ŞƏKİL ÇƏKİRƏM Mən də bir cürə şairəm. “Ah”la şəkil çəkirəm. İnanmırsan gəl otur Yoxla,şəkil çəkirəm.. **** Qoy qırağa kətanı, Gey ruhuna butanı. Ağrıyanda sağ yanım, “Sol”la şəkil çəkirəm. **** Bir az rəng qoy saçına, Həmrəng olsun acına. Bir söz qoy bəxt ucuna Yolla,şəkil çəkirəm… **** Hər yazılan söz deyil, Hər görənə göz deyəm!.. Min üzü var dözməyin Allah,şəkil çəkirəm… **** Çıx işıqlı talaya, Bax o müdrik qalaya. Öd yalaya-yalaya Odla şəkil çəkirəm! **** Buraxdım qəmi getdi, Azadlıq dəmi getdi.. Ürəyim məni satdı… Baxma şəkil çəkirəm…
KİMSƏSİZ ÇÖLLƏRDƏN FİT SƏSİ GƏLİR Duzu yuyulub getdi yağışla… Şitləşdi bu gecə. Əlinə alırsan sürüşüb düşür, Yemək istəyirsən çiydi bu gecə… **** Ruhumu ürpərdir qurd ulartısı, Yaxından,uzaqdan it səsi gəlir. Yanımdan sürünüb gedən qatarın, Kimsəsiz çöllərdən fit səsi gəlir. **** Dolanıb qayıdır üstümə gecə, Dayanıb elə bil qəsdimə gecə. Nəfəsim havada quş tək uçuşur, Bənzəyir yöndəmsiz bəstəyə gecə.. **** Allah,bu gecəyə yazığın gəlsin, Allah,bu gecənin üzünə xoş bax.. Uzat qollarını al qucağına, Bu dərdin içindən salamat çıxar.. **** Allah, mən kiməm ki,bir qarışqanın Ovcunun içinə batır bu gecə. Bir qadın ömrünü gorov götürüb, Bir şair başını qatır bu gecə…
HAVAYA OYNAYAN QADIN Ilahi,bir hava göndər, Havaya oynayır bu qadın. Yel vurur əsir ətəyi, Davaya oynayır bu qadın. **** Üzündən şəkli sürüşüb, Ayaqlarından yerişi. Ovcundan tikəsi düşüb, Bəbəklərindən baxışı.. **** İzn ver əlini tutsun, İzn ver oxşasın səni. O ki,çoxdan unudub Cavanlıq hikkəsinbi.. **** Soruş,adını da bilmir, Soruş,gör haçandan gülmür.. Soruş gör kim öldürüb axı, Qadınlar ölümlə ölmür..! **** Oxşa bəyaz tellərini, Bəlkə dərdi dağılar. Bir gün tapıb səadəti O yenidən doğular…
XATİRƏ AXTARIŞI Bu dünyada heç nə təzə qalmır.. Köhnəlir əyin-başın kimi görkəmin də.. İşıqlarını söndürüb enir yerə xəyalların, Dua kimi qalxır göyə ahın.. İçindən qurd tapırsan Bakirə arzuların… Tıxanır boğazına Bircə parça ümidin, nə uda,nə də tüpürə bilirsən.. Yoldan keçənlər baxıb elə köksünü ötürür. Yanır dəli qürurun.. Eşib kül topasını xatırə axtarırsan…
TAPMACA Məni bənd-bənd elə sonra Gəl aç tapmaca-tapmaca. Dər-divanə olan dərdə Əlac tapmaca-tapmaca. **** Külək yenə dən sovurur, Ruhu ruha tən sovurur. Yenə nə tapıb sevinir, Bu ac tapmaca,tapmaca.. **** Yeni-yeni divlər doğur, Söylə cırtdanlar qalırmı.. Şeytan gəlin aparırmı De heç tapmaca-tapmaca..? **** Son da sona çatmaq deyil, Sevmək,qəlbə yatmaq deyil?! Bu insan yaratmaq deyil- Allah,.. Tapmaca..,tapmaca…
OTURUM BİR ŞEİR YAZIM Əriyib axdı ağrılar, Qışa qələbə çaldı yaz.. Görüb cuşa gəldi könül. Naz üstünə qalandı naz- Oturum bir şeir yazım… **** Qayıdıb gəldi qaranquş, Sevindi yurdu,yuvası… Açıb sapsarı ağzını Görüm nə deyir balaquş..- Oturum bir şeir yazım.. **** Keçim şehli biçənəkdən, Ot üstə düşsün təzə iz. Tutsun tumurcuq-tumurcuq. Qoy çatlasın ürək söz-söz..- Oturum bir şeir yazım… **** Fəsillərin tacı bahar, Bayramların şahı Novruz. Çöldə utancaq Laləyə. Könül açsın sədəfli saz- Oturum bir şeir yazım.. **** Hələ əsirdi Qarabağ, Qan qoxur gülü-çiçəyi.. Qoy səngəri masam olsun Bir daşı altıma çəkim- Oturum bir şeir yazım… Oturum bir şeir yazım!
ƏN UZUN AYRILIQ ….Axır məni stacaq gözlərim.. Uzaqdan behişti vəd edən baxışların Cəhənnəm yağdırır indi… Surətin göy üzünün nəfəsini təntidir! ….Bilirsən,hələ də düşünürəm kədər ən böyük müəllimdir… Əminəm ki,ən uzun ayrılıqdır sevgi… Ən qısa yoludur məhəbbətin vüsal…
DÜNYA DAĞILA BİLƏR… Bir azca uzaq düşür, Dərdlər daşımır bizi. Gecənin bir aləmi Balaca komamıza Dərdlər ağappaq düşür.. **** Düşür dərdi dizəcən… Çatarammı yazacan? Boylanıb ulduzlara Indi ha say yüzəcən..- Yerə son yarpaq düşür!.. **** Yayda qar yağa bilər..! Gecə Gün doğa bilər..! Mininci mərtəbədən Atıb özünü yerə-… Dünya dağıla bilər… Amma, sappasağ düşür….
İllər öncə mətbuatda qarşılaşdığım bir fotonu uzun zamandır qəlpə kimi ruhumda, ağrı kimi yaddaşımda daşıyıram: Yəməndə bir müxbir məlum hadisələrdən sonra körpə bir qızcığazın rəsmini çəkmək amacıyla fotoaparatın obyektivini dağıntıların üstündə oynayan həmin uşağa sarı tuşlayır. Əlində yavan çörək yeyən, nimdaş əyin-başından, baxışlarında düyünlənən bir gilə göz yaşı qarışıq intizardan, balaca varlığından kədər yağan 4 yaşlı Hayde adlı bu məsum yavru fotoaparatı silah zənn etdiyindən hər iki əlini havaya qaldırıb təslim olduğunu göstərir. İllər ötüb o şəklin üstündən… Amma bu gün də Haydeni xatırlayanda həyat onun balaca əlindəki yavan çörək kimi boğazımda düyünlənir, udquna bilmirəm…
Müharibə dünyanın ən böyük ədalətsizliyidi… Orda uşaqlar ölürlər… Məsələ fiziki ölüm deyil.. Uşaqların əllərindən alınan, öldürülən uşaqlığıdır müharibə…
Corc Oruellin “Boğuluram” romanının qəhrəmanı savaşdan öncəki dövrü belə təsvir edir – “müharibədən əvvəl həmişə yay idi”… Çox uğurlu ifadədir. Müharibədən öncəki qarlı-sazaqlı qış belə sənin yaddaşında yay kimi qalır, qayğısız, xoş, rəngarəng…
İndi İmdat Avşarın “Kafa kağıdı” hekayəsini oxuduqca bir həqiqəti özlüyümdə dəqiqləşdirir və bütün qəlbimlə anlayıram ki, müxtəlif dillərdə qonuşan, fərqli gələnəklərə sahib olan insanların, ələlxüsus da körpələrin göy qurşağını andıran rəngli dünyalarını bomboz bozardan boyanın (?!), lüğətdəki heç bir sözlə ifadə olunmayacaq ən böyük ədalətsizliyin adıdır müharibə… “Göy üzünün sehirli çubuğu hər mövsüm başqa bir rəngə boyayırdı bağları… Sonra bir tufan qopur, sarı xəzan boyasını çəkib alırdı bağçaların üstündən; ağacları soldurub bəmbəyaz qış boyası çiləyirdi bağçalara… ”
İmdat bəyin əlindən yapışıb uşaqlıq dünyasına səyahət edirəm, qarşımda geniş üfüqlər açılır… Mənə elə gəlir ki, sehrinə düşdüyüm aləm – bu sirli dünya yazarın ana vətənidir… Bir uşaq yaddaşına hopan və heç zaman çalarlarını itirməyəcək bəzəkli dünya, min rəngə bələnən təbiət, yerlə göyün ideal harmoniyası… Yazıçının bu təsvirləri uşaqlığın qayğısız rənglərini özündə ehtiva edir sanki…
Hətta bu əlvan dünyaya müəllif təhkiyəsi ilə bir başqa çalar də əlavə olunur: “toyuqların ayaqlarına bağlanan rəngli şıbaklar… onları bir uşaq kimi aid olduqları ailənin üzvünə çevirirdi. Biz də yaddaşımıza yazırdıq o rəngləri, damğaları, işarələri… O kiçik dünyadakı hər kəs həmin rənglərin və işarələrin dilini bilirdi. Bir də ehtiyacın və yoxsulluğun dilini…”
Göy üzünün pəmbə buludlarla əhatələndiyi, bütün çatışmazlıqlara, ehtiyaca və yoxsulluğa rəğmən dünyanın gözəl zamanlarının tablosunu çizir İmdat bəy… Hər simgəsi bir başqa çalarlı, hər detalı dərin bir anlam daşıyan… Hər cümləsi məna yükü ilə dolu…
