www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

“YAZARLAR” JURNALININ SENTYABR – 2024 № 09 (45)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ SENTYABR – 2024 № 09 (45)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB (PDF): yazarlar-45

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İBRAHİM YUSİFOĞLU – 70

İBRAHİM YUSİFOĞLU – 70

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “ Qızıl Qələm ” media mükafatı laureatı, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi İbrahim Yusifoğlu 70 yaşına çatır.

İbrahim Yusifoğlu 30 sentyabr 1954-cü ildə Şərur rayonunun Axura kəndində anadan olmuş, kənd məktəbinin 8-ci sinfini tərifnamə ilə bitirmiş, Naxçıvan şəhərindəki pedaqoji məktəbdə təhsil almış, daha sonra təhsilini Naxçıvan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində davam etdirmişdir. Ömrünün 50 ilə yaxın dövrünü təhsil sahəsində keçirmişdir.

İbrahim Yusifoğlunun ilk mətbuat yazısı 1968-ci ildə, ilk şeiri isə 1971-ci ildə Şərur rayonunda dərc olunan “İşıqlı yol” qəzetində çap edilmiş, bu günədək yüzlərlə məqalə və oçerkləri respublika mətbuatında dərc olunmuş, 34 adda müxtəlif janrlarda yazılmış kitabları oxuculara çatdırılmışdır. Əsərləri türk, rus, fars və fransız dillərinə tərcümə olunmuşdur. 2020-ci ildə “Payızda üşüyən çiçək” adlı uşaqlar üçün şeirlər ktabı Tehranda “Xudafərin” nəşrlər evində əski əlifba ilə nəşr edilmişdir. İbrahim Yusifoğlunun bir çox şeirlərinə musiqi bəstələmişdir.

İ.Yusifoğlunun yaradıcılığı haqqında tanınmış ədəbiyyat adamları öz fikir və ürək sözlərini söyləmişlər. Biz də bu ürək sözlərinə qoşulub qələm dostumuzu – tanınmış müəllim, şair – publisist İbrahim Yusifoğlunu ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

YAZARLAR.AZ

İBRAHİM YUSİFOĞLU – 70

YUBİLYAR

Murad Məmmədov – Mən xoşbəxtəm!!!

BU DÜNYADAN ÇOX ŞEY İSTƏ

Bu dünyadan çox şey istə,

Tanrı verən bəxti sına.

Ağıl olmaz yatan kəsdə,

Ayağa dur, sonra qına!

* * *

Nə görmüsən ahmır, ahda,

Yüz yönü var hər bir işin.

Bir ümid var hər sabahda,

Sən baş işlət, yaxşı düşün.

* * *

Məqamı var hər bir sözün,

Yaxşı sözün izi olmaz.

Söz üstündə çıxan gözün

El içində sözü olmaz.

* * *

Günah görmə onda, bunda,

Dünən olan dünənkidi.

Tamam təksən bu oyunda,

Səhv də, düz də səninkidi.

* * *

Söz-söhbətdən qıraqda dur,

Qeybət səni utandırar.

Qığılcımdan alov olur,

Alışdınsa canın yanar.

* * *

Bu dünyadan çox şey istə,

Heç olmasa azın gəlsin.

Tanrı haqdı başın üstə,

Bir addım at, o da bilsin.

* * *

Bu dünyadan çox şey istə,

Yaşadığın ömür azdı.

Zildə oxu, ya da pəsdə,

Bircə duy ki, xoş avazdı.

YURD YERİM

Baxıram göylərə gözüm qaralır,

Gəzdiyim bu yerlər xor gəlir mənə.

Ürəyim darıxır, səbrim daralır,

Niyəsə bu dünya dar gəlir mənə.

* * *

Nə könlüm açılır, nə gözüm gülür,

Sanki bu yerlərə yadam, özgəyəm.

Dərdimi yaradan bir Allah bilir,

Bir də içdən özüm, nəçiyəm, nəyəm.

* * *

Baxıram nə söhbət başımı qatmır,

Nə qoyur dincəlim, bundan zövq alım.

Bu qərib duyğular özümə çatmır,

Kiməsə bu sirri nə başa salım?!

* * *

Yol alır xəyalım uzanır gedir,

Bu köhnə həyətdə anamla təkəm.

Məni təkmi görüb bu duyğu nədir,

Qoymur ki, oturam dərdimi çəkəm.

* * *

Bu doğma həyətin nağılı uzun,

Vaxtında səs-küydən qulaq batardı.

Burada kəsilən çörəyin, duzun,

Elə bil Tanrıdan payı artardı.

* * *

Qonağı-qarası çoxuydu bir vaxt,

Qohumun, tanışın ziyarət yeri.

İndi nə mən rahatam, nə bu ev xoşbəxt,

Atam bu dünyadan köçəndən bəri.

* * *

Baxıram üzündən min sual yağır,

Ağıllı anamın çöhrəsi gülmür.

Gözləri yol çəkir, fağırdan fağır,

Sonu nə olacaq bir onu bilmir.

* * *

Bu dünya dəyişir, vaxt, zaman gedir,

Anadan olduğun yurd da qocalır.

Sual ver özünə mənası nədir?!

Canlı da, cansız da sonda mat qalır.

* * *

Bu gözəl həyatın sonu min sual,

Nə mən anlayıram, nə sən bilirsən.

Beynini yormasın bu fikir, xəyal,

Onsuz da mətləbə sonda gəlirsən.

ARZULARIN KÖLƏSİYƏM

Arzuların köləsiyəm,

Hey dalınca sürünmüşəm.

Bir qığılcım şöləsiyəm,

Amma ocaq görünmüşəm.

* * *

Arxasınca çox qaçmışam,

Ömrü gödək arzuların.

Çox çözmüşəm, çox açmışam,

Səbəbini yoxun, varın.

* * *

Heç vaxt kömək ummamışam,

Tanrı olub güman yerim.

Çətin gündə o olubdu,

Güvən yerim, uman yerim.

* * *

Taleyimlə darda təkəm,

Tanrı başımı qatmaya.

Yükdümü ki, dartam , çəkəm,

Gücüm çata, ya çatmaya.

* * *

Çox başına dolandım hey,

Bu taleyin , bu qismətin.

Xoş gününə aldandım hey,

Sonda zülmü varmış çətin.

* * *

Nə gileydi , nə şikayət,

Bir ömrün xoş nağılıdı.

Ay oxucum, ən nəhayət,

Yazan bir kənd oğuludu!

QOŞMA

Sözdən söz anlayan, söz başa düşən,

Olmasa bu aləm neylər görəsən?!

Sözün qazanında qaynayan, bişən,

Sözə düşmən olub teylər görəsən?!

* * *

Sözə nəfəs versəm, sözə qan versəm,

Ruhumla isidib ona can versəm,

Allahın adıyla bir imkan versəm,

Pünhanda adımı söylər görəsən?!

* * *

Bir bahar axşamı şimşəklər çaxsa,

Yağış selə dönsə, ruhumdan axsa,

Murad cana doyub sözə kəm baxsa,

Ruhuma xəyanət eylər görəsən!

NEYLƏYƏSƏN???

Yoxsul fikir xülya, nağıl,

Lazım olmaz yiyəsinə.

Dağıl, a dünya, eyy dağıl,

Cavab yoxdu niyəsinə.

* * *

Ox çürüyüb, yayı çıxıb,

Hər dərmanın çayı çıxıb.

Nə gördünsə zayı çıxıb,

Bıçaq uymur tiyəsinə.

* * *

Vəli dönüb Əli olub,

Baş yellənsə, bəli olub,

Elə bil ki, dəli olub,

Heyvan girmir pəyəsinə.

* * *

Nə dartmağa kələfi yox,

Nə dünəni, sələfi yox,

Nə biçməyə ələfi yox,

Dəryaz yaddı yeyəsinə.

* * *

Qınayırıq hər an yadı,

Nə andırır yaylaq adı?

Niyə belə yadırğadı?

İnsan varmır dəyəsinə.

Xankəndində Azərbaycan bayrağı altında şəkil çəkdirərkən həm qürurlandım, həm də bu bayrağın əzəmətini daha yaxından hiss elədim. Biz xoşbəxt millətik ki, bayrağımız bu millətin əzəmətini, qüdrətini, böyüklüyünü bütün dünyaya öz rəngləriylə çox gözəl çatdırır.

BAYRAĞIM

Ay Allah, nə xoşbəxtəm,

Bu bayrağın altında!

Qismətdə qızıl bəxtəm,

Bu bayrağın altında!

* * *

Qürurumla böyüdüm,

Öz adımla öyüldüm,

Nə sındım, nə əyildim,

Bu bayrağın altında.

* * *

Əsdikcə dalğalandı,

Rəngi qırmızı qandı,

Bütöv Azərbaycandı,

Bu bayrağın altında.

RUHUM ONUN ƏLİNDƏDİR

Varaqladım varaq-varaq,

Ömür adlı kitabımı.

Alqışladım mən duraraq,

Dözümümü, can tabımı.

* * *

Xəyalımda getdim, gəldim,

Yollar məni yaman yordu.

Büdrəyəndə elə bildim,

Günahkaram, fələk vurdu.

* * *

Səhifələr çox tanışdı,

Yaddan çıxan heç nəyim yox.

Xəyalım dindi, danışdı,

Tanrıdan bir istəyim yox!

* * *

Nə yaşadım keçdi, getdi,

Xatirədi yaddaşımda.

Cavanlığım gözdən itdi,

Yaddan çıxmır bu yaşımda.

* * *

Arzuların sorağında

Var olunca əl çəkməzdim.

Ruhumun oğlan çağında,

Ölən, solan gül əkməzdim.

* * *

Günahlarım çoxdu vallah,

Heç birini danmıram mən.

Umacağım yoxdu vallah,

Bir canım var, yanmıram mən.

* * *

Nə yazılıb bu kitabda,

Bura qədər mənə bəlli.

Bundan sonrakı etapda,

Nə olacaq boş təsəlli.

* * *

İnsan duymur öz-özünü,

Göylə gedir, əməl azır.

Bu kitabın son sözünü,

Biz yazmırıq, Tanrı yazır.

* * *

Bir O bilir sonumuzu,

Bütün yollar Ona gedir.

Dəyişdirir donumuzu,

Ruhum Onun əlindədir.

HEÇ SEVMƏDİM

Yazığa söz deməyi,

Tez-tələsik yeməyi,

Başa qaxınc köməyi,

Qoltuğu heç sevmədim.

* * *

Bağa düşmən alağı,

Yerli, yersiz calağı,

Yalançını, yalağı,

Yaltağı heç sevmədim.

* * *

Baş-beyini hey yoran,

Söz atıb ara vuran,

Sırtılıb üzə duran

Sırtığı heç sevmədim.

* * *

Salam verdim alana,

Qəlbi eşqlə dolana,

Şükr elədim olana,

Artığı heç sevmədim.

RUH ODUSA, CANI MƏNƏM

Yaşmı qoymur sevinməyə,

Fikrə, zikrə səbəb nədir?

Canım dözə, tək dinməyə,

Ruhum cana pərvanədir.

* * *

Qoymur məni dincəlməyə,

Yenə quş tək uçur göylə.

Təki gözümdən gəlməyə,

Tanrım, sağ-salamat eylə!

* * *

Ha istəyir sevindirsin,

Çünki təbim ona yardı.

Yarəb, məni xoş dindirsin,

Bilirsən, hövsələm dardı.

* * *

Bəzən olur şən oluram,

Məni məndən qəti seçmir.

İstəyinə tən oluram,

Aramızdan su da keçmir.

* * *

Dəli olan vaxtım olur,

Danışmağa halım olmur.

Daşa dəyən baxtım olur,

Mənim başqa yolum olmur.

* * *

Ancaq heç vaxt məni üzmür,

Bilir adı-sanı mənəm.

Nə də başqa canı gəzmir,

Ruh odusa, canı mənəm.

QOŞMA

Hər kəs özü yazır öz taleyini,

Qismətdən dad edib gileyə dəyməz.

Ağlına güc verib yorma beyini,

Düz yolda olanı kor şeytan əyməz.

* * *

Belə götürəndə hamımız sayıq,

Birimiz yuxulu, birimiz ayıq.

Görüb-götürməli bir dünyadayıq,

Baxıb addım atsa, başına döyməz.

* * *

Ağılsız bəndələr gözdən də kordu,

Ocağın içində sönməmiş qordu.

Bu həyat məni yox, hamını yordu,

Ay Murad, ağıllı özünü öyməz.

HƏR BAŞA BİR DAŞ DÜŞƏCƏK

Hərdən yoxam qaranlığa,

Fikrim əyri, düşüncəm dar.

Düşünürəm bir anlığa,

Ayılmamaq qorxusu var.

* * *

Gecələrin lal baxışı,

Hərdən yorur, üzür bəzən.

Gah isladır qəm yağışı,

Sevinc ağız büzür bəzən.

* * *

Yaddaşımdan heç çıxmayır,

Yolun sonu, soyuq məzar.

Baxıram sözə baxmayır,

Nə qocalıq, nə dərd-azar.

* * *

Mənə görə heç nə yoxdur,

Bir gün gələn, bir gün gedər.

Bu yollarda çaşan çoxdur,

Bir- birini yeyər, didər.

* * *

Nə qayda var, nə qadağa,

Səhvlərini kimsə görmür.

Bu ömürü yaşamağa,

Olur Tanrı imkan vermir.

* * *

Nə olsa da günah bizdə,

Olanlardan qaçanmırıq.

Ömür itir yolda, izdə,

Nə olsun baş açanmırıq.

* * *

Bu dünyanın aşı çoxdur,

Ölsək, qorxma, aş bişəcək!

Kələ- kötür daşı çoxdur,

Hər başa bir daş düşəcək!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi – II HİSSƏ

Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi

Bəs kosmosun qədəri üçün necə bir nəzəriyyə lazımdır? İlk dönəmlərdəki qalaktikaların varlığı nəyə işarət etməkdədir? Yaradılış və yox oluş ssenarisi necə izah olunmalı?

Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratması da məhz bu səbəbdən olmaqdadır. İzah üçün gərəkli olan Böyük partlama nəzəriyyəsini Astrobios ilə əvəzləməkdir. Partlayış əvəzinə dağılım fikri önə çıxmalıdır.

II Hissə

Nikola Tesla: “Kainatın sirlərini öyrənmək üçün enerji, titrəşim və enerji tezliyi cinsindən düşünün”. İlk məqalə ilə maddə enerjisinin nədən yaranmasını və enerji kanallarını izah etdim. Bəs titrəşim nədir və necə yaranır? Kainat üzrə ümumi hərəkətlər, orbital hərəkətlər nəyin əsasında yaranmışdır?

Planetlərin ulduzları ətrafında və öz oxları ətraflarında olan dövri hərəkətlərini izah etmək olduqca asandır. Gərəkli olan sadəcə olaraq materiyanın gerçəyini bilmək və zamanın sirrini anlamaqdır. “Qoşa dəliklər” təcrübəsi bu yolda bizə yol göstərməkdədir. Yaradılışı, ondakı bilgiləri anlamaq üçün gərəkli olan Astrobios nəzəriyyəsini araşdırmaqdır. Şərt mikro və makro-dünyaları birləşdirəcək olan nəzəriyyəni anlamaqdır.

Kainat üzrə orbital hərəkətin formalaşma səbəbi

İlk məqalədə kainat fəzasının üst ölçü fəzada yaranmaqda olan iki əks xassəli sahənin qarşılıqlı əlaqəsi sayəsində yarandığını qeyd etdim. Müsbət və mənfi sahələrdən müsbət olanının özündəki sahə enerjisini verərək və digərinin verilən enerjini qəbul edərək fəzada maddə enerji axınını yaratdığını bildirdim. Burada olan qarşılıqlı əlaqə aldı-verdi əlaqəsidir. Aldı-verdi(a-v) əlaqəsi sayəsində sahələr arasında qapanma olmaqda və enerji axın kanalı yaranmaqdadır, lakin a-v əlaqəsindən başqa , aldı-aldı(a-a) və verdi-verdi(v-v) əlaqələri də vardır.

Bu əlaqələri anlaya bilmək üçün atom səviyyəsində araşdırma aparaq. Maddənin ilk təməl dayanacağı olan atom müsbət sahənin mənfi sahə ilə kəsişməsi, qarşılıqlı əlaqəyə girərək enerji kanalı yaratması ilə formalaşmaqdadır. Atom mərkəzi zonasında yerləşən müsbət sahənin öz sahə enerjisini ətraf həcmində yerləşən mənfi sahəyə yaymaqdadır. Müsbət sahənin bütün həcmini əhatə etmiş olan mənfi sahə isə istiqamətlənən sahə enerjisini qəbul edərək sahələr arasında qapanma yaratmaqdadır.

         Müsbət sahənin sahib olduğu sahə enerjisinin gücünə uyğun nisbətdə onun ətraf həcmində olan mənfi sahədə elektron buludu yaranmaqdadır. Elektron buludu mənfi sahənin müsbət sahədən axan sahə enerjisini qəbul etdiyi zonalar olaraq qəbul edilməlidir. Müsbət sahənin sahə enerji gücünə uyğun nisbətdə mənfi sahə həcmində bir və ya bir necə qapanma zonaları (enerji kanalları), yəni elektron buludu yaranmaqdadır.

İndi isə xəyalımızda fəzada bir çox atomu bir həcmdə düşünək. Hər bir atomun mərkəzlərində müsbət sahənin olmasını və atom mərkəzlərinin isə mənfi sahənin həcmində olduqlarını xəyalda canlandıraq.

       Həcm daxilində atom mərkəzlərində yerləşən müsbət sahələr bir-biriləri ilə   v-v qarşılıqlı əlaqəsi yaratmaqdadırlar. Atom mərkəzlərinin yerləşdiyi ümumi həcm olan mənfi sahə isə bir-biri ilə a-a qarşılıqlı əlaqəsi yaratmaqdadır. Beləliklə ,v-v qarşılıqlı əlaqəsi sayəsində bütün müsbət sahələr, yəni mərkəzlər bir-birilərinə sahə enerjisi yaymaqda, amma heç biri qəbul etmədiyi üçün bir-birilərinə genişlənmə qüvvəsi tətbiq etməkdədirlər. Mənfi sahənin a-a qarşılıqlı əlaqəsi sayəsində isə həcm olaraq sahə enerjisi qəbul etmək meylində olmaqlarına baxmayaraq, heç biri sahə enerjisi yaymadığı üçün sıxılma qüvvəsi yaranmaqdadır. Nəticədə isə ümumi fəzada titrəşim hərəkəti formalaşmaqdadır.

Kainat fəzasında titrəşim hərəkətinin səbəbi izah edildiyi kimidir, lakin kainatı tamamən izah edə bilməkdən ötrü gərək orbital hərəkətin də səbəbini izah edək. Planetlər ulduzları ətrafında, ulduzlar isə qalaktika mərkəzi ətrafında dövrü hərəkət etməkdədirlər. Buna səbəb olan amil nədir? Mövzunu düzgün anlamaq üçün mikro ilə makro-dünyanı həmcins edərək araşdırmaya başlamaq lazımdır. İzaha başlamazdan öncə qeyd etmək istərəm ki, dövrü və kosmos cisimlərinin öz oxu ətraflarında olan dövrü hərəkətləri titrəşim hərəkətinin təkamül etmiş, yəni mikro-dünyadan makro-dünyaya yansımaqda olan variantıdır. Bu dünyaları hər zaman ayrı ələ almışıq, amma gerçəkdə eyni mövzunun uzantısından başqa bir şey deyillər.

Günəş və onun planetar sistemini misal olaraq götürərək mövzunu izah edim. Atom sistemində olduğu kimi, Günəş sistemini də meqa-atom və ya planetar sistem olaraq qəbul etməliyik.

        Günəşin özü fəzada olan müsbət sahənin mənfi sahə ilə kəsişməsi nəticəsində yaranmaqdadır, yəni fərqli tərz  ilə qeyd etsəm, Günəş Qara maddənin Qara enerji ilə kəsişməsinin məhsuludur. Atom sistemində mərkəzi hissədə müsbət sahənin yaydığı sahə enerjisini ətraf həcmdə olan mənfi sahə qəbul edərək özündə elektron buludu yaratmaqdadır. Eyni ssenari ilə Günəş sistemində də sistem mərkəzində, yəni Günəşin yerləşdiyi həcmdə müsbət sahənin yaydığı sahə enerjisini qəbul edən mənfi sahə yenə də öz daxili həcmində qəbul edilmə buludu yaratmaqdadır, lakin fərqli olan bu dəfə elektron buludu əvəzinə planetar bulud olmasıdır. Bəli, planetlər ulduzların meqa-elektron buludlarıdır.

Hazırda bu bilgi qəbul olunmaz baxış tərzi yansıtdığını və özündə bir çox suallar yaratdığını anlayıram, fəqət gerçəkləri məhz belə açıqlaya bilərik. Makro-dünya ilə mikro-dünya birlik edilərək araşdırılmasa, həqiqətlər bulud arxasında qalacaqdır.

Elektronlar atom nüvəsindən yayılan sahə enerjisinin mənfi sahəyə axması və sahələr arası enerji kanalının qurulması sayəsində yaranan zərrəciklərdir.

       Elektronlar qatı zərrələr olmayıb, enerji axın kanallarının qurulduğu mikro-fəza sahələrdir. Elektronlar atomun ətrafında bulud əmələ gətirərək bütün bulud həcmində varlıqlarını saxlamaqdadırlar.

Yəni elektronlar atom buludunda sabit ünvana sahib olmayaraq, bütün buludun həcmi boyu varlıqlarını saxlamaqdadırlar. Eynilə planetlərin taleyi də belədir.

       Planetlər ulduzların enerji kanallarının yarandığı buludlarıdır. Hər bir planet öz buludu həcmində varlığını saxlamaqdadır. Eynilə elektron kimi planetlər də sabit ünvana sahib olmayaraq, bütün buludun həcmində varlıqlarını saxlamaqdadırlar.

Amma bu necə ola bilər? Daxilində yaşadığımız Yer necə ola bilər ki, planetar bulud olsun? Bu qismdə zaman anlayışını mövzuya daxil edərək mövzunu zaman qavramı ilə izahata qovuşdurmaq istəyirəm.

        Yer Günəş adlı meqa-atomunun 3-cü səviyyəli planetar buludunda yer almaqdadır. Zamanı mövzuya daxil etmədən, zamansızlıq halında düşünəcək olarsaq, Yer öz buludu həcmində eyni anda bütün ünvanlarda olmalıdır, fəqət bir sözə düzəliş edim ki, az öncə olan cümlədə “eyni anda” ifadəsi zamansızlıq halında anlamsız olmaqdadır. Çünki zaman olmadan an məsələsi də olmamaqdadır. Bu deyiləni nəzərdə saxlayaraq deyə bilərik ki, Yer zamansızlıq halında Günəş atomunun 3-cü səviyyəli planetar bulududur. Buludun özüdür, lakin zamanı mövzuya daxil etdikdə, artıq “an” anlayışı ortaya girməkdədir. Elə ki, zaman mövzu daxilində olduqda bütün bulud həcmində olmalı olan Yer məcbur qalaraq Günəş ətrafında dövrü hərəkət etməkdədir.

Mövzunun bu yerində deyilənləri düzgün qavraya bilməkdən ötrü “qoşa dəliklər” təcrübəsini yada salmaq yerində olar. Həmin təcrübədə izlənmədikdə fotonlar seli və ya elektronlar (protonlar) seli dəliklərə göndərildikdə, qarşı ekranda dalğa izləri qoymaqdadırlar, lakin izlənildiklərində isə hənim təcrübədə qarşı ekranda qatı zərrəciyə xas olan iki iz qoyulmaqdadır. Bunu az öncə izah etdiyim anlayışla birləşdirərək daha da aydın izah edək.

          İzlənmədikdə təcrübənin getdiyi fazada zaman anlayışı olmamaqdadır. Buna görə də zərrəciklər seli qoşa dəlikdən keçərək qarşıdakı ekranda dalğa timsalında iz buraxmaqdadır. Səbəbi isə, zamansızlıq halında zərrəciklər öz buludları həcmində varlıqlarını saxlamaqda, yəni dalğa xassəli olmaqdadırlar, fəqət zamanı məsələyə qatdıqda, artıq “an ünvanları” anlayışı ortaya atılmış olur. Zərrəciklər həmin an ünvanlarında varlıqları saxlayaraq dəliklərdən keçir və qarşıdakı ekranda dəliklərə paralel olaraq iki iz buraxırlar. Mövzuya ümumi baxdıqda zaman anlayışının daxil olması bizlərin sayəsində olmaqdadır. Əgər təcrübə yalnız izləndikdə iki iz buraxırsa, yəni an ünvanları formalaşırsa, demək, zamanın ola bilməsi üçün izlənmə gərəklidir. Zamanın ola bilməsi üçün bizə- şüurlu varlıq baxışına gərək vardır.

Yerin günəş ətrafında olan orbital hərəkətinin zaman daxilində an ünvanlarında ola bilməsi üçün olduğunu izah etdim. Günəşin 3-cü planetar buludunda olan Yer zaman daxilində an ünvanları üzrə hərəkət edərək bulud həcmində öz varlığını saxlamaqdadır. Bəs, Yerin öz oxu ətrafında olan dairəvi hərəkətinin səbəbi nədir?

         Yer 3-cü planetar bulud üzrə varlığı saxlamaqda və həmcinin bulud həcmində bütün üzləri bütün tərəflərə istiqamətlənməlidir. Zamansızlıq halında bu olmaqdadır. Zamanı mövzuya qatdıqda isə ox ətrafında hərəkət formalaşır. Əgər bir dövrdə X ünvanında Yerin A üzü Günəşə tərəfdirsə, demək, digər dövrdə həmin X ünvanında Yerin B üzü Günəşə tərəf olmalıdır. Beləliklə ,Yerin X ünvanında A, B, C, … N üzlərinin Günəşə tərəf ola bilməsi üçün Yerin öz oxu ətrafında hərəkət etməsi gərəklidir.

Yerin və Günəşin timsalında bütün ulduzlar və onların planetar sistemləri eyni qanunlar ilə davamiyyətlərini saxlamaqdadırlar. Bizlər atom deyilən amillərdən yaranmaqdayıq, amma atomlar qatı olmayıb enerji zərrəcikləridir. Müəyyən titrəşimə və müəyyən enerji tezliklərinə sahibdir. Eynilə ulduzlar və ulduz sistemləri də enerji titrəşimlərində başqa bir şey deyildir. Mikro ilə makro dünyaların qanunları eynidir, lakin zərrəcikləri qatı edən zamandır, zamanı var edən isə biz özümüz, yəni şüurlu varlıqlardır.

Vacib qeyd: Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə Məhəmməd Kərimov adına alınmış müəllif hüququ da vardır.

              Murad Köhnəqala – Körpə Tanrının yaratdıqları 


 
ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

SƏDULLA ŞİRİNOV – DƏLƏDUZ

DƏLƏDUZ

(Hekayə)

Dələduz. Mental dəyərlərə zidd bu termin el arasında “maşennik” kimi də tələffüz olunur. Bəlkə də bu ondan irəli gəlir ki, belə bir məharətə malik olan ünsürlər cəmiyyət üçün, parazitlər qrupunun ön sıralarında yer alan quldur, oğru, cibgir, rüşvətxorlardan daha təhlükəlidir. Buna görə də istəməzdik ki, belə sürüşkən qurdlar bizim aramızda olsun.
Quldurdan da, oğrudan da, rüşvətxordan da, cibgirdən də yayınmaq mümkündür. Dələduzları isə sanki sabunlayıblar, elə sürüşkəndilər ki, asanlıqla hər kəsin ürəyinə girib nəyi varsa əlindən alırlar. Bunlar o qədər hiyləgərdirlər ki, ətrafındakı ən yaxın adamlarını da çətinlik çəkmədən ram etməyi bacarırlar, onların çirkin əməliyyatlarını icra etmək üçün hünərə, qoçaqlığa gərək yoxdur, ən böyük məharətləri hiyləgərlikdir. Özləri də nadir hallarda hüquq orqanları tərəfindən mühakimə olunurlar.
Dövlətin ədalətindən yayındıqları kımı, həyat adlı vicdan hakiminin mühakiməsindən məharətlə qurtula bilirlər. Belə tuplər vicdan anlayışından uzaqdılar. Axirətin sorğu-sualı da belələrinin vecinə deyil. Çünki onlar bu dünyanı seçiblər, o dünyanın mövcudluğuna şübhə ilə yanaşırlar. Özlərini nağdını qoyub, nisyənin ardınca gedəcək dərəcədə axmaq saymırlar. Hamıdan yüksək və xoşbəxt olduqlarını zənn etsələr də, əslində, nə qədər bədbəxt olduqlarından xəbərsizdilər.
Belə tiplər müəyyən müddət ərzində cah-cəlal içində, xoş dövranlarını sürəcəklər. Bu, qısa da çəkə bilər, uzun da. Paxırları açılandan sonra elə bir vəziyyət yaranacaq ki, geridə qalan xoş günlərini ürəkləri sızlaya-sızlaya xatırlamaqla kifayətlənəcəklər.
Nədənsə bunlar özlərinə yad hisslərdən – haqq-ədalətdən, namus-qeyrətdən, mərdlikdən, kişilıkdən ağızdolusu dəm vururlar. Sadəlövhləri məharətlə ovsunlayırlar. Aldıqları ətin halal olması ilə maraqlanırlar, amma qazandıqları haramı ailəsinə bəh-bəhlə yedizdirirlər.
Təəssüflər olsun ki, bunlar yan-yörəsində nüfuz sahibinə çevrilirlər, sözü keçən, iş aşıran olurlar. Qanunları tapdalayıb mümkünsüzü mümkünləşdirirlər. Rahat yolla “qənimət” əldə edirlər…

*

Nadir darvazalarının yanında taxta oturacaqda oturub siqaret çəkirdi. Qarşı tərəf qonşusu Mayis küçəyə çıxıb, harasa tələsirdi. Salamlaşdıqdan sonra Nadirdən soruşdu:
– Qonşu, əvvəllər dağa ova gedərdin. İndi gedə bilərsənmi?
– Neçə illərdir getmirəm. O vaxtlar tüfəngimi polislər aparıb, geri qaytarmadılar. İndi də oralar qoruqdur. Ekologiya nazirliyindən rəsmi sənəd almayanı buraxmırlar.
– Bəs mən nə edim? – Mayis köksünü ötürdü.
Hələ qonşusunu bu cür aciz hala düşdüyünü görməyən Nadir soruşdu:
– Birtəhər dəyirsən gözümə. Nə baş verib?
– Atam neçə gündür yoqurtdan başqa qida qəbul eləmir. Səhər zorla qandırdı ki, ürəyi qar istəyir. Yadındadırmı? Uşaqkən bir dəfə bu vaxtlar dağa qalxmışdıq. Dərənin dibində əriməmiş qar qatı vardı. Tanıdıqlarından ordan qar gətirəcək kimsə var? Zəhmət haqqını ödəyərdim.
– Var. Dağa qalxmağa da gərək yoxdur.
– Bu necə ola bilər ki?
– Çox sadəcə. Maşına oturursan. Sürürsən rayona. Dondurma satanların soyuducularından buz qoparıb, döyəcləyib toz halına salırsan. Fincana doldurub çay qaşığı ilə yedizdirirsən.
– Dediyin ağla batandır. Bu vəziyyətində kişini aldatmağım yaxşı çıxmır axı.
– Şəxsən sənin xətrinə asan çıxış yolu göstərdim. Bunu aldatmaq kimi qəbul etməyin mənə qəribə gəlir.
Mayisın halı daha da pisləşdi.
– Nə demək istədiyini başa düşürəm. Özünün aldatdıqları saymaqla bitməz. Əgər məndən qul haqqını ödəməyimi tələb eləsə, nə edəcəyimi bilmirəm. Ondan mənə qalan maddi miras son illərində həkimə xərclədiyimin on faizini ödəmir.
Nadir qonşusunun dərdinə dərd qatdığına görə peşman oldu. Ona təskinlik verməyə cəhd elədi:
– Mayis, övlad valideynin əməlinə görə məsulliyyət daşımır. Heç kəsin də buna görə səni qınamağa haqqı yoxdur.
– Bunu anlayıram. İndı atamın gedib-gələn nəfəsindən başqa bu dünyaya bağlayan heç nəyi qalmayıb. Çətinliklə gedib-gələn bu nəfəs bəlkə də ləngidiyinə görə, əzrayılı qınayır. Atamın dələduzluqla qazandığı pul-paranı bu dünyada da bığına çəkib. Bundan mənə heç nə qalmayıb. Mənə qalan-bütün ömrüm boyu sırtımda daşıyacağım xəcalət yüküdür. Ondan zərər çəkənlərlə üz-üzə gələndə baxışları qarşısında tab gətirə bilmirəm.
– Ay Mayis, atanın geniş kruqu vardı. Ağır günündə onların maşınlarını qapınızda görmürəm.

Onlar cəhənnəm, yatağa düşəndən üstünə borca gələnlər də qeybə çəkildilər. Borcunu tələb edənləri gördüm. Qaytaranları görmədim…
Mayis həyətlərinə qayıtdı. Beş-on dəqiqədən sonra maşınını həyətdən çıxardıb darvazaları bağladı. Maşına minməyib Nadirə yaxınlaşdı:
– İşin yoxdursa, gedək.
– Boş vaxtım olsaydı gələrdim. Yarımçıq işim var.
– Lazım olan şey varsa, alıb gətirərdim.
– Yoxdur. Olsa deyərdim.
– Onda mən getdim. Məni çətin durumdan qurtardığına görə çox sağ ol. Elə başımı itirmişdim ki, bilmirdim nə edim, – maşınına sarı gedəndə Nadir ona səsləndi:
– Mayis, kömək gərək olsa, mən hazıram.
Mayis ayaq saxladı. Üzünü geri çöndərib dedi:
– Deməyinə görə çox sağ ol! – yoluna davam elədi.
Nadır onun arxasınca baxıb ürəyində pıçıldadı: “Ay Mayis, atanın təzədən-təzəyə dəyişdirdiyi maşınlarda forslanmağın bu günü də varmış”.
Nadir evə gələndə anası Sənubərə Mayislə aralarında olan söhbəti danışdı. Onun atası Kamalın ağır vəziyyətdə olduğunu söylədi.
Sənubərin bu dünyada nifrət etdiyi yeganə adam Kamal idi. Bu da səbəbsiz deyildi. Böyük qızları orta məktəbi bitirərkən bir gün axşam tərəfi Kamal onlara gəlmişdi. Əri Cabbarı kənara çəkib xeyli danışdılar. Onu yola saldıqdan sonra əri qızı Vəfanı yanına çağırdı:
– Sənədlərini hara vermək istəyirsən?
– APİ-yə.
– Eləsə, bəxtin gətirib. Qonşu Kamalın orda adamı var. Tapşıracaq. Qəbul olacaqsan.
Sənubər Kamalın əməllərindən xəbərdar idi. Qardaşının da oğlunu instituta düzəldəcəyinə soz verib, pulunu yemişdi. Tanıdığı bir neçə adamın da başına bu oyunu açdığını bilirdi. Onun etirazına baxmayaraq Cabbar Kamala güvənərək istədiyi məbləği vermişdi. Qızı imtahanlardan kəsilməsə də, müsabiqədən keçməmişdi. Min bir bəhanə uyduraraq pulu qaytarmaqdan boyun qaçırmışdı. Çox çəkişmədən sonra, “halallıq vermirəm” təsəllisi ilə alın təri, halal zəhmətlə qazandıqları məbləğdən əllərini üzmüşdülər. O vaxtdan qarşı-qarşıya qonşu olsalar da, əlaqələri kəsilmişdi. İndi onun bu hala düşməsinə bir insan kimi üzülsə də, ürəyində düşünürdü: “əməllərinin bədəlini ödəyir”.
Anasının nə haqda düşündüyünu bilirdi Nadir. Buna görə də soruşdu:
– Ana, bayaq Mayisə təklif elədim ki, köməyə ehtiyacı olsa məni səsləsin. Yəqin ki, o qonşularının heç birindən bu cür təklif almadığından acizanə şəkildə mənə təşəkkürünü bildirib, maşınına minib uzaqlaşdı. Onun məsum baxışı hələ gözümün önnündən çəkilmir. Qısa müddətli söhbətindən hiss elədim ki, atasının əməllərinin xəcaləti ona əzab verir. O məni köməyə çağırsa nə edim?
– Ay bala, hər qoyunu öz ayağından asarlar. Axirətdə hər kəs əməlinin cəzasını özü çəkəcək. Bir də ki, Mayisin bizə nə zərəri dəyib ki? Bir halda ki, aranız açılıb, onun dəvətini gözləmə! Özün yaxınlaş. Bacardığın köməyi əsirgəmə. Atasının bəd əməli yazıq uşağı qonşulardan təcrid edib. Digər ərkin çatan tay-tuşunu da topla, onu tək qoymayın.
Həmin gün axşam tərəfi Nadir yan-yana qonşusu Faiqgilə getdi. Onu həyətə çağırıb anasının təşəbbüsünü ona çatdırdı. Faiq də öz xoşu ilə özünü onun toruna salmışdı. Texnikumu bitirdikdən sonra xahiş eləmişdi ki, onu QAİ-yə işə düzəltsin. O da fürsəti əldən verməmişdi. Atasını dilə tutub böyuk məbləğdə pullarını mənimsəmişdi. İki ildən çox səbirsizliklə işə dəvət alacağı günü gözlədi. Bir axşam gedib ondan soruşanda ki, hələ çoxmu gözləyəcəyək, min cür bəhanə uydurub bir-neçə il də uzana biləcəyini bildirəndə, Faiq ona bir həftə vaxt vermişdi. O vaxta qədər işi düzəlməsə, pulu qaytarmasını xahiş eləmişdi. Bunu eşidən Kamal gileylənmişdi:
– Qapıma gəlib boynunu büküb yalvardığın günü nə tez unutdun? Mən sizə pislikmi eləmişdim? İş-gücümü tərgiyib Bakıya getdim. Daxili işlər nazirinin evinə əliboşmu getməliydim? Dünyanın pulunu xərcləyib iki karobka aparmışam, dəqiq nəticəni bilmək üçün bir həftə mehmanxanada qalmışam. Elə bilirsən o kişi bu işi istəyərəkdən uzadır? Moskvadan ştat gözləyir, o da gəlib çıxmır.
Kamalın üzr istəmək əvəzinə aşıb-daşması Faiqi hövsələdən çıxartmışdı:
– Onda niyə işin bu qədər uzun sürəcəyini bildirməmişdin? Səlim iki min manatla Moskvaya getmişdi. Gedib-gəlişi on gün də çəkməmişdi. Əlavə iki min manat qazanc əldə eləmişdi. Mənimsə bu qədər pulum iki ildir ki, havadadır. Bir həftə ərzində işim düzəlməsə, pulumu qaytar.
Bir həftədən sonra özü getmədi. Anası ilə məsləhətləşib atası Tərlanı göndərdi. Kamal sakit təbiətli, sadəlövh Tərlanın başının altına yumşaq yastıq qoyub, pul əvəzinə ümidlə yüklədi, əliboş geri göndərdi.
Ertəsi gün səhər obaşdan anası Zəhra gedib Kamalı yuxudan oyatdı. Onu da dilə tutmaq istəyəndə bu fənd alınmadı. Zəhra onun ağzını açmağına imkan vermədi. İki gün vaxt verdi. Üçüncü günə adlasa, məbləği faizi ilə tələb edəcəyini bildirdi. Hansı yolla buna nail olacağına aydınlıq gətirəndə Kamalın qanı qurudu. Həmin gün məbləğin çox hıssəsini yoldaşı Xədicə ilə göndərdi. Qalığının ödənişi bir neçə ay keçsə də, tam ödədi.
Faiqin atasına görə Mayisdən xoşu gəlməsə də, rastlaşandan-rastlaşana salamlaşırdılar. Aralarında ədavətə səbəb əngəl olmadığı üçün Nadirin təklifinə yaşıl işiq yandırdı. Nadir qonşuluqda Kamaldan zərərçəkənlərinin qapılarına gedib, onları dilə tutdu ki, Mayisin xatirinə atasının dəfnində iştirak etsinlər. Hamısı hüzndə iştirak edəcəyinə söz versə də, haqlarını halal etməyəcəklərini bildirdilər…

Günorta vaxtına az qalmışdı. Zəhranın səhərdən nəyinsə dərdini çəkdiyini hiss edən Tərlan ondan soruşdu:
Bu gün səni həmişəkindən fərqli obrazda görürəm. Gözləyirdim ki, səbəbini özün açıqlayarsan, sənsə susursan.
Zəhra dünən oğlunun onunla etdiyi söhbətdən sonra Xədicə ilə Mayisin halına acıdığını bildirdi.
Yoldaşının uzun illər danışdırmadığı qonşularının birdən-birə hallarına acıması Tərlana qəribə gəldi:
– Zəhra ilə Mayisə nə olub ki? Olan Kamala olub. Bu da əməlinin nəticəsidir. Ölüm qabağı yatağa düşənləri çox görmüşəm. Bu qədər zəkərətdə (həyatla əcəl arasında – red.) qalana rast gəlməmişəm.
– Elə bilirsən bu vəziyyətdə xəstəni baxmaq rahatdır? Eşitdiyimə görə yuxusuz gecələr o ətli-canlı Xədicəni əriyib çöpə döndərib. İstəyirəm bu gün gedib ona baş çəkim. Sən nə deyirsən?
– Əslində, belə durumda qonşular arasında umu-küsüyə yer olmamalıdır. Təəssüf ki, özləri tərəfdən buna cəhd olmadı.
– Olub. Dünən Mayis ilk addım atıb. Atasının dələduzluğunun xəcalətini çəkdiyini bildirib.
– Getmək ürəyindən keçirsə, tək getmə. Qonşulardan birini yanına al. Tamaradan başqa kim olur-olsun, fərq eləməz.
– Tamara niyə olmamalıdır? Ona da atıbmı?
– Atmayıb. Sancıbdı. – Tərlan qımışanda Zəhra hiss elədi ki, atmaqdan da betər nəsə baş verib. Nə qədər cəhd eləsə də, Tərlan özündən asılı olmadan dilindən büdrədiyi sirri açıqlamadı.
Tez-tez bir araya gəlib saatlarla qeybət qırdığı Tamaranın özündən hər hansı bir sirrini gizlədəcəyini Zəhra gözləmirdi. Ərinin ipucu verib, açıqlamadığı sirri onsuz da Tamaradan öyrənəcəyinə əmin olduğundan Zəhra Tərlanın üstünə getmədi. Bir də bu barədə ondan heç nə soruşmadı.
Həmişəki kimi ev işlərini gördükdən sonra qonşularından hansısa biri ilə görüşüb dərd-sərini bölüşən Zəhra bu dəfə Tamaranı seçdi. Adət etdiyi şirin atmacalarla Tamaraya yaxınlaşdı:
– Azz, xəbərin varmı, səndən nə qədər incimişəm?
Gözləmədiyi sualdan pərt oldu Tamara təəccüblə Zəhranın üzünə baxdı:
– Deyəsən axşam yuxuna şeytan girib bizim aramızı vurmağa cəhd edib. Məlun əbəs yerə vaxtını sərf edib.
– Biz insanlar şeytanı yerli-yersiz şərləyirik. Hər şübhədə onu qabağa veririk. İçimizdə elə məharətlə şeytanı mat-məəttəl edəcək fitnə-fəsad törədənlənlərimiz var ki, şeytan, – belələri olan yerdə mənlik iş qalmadı, – deyib uzaqlaşır.
– Dünyanın bütün fitnəkarları şeytanla bir ittifaqda birləşsə də, məndə sənin inciməyinə səbəb tapa bilməz.
– Bunu mən də bilirəm. Biz neçə illərdi ki, dərd-sərimizi bölüşürük. Qonşumuz Kamaldan zəhlən getdiyini bilirəm. Bir dəfə də olsun səbəbini açıqlamadın axı.
– Səbəbsiz zəhlə getmə olmur. Toyumuza bir həftə qalmış Fəridin anası bizə gəlib anama bildirdi ki, oğlu evlənməkdən imtina edir. – Özgənin maşınlarında gəzən qızdan bizə gəlin olmaz, – deyib deyinə-deyinə evimizi tərk elədi. Qızışıb üstümə düşən anamı çətinliklə inandıra bildim ki, iki gün qabaq mindiyim maşın xalamın yoldaşı Müşfiq lələnin olub. O mənə inanmayıb əmimin “Moskviç”ini sürdürüb, onu tapıb öyrənib ki, bunlar əsassız şayiəyə uyublar. O da anamı öz maşınına mindirib gediblər onlara. Müşfiq lələmlə qaynanam bir sinifdə oxuduqlarına görə, bir-birlərini yaxşı tanısalar da, anam həyətə keçməyib. Qaynanamı yola çağırıb, – Bu kışini tanıyırsanmı? – deyib Müşfiq lələmi göstərib. Müşfiq lələm maşından düşüb qaynanama ağzına nə gəldi deyib. Məni onun maşınında gördüklərini deyəndə, qaynanamın halı pisləşib. Dönə-dönə üzr istəyib bildirib ki, bu şayiəni yayan Kamal olub. Anam gəlib şayiəni Kamalın yaydığını bildirdi. Çay içdikdən sonra Müşfiq lələmi yola salarkən ona dedim ki, vaxtın olasaydı mən də gedib Kamalın dərsini verərdim. Təklifim onun da ürəyincə oldu. Gedəndə gördük ki, evlərinin qabağında Kamal Fərid ilə Tərlanla söhbət edir. Müşfiq lələm maşınını onların qabağında saxladı. İkimiz də düşüb onlara yanaşdıq. Müşfiq lələm Kamalın yaxasından yapışıb maşınını göstərib soruşdu, – bu “QAZ-51”-i hardasa görübsənmi? – Dili dolaşa-dolaşa cavab verdi, – görmüşəm. – Sahibini tanıyırsanmı? Dedi, – bəli. Sonra üzünü Fəridə tutdu, – əəə, mən səni qeyrətli oğul sayırdım. Mənim nişanlıma nahaqdan şər atan qonşumu dişimlə çeynəyərdim. Sənin bu qədər biqeyrət olduğunu bilsəydim, elçilərini iti qovan kimi qovardım. Hələ gec deyil. Toy-moy bitdi. Bu yaramaz sənin nişanlını mənim maşınımda görmüşdü. Fərid çaş-baş halda Kamaldan soruşdu, – bu nə deməkdir? Cavabını özüm verdim, – o deməkdir ki, deyirlər, dostunu göstər, kim olduğunu bilim. Bu cür arvad kimi söz gəzdirənin gopuna uyandan mənə ər olmaz. – Kamalın da üzünə tüpürüb dedim, – səndə kişilikdən əsər-əlamət olsaydı, utanıb yerə girərdin. Xalis arvadsanmış ki? Beləcə bir-neçə gün qalmış toymuz təxirə salındı. İki aya qədər qapımıza gəlib yalvardılar. Nəsillərində nə qədər sözü keçən adam vardısa, üstümüzə göndərdilər. Bir daha dönüb Kamalın üzünə baxmayacağına söz verəndən sonra razı oldum.
Zəhra bir az düşündükdən sonra dedi:
– Belə çıxır ki, bu həndəvərdə ona rəhmət oxuyacaq bir kimsə yoxdur. Artıq onun heç kəsə zərəri dəyməyəcək. Gəlin bu ağır durumunda Xədicəyə bir qonşu kimi mənəvi dayaq olaq.
Tamara soruşdu:
– Necə?
– Gedək deyək ki, köməyə ehtiyacı olsa, çəkinməsin. Bir qonşu kimi hər cür yardım etməyə hazırıq.
– Onda Münəvvəri də özümüzə qoşaq. Ona da, deyərik. Nə vaxt gedək?
– Məndən ötrü fərq eləməz.
Münəvvər də onların təşəbbüsünü bəyəndi. Yaxınlıqdakı dükandan hərəsi bir qutu şokolad alıb Kamalı yoluxmağa getdilər. Onları həyətdə qarşılayan Xədicə doluxsunub ağladı:
– Bizim kişinin əməli qapımızı bir-birimizin üzünə bağlasa da, gözüm yolda idi. Qonşulardan birininsə də gələcəyi günü gözləyirdim. Nə yaxşı ki, üçünüz birdən gəldiniz. Allah sizdən razı olsun, – deyib üçünü də göz yaşı içində bağrına basdı.
Həyətə nəsə götürməyə düşən gəlin Sona da gəldiyi müddətdə ilk dəfə qapılarını açan qonşuları ilə görüşüb, içəri keçdi.
Uzun illərin küsülü qonşuları aralarında heç nə olmamış kimi növbə ilə Xədicənin dərdinə şərik olduqlarını bildirdilər. Birdən içəridən gəlinin fəryadı eşidildi:
– Mama! Papanın nəfəsi gəlmir!
Hamı qaçaraq Kamalın yatdığı otağa keçdilər. Artıq Kamal yox idi. Çarpayıda uzanan yeri-göyü çalıb-çapan, şux duruşlu, boy-buxunlu, yaraşıqlı Kamalın tərk etdiyi cansız bədəni idi. İndidən sonra ondan heç kəs nə zərər, nə də xeyir görməyəcəkdi. – Niyə elə olmuşdun? – soruşaraq bu cansız bədəni sorğulayan da olmayacaqdı. Amma elədiyi pisliklər, yaxşılıqlar unudulmayacaqdı. Pisliyi lənətlə, yaxşılığı rəğbətlə anılacaqdı.
Sabah onun həyətində izdihamlı bir gün gözlənilir. Hər tərəfdən camaat axışıb, gələcək. Şəriətin hokmü ilə yuyulacaq, kəfənlənəcək, baxmayaraq ki, özü ömründə bir dəfə də olsun namaz qılmayıb, cənazə namazı qılınacaq. Molla Allahın bəndənin qul haqqını bağışlamayacağını bildirəcək. Varislərinə mərhumun borclarını ödəməyi tövsiyə edəcək. Yeganə varis Mayisin buna gücü yetməyəcək. Mərhumun xoş güzəranı üçün dələduzluqla qazandıqlarından varisinə bütün ömrü boyu daşıyacaq xəcalət yükü qalacaq.
Cənazənin üstünə qapanıb ağlayan Xədicə ilə Sonanı qonşular sakitləşdirməyə çalışdılar. Xədicə başını qaldırıb baxanda ətrafında digər qonşularını da görəndə, ruhunun tərk etdiyi, cansız əşyaya çevrilmiş ərinə baxıb ürəyində soruşdu: “hanı sənin can deyib can eşidən dostların? Əl tutduğun qohum-əqraban?”
İçin-için ağlaya-ağlaya qolunu gəlininin boynuna dolayıb, başını başına dirəyib soruşdu:
– Son sözü nə oldu?
Sona başını qaldırmadan, ağlaya-ağlaya cavab verdi:
– Səni soruşdu. Dedim ki, səni yoluxmağa gələn qonşularımızla söhbət edir. Kimlər olduğunu soruşanda adlarını çəkdim. Dərindən nəfəs aldı. Çay gətirimmi?- soruşdum. Cavab vermədi. Sinəsinin qalxıb-enmədiyini görüb şübhələndim. Nəbzini tutdum. Vurmadığını hiss edəndə səni səslədim.
Zəhra gözü yaşlı Tamaraya baxdı, indi anladı ki, əri nəyə görə ona bura Tamarasız gəlməyi məsləhət görürmüş…
28.06.2024

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ULDUZ” JURNALININ İYUL – AVQUST 2024-CÜ İL SAYI (PDF)

“ULDUZ” JURNALININ İYUL – AVQUST 2024-CÜ İL SAYI (PDF):

I>>> İyul – Avqust 2024 >>> Download

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif Abbasov – BU DÜNYANIN İŞİNİ BİLMƏK OLMAZ

BU DÜNYANIN İŞİNİ BİLMƏK OLMAZ

(hekayə)

          Osman “Bravo” marketdə alış-veriş edirdi. Alış-veriş deyəndə aldığı çox şey də deyildi: dondurma idi,  şəkər tozu, bir də  şüşə qabda  “Sirab” mineral su.

“Sirab”ın gözəgəlimli şüşəsi vardı. İçərisindəki su olardı 250-300 qram. Amma qiyməti kəllə çarxa çıxırdı: 1 manat 60 qəpik. Bu qiymətə də su olar? Sonra deyirlər benzinin qiymətini qaldırırlar. Bu bir damcı suya verilən pula iki litr benzin almaq olardı. Deməli, əslində su yox, onun şüşəsini satırdılar  o qiymətə. Suyu içib sonra şüşəsini qolun getdikcə atacaqdın çölə-bayıra, zibil yeşiyinə.

Evə qonaq gələcəkdi. Ona görə Osman abırlı bazarlıq edirdi ki, qonağını yaxşı qarşılasın. İki şüşə “Sirab” suyuna 3 manat 20 qəpik ödəməli idi.

          Kassanı boş görüb yaxınlaşdı. Götürdüklərini çıxarıb  kassirə göstərmək istəyirdi ki, bir nəfər qadın Osmanı itələyib özünü piştaxtaya çatdırdı:

          -Növbə mənimdir, ay qardaş…

           Osman üzrxahlıq elədi:

          -Bağışla, ay xanım. Kassanı boş görüb yaxınlaşdım, mən nə bilim növbə sizindir. 

          – Piştaxtanın üstündəki ərzaqları görmürsünüz. Mənimdir. Dedim iki dənə də limon götürüm… Mən ayrılmışam, siz yaxınlaşmısınız. İndi dünya qəribə olub.   Hamı dəyişib. Fürsətdən istifadə edir…

          Osman qalmışdı mat-məəttəl.

          -Ay xanım, ay bacı. İndi dünya dağılmadı ki. Dediniz, mən də çəkildim. Aldıqlarınızın pulunu ödəyib sakitcə gedin. 

          -Yox bir. Gedəndə sizdən icazə alacaqdım.

          Qadın dil boğaza qoymurdu. Osman hiss elədi ki, da artıq əsəbiləşir:

          -Ovcumun içini iyləmişdim ki, növbə sizindir.

         Kassir əvvəlcə limonları götürdü:

          -Xanım, bunları çəkdirməmisiniz?

          -Çəkdirmək niyə? Biri neçiyədir? 30 qəpiyə, 40 qəpiyə?

          -Xeyr, limon  bizdə çəki ilədir. Xahiş edirəm, aparıb çəkdirin, mən bilim ki dəyəri nə qədər olacaq. Kassaya vurmalıyam.

          Qadın deyinə-deyinə uzaqlaşdı. O, gedib-gəlincə kassir Osmanın götürdüklərini hesablayıb pulunu aldı. Osman yola düzəldi. Gedə-gedə ucadan səsləndi:

– Kiminsə deməyi ilə, deyinməyi ilə deyil ha. Bu dünyanın işini bilmək olmaz. Allah düzəltsin adamın işini. Çox danışdı, çox deyindi. Mən sakitcə dayandım, amma axırda növbədə   ondan əvvələ düşdüm.

Bakı şəhəri, 09.08.2024-cü il.

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HÜRRİYYƏT ELÇİSİ

HÜRRİYYƏT ELÇİSİ

(Şəhidi-şühəda Nəcəfi Elxanın xatirəsinə)

I

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

Görmüşdü Vətəni vətən içində.

Xəyalən keşikdə dururdu hər gün,

Arzusu çin oldu bir gün içində.

*  *  *

Mundiri alan gün çox sevindi, çox…

Həmən evə qaçdı  sevinc  içində,

Üçrəngli bayrağı öpdü min dəfə,

Sinəsi qabardı güvənc  içində.

*  *  *

Az yaşda dynyanın görüb hər üzün,

Bərkdə də, boşda da  demişdi sözün.

Əmələ keçməyin vaxtı yetmişdi…

*  *  *

Bəlkə də duyduğu ilk söz “Araz”dı,

Qorunda bişdiyi köz də “Araz”dı,

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

II

“Ata”, “Ana” deyil, “Araz” demişdi,

İlk gündən orduda qazandı hörmət.

Təlimdən təlimə oldu peşəkar,

Hər gün bir şücaət, yeni məharət.

*  *  *

“Təşəkkür” qazandı, “Çox sağol” aldı,

Yoruldum demədi, durmadı bir an.

Bilirdi,  nə qədər olasa da çətin,

Döyşüdə o qədər olacaq asan.

*  *  *

Təlimdə hər hədəf düşmən olurdu,

Bütün hədəfləri bir-bir vururdu,

“Qızğın döyüşlərdə qalib gələrkən”;

*  *  *

Vətəndi, torpaqdı sözü, söhbəti,

Həzm edə bilmirdi heç cür möhnəti.

Nisgili, həsrəti dadmışdı erkən.

III

Nisgili, həsrəti dadmışdı erkən,

İlk öncə andını salırdı yada.

Anası gəlirdi gözü önünə,

Deyirdi, sadiqəm ana o anda…

*  *  *

Bir gün arzuların çin olacaq bil,

“Dördyol” yönəldəcək səni Ağdama.

İnan ki, o günlər çox uzaq deyi,

Anda xilaf çıxsam, gözə ağ dama…

*  *  *

Ən çətin anlarda nənəsi yenə,

Xəyalən yetirdi daim köməyə;

“Mənim aslan balam, qurdum demişdi…

*  *  *

Heç nədən qorxmayan igidim, ərim,

Mənim şir biləklim, mənim hürr nərim…”

– Şəkər əvəzinə ayaz yemişdi…

IV

Şəkər əvəzinə ayaz yemişdi…-

“Güclüdən çəkinmə, zəifi əzmə.

İlahi ədalət var olan yerdə,

Haqlını tək qoyub, haqsızla gəzmə.

*  *  *

Süfrədə olandan yaxşı ye, şükr et,

Ərköyünlük edib, ağzını büzmə.

Atanı, babanı xatırla daim,

Naxələflik edib, nənəni üzmə!”

*  *  *

Hər belə söhbətdə sevib nənəsin,

Möhkəm qucaqlayıb, öpüb nənəsin;

Nə olur, olsa da deyildi  küsən…

*  *  *

Böyüyə yoldaşdı, kiçiyə qardaş,

Andına sadiqdi, sirrinə sirdaş,

Babası hürriyyət carçısı Həsən…

V

Babası hürriyyət carçısı Həsən

Arazı keçmişdi onun yaşında…

Adaşı Babəkdən hey söhbət açıb,

Bəzzi yaşadırdı Qarqar daşında…

*  *  *

Xanqulu əyrisi müqəddəs pirdi,

İkinci Araza dönmüşdü Qarqar…

Atası, babası o tayda “üzgün”,

Özü bu yaxada qalmışdı naçar…

*  *  *

Yenə xain qonşu işini gördü,

Qurşundan rəngbərəng çələnglər hördü,

Çox sayda məsuma çatdı bu sövqat…

*  *  *

Kimi iş başında, kimisi yolda,

Uşağı, böyüyü hamısı qalda,

O taylı, bu taylı Yurd idi Elxan!

VI

O taylı, bu taylı Yurd idi Elxan,

O gün al lalər bitdi çöllərdə.

Yaşıl yarpaqları güzün əvvəli,

Sübhün al günəşi ütdü çöllərdə…

*  *  *

Günəşin alından al alan ərlər,

Ayağı zəmində göyə qalxdılar.

Analar ağ südün  sağıb laləyə,

Yeri Göyə büküb məlhəm yaxdılar.

*  *  *

Nə qədər atanın yaralı bağrı,

Odlanıb çəkərkən içindən ağrı,

Bu məlhəm basıldı od sinəsinə…

*  *  *

Bülblər oxudu, güllər ağladı,

Hər ana bir güllü dastan bağladı,

Anası Afətdi, atası Şükür…

VII

Anası Afətdi, atası Şükür,

Ana gözü yolda, Ata “sərgərdan”…

Dünya çalxalandı nehrəsində qan,

Doğru mədət umdu o gün oğrudan…

*  *  *

Zamanı gəlmişdi dostun, qardaşın,

Anında qardaş da, dost da yetişdi…

Ucaldı hər yanda azan səsləri,

Ruhlar da qovuşdu, can da bitişdi…

*  *  *

Geyindi al donu igidlər, ərlər,

Güzün sazağında açdı lalələr,

Göydə buludların rəngi oldu qan…

*  *  *

Toy, nişan boğçası qara bağladı,

Nə qədər sevgili gizlin ağladı,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

VIII

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

Hər səhər yenidən al geydi üfiq.

Ağardı, qızardı, qaraldı hərdən,

İlk  yağış sonrası  itdi münafiq…

*  *  *

Qısır buludlardan mədət umanlar,

Əlləri göylərə uzalı qaldı.

Haqqın dərgahında oyaq qalanlar,

Uca Yaradandan müjdəni aldı.

*  *  *

İgid, ər oğullar vüsala yetdi,

İllərin həsrəti axır ki, bitdi,

Sevindi yurd yeri, el oldu agah…

*  *  *

Sısqa bulaqların açıldı gözü,

Aşdılar dağları, keçdilər düzü,

Bir elin xanıydı, adıyla Elxan…

IX

Bir elin xanıydı, adıyla Elxan,

Yamac dırmandılar, zirvə aşdılar.

Nələrdən keçdilər, nələr gördülər…

Hər zəfər sonrası qucaqlaşdılar….

*  *  *

Keçilməz sədləri keçdi ər Elxan,

Yürüdü, yürüdü Araza yetdi…

“Xudafərin” – deyib, hıçqıran Elxan,

“Körpümüz bizdədir!” – məruzə etdi…

*  *  *

Sinələr qabardı, ucaldı şərəf,

Sevincə büründü, hər yan, hər tərəf,

Yurdun dörd-bir yanı gövhəri-cahan…

*  *  *

İtirdi neçə döst, neçə ər igid,

Özü bu ütüdən çıxdı salamat,

Əməli eylədi məşhuri-cahan…

X

Əməli eylədi məşhuri-cahan,

Hələ yol yarıdı, güc ver, İlahi.

Nə qədər zirvə var hələ aşası,

Məqamı yaxın et, tac ver, İlahi.

*  *  *

Araza yetişmək yolun yarısı,

Xudafərin indi ancaq yol-yolaq.

Üzündə təbəssüm, çöhrəsində nur,

Yurddaşa yurdundan vermişdi soraq.

*  *  *

Hər kəlmə başında dilində Vətən,

Arxasında Vətən, önündə Vətən,

Müqəddəs bir yolun yolçusu oldu.

*  *  *

Bir gün arzusuna yetdi nəhayət,

Özü sevinsə də, qəm etdi heyət,

Şəhidi – şühəda Nəcəfi Elxan…

XI

Şəhidi – şühəda Nəcəfi Elxan…

Bu qordan od aldı  ərlər, ərənlər.

Hər gün yeni zəfər, yeni qələbə,

Bu gün sevinclidir, onu sevənlər.

*  *  *

Arzusu, istəyi çin olub onun,

Ananın açıqdır  yolu Ağdama.

İndi olanları görməzdən gələn,

Namərdin gözünə gərək ağ dama.

*  *  *

Görmək istəyirdi azad yurdunu,

Qalib istəyirdi görsün ordunu,

Bütün xəyalları olubdu gerçək.

*  *  *

O, keçən cığırlar yol olub indi,

O, içən bulaqlar göl olub indi,

Ruhu Kərbəladan, qutu Nəcəfdən…

XII

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bu gün çiçəklənir can Azərbaycan.

Binalar tikilir, yollar çəkilir,

Göylərə ucalır can Azərbaycan.

*  *  *

Ümid ağacları artıq bar verir,

Çölləri  yurd  edir can Azərbaycan.

Artıb doğma yurdun hörmət, izzəti.

Şanına şan qatır can Azərbaycan.

*  *  *

Bütün fəsillərdə geyinir əlvan,

Heyrətlə danışır eşidən, duyan,

İgid ərənlərdən, şanlı sələfdən!!!

*  *  *

Hər bahar boy verib, bitən lalər,

Şanlı sərkərdədən gətirir xəbər –

Bəzzdə məskən salan ulu xələfdən…

XIII

Bəzzdə məskən salan ulu xələfdən,

Sevinir, boş yerə verməyibdi can.

Əbəs deməyibmiş hər addımbaşı,

Biz gedək, sən yaşa can Azərbaycan!

*  *  *

Ən uca zirvədən süzür Arazı,

Arazın dərd-səri nədir bilirəm.

Bu gnlər yaralı Araz da nədən,

Bilmirəm,  nədənsə görünür xürrəm.

*  *  *

Araz kənarının yoxdur şəriti,

Bu gələn hənirti, başqa hənirti,

Fəth edib Arazı, Nəcəfi Elxan…

*  *  *

Təbriz də sıyrılır qanlı tarixdən,

Ulu əcdadlardan, şanlı tarixdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

XIV

Dərs alan elçidi Nəcəfi Elxan,

Sonalar Göyçəyə enib bu axşam.

Köhlənlər Dərbəndə dəmir aparıb,

Durnalar Kərkükdə görüb ehtişam.

*  *  *

Yurdun dödr bir yanı ona doğmadır,

Xeyməsi laməkan gəzir Elxanım…

Yurdunda yurdundan yeni Yurd quran,

Keçilməz sədləri əzir Elxanım….

*  *  *

Yenə həmin günə getdi xəyalı,

Mundiri alan gün kefi, əhvalı,

Üçrəngli bayrağı göründü gözə…

*  *  *

Qardaşı  dilləndi, bacısı  güldü,

Qulağına gəldi nənə  öydü:

– Bilirdi, “Sərhəddən başlanır Vətən!”

XV

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

Nisgili, həsrəti dadmışdı erkən.

Şəkər əvəzinə ayaz yemişdi…

***

Babası hürriyyət carçısı Həsən.

O taylı, bu taylı Yurd idi Elxan!

Anası Afətdi, atası Şükür,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

***

Bir elin xanıydı, adıyla Elxan,

Əməli eylədi məşhuri-cahan,

Şəhidi – şühəda Nəcəfi Elxan…

***

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bəzzdə məskən salan ulu xələfdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

28.05 – 24.08.2024.

Bakı – Bərdə – Ağdam – Xocalı – Şuşa – Laçın – Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Rəşad Məcid – 60” xatirə markası buraxılıb

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” jurnalı tərəfindən uzunmüddətli “Rəşad Məcid – 60” layihəsi həyata keçirilib

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru