Bax belə…Yenə uzaqdan qonaq gözləyirəm.Sevinirəmmi?!..Əlbəttə,özü də necə!Axı mən elə uşaq yaşlarımdan qonaq sevənəm…gələndə şadlıqdan uçar, gedəndə isə zülüm-zülüm ağlardım…(sanki qonaq bizimlə bir ömür yaşamağa gəlibmiş!..)Balaca qız idim, anamın rəfiqəsi, həm də əmisi qızı olan Bilqeys xala bizə tez –tez gəlirdi, qonşuluqda yaşayırdı, cəmi bircə ev aramız vardı.Anamla söhbəti yaman tuturdu!.. İki otaq və bir eyvan olan evimizin balaca otağında üz-üzə bardaş qurub əyləşər, şirin-şirin söhbət edərdilər..həm də sırf söhbət!..Mən də üzü üstə uzanıb dirsəklərimi yerə, əllərimi də üzümə dayaq verərək maraqla onlara qulaq asardım.Nədən danışdıqlarının önəmi yox idi mənimçün, heç soruşsalar yadımda da deyildi..Amma təki söhbətləri kəsilməsin…Sonralar, lap sonralar cızdağım cıxacaqdı o anlar üçün!…
Anam deyirdi ki, qonşunun da boynunda qonşu haqqı var,əvvəl qonşu,sonra qohum!..Sonra da əlavə edirdi ki, bala,insan insana hayan olmalıdı, elə ölüləri də yalqız olmasınlar deyə yanaşı basdırırlar…Bu həyati fəlsəfə idi və doğruluğuna şübhə yeri qalmırdı.
..Alman psixoloqu və filosofu Karl Qustav Yunqa görə insan dərin dəyişmələrə uğrayaraq inkişaf edir, beləliklə ömrün körpəlik çağından böyümə və yetkinləşmə dövrünə adlayır…Fiziki olaraq insanın keçdiyi mərhələyə dönmək fikri absurddur,yalnız qəlb obrazlarala keçib gəldiyi mərhələlərə qayıda bilir…Demək istəyirəm ki, nə yaxşı!..Amma elə o andaca başqa bir hissim etiraz edir.., axı bu insana əzabdan başqa nə verir ki…!
Əzik-üzük xatirələr çıxır
pul qabımdan,
atıram gül qabına..
Bir dəli gün də yazılır alnıma..
Gedirəm…
çətini qəbul edənəcəndi ayrılıqları,
sonra ölümə də öyrəşir adam..(Ş.Ş)
Uşaqlar tez böyüməyi düşünər, gənclər həyatı dolu-dolu yaşamağı, qocalanda dünya da, dünya haqqında fikirlər də dəyişər.., etmək istəyib amma edə bilmədiklərin asılar yaxandan!..Yuxuların pərən düşər, sanki indiyəcən edə bilmədiklərini“çoxu gedib azı qalan” ömrün sonuncu abzasına yaza biləcəksən kimi qiyama qalxarsan..
Uşaqlıq hissləri daha safdır, daha təbiidir,Allahdan gələndir,eynən onun qəzəbi,sevgisi kimi axıcıdır,özü kimi də sevimlidir! Deyirəm keşkə uşaqlar eləcə uşaq qalsa…heç böyüməsə.. Amma bu mümkünsüz bir istək..amma böyüklərin öz içində bir cocuq yaşada bilmək şansı vardır!..Təsəvvür edirsiz necə gözəllik tapar dünya, savaşlar bitər, bu qədər nahaq qanlar da tökülməz, insanlar Allahın birgəyaşayış üçün verdiyi dünyanı tikə-tikə bölməz,hirsi,hikkəsi,qəzəbi,kini elə uşaqlarda olduğu kimi bir anlıq olar,göy üzü aydın,səma açıq,Günəş parlaq,Ay da şair xəyalını uçuran..!
..Hərdən ölümü qınayırıq,vaxtsız gələndə (baxmayaraq ki, ölüm həmişə vaxtsız olur elə…),yerdə qalanları qəm içrə boğulanda.. Amma həyat varsa ölüm də mütləqdir..
Ayrılığın da vaxtı var, amma
həmişə vaxtsıq olur ayrılıqlar..
Atalı-analısı,sevdiyi,sevmədiyi kəsi..
Yetimi,kimsəsizi olur,
Eynən adamların özü kimi…
Ayrılıq ən əvvəl fikirdə doğulur,
Böyüyür..
Kimsə heç bilmədən
ən yağlı tikəsini yedirir,
kimsə gözünün ağını…
böyüdür ayrılığını..,
bir atom bombası kimi..(.Ş.Ş)
Əvvəldə qonağ gözlədiyimi demişdim.. xoş o evin qapısına ki, Allah qonağının üzünə açılar, və xoş o kəslərin halına ki, qapısını dost açar..!.Bəs heç siz bircə dəfə də olsa özünüzüzlə,ya hər gün yanına döndüyünüz , bir damın altını ev deyib paylaşdığınız insanlarla qonaq kimi davrandınızmı?..Böyük ehtimalla yox yəqin ki.!..Olsaydı bəlkə də çox şey tamam başqa çür olardı,elə münasibətlər, qayğılar, rəftar…Məsələn,evdə olanımızın ən yaxşısını bu dəfə özümüz üçün ayırardıq,kəmhövsələ vaxtımızda özümüzə nəzarət edərdik,məchul sonralara saxladığımız ,amma o “sonra”ların da bəzən heç gəlmədiyini düşünüb özümüzə daha çox zaman ayırardıq,sevgimizi etiraf etməyə tələsərdik…Bu yaxınlarda səksən yaşını keçmiş bir xanımın altmış yaşlı rəfiqəsinə göndərdiyi məktubda ”mənim artıq şansım yoxdu,amma sən yubanma!.. “ söylədiyi kimi!..Anam deyirdi ki,dil bir parça ətdir,amma könülləri çala da bilir,ala da !..Hz.Əli isə bir başqa cür:”Danış,tanıyım səni..!”..Xalq şairi Cabir Novruz da ”Sağ olanda qiymət verin insanlara” şeiri ilə belə bir mesaj ötürürdü insanlara..
…Gələcəyə çox da ümid bağlamayın
Sözünü sonralara saxlamayın,
Zəhləm gedir sonralardan..
Vaxtsız dinən zurnalardan..
Sən heç demə,insan illərlə çaba verib kərpic üstə kərpic qoyaraq yer üzündə özünə gün-güzəran, ev-eşik qurmağa sərf etdiyi vaxtda heç özü də bilmədən ona təmənnasız verilmiş “ömür sarayı”dan hər gün bir kərpic salırmış …Sonda isə..ta heç nə, bir məşhur türk mahnısında deyildiyi kimi:
Əllərim bomboş..
Ürəyimdə bir sızı….
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
“Yazarlar” jurnalı və “Ustac.az” saytı tərəfindən həyata keçirilən “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin tərtib etdiyi “Ömrümüzün yaz havası” toplusunda yer almış bir qurup yazar “Mustafa Müseyiboğlu” diplomu ilə təltif olunmuşdur. Diplomlar sabah yəni, 20 noyabr 2022-ci il tarixində saat 14:00 -da AYB-nin “Natəvan” zalında təqdimat mərasimində təqdim olunacaq. Bütün laureatları təbrik edir, gələcək yaradıcılq fəaliyyətlərində uğurlar arzulayırıq. Uğurlarınız bol olsun!
ƏDƏBİYYATIMIZIN BAŞ QƏHRƏMAN PROBLEMİ (Təranə Məmməd sirri “Sirr” ilə çözdü) Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.
Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”, “Tor” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti görüşüdür. Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür. Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. “Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)
Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir? 2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?
“Sirr”in sirri nədədir?
Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi müharibə və məhəbbət mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri ilk cümlələrdən sonda Rəna xanımın “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.
“Sirr”in çözdüyü “sirr” nədən ibarətdir?
Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri “Rəşid bəy və Səadət xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.
Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi. “Sirr” diqqətli qələm adamları üçün yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
Lev Tolstoy 18 yaşında ikən xoşbəxtlik və uğur qazanmağın yolunu “10 qızıl qayda”da görüb. Və ömrünün sonuna kimi bu qaydalara riayət edəcəyinə söz verib:
-Yuxudan tez oyan. Uzağı, saat 5-də.
-Tez yat. Uzağı, 21:00-da.
-Az ye. Şirniyyatdan uzaq dur.
-Ev işlərini özün et. Başqalarına gördürmə.
Məqsədlərini böl. Bir həyati məqsədin olsun. Amma bunun kifayət etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn həftənin və sabahkı günün hədəflərini ayrı-ayrı, dəqiq şəkildə qur. Hətta bir saat və bir dəqiqə sonranın planını müəyyən et. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol, kiçik məqsədlərdən başlayır:
-Qadınlardan uzaq dur.
-Çox işləyərək ehtirasını öldür.
-Yaxşı adam ol, amma bunu başqaları bilməsin.
-İmkan daxilində az pul xərclə.
İndikindən on dəfə varlı olsan da, qətiyyən həyat tərzini dəyişmə.
Qaranlıq dünyamın işığı Mənim adım Yusifdir.Bura mənim dünyamdır. Bu gün sizə öz həyatımı danışacağam. Ancaq bu hekayə yalnız mənim yox , mənim kimi yüzlərlə uşağın həyat hekayəsidir. Mən dünyaya gələndə hamı sevinirdi. Ən çox da anam. Iki yaşıma kimi kimi hər şey normal idi. Yəni, insanların mənə olan davranışı kimi , şeylər . Daha sonra üç yaşıma keçməmiş anam hərəkətlərimdə fərqlilik hiss etmiş bu barədə kimləsə məsləhətləşmək qərarına gəlmişdi. Bu, fərqliliklərdən sizlərədə misal çəkə bilirəm . Məsələn : adımı çağıranda cavab vermirdim , kiminsə məni qucaqlamasına , oxşamasına icazə vermirdim. Bu fərqliliklərim anamın diqqətini daha cox çekirdi. Çünki atam bizə baxmaq üçün gecə gec saatlara qədər işləyirdi. Hamının bayram günü , istirahət günü olduqda mənim atam sırf məni böyüdüb , ailəmizə baxmaq üçün çalışırdı. Anam məni həkimə apardı. Bir çox müayinələrdən sonra həkim mənə diaqnoz qoydu. O, anama mənim danışa bilməyəcəyimi dedi. Vaxt ötdükcə başqa uşaqlardan daha çox fərqlənəcəyimi nəzərinə çatdırdı. Anam isə bununla hec vaxt razılaşmaq istəmirdi. Həmin gün heç vaxt yadımdan çıxmaz . Həkimdən qayıtdıqdan sonra mənim ən sevdiyim oyuncağımı əlimdən alıb məndən maşın deməyimi istədi. O , dəfələrcə ….. “Ma-şın” , “ma-şın” deyərək qarşımda çarəsiz baxışlarla mənə baxırdı. Mən isə təəccüblənmək əvəzinə daha çox qorxurdum. Onu anlaya bilmirdim. O, maşını çox sevdiyimi anam bilirdi. Indi oturub fikirləşəndə anlayıram ki, anam məndən bir söz eşitmək üçün nə qədər əziyyət çəkibmiş. Uzun müddət sonra anladım ki, anam mən danışım deyə belə edirmiş . Mənim danışmağımı istəyir. Illər keçirdi. Zar-zor çətinliklə olsa da anam öz istəyinə yavaş-yavaş çatırdı. Mən hər kəlməni deyəndə anamın gözlərinin necə parıldadığını görürdüm. Bu parıltı mənim yarım , yamalaq hafizəmə qazınırdı. Daha sonralar anam məni bir çox həkimlərə , pisxoloqlara , laqapetlərə apardı. Məndə elə də gözə çarpan dəyişiklik yox idi. Təkcə pisxoloqum Aynur xanım məndə nə isə görmüşdü. O bir gün anamdan soruşdu: ____Yusifin qələmlərlə , rənglərlə arası necədir ? ____Yaxşıdır. Cızma , qara edir. Hiss edirəm ki xoşuma gəlir . ____Lap yaxşı . Bu yaxşı xəbərdi. Bundan sonra biz hər dəfə görüşəndə Aynur xanım müxtəlif şəkillər gətirir , qələmləri mənim qarşıma töküb onu çəkməyimi istəyirdi. Məndə olan bu dəyişim ailə üzvlərimi də təəccübləndirirdi. Çünki çəkdiyim şəkillər baxıb çəkdiklərimdən çox vaxt fərqlənmirdi. Daha sonra Aynur xanım məni bir rəssam dostu ilə tanış elədi. Mənə qələmlə yanaşı müxtəlif boyalarla işləməyi öyrəndim. Yeni müəlliməm sayəsində artıq müxtəlif şəkilləri istədiyim formada çəkirdim . Rəsmlərim bir çox sərgilərdə nümaiş etdirildi. Bir neçə il sonra respublikada şəxsi sərgilərim açıldı. Mən rəsm çəkərkən yanımda fırçam , anam və bir də boyalarım olur. Bu qaranlıq dünyama yeganə girməyi bacaran şəxs anamdır. O məni bu qaranlıq quyudan yavaş – yavaş çıxardı. Hər insanı anası bir dəfə gətirir dünyaya. Mənim anam isə bunu iki dəfə elədi. Hə , üzürlü sayın həkimlərin mənə qoyduğu diaqnozu demədim. Adı “Autizmmiş” . Adının mənasını bilmirəm nə deməkdir. Onu bilirəm ki , bu mənim aləmimdə “savaş” deməkdir. Biz isə sonu görünməyən savaşın döyüşçüləri…. Müəllifin dilindən Cəmiyyətimiz hələ autizmli insanlara öz aralarında yer vermir. Düzdür , onlar həmişə normal insanlardan fərqlənir. Ancaq ətraf başa düşməlidir ki , bu onların seçimi deyil. Günümüzdə heç kəs bu xəstəlikdən sığortalanmayıb. Autizmli olmaq dünyanın sonu deyil. Hətta biz onları xəstə kimi yox fərqli insanlar kimi qəbul etməliyik. Unutmayın hər savaşın bir sonu vardır. Yaxşı, ya da pis . Ümid edirəm , bu balaca qəhrəmanların savaşı gözəl sonla bitər..
AYB-nin Mingəçevir bölməsi yeni toplu nəşr edib. Kitabın təqdimatı 22 noyabr 2022-ci ildə saat 14:00-da Bakı şəhərində yazıçılar birliynin “Natəvan” zalında baş tutacaq.
KİTAB HAQQINDA MƏLUMAT:
Bizdən sonra yaşayacaq qalan söz… (ön söz əvəzi) – İsmayıl İmanzadə
GƏLİMLİ-GEDİMLİ DÜNYA…
Qənbər Şəmşiroğlu
Fəxrəddin Əziz
Murad Xasməmmədov
KÖNLÜM ŞEİR İSTƏYİR
İsmayıl İmanzadə
Ağabala Salahlı
Araz Süleymanov
Ayşən Rəhim
Bəhman Gülövşəli
Eyyub Rəşidov
Əhməd Süleymanov
Gülnarə Acalova
İsmayıl Yusifli
Kəmalə Əyyubqızı
Qüdrət Məmmədov
Laçın Eyvazov
Mahir Musa
Məhyəddin Məhərrəmoğlu
Məmməd Mərzili
Namiq Zaman
Rafiq Ələkbər
Rəşid Rəsulov
Seymur Sönməz
Şahin Adıgözəlov
Ülviyyə Məmmədli
Valeh Heydər
Vahid Xəyali
ALIN YAZISININ KÖZƏRTİLƏRİ
Elşən Əzim
İlahə Qəhrəman
Mehman Rəsulov
Rəna Abdullayeva
Zümrüd Rəhimova
QEYDLƏR:
1.Kitabın (Almanaxın adı) – “RUHUMUZUN YAZ HAVASI”
2. Bakı. “Gənclik” nəşriyyatı. 2022. 236 Səhifə
3. Kitabın ilk “Gəlimli-gedimli..” bölümündə son illərdə dünyasını dəyişən üç şairimizin şeirləri yer alıb.
4. “Könlüm şeir istəyir” (II) bölümündə 23 nəfər şairin şeirləri dərc edilmişdir.
5. “Alın yazısının közərtiləri” (III) bölümündə isə 4 yazarımızın hekayələri və bir alim-şairin ədəbi-elmi mahiyyətli 2 yazısı yer almışdır.
6. Kitab 200 nüsxə ilə nəşr olunmuşdur.
7. Kitabın redaktoru şair Elşən Əzim, üz qabığının dizayneri Bəxtiyar Qədimovdur.
Daha ətraflı məlumat əldə etmək, kitabla yaxından tanış olmaq üçün bütün ədəbiyyatsevərləri təqdimata dəvət edirik. Giriş sərbəst.
Quliyev Novruzəli Quluş oğlu 1944-cü il iyulun 10-da Naxçıvan Muxtar Respublikanın Şahbuz rayonun Kükü kəndində anadan olub. 1951-1961-ci ildə Şahbuz rayonunda orta təhsil almiş, Sovet ordusu sıralarında qulluq etmişdir.
Novruzəli Quliyev Moskva şəhərində ali təhsil almiş, 1978-ildə doğma Vətəninə qayitmişdir. O, uzun müddət Sumqayıt şəhər hərbi komisarlığında çalışmış mayor rütbəsinə qədər yüksəlmişdir.
Vətənin üstünü qara buludlar alındığı görən təcrübəli hərbiçi 1994 – cuüil aprelin 16-da rəhbərlik etdiyi batalyonu ile birlikde Tərtər-Agdərə döyüş bölgəsinə göndərilmişdir. O, batalyon komandiri olaraq bir sıra əməliyyatlar həyata keçirərək, düşmənə agır zərbələr endirmişdir, mayor Quliyev 24 aprel 1994-cü ildə Soltanlı kəndi uğrunda gedən döyüşlərdə tabeliyinde olan əsgər ve zabitlərlə son nəfəsinə qədər döyüşmüşdür.
Qeyri-bərabəre döyüşlərdə dörd əsgəri ilə itkin düşmüşdü.