ÖMÜR ŞİRİN YUXUDUR Fələkdən kam almaq necə qəlizmiş! Həyat bir dəyirman – ömrü üyüdən… Sən demə, bu dünya yaman cılızmış, Mənəmmiş gözümdə onu böyüdən… * * * Mən nəhəng bildiyim zirvəli dağlar Əslində əl qədər toz yığınıymış. Çəmənlər… Düzənlər… Bağçalar… Bağlar… Dilimdə kök salan söz yığınıymış… * * * O sonsuz ümmanlar, dərin dəryalar Ovcuma sığışan bir udum suymuş. O ucsuz-bucaqsız geniş səhralar Bir qarış ölçüdə olan quruymuş… * * * Gündüzlər aləmə nur yayan Günəş Cismimi yandıran isti kürəymiş. Ay gecə işıq yox, saçırmış atəş, Övkəsi, hikkəsi, hirsi Yerəymiş… * * * Sanırdım, yağışdır göydən süzülən, Sızlayan ruhumun göz yaşlarıymış. Ağaclar – cərgəylə yerə düzülən- Ölmüş arzuların baş daşlarıymış… * * * … Yaşanan bu ömür şirin yuxudur, Qarışıb gecəyə gündüzlərimiz. Gerçəyi dərk etmək bizi qorxudur, Odur ki, ayılmaq istəmirik biz…
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Miriş hər dəfə lotereya bileti alanda Səkinə deyinir: “Sən də özünə iş tapmısan? – deyirdi. -Neynirsən bu bileti? İşhatandan maşın keçir? Yox bir, təyyarə, helikopter, bəlkə də dron udacaqsan. Bu lotereya biletlərinə verdiyin pullara get ət, toyuq al, nuş-canlıqla yeyək. Qoz, badam ləpəsi, püstə, ərik qurusu götür. v
Miriş də əlini yelləyərək:
-Birdən-birə Amerika kəşf etmirlər, – deyə cavab verirdi. -Vaxt lazımdır, bəxt lazımdır.
-Vaxtı bilmirəm, bəxtdən yarımamışıq.
Miriş ciddi görkəm alaraq:
-Yoxsa peşman olmusan? – dedi.
Səkinə özünü yığışdırdı:
-Nədən peşman olmuşam?
Miriş cavabında dedi:
-Mənə ərə gətməyindən.
Səkinə ərinə sığındı:
-Gör hara gedib çıxdın?! Peşman niyə oluram. O mənada demirəm. Yəni haradadır o bəxt bizdə ki, bir minik maşını udaq. Paltar maşını udsaq belə, sənin papağını göyə ataram.
Miriş arvadının saçlarından öpərək:
-Ay mənim ağıllı xanımım. Yaxşı, daha lotereya bileti almaram. İndiyə qədər bəxtimizə bir kibrit çöpü də düşməyib.
Səkinə dilləndi:
– Vallahi-billahı maşını öz adamları udur. Qurma, qondarma oyunlardsır. Minik maşın olan lotereya biletini verirlər öz qohum-əqrəbalarına, dost-tanışlarına. Belədə guya minik maşınını o udur. Sonra onun əlindən alıb, bir az pulla – bilmirəm 200-300 manat, ya da 500-1000 manatla onun ağzını yumurlar. Həm bu lotereya oyunbazları, həm də yalandan maşın udan qazanır.
Miriş arvadı ilə razılaşdı:
-Əslinə baxanda sən düz deyirsən, ay Səkinə. Daha lotereya biletinə pul verən deyiləm.
Bir müddət keçdi. Miriş yenicə işdən gəlmişdi, vanna otağında yuyunurdu. Səkinə onun çayını-xörəyini hazırlayırdı. Əlində çay qonaq otağına gələndə stolun üstündə lotereya biletlərini görüb təəccübləndi:
-Miriş köhnə xasiyyətindən əl çəkmir ki, çəkmir.
Əlindəki fincanı stolun üstünə qoyub səsləndi:
-Ay Miriş, yenə başladın?
Mirişin səsi gəldi:
-Yenə nə olub, ay Səkinə? Səsini başına atmısan.
Miriş qonaq otağına gəldi.
-Ay kişi, bu nədir? Yenə lotereya bileti almısan. Ötən dəfə danışmadıq?!
Miriş özünə haqq qazandırmağa çalışdı:
-Vallah təsadüfən oldu. Səninçin ətir alırdım…
“Ətir” sözünü eşidən Səkinənin üzünə təbəssüm qondu:
-Ətir?
-Hə, ətir.
-Bəs hanı ətir? Çaşıb ətir yerinə lotereya bileti almısan?
-Ətrini verəcəyəm. Hövsələni bas. Hə, ətir alırdım, xırdaları olmadı. Əvəzində bir neçə lotereya bileti təklif etdilər. Mən də fikirləşdim ki, bəlkə xeyir bundadır. Etiraz etməyib götürdüm.
Səkinə daha çox da dərinə getmədi. 5-10 manatdan ötrü ərinin ətini yeməyəcəkdi ki…
Az keçdi, çox keçdi. Ər-arvad televizorun qabağını kəsdirdilər. Bəxtlərini sınamaq qərarına gəlmişdilər. Lotoreya oyunu başladı. Bir az sonra Səkinə səsini qaldırdı:
-Vay, görürsən, bir rəqəm çatmadı. Belədir də bunlar. İndi də minik maşını hansısa hazıryeyənə qismət olacaq.
Miriş ayağa qalxdı:
-Sən düz deyirsən, fırıldaqdır hamısı.
O, mətbəxə keçib özünə çay süzdü. Fincanı götürüb qonaq otağına keçmək istəyirdi ki, ayaq saxladı. Geri dönüb Səkinə üçün də çay gətirdi. Lağla arvadından soruşdu:
-Hə, nə oldu? Maşın uddun?
Səkinə ağzını əyərək:
-Tökülüb elə, bu dəqiqə maşın udacağam, özü də Mersedes, Toyota, Nissan… Yatar yuxuma da girməz. Amma pis olmazdı…
-Nə?
-Bir tikiş maşını udmaq. Başqa heç nə istəmirəm. Minik maşınını verdim onlara.
Birdən hər ikisi dik ayağa sıçradılar. Miriş Səkinəni qucaqlayaraq:
-Udduq, Səkinə, udduq. Tikiş maşını yox, minik maşını.
Səkinə inanmır, gözlərini döyürdü. Miriş onu silkələrək:
-Arvad, özünə gəl, həqiqətən udmuşuq. Mən də nə gözümə, nə də qulağıma inanıram. Amma həqiqət budur.
Ər-arvadın səsi mənzili başına götürdü: “Urra!!!”
Səkinənin gözləri dolmuşdu. Ağlamağa başladı:
-Ay Miriş, bu lap möcüzə oldu! Nə yaxşı satıcıların xırda pulu olmayıb, sən də nə yaxşı pul tələb etməyib lotereya biletlərini götürmüsən. Qismət beləymiş.
Az sonra qohum-əqrəba, dost-tanış, qonşular bundan xəbər tutdular.
Mirişlə Səkinənən sevinci yerə-göyə sığmırdı. O gecəni diri açdılar. Gözlərinə yuxu getməmişdi.
Nəinki ertəsi gün, hətta sonrakl bir neçə günü də minik maşınının dalınca gedə bilmədilər. Evləri təbrikə, gözaydınlığına gələnlərlə dolub-boşalırdı. Miriş gedib bazarlıq edirdi. Gələnləri çayla yola salmayacaqlardılar ki. Xeyli pul xərclənmişdi.
Axır ki, dörd gün sonra vaxt tapıb minik maşınını rəsmiləşdirmək üçün yola çıxdılar. Miriş şəxsiyyət vəsiqəsini də götürmüşdü.
İşçilər – cavab oğlanlar, qızlar onların başına yığışdılar, bu xoşbəxt cütlüyü təbrik etdilər. Miriş şəxsiyyət vəsiqəsini uzatdı. Onlara xidmət edən qız nədənsə minik maşınını rəsmiləşdirməyə tələsmirdi:
-Maşının sərəncamınıza verilməsi üçün bəzi şərtləri yerinə yetirməlisiniz.
Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Sonra hər ikisi gözlərini dolandırıb cavan qızın sifətinə dikdilər. Səkinə dilləndi:
-Nə şərt, ay xanım? Lotoreyaya minik maşını düşüb. Bizdən tələb olunan şəxsiyyət vəsiqəsidir, yazıb-pozub maşının açarını verəcəksiniz bizə. Biz də sizə şirnilik verərik.
Qızı gülmək tutdu. Aydınlaşdırmağa başladı:
-Məsələ sizin düşündüyünüz kimi heç də asan deyil. Maşına sahib olmağınız üçün gərək bizdən bir qaraj, bir də qarajı qoymaq üçün torpaq sahəsi alasınız. Onların pulu ödəniləndən sonra maşının açarını sizə verəcəyik. Şərtlər bunlardır.
Səkinə Mirişə, Miriş də Səkinəyə, sonra hər ikisi cavan qıza baxdılar. Bu dəfə Miriş dilləndi:
-Yaxşı, qəşəng qız, indi deyin görək, o torpaq sahəsi ilə qarajı neçəyə satırsınız.
Qız dedi:
-Qarajin qiyməti – 3 min manat, torpaq sahəsinin qiyməti isə, 5 min manat.
Ər-arvad başlarını tutdular. Yenə bir-birlərinə baxdılar, çiyinlərini çəkdilər. O qədər pulları harada idi? Borc götürməyə də dəyməzdi. Borcu gec-tez ödəməli olacaqdılar. Hansı pulla? Qənaət edib bir qədər dala pul atmışdılar. Onu da udulan maşının təbrikinə gələnləri qarşılayıb-yola salmaq üçün xərcləmişdilər.
Miriş ağır-ağır dilləndi:
-3 min, 5 min… Deməli sizə 8 min pul ödəməliyik. Bundan sonra minik maşını bizim olacaq?
Qız başı ilə təsdiq elədi. Ər-arvadın sevincindən əsər-əlamət qalmamışdı. Dilxor idilər. Miriş hələ də nəyəsə ümid edirdi. Odur ki:
-Yaxşı, qarajı bildik. Bəs qaraj üçün torpaq sahəsini harada verəcəksiniz?
-Harada?
Qız qarşısındakı kağıza baxaraq:
-Zabratda, – dedi.
Yenə də Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Bu dəfə Səkinə dilləndi:
-Xanım, biz Yasamalda yaşayırıq.
-Yasamalda yer ayıra bilmirik.
Miriş səsini qaldırdı:
-Tutaq ki sizinlə razılaşdıq və 8 min manat ödədik. Demək, maşını Zabratdakı qaraja qoyacağıq. Hər gün səhər tezdən tıxacın bol olduğu vaxtlarda ya marşrut avtobusla, yaxud da taksi ilə Zabrata gedib maşını götürməli, axşamüstü də aparıb qaraja qoymalı, yenə də marşrut avtobus, yaxud taksi ilə geri qayıtmalı olacağıq?
-Hə, bizim imkanımız buna çatır. Amma maşın sizə havayı başa gəlir.
-Ay xanım, belədə maşın havayı başa gəlmir. Özümüz öz pulumuzla gedib minik maşınını alsaq, bundan ucuz düşər, həm də onu yaşadığımız binanın həyətində saxlaya bilərik. Heç qaraj da lazım olmaz. Nə çoxdur həyət-bacada maşın saxlayanlar. Boynunuza alın ki, düz oynamırsınız. Belə lotereya oyunu olmaz. Bu oyunun bir adı var: fırıldaq oyunu.
Miriş əlində tutduğu lotereyanı dörd yerə böldü. Səkinənin qolundan tutub, qapıya sarı irəlilədi.
Uşaqları milli-mənəvii dəyərlər əsasında formalaşdıraq
“ Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır”.
H.Ə.Əliyev
Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar tək yetişdirməlidirlər. Ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılıdır. Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət, həm də şərəfdir. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Bu yenilikləri şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin hər bir dövrün cağırışlarına uyğun addım ataraq, qabaqcıl texnologiyaların tətbiqi ilə uğurların davamlılığını təmin etməsidir. Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi imkan veir ki iş prosesində problemin həlli diqqətdə saxlanılsaın. Şubhəsiz, uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasi, onların yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları kimi hazırlaması işimizin əsas nəticəsidir.
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Dövlət başçısı İlham Əliyevin Azırbaycan qürur mənbəyimiz–Uşaqlar gələcəyimizdir fikri ölkəmizin müstəqillik tarixində qazandığı uğurların ümumiləşdirilmiş ifadəsidir. Xalqımız daim azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. Bu gün danışdığımız bütün uğurlar müstəqilliyin nəticəsidir, ölkəmizin bu illər ərzində müxtəlif sahələrdə qazandığı uğurların daha geniş miqyaslı və əhatə dairəsinin möhtəşəmliyinin təmin olunmasi təhsilimizin inkişafı ilə bağlıdır. Bu qarşımızda dayanan əsas vəzifələrdəndir. Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Ölkəmizdə İnsan amili dövlətin siyasətində öndə dayanır. Bu gün məhz bu siyasətin uğurlarını yaşayırıq. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin inkişafı sahəsində görülən işlər davamlılığı ilə diqqəti çəkir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi də bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələri biz təhsil işçilərinin qarşısında daha mühüm vəzifələr durur.
Biz müəllimlər Ulu öndərin dediyi – “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini fəaliyyət prosesində diqqətdə saxlayırıq. Dövlət başçısınin respublikamızda “qara qızıl”ı insan qızılına, insan kapitalına çevirməliyik” ifadəsinin təsdiqi istiqamətində aparılan işlərin nəticəsi olaraq çalışırıq dərs dediyimiz şagirdlərdə bacarıqların inkişafına diqqət yetirir,calışriq onlar dünyada gedən proseslərə bələd olsunlar,yeni təlim texnologiyalarını mənimsəsinlər. Ən qabaqcıl texnologiyaların tətbiqi təhsilimizin səviyyəsinin artırılmasına öz tövhələrini verir . Məhz yeni texnologiyalar yiyələnməyimizin nəticəsi olaraq ölkəmizin gələcəyi olan uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasina, onların yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları kimi hazırlaması işimizin əsas nəticəsidir. Təbii bu uğurların əsası orta məktəbdə, ilkin olaraq ibtidai təhsil pilləsində qoyulur. Məhz ibtidai təhsil pilləsində biz uşaqlarımıza Vətən sevgisi,İnsan sevgisi, Milli zəmində Bəşəri dəyərlərin mənimsədilməsi ,onların sağlam düşüncə tərzinin formalaşdırılması, dövlət atrubutlarına hörmət kimi keyfiyyətlərin inkişafına nail olmağımızin nəticəsində cəmiyyətimizə öz tövhəmizi veririk. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət, həm də şərəfdir. Şagirdlərdə bədii zövqün formalaşması fəal həyat mövqeyi ilə yanaşı, yaradıcı əmək prosesi ilə şərtlənir. Əgər şagirdlərdə düzgün zövq yarada bilsək, onda onlar ətraf aləmi sevərək, ona qayğı ilə yanaşaraq, həyatlarını gözəllik qanunları əsasında qururlar. Əlbəttə, gözəllik məfhumu mürəkkəb və çoxcəhətlidir. Onun ilk mənbəyi bizi əhatə edən həyatdır. Gözəllik həyatın özüdür. Gözəllik insan qəlbi ilə gözəllik qanunları arasında rəftar, insan şüurunun ən dərin guşələrinə nüfuz etmək, onu ehtizaza gətirmək, insana öz qüvvəsini anlatmaq, insanı ucaltmaq, yüksəlmək kimi bir qüdrətə malikdir. Bəşər övladı gözəlliyin xoş qanadlarını öz üzərində daha dərindən duymağa başlamışdır.
Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar yetişdirməlidirlər. Şagirdlər Azərbaycan torpağında tarixən mövcud olan həyat tərzindən, ictimai-iqtisadi quruluşlarda daha yaxşı və həqiqi gözəllikdən ayrılmaz olduğunu, ictimai münasibətlərdəki ülviliyin və eybəcərliyin əsl mahiyyətini, hansı cəmiyyətdə adamlara daha böyük gözəllik yaratmağa qadir olduğunu ətraflı şəkildə məhz bu dərslərdə öyrənir. Dərs prosesində şagirdlərin “vicdan”, “borc”, “namus”, “qeyrət” kimi yüksək anlayışlar haqqındakı bilik və təsəvvürləri dəqiqləşir, onlar bu anlayışlardakı ülviliyi başa düşür, məktəblilərdə gözəlliklərə və böyük tarixi həqiqətlərə maraq inkişaf edir. Vətən! Bu söz insanlarda daha dərin və əziz hisslər oyadır. Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Vətəni sevmədən, qorumadan, atababalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetirmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə istiqamətləndirən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.44 dünlük Vətən müharibəsində tarixi ,əzələi əbədi Qarabağımızın mənfur düşmən tapdağından azad edilməsi ilə bağlı əldə olunan Qələbənin qorunması bunu bizdən tələb edir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Vətənpərvərlik ən ülvi bir hissdir. Bu gözəl və nəcib əxlaqi keyfiyyəti gələcəyin qurucularına aşılamaq bizim borcumuzdur.
Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirmək qarşımıza duran mühüm məsələdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir. Dərs dediyim şagirdlərimə təkcə bilik, savad verilmirəm, həm də onlara Vətən,İnsan sevgisi aşılayıra.vətən daşı olmaq hissi aşılayıram. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar da aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəbdə vətənpərvərlik hissi ilə formalaşdırılan o şagirdlər bu gün 30 ildən sonra düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir. Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları, vətənpərvərlik ruhunda böyümələri mənim ən mühüm vəzifəm, müqəddəs borcumdur. Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır. Gənc nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək və gənclərdə ruh yüksəkliyi yaratmaq, öyrənməyə həvəsi artırmaq üçün çalışmalıdır. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir.
Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır. Məktəbdə milli şüur tərbiyəsinin aktual problem olduğunu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirir. Belə tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan Vətənə vurğunluq şagirdlərə xatırlanır. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən birincisi vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.
Uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizdə hər zaman aktual məsələlərdən olub. Vətənimiz, torpağımız uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan, daima qəlblərimizdə, yaddaşlarımızda yaşayan şəhidlərimizi yaşından asılı olmayaraq hər bir kəs tanımalı və bununla fəxr etməlidir. Çünki biz bu gün onların etdikləri qəhrəmanlıqlar və dövlətimiz sayəsində rahat həyat sürə bilirik. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar. Bu vətən övladları doğma yurda sədaqət rəmzi, məhəbbət sinvoludurlar. Onlar Vətən torpağı uğrunda vuruşmuş, onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər! Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Vətənpərvərliyin kökündə öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. İbtidai sinif şagirdləri Azərbaycan xalqının dili, dini, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin biliklərə malik olmalı, fəaliyyətində, münasibətlərində onlara istinad etməlidir. Gerçəkliyi estetik qavramaq, gözəlliyi duymaq, dərk etmək qabiliyyətinə, müasir texnika və kommunikasiya vasitələrinə dair bilgilərə, tələbatlarına uyğun olanlardan ilkin istifadə bacarıq və vərdişlərə malik olmalıdır. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Mərd, mübariz oğul və qızlarımız doğma Vətəni həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də Vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Bizim gələcəyimiz olan uşaqları nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Bazarda yenə də qələbəlik idi. Bazar günü olduğundan çoxları bir həftəlik bazarlıqlarını edib aparıb başlarının altına qoyurdular. Ağız deyəni qulaq eşitmirdi. Hər bir kəs öz malını tərifləyirdi: “Gəl ay müştəri, qızıldandır dişləri! …Soğan deyil, baldır, ey bal! Kartof deyil, almadır, alma!”
Sənətkar dükanları da bazarın müxtəlif tərəflərinə səpələnmişdi. Səhərlər işə başlar, axşamüstülər – bazar bağlananda dükanlarının ağzına qıfıl vurub ya evlərinə yolanardılar, ya da “ümumu qazana pul düşüb” ucuz yeməkxanaların birinə yeyib-içməyə, özlərinin dedikləri kimi, “vurmağa” gedərdilər.
Əlqərəz, bazar hamıya lazım olan bir yer idi. Kimisi burada çörəyini çıxarırdı, kimisi də bazarlığını edirdi.
Həsən 14-15 yaşlarında idi. O da arada bazara gələrdi. Qardaşı Fazil saatsaz idi. Balaca bir dükanı vardı. Gəliri başından aşmasa da, dolanırdı. Fazil onun ögey qardaşı idi, ayrı yaşayırdı, arvad-uşağı vardı. Hərdən Həsəngilə də əl tutardı. İmkan olanda.
İndi onu bazara Fazil özü çağırmışdı. Həsənin rəssamlıq qabiliyyəti vardı. Rənglərdən yaxşı baş çıxarırdı. Arada oxuduğu məktəbin foyesində onun çəkdiyi mənzərə rəsmlərindən ibarət sərgi də təşkil olunurdu. Hamı baxır, bəyənirdi. Ona hədiyyələr də verilirdi.
Fazil çağırmışdı onu ki, gəlib onun dükanına əl gəzdirsin, dükanı abıra salsın. Həsən də boya aldırmışdı, indi zövqlə qapı-pəncərəni, dükanın divarlarını bəzəyirdi. Öz işindən özü də zövq alırdı.
Həsən tələsmədən, səylə kistanı boyaya batırıb qapıya yaraşıq verirdi.
Fazildən başqa Həsənin işinə uzaqdan bir nəfər də göz qoyurdu. Həmin şəxs Qayib kişi idi. Həsənin işini çox bəyənmişdi. Ona yaxınlaşdı:
-Ay oğul, işin irəli! Gördüyün iş xoşuma gəldi. Gərək əminin evini də abıra salasan.
Həsən təəccüblə ona baxdı. Bu rayonda, bazarda gör nə qədər rəngsaz vardı. Həsən heç onların yanından yel olub da keçə bilməzdi. Bu əmi nə əcəb ona ağız açır?!
-Oğul, hər adamı evinə apara bilmirsən. Sənətkar olmaqdan başqa həm də gərək namuslu insan olasan. Kəsəsi, səni bəyəndim. Zəhmət haqqı olaraq sənə 150 manat da pul verəcəyəm.
Həsən qulaqlarına inanmadı:
-Nə qədər?
-150 manat.
Həsən əl saxladı. Cibində siçanlar oynayırdı. 150 manat nədir, heç 15 qəpiyi də yox idi, gedib su alsın. Susuzluqdan ciyəri yanırdı. Həsənin dayanıb key-key baxdığını görən Qayib kişi onun qolundan tutdu:
-Hə, nə deyirsən?
Yüz əlli manat Həsən kimi atasız bir uşaq üçün, onun ailəsi, anası və bacısı üçün böyük pul idi. Çox böyük. Qardaşının yanında nə qədər boynunu büküb durmaq olardı? O da ya azdan-çoxdan pul verər, ya da ağlaşma qurardı ki, “vallah, mən də elə siz gündəyəm” – deyərdi.
Həsən məktəbli idi. Evdə bir qardaş, bir bacı idilər. Anaları hərbi komissarlıqda xadimə işləyirdi. Bir ayda aldığı pul vur-tut 80 manat idi.
Qayib kişinin isə, bazarın gözəgəlimli yerində iri bit təsərrüfat mağazası vardı. Qaz vurub, qazan doldururdu. 150 manat onuncun qəpik-quruş sayılırdı.
Həsən tez razılaşdı və işə başladı. Hər gün dərsdən sonra gəlir, evin rəngsazlıq işlərini görürdü. Günorta qabağına yemək də qoyurdular. O, ev sahiblərindən, onlar da Həsəndən razı idilər. Həsən başını aşağı salıb öz işini görürdü.
Qayib kişi hər dəfə yaxınlaşanda Həsən hiss edirdi ki, o, həvəslə onun işinə baxır və işdən qazı qalır. Həsən hər dəfə Qayib kişinin əlini cibinə salaraq boyun olduğu pulun müəyyən qədərini ona verəcəyini gözləyirdi. Lap 10 manat, iyirmi manat, otuz-qırx manat olsun!
Həsən anasına da, bacısına da aldığı sifariş barədə məluma vermişdi. Evdəkilər buna çox sevinmişdilər.150 manat kasıb ailə üçün böyük pul idi. Evdə işləyən yalnız ana idi. Birisinin ayaqqabısı, donu, o birinin corabı, jaketi, plaşı, özünün də hər bir geyimi nimdaş idi.
Lakin Həsən hər dəfə baxa-baxa qalır, deyə bilmirdi ki, Qayib kişi pulun bir hissəsini avans kimi ona versin. Qayib kişinin tərpənmədiyini görəndə isə fikirləşirdi ki, görünür, Qayib kişi işin tamam-kamal qurtarmasını gözləyir. Pulun hamısını onda, lap axırda verəcək.
Beləliklə, Həsən ruhdan düşməyib işini davam etdirirdi.
…Bu gün Həsənin sevimli günü idi. Evdəkilər də xoş xəbər gözləyirdilər.
Həsən öz işini başa çatdırmışdı. İki göz lazım idi ki, tamaşasına dura. Qayib kişi, arvadı Tavat, qızı Şəhla, oğulları Sabirlə Cabir heyran-heyran baxırdılar. Sonra Sabirlə Cabir çıxıb getdilər iş-güclərinin dalınca. Şəhla da otağına çəkildi. Qaldılar üçü – Həsən, Qayib kişi, bir də Tavat.
Qayib kişi əlini Həsənin kürəyinə vuraraq:
-Halal olsun, bala, yaşın az olsa da, qabiliyyətlisən, əsl sənətkarsan.
Sonra Tavata sarı dönərək:
-Arvad, o dəftəri gətir bura.
Tavat getdi, az sonra dəftər qələmlə qayıtdı. Qayib kişi dəftərdəki qeydlərə baxa-baxa:
-Həsən, deməli, belə. Diqqətin məndə olsun.
Həsən diqqət kəsildi.
-Bir aydır işləyirsən, elədir?
Həsən cəld:
-Elədir, – dedi.
-Hər gün nahara oturmusan. Elədir?
-Elədir, Qayib dayı.
-Günorta yeməyi zamanı sənin qabağına gah yarpaq dolması, gah döşəmə pilov, bəzən də səbzə pilov, gah küftə bozbaş, cücə ətilə çığırtma, gah kələm dolması qoyublar. Nuş canla yemisən?
-Yemişəm.
-Arada bir neçə dəfə qonaqlarım gəlib. Kabab çəkmişəm. Sən də yemisən. Şirə, kompot, göy-göyərti, salat da öz yerində. Hər gün neçə dəfə limonlu çay içmisən. Bəzən axşamüstülər də mən işdən tez gələndə səni yanımda oturtmuş, Allahın verdiyindən sənə də vermişəm. Olub belə şey?
-Olub.
Həsən udqunmaqda idi. Öz-özünə düşünürdü: “Bu nə söz-söhbət idi?! Yeyib içdiklərimi başıma niyə qaxır? Adam adamın çörəyini yeyər. Pulumu ver çıxıb gedim də. Bizimkilər150 manatın haraya xərclənəcəyini çoxdan müəyyənləşdiriblər”.
Qayib kişi sözünə davam etdi:
-Hə, Həsən bala, deməli, sənə çatacaq 150 manatdan gözünü çək. Bu, bir. İkincisi, mən hesablamışam. Hələ üstəlik sənin mənə yüz manat borcun var. Onun 50 manatını keçirəm. Qalır 50 manatı…
Həsən quruyub qalmışdı. Bu nə iş idi düşmüşdü?! Bir aydan çoxdur gəlib-gedib. Əlləşib, boyanın kəskin iyini udub, başı ağrayıb. Bu bir ay ərzində gördüyü işlər bir yana qalsın, sən demə, hələ özünün də bu Qayib kişiyə borcu varmış!!!
Anası ilə, bacısını gözləri önünə gətirdi. Onlar Həsənin gətirəcəyi 150 manatı səbirsizliklə gözləyirdilər.
Azərbaycan xalqı tarixin qədim və çətin dövrlərindən belə öz zəngin milli-mənəvi irsini, adət-ənənələrini qoruyub saxlamış, nəsildən-nəsilə ötürərək bu günlərə kimi gətirməyi bacarmışdır. İslam dininin zəngin dəyərlərindən dönməyən, daxili inamı və mənəvi saflığı ilə dini etiqada əsaslanan xalqımız tarixin ən kəşməkəşli mərhələlərində belə milli əxlaqi və bəşəri duyğularını təcəssüm etdirərək bu dəyərlərə həmişə sadiq qalmışlar.
XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin bütün sahələrində sürətli inkişaf və nəaliyyətlər əldə edilməsində müstəsna xidmətləri olmuşdur. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr ümummilli lider Heydər Əliyevə məxsusdur. Onun xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan vermışdir.
1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.
Azərbaycan xalqının adət-ənənələrinin, ümumən milli kimliyimizin mühüm komponentlərinin daha çox əksini tapan, qədim, böyük türk eposu “Kitabi – Dədə Qorqud”un xilası və bu eposun təbliği məqsədilə bədii filmin çəkilişi, habelə 1300 illiyini bütün dünyada keçirməklə dastanın həm Azərbaycan hadisəsi olduğunu sübut etmiş, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu. Eyni zamanda ulu öndərin Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Üzeyir Hacıbəyov və bir çox söz və musiqi sənəti ustadlarının dahiyanə əsərlərinin, eləcə də aşıq poeziyasının təkrarsız nümunələrini sovetlər məkanında
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan addımıdır. 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin 150 illik yubileyinin Bakıda və Moskvada ən yüksək səviyyədə qeyd edilməsi, eləcə də belə möhtəşəm tədbirin həm də aşığın doğulduğu Göyçə mahalında keçirilməsində məqsəd el sənətkarını xalqa qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin hansı coğrafiyanı əhatə etdiyini, ulu babalarımızın Ermənistan adlanan ərazidə əzəldən yaşadığı fikrini sovet cəmiyyətinə çatdırmaq idi.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmırdılar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Sovet dövründə XX əsr Azərbaycanın böyük mədəniyyət xadimləri- Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, eləcə də Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəmov və s. ədəbiyyat klassikləri o dövrün ən şərəfli mükafatı Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adları məhz Heydər Əliyevin qayğısı nəticəsində almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənətə meyilli şəxsiyyət idi. Gəncliyində incəsənətə gəlmək və memar olmaq istəyən ulu öndəri zaman siyasət memarına çevirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində kadr çatışmazlığı böyük problemə çevrilmişdi. Həmin dövrdə Ulu Öndərin səyi ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil almağa göndərilməsi və mədəni irs sahəsində milli kadrların yetişdirilməsində mühüm rol oynadı. 1970-1980-ci illərdə Bakıda Şirvanşahlar Sarayı Kompleksi, Naxçıvanda Mömünə Xatun, Yusif Küseyir oğlu və Qarabağlar türbələri, Mərdəkandakı Düzbucaqlı və Dairəvi qəsrlər, Şəkidə Xan sarayı, Bərdə türbəsi, Mərəzədə Diri Baba türbəsi həmçinin Rəşid Behbudov adına Mahnı Teatrının, Musiqili Komediya Teatrının binası və s. ölkə əhəmiyyətli tarixi abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər həyata keçirildi.
Azərbaycanın əvəzsiz mədəni irsi olan İçərişəhərin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyevin xüsusi tapşırığı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nömrəli qərarına əsasən İçərişəhərin, eyni zamanda qədim Şuşanın, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun tarixi hissələri tarixi-memarlıq qoruğu elan olundu. 1981-ci ildə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin tarixi hissəsi də qoruq elan edildi.
Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri sırasına yüksəldi. Hеydər Əliyev hamıdan yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. Heydər Əliyev 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Böyük Millət Məclisində çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı dövrlərdə Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. Böyük romantik şair və filosof Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması və Cavidlər məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Hеydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirilirdi. Həmin illərdə bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylərin qapıları yenidən tamaşaçıların üzünə açıldı və eyni zamanda ölkə ərazisində mövcud olan abidələrin qorunması məsələsi də ön plana çəkildi. Belə ki, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan düzgün istifadənin təmin olunması məqsədilə qəbul olunmuş – 10 aprel 1998-ci il tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və 6 fevral 1998-ci il tarixli “Mədəniyyət haqqında” qanun bu istiqamətdə mühüm addım oldu. Bunun ardınca, 2001-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə 6308 abidə dövlət tərəfindən mühafizəyə götürülmüşdür.
Ulu öndər xalqımızın mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü ölçüyəgəlməz işləri ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş etmişdir. Sağlığında millətinə, dövlətinə ən yüksək dəyəri verən Heydər Əliyev xalqın yaddaşında əbədi, silinməz iz qoymuş, onun adı ilə bağlı olan hər şey əziz xatirəyə çevrilmişdir.
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkirdə anadan olmuşdur. Əhməd Cavadın Azərbaycan ədəbiyyat tarixində əvəzsiz rolu olmuşdur. O, dövrünün zəngin biliyə malik olan ziyalısı kimi tanınırdı. Ədib bütün yaradıcılığı boyunca xalqının istiqlaliyyəti uğrunda mübarizə aparmışdır. Ə.Cavadın yaradıcılığı onu göstərir ki, o bütün ömrü boyu xalqını düşünmüş və milləti uğrunda həyatını qurban vermişdir. Ədib şərəfli və eyni zamanda çətin bir həyat yolu keçmişdir. Əhməd Cavadın Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlər içərisində “Səsli qız” poemasının öz xüsusi yeri vardır. Əsər ideya-məzmununa görə olduqca zəngindir. Əsərin süjet xəttində “cümhuriyyət şairi” kimi tanınan Əhməd Cavadın azadlığa və vətən şərəfinə olan münasibəti öz tərənnümünü tapmışdır. 1937-ci ilin repressiya qurbanlarından olan Əhməd Cavadın “Səsli qız” poeması özünün məzmununa və ibrətamizliliyinə görə Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutmuşdur. Şairin ən məşhur əsərlərindən biri olan “Səsli qız” poeması insanlarda vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrət kimi hisləri aşılayırdı. Əsərin hər səhifəsi milli azadlığa böyük önəmi özündə cəm etməsi ilə diqqəti cəlb edir. Ə.Cavadın əsərləri onun bir vətəndaş və bir şair kimi milli azadlığa verdiyi böyük önəmin göstəricisidir. Ədib yaradıcılığında yaddaqalan insan obrazları yaratmağa nail olmuşdur. Belə obrazlardan biridə “Səsli qız” poemasındakı Sara obrazıdır. Bu obraz özünün iç dünyası ilə bərabər əsərdə yığcam təsvirlərlə dolğun şəkildə təsvir olunmuşdur. Poemanın baş qəhrəmanı olan Sara vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan, öz cəsarətli hərəkətləri ilə seçilən bir qızdır. Poemada təsvir olunan obrazların xarakterləri əsərdə əhatəli təhlil edilmişdir. Əsərdəki obrazlara qarşı müəllifin münasibətini aydınlaşdırmaqda oxucuya xüsusi bir köməkçi vasitə vardır. Bu vasitə müəllifin özüdür. O, bütün əsər boyunca oxucunu yönləndirir. Əsərdəki obrazlar iki qismdə təsvir olunur. Müsbət və mənfi obrazlar. Məğlub ölkənin hökmdarı, ölkənin varlı adamları, din xadimləri əsərdə mənfi planda təqdim olunmuşdur. Bu şəxslərin poemada mənfi planda təqdim olunmalarının əsas səbəbi kimi onların xarakteri və əməlləridir. Əsər özünün bitkin kompozisiyası, maraqlı süjet xətti, orijinal məcazları, dilinin aydınlığı ilə diqqəti cəlb edir. Əsərdə obrazlılığın təmin edilməsində məcazların xüsusi rolu vardır. Saranın qeyri-adi gözəlliklərinin təsviri əsərin bədiiliyini birə-beş artırırdı. Poemada bədiiliyin, obrazlılığın qüvvətlənməsinə əhəmiyyətli təsir edən vasitələrdən biri də müəllif tərəfindən sözdən məharətlə seçilməsi və istifadə edilməsidir. Əhməd Cavad “Səsli qız” poemasında yığcam ifadələr işlətməklə təsvir obyekti barədə zəngin təsəvvürün yaradılmasına nail ola bilmişdir. Poemanı ideya-məzmununa görə zəngin edən də məhz bu xüsusiyyətlərdir. Əsərin əsas qayəsini vətənin düşmən hücumundan müdafiə edilməsi, vətəndaşın öz mövqeyində şərəfli olması, ölkəsinin müstəqilliyini, xalqının azadlığını heç nə ilə əvəz etməməsi, insanlığın əzilməsinə susmaması, insanlığın qəddarlıqla məhv edilməsinə yol verilməməsi təşkil edir. Əhməd Cavadın “Səsli qız” poeması Saranın gözəlliklərinin tərənnümü ilə başlayır. Müəllif Saranın səsinin səslərin ən gözəli olduğunu və belə gözəl səs eşitmədiyini qeyd edir. O, Saranın səsini bülbülün səsinə bənzədir. Ədib Saranın səsindəki gözəlliyi ilahi sirr kimi dəyərləndirir. Əsər nağılvari süjetlə başlayır. Qan içən bir hökmdar ölkəni amansızcasına tari-mar edir. Bu qanlı mühasirə altı aydan çox davam edir. Bu qanlı mühasirə nəticəsində yüz minlərlə insan məhv olmuşdu. Yurdunu düşmənə verməyənlər xınchaxınc doğranmışdı. Hər yan qanlı gövdə, gövdəsiz baş ilə dolu idi. Əhməd Cavad “Səsli qız” poemasında yığcam ifadələr işlətməklə müharibənin fəlakətlərini gözlər önündə canlandırır. Yüz minlərlə qız-qadın çöllərə, düzlərə yayılmışdı, hər yana ölüm rəngi çökmüşdü. Müharibə cənnət kimi bir ölkəni məzarlığa döndərmişdi və eyni zamanda bütün insanlığı da əzmişdi. Zavallı məğlub ölkədə gülmək onsuz da yox idi, artıq ağlamağı da qadağan etdilər. Döyüşdə məğlub olunandan sonra qaldırımlardakı bütün qan izləri yuyuldu. Bütün ölkə əhalisi şallaqla güldürüldü. Ölkədəki vay səsi susduruldu, toy səsi əmr edildi. Dərdli insanların söz deyib, dərd açmasına icazə yox idi. Ağlaşma səsləri qəhqəhələrə dəyişdirildi. Düşmən şahın gəlişi ölkədə qanuni bayram kimi qeyd olunur. Yırtıcı cəllad şah qadınların qan qusan fəryadlarına məhəl belə qoymur. Əhməd Cavad “Səsli qız” poemasında aşağıdakı misralarla oxucuya bir çox acı həqiqətləri çatdırır.
Görəcəksən ölənlər,
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.
Əhməd Cavad “Səsli qız” poemasında ikiüzlü, millət qədri bilməyən, xalq dərdi çəkməyən din xadimlərini tənqid və ifşa edir. Müəllif baş keşişin və şişman xocanın qəddar, cəllad şaha beyət etməsini onların ikiüzlülüyü sayır. Mömin müsəlmanların öldürülməsinə olan bu laqeydliklə heç cür barışa bilmir. Onlar üçün vacib olan ancaq damaqlarının çağ, keflərinin kök, qarınlarının tox olması idi. Onlar vətən torpağının qan qoxusu verməsini heç önəmsəmirdilər. Onlar ancaq özlərini düşünürdülər buna görə də, Saranı cəllad şaha ölkəmizin ulduzu deyə təqdim edib, Saradan da bu sərxoşu əyləndirməyini istəyirlər. Onlara Saranın gözlərindəki qəm-kədərin, qəlbindəki yanıqlı ahın bir mənası yox idi. Saranın duyğusuz, qəddar padişaha xüsusi nifrəti vardı. Buna görə də o nə qədər yorğun, əzgin olsa da, səsi ilə ölkəsində qaynayan kini coşdura bildi. Haqsızca axan günahsızların qanı Saranın dodağından çıxan mahnılarda canlandı.
Mən ki, səndən doymamışdım,
Quş qonmağa qoymamışdım.
Bir almanı soymamışdım,
Kim sənə gəc baxdı, bağlar?!
Saranın duyğusuz, qəddar padişaha xüsusi nifrətinin əsas səbəblərindən biri də o idi ki, onun nişanlısını şahın əmri ilə oxla öldürmüşdülər. Buna görə də Sara onun qanlısından nişanlısı Arqunun intiqamını almaq istəyirdi. Sara Arqunsuz yaşamaq istəmirdi və onun qisasını almaq istəyirdi. Elin igid qızı Sara həm də öz yurdunu zülümdən qurtarmaq, xalqını azad etmək niyyətində idi. Sara əlindəki gülgün qədəhdəki meyə zəhər qatıb, onu qəddar şaha verir. Saranın qadınlıq qorxusu ilə etdiyi bu qəhrəmanlığı düşmən şaha orada heç bir mənsəb sahibi etməyə cürət belə edə bilmədi. Şahın öldüyünü görəndə bütün məclis səs-küyə bürünür. Bir qızın cəsarətindən bütün xalq – arvad, uşaq, qocalar, cavanlar ayağa qalxıb, düşmən ordusunu tari-mar edir. Bir qızın cəsarəti ilə bir ölkə dustaqlıqdan azad oldu. O gündən Sara adı xalq üçün ən sevimli ad oldu. Sara bu addımı ilə azadlığın mərmərdən heykəlini yaradır. Saranın məmləkəti o gündən hər mənada azad olur. Qan içən krallardan qurtulur. Hürriyyətin ancaq adını eşidən xalqa Sara onun xoş dadını yaşadır. Əhməd Cavadın “Səsli qız” poemasında zəngin ədəbi-bədii yaradıcılıq motivləri olduqca güclüdür. Əhməd Cavad bu əsərində mistəqillik mücadiləsi və milli ideologiyanın vacibliyinin nümunəsini yarada bilmişdir. Əhməd Cavad yaradıcılığı əsərin hər misrasında gələn yeni nəsillərə vətən sevgisi aşılayır. Milli istiqlal və vətəndaşlıq nümunəsi əsər üçün səciyyəvi xüsusiyyətlərdir. Əhməd Cavadın “Səsli qız” poeması bədii təsir gücü, səmimiliyi və bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən bir əsərdir.
Bu gün Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist , Prezident mükafatçısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbudun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “100 ilin İmzası” kitabının təqdimat mərasimi olub.
Mərasimdə tarixçi – alim Cəbi Bəhramov , tarixçi politoloq Dünyamalı Pənahov, siyasi icmalçı İlyas Hüseynov, Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva,tanınmış sahibkar, xeyriyyəçi iş xanımı Xuraman Muradova, Ziyalı qadınlar İctimai Birliyinin sədri Zəhra Quliyeva ,Alban-udi dini icmasının rəhbəri Robert Mobili, /vetenim-azerbaycandir.az/-ın baş redaktoru Kamran Orucovvə bir çox ziyalılar, gənclər, jurnalistlər, ictimai xadimlər, QHT rəhbərlər iştirak edib.
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “100 ilin İmzası”adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Gülşən Behbuda yazarlar camesi adından hər müəllifə yalnız bir dəfə veilən “Ziyadar” mükafatını təqdim edib.
Sonda müəllif kitabları imzalayıb, xatirə şəkilləri çəkdirilib.