1. Sevinci dad dərdi yaşa, bu ömrün enişi sevinc yoxuşu dərddir. Qaçma dərddən dərdi özünə dost bil, onda sonradan gələn sevincin dadını daddıqca unutmayacaqsan. Dərdlə üz-üzə dur, qorxma sevinclə aran da məsafə saxla, Sevinc bir günün dadı, dərdsə bir ömrün ortağıdır.
2. Sən sev qarşılıq belə gözləmdən sev, dəli-divanəliyə ehtiyac yoxdur. Sadəcə ona qarşı bəslədiyin duyğuların bir adı olsun. Onu sevirəm, arzuların əl çatmazlığında, Məsafələrin uzaqlığında sən sev düşünmə o, sevginin Qarşılığı olsun. Sevgilərin ən gözəli, qarşılıq belə gözləmədən sevməkdir.
3. Allahın, bəxş etdiyi ömrü yaşa ömrün enişi bir başqa incidər insanı, sevinci bir başqa qorxma, yürü addımla Qoy adınla tanısınlar səni, ömür dediyin nədir? Bu paydan hamıya bir dəfə verilir. Çalış haramdan qaç haqqa tapın, Ömür bir var, bir yox arasındadır.
4. Böyütmə dərdi gözündə, səni incidər küsmə ağladar səni ayrılma dərdə bir addım da yaxınlaş, qulağına pıçılda varlığın mənə güc verir. Yıxılsam belə ayağa qalxmağı, sən öyrətdin mənə. Dur yürü qarşına qoyduğun məqsədlərinə doğru, dərdi doğman say hamı çıxar gedər. O, yenə də səni yalnız buraxmaz incitsə də, ağlatsa da, Səni qoyub getməz.
ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Bu gün Xalq yazıçısı Anarın doğum günüdür! Doğum günü münasibəti ilə Anar müəllimi təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Bu xoş gündə, “Şuşa ili”ndə sevimli yazarımızın Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması münasibətiylə yazdığı “Yaşa, Şuşa!“ şeirini (525.az) oxucularımıza təqdim edirik:
YAŞA, ŞUŞA
Otuz illik həsrətimiz Qırx dörd gündə çatdı başa, Azad edildi Qarabağ Azad oldu gözəl Şuşa, Doğma vətənin qoynunda Şuşa, sonsuzadək yaşa!
Cıdır düzü, Qırx pilləkan, “Ərim gəldi” bir tamaşa, Natəvanlı, Üzeyirli, Nəvvablı, Bülbüllü Şuşa, Xarı-bülbül güllü Şuşa!
Düşmənə ismarış etdik: Dinc yolla rədd olub getsin. Çağırdıq sülhə, barışa. Hikkəsindən, lovğalıqdan Sözümüzü eşitmədi, İş qaldı hərbə, savaşa. Şəhid verdik, zəfər çaldıq, Sahib çıxdıq yurdumuzun torpağında hər qarışa, “Sən bu gün azadsan, Şuşa!”
Məscidlərin ucalıbdır Minarələr qoşa-qoşa, Öz dininlə, öz dilinlə, öz xalqınla azad yaşa.
Cıdır düzümüzdə yenə Köhlənlər çıxsın yarışa, Yenə muğamlar səslənsin hər tərəfdə, doğma Şuşa. Daşaltı da fərəhlənsin, axıb getsin köpüklənib sevincindən daşa-daşa, Canımızsan, gözümüzsən, özümüzsən, əziz Şuşa.
Pənahəli xan dövründən Düşmənlərin hər həmləsi, hər hiyləsi axırda çıxıbdır boşa, sən bunu bilirsən, Şuşa.
İbrahim xan nəslinin faciəli taleyini “Qarabağnamələr” diliylə bizə danışa-danışa günümüzə gəldin, Şuşa
Dolayları aşa-aşa, Bir gün sivri yamaclarla Qaya dırmaşa-dırmaşa, Düşmənlərlə əlbəyaxa, Mərdcə vuruşa-vuruşa, Ölüm-dirim məqamında bəxtlə dalaşa-dalaşa neçə əsgər qazi oldu, neçə cavan şəhid oldu qocalıb dolmadan yaşa Sənin yolunda şəhərim, Şəhərlər şəhəri Şuşa
Getsin o günlər gəlməsin, Yağı özün qalib bildi, Araq içib gəldi cuşa, Cıdır düzündə rəqs etdi Sevincindən coşa-coşa, Əl qol atdı çaşa-çaşa Boş-boşuna danışdı hey Dili topuq çala-çala, Dili dolaşa-dolaşa. Belə səfeh əbləhlərə Ürəyində güldün, Şuşa
Zəfər çalan ordumuz da, Haqlı vətən davasından Dəmir yumruqtək birləşib, Qalib çıxan yurdumuz da Layiqdir min-min alqışa. Mətanət qalası Şuşa, Həmişə, hər vaxt, hər zaman Qeyrətin qalası Şuşa
“Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir!Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir.2022-ci il Azərbaycan Respublikasında “Şuşa ilı” elan olunmuşdur! Şüşa Qarabağın baş taçı, müqəddəs ruhlar evi! Qələbəmizdir:-Vətən, İnsan, yurd sevgimiz! Şəhid olan, qazi olan oğullara hörmət və ehtiramımız sonzusuzdur!!!
Bakıdan 373 kilometr məsafədə, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən mineral bulaqları (Turşsu və Şirlan) olan Şuşa cənnət məkan olmaqla bərabər, həm də strateji əhəmiyyətli alınmaz qalamız. Tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlib. 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.Yerli sakinlər xanın şərəfinə yeni şəhəri Pənahabad adlandıblar. Şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra “Şuşa” adlandırıblar. Şuşa bulaqlarının suyu duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər. Pənahəli xanın ölümündən sonra taxta öz dövrünün böyük dövlət xadimlərindən biri sayılan İbrahimxəlil xan (1763-1866) çıxıb. Onun hakimiyyəti illərində Qarabağ xanlığı qüdrətinin çiçəklənmə dövrünü yaşayıb. Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa ediblər. Şəhər əvvəlcə 17 məhəlləyə bölünüb: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli. Hər məhəllənin öz hamamı, məscidi və bulağı vardı. Şuşanın 300 tarixi abidəsi, o cümlədən respublika və dünya miqyaslı 23 abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizin salnaməsi idi.
XIX əsrdə şəhərin qərb hissəsindəki dağlıq ərazidə daha 12 məhəllə salınıb və bununla da şəhərin siması tam formalaşıb. Şəhərin cənub hissəsində yüksək üfüqi düzənlik Cıdır düzü yerləşir. Rusiya hökmranlığının ilk dövrlərində Şuşa Qarabağın paytaxtı kimi öz əhəmiyyətini qoruyub saxlayırdı. Güclü Qarabağ xanlığı Rusiyanın ürəyincə deyildi. Çar məmurları onu zəiflətmək üçün məkrli plan qurur, səfil erməniləri Qarabağa, xüsusən, Şuşaya köçürürlər.
Şuşanı haqlı olaraq Qarabağın ən dilbər guşəsi sayırdılar. Onun hər parçası, hər daşı bir tarix idi. Onun gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyurdu.Şuşa Azərbaycanın muğam beşiyi, milli musiqi, poeziya mədəniyyətinin qədim abidəsidir.
Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası daadlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri Şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar. Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının, musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdı. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıblar. Azərbaycan musiqisinin beşiyi Qarabağ bizimdir!
Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”.
XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Şuşada yaşayıb və yaradıb. Onun poeziyası Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafına böyük təsir göstərib. Şuşa üç dəfə ermənilərin məkrlik planlarının qurbanı olmuşdur. 1905-1907-ci illərdə şəhər işğal edilərək yandırılmış, 1920-ci ildə onun böyük hissəsi dağıdılmışdır. 1992-ci ilin mayında isə tamamilə işğal edilmişdir. 289 kvadrat kilometr ərazidə yerləşən Şuşanın işğalı zamanı 480 dinc sakin öldürülmüş, 600 adam yaralanmış, o cümlədən 150 nəfər əlil olmuş, habelə 552 uşaq yetim qalmışdır, 68 mülki şəxs girov götürülmüş və ya itkin düşmüşdür, 25 mindən çox adam məcburi köçkünə çevrilmişdir. Şəhərin yüzlərlə tarixi abidəsi təhqirlərə məruz qalmışdır. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın xatirəsinə hörmət qoymamış, onların güllə ilə deşik-deşik edilmiş abidələri sonralar Bakıya gətirilmiş və hazırda “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyinin bağında saxlanılır. Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmasa mümkünsüz…Yadellilərin bu şəhəri özününküləşdirmək arzusu heç vaxt gerçəkləşməyəcək. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, əl altından kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyib. Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşanın, Şuşa qalasının işğaldan azad olunması xəbəri o qədər möhtəşəm, o qədər şanlı, o qədər qürurlu bir xəbərdir ki, dünya dillərinin bütün söz və ifadələri, bədii təsvir vasitələri, metaforalar, təşbehlər bu hissi, bu duyğunu ifadə etməyə acizdir. Bu xəbərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı izaholunmaz ovqat o qədər böyük, o qədər möcüzəvi və eyni zamanda qutsaldır ki, bütün bunları yazıya almaq, vərəqlərə köçürmək ya mümkün deyil, ya da olduqca çətindir. Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!
Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra. Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” üverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha zəmətli səslənəcək bundan sonra.Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil… Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov…Ruhun şad olsun, Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir”. Şuşanın ən uca zirvəsində “Şəhidlər Məqbərəsi “ində onların əziz xatirəsinə heykəlləri ucaldılacaq !!!
“Şuşasız bizim işimiz yarımçıq qalar” – deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım! 2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin – Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz! Xalqımız bilirdi ki o gün uzaqda deyil. Dorğudan da uzaqda deyilmiş o möhtəşəm gün! Qələbəni qorumaq, yurd yerini bərpa etmək ,daha möhkəm YUMRUQ olmaq gərəkdir!
Zəfər yolu ,Haqqın yoludur!!! Vətən sevdalı oğulların yoludur!!! Yadda saxla,unutma əldə olan Qələbə, Varlığını,mərdliyini, Kimliyini təsdiq etdin!!! Candan əzizdir Vətən!!! Vətəndaş mövqeyini təsdiq etdin!!! Yolumuz Haqq yoludur! Bir yumruquq, Birliyimiz Əbədi!!! Sözümüzün var kəsəri!!! Dünya nizamına imza atırlq!!! Azərbaycan Türkiyə modeli yaradırıq! * * * Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!! Dünya üçün Böyük İpək Yoludur!!! Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!! Qrabağin hər güşəsində bayrağimiz! Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ! Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz! Tarix yazan Ali baş komandanimiz! Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağda dalğalanan bayraq! Heç zaman enməz! * * * Şuşada dalğalanır Bayrağımız! Ağır texnikasız , bir nəfəsə, Şuşani azad edibdir Ordumuz! Şuşa azad edildi, bəyan eylədi, ALİ BAŞ KOMANDANIMİZ! Bütöv Azərbaycan gözlərin aydın ! Şusada Dalğalanır Bayrağımız! (Z.V)
Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra Azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Dünya durduqca var ol, Məmləkətim! Şuşamızın işğaldan azad olunmasının sevinci, həyəcanı içimizdədir. Hər birimiz bu möhtəşəm günü bir möcuzə kimi yaşayır, hamı bu möcüzəni bizə yaşatdığı üçün cənab Prezidentimizə, Ali Baş Komandanımıza, Şəhid və qazilərimizə, müzəffər ordumuza minnətdarıq. Haqq, ədalət əvvəl-axır öz yerini tapır…8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu… Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi. Azərbaycanda “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi” və “Sən tarixin özüsən, Azərbaycanın gözüsən” Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiridi.
Gözün aydın Azərbaycan Dünyası! Yeni Era Türk Erası! Bir millət,iki dövlət bir oldu! Dünya tarixində nizam yaransın! Azərbaycan-Tükrkümə modeli nümünə olsun! Uğurlar olsun deyək!!! * * * Şəhid oğulların Qələbəsidir! Güclü lider, Güclü ordu, Xalqin birliyinin Qələbəsidir!!! Qürürludur Qarabağlı Azərbaycan!!! Şuşalı,Ağdamlı,Laçınlı,Kəlbəcərli, Füzuli,Cəbrayıl ,Zəngilan,Qubadlı,Xocavənd, Xankənd,Xocalı,Hadrut, Ağdərə, Zəngəzurlu, Göyçə göllü Azərbaycan ! Dünyanın İpək Yoludur Azərbaycan! Al qumaşın zirvələrdə dalğalanır! Ağri dağda Qoşa bayraq dalğalanır! Xari bülbülü ətir saçir! Şükürlər olsun Allah! Birliyimiz daim olsun nar kimi! Nar içində oian dənələr kimi! Düşmənə qalib gəlməyin yoluda məlum: -Birliyimiz, Əqidəmiz ,Vətən, İnsan sevgimiz!!! (Z.V)
Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.Ziyqiymət torpağımız, əzəli, əbədi yerimiz Vətənimiz! Amalımız ,istəyimiz güclü Dövlət,güclü Ordu,güclü xalqın birliyi ilə Qorunaq!,Səhvlərə yol verməyək,düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq,yumquq olaq!!!Dünya nizamına imza atılsın!!!Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin!Gələcək nəsillər rahat və firavan olsun!!! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!!!
Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb gücünə güvənmək, bir yumruquq olmaq gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz!!! Qədrini bilmək,uğuruna imza atmaq hər bir kəsin namus işidir! Dünya dəyişir.Haqq işi uğrunda can verən Oğullar var! Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq!
Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!! Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 28 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.
AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR!Eşit Dünya, Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz,Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir .Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir! Şuşa Qarabağın açarıdır. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz! Birliyimiz Ən Parlaq Qələbəmiz! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması,insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
YUXUDA GÖRDÜM Kİ… Yuxuda gördüm ki, saraydayam mən, Xalı döşəməli geniş bir saray. Ayrı bir həşirdə, haraydayam mən, Qapılar açılır önümdə tay-tay. * * * Gördüm başı açıq, ayağı yalın, O başa-bu başa gəlib gedirəm. İçində itmişəm yaşılın, alın, Bir şahzadə qıza təzim edirəm. * * * Başına qoyduğu zərli tacından, Üzündə ay doğur, gün halələnir. İncilər, almazlar yağır saçından, Baxıram üstümə işıq ələnir. * * * Uçmaq istəyirəm, bir himə bəndəm, Tanrıdanmı gəlir bu boyda işıq?! Hər təzim etdikcə göyə büləndəm, Qürur yaşayıram qorxu qarışıq. * * * Baxır, gülümsəyir şahzadə gözəl, Qəlbimdən keçəni gözümdən duyur. İşarə edir ki, bir yaxına gəl, Nədir iltimasın, ərz elə, buyur… * * * Dinmək istəyirəm tutulur dilim, Mənə nələr deyir bu heyrət, nida? Qəfildən alışır çəmənim, çölüm, Mən səni görürəm demə yuxuda. * * * Sakitcə üzünə boylanıram mən, Baxışın mehriban, gözlərin duru. Yuxuda yuxudan oyanıram mən, Sən günün işığı, sən ayın nuru. * * * Ağzım yaman yerdə dirənib dağa, Yanıl yanaqların bir dağ laləsi… Məni öldürməyə, ya yaşatmağa, Bəs edər əlinin bir işarəsi. * * * Əmr elə, cəlladlar boynumu vursun, Nə əcəb görünmür, bəs onlar hanı? Çağır fərraşların çubuğa tutsun Səndən sevgi uman kövrək insanı. * * * Duyğulu bir qəlbin tamam bəsisən, Bülbül istəyim var dil-dil ötməyə. Sən mənim könlümün şahzadəsisən, Hazıram bir ömür səcdə etməyə!
AXŞAMDAN YAĞAN BU YAĞIŞ Axşamdan yağan bu yağış Gecəni sona yetirdi. Göyün yerə deyəcəyi Nə varsa, ona yetirdi. * * * O dolan qara buludlar Sübhə kimi damcıladı. Payızın göz yaşlarını Qansız külək qamçıladı. * * * Mən də yağdım ağ varağa Gilə-gilə, damcı-damcı. Kirpiyimdə salxımlandı Ürəyimdən qopan sancı. * * * Ac köçkünlər muncuq-muncuq Avropanın yaxasında. Bu sahibsiz məzlumların Kimdi duran arxasında?!… * * * Arxalı qaniçənlərin Əmri qandı, hökmü qandı… Bu dünyanın hər yerində Ölən ancaq müsəlmandı! * * * Axşamdan yağan bu yağış Ilmə-ilmə sökür məni. Yurdsuzların yurd gəzimi Bir üsyana çəkir məni. * * * Elə yanıb yaxılıram, Söz ağzımda kömürləşir. Xocalıda ruhlar gəzir Dərd ömrümdə ömürləşir. * * * Cövlan edir dalğa, tufan, Bu dəryada sal köməksiz. Külək vurur, qayıq aşır, İnsan oğlu, qal köməksiz… * * * Batır gücsüz qoca, qarı, Körpəyə bax, əl-qol atır… Bu boğulan məzlumların Ah, naləsi hara çatır?!… * * * Hara çatır haqsızlığın Batırdığı haqqın səsi?! Aman allah, bu dəhşəti Bir daha kimsə görməsin! * * * Axşamdan yağan bu yağış Ürəyimə damcılayır. Külək çöldə yağışı yox, Evdə məni qamçılayır!
BU SƏNİN DEDİYİN SEVGİDİ Seyrələn saçların ağına gəlir, Boranlı, çiskinli dağına gəlir. Ömrünün ixtiyar çağına gəlir Demə daşan selim səngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * O gülü bu sayaq üzə bilməzdin, Arxayın, təmkinli gəzə bilməzdin. O boyda sevincə dözə bilməzdin Onunçün yollarda ləngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * Bilməzdim “hə” imiş dilindəki “yox”, Onluğa hədəfmiş kipriyində ox. Mən elə sevirəm bu sevgidən çox Ömrün qocalıqla cəngidi vallah Bu sənin dediyin sevgidi vallah.
NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH Bağladın həyata min sirli bağla, Qəlbinə coş dedin, gözünə ağla. Bir belə ağrıyla, bir belə dağla Neynirdin şairi yaradıb, allah?! * * * O, dönə bilmirsə kor ağacına Ya batan gəminin dor ağacına. Quş olub uçmursa dar ağacına Neynirdin şairi yaradıb, allah?! * * * Aldanıb kimisə öyəcəkdisə, Sonra öydüyünü söyəcəkdisə. Kükrəyib “Həqq mənəm” deyəcəkdisə Neynirdin şairi yaradıb, allah?! * * * Ərzi hökmdara yetməyirdisə, Dərdi, şikayəti bitməyirdisə. Zindana könüllü getməyirdisə, Neynirdin şairi yaradıb, allah?! * * * Qılınctək kəsməyən şeirə nə deyim, Şeirdən gələcək xeyirə nə deyim? Bu bitib-tükənməz sehrə nə deyim, Neynirdin şairi yaradıb, allah?! * * * Onu zaman-zaman oda salırsan, Öldürüb sonra da yada salırsan. Səndəmi şeirlə nəfəs alırsan, Neynirdin şairi yaradıb, allah?! * * * Günəşə calanan hörükmü gəzdin, Zamana od vuran körükmü gəzdin, Yoxsa öz dərdinə şərikmi gəzdin, Neynirdin şairi yaradıb, allah?! * * * Yurdu dərd bürüdü, ələm götürdü, Ürəyi yananlar qələm götürdü. Yeri də, göyü də bu qəm götürdü Neynirdin şairi yaradıb, allah?! * * * Sirrinə müvafiq elmin yoxdumu, O elmə yönəlik filmin yoxdumu, Bizə bundan artıq zülmün yoxdumu? Neynirdin şairi yaradıb, allah?! * * * Ömrümüz-günümüz bir yuxu, röya, İllər ötüb keçdi… Yaşadıq guya?! Şeirlə düzələn deyilsə dünya, Neynirdin şairi yaradıb, allah?!
BİLMİRƏM Ürəyim dönübdür ağlar bir neyə, Hardan tapdı məni qəza, bilmirəm? Göylərlə əlaqəm yoxdumu deyə Yerin yer dərdini yaza bilmirəm?! * * * Əlimdən, dilimdən daş asılıb daş, Sözümdən tez gəlir gözümdəki yaş, Elə yazılıb ki yazım, a qardaş, Ömrüm sona yetir, poza bilmirəm. * * * Qocalıq günbəgün qəddimi əyir, Yanımdan yel ötsə dizim titrəyir. Yaş artır, önümə daş diyirləyir, Daha düz yolda da gəzə bilmirəm. * * * Tanrıya çatmırsa səsim, xitabım, Deməli bağlanıb şeir kitabım. Daha bu hicrana qalmıyıb tabım, Daha bu həsrətə dözə bilmirəm. * * * Musa, su üstündə susuz qalmışam, İçmək yasaq olub, içdən yanmışam.. Təşnə olduğumu ancaq danmışam Varmı bundan ağır cəza, bilmirəm?!
ŞEİR MÖCÜZƏDİR Haçan ağ ümidi üstələyir qəm, Mənə qəhqəh çəkib qara şər gülür. Elə ki, şeirdən uzaq düşürəm Yerdən də, göydən də əlim üzülür. * * * Sağalmaz göynəkdir könül yaramda, Şeir möcüzədir, – danışsam haqla. İlham bir körpüdür mənim aramda, Göydə mələklərlə, yerdə torpaqla. * * * Açılsın gözümdə göylərin qatı, Uçmaq eşqim varsa ölməyəcəyəm. Əzrayıl da bilsin mən bu həyatı Şeirsiz bitirə bilməyəcəyəm!
Bu gün Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçlığı ilə Azərkitabda Mərziyyə Sarvanın “Əsgər anasıyam” kitabının təqdimatı keçirilib.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Mərziyyə Sarvana uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLARTədbirdən fotolar:
“Yazarlar” olaraq, Mərziyyə xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Mərziyyə xanım!!!
Bu gün “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Yadigar Təvəkgülə uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLARFotolar:
“Yazarlar” olaraq, Yadigar xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Yadigar xanım!!!
OĞLUMA Ömrün yolları yoxuş Dolanbac, çətin olur. Bu yolları yoranlar Əzizim, mətin olur. * * * Bu ömrə asan demə Çalışsan asan olar. Hər işin bir çəmi var Alışsan asan olar. * * * Heç kimdə qüsur gəzmə Özündə qüsur axtar. Ağlı başda olanın Həm düzü, həm səhvi var. * * * Üzünə güləndisə Ondan uzaq, qıraq ol. Dərdini biləndisə Ona yanan çıraq ol. * * * Baban öyrətdi mənə Xeyri şərdən ayır sən. Torpağı sanı yaşa Babana oxşayırsan. * * * Ata nəsihətindən Adama ziyan olmaz. Doğmalara yad olma Qıraqdan həyan olmaz.
VƏTƏN İnan, heç vaxt unutmaram Mən anamın can səsini. Yüz alxışa tay tutmaram Qurban olum kəlməsini. * * * Bir suçum yox, başım uca Ruhum payız havasında. Mən baxıram anam qoca Özüm dərd sər yuvasında. * * * Yenə ana nəfəsinin Duasının mən acıyam. Dərdin alım kəlməsinin Tamarzısı, möhtacıyam. * * * Bu kəlmənin istisindən Dilim, dodağım əsir. Ögey baxış yad səsindən Dişim bağrımı kəsir. * * * Anam indi öz hayında Nə danışmır, nə də dinmir. Fikri Tanrı sarayında Min zikri var yerə enmir. * * * Balaları ondan kənar Bir oğlu var dada yetən. Vətən üçün canı yanar Mənim anam, ana Vətən!
BU DÜNYA İnsanıq dünyaya adsız gəlirik Sən kimsən, nəçisən xəbərin olmur. Ad alıb, böyüyüb hey yüksəlirik Köçürük, adımız, sanımız qalmır. * * * Bu dünya çeynəyir başsız bütləri Bu dünya boy verir şərəfsizlərə. Yal verir, hürdürür zalım itləri Dil verir, ruh verir tərəfsizlərə. * * * Heç zaman ayırmır yaxşını pisdən Ürəyi genişdir, qəlbi genişdir. İncitməz, inciməz heç vaxt heç kəsdən Gülüb yola salmaq sevdiyi işdir. * * * Bu dünya məzardı ölü canlara Sənə əbədilik fürsəti verməz. Danılmaz şahiddir nahaq qanlara Susar! Günahı yox! Günaha girməz! * * * Hər kəsə qol açar, hər kəsə qucaq Bəsləyər qoynunda ölənə qədər. Bu dünya hamıya doğmadır, ancaq Kimiyə ruh verər, kimiyə kədər.
KÖNLÜM Könlüm evi işıq saçar Ürək sözlə barışanda. Təbim sanki tər gül açar Başım sözə qarışanda. * * * Sözdü ruhumun açarı Ruhuma gedən yaxın yol. Qoy ruhum sevinsin barı Ürəyim, ona kömək ol! * * * Duyğularım pərvazlanar Söz ruhumu oyadanda. Könlüm duyar, hey nazlanar Söz dünyama qayıdanda. * * * Sözsüz həyat bir lal sükut Səs səmirsiz çölə bənzər. Qulaq batar, tamam sakit Qıfıllanmış dilə bənzər. * * * Söz dəlisi, söz acıyam Söz dərdimə məlhəm olur. Şirin sözün möhtacıyam Duyammıram hey kəm olur. * * * Söz oyadar lal dilləri Sözlə gözdən yaş tökülər. Söz titrədər könülləri Göz kor edər, qaş tökülər. * * * Söz acıdı, söz şirindi Gah incidər, sevindirər. Məna yükü çox dərindi Gah qaldırar, gah endirər. * * * Sözdə qəzəb, xof, kin, nifrət Həm təravət həm dad olur. Təkcə həsrət nisgil olmur Yüz çağırış, fəryad olur. * * * Sözü udmaq, yemək olmur Pərçim olur boğur səni. Sözə dayan demək olmur Can boğaza yığır səni. * * * Sözün yükü ağır olur Toparlamaq, bükmək olmur. Kürəklərin yağır olur Söz yükünü çəkmək olmur!
ARZULARIM Körpə, kövrək arzularım Boy atmadı, həmən söndü. Topa topa bu nisgillər Ürəyimdə dərdə döndü. * * * Ha çalışdım yola verim Ki azalsın dərdi-sərim. Ona qalsa mənim yerim Dərdə sarı, dərdə yöndü. * * * Taleyimi fələk yazar, Heç etmərəm giley, güzar Məni yeyən bu dərd, azar Saçlarımda dümağ dəndi. * * * Dünya şəndi qalanlara, Dərdsiz, qəmsiz olanlara, Asan ruzi bulanlara, Sevinc birsə, əzab mindi. * * * Gecə, gündüz hey çalışdım, Öz odumdan mən alışdım, Yıxıldım, durdum, dolaşdım, Sanki dövrəm duman çəndi. * * * Xəyallarım göydən enməz, Günahlarım susar, dinməz, Qaynar eşqim bir an sönməz, Qibləgahım bu Vətəndi!
YOXDUR Verilən ömürə inamım yoxdur Sabahın işini yaradan bilir. Bu gündən sabaha gümanım yoxdur Nə gəlir başıma sonradan gəlir. * * * Var olan nə varsa qismətdə olur İnsanın qisməti Tanrıya bəlli. Bu dünya dəyişir, boşalır ,dolur Görmədim yapışan ondan beşəlli. * * * İstəklər, arzular çoxdu həyatda Ömrü uzatmağa varmı qüdrətin?! Çox şeyi görürük gözlə üst qatda Alt qatda nə olur anlamaq çətin. * * * Taleyi, qədəri poza bilmərik Tanrı qarşısında qolumuz bağlı. Yenidən bəxt, tale yaza bilmərik Hər zülmə tabeyik biz insan oğlu. * * * Bu dünya mehriban anaya bənzər Heç kəsin könlünə, qəlbinə dəyməz. Bəzəkli, düzəkli sonaya bənzər Baxanda cəlb edər, kimsəni öyməz!
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.
HƏYATI Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.
Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.
Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.
Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.
O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.
2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub.
“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.
Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.
KİTABLARI “Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə. “Şah bərəsi”, Bakı, “Qəmlibel müsibəti”, Bakı, “Özününkülərin hədəfində”, Bakı, “Hərbi Zəngilan”, Bakı, “Məhəbbət piyaləsində zəhər”, Bakı, “ArazGERSdən keçən köç” (povest). Bakı, “Çovğun”, Bakı, “Generalın yefreytor vəkili”, Bakı, “ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr) “Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə “Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə.