Etiket arxivi: ZAUR USTAC

ZAUR USTAC BİR ŞEİR

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – KOROĞLU

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində

Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024 – Bakı.

Müəllif: Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

(“Sevgi dolu şeirlər” kitabı haqqında)

Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət  “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.

Kitab gözəl insan, əsl ziyalı  bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.

Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara  dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.

 Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı  hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…” 

Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…

 Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər –  filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər  və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.

Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən  biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və  təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək,  müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.

Filologiya elmləri doktoru, professor  Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi  Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü  tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.

Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.

Zaur Ustac demişkən:  “Sevin ki, seviləsiniz!”

Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):

070-356-71-26 (rayonlara poçtla çatdırılma var)

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ: 

  1. azertag.az ( archive.ph )
  2. edebiyyatqazeti.az ( archive.ph )
  3. az.baku-art.com ( archive.ph )
  4. tezadlar.az ( archive.ph )
  5. tehsil.biz ( archive.ph )
  6. xalqcebhesi.az ( archive.ph )
  7. beydemir.ru ( archive.ph )
  8. olaylar.az ( archive.ph )
  9. tehsil365.news ( archive.ph )

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Hər gün nəfdir!

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu.

Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu

24.01.2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində AYB-nin “Natəvan” zalında Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi baş tutub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğunda Azərbaycan – Özbəkistan arasındakı mövcud və genişlənməkdə olan mədəni əlaqələr üzrə maraqlı diskusiya şəraitində keçən tədbirdə həm özbəkistanlı, həm də azərbaycanlı yazarlar Xasiyyət Rüstəmin yaradıcılığı ilə barabər ümumi faydalı əməkdaşlıq kontekstində də yaddaqalan təkliflərlə çıxış ediblər. Hər iki tərəfdən alimlərin, yazarların, ictimaiyyət nümayəndələrinin, oxucuların iştitak etdiyi tədbirdə yazarlar adından xanım Xasiyyət Rüstəmə “Ziyadar” mükafatı, cənab Səlim Babullaoğluna isə “Kitab dünyası” qəzetinin Diplomu təqdim olunub. Bundan əlavə Azərbaycan – Özbəkistan mədəni əlaqələrin inkişafına göstərdiyi misilsiz xidmətlərinə görə azərbaycanlı tanınmış türkoloq alim Ramiz Əsgərə xüsusi hədiyyə verilib.

İki qardaş ölkənin yazarları bu tədbiri keçirməklə gözəl bir nümunə göstəriblər. Tədbirdən fotolar:

“Yazarlar” jurnalı

XASİYYƏT RÜSTƏMİN YAZILARI

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Daş oğul

DAŞ OĞUL
(esse)
Fəxri xiyabanın səssizliyi bəzən min kitabdan artıq danışır. Ağacların kölgəsi altında dayanan ağ mərmər heykəllər, üzərinə qoyulmuş qərənfillər, dua pıçıltıları və nisgilli baxışlar burada zamanın özünü də susmağa məcbur edir. Elə həmin səssizliyin içində bir mənzərə vardı ki, onu nə foto tam göstərə bilər, nə də söz tam ifadə edə bilərdi.
Bir tərəfdə daşlaşmış oğul dayanmışdı.
Digər tərəfdə isə ömrünün bütün baharlarını, yaylarını, payızlarını yaşamış bir ana…
Bu, adi görüş deyildi. Bu, torpaqla daşın, ömürlə xatirənin, analıqla əbədiyyətin görüşü idi.
Azərbaycanın böyük söz ustadı, xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə insanlar onun məzarını ziyarətə gəlmişdilər. Hər kəs öz ehtiramını ifadə edir, şairin misralarını xatırlayır, ruhuna dualar oxuyurdu. Ancaq həmin gün gələnlərin arasında elə bir qonaq vardı ki, onun varlığı bütün sözləri kölgədə qoyurdu.
Bu, şairin anası – Güllü ana idi.
Ana oğlunun heykəlinə baxırdı. Uzun-uzadı, səssiz-səmirsiz baxırdı. Sanki gözləri qarşısında duran mərmər heykəli deyil, bir zamanlar qucağında böyütdüyü körpəni görürdü. O körpəni ki, ilk addımlarını onun əlindən tutaraq atmışdı. O körpəni ki, sonralar sazın, sözün, elin-obanın sevimlisinə çevrilmişdi.
Daş oğul susurdu.
Ana isə ürəyində danışırdı.
Bəlkə də həmin an xatirələr bir-bir gözlərinin önündən keçirdi. Uşaqlıq çağları, ilk şeirlər, ilk uğurlar, ilk ayrılıqlar… Bəlkə də zaman geri qayıtmışdı və ana yenidən oğlunun saçlarını oxşayırdı xəyalında.
Sonra o, asta addımlarla heykələ yaxınlaşdı.
Dodaqlarında oğlunun misraları vardı:
“Baş yastığa gələndə…”
Bu misra artıq şeirdən çox ananın nəfəsinə çevrilmişdi. O, oğlunun dizinin dibində əyləşdi. Dünyanın ən böyük kitablarını yazanlardan birinin qarşısında oturdu. Və həmin anda elə bir kitab yazdı ki, onu heç bir nəşriyyat çap edə bilməz, heç bir kitabxana qoruyub saxlaya bilməz.
Bu kitab cəmi bir sözdən ibarət idi.
Bircə kəlmədən.
Ana ürəyinin, ömrünün, taleyinin, nisgilinin bütün yükünü bir sözə sığdırdı:
– Balam…
Bu söz nə müraciət idi, nə nida.
Bu söz bir ömrün xülasəsi idi.
O sözün içində laylalar vardı. Gecə yuxusuz qaldığı günlər vardı. Oğlunun sevincinə sevinən, dərdinə yanan illər vardı. O sözün içində həm ayrılıq, həm həsrət, həm də sonsuz məhəbbət yaşayırdı.
Daş oğul yenə susurdu.
Ancaq bəzən daşlar da danışır.
Bəzən heykəllər də cavab verir.
Bəzən bir xalqın yaddaşında yaşayan şairlər ölümün fövqünə yüksəlirlər.
Çünki söz adamları torpağa tapşırılsalar da, unudulmurlar.
Həmin gün Fəxri xiyabanda yalnız bir şair anılmırdı. Həmin gün analıq da ucalırdı. Ana sevgisinin zaman və ölüm qarşısında necə əbədi olduğunu göstərən müqəddəs bir səhnə yaşanırdı.
Ağaclar şahid idi.
Qərənfillər şahid idi.
Daş oğul şahid idi.
Və tarix də şahid oldu ki, dünyanın ən böyük kitabı bəzən yalnız bir sözdən ibarət olur:
– Balam…
21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – HESABAT-2023

ZAUR USTAC MƏTBUATDA  2023

  1. Zaur Ustac – “Bayraq bizim bayrağımız”, “Ədəbiyyat qəzeti”, 7  yanvar  2023-cü il,  say: 1  (5391), s.15.
  2. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2023,  say: 01 (25), s.3.
  3. Yusif Dirili, “Zaur Ustac”, “Yazarlar” jurnalı, yanvar – 2023,  say: 01 (25), s.5-13.
  4. “Mustafa Müseyiboğlu – 70” – Zaur Ustacın yaradıcılığı, “Yazarlar” jurnalı, yanvar – 2023,  say: 01 (25), s.14-47.
  5. Zaur Ustacın hesabatı, “Yazarlar” jurnalı, yanvar – 2023,  say:  01 (25), s.48-55.
  6. Nəzakət Eminqızı (Kərimova – Əhmədova) “Zaur Ustacın yaradıcılığı və “BB” kitabı haqqında”, “Carçı” jurnalı, Xüsusi buraxılış (yanvar)   say: 130,  2023. s.46-48.
  7. Zaur Ustac “Xudayar dastanı” (sonet çələngi), “Yurd” jurnalı, yanvar – 2023,  say: 01, s.46-48.
  8. Zaur Ustac, “75-in mübarək, Ramiz İsmayıl”, “Bütöv Azərbaycan” qəzeti, 3 fevral  2023-cü il,  say: 05 (481), s.10-12.
  9. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2023,  say: 02 (26), s.3.
  10. Zaur Ustac “Oriyentir ulduzu” (povest), “Yazarlar” jurnalı, fevral – 2023,  say: 02 (26), s.10-33.
  11. Əli bəy Azəri, “Zaur Ustac nasir kimi” (“BB” hekayəsi – böyük bir sahənin söz mənzərəsi), “Möhtəşəm Azərbaycan” qəzeti, 11 fevral – 2023,  say: 01-02 (135-136), s.7.
  12. Zaur Ustac, “Hər gün nəfdir”, “Möhtəşəm Azərbaycan” qəzeti, 11 fevral – 2023,  say: 01-02 (135-136), s.7.
  13. Zaur Ustac,  “Yetmiş beşin mübarək, Ramiz İsmayıl”, “Xəzan” jurnalı, fevral – 2023,  say: 02 (47), s.5-25.
  14. Zaur Ustac,  “Qarabağ sinəmdə açılan şırım” (Şair Budaq Təhməzin yaradıcılığı haqqında), “Xəzan” jurnalı, fevral – 2023,  say: 02 (47), s.70-81.
  15. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Mart – 2023,  say: 03 (27), s.3.
  16. Zaur Ustac “Ana dilim” (şeirlər), “Yazarlar” jurnalı, Mart – 2023,  say: 03 (27), s.53-55.
  17. Zaur Ustac, “Məhəmmədhüseyn Şəhriyar saytı yaradılıb”, “Bütöv  Azərbaycan” qəzeti, 07 aprel – 2023,  say: 14 (490), s.15.
  18. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Aprel – 2023,  say: 04 (28), s.3.
  19. Zaur Ustac “Əliş və Anna” (poema), “Yazarlar” jurnalı, Aprel – 2023,  say: 04 (28), s.39-87.
  20. “Baş redaktordan”, “Yazarlar” jurnalı, May – 2023,  say: 05 (29), s.3.
  21. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyun – 2023,  say: 06 (30), s.3.
  22. Zaur Ustac “İlham Qazaxlı ümumbəşəri şairdir” (İlham Qazaxlı-50), “Yazarlar” jurnalı, İyun – 2023,  say: 06 (30), s.14-17.
  23.  “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyul – 2023,  say: 07 (31), s.3.
  24. Zaur Ustac “Doğum günü hədiyyəsi” (hekayə), “Yazarlar” jurnalı, İyul – 2023,  say: 07 (31), s.20-22.
  25. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Avqust – 2023,  say: 08 (32), s.3.
  26. Zaur Ustac “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Yazarlar” jurnalı, Avqust – 2023,  say: 08 (32), s.48-49.
  27. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Sentyabr – 2023,  say: 09 (33), s.3.
  28. Zaur Ustac “Sənətin seçdiyi adam” (Şəhid Həmdəm Ağayevin doğum gününə), “Yazarlar” jurnalı, Sentyabr – 2023,  say: 09 (33), s.69-79.
  29. Zaur Ustac “Sənətin seçdiyi adam” (Şəhid Həmdəm Ağayevin doğum gününə), “Xəzan” jurnalı, Avqust-Sentyabr – 2023,  say: 07 (52), s.4-10.
  30. Zaur Ustac “Doğum günü hədiyyəsi” (hekayə), “Xəzan” jurnalı, Avqust-Sentyabr – 2023,  say: 07 (52), s.96.
  31. Zaur Ustac, “İlham Qazaxlı ümumbəşəri şairdir” (İlham Qazaxlı-50), “Xəzan” jurnalı, Avqust-Sentyabr – 2023,  say: 07 (52), s.111.
  32. “Müharibə şairləri” Zaur Ustac – “Dağlar” şeiri, “Xalq qəzeti”, 28 sentyabr  2023-cü il,  say: 210 (30326), s.12
  33. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Bütöv Azərbaycan” qəzeti, 29 sentyabr  2023-cü il,  say: 33 (509), s.14
  34. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Təzadlar” qəzeti, 3 oktyabr  2023-cü il,  say: 14 (2368), s.15
  35. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Oktyabr – 2023,  say: 10 (34), s.3
  36. Zaur Ustac “Tərəfsiz ədəbiyyat tarixdir” (58-ci yazı), “Yazarlar” jurnalı, Oktyabr – 2023,  say: 10 (34), s.31-38.
  37. Zaur Ustac “Sənətin seçdiyi adam” (Şəhid Həmdəm Ağayevin doğum gününə), “Hərbi And” qəzeti, 06 oktyabr – 2023,  say: 37 (998), s.12.
  38. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Həftə içi” qəzeti, 12-18  oktyabr  2023-cü il,  say: 37  (3503), s.7.
  39. Zaur Ustac, “Anam” (şeirlər), “525-ci qəzet”, 20 oktyabr  2023-cü il,  say: 190 (6238), s.15
  40. Zaur Ustac, “Xalqımın, ordumun ilhamı İlham!” (şeirlər), “Təzadlar” qəzeti, 31 oktyabr  2023-cü il,  say: 16 (2370), s.11.
  41. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Xəzan” jurnalı, oktyabr – 2023,  say: 08 (53), s.88-90.
  42. Zaur Ustac, “Ustacam” (şeirlər), “Xəzan” jurnalı, oktyabr – 2023,  say: 08 (53), s.73-75.
  43. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Noyabr – 2023,  say: 11 (35), s.3
  44. “Zaur Ustac Zəfər yolunda” (şeirlər), “Yazarlar” jurnalı, Noyabr – 2023,  say: 11 (35), s.38-58.
  45. “Zaur Ustac” (şeirlər), “Ədəbi ovqat” jurnalı, Noyabr – 2023,  say: 10, s.24-25
  46. Zaur Ustac, “Üç qardaş” (şeirlər), “Xəzan” jurnalı, noyabr – dekabr – 2023,  say: 09 (54), s.103 -105.
  47. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Dekabr – 2023,  say: 12 (36), s.3
  48. Pərvanə Fərhadqızı, “Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev haqqında kitab nəşr olunub – fotolar”, “Yazarlar” jurnalı, Dekabr – 2023,  say: 12 (36), s. 88 -92

*Davamı 2024-cü il siyahısında.

Antologiyalar – 2023.

  1. “Qəhrəman Şuşam”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  360 səh. Zaur Ustac s. 347-350.
  2. “Söz çələngi”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  416 səh. Zaur Ustac s. 395-400.
  3. “Laçın bizi səsləyir”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  392 səh. Zaur Ustac s. 374-378.
  4. “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa”, (antologiya) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  496 səh. Zaur Ustac s. 395-399.
  5. “Gəlin gedək Ağdama” III hissə, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  544 səh. Zaur Ustac s. 534-537.
  6. “Sirli dünya”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il, 400  səh. Zaur Ustac s. 385-390.
  7. “Ömrün səhifələri”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  416 səh. Zaur Ustac s. 395-402.

Müəllif əsərləri – 2023.

  1. Zaur Ustac, “Yulğun Çiçəyi” (şeir toplusu), Təbriz, “AzərTuran” nəşriyyatı,  2023-cü il,  90 səh. Köçürən və hazırlayan: Əli Aslani.
  2. Zaur Ustac, “Tapmaca tap – rənglə” (rəqəmlər), Təbriz, “Parlaq qələm” nəşriyyatı,  2023-cü il,  “Gisoom”.

Tərtibçilik – 2023.

  1. Zaur Ustac, “Ümummilli Lider” (Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə), Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,  64 səh. “Yazarlar dərnəyi”  XXXII – KİTAB.
  2. Zaur Ustac, “Çingiz Abdullayev” (Çingiz Abdullayevin həyat və yaradıcılığı haqqında), Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,  72 səh. “Yazarlar dərnəyi”  XXXIII – KİTAB.
  3. Zaur Ustac, “Kamal Camalov – 50” (Professor Kamal Camalovun 50 illik yubileyi  münasibətilə), Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,  48  səh. “Yazarlar dərnəyi”  XXXIV – KİTAB.

Redaktorluq – 2023.

  1. “Ömrün payız duyğuları”, (şeirlər) Murad Məmmədov. Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,   84 səh.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sadıq Qarayev “İlin yazarı” nominasiyası üzrə təltif olunub – 39 foto.

22 dekabr 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində “HEYDƏR ƏLİYEV -100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim-yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirin gedişində alim-yazar, milli məfkurə sahibi Sadıq Qarayev hər ilin yekunlarına görə yalnız bir yazara təqdim olunan “İlin yazarı” mükafatı ilə təltif olunub. Mükafatı yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac təqdim edib.

AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Salim Babullaoglunun moderatorluğu ilə keçirilən bu maraqlı tədbirdə mövzu ilə əlaqəli AYB katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi və Elçin Huseynbəyli, Ədəbiyyat fondunun Baş direktoru Varis, bioloq-alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri və əməkdaşları:, fil.ü.f.d Şahlar Göytürk, Fəfa İsmayılova, AMEA əməkdaşları, fil.ü.e.d Lutviyye Əsgərzadə, fəl.ü.f.d. Zeynəddin Şabanov, Sabunçu rayon Ağsaqqalar Şurasının Sədri yazıçı Vəli Səfərov, Azərbaycan Voleybol Federasiyası rəsmisi Vidadi Hacıyev, yazarlardan Lətifə Oruc, Arzu Əsəd, Esmira Günəş, Həcər Paşayeva, Kənan Hacı, Vüqar Abbasov,  Mehriban Abdullayeva, Zakir Ağdamlı, Sima Cəfərova, Əli Bəy Azəri, Qabil Dərdli, “ASAN Xidmət” əməkdaşı Alim Ismayil,  b.ü.f.d Çingiz Əliyev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər. 

Çıxışlarda Sadıq Qarayevin kitabları, xüsusən 44 günlük müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabında Azərbaycançılıq məfkurəsinin necə aparıcı xətt təşkil etməsi, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhmət qeyd edilib, yazıçıya uğurlar arzu edilib.

Sonda alim-yazar Sadıq Qarayev tədbir iştirakçılarına təşəkkür edib, arzu edənlər üçün kitablar imzalayıb, xatirə şəkilləri çəkdirib. Yüksək əhval-ruhiyyədə davam edən tədbiri əvvəlcədən planlaşdırılmış vaxtda yekunlaşdırmaq mümkün olmayıb. Qələmdaşlar, oxucular bir sözlə milli məfkurə sahibi Sadıq Qarayevi sevən hər kəs müasiri olan sevimli yazarı ilə mümkün olan qədər daha çox vaxt keçirməyə çalışıb və buna maksimum nail olublar. Sadıq Qarayev isə öz növbəsində bu haldan məmnun olduğunu gizlətməyib, əksinə onun üçün gələcək fəaliyyətində böyük stimul olacağını qeyd edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

SADIQ QARAYEVİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru