
“YAZARLAR” JURNALININ AVQUST – 2021 PDF



Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Yazarlar.az-ın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşları təltif olunub. Onlardan biri də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılan Paşazadə Tərxan Əlhəddin oğludur.
Tərxan Paşazadəni bu uğuru münasibəti ilə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Tərxan müəllim!!!
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Ədəbiyyat – insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Şeir -qəlbin dildə deyə bilmədiyi duyğuları sozlə ifadə edən poetik əsərdir. Və şeir Ruhun söz qidası ədəbiyyat isə bu qidanı özündə cəm edən söz mətbəxidir.
Bu böyük söz məktəbindən mənim də payıma bir zərrə düşüb.
Zərrələr birləşərək kitab olub ömrümə
Gəlin həmin kitabı müzakirə edək”
Sumqayitfakt.Az xəbər verir ki, bunu Yadigar Təvəkgül “facebook” səhifəsində “Bircə bəndlik darıxmaq” adlı kitabının təqdimatını keçirəcəyini bildirərkən yazıb.
Qeyd edək ki, təqdimat 9 avqust 2021-ci il, saat 14:00-da “28-may metro stansiyası”nın yaxınlığında yerləşən “Səməd Vurğun” bağı ilə üzbə – üz olan “Sedet art” Rəsm studiyasında keçiriləcək.
“Bircə bəndlik darıxmaq” adlı kitab müəllifin sayca 3-cü kitabıdır.
Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.
Müəllif: Vüsal AĞA
YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

NMW03 KOD ADLI “ERMƏNİ” AGENTİ DÖYÜŞÇÜLƏR, ŞƏHİDLƏR VƏ İŞĞALLA BAĞLI MƏQALƏLƏRİ VİKİPEDİYADAN SİLMƏKLƏ MƏŞĞULDUR.
Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib. Belə ki, tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Yazarlar.az”a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə Zaur Ustac adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi hücumlar başladı. Üstəgəl mediyada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim dogma xalalarıma məxsusdur) haqqında məlumatları da sürəkli paylaşmağım yəqin bu məsələni biraz da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”, “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü – Səringül və Təyyarə bacılarının dogma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan “Oriyentir Ulduzu” , “Ziyadar Mükafatı” və “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə istinad edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”
Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə müxtəlif KİVdə müntəzəm çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə “Müharibə veteranı”, “Milli Ordu -100” və “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!
ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

LİMONSUZ ÇAY
(hekayə)
Vilayət həyat yoldaşını da götürüb Masallı İstisuyuna getmişdi. Sanatoriya xoşagələn idi. Meşədə salınmışdı. Daşdan tikili çoxmərtəbəli binası da, iki nəfərlik, üç nəfərlik, ailəli taxta evlər də vardı. El içində bu evlərə, evçiklərə “domik” deyirlər. Biz elə taxta ev deyək. Həə, həmin taxta evlərin kondisioneri də, hamamı da var. Bir sözlə, isti su qəbul edib, gündə üç dəfə yeməyini yeyirsən, meşədə taxta evlərdə istirahət edirsən, sağalırsan özünçün.
İstisu da istisudur ha. Vanna qəbul edirsən, bütün dərd-azarını götürür. Hələ vannadan əvvəl səni yaxşıca masaj edirlər. Amma vannadan sonra gərək özünü soyuğa verməyəsən. Yayda özünü gözləmək bir az çətindir. İstisuyun istisi bir yandan, Günəşin qızmar istisi də o yandan. İndi gəl özünü gözlə. Tər səni yuyub aparır. Məcburiyyət qarşısında qalıb palını-paltarını yüngül edirsən ki nəfəs ala biləsən, istidən yanıb-yaxılmayasan.
Bir də görürsən qəfil xəfif külək əsir. Sərin meh bədəninə işləyir. Əlqərəz, əlac bircə ona qalır ki, nə vəchlə olursa-olsun özünü qoruyasan, soyuğa vermək olmaz özünü, olmaz!!!
Vilayət hiss edirdi ki, belinin ağrıları azalıb, yüngülləşib, yavaş-yavaş özünə gəlir. Üzünü həyat yoldaşına tutaraq:
-Ay Güləndəm, bir-iki dəfə İstisuya gəlib-getsək, quş kimi yüngül olarıq, bütün ağrı-acımız canımızdan çıxar.
Güləndan da onun sözlərinə şərik çıxaraq:
-Doğru sözə nə deyim, ay Vilayət. Düzdür. Mən də İstisuyun möcüzəsini canımda hiss edirəm.
Vilayət ayaq saxladı:
-Vanna qəbul edəndən sonra məxməri çayın özgə ləzzəti var. Gəl, çay içək, sonra gedək dincələk, hava istidir, günün altında gəzib-dolaşmayaq.
-Nə deyirəm ki.
Əyləşdilər. Vilayət səsləndi:
-Ay oğul, bir çaynik çay gətir.
Stəkanlar, qənd qabı, dalınca da çaynik gəldi. Çayçı Vilayətlə Güləndama çay süzdü, getmək istəyəndə, Vilayət onu saxladı:
-Ay oğul, gör nəyi unutmusan.
Oğlan key-key baxdı. Gözlərini döydü.
Vilayət özü dedi:
-Lumu gətirmək yadından çıxıb.
Çayçı başını qaşıdı, irişərək:
-Əmi, lumu yol gəlir, – dedi.
Vilayət Güləndama baxdı, yəni bu nə danışır?
-Oğul, lumu yol gəlir nədir? Deyirəm, lumu da gətir.
-Əmican, limonumuz qurtarıb, gediblər gətirməyə.
Çayçı getdi. Vilayət öz-özünə:
-Cənub zonası olasan, limonun bol yerində lumusuz çay içəsən. Bu da bunlardan göründü.
Çayı içib qurtardılar. Limon gəlib çıxmadı. Vilayətin gözü stəkan-nəlbəkilər yığılmış stolun baş tərəfində vurulmuş bildirişə sataşdı: “Çayın çayniki – 2 manat”.
Durub getmək vaxtı idi. Vilayət əlini cibinə saldı. 1 manat çıxarıb stolun üzərinə qoydu, qəndqabını da pulun üstünə. Qəndqabının altından manatlığın ucu görünürdü.
Vilayət çayçını çağırdı:
-Ay bala, gəl çayın pulunu al.
Oğlan əlində məcməyi cəld yaxınlaşdı. Vilayətlə Güləndam ayağa qalxdılar. Çayçı pulun bir manat olduğunu görüb:
-Əmi, bizdə çay iki manatdır.
Vilayət özünü sındırmadan:
-Hə, oğul, o biri manat yol gəlir, – deyib Güləndamın qoluna girdi. Meşəyə sarı getməyə başladılar. Onların “domiki” meşədə idi.
Bakı şəhəri, 01 mart 2021-ci il
Müəllif:Akif ABBASOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Zaur USTAC
Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, “Gülüzənin şeirləri”, “Uşaq boğçası” kimi məktəbəqədər uşaq müəssisələri üçün əlavə tədris vəsaitlərinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb:1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018. 2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018. 3.Kamal Camalov “Əliş və Anna haqqında ” Bakı – 2019. 4. Gülü “ZAUR USTAC” Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020.
6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021
Mənbələr:
b) ek.anl.az
ƏLAVƏ MƏLUMAT:
Zaur Ustacın Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

DİLİM TÜRK DİLİDİR
Cahan ünvanlıdır sorağım mənim,
Küləklər olubdur darağım mənim.
Min ildir ucalıb bayrağım mənim,
Dilim türk dilidir,TÜRK ÖVLADIYAM!
* * *
Qeyrət əzəl gündən ocağım olub,
Gündoğan,Günbatan qucağım olub.
Dünyaya hökm edən bir çağım olub,
Dilim türk dilidir,TÜRK ÖVLADIYAM!
* * *
Döyüşdə tanımaz qılıncım qını,
Axar tiyəsindən düşmənin qanı.
Uca saxlamışam dostluq haqqını,
Dilim türk dilidir, TÜRK ÖVLADIYAM!
* * *
Zənn etmə həyatda sınasıyam mən,
Müzəffər günlərin hənasıyam mən.
TURAN ellərinin Sonasıyam mən,
Dilim türk dilidir, TÜRK ÖVLADIYAM!
Müəllif: Sona ABBASƏLİQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.
Elektron ərizələrin qəbulu 2021-ci il 8 iyul – 10 avqust tarixlərində internet vasitəsilə aparılır
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8 – 23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.
Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndəriləcək.
Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Xatırladaq ki, subbakalavr “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.
“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Müsabiqədə iştirak ödənişsizdir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də qeydiyyatdan keçəcəklər. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri DİM tərəfindən elan olunacaq.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında məlumat verilib.
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Müsabiqənin keçirilməsi
1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.
Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.
Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən “ADA” Universitetinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır.
Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.
İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar ixtisas seçiminə qədər “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.
İlkin mənbə: dim.gov.az
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Yazarlar cameəsi olaraq, Pərvanə Bayramqızına atası Bayram Məmmədovun vəfatından kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru