Etiket arxivi: Günnur Ağayeva

Əlibala Hacizadə – Ədəbiyyatımıza yaxşı hədiyyə.

Ədəbiyyatımıza yaxşı hədiyyə
(“Biçilmiş çiçəklər” haqqında)
Mən gənc və istedadlı şairəmiz Şəfəq xanım Sahiblini çoxdan-poeziya aləmində ilk kövrək addımlarını atmağa başlayan çağlardan tanıyıram. Müxtəlif ədəbi məclislərdə, dərnəklədə çəkinə-çəkinə, sıxıla-sıxıla, utancaq, kövrək-kövrək oxuduğu şeirləri tək mənim yox, dinləyicilərin də diqqətini cəlb edib, onun gələcək uğurlarına inam doğururdu. İllər keçdi, Şəfəq xanım çətin, lakin şərəfli sənət yollarında cəsarətlə, mətinliklə addımladı və bizim ümidlərimizi doğrultdu. Budur ,indi mənim qarşımda onun iki kitabı var: “Könlüm susuz səhradır” (2002-ci ildə) və “Anasız günlərim”(2003-cü il). Bu kitabların birincisində Şəfəq xanım qələmindən çıxan lirik, sevgi, torpaq, vətən haqqında maraqlı düşüncələrdən doğmuş səmimi mənalı düşünməyə vadar edən şerləriylə uşaqlarımızın həyatından, müşahidə və maraq dünyasından xəbər verir.
Xüsusilə qeyd etmək istəyirəm ki, şairənin məhəbbət mövzusunda yazdığı şerlər daha həyatı, daha mənalı, daha obrazlıdır. Oxucularımızda müəyyən təsəvvür yaratmaq üçün mən burada çoxsaylı nümunələrdən yalnız bir beyti xatırlatmaqla kifayətlənirəm.
Mən özüm sussam da, danışmasam da
Ovcunun içində danışdı əlim.
Şəfəq xanım bu misralarla ədəbiyyatda izini qoyur. Və ana haqqında şerləri də beləcə təsirli və düşündürücüdür. Bu poetik parçalarda ümumiləşdirmə çox güclüdür və dünyada insan üçün ən əziz varlıq olan ananı itirən hər kəs bu şerləri özününkü bilib doğması üçün ağı deyib ağlaya bilər. Bu şerlərin gözəlliyi bundadır.
Şəfəq xanımın birinci kitabında verilmiş uşaq şerlərini görəndə düzü, sevindim.
Əvvəla, ona görə ki, uşaq şeri yazmaq uşaq aləminin min bir çalarını qələmə almaq, onlara nəyisə təlqin edib öyrətmək çox çətin və məsuliyyətli bir iş olduğundan hər şairə bu sahəyə girişmir və yazmağı bacarmır.
Şəfəq xanım bu işə girişirsə, demək özündə bir güc və istedad hiss edir. İkincisi ona görə ki, ədəbiyyatımızın mühüm bir qolunu təşkil edən gələcəyimiz olan gənc nəsilin tərbiyəsində diqqət yetirmək hər bir qələm sahibinin qarşısında duran vəzifələrdən biri sayılmalıdır. Və Şəfəq xanımın bu sahədəki fəaliyyətini alqışlayıram.


İndi oxucularımıza təqdim olunan “Biçilmiş çiçəklər” kitabının əlyazmasını oxuyanda başa düşdüm və sevindim ki, Şəfəq xanımda uşaq ədəbiyyatına olan maraq ötəri gələn bir hiss deyildi. Şairənin uşaq yaradıcılığı mühüm bir qolunu təşkil edir. “Biçilmiş çiçəklər” toplusunda 100-dən artıq şeri və poeması toplanmışdı. Bu şerlərdə gənc oxucularımıza Vətənə, anaya, təbiətə məhəbbət və bağlılıq hissləri tərənnüm olunur.
Şairə uşaq pisxologiyasını,təbiət hadisələrin dərindən bilir və müxtəlif həyat və təbiət hadisələrini poetik bir dillə izah edir və oxucunu onların barəsində düşünməyə vadar edir. Mən burada “Biçilmiş çiçəklər” kitabında tpolanmış şerləri ayrı-ayrılıqda təhlil etmək fikrindən uzağam, sadəcə bunu qeyd etməklə kifayətlənirəm ki, Şəfəq xanımın bu kitabı zəngin və tarixi ənənələrə malik Azərbaycan uşaq ədəbiyyatı xəzinəsinə, balalarımıza yaxşı bir töhfədir və inanıram ki, şairəmiz öz adını gənc oxucularımızın yaddaşına həkk edə biləcək. Bu isə ən azı bir qismin hafizəsində, yaddaşında, yaşamaq deməkdir və şair üçün böyük xoşbəxtlikdir. Sənə bu çətin ancaq şərəfli yolda dözüm və uğurlar arzulayıram .

2004-cü il.

Müəllif: Əlibala HACIZADƏ

Əlibala HACIZADƏNİN YAZILARI

ŞƏFƏQ SAHİBLİNİN YAZILARI

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazarlar “Novella” kitab evində – kitablar 20 qəp.

Yazarlarımız Əli bəy Azəri, Eyvaz ZeynalovAYAZ İMRANOĞLU “Novella” Kitab Evində.

17.09.2024. Bakı şəhəri. Prospekt H.Cavid.

“Novella” Kitab Evi

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Səmədoğlu, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov və İsmayıl Şıxlı.

Azadlıq meydanı mitinqdən əvvəl. Vaqif Səmədoğlu, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov və İsmayıl Şıxlı.

Vaqif Səmədoğlunun arxivindən.

İlkin mənbə: Kulis.Az

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bayram Bayramov – Foto

Xalq şairi Süleyman Rüstəm, Xalq yazıçısı Mehdi Hüseyn və gənc Azərbaycan ziyalıları. Ayaq üstə dayananlardan ortadakı Salam Qədirzadədir. Sağ tərəfdəki isə (Mehdi Hüseynin arxasındakı) Bayram Bayramovdur.

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcidin  60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb. 

Şair, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid (Məcidov Rəşad Museyib oğlu)in  60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb. 

“Ağ adam” kitabı PDF: I>>>> Ag-adam.pdf

Kitab  müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzun müddətli  layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş  “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.

Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitab çap olunub

Esmira Fuadın yeni kitabı

Bu günlərdə Filoogiya elmləri doktoru Esmira Fuadın ərsəyə gətirdiyi “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə çap olunub. Kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd – Kürəkçay müqaviləsi – Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay “Sülh” müqaviləsi yer alıb. Və bu adında “sülh” yazılan-içəriyində isə əsrlərcə bir-vahid olan Azərbaycanın bölünməsi əks olunan müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolu təhlil olunur. Daha sonra İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir. Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllik­lə­ri açıqlanır. Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və milli kimliyin əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, “Fləş Fikşn”: Kibriti hekayələr, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının Qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real durum və çapa təqdim olunmuş əsərlərdən qısaca söz açılır, o taylı-bu taylı – Bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu təhlil edilir. Bu dəyərli kitabın təqdimatı 10 sentyabr 2024-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında keçirildi… Yazıçı Aysel Əlizadənin aparıcılığı ilə keçən təqdimatda bilim adamları,şair və yazıçılar, oxucular iştirak edirdi. Çıxışçıların hər biri kitabın ədəbiyyatımıza, tariximizə, bütöv Azərbaycanımıza olan layiqli bir töhvə olduğunu vurğuladı. “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” hər bir vətəndaşın masaüstü kitabı olması fikri önə çəkildi.

Esmira Fuadın yazıları

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu “Füyuzat”ın suallarını cavablandırıb.

“Füyuzat”ın suallarına cavablar:

1.Yazmaq sizin üçün nədir?
-Bu sualın çoxlu cavabı var, indilik birini deyim: yazmaq – bütün sözlərin sükutda gizləndiyini öyrənməkdir.

2.Sizə görə həyatda ən asan və ən çətin şey nədir?
-Ləyaqətlə yaşamaağa cəhd etmək, buna çalışmaqdır.

3.Son zamanlarda oxuduğunuz, sizə təsir edən əsər hansıdır?
-Görkəmli rumın şairəsi Ana Blandiananın həyat yoldaşı Romulus Rusana ithaf etdiyi şeir silsilısi.

4.Bəs öz yaradıcılığınızda ən sevimli şeiriniz hansıdır?
-Şairlərin öz yaradıcılıqlarından sevimli şeirləri olmur, olmamalıdır.

