28 oktyabr 2026-cı il tarixdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsində ““Xəzan” jurnalı və onun perspektivləri” mövzusunda müzakirə keçirilmişdir. Müzakirədə ədəbi tənqid şöbəsinin müdiri və əməkdaşları, eyni zamanda “Xəzan” jurnalının baş redaktoru və redaksiya heyətinin üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli Azərbaycan ədəbiyyatında jurnalçılıq tarixindən danışmış, diqqəti on birinci ildir ki, davamlı nəşr olunan “Xəzan” jurnalına yönəltmişdir. “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəri jurnalın yaranma zərurəti, nəşri, ölkənin bölgələrinə yayılması, xarici ölkələrdə yaşayan azərbaycanlı qələm adamları ilə əlaqə və s. barədə geniş məruzə etmişdir. Məruzənin sonunda ədəbi tənqid şöbəsi əməkdaşlarının suallarını cavablandırmışdır. AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Əzizağa Elsevər ““Xəzan” jurnalında nəsr əsərləri”, jurnalın redaksiya heyətinin üzvü Zeynəb Cəmaləddin ““Xəzan” jurnalında poeziya və tərcümə”, “Göyçay” qəzetinin baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Adil Məmməd “Bölgələrdə yaşayan şair və yazıçıların əsərləri “Xəzan” jurnalında” və “Yazarlar” jurnalının baş redaktoru, jurnalın redaksiya heyətinin üzvü Zaur Ustac “İnternet resursları üzərindən “Xəzan” jurnalının yayılması və ədəbi əlaqələrin qurulması” mövzularında çıxışlar etdilər. Eyni zamanda AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutu ədəbi tənqid şöbəsinin əməkdaşları Qürbət Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova və Əsmər Hüseynova çıxış edərək jurnalın nəşrinin daha da təkmil formada davam etdirilməsi üçün iradlarını bildirdilər, təkliflərini söylədilər. Jurnalın baş redaktoru Əli bəy Azəri iştirakçılara təşəkkürünü bildirdi, iradların qəbul edildiyini söylədi, təklifləri həyata keçirməyə çalışacağını dedi. Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli tövsiyyələrini söyləyib müzakirəyə yekun vurdu.
Uca Yaradanın türk dillərindəki Tanrı adı iki fərqli sözün birləşməsindən yaranıb: “tan” (dan) və “yer” (yeri).
Əvvəlcə Azərbaycan dilindəki “tanı” və “tanımaq” feillərinin kökü olan tan (dan) sözünün müxtəlif dillərdəki paralellərinə nəzər salaq:
qədim Çin dilində “tyan” – göy, səma;
qədim fars dilində “daena” – din, iman;
latış dilində “diena” – gün;
orta fars dilində “den” – din, iman.
rus və Ukrayna dillərində “день” (den) – gün;
ərəb dilində “din” – din, iman;
fars dilində “dəna” – dən, toxum.
ingilis dilində “dawn” – sübh;
boşnak, slovak və xorvat dillərində “dan” – gün;
ingilis dilində “day” – gün;
Norveç dilində “dag” – gün;
island dilində “dagur” – gün;
alman dilində “tag” – gün.
Alman dilindəki “tag” (gün) sözü, eləcə də fars dilindəki “yek” (bir) rəqəmi Azərbaycan dilindəki “tək” sözünə bənzəyir. Zənnimizcə, bu oxşarlıqlar heç də təsadüfi deyil. Fars dilindəki “tənha” sözü də eyni mənanı ifadə edir. Ehtimala görə, o “tən” (vücud) və “ha” (tərzi-hərəkət zərfini düzəldən şəkilçi) sözlərinin birləşməsindən yaranıb. Xatırladaq ki, qədim türklərdə “bir Tenqri” ifadəsi olub.
İmam Əli əleyhissalamın belə bir fikrini də yada salaq: “Allah birdir’ dedikdə rəqəm və sayı nəzərdə tutursunuzsa, bu yanlışdır. Çünki saydıqda birdən sonra iki gəlir. Allah birdir ifadəsi isə sayı (rəqəmi) nəzərdə tutmur. O, bənzəri, şəriki, tayı-bərabəri olmayan Təkdir.”
Həqiqətən də sıra və ya miqdar saylarını Tanrı adına tətbiq edən kimi şirk qarşısındakı bütün maneələr yoxa çıxır. Müşriklər üçün Allah tanrılar panteonunda sadəcə birinci idi. Ardınca ikinci, üçüncü və s. gəlirdi.
Qədim türklərin bir hissəsi əsl Tövhiddən – Tanrı inancından belə uzaqlaşmışdı. Onlar Allahın hər sifətini ayrıca bir Tanrı elan etmişdilər. Bugün Altay türkləri və buryatların panteonunda 99 Tenqri və ya Tengeri var. Altaylıların birinci Tenqrisinin adı həm də Kudaydır. Xatırladaq ki, iranlılar Tanrıya Xuda, ingilislər isə God deyirlər. Buryatların və monqolların birinci Tengerisinin adı isə Xormustdur. Yadıa salaq ki, qədim iranlılar Tanrını Hörmüz adlandırırdılar. Hazırda dünyanın ən qaynar nöqtəsi İran körfəzindəki Hörmüz boğazıdır.
Halbuki türk dillərində “bir” sözü həm də tək, yeganə, vahid mənasını verir. Tanrı sözü özünün “tan” hissəsi ilə Allahın təkliyini bildirir. Bu həqiqətdən agah olan türklər şirkə yuvarlanmadılar və zamanla yeni Tövhid dininə – İslama keçdilər. Beləliklə, Tanrı adını onun əsl mənası ilə yaşatdılar. Əvəzində Allah da onların əxlaqi keyfiyyətlərini, nəticədə milli kimliklərini qorudu.
Bütün bunlardan sonra “tanımaq”, “danışmaq”, “danışdırmaq”, “danlamaq”, “danmaq”, “danılmaz”, “dinmək”, “dindirmək”, “dinləmək”, “dincəlmək” feillərinin ilkin anlamı bizə bəlli olur:
“tanımaq” – Allahı tanımaq.
“danışmaq” – Allahın əmrlərini iqrar etmək.
“danışdırmaq” – Haqqı deməyə sövq etmək.
“danlamaq” – şərdən uzaqlaşdırmaq.
“danmaq” – Allahı inkar etmək.
“danılmaz” – Allah haqdır, onun inkarı mənasızdır.
“dinmək” – Haqqı demək.
“dindirmək” – Haqqı deməyə məcbur etmək.
“dinləmək” – Allahın sözünü, haqqı eşitmək.
“dincəlmək” – Allahı tapmaq.
Türk dillərindəki “tariq”, “tarı”, “darı” (toxum) sözü də Tanrı adı ilə əlaqəlidir. Toxum həyatın əvvəlidir. Azərbaycan dilindəki “sən Tarı” frazeoloji birləşməsini, “Ay Allah Tarı, sən saxla barı, bu balaları” alqışını yada salaq.
İndi isə Tanrı adının ikinci hissəsi olan yer sözünün digər dillərdəki paralellərini sadalayaq:
ərəb dilində: “ard” – yer;
isveç dilində: “yord” – yurd, yer;
ivrit dilində “erets” – yer;
ingilis dilində: “earth” – yer;
ispan dilində: “tierra” – yer;
fransız dilində: “terre” – yer.
Bir sözlə, Azərbaycan dilindəki Tanrı sözü “dan yeri” deməkdir. Digər türk və monqol dillərində Tanrıya “Tenqri”, “Tengeri” deyilir. Qədim şumerlər isə Tanrını “Dingir” adlandırırdılar.
Çuvaş dilində bu söz daha qısadır: Tura. Maraqlıdır ki, qədim skandinaviyalılar da ildirım, qasırğa və məhsuldarlıq tanrısını Tor adlandırırdılar. Tor əsas tanrı Odinin oğlu idi. Rus və Ukrayna dillərində bir rəqəminə “odin” deyilir. Müqayisəli təhlil göstərir ki, Odin oğlu Tor, əslində, elə qədim türklərin “Bir Tenqrisi”dir. Amma məsələ qədim skandinaviyalılar və slavyanlarla yekunlaşmır. İudaizmin müqəddəs kitabının adı “Tora”dır. Türk dillərində isə el adət və qaydalarına “Törə qanunları” deyilir. “Törəmək” (çoxalmaq, artmaq) sözü də Tanrı ilə əlaqəlidir.
P.S. Tanrıya bu qədər bağlı olan belə bir dilin daşıyıcıları arasında Tanrını, Haqqı, Onun qanunlarını tanımayan, Allahın buyuruqlarını inkar edən bu qədər adamın olması həqiqətən də çox qəribə və təəccüblüdür.
Заур Устадж (настоящее имя — Заур Мустафа оглы Мустафаев; род. 8 января 1975 года, Баку) — азербайджанский поэт, публицист, прозаик и общественный деятель. Он является учредителем и главным редактором литературного журнала «Yazarlar» («Писатели»), а также руководителем одноименного творческого портала. [1, 2, 3]
Основные биографические данные:
Военная служба: Ветеран Первой карабахской войны, офицер запаса. [1, 2]
Образование: Получил разностороннее образование, окончив Баку Государственный Университет (БГУ), Бакинское высшее общевойсковое командное училище, Международный институт изобретательства и бизнеса, а также Шамахинский гуманитарный колледж. [1, 2]
Литературная деятельность: Публикуется в периодической печати непрерывно с 1988 года. Является автором более 50 книг, включая сборники стихов, прозу, детскую литературу и учебно-методические пособия. Его произведения активно распространяются в интернете и доступны читателям по всему миру. [1, 2, 3]
Известные произведения: «Əliş və Anna» (Алиш и Анна), «Oriyentir ulduzu» (Ориентирная звезда), «Günaydın», «Gülzar», «Katren», «40 gün-40 şeir». Часть его книг посвящена памяти шехидов. [1, 2, 3]
Членство и союзы: Член Союза писателей Азербайджана (AYB), Союза журналистов Азербайджана (AJB) и Общественного объединения ветеранов войны. Является исполнительным секретарем Конфедерации независимых писателей. [1]
Награды и признание:
Лауреат престижной литературной премии «Золотое перо» (Qızıl Qələm, 2018).
С 2019 года является Президентом стипендиатом (персональным пенсионером Президента Азербайджана) за заслуги в развитии литературы. [1, 2]
Официальные обновления, новые стихотворения и анонсы книг автора можно найти на порталах Yazarlar.az и Ustac.az, а также на его странице в Facebook. [1, 2, 3]
Если вас интересует конкретный аспект его деятельности: >>> Заур Устадж
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
•ADI: Ləbbadə (Həmçinin “lavada” və ya “yarımqol çəpkən” adlanır. Türkiyənin Manisa bölgəsində analoji forması “libade” adlanır. Əlavə edilən qoruyucu qol elementləri “qolçaq”, qaraçay-balkarlarda “kolbaş”, “Fərhəngi-türki” əsərində isə “qolluq” adlanmışdır). •Material: Mövsümdən asılı olaraq astar və üzü arasına pambıq doldurularaq sırınırdı. Bəzədilməsi üçün toxuma bafta, zərbafta, metal bəzəklər, qaytan, ilgəklər, habelə qızıldan hazırlanmış quşpara düymələr və qozalar istifadə olunurdu. •Dövr: XIX əsrdə çox geniş istifadə olunmuş, qadın geyimlərindəki qolçaq hissəsi isə XX əsrin əvvəllərinə qədər öz varlığını qoruyub saxlamışdır. •Cins: Qadın •Haqqında: •Biçimi və Qol Quruluşu: Çəpkən tipli geyimlərin bir nümunəsi olub, ondan qolunun formasına və qısalığına görə seçilir. Qolu düzbiçimli olub dirsəyə qədər çatır (yarımqoldur). Hərəkət sərbəstliyini təmin etmək üçün qoltuqaltı hissəsi açıq saxlanılırdı. Mövsümdən asılı olaraq yaxası həm açıq, həm də bağlı tikilə bilirdi. Manisa libadələrindən fərqli olaraq, Şəki ləbbadəsinə ehtiyac yarandıqda qolçaq əlavə edilirdi. Bu qolçaqlar açıq formada olur, qarşı-qarşıya tikilmiş ilgəklərə keçirilən qaytanla çarpaz şəkildə bağlanır və ya düymələnirdi. •Bəzəkləri və İnanc: Digər qadın geyimləri kimi dekorativ-bəzək elementləri ilə zəngin idi. Bafta, zərbafta və metal bəzəklərin tətbiqi həm estetik, həm də dini-mifoloji (qoruyucu) xarakter daşıyırdı. Varlı ailələr arasında ləbbadənin yaxa kəsiyi boyunca quşpara düymələrin və qozaların düzülməsi geniş yayılmışdı. •Tarixi Kontext: Ləbbadə Şəki bölgəsinin geyim dəstində əsas yer tuturdu. Eyni zamanda açıq qoltuqaltı quruluşu Naxçıvan, Lənkəran, Qazax-Borçalı arxalıqları (çəpkənləri) ilə oxşarlıq təşkil edir. Yaxa kəsiyinin hər tərəfində dörd ədəd olmaqla qızıl quşpara düymələr düzülmüş xüsusi bir ləbbadə nümunəsi Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunda qorunub saxlanmaqdadır.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!