“Kafa kağıdı”nı oxuduqca düşünürəm ki, bizim təkcə ədəbiyyatlarımız qardaş deyil, bizim həm də Analarımız doğmaca bacı imiş. Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”ndəki “Novruz bayramı ilə aşura bir günə düşən ili”, “Gün tutulan ili” doğulanların törəməsiyik biz də… Təkcə köklərimiz, gələnəklərimizlə bir-birimizə bağlı deyilik, ağrıları eyni boyutda, kədəri eyni rəngdə, taleyi bir-birinə bənzəyən adamlarıq…
…“Qara məktəbli formasında ibtidai sinfə gedirdik. Formalarımız da bəxtimizə işarə edirdi, sanki. Məktəbin qar kimi dümağ həyətinə səpiləndə o kağızın üzərində qara nöqtələrə dönürdük, bir-birimizin arxasında cərgələnirdik” – deyən İmdat bəy sanki şahmat taxtasına oxşayan dünyanın üzərindəki fiqurlar kimi təsvir edir uşaq dünyasının sakinlərini…
Hamısının şəcərəsi nənəsiylə başlayan bu cocuqların işıqsız evləri də bir-birinə bənzəyir, sol yanı yarım qalan çiləkeş anaları da…
Əsər boyunca Anasının sözlə rəsmini çəkir – obrazını yaradır İmdat Avşar… Ən doğma adamımla qarşılaşıram sanki o danışanda… Çoxdan tanıyıram mən o nur topası qadını… “Anamın saatları”ndan doğmalaşmışıq… Heç oxuma-yazması olmasa da, bircə hərf tanımasa belə bu Ana dünyanın ən böyük adamıdır… Müəllimi dövlət, dediyi sözü fərman bilən qocayürəkli Ana… Kimliyi olmayan körpə bir yavruya qol-qanad gərib, ərsəyə gətirən… İmdat Avşar düşüncədə bir övlad yetişdirən Ana… Dünyaya xeyirxahlıq, yaxşılıq toxumu səpən səxavətli bir Ana… Özünü yavrularına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən Ana… Ciyərparəsinin yaşıdlarından seçilməsinə qıymayan, şəhadətnaməsini ala bilməsi üçün dünyanın ən məsum “rüşvət”ini müəllimə yollayan safqəlbli Ana… “Anam ağızbaağız doldurduğu bir çinik lobyanı torbaya boşaltdı, şələlədi kürəyimə: “Di, yüyür!” – dedi. -“Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!”. Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum… Sanki topuqlarım kürəyimə dəyirdi… Qaçırdım, amma bir tərəddüd vardı içimdə. Qiymət cədvəlimdə dərslərin qarşısında “əla” yazılmışdı. Görəsən, şəhadətnamədə də elə yazılacaqdımı?”
Müəllifin dili o qədər aydın, rəvan, təhkiyəsi o qədər axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlərində canlanır.
“Kafa kağıdı” sıradan bir hekayə deyil, İmdat Avşarın kimliyidir, əslində… Yaradıcılığından bir tək bu əsəri oxumaqla İmdat bəyi şəxsiyyət kimi dərk edə bilir adam… Hekayədə ədib həm obraz baxımından özünü yaradır, həm də əsərin problematikasına söykənərək hətta insanın öz-özünə etiraf edə bilmədiklərini, bütövlükdə xatakterinin hər yanını aça bilir.
İnsanlar kimi sanki əsərlərin də, obrazların da taleləri arasında doğmalıq, bağlılıq olur. “Kafa kağıdı”nı oxuduqca nədənsə qeyri-ixtiyari İmdat Avşarın “İtmiş bahar nərgizi” hekayəsi beynimdə canlandı. “Kafa kağıdı”ndakı körpənin “İtmiş baharın nərgizi”ndəki çiçəklə bir mübhəm bağlılığını və bütün bunların yazarın ağrılı uşaqlıq xatirələri ilə assosiasiyası olduğunu düşünürəm.
Balaca yavru “kafa kağıdı”nı, balaca nərgiz fidanı isə “bahar”ını itirib. Hər ikisi itkidi… İtirməyin yaşatdığı ağrıdı… İtkinin açdığı və heç bir məlhəmlə sağalmayacaq dərin izdi, qaysaq tutmayan duyğulardı…
Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu düşünsək, İmdat bəy hələ çoçuqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamıdan seçilib, təkcə kimliyinin olmamasıyla yox…
“İtmiş bahar nərgizi”ndə çiçəyin doğuluşunun təsviri “Kafa kağıdı”nda məktəblinin uşaqlıq çağı ilə yaxından səsləşir. Nənəmə: “Madəm ki, yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niyə bu qaranlıq zindanda gözləyirik?”-deyirəm.
Əslində, bu hekayədə “nərgiz” azadlığın, özgürlüyün işartısı olmaqla bərabər həm də qaranlığa və soyuğa üsyandır. “Buzu əridən bir eşq atəşi var biz nərgizlərdə… Bir qığılcımla bədənimizə eşq atəşi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə” deyir nərgiz.
İmdat Avşar öz içindəki bağımsızlıq eşqini məqamı gəldikcə hətta təbiət hadisələrinin də üzərinə köçürür və bu detal olduqca uğurlu alınır. “Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. Torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq…” Bu, sadəcə bir nərgiz fidanının nə olursa olsun, bütün əzablara göğüs gərmək, günəşi görmək çırpınışları deyil, bu İmdatın içindəki məndir, daxilindəki hayrırışdır, ilahi səsdir, balaca, savunmasız bir körpəni İmdat Avşar edən iradədir, misilsiz zəhmətdir, həyata inad mənəvi dirənişdir…
Ondan kimliyinin axtarışını tələb edən həyatın kəşməkəşində başını itirən körpə İmdat… Anasını “Div anası”ndan qorumaq üçün özünü sipər edən və səsi kimi xisləti də eybəcər dövlət qadının susdurduğu kimliksiz körpə… köməksiz körpə…
-“ Ey, sən! Sən nə istəyirsən?
Anamın “Div anası”nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli verdim:
– Mənim “kafa kağıdı”m yoxdu!
“Div anası” barıt kimi partladı:
– Sən sus, kirpi!
Acıdan keçməyən şərqilər əksik olduğu kimi acılardan keçib durulmayan insan da yarımçıq kimidir… Ən böyük “Doğuluş” insanın mənəvi ağrıların bətnindən qopduğu, öz içindəki əzablardan keçərək durulduğu andır…
Zaman bütün acıların məlhəmidir… Zaman keçdikcə şahmat taxtasının üstündə mat olan fiqurlar…, qoparılmamaq, tapdanmamaq üçün köklərini nənəsinin kökünə saran, ona sıx – sıx sarılan nərgiz fidanları, işıqsız evlərdə “bir nənə, bir ana, dörd oğlan, üç qız” oynaya-oynaya qaranlığın səsini batıran, zülmətlərə meydan oxuyan körpələr yoluna qoyur ədalət tərəzisi əyilən dünyanın ölçü – mizanını, zaman çarxını…
“Qəribə bir kədər bürümüşdü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udammırdım. Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə… Kəndə yaxınlaşmışdıq. Çarəsiz anamın gücü təsəlliyə çatırdı: Ağlama, quzum, ağlama… Atan gələr, “kafa kağıdı”nı da alar, laklı ayaqqabılar da…”
Dişlədiyi dürməyi ağzında böyüyən, bir loxma çörəyi boğazında qəhərə çevrilən, əlində kimliyi, ayağında laklı ayaqqabısı olmasa da İmdatın köksünə sığmayan böyük ürəyi vardı… Bu Tanrının ən böyük lütfü idi ki, onu balaca İmdata ərməğan etmişdi. Və İmdat o ürəyin işığına bürünüb bütün qaranlıqlara, zülmətlərə meydan oxuyacaq, bir zaman anasına bağıran, ona həqarətlə “sus, kirpi!” deyə susduran “div anaları”nın zəhər saçan dilini əbədiyyən lal edəcəkdi. Əzablara sinə gərərək böyüyən, çoçuqlar daha böyük adam olur. Bu, həyatın yazılmamış qanunudur…
İndi bütün dünya susub, İmdat danışır… İlahi ədalətin təcəllisi elə budur. Bu, aşağılanmağı o balaca ürəyinə sığışdırmayan, mayəsi saflıqdan və halallıqdan yoğrulan körpənin Tanrıya inamı və səbrinin mükafatıdır.
Yazdıqları da başdan-başa İmdat bəyin özüdür, ürəyinin səsinin kağızın yaddaşın yaddaşına hopan əksidir.
Yaratdığı hər bir obraz isə müəllifin dünyaya baxdığı pəncərədən görünən bir bucaqdır. İmdat bəyin qələmində “Günəş” və “işıq” obrazları, günəşin şəfəqləri, gündoğumu ilə bağlı metaforlar onun içindəki ziyadan və bir insan olaraq düşüncəsindəki aydınlıqdan xəbər verir. “Kafa kağıdı”nda Günəşi “Aydınlıq atlısı” adlandırır İmdat Avşar. Sadəcə “aydınlıq” yox, həm də atlanan aydınlıq, qanadlanan aydınlıq…
Qanad demişkən, İmdat bəyin obrazlar qalereyasında “qayçının qanadları”, “dəftərin qanadları” kimi detallar diqqətimi çəkdi ki, bu da heç şübhəsiz, yazarın özgürlük düşüncəsi ilə birbaşa bağlıdır. Adidən adi bir kağız parçasında – dəftərdə, və ya bir dəmir parçasında – qayçıda qanad görə bilmək üçün elə qanadlı düşünməyi bacarmaq və dünyaya qanadlı baxmaq gərəkir.
Nədənsə mənə elə gəlir ki, qanadlı yazmağı, görməyi, düşünməyi, bacarmaq üçün gərək adamın özünün də qanadları olsun… İmdat Avşar kimi…
İmdat Avşarın kitabı
Bəli, İmdat Avşar qanadları olan Adamdır… Bir qanadında üçrəngli Azərbaycan, bir qanadında isə şanlı Türk hilalı olan bu böyük insan hər iki qanadının altına sığdırdığı böyük Ədəbiyyatı türk dünyası və türk dühası üçün döyünən qoca ürəyində birləşdirir. Ürəyin var olsun, Böyük Adam!
İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasaydı, heç bircə sətir yazmasaydı belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayətsiz əməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı…
Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqdan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi… Sözü də… Özü də… Bu gün də belədir, sabah da belə olacaq…
Müsahibələrindən birində doğulduğu günün qeyri-dəqiqliyi ilə bağlı məqamı açıqlayan İmdat bəyin həmin kövrək söhbətini oxuyanda elə yazarın “Anamın saatları”, “Kafa kağıdı” hekayəsi qədər ağrıdım. Amma sonra elə İmdat bəyin qələmindən düşüncəmə sirayət edən işıqla, nikbin baxdım yaşananlara… Zamanın nə önəmi?!
Önəmli olan doğulmaqdı! Önəmli olan ömür sürmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi… Önəmli olan yaşamaqdı, yaşamağı bacarmaqdı… Önəmli olan var olmaqdı… Varlığını təsdiq edə bilməkdi… kimliyin, təqvimin, vaxtın mahiyyəti isə bu boyda Varoluşun qarşısında bir heçdir… sadəcə rəqəm və ya kağız parçası…
AYB sədri Anar İmdat Avşara ödül təqdim edərkən
Sözüylə, qələmiylə, düşüncəsiylə bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq Ədəbiyyat adına, Sənət adına, Böyük Söz adına fədakarlığın, dostluğun, qardaşlığın, bağlılığın kimliyinə, brendinə çevrilib…
Vaxtın nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs Vaxtdan uca Adamdır… İmdat Avşar kimi…
Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.
21.02.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Dədə Qorqudun, Muhəmməd Füzulinin, Oruc bəyin mənsub olduğu məşhur bayat boyu Azərbaycan xalqının da etnogenezində kifayət qədər önəmli rol oynamışdır. Qədim türk məsəlində deyilir ki, oğuz elinin başında bayat və qayı boyları dayanır. Bəs monqol bayatları haqqında nə bilirik? 2010-cu ilin statistik məlumatına əsasən, Monqolustanda 56.573 nəfər bayat yaşayır. Monqolustanın Ubsu-nuur gölündən Xyarqas-nuur gölünədək geniş ərazilərinin əsas əhalisi bayatlardır. Monqol bayatları monqol dilinə yaxın olan oyrat dilində danışırlar. Monqolustanın bayat boyunun bəzi qəbilələri:
xurd;
savar;
çono;
xasaq;
baarin;
bulqadar;
baranzuud;
qalzad;
noyon;
tsooxor (tsoxur);
xoşud.
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
Bu gün dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür! Ad günü münasibəti ilə Çingiz müəllimi təbrik edir, uca Yardandan uzun və sağlıqlı bir ömür, yeni – yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Çingiz müəllim!
Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.
1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir.
Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.
Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.
Çingiz Abdullayev bütün bunlardan əlavə istənilən sahədə fəaliyyət göztərən Azərbaycan gənci üçün əsl örnək ola biləcək şəxsiyyətdir. Əxz edək, tətbiq edək, öyrədək! Bir daha təbriklər, Çingiz müəllim!
MƏKANSIZ MEDİA MƏKANI Aprel döyüşlərinin şəhid qəhrəmanlarına (3-cü) ithaf Ölkədə baş verən ən adi siyasi-hərbi silkələnmələr informasiya cəbhəsinin immun sistemini bir qayda olaraq risk zonasında məhşər ayağına çəkir. Əsl düşmənimiz – qabarmalardan sonrakı nişanələr, tərəddüd, güman, şübhə kimi xarakterizə oluna biləcək çatlar isə daha çox sərtliyi ilə yadda qalır və heç bir güzəşt tanımır: qüsurları islah etmək üçün lazım olan zaman, şans, macal anlayışları ən zəruri ehtiyac bazasında öz məğlubiyyətini hərəkət dinamikasını itirməklə ifadə edir! Çünki (arxa cəbhədə) həvəskarlara xas kobud səhvlərin qarşısında bəzən (ön cəbhədə) hətta ən müasir hərbi biliklərlə yüklənmiş, yüksək çinli peşəkar hərbçilər belə tab gətirmir:Analar oğul, xanımlar ər, övladlar ata, Vətən ƏSGƏR itirir!.. Tariximizin ən böyük faciəsilə taleyimizin ən böyük ironiyası arasındakı fərq zamanın yuvarlaq qanunlarına boyun əymir. Əsl vətənpərvərlər vətənpərvərlik haqqında danışanların çörək ağacına çevrilib. Daha yaddan çıxmış həqiqətləri ötəri həzzlərin dəbdəbəli saraylarında axtarmaq heç kimin ağlına gəlmir. Hər gün oğru pişik kimi sevinə-sevinə evimizə daşıdığımız bərəkətin mayası şəhid qanı ilə yoğrulub. Di gəl, tox gödənimiz yaddaş mərəzimizin ağrı-acısını axıradək yaşamağa macal vermir. Dağdan ağır dərdlərimizlə yarımçıq doğulmuş uşaq kimiyik! Yoxsa bunu bilməyə nə vardı! Məglubiyyətimizin əsl ünvanı zəbt olunmuş torpaqlarımız, o torpaqlarda gecə-gündüz kiprik qapamadan düşmənlə göz-gözə dayanan oğullarımız deyil! Özündə cəsarət tapıb çirkli əllərini çamura atanlar sinirləndiyimi düşünməsinlər. Onsuz da Azərbaycan əsgərini mənim qədər mənən tanıyan, onun qəhrəmanlığına şəxsən şahidlik edən çox az yaradıcı adam var. Bu düşərgədə keçirdiyim iyirmi ildən artıq zaman kəsimi həyatımın ən şərəfli səhifəsi, qürur mənbəyidi. Çünki biz heç vaxt cəbhədə uduzmamışıq! Bu gün də uduzmuruq!.. Məglubiyyətimizin əsl ünvanı başkəndimizdi, başkəndimiz! Bu qəfil və qəti nidanı məqamgirlərin “yeminə” çevirməmək üçün dərhal sual verirəm (çünki həyat məni həmişə ehtiyatlı olmağa vadar edib): İnformasiya cəbhəsinə xərclənən milyonlarla vəsait dövlətin sığorta haqqını, görəsən, niyə ödəmir?!! Görəsən müqayisəyə gəlməyəcək diqqət və qayğının müqabilində niyə bu haqq ölkənin birinci şəxsinə, Ali Baş Komandanına qaytarılmır! Çünki o vəsait delitantlarin əlinə keçən kimi öz həqiqi missiyasına, təyinatına xəyanət edir, forma və məzmununu itirir, yolunu azır! Hər fürsətdə özünü gözə soxan “poçt göyərçinləri”nin, fəxri ad, mənzil, vəzifə davasına qalxan media “maqnat”larının qazanc mənbəyinə, ailə büdcəsinə çevrilir. Və nəhayət, ən qısa müddətdə qarşımızda əsl qatil obrazında zühur edir! Bu qatili biz öz ocağımızın başında, öz əlimizlə, öz Vətənimiz üçün böyüdürük. Təəccüblənməyin… Söhbət dövlətimizin, xalqımızın və ordumuzun informasiya təhlükəsizliyindən gedir, cənablar. İllərlə davam edən fasiləsiz təzyiq və təhdidləri ənənəvi güc mərkəzlərinə yönəltmək mərəzimizdən bəlkə əl çəkək!?; bəlkə daha çox ətrafımızdakılara şər-böhtan atmaqla yadda qalan həyat fəlsəfəmizi, yaşam tərzimizi, əxlaqımızı dəyişək!?; bəlkə ancaq yaxınlarımızı nəzərdə tutan əhatə dairəmizi genişləndirək!?; heç olmasa şəxsi ambisiyalarımızdan ötrü dəridən-qabıqdan çıxmağımızı vətənpərvərlik adlandırmayaq!.. Niyə başa düşmürsüz, daha hərbi libas geyinmək, hətta cəbhədə düşmənlə üz-üzə dayanmaq belə min illərlə tarixi olan bu ali insani dəyəri ifadə etməkdə yetərli deyil. İndi o, öz parametrlərini yuxusuz gecələrlə izlənən davamlı yaradıcılıq axtarışlarında, çevik düşüncə tərzində, fərqli görkəm və tərkibdə təqdim edir. Başkənd düşünən başların, düşünən başlar isə informasiya cəbhəsinin paytaxtı olmalıdı! Reallıq hər gün yeni sürprizlərlə qarşımızı kəsir; öz həqiqi simasını, məqsəd və məramını yalançı cizgilərlə pərdələyir, diqqəti əsas hədəfdən ustalıqla yayındırır. Onun gücü məxfiliyindədi. Bu məxfilik reallığı döyüş səhnəsində daha çox amansızlığı və sərtliyilə yadda qalan bir düşmən obrazında formalaşdırır; inanılmaz ilğım effekti yaradır; görmək istədiklərimizlə gördüklərimiz arasındakı fərqi itirir. Reallıq hissini unuduruq. İnamla, fərəhlə addımladığımız yerdə, gözləmədiyimiz halda ayağımız qəfildən boşluğa düşür. Hər şey “bizə elə gəlirdi ki” adlı təhlükəli uçuruma yuvarlanır. Çünki həvəskar informasiya mühəndislərinin çiyni bu mürəkkəb konstruksiyalı müharibə səhnəsində məxfi kambinasiyalarla zəngin döyüş əməliyyatları üçün çox kövrəkdi, cənablar, çox kövrək… Aprel döyüşləri Azərbaycan əsgərinin öz qanı ilə şəxsən möhürlədiyi və tarixin ixtiyarına buraxdığı çeşid-çeşid qəhrəmanlıq salnaməsinin nə birinci səhifəsidi, nə də sonuncusu. Tələsməyin! O hələ bundan sonra da ən ucqar vətəndaşımızı belə özünə tanıdacaq çox ilklərə imza atacaq. Yulğun çubuğu ilə gerizəkalıların toz basmış mənini qədimi xalça kimi çırpacaq! Unudulmuş təkrarsız naxışlarla yurd insanına yeni nəfəs, yeni obraz gətirəcək! Vətənini, dövlətini, xalqını öz polad çiyinlərində bütün dünyaya haqq etdiyi qələbənin əsl ünvanı kimi daşıyacaq! Çünki cəmiyyətin ən aparıcı simasına çevrilməkdə israrlıdı. Bu günün teatr səhnəsində o, baş qəhrəman obrazının ən dolğun ifaçısı, təşəbbüsü öz əlində saxlayan ideal gücdü. Ancaq hər şeyi bu əsgərin üstünə atmaq, taleyüklü problemlərin həllində yalnız onu hədəf seçmək əxlaq deqradasiyası kimi anlaşılar. Çünki onun da bizdən umduğu, bizdən gözlədiyi ciddi nəsnələr var. O nəsnələrin ən ümdəsini arxa cəbhədə informasiya təhlükəsizliyi kimi xarakterizə etməkdə və qabartmaqda fayda görürəm. Ölkə prezidenti, Ali Baş Komandanın orduya davamlı diqqət və qayğısı, müdafiə nazirinin ənənəvi səngər həyatı ilə müşayiət olunan fədakarlığı fonunda biz az qala foto-albom, nekroloq səviyyəsində, baş girləmək kimi anlaşılan media taqımımızla səhra çıxışındayıq. Bəri başdan xəbərdarlıq edirəm, bizə soyuq müharibənin daha dəhşətli uğursuzluğunu tanıdanlar məlumatla informasiya anlayışları arasındakı fərqi tanımayanlar olacaq. Belələrini zamanında informasiya mətbəxinə “qab-qacaq yumağa, çörək doğramağa” göndərməsək, sonradan onların cansız cəsədi də öz həqiqi simasını gizlədəcək, Azərbaycan əsgərinin qəhrəmanlığına şərik çıxacaq. Çünki döyüş meydanlarında qorxudan ürəyi partlayıb ölənlərin də nəşi qalır… Müəllif: İbrahim Rüstəmli
Düşüncələrimlə üst-üstə düşən atamın məsləhətləri, bir də çoxdankı olsa da babat görünən çemodanı ilə evdən çıxanda balaca bardağa doldurduğu suyu anam arxamca atdı. Yaxşıca, dərindən təhsil alacağam, əc-nəbi dildə danışmağı öyrənəcəyəm, həm məişət mövzusunda, həm də ixtisasım, sahəm üzrə. Bir də yataqxa-nadakı otaq yoldaşımın yuxarı kursun yaxşı oxuyan tələbəsi düşməsini istəyirdim. Universitetdə ilk dəfə otağa girəndə tələbələrimizin hamısını gözdən keçirdim. Oturmağa boş yerlər var-dı. Qapı tərəfdəki sırada , orta skamyada sakitcə əyləşib uşaqlara diqqətlə baxan oğlanın yanını münasib seç-dim. Yandan ehmalca qıza baxdım, o qıza ki, qapıdan girəndə göydən enmiş mələk kimi gözümə dəymişdi. O kimsəyə baxmırdı. Bəlkə də düz eləyirdi, o hara qalanları hara. Mühazirədə anlamadığım, yüzdən çox tələbənin qarşısında sual verməyi həqarət sandığım məqamı otaq yoldaşımdan soruşdum. Orta səviyyəli yuxarı kurs tələbəsinə bu heç də çətin olmamalıydı, fikrimcə. O isə cavab vermək istəmədi. Sir-sifətini turşutdu, sanki demək istədi ki, bir daha dərsə aid sual verməyim. Olsun, dərsə da-ha çiddi yanaşmağı hədəfə götürdüm. Tanımadığına ümid bağlamaq əminli iş deyilmiş. Olsun, fəqət o maneçi-lik törətmir, ziyanvuran deyil, bu özü bəsimdi. Baxmayaraq ki, ilk günlərdə əcnəbi dilindən də köməyinə ümid-li idim. Fikrimdə dərslərlə yanaşı o da özünə yer eləmişdi. Ona baxmaq könlümdən keçirdi, gözaltı da olsa. Ya-nında oturan qız S. riyaziyyata aid tez-tez məndən soruşurdu, bəzən evə verilənləri onunçün həll etməyimə işarə vururdu. Qrupumuzda riyaziyyatı əməlli başlı bilən bəlkə də yox idi. Bu səbəbdən köməyimi əsirgəmirdim, fəqət üzündəki, alnındakı xallar gözümə dəyəndə ürəyim… nə isə xoş olmurdu. Onu özümdən uzaqlaşdırmağa bəhanə axtarırdım. Ev tapşırığına görə tənəffüsdə, ya da dərsdən sonra yaxınlaşırdı. Bəzən onunla eyni skam-yada əyləşən M. də gəlirdi, fəqət aralıda dayanırdı. Ağlıma gəldi ki, S. ilə belə yaxınlıq M.-i görməyimə bəha-nə, vəsilə, imkan ola bilər. Bir bəhanə də özüm tapdım, guya mühazirələri yazmağı çatdıra bilmirəm. S.-in mü-hazirə dəftərini istəyirdim. Mənə alıb qaytarmaq gərək idi, onlara yaxınlaşmaq xatirinə. Aydın oldu ki, o da çat-dıra bilmədiyindən M-dən dəftərini alıb köçürürmüş. Sonra da öz dəftərini mənə verirdi. Bir bəhanə də düşün-düm, onun xətti əyri-üyrü olduğundan oxumağa çətinlik çəkirəm. Mənim adımdan xahiş eləsin, M. dəftərini mənə versin. Etiraz olmadı. Demə, M. də riyaziyyatdan zəif imiş, S.-ə həll elədiklərim ev tapşırıqlarını ondan alırmış. Dəftəri hərdən M.-in özünə qaytaranda mənə qarşı pis nəsə duymurdum. Onlara rəsmxətt tapşırıq-larını da çəkmək ağır gəlirdi. S. soruşurdu, başa salırdım, çəkib göstərirdim. Rəfiqəsi M. də onun arxasından baxırdı, eşidirdi, öyrənirdi, fəqət soruşmurdu. Belə günlərin birində mən ona baxanda baxışlarımız toqquşdu və o bir addım geri çəkildi. Düşündüm ki, bircə səhvə, yəni xoşuna gəlməyən sözə, yaxud hərəkətə görə o birdə-fəlik məndən uzaqlaşar. Fikrim dəsrdə, gözüm onda qalırdı. Nə gizlədim, bəzən elə fikrim də onda idi. Necə deyim ki, düz çıxsın? Keçmişə dair filmlərdəki kral qızlarına, şahzadələrə bənzəyirdi. Dərisi ağappaq, qar kimi. İri xurmayı gözlərində sükut, təmkin vardı. Danışanda əsla tələsmirdi, handa bir sözləri seçirdi, handa bir paltar geyinirdi. Əllərinin, başının hərəkəti rəvan. Bəs mən? Mən… bilmirəm. Fəqət mənim də üstünlüyüm vardı, riyaziyyat və rəsmxətt. Dərslər bitəndə tədris binasından çıxarkən S. ilə rəfiqəsinin birgə getdiyini gördüm. Onların arxasınca ad-dımladım, xeyli aralıda, ixtiyarsız. Onlar hara, mən də ora. M-in hökumət işçilərinin binasında yaşadığı aydınlaş-dı. Qonşu kənddən olan tanışımla rastlaşdım, başqa universitetdə oxuyurdu, yuxarı kursda. Yay tətilinə iş tapıb, geçə qarovulçusu. Oturacaq iri binanın mühafizə otağında, mərtəbələrdə baş verənləri qarşısındakı ekranlarda müşahidə eləyəcək. Hərdən mərtəbələri gəzəcək. İşdi, hadisə baş versə təcili polisə zəng vuracaq. Növbəni tək çəkməyəcək, bu da vacibdi. Ağlıma fikir gəldi, xahiş elədim ki, öyrənsin, mənə də yer tapılarmı? Tapıldı, digər idarədə. Anama xəbər göndərdim, gələ bilməyəcəyəm, iş tapmışam. İş ağır deyildi, sadəcə təzə-likcə səhərədək yuxusuz qalmağa alışa bilmirdim, gözlərim yumulurdu. İkinci kursa təzə köynəkdə, şalvarda, ayaqqabıda yollandım. Hə, əlimdə də portfel. Saç düzümüm də təzə dəbə uyğun. Danışığımı da dəyişirdim, şəhərlisayağı danışmağa çalışırdım. İş vaxtı dinməzcə, ağzımın içində məşq elə-yirdim, kənd sözləri əvəzinə şəhər sözləri işlətməyi. Küçədə də, boş olanda da. Ləhcəmi dəyişirdim. Hərdən alı-nırdı, hərdən yox. Alınmayanları təkidlə təkrarlayırdım, bezmədən, təkrar-təkrar. İşi əldən buraxmadım. Həftədə iki gecə növbə çəkmək nədi ki? Yatmamağa alışmışdım. Payızın ortası kostyum, qışın əvvəli palto, papaq aldım, sonra da boğazlı çəkmə. Maaşımla, təqaüdlə əməlli-başlı dolanırdım. Kənddən köməyə ehtiyac aradan qalxdı. Riyaziyyatı və rəsmxəti ikinci kursda da keçdik. Bu dərslər mənimçün ən sevimlisi idi. Hamıdan yaxşı bi-lirdim. M.-ə yaxından baxmağıma, hərdən bir kəlmə də olsa danışmağıma yeganə vəsilə bunlardı. İsti havada geyindiyi paltarda daha cazibədar göründüyündənmi dərsdən sonra arxasınca düşdüm. Xeyli aralı addımlasam da onu bütövlükdə görməyə çalışırdım. Gözəlliyinin cazibə qüvvəsi məni çəksə də məsafəni saxlamağın öhdəsindən gəlməyi bacarırdım. Evlərinə az qalıdırdı, mən də geri dönməyə köklənirdim. Qəflətən adamların arasından çıxan cavan kişi onun qarşısında peyda oldu. Qısa söhbətdən sonra birgə yan küçəyə dön-dülər. Mən də onların ardınca. Bu intelligent cavan kişi kimdi? Kİm ola bilər? Hara gedirlər? Onlar çoxmərtəbəli yaşayış binasına girəndə çaşdım. Binanın həyətindəki bağçada əyləşdim. Gözlərimi giriş qapısından çəkmədən saatdan artıq gözləyib yataqxanaya döndüm. Səhər həvəslə yox, əzgin, tamam sakitləşməmiş əhvalda universitetə yollandım. Otağa girəndə gözlə-rim onu axtarsa da, fəqət daxilən pis hislərlə, düşüncələrlə ona baxdım. Özümü ələ almışdım, pis olanları içim-də saxlamışdım, üzdə rəvanlığımı qoruyurdum. Onun üzündə fərqli nəsə tuta bilmədim. Guya dünən kişi ilə çoxmərtəbəli binaya girən bu deyilmiş. Riyaziyyatda, rəsmxətdə köməyimi dayandırdım, mühazirə dəftərini almadım. S.-in mənə acığı tutdu, başını və gözlərini qaldırıb acıqla soruşdu: – Sənə nə olub eee? Son günlərdə dediyimi təkrarladım: – İşim var, getməliyəm. Günlər ötmüşdü, hirsim yatmışdı. Köməyimi eləyirdim, mühazirə dəftətini alırdım, fəqət öncəki kimi yox, içimdə az da olsa soyuqluq qalırdı. Hirsim tamam soyuyanda, günəşli gündə arxasınca baxa-baxa getdim. Görəsən o cavan yenə M.-i o hündür evə aparacaqmı? Yaxud təzəsi onu qarşılayacaqmı? Haqlı imişəm, təzəsi onu başqa yerə apardı. Körpə arabası sürən gənc qadın M. ilə qısa söhbət elədi. M. körpəyə baxdı, birgə astaca getdilər. Fəvvarəli bağın qoşa, enli, yaşıl budaqları altındakı skamyada rahatlandılar. Danışıb gülümsəyirdilər. Hərdən də körpəyə baxırdılar. Burada dayanmağıma səbəb görmədiyimdən aralandım. Bağdan çıxarkən böy-numu burub geri baxanda yanlarında kişi vardı. Qayıdıb baxdım. Həmin o cavan idi, M.-i çoxmərtəbəli evə aparan. Bayramı kənddə keçirməyə burnumun ucu göynəyirdi. Ata evinə əlidolu girmək necə də qürurverici imiş. Toyuq-cücəyə dən səpən anam məni görcək ovcundakıları cəld onlara atıb əllərini çırpdı, gülümsəyərək qollarını açıb: – Mənim balam, üzünü görək,-deyərək iti addımlarla üstümə yeridi, amma qucaqlamadı, fərəhlə üzümə, üst-başıma baxdı,- Allah saxlasın, səni bizə çox görməsin. Amin. Əndişədə qalmayasan. Anam əllərini yuyub paltarını dəyişənədək mən gətirdiklərimi bir-bir eyvandakı masaya düzdüm. O məni bağrına basıb yanaqlarımdan öpdü. Kətənin qırağından çıqqan qoparıb ağzına qoydu və duyğulandı: – Övlad çörəyi yemək mənə qismət oldu, çox şükür, -gözləri doldu,- o gün olaydı yanında ismətli gəlinimi görəydim, sənin kimi qəşəng nəvəmi qucağıma alaydım, bağrıma basaydım, gözlərindən öpəydim. Utandığımdan qızardım, başımı salladım. Əyilib özünü şalvarıma sürtən pişiyimizin başını tumarladım. Anam ağzındakını yedi: – Çox dadlıdı, ağzın şirin olsun. Hamısından süfrəyə düzəcəm. Axşamçağı atan suqovuşandan qayıdacaq, bir azdan bacı-qardaşların gələr. Yeyəcəklər, sevinəcəklər. Uşaqlar gəldi, qucaqlaşıb öpüşdük. Atam da tez qayıtdı, məni qolları arasına aldı. Göy qurşağıkimi çox-rəngli quyruğu olan iri xoruzu kəsdi. Anam ən çox xoşladığım çığırtma xörəyini bişirdi. Yuxumuz ərşə çəkilmişdi, gecə yarıyadək söhbətimiz bitmək bilmirdi. Kənddə qaldığım iki gündə həyət-bacada əl-ayaq eləməyə imkan verilmədi. – Oralarda nələr yediyindən xəbərsizəm,- deyən anam yalnız ləzzətlə yediklərim xörəkləri süfrəyə gəti-rirdi. Evdən çıxmağa hazırlaşırdım. Böyüyən göz yaşı damlaları ağırlıqdan kipriyindən qopub yanağına düşən anam məni qucaqlayıb alnını sinəmə dirədi. Mən də onun kürəyini qollarım arasına alıb daranmamış saçla-rından öpdüm. Paltarımı dəyişdim. Ayna qarşısında dayanıb saçlarıma daraq çəkdim, saçdüzümü yaratdım. Anam mənə göz qoyurdu. Yola salanda arxamca atmağa bardağa su tökdü. Biz qapıya sarı qoşa addımlayanda: –Kəndimizdə nə çoxdu gözəl-göyçək, alyanaq, çatmaqaş qızlarımız,- anam rahatsızcasına dedi,- bizim ocağımıza sinəsini, budunu çöldə qoyan qız yaraşmaz. Gözəl balama belələri nə qədər baxsa da balam onlara məhəl qoymaz, bilirəm. Bunu elə rahatsızlıqla, həyəcanla dedi ki, bu halda onu hələm-hələm görməmişdim. Bəlkə şəhər oğ-lanları kimi geyindiyimdənmi dedi? Saç düzümüm ona qəribə göründüyündənmi? Doğrusu, M.-in handa bir paltar geydiyini görürdümsə, fəqət gödək-uzunluğuna göz qoymamışdım. Onun xanımlığı gözlərimi tutmuşdu. Bəlkə bu səbəbdənmi? Buna baxmağımsa gərəkdi. Göz qoydum. Yuxarısı da, aşağısı da örtülü geyinirdi. Hətta, yayın cırhacırında belə tam qolsuz nəsə geyinmirdi, qısaca da olsa qollu idi. Diqqət yetirdim, qolsuz geyinənlərin çiyni yanırdı, dərisi soyulurdu. M. bəzən bəzək əşyaları da taxırdı, handa birini, bayram günlərində. Qızlarımızda fərqli, təzə nəsə olanda necəsə nəzərə çarpdırırdılr. M. isə üs-tünlüklərini diqqətə yetirməyə can atmırdı. Açığı, məmnunluq… Nədənsə bəziləri düşünür ki, vəzifəlilərin hər birinin, yaxud böyük qisminin qızı…abırsız …geyinir. Nədən? Əsas binaya girəndə əlaçıların şəkli asılmış iri lövhənin önündə rəfiqələri gördüm. Şəkillər təzələnmişdi, mənimki də orada vardı. Onlar şəklimin önündə dayanıb danışırdılar. Vaxt tapıb şəkillərə baxaram fikri ilə uzaq-laşdım. Bundan sonra dərslərə dair M. də ara-sıra mənə qısaca müraciət eləyirdi. Mən də cavabımı qısa deyir-dim ki, hürkütməyim, bezdirməyim. Yuxarı kurslarda da hər ikisi soruşurdu, kömək istəyirdi. Mühəndislik ixti-sasının dərsləri ağır idi. Demək olar ki, hər birində də riyaziyyatsız, rəsmxətsiz, daha nələrsiz keçinmək müm-kün deyildi. Paltarımla, saç düzümümlə yanaşı danışığıma, ləhcəmə, əl-ayaq hərəkətlərimə görə artıq xeyli fərqlə-nirdim şəhərdəki ilk günlərimdəkindən. Yox, şişirtmirəm, fərq vardı, həqiqi sözümdü. Onun arxasınca düşən gözəgəlimli oğlan ortaya çıxdı. Arxadan güddüm. Universitet binasından arala-nanda oğlan yaxınlaşıb nəsə deyirdi. Mən eşitməyə can atsam da xeyri yox idi. M. susurdumu? Nəsə deyir-dimi? Arxadan görə bilmirdim. Gördüyüm bu idi ki, M. üzünü ona çevirmirdi. Neçə gün ötdü, universiteti-mizdən olmayan həmin oğlan çıxacağın lap kandarında durmuşdu, yəqin M. diqqətindən yayınmasın. Qız qon-şu küçəyə keçəndə oğlan yaxınlaşıb üzünü ona çevirdi, yəqin danışmağa başladı. O evə çathaçatadək oğlan deyirdi nəsə, hər halda üzünü qızdan çəkmirdi. Bir dəfə də olsa ona sarı başını döndərməyən M. həyətə daxil olanda oğlan ayaq saxladı. Arxasınca bir qədər baxıb geri qayıtdi və daha gəlmədi. İş yerində dərs oxumağa, əcnəbi dil öyrənməyə imkan vardı, fəqət qoruduğu obyektdən işçinin diqqətini yayındırması təlimatla qadağan idi. Bir məqam xeyrimə həll edildi. Mən məzuniyyətə çıxarkən işçimizin ailə-sində nəsə baş verdi. O işə çıxa bilməyəcəyindən əvəzinə mənim çıxmağımçün aramızda razılaşdıq. Əsas razılığı rəis verməli idi. O izin verdi, mən əlavə qazandım. Əlaçılıq təqaüdü, maaş, bədxərcliyə yol verməməyim, təsa-düfi gəlir. Hə, xeyli pul yığılmışdı, banka qoyurdum, üstünə faiz gəlirdi, azacıq da olsa. S.-in mənə münasibəti isti idi, üzümə gülümsəyirdi, şirin yanaşırdı. Dilimə gətirdiyim hər nəyisə canla-başla yerinə yetirirdi. Çəkildiyi ölkədə böyük uğurla nümayiş etdirilmiş geniş ekranlı, rəngli və iki seriyalı bədii filmin yaxın günlərdə şəhərimizin kino-teatrlarında göstəriləcəyini xəbərləyən S. iki bilet tapmağımı istədi. Bu nədi? Filmə mənimlə baxmaq istəyirmi? M.eşidib bilsə haqqımda nə düşünər ? Sözsüz ki, bunu M.-ə danışacaq. Susub ona baxdım. – Aaa, rəfiqəmlə birgə baxmaq istəyirəm dəəə. Bəs sən necə başa düşdün? Pulunu verəcəyəm, təqaüdü-mü alanda. Birinci dəfə ərk elədim, yazıq uşaq pis hala düşdü, -deyərək S. ağız büzdü. Ürəyim yerinə gəldi. Vəziyyətdən çıxmağı bacardım: – Pul problem deyil. Çətin olacaq, bilmirəm, ala bilərəmmi? –Çalışsan taparsan. Oğul deyilsəəən? Bizi sevindirməyəcəksəəən? Ertəsi günü S. bileti xatırladanda dedim ki, hələ tapmamışam. Filmi həftəboyu göstərəcəklər, taparam. –Bilet üç olsa necə,- ona sual verdim. Xırda gözlərini təəccübdən iri açan S. də mənə sual verdi: – Bıy, buna bax eee. Bizimlə getmək istəyirsəəən? Gözlərimi qırpmaqla “ hə” deyəndə az qala məni bağrına basacaqdı. Həyəcanlandı: – Hə, hə, hə. – Bəs rəfiqən necə? Etiraz etməzmi? – Aaaa, niyə ki,-soruşub yumru burnunu çəkdi, – o sənin haqqında pis söz demir. Necə də xoş idi bunu eşitmək. Bəxtəvər anlar yaşadım içimdə, üzümdəki rahatsızlıqsa qalmışdı. Biletləri S.-ə verəndə dedim ki, onlara məndən hədiyyədir. O sevinirdi, çox sevinirdi. Kino-teatr binasına gedəndə S. yanımca addımlayırdı və gülümsəyərək gözlərini məndən çəkmirdi. Elə hey danışırdı. M. isə rəfiqəsi tərəfdə idi. Binanın birinci mərtəbəsindəki kafedə onları qəlyanaltına qonaq elə-mək fikri peyda olsa da dərhal özümdən uzaqlaşdırdım. M. ilə bir masa arxasında yeməyə cəsarətim çatmadı, birdən elə yemərəm, o da görər. Onları dondurmaya qonaq elədim. Təsirli çəkilmiş film iki gəncin məhəbbətindən bəhs edirdi. Kübar ailənin oğlu təsadüfən rastlaşdığı sa-də qıza vurulur. Qız onun səmimiyyətinə inana bilmir, aralarındakı fərqə görə. Oğlansa məhəbbətindən qətiy-yən əllərini üzmək istəmir. Uzun zaman kəsiyində, çətinliklə də olsa qızı səmimiyyətinə inandırmağı bacarır. Bu dəfə oğlanın valideynləri heç vəchlə onların evlənmələri fikri ilə barışmır. Gənclər qoşulub uzaq şəhərə yolla-nırlar. Bax belə. Film bitəndə ayrılıb yataqxanaya gedəcəkdim, gecə işdə olmalı, növbə çəkməli idim. S. onun rəfiqəsini bir-gə ötürməyi dedi. M.-ə baxdım, etiraz hiss eləmədiyimdən onlara qoşuldum. Yolboyu filmin müzakirəsini apar-dıq. S. filmdə cərəyan edən hadisələri sadəcə ardıcıllırla sadalayırdı. M. bəzən ehmalca mənə baxdığından cə-sarətlənib ona sual verdim. –Düşünürəm ki, valideynlərin məsləhəti nəzərə alınmalıdır, səhvə yol verməmək, aldanmamaq məqsə-diylə. Lakin gənclərin ailə qurmaq istəyinə hörmətlə yanaşılması başlıcadır. Cavabını söyləyib o da məndən filmdəki bir məqama dair soruşdu. Sevgi ilə evlənməyə üstünlük vermək cavabım onu qane elədi. M.-in həyəti qarşısında ona, həm də S.-ə “sağ ol”deyib ayrılmaq üçün dönüb ad-dım atmaq istədim. S. gözlərimin içinə incikli baxmaqdan ötrü başını xeyli qaldırdı: – Aaa, bəs məniii? Məni ötürməyəcəksəəən? – İşim çoxdu, yataqxanaya qayıtmalıyam. –Mənimlə gəzməyə utanırsaaan ? – Vacib işim var, başa düş. Onun hirsli baxışına məhəl qoymadan təkrar “sağ ol” deyib ayrıldım. Hə, məncə aydınlaşdı. Deməli, onu evlərinədək ötürməyim olubmuş məqsədi. M.-i birgə ötürməyimizsə bəhanə imiş. S. məndən yenə küsdü. M. ilə salamlaşmağımız, qısa söhbətlərimiz görünür onda qısqanclıq oyatdığın-dan bir neçə günlüyə dözə bildi. M.-in mənə münasibəti pis deyildi, amma indi də rahatsız edən digər məqam ortaya çıxdı. Atam suqovu-şanda əyni kombinezonlu texnikdi. Anamın günü-güzəranı həyət-bacada ev quşlarının, heyvanlarının arasında keçir. Necə olacaq? “Hə” deyəcəkmi? Fərz edim ki, dedi. Bəs valideynləri? Nədənsə əvvəllər bu haqda düşün-məmişdim. Rəfiqələr kurs layihələrini də təkcə işləməyi bacarmırdılar. Bu dəfə vəziyyət bam-başqa idi. Onların layi-hələri fərqli olduğundan sualları da ayrı idi, hər qız özü verirdi. Biz danışmalı olsaq da onu hürkütməməyə ça-lışırdım, üzünə az baxırdım, cavabım qısa və aydın olurdu. Yataqxanada işgüzar ogullar varmış. Sifariş götürürlər, dəstədə birləşib layihə üzərində işləyirlər, qazanır-lar. Birinin başçısı məni söhbətə tutdu. Söylədim ki, kurs layihələri üzərində çalışarkən mütəxəssislər üçün yazılmış kitablardan, məlumat kitabçalarından da faydalanıram. Əcnəbi dili nə qədərsə bilirəm, bilmədiklərimi də lüğətlərdən tapıram. Məni layihəyə cəlb elədi, sağ olsun. Qarşıda xeyir iş gözləyirdim, pul gərək olacaq. S. yaydı ki, M.-ə elçi gəlib, oğlan yuxarı ailədəndi, anası tərəfin qohumlarındandı. Ana razı, ata razı. Hə, məsələ bitəcək. Bir ay ərzində təkidlə gəldilər. Qızsa “yox” deyib dururmuş. Uşaqlarımız müzakirə açdı. Bəlkə kiməsə “hə” cavabı verib? Yəqin ürəyində tutduğu var. Fikir məni götürdü. Eləsinə “yox” deyən qız məni kimi-sinə nə deyəcək? Hərdən göydə uçduğum bəsdir, bir dəfəlik yerə enmək vaxtı çatdı. Qadınlar bayramı yaxınlaşırdı. Qızlarımıza hədiyyə almağa qrup nümayəndəmiz gizlicə oğlanlardan pul toplayırdı, həmişəki kimi. Fasilədə S. nazlı-qəmzəli baxışla mənə yanaşdı: – Xəbərimiz var bayrama oğlanlarımızın hazırlaşmasından. Mənə sənin hədiyyən bəs edər. Bunu gözləmirdim. Qəflətən deyilənə nə cavab verim? Ağlıma gələni dedim: – Düzələr, lap ikisi. O xırda gözlərini süzüb razı halda aralandı. Paketi ona gizlicə verib: – Təbrik edirəm, səni də, ayrılmaz rəfiqəni də,-deyəndə o razılıqla gülümsədi və həm özünün, həm də rəfiqəsinin adından minnətdarlıq bildirib aldı. Mənə xoş olan, çox xoş məqam dərs bitəndə baş verdi. Necə oldusa M. hədiyyəyə görə təşəkkürünü təklikdə bildirdi mənə, zərif gülüşlə. Açığı, bunu gözləmirdim. Bu da onun mənə hədiyyəsi oldu, qat-qat də-yərlisi. O dərəcədə ürəklənmişdim ki, sabahı universitetdən çıxarkən S.-in ondan ayrıldığnı görcək dərhal özüm yaxınlaşdım. Qapılarınadək söhbətləşdik. Xoşagəlməz nəsə nəzərimə çarpmadı, fəqət hərdən zərif gülüşünü görürdüm. Layihədə işləməyə axşamdan xeyli ötmüş gedirdim. Gecə yarıyadək çalışırdıq. Ortaya düyün çıxanda süb-hədək qalırdıq. Səhər açılanadək rahatlıqla yoldaşlarla qalırdım. Yuxu rejimim dəyişmişdi. Universitetdən qayı-danda yeyib yatırdım, köməyi vardı. Tapşırıqları yerinə yetirirdim. Mənə elə də mürəkkəb şey verilmirdi. Öh-dəsindən gəldikcə tədricən mürəkkəbləşdirirdilər. İşimi görüb otağıma qaçmırdım. Layihənin mürəkkəb hissə-sini görənlərin necə işlədiyini izləyirdim. Dəstəmizdə kənardan gələn mühəndislər də vardı . İzlədiyim məqam-da onlarda da düyün peyda olurdu. Belə hadisə baş verdi. Təklifləri eşidəndə işində düyün yaranmış mühəndis düşünürdüsə də “hə”, “yox” demirdi. Layihəçi mühəndislər üçün yazılmış kitabda rast gəldiyimi dedim. O mə-həl qoymadı. Məncə haqlı idim. Tənbəllik eləmədim, liftimiz təmirə dayansa da doqquz mərtəbəni düşüb qalx-dım. Kitabın lazımi səhifəsini açıb onun qarşısına qoydum. Mühəndis səhifəni başdan oxumağa başlayanda barmağımla gərəkli yeri göstərdim. Diqqətlə oxudu: – Bizə gərəkli budu, hə, bu yarıyar,-dedi,-bu oğlanın yükünü ağırlaşdıra bilərik. İşimi ağırlaşdırdılar, öhdəsindən gəlirdim. Əməkhaqqım da ağırlaşdı. Geyinıb kecinməyimlə imkanlı ailə uşaqlarından fərqlənmirdim. Danışığım, hərəkətlərim də şəhər uşaq-larınınkına oxşayırdı. Bəlkə də şəhərli oğlan demək olardı mənə. S. gülümsəmədən mənə baxa bilmirdi. Şoko-ladlı konfeti mənə verəndə xoşbəxtcəsinə dedi ki, kiçik bacısına nişan taxılıb, bu da onun şirnisidir. Baxdı göz-lərimin içinə, məndən nəsə umurmuş kimi. Təbrik elədim. Deməyə digər sözüm yox idi. Küskün halda ayrıldı. Neçə gün mənə tərəf baxmadı. Yaraşıqlı yekəpər oğlan qapıda dayanıb dərs otağımızda kimisə axtardı. Baxışı M.-in üstündə dayandı. Tamaşaya gəlmişdi, içəri girmədi. Yekəpər növbəti fasilədə də gəldi. Qapıda gözləsə də M. koridora çıxmadı. Qoşasaat məşğələ dərsimiz bitdi. Mühazirə zalına gedərkən oğlan koridorda yaxınlaşıb qıza nəsə deyirdi. M. ona əhəmiyyət vermirdi. O, dərsdən sonra küçədə qızdan əl çəkmədi. Qız bir dəfə də ona tərəf baxmadı. Oğlan həyətlərinədək onunla qoşa addımladı. Dərsdən sonra daha bir neçə dəfə M. ilə küçədə söhbətə can atdı. Heç nə alınmadı. Yay tətilində evləri tərəfdə hərdən gəzişsəm də onu görə bilmədim. Mövsüm paltarları yarmarkasında rastlaşanda yanında qızcığaz vardı. M. qaralmışdısa da gözəlliyini itirməmişdi, bəlkə də qaydasında qaraldığın-dan. Bir də ki, o, yay paltarında daha gözəl, cazibədar olur. Bu heç deyiləsi deyil. Təzəcə istirahətdən gəlib-lərmiş. Deməyinə ehtiyac qalmırdı, güneydə olublar. Xeyli gəzdik, baxdıq. Bəyəndiyim köynək M.-in də zövqunə uyğun çıxdı. Klassik rəssamların əsərlərindən söhbət saldım, xoşlayırmış. İncəsənət muzeyində açılmış belə əsərlərin sərgisinə dəvət elədim. Duruxdu. – Əsərlərin orijinalı şəhərimizə gətirilib, belə imkanın növbəti dəfə neçə ildən sonra yaranacağı bilin-mir,- deyəndə o sınayıcı baxışla gözlərimin içinə baxdı. Artıq danışmaq istəmədim, səbirlə gözlədim. Nəhayət: – Doğrudu, gözəl imkandı,- deyib razılaşdı. Necə də gözəl, xoşbəxt gün idi. Birlikdə nadir əsərlərə tamaşa elədik, nahara kafeyə getdik. İşlədiyimi universitetdə kimsə bilmirdi, otağımıza göndərilmiş təzə oğlandan rica etmişdim, üstəlik də hərdən xatırladırdım. Soruşanda dərslərinə köməklik göstərirdim. O da dilini saxlayacağına məni əmin edirdi. Axşamdan səhərədək xidmət növbəsini çəkmək məşuliyyətli iş olsa da çətin deyildi. Yayda sərin, qışda isti otaqda yumşaq stulda əyləşib ekranlara baxmaqla binanı nəzarətdə saxlamaq nədırki? Bəzən iş yoldaşım, bəzən də özüm binada gəzişirdik. Dərslərə də hazırlaşmaq olardı, dil də öyrənmək mümkün idi. Fəqət təlimata görə işçinin fikrini yayındıran nələrsə etməyə icazə verilmədiyindən kitab-dəftər açmırdım. Təlimat öz yerində, fikrimin işdən yayındığı da az olmurdu, bunu təkcə özüm bilirdim. Bilərəkdən eləmirdim. Gözüm ekranlarda olsa da xəyalım qanad açırdı M.-in yanına. Rəfiqəsinin M.-ə elçi gəldiyini xəbərləməsi keyfimi pozdu. Valideynlərinin ona təkidlə təsir göstərməsi isə ümidimi heçə endirirdi. Yuxarı kursdayıq, imkanı olanlar nişanlanır. Sonda valideynlərin dediyi olacağına inandığından elçilər ayaq kəsmirdi. M.-in ilk gündən razılıq vermədiyini eşitmişdim. Onun sözündən dönmə-diyini biləndə ürəyim yerinə gəldi. Universitet binasından aralıda ona yaxınlaşdım. Bu bəslənən gözələ hündür boylu deyilsə də, mən on-dan uca idim. Buna da ilk dəfə fikir verdim. Nə kök idi, nə də arıq, elə mənim kimi. Rəvan və sərbəst danışırdı, özümə qarşı artıq nəsə hiss, həyəcan duymadım. Güldürməyə cəhd göstərdim. Xumar baxışlarıyla məni süzüb gülümsədi və xoş sözlər söylədi. Mən də onun dediklərinə gülümsədim. Beləcə qapılarınadək getdik. Məni rahatsız edən qəlbimi necə açacadım və böyük ehtimalla “yox” eşidəcəyim haqda idi. İnamsızlıq, şübhələr… Doğum günü dərsdən sonra S. ondan aralananda mən ürəklə yaxınlaşdım. Baxıb yüngülcə xoş gü-lümsədi. Təbrik elədim, münnətdarlıq bildirdi. Hədiyyəmi təqdim etdim, götürmədi. Söylədim ki, şəxsən onun üçün sifariş verilib. Ona bir addım da yaxınlaşdım. Pəncərədən müğənninin səsi zəif gəldi, ürəkdən oxuyurdu: Bu gələn yar olaydı, Əlində nar olaydı, İkimiz bir köynəkdə, Yaxası dar olaydı. Mən təsirlənib gözucu ona baxdım. İlk dəfə qollarımız toxundu. Onun üz-gözündə dəyişiklik hiss eləmə-dim, sanki nəsə eşitməmişdi və qollarımız toxunmamışdı. Bir qədər cəsarətlənib qarşısında durdum: – Bu sənindir, götürməsən kimsəyə verilməyəcək,- deyib ona ciddi baxdım, canımda qorxu baş qaldır-mışdı. Cavabında M. təmkinlə, fəqət səmimiyyətlə baxdı və aldı: – Xoşdur belə diqqət. Daha da cəsarətlənib: – Tələbəlik illərində diqqətimdə təkcə sən olmusan,-deyəndə o, bu dəfə məni daha ciddiyətlə süzdü, – tələbəlikdən sonrakı illərdə də birlikdə olmağımızı arzulayıram. Cavan kişi yanımızda ayaq saxladı, bu başqası idi. M. onunla salamlaşıb bizi tanış elədi: – Bu mənim qardaşımdır,-ağ əli ilə onu göstərib adını dedi,- bu isə qrup yoldaşımdır,-adımı ilk dəfə onun dilindən eşitdim və əlini mənə tuşladı. Çaşqın hala düşdüm və sağollaşıb ayrıldım. Sonraya saxlamadım, sabahı dərsdən çıxanda aydınlaşdır-dım. Əla! Ancaq bu, məsələnin birinci yarısı idi. Daha ağırını, yəni ikinci yarısını aydınlaşdırmaq onun öhdəsinə düşdü. Xeyli vaxt aparsa da M. məsələni həll etməyi bacardı. Ailəmizdə söhbəti açdım. Anam şəhərli qızına evlənməyimin qətiyyən tərəfdarı deyildi. Atamsa şad idi: – Mənim oğlum qız seçimində səhvə yol verməz. Adət-ənənələrimizi bilir, ağıllı, düşüncəlidi. Şəhərdə ya-şayacaq, yanında özünə tay gəlini olmalıdı. Seçimi düzgün eləyib. Yumşalan anam: – Buy, qızı görməmiş elə bu başdan bəyəndin ki,-atama yüngülcə lağla güldü. Qızı görəndə anam xoşhallandı, təəccüblə xəbər aldi: – Ay oğul, sən bu qızı harda tapmısan? – Bir yerdə oxuyuruq, beş ildi. – Mən oğluma bələdəm, afərin,- atam deyib ürəkdən gülümsədi. Nişanlanmağımızdan xoşbəxt oldumsa da sonrası məşəqqətli günlər yaşamaq məcburiyyətində qaldıq. S. məni də, M.-ı də xain adlandırdı. Qızlarımızın əksəriyyəti M-ə rəfiqəsinin sevgilisinin oğrusu damğasını vur-du. Oğlanlar məni S.-ə xəyanətdə suçladı, guya qızı ümidli elədim, axırda da atdım. S.-ə qarşı bu cür münasi-bətimə görə qızlarımız da mənə tənə edirdi. Fəqət mənim belə fikrim olmamışdı, heç ağlıma da gəlməmişdi. Məgər S.-ə sevdiyimi söyləmişdimmi? Yaxud xoşuma gəldiyinə işarə vurmuşdummu? Sadəcə dərslərdə mən-dən kömək alırdı. S. isə ağladı ki, beş illik ən yaxın rəfiqəsi bəxtini oğurladı, bundan sonra kimsəyə inanmaq, etibar etmək olarmı? Nədənsə tələbələrimiz M.-i məndən qat-qat artıq təqsirləndirirdi. Mənsə illərcə gizlincə düşünürdüm ki, M. ilə bağlı qəlbimdən keçən bəlkə də baş tutdu. Ümidim az idi, çox az, amma hər halda vardı. Əgər varsa niyə də çalışmayım, cəhd göstərməyim? Çalışdım, düzgün də elədim. Bir-iki tələbə yoldaşımız bizi anladı. Təkcə birisi qulağıma pıçıldadı ki, bunların hamısı paxıllıqdandı. Dözülməz keçdi bir müddət. Nə yaxşı ki, tələbəlik dövrü tezliklə başa çatdı. Səadət sarayında keçən toyumuz bizi birdəfəlik qovuşdurdu, kimlərin nə deməsindən, düşünməsindən asılı olmayaraq. Atamla anam toya aldığım kostyumları geyinmişdi. Atam mənim bərbərimin əlindən keçdi. Anamı gözəllikxanadakı M.-in ustası dəyişmişdi. Toyumuz yaddaqalan idi, razı qalmışdıq. Biz toydan xoşbəxt-liyin qoşa qanadları kimi bizə hədiyyə edilmiş təzə mənzilimizə yollandıq, birgə həyata başlamaqdan ötrü. Noyabr, 2020.