5.Ən çox nədən qorxursunuz?
-Günah etməkdən.

6.Xoşbəxt olmaq üçün nəyimiz çatmır?
-Allah xoşbəxtlik üçün hər şey verib.

7.Gəncliyə tövsiyəniz nə olardı?
-Deyəsən Bertold Brextin sözüdür, deyir ki, gənlik bilsəydi, qocalıq edə bilsəydi.

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Heyran xanım Dünbüli

Füzuli ədəbi məktəbinin davamçısı, Azərbaycan və İran poeziyasının tanınmış nümayəndəsi Heyran xanım Dünbüli

Heyran xanım XVIII əsrin sonlarında Dünbüli (Xoyski) ailəsində doğulmuşdur. Qadınların pəncərəsiz evdə, bağlı qapı arxasında yaşadığı, təhsildən uzaq tutulduğu bir dövrdə Heyran xanım Naxçıvanda evdə təhsil almış, ərəb-fars dillərinə yiyələnmişdir. Həmin dövrdə yalnız bəzi bəy, xan qızları təhsil ala bilirdi. Bu da Heyran xanımın sıradan olmayan ailədə böyüdüyünü göstərir.

XIX əsrin əvvəllərində Heyran xanım ailəsi ilə Naxçıvandan İrana köçmüşdür.

Qadınların öz duyğularının kağıza köçürməsinin qəbuledilməz olduğu bir zamanda yazıb yaradıb Heyran xanım.

Onun həyatı kədərli keçmişdir. O, özünün qürbətdə tək-tənha qalmasından gileylənmiş, yaşadığı Təbriz şəhərini “guşeyi-zindan” adlandırmışdır.

Heyran xanımın özündən sonra 4500 beytdən ibarət divanı qalıb. O, klassik poeziyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında yazıb. Həmçinin Heyran xanım Füzuli və Qövsi Təbriziyə nəzirə yazmışdır.

Heyran xanım Dünbülinin yazıları

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov – Bakı ş.

Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov Bakı.

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də anadan olub

Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-dəSalyan rayonununVarlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub.

Ali məktəbi 1997-ci ildə bitirib.
1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü,2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib.
2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb.
2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb.
2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb.
Ey türk doğulan. (Bakı: 2012), Səni tapan itirməz( Bakı), Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010), Dağ Kolanı dastanı.
  ( Bakı), Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir. Ömür yolu üç fotoda:

Bu gün Namiq Hacıheydərlinin 49 yaşı tamam olur. Məqamı ucadır! Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun:

RUHUMUZ UCADIR
Ürək döyüntünü dinlədim bu gün,
Baş qoyub ətirli sinənin üstə.
Söz ilə, and ilə qurmuşuq düyün
Eşq ilə süslənmiş dünənin üstə…
                    
Arada yüz dərə, yüz dəniz olsun,
Bir gün yollarımız yovuşmalıdır.
Əyər yer üzündə birləşəmməsək,
Göylərdə ruhumuz qovuşmalıdır.
 
Gəlsin üstümüzə kədər sel kimi,
Dünyalar yığılsın lap bizə qarşı.
Qaranlıq işığı söndürə bilməz,
Gecələr ha çıxsın gündüzə qarşı…
 
Bizi qorxutmayır tufan, qasırğa,
Əzablı yolları azmı getmişik?
Bəzən başımıza balta vurublar,
Yenə var olmuşuq, yenə bitmişik.
 
Dərəyə dartsınlar, düzə çəksinlər,
Ruhumuz ucadır, yerlərə sinməz.
Nadanlar nə bilsin Ulu Tanrının
Uca yaratdığı göylərdən enməz…


GÖYLƏR DEYİR Kİ
Şairləri əzilən bir şəhərə
Göydən mələklər qarğış yağdırar
Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində
Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün
Bəla var qarşıda;
Tufan, qasırğa
Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda.
Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək
Bir gün…                                                                                          
Günahkar şəhərin nəfəsindən 
Zaman-zaman udduğu murdar zibillər
Qasırğaya qarışıb geri dönəcək;
Çırpılacaq üzlərə
Göylər qəzəblənəcək
İldırımlarar nərə çəkəcək
Şimşəklər toqquşacaq
Hər şey bir anda baş verəcək;
Şiddətli külək, qasırğa, tufan
Bir də Xəzərin şahə qalxmış dalğaları…
O zaman 
Qurtuluş olmayacaq
Tikdiyiniz evlərə nicat olmayacaq;
Şüşələri qırılacaq,
         qapıları yıxılacaq
                   daşları uçacaq
o zaman üçün
Yeni evlər tikin;
bünövrəsi halaldan
daşları yaxşılıqdan
qapısı sevgidən olsun!
və…
Şairləri incitməyin…
                            

SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ?
Üzün gül, baxışın işıq çeşməsi,
Söhbətin bülbülün şirin nəğməsi,
Ürəyin, düşüncən yurd xəzinəsi,
Sən hardan alırsan bu gözəlliyi?!
 
Görüşə gələrsən, dünyamız gülər,
Başının üstüylə ağ bulud gələr,
Tək bircə nəfəsin min dərdi silər,
Sən hardan alırsan bu gözəlliyi?!
 
Üzünü görüncə daş, dağ sevinər,
Böyüklər gülümsər, uşaq sevinər,
Ayağın toxunan torpaq sevinər,
Sən hardan alırsan bu gözəlliyi?!
 
Namiq öz gücünü sözündən alır,
Bulud ağlığını üzündən alır,
Ay, ulduz işığı gözündən alır;
Sən hardan alırsan bu gözəlliyi?!


SƏN MƏNİM KİMİMSƏN?       
Hara baxsam təkcə səni görürəm,
Yolumsan, Yerimsən, Göyümsən axı.
Niyə səni  mən bu qədər sevirəm,
Sən mənim kimimsən, nəyimsən axı?!
                                                         
Masmavi göylərdə ağappaq bulud,
Günəş də, torpaq da, külək də sənsən.
Ağaca, çiçəyə can verən su da,
Çiçəkdə ətir də, çiçək də sənsən.
 
Qovuşdu, birləşdi iki saf bulaq,
Bir bahar günündə axar çay oldu.
Xəbərsiz doğulduq bir-birimizdən,
Bax, ancaq, ruhumuz əkiztay oldu.
 
Ulduz arxasından enib gəlibsən,
Atadan, anadan yaranmamısan.
Sənin sığalını mələklər çəkib,
Sən bəşər əliylə daranmamısan.
 
Niyə baxışınla alışar sinəm?!
Harandan od alır bu odum mənim?!
Qanadım deyilsən, ancaq, bəs nədən,
Qəmlənsən qırılar qanadım mənim?!
 
Üzündə qəm, gözündə nəm görünsə,
Aldığım nəfəs də daşa çevrilər.
Sənin içindəki ağrı acılar,
Mənim gözlərimdə yaşa çevrilər.
 
Biz qoşa bədəndə bütöv canıqmı;
Dodağın qurusa; 
         ciyərim yanar.
Ayrıyıq, uzağıq, bəs niyə ruhum,
Sənin varlığını varlığım sanar?!
 
Sənin ayağına batan bir tikan,
Mənim ürəyimi qanatmış, gülüm!
Anladım… Bir kökdən yaranmasaq da,
Ruhumuz bir kökdən boy atmış gülüm…
 
Ruhu doğmalardı qohum olanlar,
Bir ata – anadan doğulan deyil.
Var olan dipdiri ruhu olandı,
Ayağı, əlləri sağ olan deyil.

QALDIMI

Bir zaman içində yanan alovdan,
İçdə qığılcımın, közün qaldımı?!
Ürəyin büsbütün söz dəniziydi,
 Ürəkdə Eşq dolu  sözün qaldımı?!
 
 
Təmizlə dünyanı, dara, yu eşqim!
Ruha sığal çəkər mənim qu eşqim.
Deyirdin minillər sözməz bu eşqim,
Eşqindən nişanə,   izin qaldımı?
 
 
Yalan ah – üzlərdə yalançı boyaq.
Vaxtsız yorulmağın adın nə qoyaq?!
Bu uzun yolları gedəcək ayaq,
Bu yükə dözəcək dizin qaldımı?!
 
Dünya dəmirçinin qaynar kürəsi
Yandırar ağ bayraq qaldıran kəsi.
İrəli getməyə yaşam həvəsi,
Geriyə dönməyə üzün qaldımı?!
 
 
Döndü tarixlərə o çağ deyəsən,
 Açdın qədərinə qucaq deyəsən…                                               
…Içində sönübdü ocaq deyəsən;
Barı özünsənmi, ÖZün qaldımı?
 

YADIMA SƏN DÜŞÜRSƏN
 Aydın səma, bəyaz bulud görürəm,
Yadıma sən düşürsən.
Mələk rəngli qoşa qanad görürəm,
Yadıma sən düşürsən.
 
Deyib-gülən iki cavan görürəm,
Sevdiyindən sevgi uman görürəm,
Yadıma sən düşürsən…
 
Narın-narın yağış yağır, baxıram;
Cücələr sığınır öz anasına.
Balaca pişiklər küncə sıxılır,
Gizlicə qoyaraq göz anasına.
 
Bir quzu mələyir yanıqlı səslə,
Baxdım ürəyimin başı açıldı.
Küçədə sərgərdan qalan çocuğun,
Anasını görüncə,
                   gözündən ümidli işıq saçıldı.
 
Cəh-cəhini dayandırıb bülbüllər,
Ağacdakı yuvasından asıldı.
Dışarıda oynayan cüt yavrular,
Bir təpənin daldasına qısıldı…
 
… Doğmam yoxdu qucağına qaçım mən,
Ağacım yox budağından asılım.
Yuvam yoxdu sığınım bir küncünə,
Sən də yoxsan, indi kimə qısılım?!
 
Sənsiz bir kimsəsiz çocuq kimiyəm,
Solduracaq məni yağış, qar axı.
Yadıma sən, yadıma sən düşürsən;
Mənim səndən doğma kimim var axı?!
 
KİŞİLƏR VAR İDİ

 Kişilər var idi bu yer üzündə,
Bir elin yükünü çəkən kişilər.
Quduz sultanlara qılınc sıyırıb,
Yetim qarşısında çökən kişilər.
 
Babalar var idi, bir kəlmə sözü,
Qan söhbəti bağlamağa bəs idi.
Nənələr var idi, nənə deyirəm;
Təpədən dırnağa nur kündəsiydi.
 
Qadınlar var idi şimşək baxışlı,
Qanında yüz ərin qeyrəti vardı.
Nə oldu, necoldu ülvi adamlar,
Torpaqmı gizlədi, yelmi apardı?!
 
Oğullar var idi, qaya parçası,
Ölsələr, harama yanaşmazdılar.
Qurban gedərdilər namus üstündə,
Namusdan bir kərə danışmazdılar.
 
Obalar var idi, barlı-bəhərli,
Bir giriş, bir çıxış cığırı vardı.
Gələn yolçuları hələ uzaqdan,
Təndir çörəyinin ətri vurardı…
 
…Günəş həmin Günəş, Ay həmin Aysa,
Bəs niyə dəyişdi bu cahan belə?!
Kök həmin kökdüsə, soy eyni soysa,
Nədən cılızlaşdı bəs insan belə?!

HƏLƏ Kİ NİDAYAM

 Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə Günəş yüksəlir…
 
Dostları min olsun, nə faydası var,
Əyər tənhadısa ruhu insanın.
Duyulmaz oldusa bir qaydası var,
Yüksələr göylərə ahı insanın.
 
Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, Göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.
 
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir;
Yazısı dəyişməz, qədər – qaçılmaz. 
 
Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə,
Bəxtəvər olmadı hələ bir adam…
 
…Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.
 
Hələ ki nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam…

GÖNDƏRİR                                         
 
Adı gələr, yanaq olar qan kimi;
Böyük bir günahdan utanan kimi…
Səhərlər yuxudan oyanan kimi,
Bir qız sevdiyinə salam göndərir.
 
Elə bil bir dəstə çiçək yollayar,
Tufan olsun, yağış, külək… yollayar.
İçində çırpınan ürək yollayar,
Bir qız sevdiyinə salam göndərir.
 
Dayanar yolunda hər dağa hazır,
Şaxtada, soyuqda donmağa hazır,
Daş-qalaq olmağa, yanmağa hazır…
Bir qız sevdiyinə salam göndərir.
                            
SƏN

Sən eşqin bağında bitən çiçəksən,
Eşq ilə yanmayan dərməsin səni.
Qaranlıq ürəkli, donuq baxışlı,
Sevgidən uzaq göz görməsin səni.
 
Adını çəkməsin; adını çəkən,
Adında bal kimi dadı duymasa;
Gəzməsin bu qutsal torpağın üstə,
Özünü ən mutlu bəndə saymasa.
 
Cismiylə yerləri nura bələyib,
Mələklə göylərdə yaşıyanımsan.
Türküstan çölünün, Tanrı dağının,
Ətrini ruhunda daşıyanımsan.

          DEDİ

Əllərimdən tutmasan,
Bu yollarda azaram.
Dedim: qoyma darıxım,
Dedi: tez-tez yazaram.
                                      
Dedim: incitsəm səni,
əfv edərmisən məni?!
Dedi: acı kəlməni, 
Mən yaxşıya yozaram.
 
Dedim: qoyma baş qatam,
Kədər gölündə batam…
Dedi: sənə üz tutan
Dərdə quyu qazaram…
 
Ah çəkdim yana-yana;
“Mən atayam, sən ana…”
Dedi: hər şey bir yana,
Taleyimi pozaram.
 
Dedim: dərd oldum sənə…   
Dedi: eşqsiz yaşam nə?     
Ya yurd ollam eşqinə,
Ya da sənə məzaram.

 OLAR
Ömrü yellərə vermək,
Aqillərə ar olar.
Bir mürşid yanılarsa,
Min-min mürid xar olar.
 
Könüllərdə qalanlar;
Dünyada iz salanlar.
Var ikən yox olanlar,
Yoxkən necə var olar?!
 
Ulus, yurd nədi bilməz;
Canda varsa yad nəfəs.
Özgədən süd əmən kəs,
Özgələrə yar olar.
 
Bədbəxt kimdi; yol əyən,
Qazancını yeməyən.
Haqqı görüb deməyən,
Kor olar, həm kar olar.
 
(Söz demə almayana,
Tanrıdan dolmayana).
Könlü tox olmayana,
Geniş yer də dar olar.
 
Yox! – deyib batma yasa,
Var! – söylə – var, hardasa;
Üç-beş yaxşı olmasa,
Yaşamaq çox zor olar.
 
TANRIYA SƏSLƏNİŞ
Tanrım!
Sənin qatında sayt varmı?
Qəzet, jurnal çıxırmı orda?
Gündəlik xəbərləri hardan alırsan?
Günəş sistemində olanlardan xəbərin varmı?
Yerin təhlükədə olduğunu bilirsənmi?
Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından,
Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən
Xəbərin varmı?
Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün?
Suriyadan, İraqdan, Yəməndən,
Doğu Türküstandan… gələn
Nalə səsləri bürüyüb dünyanı.
Dağılmış şəhərlərin xarabalıqları,
Parça-parça insan meyidləri,
Gəlinciyinə sarılaraq can vermiş körpələrin
Meyidi üzərində qələbə qeyd edir dünya ağaları…
Yoxsa,
Sən də yaxşısan ətrafın pisdi?
Yoxsa, sənidəmi aldadır köməkçilərin?
“Sənin müdrik siyasətin nəticəsində 
qalaktikalarda hər şey əladır,
bütün güllər, çiçəklər xoşbəxtdi,
bütün kəpənəklər səadət içində, 
insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə?
Tanrım!
Bizim qalaktikaya qubernator təyin eləmisənmi?
İllik hesabat verirmi sənə?
Yerdəki vəziyyətdən nə yazır?
Yazırmı ki;
Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir?
Yazırmı;
Qız uşaqlarını hələ də diri-diri basdırırlar,
İnsan insan qatilidir,
Yer özü boyda məhbəs olub, yazırmı?!
Tanrım!
Bəs, sənin “audit”in yoxmu?
 
Tanrım!
Heç ordan baxanda Yer görünürümü?
Görünürsə, çarə qıl…
Görünmürsə…
Kimə deyək dərdimizi?
 
BƏYAN
Külli aləm zülmət idi, biz o zaman gündüz idik
Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
 
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə
Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
 
Oxuyub səcdə etdiyin ayələri nazil edən,
4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
 
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var,
Əzəldən öncə var olan, sondan sonra ölməz idik
 
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik
Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
 
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq
Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
 
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri
Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
 
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi
Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
 
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin,
İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…

Məlumatı hazırladı: Günnur AĞAYEVA,

NAMİQ HACIHEYDƏRLİNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru