Etiket arxivi: ŞUŞA

Sadıq Qarayev – ZAMAN və ƏRAF

ZAMAN və ƏRAF

( Bakı, Şuşa, Xankəndi, Ağdam, Bərdə yollarında)
Əraf (Cənnətlə cəhənnəm arasındakı səddin yüksəklikləri) əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” -deyəcək.
(Əraf.48.)

Bəzən meşələr seyrəlmədən, tədricən deyil, birbaşa çəmənlik əraziyə keçir. Elə bil xətkeş qoyub, meşənin bir hissəsini kəsib götürmüsən. Sanki gözə görünməz sədd, sərhədd var.
Sərhəd varsa, təbii ki onu qoruyan da var.
Mən bu barədə bioloq həmkarlarla çox söhbət etmişəm, amma ağlıma batan izah eşitməmişəm.
Məsələ burasındadır ki, bunun elmi izahı olmalıdır. Axı bu xətti, sərhəddi, səddi hansı amillər yaradır? Mahiyyəti nədir?
— Minin aftobuslara, yola düşürük. – aftobus sürücüsü bir- birləri ilə söhbət edən, siqaret çəkən sərnişinlərə müraciət edir.
Aftobuslar karvan kimi düzülüb Bakıdan Şuşaya doğru hərəkətə başlayır.
Yanımda Əhməd Qəşəmoğlu əyləşib. Onu əvvəldən də qiyabi tanıyırdım. İndi danışdıqca aydınlaşır, daha çox tanımağa başlayıram. ” Ahəng qanunu” nəzəriyyəsindən, həyat yolundan danışır. Diqqətlə qulaq asıram, suallar verirəm. Məttəl qalıram, bu müdrik adam necə olub ki, üç qurulşda- sovetlər, keçid dövrü və indiki zamanda yaşayıb, yaşayır, amma rüşvətin, haramın xəttini, sərhəddini keçməyib? Dürüst, işıqlı qala bilib, qaranlıqlaşmayıb.
— Bir dəfə tanıdığım, ehtiyacı olan tanışımı işə düzəltdim. 500 m pul şirinlik kimi vermək istədi, nə qədər etdi, götürmədim.
— Niyə götürmədiz?
— Axı mən indiyə kimi belə iş görməmişdim. Sonuna qulaq as, gəldim evə, yoldaşım başladı ki, evdə heç nə yoxdur, niyə bazarlıq etməmisən? Dinmədim. O yenə dedi, gəl soyuducuya bax, nə edim mən, heç nə yoxdur. Gəlib baxdım, soyuducunun boşluğu və uşaqların yemək istəyi arasındakı xətt, sərhəd, fərq adamın vicdanını sərinlədib, üşüdürdü, sonra dondururdu. Gəldim ev telefonuna tərəf, xeyli tərəddüdən sonra dəstəyi qaldırıb, mənə şirinlik vermək istəyən tanışımı yığımağa başladım.
Soyuducunun boşluğu və uşaqların yemək istəyi arasındakı sərhəd, xətt..
Bu pulsuzluqdan yaranmşdı. Bəs meşələr və çəmənlik arasındakı o xətt, sərhəd nədən yaranmışdır?
Axı o səddin beş- on metr sağında ağaclıq, solunda açıq sahə, çəmənlik vardı. Ağaclar niyə bu tərəfə keçə bilməmişdir?
Ekoloji amillər bu səddi yaradıb? Beş- on metrlik məsafədə torpaq, nəmlik, külək, istilik və s. Amillər necə kəskin fərqlidir ki, belə sərhədd yaranıb? Yox burada ekoloji amillər rol oynamır, amma həm də oynamalıdır, başqa necə ola bilərdi ki? Bu sərhədd nədən ibarətdir?
— Qulaq asırsan?
— Bəli, zəng edib pulu necə istəyə bildiz?
— Telefonun sonuncu rəqəmlərini yığa bilmədim. Gəlib oturdum düşünməyə başladım. Qapının zəngi çalındı, açdım, deputatımız idi, çox sevindim. Yəqin qonorar gətirmişdir. Ancaq tez də qanım qaraldı, o hərdən 8- 10 m qonorar gətirirdi. Bununla kasıbın gözündə əjdaha, varlının önündə siçovul mədəsinə bənzəyən bu soyuducu dolmazdı, yoldaşımdan və uşaqların ac qarnının səs- küyündən canım qurtarmazdı.
— Deputat? O niyə qonorar gətirirdi ki?
— O həm də bizim poçtolyon idi. Qabaqlar belə şeylər olurdu.
— Deputat poçtalyon, maraqlıdır, amma indiki bəzi deputatlara baxanda faydalı iş görürmüşlər- deyib, güldüm. Sonra soruşdum:
— Nə qədər pul gətirmişdir?
— Poemam çıxmışdı, 876 m. Pul verdi, sağollaşıb getdi. Və beləliklə mən rüşvət, şirinlik almaq youna düşmədim, əzabdan canım qurtardı, elə bil ALLAH saxladı bu işdən məni.
— Əlbəttə ALLAH istədiyini əyri yoldan saxlayar, onun böyüklüyüənə sonsuz şükürlər olsun- dedim.
Pəncərədən baxıram, ətraf aftobusun sürətindən asılı olaraq dəyişir. Sürət və zaman hər şeyi dəyişdirir. Yaxşı bəs Quranda “Əraf” surəsində Əraf- cənnətlə cəhənnəm arasındakı səddən söhbət açılır. Bəs sədd nə vaxta qədər qalacaq? Zaman onu dəyişməyəcək, aradan götürməyəcək? Orada zaman necədir?
Aftobusdakı yoldaşlar qələm dostları, alimlər, ziyalı insanlardır. Hərdən şeir deyirlər, öz şerlərinə yazılan mahnıları telefondan qoşub, səsləndirirlər.
Amma nədənsə mənə elə gəlir ki, burada da insanlar arasında bir sədd, sərhədd var . Hamı eyni ola bilməz axı. Eyni olsa belə, onlara eyni cür baxış olmaycaq. Əgər şeytan olmasaydı, insanlar mələkləri fərqləndirib, ” şeytan” yaradacaqdılar. İnsan beyni belədir, xətt, sərhədd çəkməyə, fərqləndirməyə meyillidir. Yaxşı bu insanları nədə fərqləndiriblər? Bilikləri, yaradıcılıqları, istedadları- hər şey eyni olsa da belə, mütləq bir şey tapıb, fərq yaratmalı, sərhədd çəkilməlidir. Yəni meşədən çəmənliyə keçən həmən xətt, sədd burada da olmalıdır. Mümkünsüzdü olmasın. Elə bu yoldaşları da digər qələmdaşlardan fərqləndirib, “sədd çəkib” Şuşaya aparmırdılar? Hər dəfə də bu fərqləndirməyə, səddə etirazlar olur. Səddin mahiyyətini soruşurlar. Hacı Loğman Qorqud da məndən küsür, ərk eləyir, ya məndən fağırını tapmır, ya da elə bilir mən sədd çəkənəm, adam seçib aparanam… Loğman filosof şairdir, ona yaxşı ad da qoymuşam- Göyçəli Loğman…
Elə burada, aftobusda da həmən sədd, sərhəd var idi.
Sərhədlər, sədlər sonsuzdur. Bu dünyadan başlayıb, o dünyay keçir. Bəlkə də fırlanıb, bir də bu dünyaya qayıdır.
Burada elə aftobuslara minəndə bu sədlər görsənmişdir: ” Qarabağ” otelinə minənlər bura minsinlər, ” Xarı bülbül”ə gedənlər o biri aftobuslara- demişdilər. Əslində həmən o səddi, sərhəddi göstərmişlər.
Füzulinin yanından keçirik. Gözəl bir şəhər salınıb çox qısa bir vaxtda. Hamı buna sevinir, dövlətimizlə fəxr edir, şəhidlərimizə rəhmət deyirlər.
— Bir dənə də maraqlı əhvalat danışım.- Əhməd müəllim deyir.
— Danışın.
— Ən yaxın qohumun oğluna elçi getmək üçün xahiş etdilər. Getdik, baxdım qızın atası mənim dostlarımdan biri imiş. Qız da ağıllı mələk kimi bir insan. Artıq hər şey həll olunurdu, qalırdı dostumun son qərarı. Çıxdıq eyvana. Dostuma dedim ki, qızı vermə. Çox məətəl qaldı. Amma mənə inanırdı, sonralar həmişə təşəkkür edirdi.
— Niyə qoymadız?
— Oğlan ən yaxınım olsa da belə, uyğub bilmədim. Mən ziyalıyam , düz bildiyimi deməliyəm.
Bax Əhməd müəllim də hansısa ailə qurulmasına mane olub, sədd çəkib. O səddin də mahiyyəti varmış. İşıqlığın içində də fərqli sahələr, aralıranda səddlər var. Elə ağ işığın içində qırmızdan bənövşəyiyə doğru rənglər arasında səddlər, sərhədlər var.
Birazdan Əhməd müəllimlə mənim də yoldaşlığımıza son qoyacaq sədd yarandı. Ona zəng gəldi ki, ” Qarabağ” otelində düşərsiz. Biz isə ” Xarı bülbülə getdik. Beləliklə Bakıdan başlayan bütövlük Şuşada meşə və çəmənlik kimi ” xətkeş”lə ayrıldı, həmən o sədd, sərhədd çəkildi.
” Qarabağ” otelinin qarşısında çoxu düşdü, ya azı düşdü bilmədim ki, amma bölündüyümüz dəqiq idi, aftobusdan görürdüm, xətt çəkilirdi…
Rəşad Məcidi də gördüm, otelin önündə var- gəl edirdi. Bəlkə xətt, sədd çəkənlərin biri də bu idi? Bilmədim, amma qayğılı və yorğun idi deyəsən… Bir neçə gün əvvəl də Şuşada idi, indi də buradadır, bir gün sonra- mən bu yazını yazanda da gələcəkdi.
-Reshad Mecid müəllim, Siz köçün Şuşaya, onsuz da çox tez- tez orada olursuz tədbirlərlə əlaqədar. Həm də Mətbuat Şurasını, AYB- ni köçürün. Qoy Sizə baxıb, Bakıda rahatlıqla işləyən qurumların də bəziləri köçsün Şuşaya, Ağdama, işğaldan azad olunmuş şəhərlərə. Həm Bakı seyrələr, həm də oralar da həyat canlanar. Sizə bu çətin və faydalı işlərinizdə sağlamlıq, yorulmazlıq və usanmazlıq arzu edirəm- yazdım ona.
Onunla zamanın müxtəlif vaxtlarında dostlaşırıq, gah da arada sədlər yaranır. Bu sədd haradan peyda olur bilmirəm, amma mənim yazılarımla onun ” 525- ci qəzeti” arasında çəkilir…
“Xarı Bülbül” otelinə gəldik, ayaqqabının içinə tüpürüb tərsinə yerə qoyanda durana qararı qarışan kimi, burada yerləşənə qədər biz də qarışdıq bir- birimizə. Etibar Muradxanlı ilə otaq yoldaşı olduq. Ona zəng gəldi ki, bir qurup adamla Xankəndində otelə gedə bilər. Tərəddüdə qaldı. Xankəndini də görmək istəyirdi. O özü qazi, oğlu qazi, qardaşı oğlu Əlqismət isə Şuşa uğurunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızdan idi.
İndi də otaq yoldaşımla, yazıçı dostumla aramızda sədd çəkiləcəkdi, o çıxıb gedəcəkdi.
Bir hərbi paltarll şəxs girdi otağa, məlum oldu ki, Yetim Qacar təxəllüslü yazar yoldaşımızdır. Onu da qiyabi tanısam da, burada yaxından tanıdım. Qürurlu, imanlı, sadə və çox vətənpərvər şəxs idi.
Birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Amma onunla digər qələm dostları arasındakı fərq, sədd onun Bakıdan hərbi formalı paltarla gəlməsi idi. Axıra qədər də çıxarmadı. Yetim bəlkə də 30 il ərzində hərbiçi kimi qalib gəlib, Şuşaya gəlmək istəmişdi. Ona görə hərbi paltarda “Vaqif poeziya günləri” tədbirinə gəlmişdir.
Yetimlə Etibar namaz qıldılar. Ondan sonra Etibar çox düşünəndən sonra Xankəndinə getmədi. Yoldaşlıq arasında sədd çəkmədi, məni tək qoymadı. Etibarlı etibar, imanlı bəndə, zəfərləri romanlarına köçürən yazıçı.
Tədbir qəşəng təşkil edilmişdir. Görülən iş varsa ideal olmaz, qüsurlar, xətlər, səddlər də olar. Amma ümumi işin miqyası ilə müqayisədə bu xətalar nəzərə alınmaya bilər. Və bunlar zaman baxımından unudulan, tez yox olan səddlərdir.
Tədbir vaxtı da qəribə sədlər, xətlər vardı. Xüsusilə şəkil çəkdirmək- dünyanın müasir bəlası olan mərasimlər zamanı bu xətlər aydın görsənirdi. İştirakçıları şəkil çəkdirməyə meyl edənlər, ortalıqda gəzənlər və özləri ilə şəkil çəkdirməyə yanaşanları gözləyın bir az yekələrə bölürdü bu xətlər.
Ortada gəzənləri tanıyırdım, onları çox yerdə, zamanda görmüşdüm, qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən, öz yolu olan adamlardı. Şəkil çəkdirmək istəyənlər insan, dostsevərlər, gözləyənlər isə təkəbbür kölgəsi özündən uzağa düşənlər idilər.
İsa Həbibbəyli çıxış edirdi. Vaqifin yaradıcılığını qısa, lokanik, elmi əsaslarla təhlil etdi. Bu onun işidir, məşğul olduğu elm sahəsidir, sözüm yox. Məni həmişə maraqlandıran İsa müəllimin sürətlə düşünə, ümumiləşdirə bilmək və dərhal da mühakimə yürüdə bilmək bacarığıdır. Bu təkcə humanitar elmlərə mümkün deyildi. Riyazi təfəkkür mütləq lazım idi. Sonralar öyrənmişdim ki, riyaziyyatı əla oxuyurmuş, hətta onun ədəbiyyat fakültəsinə daxil olduğunu bilən riyaziyyat müəllimi çox əsəbləşmiş, qabağındakı içində pivə olan 3 litrlik şüşə balonu yerə vurub, sındırmışdı. Bəlkə də bu şüşə qırıntıları İsa müəllimin riyazi təfəkkürü ilə ədəbi bilikləri arasında sədd yaranmağa mane olmuş, xəttləri kəsmişdir. Yekunda İsa müəllim həmən riyaziyyat müəlliminə borclu qalmışdır.
Biz Bakıya qayıdanda yenə birləşdik, bütövləşdik, səddlər yox oldu. Müxtəlif rənglər necə ki, birləşib, ağ işığı əmələ gətirir.
Bakıya qayıdanda Xankəndindən keçdik. Bəlkə də heç keçmədik, bu yuxu ilə gerçəklik arasında səddin üstündə gəzinti idi.
Xocalı, Ağdam yolu ilə gedirik. İlahi, bu yol qısa deyil axı, qışda, qarın içində ayqyalın, qucağında uşaq, ya kürəyinə şəllədiyi uşaqla insanlar bu boyda yolu, meşəni, necə keçib gediblər? İti dişli çaqqallar da ətraflarında, arxalarınca dümüş vəziyyətdə..
Ağdamda yol çəkilir. Qəsəbələr salınır. Ağdam özü uzaqdan görünür, aftobusun pəncərəsindən baxıram. Baxdıqca, gəlib Quzanlıya, işğal dövrü bizdə olan, kəndlərə çatanda əsl Əraf səddini görürəm.
İraq bizim üzümüzdən, torpağımızdan, vətənimizdən, bu quleybanılar, şeytanlar sanki işğal altında olan ərazilərimizi cəhənnəmə çevriblər. Onları heç cür bağışlamaq, əl çəkmək olmaz. Füzulinin Alxanlı kəndini keçəndə fikir verin, Ağdamın Quzanlısına çatanda baxın. Elə bil Əraf səddini keçirsən, hər yeri cəhənnəmə çevriblər. O boyda Ağdamda bir ev, ev nədi evin çardağı qalmayıb. Bir ağac, kol yoxdur. Səhradır, cəhənnəmdir elə bil. Əkin sahəsi, yaşıllıq heç nə yoxdur, sadəcə yovşanlı , tikanlı susuz çöllər.
Bərdəyə çatanda şəhəri insanları, binaları, yolları ağacları, kolları ilə birlikdə hazırkı Ağdamla müqayisə edirəm. Ağdam elə bil yoxa çıxıb… Füzuli, Kəlbəcər və digər rayonlarımız yoxa çıxıb. Dağıdılmayıb, əriməyib, tikələnməyib e, sadəcə yoxa çıxıb. Bir şəhər göz önünə gətirin, sonra da onu ani yox olduğunu, yerində səhra qaldığını təsəvvür edin. Şəhərlərimiz, kəndlərimiz sublimasiya edib- yod kimi ərimədən, buxarlanıb, yox olub. indi Görün 30 ildə necə dəhşətli zərbə, ziyan vurublar bizə? Ermənizm bəşəri bəladır. Təkcə biz azərbaycanlılara qarşı yox, dünya camaatına, floraya, faunaya, çaylara, bulaqlara, göyərçin yuvasına, əsən küləyə ümumən mövcudluğa qarşı bir xəstəlik, bəladır.
Ona faşizm demək doğru deyil, ermənizm insanlıqla şeytanlıq arasında səddin, xəttin, sərhəddin o tayındadır. Bütün var olanlara qarşı yönəlmişdir.
Azərbaycan dövləti, qəhrəman şəhidlərimiz işğal, ordumuz, xalqımız əsarət xətlərini, sərhədlərini, səddlərini keçdi, dağıtdı. 30 ildə mövcud olmuş bu səddlər bizim şəhər və kəndlərimizi yox etmişdir.
Düzdür sürətli, geniş miqyaslı tikinti, quruculuq işləri gedir. Bu müharibəni udmaq bir qəhrəmanlıq idi, səhranı, cəhənnəmi cənnətə çevirmək də daha çox zəhmət, qəhrəmanlıq tələb edir.
ALLAH Prezident İlham Əliyevə daha da sürətlə düşünmək, yorulmazlıq, daha gərgin işləyə bilmək nəsib etsin. Dövlətimizə, xalqımıza kömək olsun. Biz səhraya çevrilmiş ərazilərimizi də abad edək. Səddi, fərqi aradan götürək.
İnanıram ki, bu olacaq. İnanıram ki, daha uzun müddətli, zamanın geniş parçasını əhatə edəcək həqiqi Əraf xətti, səddi şeytanlarla aramızda çəkiləcək dövlət sərhəddindən sonra gerçək olacaq.
Onlar əbədiyyətə qədər öz cəhənnəmlərində qalacaqlar.
Bizim səhralaşmış ərazilərdə sular axacaq, ağaclar, kollar, güllər çiçəklər böyüyəcək. Yoncalıqların biçilmiş yerində inəklər otlaycaq, şəhərlərimiz də yol polisi içkili sürücünü saxlayacaq, məktəblilər dərsə qaçacaq, dərsdən qaçacaq. Daha gözəl şəhər və kəndlərimiz olacaq, damlarda göyərçinlər yuva quracaq, həyat gerçəkdə olduğu kimi mövcud olacaq. Yoxluqla varlıq arasındakı sədd götürləcək..
Ancaq, zamanın xətkeş kimi kəsib götürdüy, sədd çəkdiyi, meşə ilə çəmənliyin qarışmadığı aləmlərə bənzər bir fərq əbədi qalacaqdır.
Bu da əvvələr var olub, sonra yoxa çıxmış kənd və şəhərlərimizlə, indi qurub, var edəcəklərimiz arasındakı görünməyən səddlərdir.

Bakıya çatmışdıq. Yeni sədlər çəkilirdi-sərnişinlərin sayı qədər. yoldaşlar bir- bir düşüb gedirdilər, bütövlük pozulurdu.
Dünya özü zərrələrdən, onları bütövləşdirən, ayıran xəttlərdən ibarətdir.
Ümumilikdə isə Şuşa səfərinin sonuna xətt çəkilirdi, hər şey qalırdı səddin, zamanın, ömrün o tayında.


Müəllif: Sadıq QARAYEV

SDIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlirza HƏSRƏT – CIDIR DÜZÜNDƏ


CIDIR DÜZÜNDƏ
(Sevimli şair dostum Qəşəm Nəcəfzadəyə)
Şeir oxuyurdun Cıdır düzündə,
Sovqatın eşq idi Şuşadan sənin.
Hər misran bir nazlı simfoniyaydı,
Sıxanda əlini Natəvan sənin.

Sevdası başqaydı çəkdiyin ahın,
Nə qəfəs bülbülün,nə bu taxt şahın.
Dönür “Durnalar”ı Molla Pənahın,
Vəsfinə dayanıb Cabbar,Xan sənin.

Şuşada dağların o duman tülü,
Yenə yaraşıqlı,yenə mürgülü.
Bağrına basıbsan Xarıbülbülü,
Şeir göyərtdiyin o meydan sənin.

Müəllif: Əlirza Həsrət

ƏLİRZA HƏSRƏTİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçin Məlhəmli – SALAM, ŞUŞA!

SALAM, ŞUŞA!

Otuz il bizimçün döndün xəyala,
Nəhayət yetişdik şirin vüsala,
Səni görmək üçün çıxmışam yola,
Arzum həqiqətlə yürüyür qoşa,
Salam, Şuşa!

Qəhrəman ordumuz keçilməz dağla
Gəldi harayına dişlə, dırnaqla,
Qırdı düşmənləri yüngül yaraqla,
Salıb öz izini qayaya, daşa,
Salam, Şuşa!

Yaşadın bəxtinə düşən qədəri,
Unut bundan sonra qəmi, kədəri,
Hər dün gözəlləşən gözəl şəhəri
Bütün elim-obam gəzib dolaşa,
Salam, Şuşa!

Nəhayət yetişdim Cıdır düzünə,
Bələndim Vaqifin şirin sözünə,
Düşərək ustadın aydın izinə,
İlhamım çağladı, təb gəldi cuşa,
Salam, Şuşa!

Gəldim, gözlərində gülüşü gördüm,
O mavi səmanı, günəşi gördüm,
Səni əbədilik qəlbimə hördüm,
Daha bundan sonra bəxtəvər yaşa,
Salam, Şuşa!

18.07.2024 – ŞUŞA

Müəllif: ELÇİN MƏLHƏMLİ

ELÇİN MƏLHƏMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şuşa tək ocağın mübarək, dağlar!

ZAUR USTACIN “SEVGİ DOLU ŞEİRLƏR” KİTABINDAN:

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – ŞUŞAYA QOYMAYIN BİZİ – şeir

ŞUŞAYA QOYMAYIN BİZİ

Özünüz yüz kərə, min kərə gedin,
Siz Allah Şuşaya qoymayın bizi!
Torpağın, qayasın ziyarət edin,
Siz Allah Şuşaya qoymayın bizi!

Bizdən turust olmaz Şuşa yönünə,
Qoyun həsrət qalaq azad gününə,
Özünüz keyf edin düzü, eninə,
Siz Allah Şuşaya qoymayın bizi!

Qoy Şuşa bizimçün mələyə dönsün,
Əlçatmaz, ünyetməz diləyə dönsün,
Yenə də alınmaz qalaya dönsün,
Siz Allah Şuşaya qoymayın bizi!

Duyub sevincini gülərik birdən,
Sevinc gözyaşların silərik birdən,
Qəlbimiz tab etməz, ölərik birdən,
Siz Allah Şuşaya qoymayın bizi!

Qoy yolu sizlərə “su yolu ” olsun,
Sinəniz vüqarla, qürurla dolsun,
Qoymayın sevinən “yad qulu ” olsun,
Siz Allah Şuşaya qoymayın bizi!

Qələbə çalsaq da həsrət çəkirik,
Yenə də sailik, yenə fəqirik,
Xarıbülbülü də burada əkirik,
Siz Allah Şuşaya qoymayın bizi!

Qoymayın yoluna izimiz düşər,
Göz dəyər, hüsnünə gözümüz düşər,
Vəsfinə bir misra sözümüz düşər,
Siz Allah Şuşaya qoymayın bizi!

2024

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bircə – “Əhli- beyt”

Biz “sovetin uşaqları” olsaq da , evlərimizdə palıd kimi köklü- köməcli nənə- babalarımız “Əhli- beyt”i unutdurmadılar..

Qonşumuz ağ saçlı, ağ saqqalı Mikayıl babanın səsi hələ də qulaqlarımda səslənir:

Deyin, necə tökülməsin yaş bu gün,
Kəsilibdi, yetmiş iki baş bu gün…

“Məhərrəmlik mərasimi”-ni , belə bir müsibəti ilk dəfə nənəmdən eşidib ,öyrəndim…
Arvad qatı dindar deyildi, amma bu təziyyəni ölüncə unutmadı.
Heç yadımdan çıxmaz, həmən günü qətl sınınca evə girməzdi.
Belə isti havalara təsadüf olurdusa, günün şaxıyanında qapımızda var- gəl eliyə – eliyə bayatı deyib ağlayırdı:

-Şümür, ağ oğlun ölsün,
Bağrı dağ oğlun ölsün.
Azarrayıb yatmamış,
Sappasağ oğlun ölsün…

Böyük qardaşım Səməndər qapımızın ağzına, öz pəncərəsinin altına qızılgüllər əkmişdi.
Gün çırtıyan kimi qara kəlağayısını həmən gül ağacına bürüyərdi.
Saçımdan qırmızı bantlarımı açırdı, çəhrayı sandallarımı mal pəyəmizin qapısının arxasında gizləyəndə anam, əmim arvadı güllü qoftalarını soyunub ,qarasını deyərdilər.
Qardaşlarımın patefonunu cərəyandan ayırırdı, atamın xırda əl radiosunu jiletinə büküb yükdə gizlədirdi.
Qorxurdu ,evin kiçikləri birdən onu açıb musiqi zad dinləyərlər…
Anamı sabun əritməyə, uşaq .çimizdirməyə , paltar yumağa qoymazdı.

Mərasim qışa düşsəydi, eyni şeyi qarın- boranın altında eləyirdi…
İtgin- sürgün qardaşlarını da Kərbəla şəhidlərinə qatıb ağlardı. Gözünün yaşını silmirdi, sinəsi aşağı axıdırdı, deyirdi , gözünün yaşı sinəsi aşağı axanların yeri bir ayrı olar, o dünyada…
Qətl gününün axşamı daha çox kədərli olurdu.

Yeməyimizi axşam süfrəmizi ertəli açdırırdı, şər qovuşan kimi işıqları söndürürdü…

Beləcə, nənəmin təziyəsinin Şəmi – Qəribanı başlayardı.
Arvad yanan xeymələri, kəsilən başları, susuz körpələri, qanlı meydanda bir cüt qələm qollarından olan Həzrət Abbası gözünün önünə gətirib yaşını sel kimi axıdırdı.
Nənəmi gözündən, əlindən, baxışından anlayan anam bizi yerimizə yığıb çökərdi arvadın böyrünə.

Od- yalov xarakterini heç övladları belə bilməyən qaynanası əlini süfrəyə uzatmayınca acından ölsə belə anam ağzına loxma aparmazdl.
Nənəm də ki, hər saat acımazdı…

Nənəm heç vaxt hədik bişirməzdi. Bu işin qarğaşasını Səkinə bibim çəkirdi.
İmamların yeddisidə halva çalıb yeddi evə pay göndərirdi.

Qırx çıxınca üzü gülməzdi, heç kimlə danışmazdı.

Səməndər tarixçiydi, araşdırmalar aparırdı, rayon qəzetimizdə maraqlı yazıları ,hekayələri çap olunurdu.

“Məhərrəmlik mərasimi necə meydana gəldi” başlığıyla bir yazısı çap olunmuşdu .
Orda nə yazıldığını unutmuşam. Musa əmimin dərs oxumayan Mahir oğlu qardaşımı nənəmə çuğullamışdı. Arvad sevimli nəvəsindən yaman küsmüşdü.
Heç nəylə nənəsinin könlünü ala bilməyən qardaşım, qəzeti əlinə alıb yazdığı elmi məqalənin tamam əksini, nənəmin illərdi bəyənib təqdir elədiyi şeyləri qəzetə baxa- baxa ona söyləmişdi.
Nənəsiylə barışmışdı.

Dərs dediyi əmim oğluna yalandan beş yazmışdı ki, dilini dinc qoysun…

Bir onu bilirəm ki, bizlər də ölüb gedəcəyik , bu faciə nəsildən- nəslə ötürüləcək. Çünki, bətnimizdəki körpələrimizin də beyninə onu əkib sonra bu dünyaya gətirmişik.

Xocalı boyda da müsibətizi heç unutmarıq.
Onların da yarası sağalmaz.
Körpəsini, çağasını kol dibində gizlədib sinəsini yağı gülləsinə sipər eləyən ana , balası əlindən alınıb süngüyə taxılan, döşü kəsilən , başı qoparılan şəhidlərimiz də Kərbəla çölündə qanı çay olanlar qədər yandırır bizi.

Yağının tikə- tikə doğradığı gülburnu, əli xına görməyən, çiyni gərdəyə dəyməyən Natiq də o səngərdə günlərlə susuzluqdan yanmışdı.
Yerə düşən kimi su istəmişdi.
İnanmıram, şümür ona su verib…
Natiq də bir Kərbəla şəhidi deyilmi?

Poladımız, Mübarizimiz, Fəridimiz var bizim….
Ruhları şad , cisimləri ipək üstə yatsınlar.

P.S.foto 14 iyul 2024-cü il Yuxarı Gövhər Ağa Məscidində çəkilib.

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məcid – “Şuşa dəftəri”ndən növbəti şeir

Şuşaya getmək

Yollar ağır, cığırlar dik, sıldırım çətin,
Qaya-qaya igidlərin tək adı – MƏTİN!
Şəhid düşən ərənliyin, məğrur qeyrətin
pak ruhunu ziyarətdir Şuşaya getmək!

Demə vətən Şirin imiş, Fərhadmış insan,
Lap ölsə də haqq yolundan dönməz qəhrəman!
Qayaları al qan ilə yazılı dastan,
tükənməyən fəxarətdir Şuşaya getmək!

Hər qarışı qədim tarix, müqəddəs yaddaş,
Dərələri dərin fikir, yamacı sirdaş!
Qovuşuqdu qanı qana, qan çəkir, qardaş,
Qəlb qızdıran hərarətdi Şuşaya getmək!

Xarıbülbül sevdasına tutuşmaqdımı?
Saf havayla, nur yağışla qatışmaqdımı?
Yaradanın dərgahına yetişməkdimi,
Ya cənnətə səyahətdi Şuşaya getmək?

Büllur kimi yanır par-par göyə, yerə bax!
Pərvanəsi olana bax, səməndərə bax!
Cıdır düzü bələnibdi nəğmələrə, bax,
Çal-çağırlı səadətdi Şuşaya getmək!

Dahiləri yetişdirib suyu-çörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəkdən ibadətdi Şuşaya getmək!

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif Əli – Salam, əziz Şuşa!

Salam, əziz Şuşa!
 

Xoş gördük, doğma şəhərim! Axır ki, sən azadsan! Sənə doğru gedən yollar açıqdır.
 

Və mən 35 ildən sonra ilk dəfə sənin ziyarətinə gələ bildim.
 

Mən sənin hüzuruna turist kimi gəlməyə qıymırdım. Dəstələrə qoşulmadan, küyə düşüb selfi çəkdirməyə tələsmədən, qonaq kimi İsa bulağında yeyib-içməyi pak adına sığışdırmadan səbrlə gözlədim…
 

Və Böyük Qələbədən sonra yollar açılanda, gediş-gəliş icazəli olanda, səhhətim və sərvətim imkan verəndə öz arzumla, öz istəyimlə yola çıxdım.
 

Doğulduğum şəhərə salam verməyə, doğulduğum evi görməyə, doğulduğum havanı udmağa gəldim…
 

Müqəddəs şəhidlərin, igid qazilərin, qəhrəman sərkərdələrin min bir əziyyətlə keçib getdiyi dağlar üstündən, şanlı Zəfər yolu ilə keçib getdim…
 

İnsanlıqdan xəbəri olmayan vəhşi ermənilərin darmadağın etdiyi şəhərlərin, kəndlərin içindən qəzəblə keçdim. Tam yenidən qurulan, təzədən tikilən, od-alovdan dirçəldilən yurdumuza fərəhlə baxa-baxa getdim…
 

Böyükdür təəssüratlar, əlbəttə! Çoxdur deyiləsi sözlər, yazılası fikirlər, düşüncələr…

Amma mən Şuşaya yazı yazmağa gəlmədim…
 

Sağlıq olsun, əziz Şuşa!
 

Təki sən yaşa!

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Araz Yaquboğlu Şuşada.

Tanınmış araşdırmaçı, yazıçı, şair ARAZ YAQUBOĞLU Şuşada.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru