dumanlı-sisli, ən başlıcası isə qaşqabaqlı yaz havası deyəsən Mingəçevirli yazarların xoş əhval-ruhiyələri qarşısında addım-addım geri çəkilir… Fotolar:
MƏMMƏD GÜRŞADOĞLU Azərbaycan Jurnalıstlər Birliyinin üzvü, şair-publisist
Kim uduzmadı ki, zamana, Kim məğlub olmadı ki, faniliyinə dünyanın? Gidiliyin bətnində bir xəyanət… gizli də deyil əslində, açıq-aşkar əli kürəyində gəzir vaxtı yetişəndə vurmağa son zərbəni.
Sülhlə qurtarır bütün savaşların sonu, amma, qədərlə əlbəyaxanın olmur barışığı… Doğulan andan son nəfəsinəcən çarpışmalısan taleyinlə… Əl var ətək axtarır tutmağa, əl də var yapışmağa yaxa… Tutsan da eynidir son, yapışsan da… Bir halda ki, yenilməkdir aqibət, dəyməz əl yeri axtarmağa tutunub qalmaq üçün köləliyində fələyin.
Sıx yumruğunu, nə ola-ola hayqırıb, ilişdir alnına yazı yazanın öz möhürünü və… Və atıl boşluqlara yer kürəsindən… Yoxsa ki, nə var yaşamağa qanad çıxaranacan, sonra da ölməyə atlı qarışqa misalı.
Özü də bilmədən azadlıq aşiqidir bütün yaradılanların ruhları. Yaşamağa qəfəs varsa hər növ faniliklərlə, qurtulmağa da göy üzü var hər cür vəfasızlıqlardan. Adam özünü tapır ruhunu tanıyanda, insan özünə qovuşur ruhu xilas olanda!
TOLERANTLIQ HAQQINDA BİR SIRA FİLOSOF, YAZIÇILARIN DÜŞÜNCƏLƏRİ :
“Tolerantlıq hər cür güc və qabiliyyətdə özünü göstərən yeganə sülh təminatçısıdır” — Höte
“Tolerantlıq bəşəriyyətin üstünlüyüdür. Hamımız zəifliklər və səhvlərlə doluyuq. Bir-birimizi qarşılıqļı olaraq bağışlayaq. Bu, təbiətin birinci qanunudur” — Volter
“Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram ” — Mahatma Qandi
“Təhsilin ən yüksək nəticəsi tolerantlıqdır” — Helen Keller
“Tolerantlıq ülvi bir fəzilətdir” — Aleksandr Düma
“Tolerantliq o heddə çatacaq ki, zəkalı adamların düşünməsi qadağan ediləcək ki, axmagları incitməsin” — Dostoyeyski
“Tolerantlıq, dözülən şeyin pis olduğu halda cinayətdir” — Tomas Mann
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında güneylilərimizin ruhuna ithaf edirəm)
Xəyyam-Adının bir mənası çadır qurandır, ancaq çadırçı yox, inqilabçı olmaq yazılmışdı taleyinə.Xəyyam əmi Göyçayda bizim yaxın qonşumuz idi. Həmşərimiz, həm də qonşumuz Xəyyam kişidən atam ağızdolusu danışardı.Atam onun hər 3 oğlu ilə dost olub.Xəyyam kişinin oğlanlarının adı-böyük oğlu Ərjəng, ortancıl Öyrəng və kiçiyi Fərhəng idi. Mən uşaq olanda soruşdum ki: -Ata, bu nə qəribə adlardır belə? Atam dedi ki:
Farslarda hərbi rütbə adlarını bildirir. Atam ən çox Quşi əmi ilə (dostları Ərjəngə Quşi deyirdilər) dostluq edərdi.Quşi əmi stomatoloq idi.Azman bir görünüşü vardı. Tez-tez bizdə olardı, qucağına götürərdi məni, oynadardı, baxmayaraq ki, uşaq ikən ondan çox qorxardıq.Onu da deyim ki, o cüssədə, o yekəlikdə adamda uşaq kövrəkliyi vardı.Kiçik oğlu Fərhəng əmi ilə də yaxın idik.Xəyyam kişinin oğlanlarının hamısı savadlı və mütaliəli idilər.Fərhəng əmi sonralar Bakıda çox toylarda tamadalıq edərdi.Bəlağətli danışığı və şeirbazlığı ilə seçilərdi. Atamdan soruşanda ki, o taydan gələnlər Göyçayın yolunu necə tapıblar? Doğrudan, da elə götürək bizim ailəni: Bizim Göyçayda heç kimimiz olmayıb axı… İsmayıl babam Göyçaya gəlməsəydi bizim nəsil Göyçayı necə tapacaqdı? Atam dedi ki: -O vaxt 2 saat vaxt veriblər, kimi canın götürüb keçib, kimisi qalıb orada- asılıb, kəsilib, sürgün edilib.Quzeydə əsasən Bakıya gəlsələr də, sonra bölgələrə paylaşdırılıblar.Gəncəyə, Samuxa, Astaraya, Lənkərana, Ucara, Göyçaya və.s.Göyçaya gələnlərin başında Xəyyam kişi dayanıb.Cəsur, bilikli, müdrik kişi imiş.Ətrafındakılar deyiblər: -Əgər Pişəvəri ordusunun fəalı Xəyyam Göyçayı seçibsə, demək nəsə bilir və böyük bir dəstə onun ardınca düşərək gəlib Göyçaya.Bizim küçə Göyçayın düz mərkəzində yerləşir-keçmiş Kommunist küçəsi, indiki M.Ə.Rəsulzadə küçəsi.Canguflar, Xəyyamilər, Paydarlar, Novruzilər, Bamizərlər, Bayramilər, Kərimilər və.s Göyçayın tanınmış həmşəri ailələridir. Atamın ən çox dostanə xatirələri rəhmətlik Quşi əmi ilə olub: Soçidə, Kislovodskda başlarına gələn macəralarından, yerli uşaqlarla etdikləri davalarından ara-sıra danışardı. Xəyyam kişinin oğlu Quşinin həm də gözəl xörək hazırlama qabiliyyəti vardı.Həmşəri plovunu, müsəmma və daşma plovu bişirməkdə mahir idi. Xəyyam kişini görməsəm də, onun oğlanlarının 3-ünü də-Ərjəng əmini də, Öyrəng əmini də, Fərhəng əmini də görmüşəm.Onlardan təkcə Öyrəng əmi sağdır və uzun müddət Göyçayda tarix müəllimi kimi işlədi, qardaşları isə vəfat edib. Atamın xatirələrinə görə fədai ordusunun ən fəal üzvlərindən idi-Xəyyam kişi.Duzlu-məzəli söhbətlər edər, gözəl şeirlər də söyləyərmiş.Ümumiyyətlə, həmşərilər poeziyaya vurğun kimi tanınar, söhbətləri də şairanə ab-havada olardı. Yenə atamdan eşitdiyim bir fikir lap yerinə düşür: “O nə həmşəridir ki, plov yeməyin, şeir deməyin xəstəsi olmasın?!” Əlavə də edərdi: -Həmşəri 3 şeydən tanınar: 1 plov yeməyindən; 2 şeir deməyindən; 3 tərslik eləməyindən. -Görün, “Fədailərimizi tanıyaq!” rubrikasının Xəyyam əmiyə aid hissəsi bəndənizi haralara apardı?
Mətbuat Şurasında təcrübə proqramı keçən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi “Xalq qəzeti”nin redaksiyasında olub.
Qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Əflatun Amaşov tələbələrə rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiy yol və hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verib. Baş redaktor qeyd edib ki, hər zaman dövlətçiliyin inkişafına xidmət edən “Xalq qəzeti” Heydər Əliyev ideyalarının ən böyük təbliğatçısıdır.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, baş redaktorun birinci müavini Tahir Aydınoğlu bildirib ki, “Xalq qəzeti” dizaynında və formatında yeniliklər edib. Bu, müasir dövrün tələbləri ilə uyğunlaşmaq istəyindən qaynaqlanır. Mövcud xüsusda ən böyük yenilik isə analitik məzmunlu, düşündürücü materialların təqdimatıdır.
Bildirilib ki, qəzetin uğurlarının əsasında dayanan vacib amillərdən biri də 44 günlük müharibədəki müqəddəs Zəfərimizin yaratdığı reallıqlardır. Bu reallıqlar hadisə və proseslərə daha proqmatik yanaşma zərurətini aktullaşdırır. Ə.Amaşov azad Qarabağda həyata keçirilən nəhəng infrasturuktur layihələrinin, görülən quruculuq işlərinin də “Xalq qəzeti”nin yaradıcılıq motivlərinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Tələbələr qəzetin həm çap, həm də elektron variantı ilə tanış olublar. Onlar nəşrin internet televiziyası olan “Xalq TV”yə baş çəkiblər. Qeyd olunub ki, günün aktual məsələlərinə həsr olunmuş ictimai-siyasi, iqtisadi və digər mövzularda verilişlərin yayımlandığı “Xalq TV” qısa müddətdə populyarlıq qazanmağı bacarıb.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bir qrup tələbəsi fevral ayından etibarən Mətbuat Şurasında təcrübə proqramı keçir. Onlar bu proqram əsasında Şuranın təşkilatçılığı ilə ölkəmizin tanınmış qəzet və saytlarında olublar. Təcrübə proqramı mayın 24-də başa çatır.
GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI….. Səma Muğanna – bu ad artıq oxuculara tanışdır.Bu günlərdə Atatürk Mərkəzində onun 4- cü kitabının-“QEYB OLAN UŞAQLIQ” – kitabının möhtəşəm təqdimatı keçirildi.Təqdimatda tanınmış elm adamları,yazıçı və şairlər,media mümayəndələri,ziyalılar iştirak edirdilər.Tədbiri giriş sözü ilə Məti Osmanoğlu açdı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O,sözü “Qazax”Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri İlham Pirməmmədova verdi.İlham müəllim bu kitabın İctimai Birliyin dəstəyi ilə nəşr olunduğundan,kitabdakı bölümlərdən ətraflı məlumat verdi.Yazıçı Varis Xalq yazıçısı İsa Muğannadan danışaraq,yazarın ugurlarını genlə əlaqələndirdi.. Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslı Səmaya ugurlar arzuladı.Səmanıın ibtidai sinif və biologiya müəllimləri- Manya Novruzova və Elnarə Nərimanova onun hələ kiçik yaşlarından babası ilə olan ədəbi fəaliyyətinin nəticəsinin bu yerə gəlib çıxmasında ,genin rolunun olduğunu qeyd etdilər.Onlar Səmanın ugurları ilə fəxr etdiklərini deyərək,ona yaradıcılıq ugurları arzuladılar.Yazarımızın anası Sevinc xanımın belə vətənpərvər, layiqli övladlar tərbiyə edib böyütdüyünə görə,ona təşəkkür etdilər. Sevinc xanımın iş yoldaşı- -BDU- nin dosenti Həqiqət Abdiyeva,Ramiz Göyüşov,şair İlham Qazaxlı,Aşıq Şahin Süleymanov ,Elza Gülməmmədova və başqaları da çıxış edərək Səma haqqında xoş sözlər söylədilər.Səmanı ” Ədəbi gəncliyin parlaq mayakı”adlandlran,”Yazarlar” və “Carçı”jurnallarının əməkdaşı,DAMM- nin EŞ – nın sədri, yazıçı- publisist Nəzakət Əhmədova Səmanın hələ orta məktəbdə oxuduğu zaman Yazıçılar Birliyinə üzv seçılməsini,ölkəmizdən xaricdə də əsərlərinin dərc olunmasını,müxtəlif Fəxri Diplomlara layiq görülməsini dinləyicilərin nəzərinə çatdırdı.Sonda, ondan aldığı müsahibənin dərc olunduğu” Gecikmiş çiçəklər” kitabını Səmaya hədiyyə etdi.
Səmanın təhsil aldığı ADMİU- nin səhnə danışıgı müəllimi Əlizaman Mirzəyev,aktyor Sabir Məmmədli,Ayyət Mirzəyev və başqaları çıxış edərək , babası İsa Muğanna haqqında xatirələrini,Səmanın ədəbi fəaliyyəti barədə maraqlı məlumatlarını söylədilər.Sonda Səma ona ünvanlanan suallara dolğun cavablar verdi,xatirə şəkilləri çəkildi.
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Masanın üstündə “Divani-lüğatit-türk” kitabı var. Mahmud Kaşğaridən söz düşür.Əkrəm Cəfər dillənir: -Mahmud Kaşğari türkologiyanın banisidir.11-ci əsrin ortalarında Kaşğar elində yaşayıb-yaratmış böyük filosofdur. Kaşğari öz dövrünün türk ellərini qarış-qarış gəzib, Çindən Ruma qədər dolaşıb, türk xalqlarının dilini, folklorunu, etnoqrafiyasını ləhcə və şivələrini tədqiq edərək çox qiymətli elmi əsərlər yaradıb. -Bəs Kaşğar eli haradadır? -Kaşğar şərqi Türküstanda, yəni Çinin şimal-qərbində şəhərdir, həm də vilayətin adıdır. Haşiyə: Bəzi mənbələrdə Kaşğar elinin Azıx kəndində (İndiki Özbəkistanda) bəzi mənbələrdə İsık-kul gölünün sahilində-Barskan şəhərində (indiki Qırğızıstanda) doğulub Mahmud Kaşğari.İstənilən halda Kaşğari uyğur türküdür. Kaşğar dili də uyğur dilinin ən böyük dialektlərindəndir. -Bəs uyğurlar kimdir? -Türk xalqları 3 böyük qrupa bölünür: 1) Uyğur türkləri 2) Oğuz türkləri 3) Qıpçaq türkləri Tarixdə ən qədim və ən mədəni uyğur xalqı olub. 5-6 əsrlərdən qalan yazı abidələri göstərir ki, oğuz və qıpçaq qismləri hələ köçəri halda ikən uyğurlar məşhur şəhərlərdə oturaq həyat keçirib, böyük sənət, geniş ticarət sahibi olublar.Uyğurların evində belə rəssamlıq sənəti çox inkişaf edibmiş.Təkcə divarları, tavanı deyil, döşəməni də gözəl rəsmlərlə bəzəmişlər. Haşiyə: Uyğurların qədim türk qolu olduğu danılmazdır, necə ki, qıpçaqların daha müasir olması barədə mübahisə yoxdur.Ancaq biz oğuz türkləri haqqında bunu demək çətindir.Altay dil ailəsunin, türk dillərinin oğuz qolu olduqca qədimə dayanır.Qazax şairi Oljas Süleymenov “Türklər tarixdən əvvəl” əsərində yazır: Oljas Süleymenov: “Məktəb illərindən bilirik ki, qaxax dili ən gənc dillərə aiddir. O, türk dilləri ailəsinin qıpçaq qrupuna daxildir.Hesab olunur ki, qıpçaq qrupu oğuz, karluq qrupundan sonra yaranıb, qədimdə özü haqqında yazılı məlumat qoymayıb.Orxon-Yenisey yazılarınln rəsmi tarixi isə bizim eranın 5-ci əsridir.Bu böyük abidələrin dili oğuz və karluq dillərinin normasını əks etdirir” Görürsüzmü deməli oğuzların yazı mədəniyyəti olub və Oljas Süleymenov birinci Oğuzun sonra karluqun adını çəkir” Süleymenovun “Az i Ya” əsərində də açıq şəkildə görürük: “Dədəm Qorqud gəldi, şadlıq çaldı, boy boyladı, soy söylədi.Qazi ərənlər başına nə gəldiyini söylədi.-Qanı dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Bəlkə igid İspakın iç-oğuz ozanının bu söyləməsini Assuriyanın zeytun pöhrəliyində dinləyib.” Əlbəttə, biz şərti olaraq dastanın tarixini 1300 il götürdük.Hər şeydən ziyadə Dədə Qorqud akademik Kamal Abdullanın təbiri ilə desək bir prinsipdir.O, həm özündən sonrakı epoxaya, həm də özündən əvvəlki dövrlərə işıq tutur. Mən Kamal müəllimin bu fikrini çox bəyənir və sərrast şəkildə deyilmiş həqiqət sayıram.Məncə, sayğıdəyər akademikimiz dastanın reseptini dürüst yaza bilib.Çünki Dədə Qorqudda xeyli epizod var ki, onun rişələrini eradan əvvəlki dönəmdə aramaq lazım gəlir, nəinki 7-ci əsrdə. Qayıdıram əsas mövzuya. Hazırda 6 milyona qədər uyğur türkü Çində yaşayır.(Bu, 1965-ci ildə gedən statistikadır) Qazaxıstan və Özbəkistanda da uyğurlar var. Mahmud Kaşğari öz məşhur əsərini ərəbcə yazıb.Bağdad xəlifəsi Müqtədiyə 1073-1074-cü illərdə təqdim edib.O zaman türk dili və ərəb dili yanaşı işlənirdi.Kaşğarinin bu kitabı türklərə ərəb, ərəblərə türk dilini öyrətmək rolunu oynayıb. 1939-cu ildə İstanbulda buraxılmış “Divani-lüğatit-türk” ün türkcəyə uyğunlaşdırmasını Besim Atalay edib. -Bəs bu kitab necə üzə çıxıb? -Dostlar, balaca bir araşdırma apardım.Sən demə, Kaşğarinin bu əsəri 900 il elm aləminə bəlli olmayıb.Əli Əmiri adlı türk kitabxanaçısı naməlum bir qadından bu kitabı alıb qoruyub, 1912-ci ildə Türkiyə Maarif Nazirliyinə təqdim edib. -Sonra? -Sonrası da corab söküyü kimi gəlib.Kilisli sadə bir müəllim- Rıfat adlı birisi əsəri 3 cildə bölərək 1915-ci ildə nəşr etdirib.Bu kitabın elm cameəsinə məlum olması türkologiya üçün bir səadətdir.”Səadət”- dedim, yeri gəlmişkən, “Kutadğu-biliq” (“Səadətnamə”) poemasında olan bir sıra düyünlər də “Divan” nın meydana çıxması ilə çözülüb. Bu gün bütün dünyada türkoloqların söykəndikləri ən mötəbər mənbə məhz “Divan” dır. Kaşğari həm də hərbçi olub.Dilçilik elmində ən böyük alimlərin tədqiqat üsullarının əsasını o verib.Bu çağacan müqayisəli dilçilik elminin yaradılması 19-cu əsrdə alman alimlərinə isnad verilirdi.Humbol Qrim, Frans Bop-bu elmin yaradıcıları sayılırdı. “Divan” ın çıxması ilə bəlli oldu ki, müqayisəli üsulu hələ 11-ci əsrin ortalarında Mahmud Kaşğari icad edib. Türk oğlu türk, alim, aristokrat, türkoloq Mahmud Kaşğari. 13 may 2024-cü il
(Yazımda şəxsi qənaətlərimlə yanaşı əruzşünas-alim Əkrəm Cəfərin, Xəlil Rza Ulutürkün xatirələrinə, habelə Oljas Süleymenovun, Kamal Abdullanın fikirlərinə söykənmmişəm)