Etiket arxivi: HAQQINDA

AYŞƏN RƏHİMİN ŞEİRLƏRİ

Ayşən Rəhim – gənc yazar.

SALAM
Gəl, Sən Allah üzürlü say
Buralar tör-töküntüdür
Gözlə açım pəncərəni
Hə Otaq biraz bürküdür.
Bu nəhəng təkliyim səni
Deyəsən yaman hürküdür.
* * *
Əsl qadın faciəsi
Tozlu pəncərə şüşəsi
Dəhlizin ortasındadır
Dağılmış bir zibil qabı
Cırılmış iki-üç şəkil
Çərçivənin sınıqları
Parçalanmış qırmızı don
Və dikdaban ayaqqabı..
* * *
Sükut, vahimə , kölgələr
Dualar çarmığa çəkir
Ümidləri , intiharı ..
Qürur geyinir əzabı
Yalnızlığın taleyimdə
Yaratdığı iltihabı..
* * *
Xatirələr guruldayır
Yağış yağır damır tavan
Zamanın çatlarında qan..
Biraz asta gəz nə olar
Xatirələr oyanacaq
Və qarşında utanmadan
Ağrıları soyunacaq…
* * *
Ayağını qanadacaq
Son arzunun çilikləri
Və anamı ağladacaq..
* * *
Bilirsənmi? sükut səsi
Adamı lap dəli edir
İntəhasız tənhalığın
Darıxmağın iniltisi .
* * *
Bir də gecə olan kimi
Bu itlərin ulaması
Xatirənin tikan kimi
Bədənimi dalaması …
* * *
Hərdən , vahiməli olur
Ayrılıq da udur məni
Bir söz deyim amma gülmə
Düz başımın üstündəki
Bu eybəcər Mona Liza
Hə o da qorxudur məni ..
* * *
Ay yad adam , getmə dayan
Bir çay qoyum , təzə dəmlə
Elə adamsızlaşmışam ..
İstəmirəm itirməyi.
Axşamacan dərdləşirik
Bir mən bir də qara pişik ..
yox onun günahı deyil
Talemin tərs gətirməyi ..

SALAM ƏZİZİZM
Salam əzizim… burda yenə gecədir
Yazıram ki , soruşum Görən halın necədir?
Bircə nigaran qoyma ..bir kəlmə də olsa yaz
Özünə yaxşı bax ha eşitdim ki, soyuqdur
Qalın geyin əynini..
Tamam yadımdan çıxıb,ağlım çaşıb bağışla
Axı sən xoşlamırdın anan kimi danışıb
Qayğını çəkməyimi..
* * *
Nə yeyib nə içirsən?
Yoxsan getmisən bil ki ,gündə ən azı min yol gözlərimdən keçirsən..
İstəmirəm korlayım əhvalını amma ki
Heç özümdə deyiləm..
Yediyim dərddir ancaq, içdiyimsə zəhərdir
Sənsiz məni yaşadan bir quru xatirənsə həsrətində gecələr öldürən bu qəhərdir.
* * *
Ax üşüdür səsinin buz kimi soyuqluğu
Titrəyirəm..tənhalıq iliyimə işləyir
İsti hərarətinlə hansı heykəl baxışa
Ruh üfürdün görəsən?
Yenə hava küləklidir ,üşüməli küləkdir
Gözəl günlər səninlə getdi xatirə olub
Bilirəm ki heç zaman geri gəlməyəcəkdir
Deyirəm ki ,biləsən..
* * *
Payladım ən sonuncu əlvidamı hardasa
Məni yalnız buraxma vidaları sevmirəm
Gəl yenə əvvəlkitək köksünə sıx , qucaqla
Allahhaqqı saçlarım çiynin üçün darıxır
Kəsmirəm heç dəymirəm uzadıram acıqla.
* * *
Bu sərsəri duyğular..yox heç tanış deyildi
Səndən əvvəl o adamın gözü də yaş deyildi
Saçı da payız idi , o balaca qız idi
Sərçətək kövrək idi ürəyi daş deyildi..
Hələ ömrün yazıydı , hələ də qış deyildi..
* * *
İndi bu boz şəhərin bütün küçələrində
Sənin ayaq izlərini baxışlarım yalayır
Hamıya sevgi düşdü, payımasa tənhalıq
“Xalqa it hürüyəndə, mənə çaqqal ulayır”

XATİRƏLƏR
Keçmişin rəflərində itib-batmış xatirələr
Unutmaq zəncirini qırıb
Yapışır darıxmağın yaxasından..
Və vəhşi vüsalın əlləri
ayrılığın ayaqlarını qapır..
Tale xətləri ovucumun qırışlarına hopur
Və qopur ömrümün əqrəbləri saatdan
Əskilir təqvimlər.
Dəhlizin divarlarında son ümid rəqsilə
Tənhalaşır kölgələr.
İndi bu qurumuş cümlələr
Vergüllərə dönən nöqtələrlərlə
Epiloqda bitəcək
Sonuncu səhifədə son sətrinlə..
Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar.
Neçə ip utandı
zaman asarkən
Arzuları boğazından..
Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi
Gözəldir təkliyim.
Ehtişam,
İki şam,
Dörd divar ,
Boş otaq fəlsəfəsi
və köhnə grammafonda retro..
Təbəssüm gizlənən dolu qədəh
və Freda kahlo:
“İçimdə qırx qadın
Qırxı da özgə
Qırxı da digəri”.

Müəllif: Ayşən RƏHİM

AYŞƏN RƏHİMİN DİGƏR YAZILARI

Ayşən RƏHİM DİGƏR MƏNBƏLƏRDƏ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏT USUBOĞLUNUN ŞEİRLƏRİ

ƏBÜLFƏT USUBOĞLUNUN YAZILARI

TANRIM, SƏN KÖMƏK OL BİZƏ
Qohumlar çevrilib yada,
Dostlarım yetməyir dada,
Başı bəlalı dünyada,
Tanrım, sən kömək ol bizə!
* * *
Ulaq bəyənmir palanı ,
Eşitmək olmur yalanı.
Gədələr saymır ananı,
Tanrım, sən kömək ol bizə!
* * *
El yolunda yanmayırlar.
Halal-haram qanmayırlar.
Böyük-kiçik saymayırlar,
Tanrım, sən kömək ol bizə!
* * *
Nələr olmur, nələr olur.
Yaxşılardan pis doğulur.
Kişilər dərddən boğulur,
Tanrım, sən kömək ol bizə!
* * *
Qardaş-qardaşını söyür,
Haqsıza bax haqsız söyür.
Əbülfət üz tutub deyir.
Tanrım, sən kömək ol bizə!

NƏDƏN UNUTMUSAN
Çıxdığın budağı niyə kəsirsən?
Haçansa bu yerə çıxarsan, oğlan.
Deyilən düz sözdən niyə küsürsən?
Yıxılıb, halına baxarsan, oğlan.
* * *
Sənə əl tutublar, yiyə durublar
Söylə, nədən belə nadansan, oğlan?
Səni yıxılanda çox qaldırıblar ,
Niyə unutmusan, adamsan, oğlan?!

YANILIR İNSAN
Gələnin getməyi həyat qanunu,
Düz yolu unudub yanılır insan.
Adam niyə tökür insan qanını?
Nədən olub ölüm bir belə asan?
* * *
Dedilər sakit ol, adam oğulsan,
Səbrlə hər işin asanlaşacaq.
Xislətin dəyişməz, bir də doğulsan,
Adamlar yol gedər… İnsanlaşıncan!

GÜLSÜMÜM
(İlk nəvəm Gülsümə)
Gəlişinlə sən bizə.
Bol sevinc gətirmisən.
Çoxdankı arzumuza.
Sən, bizi yetirmisən.
Mənim xoş təbəssümüm,
Gözəl-göyçək Gülsümüm.
* * *
Sən mənə gəlişinlə,
Baba rütbəsi verdin.
Baldan şirin dilinlə,
Hələ baba da dedin.
Mənim xoş təbəssümüm,
Gözəl-göyçək Gülsümüm.
* * *
Dadlı balam, duzumsan,
Ayımsan, ulduzumsan,
Baharımsan, yazımsan,
Anam, bacım, qızımsan,
Mənim xoş təbəssümüm,
Gözəl-göyçək Gülsümüm.

Müəllif: Əbülfət USUBOĞLU

ƏBÜLFƏT USUBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞARIN HEKAYƏLƏRİ

LEYLA YAŞARIN YAZILARI

TABUTLARIN “SÖHBƏT”İ
Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları “dinc” qoymurdular.
Birinci sağdakı tabut başladı söhbətə.
– Bu il bizim işimiz yaman ” agır” oldu.
Soldakı tabut fikrə daldıgından onu eşitmədi.
– Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan?
– Bizdə xəyal var? Biz reallıgıq.
– Yadıma bilirsən nə düşdü?
– Nə?
– O günkü “qonağ” ım.
– Hə, onu məndə unuda bilmirəm. Uzaqdan gördüm
“qonağ”ını.
– Hə,- deyib ah çəkdi tabut.
Sən sonrasın görəydin.
– Nə oldu ki?
– Əslində bizdə nə yenilik var ki? Daşıdığımız cansız bədənlərdi
“qonağ” ımız. Üstümüzdə ağlayıb göz yaşı tökərlər, bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar. Bəlkə də, bizə qarğış edərlər ,bəlkə də, əzizlərini incitmədən daşıdığımız üçün təşəkkür edərlər bilmirəm.
– O gün nə olmuşdu ,demədin.
– Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir ” qonağ” ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım. Anasını bir görsəydin. Məni necə bəzəmişdi… Üstümə atdığı qırmızı xalatları görsəydin. Evin tək oğlu idi deyəsən, atası da yox idi. O zərif çiyinlərə toxundum mən. Bilirsən bu nə deməkdi? Qadın çiynində getdim məzarlığa mən.
– Eh , biz nələr görmədik? Tək ayaq daşıdığım , baş daşıdığım vaxtlar olub.
– Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki?
-Bax yenə neçə tabut gətiriblər bura. Əvvəllər burda bizdən başqası olmazdı.
– Hə bu son ildə bizi çox ” yordu” lar.
– Elədi, hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar.
– Əvvəllər ” qonaq” larımızın əksəriyyəti yaşlılar olardı.
– Sənə bir əhvalat danışım. O gün məni tez-tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı. Aparıb tez basdırdılar. Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam.
– Eh, sən nə qoyub, nə axtarırsan? Bu dünya durduqca bizlər də olacağıq. İnsanın son yol yoldaşıyıq biz.
– Düzdü, bir gün biz də olmayacayıq. Sınıb ,dağılandan sonra görən bizlərin son mənzili hara olacaq.
– Həyat budu dostum, sonu olan heç nə yoxdu!
Söhbətləri yarımçıq qaldı. Yenə qara maşın gəlmişdi. Bu dəfə
” qonaq” ları çox idi deyəsən. İkisini də ehmalca maşına qoydular. Deyəsən, başqalarını da aparacaqdılar.
– Görəsən, nə baş verir?
– Bilmirəm, bax, bizdən başqa 12 tabut da var burda.
– Ay aman, nə olub belə?
– İndi biləcəyik, sakit ol.
– Deyəsən, qəzadı. Təyyarə qəzası. Hərbiçilərdi “qonağ” ımız.
14 tabut yan-yanaydı.
– Sizlər də burdasınız ?
– Hə .
– Yaman ağır dərddi.
– “Qonaq” larımız, deyəsən, elə-belə adamlar deyil?
– Hə..
– Yaxınlarına bax. Saçını yolan qadının oğludu mənim “qonağ” ım.
– Mənim “qonağ” ım o balaca uşaqların atasıdı. Bayaq məni qucaqlayıb doyunca ağladılar.
– Bizlər onların sonuncu dəfə qucaqladığı anası, atası, bacısı, qardaşı,
yoldaşı, əzizləriyik.
– Nə yaman dərdlərə ortağıq biz.
Tabutlar bayraqlara büründü. Yola salındı. Hər biri öz son mənzilinə .
Yenə də çiyinlər dəyişəcək, tabut bu çiyindən o birisinə keçəçək. Yollar gah uzanacaq, gah qısalacaq.
Kim bilir , bizlərin çəkdiyini. Həm fiziki yük daşıyırıq, həm mənəvi.
– Nə olar, bizə qarğış etməyin. Axı biz sizlərlə həmdərdik!

ŞAXTA BABAYA MƏKTUB
(Kiçik qəlblərin böyük sevgisi)
Dekabr son günlərini yaşayırdı. Bayırda baharı xatırladan, zəif günəşli hava vardı.
Jurnalı götürüb yeyin addımlarla sinif otağına doğru irəlilədi. Sevimli şagirdlərini hər gün görmək üçün belə səbrsizlənirdi.
Çox fərqli, maraqlı uşaqlar idi dərs dediyi sinfin uşaqları.
Bu ildən uşaqlara tarix fənninin incəliklərini öyrədirdi.
Çalışırdı dərs saatı maraqlı keçsin. Uşaqları yormasın. İcazə vermişdi, ona başqa sahələrdən də suallar verə bilərdilər. Hətta kiçik problemlərini belə onunla bölüşməkdə azad idilər. Bir sözlə uşaqlarla dost olmağa çalışmışdı, əməyi hədər getməmişdi .
Axşam ağlına yeni fikir gəlmişdi. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə uşaqlarla bir tədbir təşkil etsin.
Uşaqların buna çox sevinəcəklərinə əmin idi.
Sinifə girib uşaqlarla salamlaşdı. Şagirdlərin üzündə xoş təbəssüm yarandı .
-Necəsiniz?
Hər tərəfdən səs qalxdı:
– Yaxşıyıq!
– Siz necəsiniz? – zəif bir səs otağa həzin musiqi kimi yayıldı. Günay idi. Hamı çönüb bu arıq, çəlimsiz qıza baxdı. Müəllimi gülmək tutdu .
– Yaxşıyam, qızım. Səsinə nə olub?
– Hər şey yaxşıdı, müəllim.
Yenə həmişəki kimi maraqlı keçən vaxtdan onları zəngin səsi ayırdı. Uşaqlar yerindən tərpənmək istəmirdi.
Uşaqlara yeni illə bağlı planının ucundan-qulağından deyib onları tənəffüsə buraxdı .
Bu günə çatmayacaqdı onsuzda, sabah ətraflı məlumat verərəm deyib sinifdən çıxdı.
Bu gün başqa dərsi yox idi. Həyətdə bir az gəzişib evə gedəcəkdi. Birdən ağlına bir fikir gəldi . Bu gün 5-ci sinif 4 dərsdən sonra evə gedəcək. Bəlkə, müdriyyətdən icazə alıb 5-ci saatı uşaqlarla keçirtsin ?
– Yaxşı fikirdi, gedim görüm neyniyirəm. Sevincək yuxarı qalxdı. Adil müəllim onu görüb təəccübləndi:
– Samir müəllim, nəsə olub?
Heç nə olmadığını, uşaqlarla 1 saat məşğul olmaq istədiyini dedikdə direktor razılığını bildirdi .
Sevinərək yenidən həyətə qayıtdı, zəngin çalınmasını gözlədi .
Uşaqlar yenidən onu görəndə sevindilər . Müəllimin yeni illə bağlı planı onları çox sevindirmişdi .
– Oturun uşaqlar. Tədbirimiz iki hissəli olacaq. Həm deyib-gülmək, oynamaq, həm də …
– Nə ? Nə? Yerdən səslər ucaldı .
– Həm də şaxta babaya məktub yazacaqsınız, mən də onları şaxta babaya çatdıracam, o da cavablabdıracaq .
– Şaxta baba? O axı buralara gəlmir?
– Siz yazdığınız məktuba mütləq cavab verəcək, – deyib bığaltı gülümsündü .
– Nə zaman yazaq?
– Elə indi.
Uşaqlar sevinə-sevinə parta arxasına qısılıb, öz istəklərini xəlvətcə ağ vərəqə yazmağa başladılar .
– Tələsməyin uşaqlar, rahat-rahat yazın, səliqəli yazın ki, şaxta baba oxuya bilsin.
Özü də bilmədən ağır bir işin altına girmişdi. Birdən uşaqların istəklərini yerinə yetirə bilməsə, necə olacaq?
Fikirdən Günayın səsi ayırdı onu.
– Müəllim mən yazdım, buyurun!
– Sağ ol, qızım, keç əyləş .
Uşaqlar bir-bir vərəqləri gətirib ona verirdilər. Ən axıra Zəhra qalmışdı. Bu sakit təbiətli, göygöz qız bütün uşaqlardan seçilirdi. Gözünün dərinliklərində yığılıb qalmış kədər, uşağı yaşından daha böyük göstərirdi.
Vərəqləri səliqə ilə bir yerə topalayıb, çantasına qoydu.
Sağollaşıb otaqdan çıxdı.
Məktublara əsasən tədbirin ikinci hissəsini təşkil edəcəkdi .
Bu gün çox yorğun idi .
– Bəlkə, məktubları oxumağı sabaha saxlayım?- deyə düşündü. Bu fikirlə də oturduğu yerdəcə yuxuladı. Oğlunun səsi onu şirin yuxudan oyatdı :
– Ata, ata, oyan.
Gözlərini birtəhər açıb oğluna baxıb, gülümsündü :
– Nə olub, ay dəcəl?
– Gör harda yatmısan?
– Harda?
– Stulda adam yatar?- Bayram dodaqlarını incik şəkildə büzdü.
– Yox yatmaz. Ağıllı balam indi dururam. Çox sağ ol ayıltdığın üçün.
Bayramın başını sığallayıb otağına keçdi. Zərif əllərlə yazılmış məktubları ürəyi əsə-əsə oxumağa başladı .
Birinci məktub Muradın idi:
– Salam, Şaxta Baba! Necəsiniz? Bilirsiniz biz sizi çox görmək istəyirik. Samir müəllim bizə sizə məktub yazarsaq gedib çatacağını dedi. Mənim arzularım çoxdu, şaxta baba . Amma məni anam öyrədib həmişə nəyisə istəyəndə Allah babadan istəyirəm. Həm də dərslərimi yaxşı oxuyuram ki, Allah baba böyüyəndə arzularıma çatdırsın. Sizdən oyuncaq istəyə bilərəm? Özüm üçün yox , qonşumuzda Əlvan adlı oğlan üçün . Mən də bütün oyuncaqlarımı ona vermişəm. Su maşını istəyir, mənim olmadığı üçün verə bilmədim. Xahiş etsəm onun üçün su maşını alarsınız? Əvvəlcədən təşəkkür edirəm, Şaxta baba!
Qonşunun ünvanını qeyd etməyi unutmamışdı Murad.
Fəridin məktubunu oxumağa başladı .
Şaxta babaya salam yazandan sonra Fərid də özü üçün heç nə istəmədiyini yazmışdı. Atasını körpə ikən itirən dayısı qızı Saraya kukla istəmişdi.
Çox maraqlı istəklər vardı bu ağ vərəqlərdə. Müəllim uşaqlardakı qürura heyran qalmışdı .
Fateh yazırdı :
– Şaxta baba, əsgərlərimiz üçün əlcək gətirə bilərsiniz?
Saleh yazırdı :
– Əsgərlərimiz üçün isti geyimlər lazımdı, axı indi çox soyuqdu . Gətirə bilsəniz sevinərəm.
Oxuduğu məktubların hamısında hər bir şeyin Allah babadan istəmək lazım olduğunu, həmçinin yaxşı oxumaq, valideyinə qulaq asmaq , böyüklərə hörmət etməklə nail olmaq olar deyə yazmışdı uşaqlar. Şaxta babadan istədikləri xırda-para oyuncaqları ya qonşu, ya qohum üçün istəmişdilər.
Qızların məktubuna keçməmişdən gözündən eynəyi çıxardıb göz yaşını sildi. Uşaqlardakı böyük ürəyə məəttəl qalmışdı .
Qızlar da təxminən eyni məzmunda məktub yazmışdılar.
Maddi heç nə istəmirdilər Şaxta babadan.
Aygün yazırdı ;
– Salam, Şaxta baba, necəsiniz? Məktubum sizə çatsa mənə kömək edərsiniz? Anam xəstədi, atam bizi uşaq vaxtı qoyub gedib. Neçə dəfə yanına gedib evə qayıtmağını xahiş etsəm də geri dönməyib.. Bəlkə, siz onun yanına getsəniz geri dönər, anamla barşar? Ayrı bir istəyim yoxdu. Əvvəlcədən təşəkkür edirəm.
Fidan yazırdı:
– Salam, Şaxta baba, necəsiniz? Anam bizə deyib ki, heç kimdən heç nə istəməyim. Nə lazım olsa o mənə alır . Həm də Allah baba bizə nə istəsək verir. Amma nə vaxtdı qar istəyirəm, yağmır. Siz olan yerdə qar varsa, gələndə bizə bir az gətirin, çox yox , bir az olsa bəsdi.
Samir müəllimi gülmək tutdu.
Həyat yoldaşının gətirdiyi pürrəngi çaydan bir qurtum içib oxumağa davam etdi .
Nazlının məktubu onu kövrəltdi .
Nazlı Şaxta babaya üzünü görmədiyi , rəhmətə getmiş anasını bircə dəfə görmək istədiyini yazmışdı.
Sahilə evdə tez-tez dalaşan ata-anasının mehribançılığını istəmişdi .
Jalə atasının ona aldığı, böyük qız olduğu üçün oynatmadığı oyuncağı uşaq evinə aparıb vermək istədiyini, bu işdə Şaxta babanın köməyinə ehtiyacı olduğunu yazmışdı . Ata-anasının vaxtı olmadığından onu uşaq evinə aparmadıqlarından Şaxta babaya gileylənmişdi.
Səbinə Şaxta babaya küçələrinin təmirsizliyindən, hər gün dərsə gələndə anasının əziyyətlə yuyub qurutduğu paltarlarının çirklənməsindən şikayətlənmişdi. Şaxta babadan xahiş etmişdi ki, bu işlə məşğul olanlarla görüşüb, onlara arzusunu çatdırsın.
Məktublardan o da məlum olurdu ki, uşaqlar Şaxta babanın varlığına inanmırlar. Ancaq şaxta baba obrazının kim olduğunu da dəqiq bilmirlər.
Uşaqların kasıb ailədə böyüdükləri, ancaq varlı tərbiyə ilə qidalandıqları məlum idi.
Uşaq ağılları ilə hər şeyi olduğu kimi dərk edib, olanlara qane olmuşdular. Həmçinin bu balaca insanlara Vətən sevgisi, valideyn sevgisi, müəllimə hörmət, insanlara, heyvanlara mərhəmət hissi çox gözəl aşılanmışdı.
Həmçinin uşaqlarda Allaha olan sevgi xüsusi seçilirdi.
Ayşən məktubunda sevdiyi pişiyinin ayağının sındığını, Şaxta babanın ona gəlib baş çəkməsini istəmişdi.
Aysel Şaxta babaya yazırdı :
– Əziz Şaxta baba , əgər gələsi olsanız əvvəlcədən məktub
yazın. Anam sizə dadlı yeməklər hazırlasın. Baxın görün Azərbaycanın nə gözəl mətbəxi var! Başqa ölkələrdə bizim yeməklərin gözəlliyindən danışarsınız.
Mahirə yazırdı :
– Şaxta baba, biz bu il yeni ili Şuşada qeyd edəcəyik, Sizi də dəvət edirəm! Gəlib gözəl Şuşamızı görə bilərsiniz.
Müəllimin sinəsi qürurdan qabardı.
Zəhra yazırdı :
– Salam Şaxta baba, necəsiniz? Mən sizdən bir xahiş edəcəm. Mənim atam Şəhid olub. Mən onun üçün çox darıxıram. Düzdü, onu görmək çox istərdim , amma bilirəm ki, o göylərdədi, yerə enə bilməz ! O Vətənimiz üçün canını fəda edib. Mən onunla fəxr edirəm ! Düzdü, hər gecə ağlayıram. Atamsız çox çətindi. Yox, yox bilirəm siz onu geri qaytara bilmərsiniz. Mən də onun yanına getmək istəmirəm! Axı mən balacayam. Oxuyub təhsil alacam, atam kimi hərbçi olacam. Bax onda atam məni görəcək, sevinəcək ! İndi də görür , amma mən onu görmürəm. Bilirsiniz, Şaxta baba, mən anamı istəyirəm. Yox, o ölməyib sağdı. Amma atamdan sonra bizi qoyub getdi. Hər gün ağlayır, başını divara vururdu. Atamsız qala bilmirdi. Bir gün onu atamın məzarı üstündə tapdılar. Vəziyyəti ağır idi. Ağıl xəstəxanasına yerləşdiriblər. Yanına gedirəm, məni tanımır.
– Əfqan ( atam ) nə vaxt qayıdacaq ? – deyir.
Deyirəm, ana mənəm, Zəhra, bu da qardaşım Hikmət .
– Əfqan gələndə gələrsiniz, – deyir .
Mən anamı istəyirəm. Hər gün Allaha dua edirəm, o sağalsın, bizi anasız qoymasın.
Şaxta baba, bəlkə, siz onun yanına getsəniz, bizim onun uşaqları olduğumuzu desəniz o inanar.
Əvvəlcədən təşəkkür edirəm!
Samir müəllim hönkürtü ilə ağladı. Tez özünü ələ alıb, fikrə getdi :
– İlahi , bu balaca ürəklərə nələr sığırmış?
Sonuncu Fərəhin yazısı idi.
Şaxta babanı tarix dərsinə dəvət edirdi. Samir müəllimi əməllicə tərifləmişdi. Gəlib dərslərində oturmağı Azərbaycanın tarixini öyrənib, başqa ölkələrə gedəndə danışmağı tövsiyyə edirdi Fərəh .
Uşaqların iç dünyasına az-çox bələd olan müəllim onlarla qürur duydu.
Oturub onların istəklərini necə həll etmək yollarını axtarmağa başladı.
Bu gündən onlarla dost olacaq, onlara mənəvi, gücü çatdığı qədər maddi dəstək olcaqdı. Balaca ürəklərdəki mətinlik, qürur, sevgi ona qüvvət verdi. Kiçik qəlblərin böyük sevgisi onu uşaqlara daha da doğmalaşdırdı. Kiçik qəlblərin “böyük insanlıq dərsi” onu məmnun etmişdi.

MEŞƏDƏ BİR GÜN
Qarlı, şaxtalı bir qış günü idi. Yer üzünə ağ xalısını sərən qış təbiətə gözəllik verirdi. Ağacların yarpaqlarında topalaşan qar cənnət meyvəsinə bənzəyirdi. Damlardan üzüaşağı sallanan sırsıra pəncərələri öz himayəsinə götürmüşdü. Evlərin damından çıxan tüstü qarı nə qədər çirkləndirməyə çalışsa da, yeni yağan quşbaşı qar onu havadaca ağ rəngə çevirirdi.
Havadakı təmizlik, qarın üstündəki ayaq izləri insan ruhunu oxşayırdı.
Məmməd kişi ov ovlamaq üçün meşəyə yol almışdı. Ayaqlarını qarın üstünə basdıqca, qarın ətrafa yaydığı səs meşəyə yayılır, sakitliyi pozurdu. Tüfəngini çiyninə aşırıb yavaş-yavaş addımlarla irəlləyən Məmməd kişi nədənsə bikef görsənirdi.
Neçə illərdi ov ovlamağı yadırğamışdı. Axırıncı dəfə ceyrana dəyən gülləsindən sonra neçə illər özünə gələ bilmirdi. Ceyranın gözlərindəki o iki damla yaşı illərdi unuda bilmirdi. Yuxusuna tez-tez girən o ceyran dil açıb imdad diləyirdi ondan. Hər dəfə yuxuda balalarını xilas etməyi xahiş edirdi. Neçə illərdi eyni yuxunu görən Məmməd kişi bu gün yuxunun iziylə düşmüşdü.
Özü də bilmirdi, hara niyə gedir. Yolu əlinə alıb gedirdi.
Birdən kolluqdan quş uçdu. Səksənən ovçu bir anlıq dayanıb, sonra yoluna davam etdi.
Qarın üstündə ləpirlərilə iz salan ovçu sanki bir xalça toxumuşdu.
Dayanıb bir az nəfəs aldı, qışın özünə məxsus gözəlliyinə heyran-heyran baxdı . Qarlı havanı ciyərlərinə çəkdi. Havadakı təmizlik, saflıq nəfəsinə doldu sanki. Bir kötük tapıb üstünün qarını təmizləyib oturdu. Ətrafa nəzər saldı. İlahi, təbiət necə də gözəl idi. Hər tərəf ağappaq, hər tərəf səliqəli, cənnətdi sanki. Şam ağaclarının, kolların üstündəki qar topaları, yerlə axan çayın üzərində donmuş buz, qırılıb yerə düşən budaqların, kəsilmiş kötüklərin üstündəki qar topaları bir rəssamın əl işi idi. Tanrının yer üzündə yaratdığı gözəlliyin bir parçasını seyr edirdi ovçu.
Birdən nərilti səsi gəldi. Diksinən ovçu tez ayağa durub, tüfəngini hazır vəziyyətə gətirdi. Ətrafa nəzər salıb, dərindən ah çəkdi.
Hər şey birdən-birə baş verdi. Anidən kolluqdan çıxan ayı ona hücum etdi. Gözlənilməz zərbə ovçunu karıxdırdı. Ayı onunla əlbəyaxa döyüşə çıxdı.
Tüfəngi əlindən yerə düşən ovçu var qüvvəsiylə ayıya qalib gəlməyə çalışırdı. Ayı onu yerə yıxıb, cırmaqlamağa başladı. Pəncəsinin zərbələri ovçunun üzünü görünməz hala salmışdı. Dərisi cırıq-cırıq olmuş, əllərindən qan süzülürdü. Ayı onu parçalamaq üçün paltarını dartışdırır, ayaqlarından tutub sürüyürdü. Taqəti kəsilən ovçu təslim olmaq istəmirdi. Heysiz bədənilə ayının ağzından birtəhər çıxır, yenidən ayının güclü zərbəsinə tuş gəlirdi. 15 dəqiqə olardıkı ayı ilə əlbəyaxa savaşırdılar. Həyat eşqinin güc gəldiyi ovçu asanlıqla təslim olmaq fikrində deyildi. Ayının çəkdiyi nərələr meşəni yerindən oynadırdı. Ovçunun partarları qanın içindəydi. Ayı onu öldürməmiş əl çəkməyəcəkdi. Ovçu da asanlıqla can təslim edən adam deyildi. Ayının caynaqları boğazına keçmişdi. Son nəfəsi olduğunu düşünən ovçunun ümidi onu tərk etmişdi. Artıq heç nə edə bilməyəcəyini düşündüyü anda Tanrı möcüzəsini göndərdi. Ovçunun qollarına pəhləvan gücü gəldi. Ayının üstündən itələyib, onun üstünə çıxdı. Xirtdəyindən yapışıb var gücüylə bogmaga başladı . Bayaqdan nərildəyən ayının xırıltısı gəlməyə başladı. Ovçunun gücü ona qalib gəlirdi. Ayının öldüyündən tam əmin olan ovçu, qarın üstünə yıxılıb qaldı. Süd kimi ağ qar, qırmızı qana boyandı.
Bu dəmdə şıqqıltı gəldi. İki bala ceyran ürkək-ürkək ona baxırdı. Ovçu əvvəl heç nə anlamadı. Birdən yuxusu yadına düşdü. Ondan imdad diləyən ceyran..
İndi o ceyranlardan imdad diləyirdi. Danışmağa halı yox idi. Ceyranlar hürküb qaçmağa başladılar. Güllə səsləri eşidildi. Səs yaxınlaşırdı. Ceyranlar qaçıb getdilər. Qarın üstündə gəzən ayaq səsləri gəldi. Yaxınlaşan iki ovçu onu görüb kömək etdilər. Birtəhər ayağa durğuzub, üz-gözünün qanını sildilər.
Məmməd kişi başına gələnləri danışdı.
Ayı ilə mübarizəsindən, sağ qalma ümidi olmadığından, birdən-birə qollarına gələn gücün səbəbinə indi ayaq üstündə olmağından ağızdolusu danışdı.
Ovçulara öz təşəkkürünü bildirdi.
Sən demə ovçular ceyranların dalıyca gəlirlərmiş. Ceyranların yerini təzəcə tapıblarmış . Hər şey alt-üst oldu. Onlar ceyrana çata çatda Məmməd kişinin iniltisinə qulaq verib, tüfəngi aşağı salıblar. Həmən anda ceyranlar qaçıb canlarını qurtara biliblər.
Məmməd kişi yuxusunın məğzini indi anladı. Demək onun ayı ilə mübarizəsi, iki ceyranı ovçu gülləsindən xilas edibmiş. Özünün günahını bu gün ayının hücumu ilə yumuş olub. Ayı ona hücum etməsə idi, ovçular onu görüb, ceyranları rahat buraxmayacaqdı.
Məmməd kişi vicdan əzabından qurtulmuşdu.

YER ÜZÜNÜN CƏNNƏTİ
Fərəh taleyi kimi qaranlığa qərq olmuş həyətə girdi. Gözlərinin yaşını silib, əlləri əsə-əsə qapını açdı. İçəri keçib bir-bir otaqların işıqlarını yandırdı. İllərin köhnəliyini, daşın-divarın nəmişliyini özündə saxlayan bu evdə böyümüşdü Fərəh. Yarıac-yarıtox, əziyyətli, amma xoşbəxt bir həyat bəxş etmişdi ona yaradan..Bəs sonra? O xoşbəxtlik birdən birə niyə uçarı quşa çevrilib uçub getdi, görəsən? Nə qədər haraylasa da geri dönmədi?
Fərəhgil ailədə beş nəfər idilər. Ata-anası, bir bacısı, bir qardaşı vardı Fərəhin.
Var idi, amma indi ?? Xatirəsi acı verdiyi qədər şirin olan bir tale.
Bir gün məktəbdən sevinərək geri dönən Fərəh həyətə girəndə gördüklərindən dəhşətə gəlmişdi .
Kəndlərində məktəb olmadığından başqa kəndə təhsil dalıyca hər gün kilometrlərlə yol qət edən bu qızcığazın o zaman yeddi yaşı vardı. Bacı qardaşları balaca olan Fərəh hər gün dərsdən gəlib onları öpüb qoxlayırdı.
Mehriban, sakit, kasıb ailədən idi Fərəh. Ailədə olan o sevgi, o mehribançılıq ailənin xoşbəxliyi idi.
Təzə-təzə xəbər yayılmışdı ki, mənfur qonşular müharibəyə başlayıblar. Hər kəs ehtiyyatlı olmağa çalışırdı.
Səhər-səhər anası onun məktəbə getməyini istəməsə də, Fərəh bu gün getməsi üçün icazə istəmişdi.
– Qızım, bu gün dərsə getmə. Vəziyyət heç ürəkaçan deyil.
– Olar ana, bu gün gedim? Sabah getməyəcəm söz verirəm.
Anası balaca qızcığazın elmə olan sevgisi qarşısında ərimişdi. Qızının gələcəyinin parlaq olacağını hiss edirdi. Ona görədə heç nə deyə bilmədi. Qaçıb anasını öpən Fərəh çantasını götürüb dərsə yollanmışdı. Bu onun ailəsi ilə son görüşü idi.
Evə döndükdə ailə üzvlərinin yerdə qan içində görmək qədər dəhşətli heç nə ola bilməz. Fərəh körpəcə halıyla nələr yaşamışdı o anda, bir Allah bilir. O da onlarla “ölmüş”dü. Gah atasının, gah anasının, gah körpələrin yanına qaçan zavallı öz balaca ağlıyla onlara kömək edirdi. Heç birinin qımıldanmadığını görən Fərəh qorxmağa başlamışdı artıq. Qaçıb qonşuları Talıb babanı çagırdı. Cavab olmadığından Nüsrət əmini, Lalə xalanı harayladı. Yox heç kim yox idi. Yaxınlıqda güllə səsləri eşidilirdi. Qorxuya düşüb evə qaçdı. Həyətdə səslər gəlməyə başladı. Balaca pəncərədən çölə baxdı . Əli silahlı əmilər idi. Öz aralarında nəsə danışırdılar. Budur biri evə doğru gəlir. Fərəh qaçıb sınıq çarpayının altında gizləndi. Evdə salamat heç nə yox idi. Əvvəlcədən evi ələk – vələk etdikləri bəlli idi. Evə girən yaraqlı türkcə o birinə :
– Burda hamıını öldürmüşük , o biri həyətlərə baxaq dedi.
Çıxıb getdilər. Fərəhin ömrünü çalıb getdilər. Xəyallarını, ümidlərini, taleyini məhv edib getdilər.
Geri qayıdan Fərəh göz yaşlarıyla ürəyini islada-islada sınıx-salxaq bir bel tapıb gətirdi. Uşaqların sevərək oynadığı yerdə onlara balaca çala qazdı. Qucagına götürüb doyunca öpüb qoxladı . Ətirlərini qəlbinə, beyninə hopdurub balaca əlləri ilə onları bu çalaya qoydu.
Yaşından tez böyümüşdü Fərəh. Hər şeylə maraqlanır, uşaq ağlıyla mükəmməl qərarlar verirdi. Çox səbrli, fərqli bir uşaq idi Fərəh . Bəlkə də, Tanrı onu əvvəlcədən verəcəyi bu “ mükafat”a hazırlayırdı.
Burada qalmağın təhlükəli olduğunu da yaxşı bilirdi. Onların üstünü torpaqlayıb yerdə əyləşdi. Sanki yuxuda idi. Dayanmadan hıçqıraraq ağladı. Üzü gecəyə gedirdi. Cansız bədənlər yanında qalmaq onu qorxutmağa başlamışdı. Ona görə tez-tələsik onları basdırmalı idi. Birinci atasına yaxınlaşdı. Alnından öpdü. Sonra anasına yaxınlaşıb gözündən öpdü.
Buza dönmüş cəsədlər onu üşütməyə başladı. Onlara qəbir qaza bilməyəcəyini bilirdi. Nə edəcəyini də bilmirdi. Çox çarəsiz qalmışdı. Onları burda qoyub getməliydi. Son dəfə ata – anasının qana bulaşmış soyuq bədənlərini qucaqladı. Onlara kömək edə bilmədiyi üçün üzr istədi. Arxaya baxmadan kənd boyu qaçdı. Yorulub əlindəki bayaq çarpayının altına girəndə götürdüyü bacısının balaca kuklasını bağrına basaraq ağacların arasında oturdu. Qaranlıq düşmüşdü. Kəndi heyvanların səsi götürmüşdü. Onların səsi ilə bərabər ikiayaqlı heyvanların ( ermənilərin) səsi də gəlirdi.
Tale üzünə gülmüşdü bu balaca mübariz qızın. Əsgərlərimiz onu tapıb xilas etmişdilər.
İllərlə vətən eşqi ilə, ata – ana yanğısı ilə yaşamışdı Fərəh.
Fərəhi tanıyanlar bu savadlı, talehsiz qızcığazdan köməklərini əsirgəmirdilər. İllərlə üzərində qaçqın damğasıyla yaşayan Fərəhin bir arzusu vardı. Evlərinə dönmək .
Artıq ali təhsilini də almışdı. Jurnalist idi acı tale yaşayan o balaca qızcığaz artıq.
Və günlərdən o gün gəldi. 44 günlük, ordumuzun zəfər çaldığı müharibədən sonra həsrətlə evlərinə gedəcəyi günü gözləyən Fərəhin həsrətinə bu gün son qoyulmuşdu.
Otaqlar 7 yaşında qoyub getdiyi kimi idi. Hər yer dağınıq, sınıq – sökük. Yerə tullanmış əşyalardan bir-ikisini qaldırdı. Hamısı nəmişlikdən tələf olmuşdu. İllərin izi vardı üzərlərində. 23 il.. Acılı, ağılı, nakam illərin.
Fərəhin yolunu gözləmişdi bu həyətdə, bu kiçik sevgi dolu koma da. Evlərdə o sevginin istiliyi hələ də dururdu. Fərəh hər şeyə bir-bir yaxınlaşıb qoxusunu içinə çəkir, əllərilə sığallayırdı. Budur anasının kasıb, amma ətir qoxulu yeməklər bişirdiyi mətbəx.. Yerə dağılmış kiflənib yumağa dönən ərzaqlar.
Fərəh həyətə düşməkdən qorxurdu. Ata – anasının cəsədinin necə oldugu bəlli deyildi. Amma o körpələr?..
Əlinə saralmış, amma 23 illik həsrəti özündə saxlayan ailə şəkilləri keçdi. Şəkilə baxıb özünü saxlaya bilmədi. Hönkür-hönkür ağladı.
– Ay ana, keşkə mən də sizlə öləydim. Ruhum öldü sizlə. Bax burda basdırdım onu, siz yatan torpaqda.
-Qaçqın olmaq bilirsənmi nədi, ay ata? Öz vətənində qaçqın olmaq qədər ağrılı heç nə yoxdu.
– Qaçqın adını bizə kim qoydu, ay ana?
– Öz vətənimizdə niyə yad olduq, ay ata?
– Vaqonlarda yaşadıq, çətinliklə yaşadıq, yardımlarla yaşadıq.
Burunumuzda vətən qoxusu, qəlbimizdə vətən sevgisi, ata-ana, bacı – qarda nisgili ilə yaşaqdıq. Öz Vətənimzdə vətənimizi axatardıq. Doğulduğumuz torpağımızın həsrətini illərlə çəkdik.
– Bilirininizmi, o qədər taleyimə qarşı çıxdım ki, niyə mən də sizlə ölmədim deyə?
Şəkillərlə danışa-danışa həyətə düşdü. Zərif, zəif əlli, şir ürəkli, 7 yaşlı Fərəhin qazdığı çalaları axtardı.. Viranə qalmış həyətdə həmən yeri tapdı. Diz çöküb torpağı qoxladı, öpdü. Əllərilə yavaş-yavaş torpağı qazmağa başaldı. Bir möcüzə gözlədi. Bir möcüzə.. Axtardı, axtardı uşaqların sümüklərini tapdı. Ürəyi əsə-əsə gətirdiyi torbaya yığıb maşına qoydu. Kənd məzarlığında basdıracaqdı .
Geri dönüb yenidən həyətə uzun-uzadı baxdı. Baxdı.
– Sağ ol, mənim uşaqlığım, sağ ol mənim varlığım, sən sadiq oldun. Bacı- qardaşımı qorudun … Yer üzününün cənnəti sən idin.. Atamın, anamın, bacı- qardaşımın hüzur tapdığı, mehribançılığı, sevgisi ilə isitdiyi gözəl qoxulu Vətənimiz, Cənnət qoxulu torpağım…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac və Tuncay Şəhrili maraqlı söhbət

ZAUR USTACTUNCAY ŞƏHRİLİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

DİPLOMU DO\RULAMA LİNGİ >>>LAUREATLAR

Salam olsun, çox dəyərli oxucular! Gəray Göyyurd “Dövlətinm var, ordum var” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Təbrik edirik!!! Təqdimat 17 May saat 14:00-da AYB-nin Natavan klubunda baş tutacaq. Məlumatı oxuyan hər kəs tədbirə dəvətlidir. Şair bir neçə kitabını oxuculara təqdim edəcək. Giriş sərbəst.

YAZARLAR

GƏRAY GÖYYURDUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yasamal rayonunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Yasamal rayon Heydər Əliyev Mərkəzi və Cəfər Cabbarlı ev Muzeyi birlikdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99- cü ildönümünə həsr olunmuş “Böyük şəxsiyyət “adlı tədbir keçirildi.

Mərkəzin Muzey böllməsi ilə tanışlıq, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu

Giriş sözün Yasamal rayon Heydər Əliyev Mərkəzinnin direktoru Naminə Ömərova açdı.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsnin 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın Dövlət himni səsləndirildi.

Çıxış üçün qonaqlara söz verildi.

Qəmər Bagırova Cəfər Cabbarlının ev Muzeyinin direktoru,
Rasimə Əhmədova M. S Ordubadi baş fond mühafizəsi,
Lamiyə Balıyeva M. S Ordubadi ev Muzeyinin bələdçisi,
Təranə Alməmmədova Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyinin rəhbəri,
Nəzakət Kərimova Yazarlar jurnalının əməkdaşı,
Zərəngiz Qayalı Şairə publisist jurnalist,
Rəsmiyyə Heybətaga qızı,
Ruqiyyə Quluyeva 2 nömrəli Tibb Kollecinin YAP sədri Aktual Tədris mərkəznin Direktoru,
Nərman Nərimanovun ev muzeyinin əməkdaşları iştirak etdi.

Ulu öndər Heydər Əliyevin Cəfər Cabbarlı abidəsi ilə bağlı xatirələrindən ibarət video -rolik izləndi.

Cəfər Cabbarlının vətənpərvərlik mövzusunda olan şeirlərinə bəstələnmiş Bülbülün ifasında Ölkəm romansı , T. Agayevanın ifasında Azərbaycan bayrağına həsr olunmuş Sevdiyim mahnılar kliplərininin nümayiş oldu.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar, DAMM və SİMİB-in Fəxri üzvü ,”Xarıbülbül” əbəbi məclisinin rəhbəri. 

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə qayğısı

Heydər Əliyev – 99


Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə qayğısı
XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi. O həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görmüşdür. İllər keçsə də Azərbaycan xalqı onun bu böyük xidmətlərini heç zaman unutmayacaq.
Ümmumilli Lideri Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də.
Sovet hökumətinin süqutundan, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə din sahəsində yeni bir mərhələ başladı. Sovet dönəmində ayrı-ayrı dinlərin ölkəmizdə sərbəst yayılması, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı. Uzun illər bağlı qalan ibadət ocaqları fəaliyyətini bərpa etdi, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu. Bir sözlə dini icmaların sərbəst fəaliyyəti üçün dövlət hər cür şərait yaratdı.
Bu dövrdə dini etiqad azadlığı üçün yaradılan sərbəst şəraitdən, uzun illər tətbiq edilən qadağalar səbəbindən əhalinin dini biliklərinin zəif olmasından istifadə edən radikal dini təriqətlər öz təlimlərini yaymaq üçün fəal təbliğata keçdilər. Tərəfdarlar toplamaq və təsir dairələrini genişləndirmək məqsədilə müxtəlif üsullardan istifadə etdilər. Nəticədə ölkədə dini durumda ciddi dəyişikliklər müşahidə olunmağa başaladı.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı dövrdə ölkəmizdə bir çox sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də ciddi gərginlik müşahidə olunurdu. O siyasi hakimiyyətə gəldikdən sonra din sahəsində gərginliyin azaldılması, dini durumun sabitliyinin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. O bütün bu işləri böyük zərgər dəqiqliyi ilə gördü.
Məhz Ulu Öndər Heydər Əlyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. Bu müdrik və uzaqgörən yanaşma özünü 1996 və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa həmin dövrdə edilən mühüm dəyişikliklərdə də açıq göstərdi. Beləliklə, Azərbaycanda dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə, dini icmalara qayğısı daha da artdı.
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündlərdən davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verərək dövlətin milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verəcəyini bildirdi: «Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri – hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar».
Ümumilli Lider Heydər Əliyev öz çıxışlarında İslamın mütərəqqi din olduğunu, bütün dinlərə hörmətlə yanaşdığını, digər dinlərə düşmən münasibəti bəsləmədiyini, başqa dinlərə etiqad edənlərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları olduğunu xüsusi vurğuladı: «İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu bizim yolumuzdur».
Ulu Öndər həmçinin, Azərbaycanda dini dözümlülüyün hər zaman yüksək səviyyədə olmasını, dini zəmində münaqişələrin baş verməməsini yüksək qiymətləndirərək, Azərbaycan xalqını bu ənənəni qorumağa çağırdı: «Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı – 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən, dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq».
Eyni zamanda, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin sağlam mənəvi ruhda tərbiyəsinə qayğı göstərilməsinin zəruriliyini vurğuladı: «Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik…. Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik».
Ümumilli Lider Heydər Əliyev həmçinin, gənclərin dini dözümlülük ruhunda tərbiyəsinin vacibliyini vurğulayaraq, İslam pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinin yolverilməz olduğunu bəyan etdi: «Bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar».
Ulu Öndər Heydər Əliyev məhz bu prinsiplərdən çıxış edərək ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına da xüsusi önəm verdi. Onun həmin dövrdə din sahəsində verdiyi ilk önəmli qərarlardan biri Bibiheybət məscidinin təmir və bərpası ilə bağlı oldu. Məlum olduğu kimi, Azərbaycan xalqının yaddaşlarında xüsusi iz buraxan bu ibadət ocağı sovet hakimiyyəti illərində güclü repressiyaya məruz qalaraq dağıdılmışdı. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə sözügedən ibadət ocağı qısa müddətdə yüksək səviyyədə təmir və bərpa olunaraq dindarların istifadəsinə verildi. Məscidin açılışında Heydər Əliyev özü iştirak edərək geniş və ətraflı nitq söylədi.
Dini dəyərlərə yüksək hörmət nümayiş etdirən Ümumilli Lider Heydər Əliyev mütəmadi olaraq dini bayramlarda və əlamətdar günlərdə ibadət ocaqlarını ziyarət edər, din xadimləri ilə görüşər, çıxışlar edər, dini bayramlar və mərasimlər münasibətilə dini icmalara təbriklər ünvanlayardı.
Heydər Əlyevin Azərbaycana rəhbərliyi dövründə atdığı ilk ən mühüm addımlardan biri də İslam dünyasının müqəddəs məkanlarının ziyarəti oldu. Onun Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam dəyərlərinə bağlılığının və sadiqliyinin bariz göstəricisi idi. Ziyarət zamanı İslam dəyərləri haqqında söylədiyi yüksək fikirlər bunu bir daha təsdiq etdi.
Ümummilli Lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanın müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafına və İslam dünyasına sürətli inteqrasıyasına da ciddi təsir göstərdi. Azərbaycan qısa vaxtda İslam Əməkdaşlıq Təşkilatının fəal və aparıcı üzvlərindən birinə çevrildi. Azərbaycanın bu ölkələr arasında nüfuzu daha da artdı.
Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri, Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşməsi müsəlman dünyasında Azərbaycana diqqət və marağı artırdı. Məh bu uzaqgörən siyasət nəticəsində bu qurum dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyən bəyanatlar verdi, müsəlman ölkələrini ermənistanla əlaqə qurmamağa çağırdı. İslam Əməkdaşlıq Təşkilatı ermənistanı təcavüzkar dövlət Xocalı faciəsini soyqırım kimi tanıdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan müsəlmanlarının dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də xüsusi önəm və dəstək verdi. Onun diqqət və qayğısı ilə bu qurumun fəaliyyəti daha da genişləndi, nüfuzu artdı və Qafqazda ən böyük dini mərkəzə çevrildi. Bu İdarənin siyasi rolunu və əhəmiyyətini dərk edən Ulu Öndər davamlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşər və dini məsələlərlə bağlı onunla davamlı məsləhətləşmələr aparardı.
Heydər Əliyev İslamın Qafqazda yayılmasının tarixinin öyrənilməsinə, bu sahədə tədqiqatların aparılmasına da xüsusi önəm verirdi. Onun diqqət və qayğısı ilə Bakıda dünyanın tanınmış müsəlman alimlərinin iştirakı ilə bir neçə mühüm beynəlxalq konfrans keçirildi və həmin tədbirlər İslam dünyasında böyük əks-səda doğurdu, Azərbaycana olan diqqəti daha da artırdı.
Belə mühüm tədbirlərdən biri 1998-ci ildə İslam dünyasının tanınmış alim və ictimai xadimlərinin iştirakı ilə “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirildi. Bakıda belə bir tədbirin keçirilməsi müsəlman dünyasında böyük əks-sədaya səbəb oldu, diqqəti Azərbaycana çəkdi.
Bu mötəbər tədbirdə Ümummilli Lider Heydər Əliyev islamın Qafqazda yayılmasının tədqiqi ilə bağlı mühüm tezislər irəli sürdü, bir sıra mühüm təşəbbüslər səsləndirdi “…Mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır… Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Məhz hər halda Azərbaycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır”.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında digər bir mühüm xidməti müsəlman ölkələri ilə əlaqələrin inkişafı ilə bağlıdır. O hakimiyyət gəldiyi ilk günlərdən müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verdi, bu istiqamətdə ciddi addımlar atdı. Azərbaycan qısa müddətdə İslam Əməkdaşlıq təşkilatında təmsil olundu, bu qurumun aktiv üzvlərindən birinə çevrildi.
Hələ Sovet dönəmindən Heydər Əliyev siyasi qabiliyyət və bacarığına görə müsəlman ölkələri tərəfindən İslam dünyasının böyük şəxsiyyətlərindən biri kimi qəbul edilir və hörmət olunurdu. O Moskvada çalışdığı illərdə hələ bir çox müsəlman ölkələrinin rəhbərləri ilə yüksək əlaqələr qura bilmişdi.
Məlum olduğu kimi, dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Bu reallığı nəzərə alan Ümummilli Lider Heydər Əliyev bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısının alınması istiqamətində mühüm qərarlar qəbul edir, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Onun diqqət və qayğısı təkcə müsəlmanları deyil, Azərbaycanda yaşayan digər bütün dinlərin mənsublarını əhatə etdi, ölkəmizdə məscidlərlə bərabər sinaqoq və kilsələrin də bərpa və inşasına önəm verildi.
Ulu Öndər Heydər Əliyev davamlı olaraq Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri ilə davamlı görüşər, qayğıları ilə maraqlanar, onlarla fikir mübadiləsi, məsləhətləşmələr aparar, əlamətdar günlər və bayramlar münasibətilə təbrik edərdi.
Belə mühüm görüşlərdən biri O 1999-cu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə keçirildi. Bu görüşdə Ümummilli Lider Heydər Əliyev ölkəmiz üçün xüsusi önəm daşıyan bir sıra vacib məqamlara toxundu: “Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının – həm Azərbaycanlıların, həm rusların, həm ukrayınların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca dinimiz olan İslam dinini, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir”.
Ulu Öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verildi. 2001-ci ilin may ayında bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfərə gəldi. Ölkəmizdəki toleranlıq mühitinə heyranlığını ifadə etdi: “Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrində belə yoxdur”.
Kilsənin açılış mərasimində Ümummilli Lider Heydər Əliyev və dövlət rəsmiləri də iştirak edərək bu ibadət ocağının təmir olunaraq dindarların istifadəsinə verilməsini yüksək qiymətləndirdi.
1999-2001-ci ildə Bakıda digər pravoslav məbəd – Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olundu. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin bölgə yepiskopluğu yaradıldı, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edildi. Bu Azərbaycanın dini fəaliyyət sahəsində növbəti böyük uğuru idi.
2003-cü ilin aprel ayında Ümummilli Liderimiz Heydər Əliyevin dəvəti ilə Rum patriarxı II Varfolomey dini durumla tanış olmaq, dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycana rəsmi səfərə gəldi, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər keçirdi və ölkədə fəaliyyət göstərən ənənəvi və qeyri-ənənəvi konfessiyalar arasındakı mövcud münasibətləri yüksək qiymətləndirdi.
Məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə 1999-cu ildə Azərbaycanda katolik icmasının fəaliyyəti ilə bağlı mühüm qərar qəbul edildi. Roma Katolik Kilsəsi dövlət qeydiyyatına alındı. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma Katolık Kilsəsi inşa olundu.
Eyni zamanda Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Heyder Əliyevin dəvəti ilə 2002-ci ilin may ayında Bakıya səfərə gəldi, ölkədəki dini durumla tanış oldu, ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşlər keçirdi. Ölkədəki dini durumu və tolerantlıq mühitini yüksək qiymətləndirərək katolik icmasına yaradılan şəraitdən məmnunluğunu ifadə etdi. Sonrakı illərdə qarşılıqlı əlaqələr daha da inkişaf etdi.
Həmin dövrdə Azərbaycanda dini sahəsində qəbul edilən mühüm qərarlardan biri də 2003-cü ildə Azərbaycan hökumətinin böyük uzaqgörənliyi, diqqət və qayğısı ilə Alban-udi dini icmasının dövlət qeydiyyatına alınması oldu. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban kilsəsi və katolikosluğu ləğv edilmiş, Alban məbədləri erməni apostol kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yeritdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etdi. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olundu. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verildi. Sonrakı illərdə həmçinin, Qəbələnin Nic kəndindəki Alban kilsələri bərpa olunaraq Alban-udi icmasının sərəncamına verildi.
Azərbaycanda yaşayan yəhudi icmaları da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. 2001-ci ildə Azərbaycan hökumətinin nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə yəhudilərin yığcam yaşadığı Qubanın Qırmızı qəsəbə adlanan ərazisində bərpa olunan sinaqoqun açılış mərasimi keçirildi.
2003-cü ilin mart ayında Bakıda Avropada ən böyük yəhudi sinaqoqu istifadəyə verildi. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etdilər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etdi. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan tarixi hadisələrdəndir.
2003-cü ilin sentyabr ayında Bakıda «Or-Avner» Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başladı. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etdilər.
Bütün bu uğurlara Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunmuşdur.
Heydər Əliyevin Azərbaycanda dini fəaliyyət sahəsində ən böyük xidmətlərindən, uzaqgörən və müdrik addımlarından biri də Sovet məkanında ilk dəfə Azərbaycanda 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.
Dövlət Komitəsi fəaliyyətə başladığı dövrdə Azərbaycanda dini durumda müəyyən narahatlıq müşahidə olunurdu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədlərini həyata keçirmək üçün istifadə etməyə cəhd edən radikal dini quruplar dini durumu gərginləşdirməyə çalışırdılar. Onlar bütün imkanlarını səfərbər edərək əhalinin dini tərkibini dəyişməyə, bir sıra hallarda qeyri-ənənəvi radikal dini təlimləri təbliğ etməyə, dini durumu gərginləşdirməyə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət dini fəaliyyət sahəsində cərəyan edən hadisələri ciddi təhlil etməli, dini durumu nəzarətdə saxlamalı, nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı və dözümlülük ənənələrini qorumalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsində çətinliklər yaradırdı. Vəziyyətin ciddi təhlili göstərirdi ki, əgər zəruri tədbirlər həyata keçirilməsə növbəti illərdə ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra xoşagəlməz hallar yaşana bilər. Bunun baş verməməsi üçün indidən qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkəmizdə dövlət-din münasibətlərində yeni bir mühüm mərhələ başladı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.
Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, dini icmaların ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət və qayğı daha da artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni zamanda, radikal dini qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.
Ulu Öndərin başlatdığı bu böyük və nəcib missiyanı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva çox böyük uzaqgörənliklə və uğurla davam etdirir, ölkəmizdə dini icmalara böyük diqqət və qayğı göstərilir, yeni məscid, kilsə və sinaqoqlar inşa olunur, dini təhsil müəssisələri yaradılır. Ulu Öndər tərəfindən əsası qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə, mədəniyyətlərarası dialoq mövzusunuda mötəbər tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu öz fəaliyyətində xeyirxahlıq qayəsini rəhbər tutaraq, dini ibadət ocaqlarının təmir, bərpa və inşasına xüsusi əhəmiyyət verir. Fondun xətti ilə son illər həm ölkə daxilində, həm də ölkə xaricində bir çox məscid, kilsə, sinaqoq təmir və bərpa olunmuşdur.
Fond tərəfindən Qəbələnin Nic kəndində Alban kilsəsinin bu il təmir olunması həmin siyasətin uğurla davam etdirilməsinin növbəti göstəricisidir. İkinci Dağlıq Qarabağ Müharibəsi zamanı bəzi dairələrin Qarabağdakı xristian kilsələrinin taleyindən “narahatlıq” ifadə etməsinə bu ən tutarlı cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, narahatlığa əsas yoxdur. Azərbaycanda bütün dinlərin dəyərlərinə, abidələrinə yüksək diqqət və qayğı göstərilir və hər zaman göstəriləcəkdir.
Bu gün Azərbaycan bir müsəlman ölkəsi olaraq islam dəyərlərinə və mədəniyyətinə sadiqliyini və bağlılığını qorumaqla yanaşı, həm də Qərbin müasir nailiyyətlərindən bəhrələnir. Bu gün Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi bu sahədə də nümunəvi müsəlman ölkəsi sayılır. Bu gün qarşıda duran əsas hədəf və məqsədlərdən biri də bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ savaşında ölkəmizin möhtəşəm qələbəsində Azərbaycanın müstəqillik illərinin ilk günlərindən dini fəaliyyət sahəsində həyata keçirməyə başladığı yuxarıda haqqında geniş bəhs edilən uzaqgörən və məqsədyönlü siyasət çox ciddi rol oynadı.
Bu savaşda Azərbaycanın böyük qələbəsi qarşımızda yeni imkanlar yaradır. Hər birimiz daha güclü Azərbaycan naminə ölkə başçısı ətrafında sıx birləşməli, dövlətimizin daha da inkişafı və güclü olması üçün səylə çalışmalıyıq.


Ceyhun Məmmədov


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ZİYADAR” MÜKAFATI LAUREATLARI ÜÇÜN HƏDİYYƏ AZANMAQ ŞANSI OLACAQ

LAUREATLAR

Salam olsun, Dostlar! Məlumat verildiyi kimi 22 May 2022-ci il tarixində axşam saat 20:00-da Zaur Ustac səhifəsində ənənəvi “Ziyadar” Mükafatı laureatları üçün uduş keçiriləcək. 1 (bir) nəfər qalıb 28 May 2022 -cil tarixində baş tutacaq Almaxanımın konsertinə 2 (iki) bilet qazanacaq. Uğurlarınız bol olsun. Qalibi bəribaşdan təbrik edirik!!!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – ANAMA

ANAMA

Sənin zəhmətinlə böyümüşəm mən,
Vaxt gəlib çətini də ötürmüşəm mən.
Bir bilsən nə qədər sevinmişəm mən,
Yaxşı ki, sən mənim varımsan, anam.

Gün olub, saçıma sığal çəkmisən,
Tutmusan əlimdən şaxə getmisən.
Gün olub, səni mən çox incitmişəm,
İncinən qəlbinə mən qurban, anam.

Gəzsəm də dünyanı, tapmaram tayın
Sənin bənzərin yox, anadır adın.
Yüz il də, min il də keçsə də inan,
Sən mənim ruhumsan, ən ülvi payım.

Bilirəm, saçına dən də düşəcək,
Üzündə qırışlar vaxtsız bitəcək.
Bilirəm, ayrılıq dəlib keçəcək,
Özünü bizlərsiz qoyma sən, anam.

Hələ nə yaşım var, körpəyəm axı,
Laylana ehtiyac duyuram axı.
Mən səni əvəzsiz sevirəm axı,
Tanrıdan diləyim çox yaşa, anam…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru