Bu gün əzizimiz, Azərbaycan Yazıçılar Birliyinin Kadırlr şöbəsinin rəisi, səmimi və duyğusal insan Arifə xanımın doğum günüdür. Doğma insan, əziz bacım Arifə xanımı ürəkdən təbrik edir, can sağlığı və uğurlar arzulayıram!!!
Əzimov Səlim Köçəri oğlu 31dekabr 1929 cu ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. O,1937 ci ildə Novruzlu kənd 7 illik məktəbinin 1ci sinifnə getmiş, 1944 cü ildə həmin kənd məktəbinin 7 ci sinifni bitirmişdir. Əzimov Səlim Köçəri oğlu 1945 ci ildən 1949 cu ilə qədər Ağdam pedaqoji texnikumunda, 1949 cu ildən 1951 ci ilə qədər Ağdam 2 illik müəllimlər institutunda, 1952 ci ldən 1955 ci ilə qədər Bakı Dövlət Pedaqoji institutunda təhsil almışdır. O, əmək fəaliyyətinə 1951 ci ildə Novruzlu kənd orta və Pirzadlı kənd 7 illik məktəblərində müəllim, 1952 ci ildən 1953 cü ilə qədər Ağdam şəhərində “Lenin yolu” qazetinin əməkdaşı, 1954 cü ildə Novruzlu kənd orta məktəbində direktor müavini, 1955 ci ildən 1956 cı ilə qədər Bağbanlar kənd 7 illik məktəbinin direktoru, 1957 ci ildən 1965 ci ilə qədər Novruzlu kənd orta məktəbində direktor müavini, 1966 cı ildən 1993 cü ilə qədər Novruzlu kənd orta məktəbinin direktoru olmuşdur. Əzimov Səlim Köçəri oğlu 23 iyul 1993 cü ildə Ağdam şəhəri və bir neçə ətraf kəndləri işğal olunduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və orada məcburi köçkün kimi məskunlaşmışdır. 1993 cü ilin dekabrından 2011 ci ilin sentyabr ayına qədər Bakı şəhərində olan 71 saylı Ağdam rayonunun köçkün tam orta məktəbinin direktoru olmuşdur. Ona,1983 cü ildə Qabaqcıl maarif xadimi , 2007 ci ildə Respublikanın “Əməkdar müəllim” fəxri adları verilmişdir. Əzimov Səlim Köçəri oğlu 2011 ci ildə yaşa görə təqaüdə çıxmışdır . O , “Müəllim ömrü”, “Kamillik zirvəsi”, “Yurd yeri”, “Hayat hekayələri”, “Ömür deyir yaşa hələ”, “Ağdama gedən yol”, “Ömrün işığı”, “Ömür keçir, gün keçir”, “Xatirələrdə yaşanan ömür” və “Əsrə bərabər ömür” adlı kitabların müəllifi olmuşdur. Onun Böyük Vətən Müharibəsi illərində arxa cəbhədəki fəaliyyətlərinə görə “Rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuş, Mediada fərqləndiyinə görə də “Media mükafatı”, “Qızıl qələm” mükafatı laureatı olmuşdur. Ailəli idi, 4 oğlu, 1 qızı, 13 nəvəsi, 7 nəticəsi var. Əməkdar müəllim 56 il fasiləsiz məktəb direktoru vəzifəsində çalışmışdır. Əzimov Səlim Köçəri oğlu 3 dekabr 2020 ci ildə 91 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin,ruhu şad məkanı cənnət olsun.
1871-1934-cü illərdə yaşamış məşhur sideshow (sirk yan şousu) ifaçısı Prins Randian
O, tetra-amelia sindromu ilə, yəni qolsuz və ayaqsız doğulmuşdu, bu səbəbdən də “Yaşayan Torso”, “İnsan Tırtıl” və ya “İnsan İlan” ləqəbləri ilə tanınırdı.
Fiziki məhdudiyyətlərinə baxmayaraq, Randian inanılmaz dərəcədə müstəqil idi. O, təraş ola, rəsm çəkə, yaza və ən məşhur nömrəsi kimi, siqaret vərəqini dodaqları, çənəsi və çiyinləri ilə büküb yandıra bilirdi.
O, ingilis, alman, fransız və hind dillərində sərbəst danışırdı.
Randian hindu əsilli Sara adlı bir qadınla evlənmişdi və cütlüyün dörd övladı var idi. Onlar Nyu Cersinin Paterson şəhərində yaşayırdılar.
Prins Randian ən çox Tod Brauningin 1932-ci ildə çəkilmiş “Freaks” (Qəribələr) adlı kult filmindəki rolu ilə yadda qalıb, burada siqaret büküb yandırma nömrəsini nümayiş etdirir.
O, 45 illik uğurlu karyeradan sonra 1934-cü ildə Nyu Yorkda 63 yaşında ürək tutmasından vəfat edib.
Fəlsəfə nədir? Fəlsəfə, varlıq, bilik, əxlaq, şüur, dil və insan təcrübəsi kimi əsas suallar üzərində düşünmə və sorğulama praktikasidir. Fəlsəfənin məqsədi, bu suallara sistematik, məntiqli və tənqidi bir şəkildə cavablar axtarmaqdır. Fəlsəfi suallar adətən birbaşa müşahidə və ya təcrübələrlə cavablandırıla bilməyən, abstrakt və dərin məsələlərlə əlaqəlidir.
Fəlsəfə, adətən dörd əsas alt sahəyə bölünür:
Metafizika: Varlığın və gerçəkliyin mahiyyəti ilə bağlı suallar soruşur. “Niyə mövcuduq?”, “Kainatın mahiyyəti nədir?” kimi sualları əhatə edir.
Epistemologiya: Bilik anlayışı, mənbəyi və sərhədləri ilə maraqlanır. “Bilik nədir?”, “Nəyə etibar edə bilərik?” kimi sualları araşdırır.
Etika: Yaxşı, pis, doğru və yanlış kimi əxlaqi dəyərləri və normaları sorğulayır. “Yaxşı həyat necə yaşanır?” kimi sualları müzakirə edir.
Məntiq: Düzgün düşünmə yollarını araşdıran və arqumentlərin keçərliliyini qiymətləndirən bir intizamdır.
Fəlsəfə, dəqiq cavablar verməkdənsə, dərin düşünməyi, sorğulamağı və tənqidi baxış bucağını təşviq edir. Bu xüsusiyyəti ilə digər elmlərə də töhfə verir.
VƏTƏN Adəmi dünyaya bəxş edən, Vətən, Doğmalar içində yada dönmüsən. Dünyanın bağrında qoca vulkantək, Hərdən kükrəmisən, hərdən sönmüsən. *** Kiminə yol oldun, kiminə qapı, Nadirtək nadirin anasısan sən! Uca Yaradanın sənət əsəri, Zərdən imə-ilmə hanasısan sən! *** Dahi Nəsiminin şanlı vətəni, Dərin dühaların uca yurdusan! Qılıncı, qələmi qoşa qanadtək, Daim hazır olan qoca ordusan! *** Kimi iki deyir, kimi dörd deyir, Min dəfə yüz yerə bolunmusən sən! Paramparça olub, tikə-tikədir, Vətənim içində boğulan Vətən… *** Bizi diri tutan əcdadın ruhu, Nabatdan, şəkərdən şirin dilimdir. Tarixin özüylə el-el gəzdirən, Törəsin şah bilən ulu elimdir. *** Tomrisin andını andımız bilək, Adəmdən bu yana ulum bir çətən! Tarixdən dərs alaq, ibarət götürək, Bir daha, ta dara düşməsin Vətən! 12.11.2021. Bakı.
Paytaxtda yeni nəsil hüquqi xidmət mərkəzi yaradıldı Paytaxtın hüquq xidmətləri bazarında fəaliyyətə başlayan və qısa zaman kəsiyində peşəkar dəstək ünvanına çevrilən “QafqazHüquq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin avqust ayında dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının qanunvericiliyinə və Mülki Məcəllənin imperativ tələblərinə tam uyğun şəkildə təsis edilən şirkətin qurucusu və rəhbəri Şəhriyar Elxan oğlu Məmmədovdur. Bakı şəhərində mərkəz fəaliyyətinin ilk günündən etibarən hüquqi xidmətlərdə şəffaflığı, ədaləti və operativliyi əsas prioritet elan edib. Şirkət təkcə ənənəvi ofis xidmətləri ilə kifayətlənməyib — həm də rəsmi internet platforması (qafqazhuquq.int.az) və aktiv sosial şəbəkə hesabları (Instagram, TikTok) vasitəsilə vətəndaşlarla əlaqəni maksimum dərəcədə sadələşdirib. Rəhbərliyin əsas fəlsəfəsi hər bir müraciətə fərdi yanaşmaq, qanunvericiliyin aliliyini qorumaqla müştərilərin hüquqlarını ən yüksək səviyyədə müdafiə etmək və hüquqi yardımı hər kəs üçün əlçatan etməkdir. Bu prinsiplər üzərində qurulan “QafqazHüquq” MMC fiziki və hüquqi şəxslərin hüquqi tələbatlarını tam ödəmək məqsədilə geniş spektrli xidmət portfeli təklif edir. Şirkətin fəaliyyət istiqamətləri iki əsas qrupa — biznes strukturlarına göstərilən korporativ xidmətlərə və vətəndaşların gündəlik hüquqi ehtiyaclarına — bölünür. Korporativ müştərilər üçün şirkət qeydiyyatı, nizamnamə sənədlərinin hazırlanması, korporativ hüquqi dəstək və peşəkar mühasibatlıq xidmətləri yüksək peşəkarlıqla həyata keçirilir. Eyni zamanda, mərkəz mülki, cinayət və inzibati hüquq pozuntuları ilə bağlı məhkəmələrdə təmsilçilik, vətəndaşların qanuni mənafelərinin müdafiəsi, icra məmurları ilə işlərin aparılması kimi həssas sahələrdə peşəkar hüquqi dəstək göstərir. Ailə hüququndan irəli gələn mübahisələr — boşanma, aliment, əmlak bölgüsü — əmək münasibətləri ilə bağlı yaranan münaqişələrin tənzimlənməsi və ümumi hüquqi məsləhətlərin verilməsi şirkətin gündəlik iş yükünün əsas hissəsini təşkil edir. Peşəkar hüquqşünaslar komandası hər bir işə dərindən yanaşaraq həm məhkəməqədər, həm də məhkəmə mərhələlərində ən optimal hüquqi mexanizmləri tətbiq edir.