Cəvahir Tanrıverdi: – SELCAN ŞAHMAT ÖYRƏNİR.

SELCAN ŞAHMAT ÖYRƏNİR

(Uşaqlar üçün)

Selcan şahmat öyrənir,
Düzür topu, atını.
Biləndə təəccüb etdi
Fiqurların adını.

Filin xortumu yoxdur,
Atın da ayaqları.
Şah taxtda oturmayıb,
Onun sarayı hanı?

Anasını durmadan
Selcan suala tutdu:
-Əsgərə geydirməyə
Əsgər paltarı yoxdur?

Topun lüləsi hanı?
Atəş səsi də gəlmir.
Ana, bəlkə bu oyun
Şahın xoşuna gəlmir?
2020

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə

Tağızadə Rəfail Alı oğlu

Şair, publisist, esseist, tərcüməçi.

11 fevral 1958-ci ildə Ağdamda doğulub.

Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb.

Müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı, müxtəlif hədiyyələrlə təltif olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

“Qapı”(2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019), “Şəhid qardaşlar”  kitablarının müəllifidir.

Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabını tərtib edib.

“Qarabağ – Həsrətdən Zəfərə” kitabları nəşrə hazırlanır.

Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edib.

“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.

Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.

Çoxlu sayda kitabların redaktorudur.

Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.

Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).

Prezident mükafatçısıdır (2011).

“Şopenin ürəyi” poemasına  və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb. 

Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.

“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.

“Ədəbi ovqat” dərgisinin təsisçisidir.

Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, ukrain, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. QƏMİŞ OLMASIN.

QƏMİŞ OLMASIN

(hekayə)

            Ağanın qonağı gəlir. O, nökəri çağıraraq:

         -Yaxşı çay dəmlə. Adımıza-sanımıza layiq.

         Ağa çox vas-vası olduğundan nökər ayaq saxlayaraq hey suallar verir:

         -Ağa, çayı otlardan – kəklikotundan, nanədən, mixəkdən, darçından, yoxsa hildən dəmləyim? Bəlkə adi quru çaydan istəyirsiniz?

         Ağa qeyri-müəyyən cavab verir:

         -O da olsun, bu da.

         Nökər key-key baxır. Sonra təzədən xəbər alır:

         -Ağa, çay tünd olsun, yoxsa açıq?

         Ağa cavabında deyir:

         -Nə çox tünd olsun, nə də çox açıq? Bildin?

         -Bildim.

         -Di get.

         Nökər yola düzəlir, lakin nə isə fikirləşib geri dönür:

         -Ağa. Çay acı olsun, şirin?

         Ağa artıq əsəbiləşməyə başlayır:

         -Kəmşirin olsun, kəmşirin. Bunu da bildin?

         -Bildim, ağa.

         -Ağa, acığın tutmasın. Çayın yanında mürəbbə olsun?

         Bu dəfə qonaq dillənir:

         -Yaxşı nökərdir, iş bacarandır. Yerli-yataqlı öyrənmək istəyir ki, çay ürəyimizcə olsun.

         Nökər yerindən tərpənmir. Qonağın onun tərəfində olduğunu görüb ürəklənir:

         -Ağa, bir sualım da var. Olar?

         -Buyur.

         -Çay limonla olsun?

         -Limonla.

         -Yanında qaşıq olsun?

         -Qaşıq da olsun.

         -Çay qəndlə olsun, konfetlə?

         -İkisi də olsun, ay qanmaz!

         İsti yay günləri idi. Artıq sorğu-sual yarım saat olardı davam edirdi. Qonaq da, ağa da susuzluqdan dodaqlarını yalayırdılar.

         Ağa axır ki, dözə bilməyib cin atına mindi:

         -Ay yaramaz, susuzluqdan nəfəsimiz kəsildi!.. Gör nə vaxtdan dayanıb durmusan. Heç bir iş görməmisən!

         Qonaq da söhbətə qarışdı. Üzünü nökərə tutaraq dedi:

         -Ay pir olmuş, necə çay gətirirsən – gətir. Yanında qəmiş olmasın!

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış şair Nazilə Gültacın “Şəhid atası” kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

“Şəhid atası”

Tanınmış şair Nazilə Gültacın “Şəhid atası” kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda toplanmış hekayələr və “Şəhid atası” povestini oxuyana qədər Nazilə xanımın şeirləri ilə tanış idim, onun nəsr yazacağını təsəvvür eləmirdim. Kitab mənim üçün sürpriz oldu. Kitabdakı nəsr nümunələri maraqlı süjeti, gerçək məzmunu, həyati problematikası ilə oxucunu düşündürür, xeyirxahlığa səsləyir. Həcmcə o qədər də böyük olmayan bu hekayələr uzun illərdən bəri həkim işləyən müəllifin böyük şəfqət duyğuları ilə yazılıb. “Şəhid atası” povesti arxa cəbhə insanlarının övlad itkisindən doğan ölçüyəgəlməz ağrısından, təvazökarlığından danışır. Ən yaxşı cəhəti odur ki, N.Gültac gerçəkliyə güzəştə getmir, əsərin nə məzmunu, nə dili, nə də ideyasında saxta vətənpərvərlik demoqogiyasına, bayağı qəhrəmanlıq ritorikasına getmir, şəhidi də, onun ailə üzvlərini də necə varsa, elə, bəzək-düzəksiz təsvir eləməyə, şəhadətin təkcə ön cəbhə deyil, həm də arxa cəbhədə olduğunu göstərməyə çalışır və və buna uğurla nail ol bilir. Amma, zənnimcə, bu sadəcə ilk addmdır. İnanıram ki, Nazilə xanımın nəsr sahəsindəki daha həcmli işləri hələ qarşıda onu gözləyir. Müəllifi ilk nəsr kitabının işıq üzü görməsindən dolayı bütün dostlar adından ürəkdən qutlayır, ona gələcək işlərində başarıalr diləyirəm.

Müəllif: Əsəd CAHANGİR

Mənbə: /Əsəd Cahangir/

ƏSƏD CAHANGİRİN YAZILARI

AQİL ABBASIN YAZILARI

AQİL ABBAS HAQQINDA


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ OKTYABR – 2023 N: 10 (34)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR”JURNALININ OKTYABR – 2023 N: 10 (34)-CÜ SAYI İŞIQ ÜZÜ GÖRÜB (PDF): yazarlar-34

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Paytaxtda yeni nəsil hüquqi xidmət mərkəzi yaradıldı


Paytaxtda yeni nəsil hüquqi xidmət mərkəzi yaradıldı
Paytaxtın hüquq xidmətləri bazarında fəaliyyətə başlayan və qısa zaman kəsiyində peşəkar dəstək ünvanına çevrilən “QafqazHüquq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin avqust ayında dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının qanunvericiliyinə və Mülki Məcəllənin imperativ tələblərinə tam uyğun şəkildə təsis edilən şirkətin qurucusu və rəhbəri Şəhriyar Elxan oğlu Məmmədovdur. Bakı şəhərində mərkəz fəaliyyətinin ilk günündən etibarən hüquqi xidmətlərdə şəffaflığı, ədaləti və operativliyi əsas prioritet elan edib.
Şirkət təkcə ənənəvi ofis xidmətləri ilə kifayətlənməyib — həm də rəsmi internet platforması (qafqazhuquq.int.az) və aktiv sosial şəbəkə hesabları (Instagram, TikTok) vasitəsilə vətəndaşlarla əlaqəni maksimum dərəcədə sadələşdirib. Rəhbərliyin əsas fəlsəfəsi hər bir müraciətə fərdi yanaşmaq, qanunvericiliyin aliliyini qorumaqla müştərilərin hüquqlarını ən yüksək səviyyədə müdafiə etmək və hüquqi yardımı hər kəs üçün əlçatan etməkdir.
Bu prinsiplər üzərində qurulan “QafqazHüquq” MMC fiziki və hüquqi şəxslərin hüquqi tələbatlarını tam ödəmək məqsədilə geniş spektrli xidmət portfeli təklif edir. Şirkətin fəaliyyət istiqamətləri iki əsas qrupa — biznes strukturlarına göstərilən korporativ xidmətlərə və vətəndaşların gündəlik hüquqi ehtiyaclarına — bölünür.
Korporativ müştərilər üçün şirkət qeydiyyatı, nizamnamə sənədlərinin hazırlanması, korporativ hüquqi dəstək və peşəkar mühasibatlıq xidmətləri yüksək peşəkarlıqla həyata keçirilir. Eyni zamanda, mərkəz mülki, cinayət və inzibati hüquq pozuntuları ilə bağlı məhkəmələrdə təmsilçilik, vətəndaşların qanuni mənafelərinin müdafiəsi, icra məmurları ilə işlərin aparılması kimi həssas sahələrdə peşəkar hüquqi dəstək göstərir.
Ailə hüququndan irəli gələn mübahisələr — boşanma, aliment, əmlak bölgüsü — əmək münasibətləri ilə bağlı yaranan münaqişələrin tənzimlənməsi və ümumi hüquqi məsləhətlərin verilməsi şirkətin gündəlik iş yükünün əsas hissəsini təşkil edir. Peşəkar hüquqşünaslar komandası hər bir işə dərindən yanaşaraq həm məhkəməqədər, həm də məhkəmə mərhələlərində ən optimal hüquqi mexanizmləri tətbiq edir.

“YAZARLAR”JURNALI

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir.
1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyatı əhəmiyyət olan bir yüksəkliyi azad etmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır.
Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.
Fotoları xarici fotomüxbir Enriko Sarzini çəkib.

Mənbə: Qılman İman

SƏDDAM LAÇIN

LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA

SƏDDAM LAÇIN

Səddam Şahlar oğlu Məmmədov. Əslən Laçının Ziyrik kəndindəndir. 1992-ci ildə Laçın şəhərində anadan olub. Məlum səbəblərdən 1993-cü ildən Bərdə rayonu Kələntərli qəsəbəsində məskunlaşıblar. Həmin qəsəbədə yerləşən Əfqan Məmmədov adına Laçın rayon Qışlaq kənd orta məktəbini bitirib. Ağdam İqtisad Kollecində Yol hərəkətinin təşkili ixtisasına yiyələnib. Daha sonra Azərbaycan Dillər Universitetinin Jurnalistika fakültəsini fəxri məzun kimi başa vurub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. ARB televiziyasının efir redaktorudur.

KİŞİ UNUTQANLIĞI

Bir qadın unutmuşam…
Göz rəngi yadımdadı,
gözün xatırlamıram.
Bir qadın unutmuşam…
Səsi qulağımdadı
Sözün xatırlamıram.
Yanından düz keçərəm
Səsin duysam, dönərəm
Axı mən, bədbəxt oğlu
Səsin xatırlayıram
Özün xatırlamıram.

Bir qadın unutmuşam.
İllərdi dodağımda
Dodağının dadı var
Gözlərimdə həsrəti,
əllərimdə boşluğu
Hardasa ən təpədə
Ürəyimdə adı var.

Bir qadın unutmuşam.
Ona yazılan şeirin
Sətrin unutmamışam
Evimin ünvanını
Unuduram, İlahi,
Unutduğum qadının
Ətrin unutmamışam.

Çoxmu unutqanam mən?
Dəli kimi sevdiyim,
qadını unutmuşam.
Belə unutmaq olmaz!
Ad günü yadımdadı
Adını unutmuşam.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Eloğlunun şeiri

ÜMİDİM VAR

Bəxtdə yatarmış bu qədər?
Döz ürəyim, döz bir təhər
Yatan bəxtim bir gün səhər
Oyanacaq, ümidim var.

Bəxt gərəkdir hər insana
Arzusu çatsın ünvana
Ömür bağım al əlvana
Boyanacaq, ümidim var.

Çatacam elin dadına
Yetişəcəm imdadına
Yanmayacam dərd oduna
O yanacaq, ümidim var.

Mən Muradam yaxşı tanı
Ölümə vermərəm canı
Yaşayacam bu dünyanı
Doyanacaq, ümidim var.

9.10.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sərraf Şiruyə – Adım gələndə.

Adım gələndə.

Bir neçə tula var, verib səs-səsə,
Arxamca hürüşər adım gələndə.
Şeirimdən, sözümdən gəlib həvəsə,
Adımla ərişər adım gələndə.

Yayılar güllüyə sarı alaqtək,
Çatmaz arzusuna, gəzər çolaqtək,
Çarəsiz qalanda uzunqulaqtək,
Anqırıb, irişər adım gələndə.

Dərd deməm beləsi çəkdiyi dərdə,
Xiffətdən gözünə gələcək pərdə.
Yerini dar bular xeyirdə, şərdə,
Tezcənə sürüşər adım gələndə.

Mən belə bəşərə mat qalmışam, mat,
Əsər əl-ayağı, durmaz farağat
Qəzəbdən, nifrətdən olub ikiqat,
Yumulub bürüşər adım gələndə.

Neçə yol dedilər: çox çıxma zilə,
O da dayanmayıb dən verdi dilə.
Əcəli çağırar əzrayıl ilə,
Ölməmiş görüşər adım gələndə.

Şiruyə, paxıla söz eyləməz kar,
İçini qurd yeyər, xəstəlik tapar.
Adların demirəm, bir neçəsi var,
Evinə vay düşər adım gələndə.

1988-ci i.

Müəllif: Sərraf Şiruyə

Mənbə: Qılman İman

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru