Etiket arxivi: MƏKTUB

Pərvanə Salmanqızı. Təşəkkür və ehtiram.

Pərvanə Abdullayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğı əvəzolunmazdır. Gənclərin sağlam ruhda böyüməsində, inkişafında atdığınız əzmkar addımlarınız daim diqqətimizdədir. Bu gün mən bir əsgər anası kimi, Sizin siyasətinizi dəstəkləyir, gördüyünüz işlərinizdə uğurlar diləyirəm. Mənim Sizə təşəkkür məktubu yazmaqda məqsədim övladım – əsgər İbadov Məhəmməd Mahir oğlunun xidmət etdiyi Gəncə şəhər N saylı Hərbi Hissədə yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirməkdir. Sizin bütün sahələrə olduğu kimi hərb sahəsinə də göstərdiyiniz xüsusi diqqət, əsgər və zabitlərin nizam-intizamla xidmətlərini uğurla tamamlaması, hərbçilərdə, hərbi xidmət keçən əsgərlərdə yaratdığınız ruh yüksəkliyi bütün əsgər anaları kimi, məni də sevindirir. Ali Baş Komandan kimi Sizin cəbhə bölgəsinə səfərləriniz, əsgərlərlə səmimi görüşləriniz Azərbaycan Ordusuna verdiyiniz böyük dəyərin əyani sübutu idi. Yeni-yeni hərbi hissələrin tikilib istifadəyə verilməsi hərbçilərdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, Vətənə və xalqa olan dərin məhəbbətinizin təzahürüdür.

Övladımın xidmət etdiyi hərbi hissədə onunla görüşüm zamanı əsgərlərdə vətənpərvərlik ruhunun yüksək olduğunun və Ali Baş Komandana mütləq sədaqətin şahidi oldum. Hərbi hissədə yaradılan yüksək şərait mənə xoş təsir bağışladı. Bir Azərbaycan qadını və əsgər anası kimi gördüyüm şərait məni çox sevindirdi. Hərbi hissədən ayrılarkən özümə söz verdim ki, xoş təəssüratlarımı Sizinlə bölüşüm və yaradılan şəraitə görə minnətdarlığımı bildirim. Azərbaycan xalqı Sizə daim güvənib, etibar edib, arxalanıb və yanınızda olub. Bir ana olaraq fəxr edirəm ki, övladım Milli Ordumuzun əsgəridir. Mən də vətəndaş olaraq, əsgər anası olaraq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu, Sizin də uğurla davam etdirdiyiniz yeni Azərbaycan siyasətinin təbliğatçısı, bu müqəddəs amalın xidmətçisiyəm.

Möhtərəm cənab Prezident, Sizə təşəkkür edir, işlərinizdə, fəaliyyətinizdə uğurlar arzulayır, dərin inam və ehtiramımı bildirirəm.

Hörmətlə,

Abdullayeva Pərvanə Salman qızı, əsgər anası.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu

İlkin mənbə: president.az www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Müəllif: Pərvanə SALMANQIZI 

PƏRVANƏ SALMANQIZININ YAZILARI


“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

OSLODAN MƏKTUB VAR!

Altay Baqeri – Oslo.

Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbi nin nümunəvi şagirdi Altay Baqeridən Azərbaycana məktub var. Məktubu və fotonu olduğu kimi sizlərə təqdim edirik. Bayramınız mübarək, soydaşlar! Dünyanının harasında yaşayırıqsa, yaşayaq hamımızın bir Vətəni var! Azərbaycan!

Altay Baqerinin Azərbaycana məktubu.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru