Hüseyn İsaoğlu – Müəllim ömrü.

Müəllim ömrü
Ulu öndər Heydər Əliyev müəllim haqqında deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən aslı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə və müəllimə borcluyuq”.
Tez-tez orta məktəb illərini xatırlayıram. Ara-sıra məktəbli yoldaşlarım, elə dostlarla da o dövrdə bizə dərs deyən müəllimlərin necə, hansı şəkildə dərs keçdiklərini, hətta davranışlarını müzakirə edir, hazırkı müəllimlərlə 40-50 il əvvəl işləyən müəllimləri müqayisə edirik. O illərdən söz düşəndə müəllimlərim üçün darıxıram da. Xeyli vaxtdır orta məktəbi bitirmişəm. Bizə dərs deyən müəllimlərin bəziləri ilə demək olar ki, əlaqəm olmayıb. Bu, mənim laqeydliyim deyil, buna səbəb həyatın sıxıntıları, bir az da sosial tərəddüdlərdir…


2022-ci ilin yaz ayı idi. Anam Bakıda haqq dünyasına qovuşdu. Onun nəşini Bakıdan doğulub boya-başa çatdığım Hacılar kəndinə apardıq. Kənd sakinləri hüzrdə iştirak edir, başsağlığı verib mağara keçirdilər. Gələn adamlar arasında 45-50 il əvvəl mənə dərs deyən müəllimlər də vardı. Onlar dərdimə şərik olduqlarını bildirir, hal-əhval tutduqdan sonra sağollaşıb gedirdilər.

Ancaq müəllimlərimdən birini görə bilmədim. O, mənə üç il Azərbaycan dili və ədəbiyyat fənnindən dərs keçən Məhərrəm Bağırov idi. Məhərrəm müəllim qonşuluqdakı Turşsu kəndində yaşayır. Qonaqları yola salandan sonra Məhərrəm müəllimin mobil telefonuna zəng etdim. Məhərrəm müəllim telefonu açıb xoş əhval-ruhiyyədə – “qadan alım, axşamınız xeyir, nə var, nə yox,” – dedi və sonra soruşdu:

  • Haradasan? Səsin heç xoşuma gəlmədi. Ağrıyıb eləmirsən ki?
  • Yox, müəllim ağrımıram, kənddəyəm.
  • Nə vaxt gəlmisən?
  • Bu səhər, – deyəndə səsimdəki titrəyişi hiss edib təkrarən soruşdu, xeyirdimi?
    Mən göz yaşıma hakim ola bilmədim, sözümün arxasını deməyə gücüm çatmadı. Bir qədər fasilədən sonra bildirdim ki, anam haqq dünyasına qovuşub.
    Məhərrəm müəllim kədərli, kövrək səslə soruşdu:
  • Nə vaxt rəhmətə gedib?
  • Bu gün dəfn etdik.
  • Allah rəhmət eləsin. Allah səbr versin. Səbrli ol, yeddi mərasimi nə vaxtdır?
    Mən atamdan soruşdum ki, üç-yeddi mərasimi nə vaxt olacaq? Atam dedi:
  • Kimdi soruşan, a bala?
  • Məhərrəm müəllimdir, ata.
  • Üç-yeddi birlikdə sabah yox, biri gün olacaq.
    Uzun müddətdən sonra Məhərrəm müəllimlə anamın hüzr məclisində görüşdük. Mənim boynuma sarıldı, təskinlik verdi, oğlu Mirzə ilə mənimlə üz-üzə əyləşdi, bir-birimizdən hal-əhval tutduq. Göndərdiyim kitablar üçün minnətdarlıq edib maşına əyləşmək istəyəndə dedim:
  • Müəllim, olar sizinlə bir xatirə şəkli çəkdirək?
  • Nə üçün olmur. – Oğlu Mirzəyə dedi ki, maşını sür qabağa, orada bizim şəklimizi çək.
    Mirzə bizim bir neçə şəklimizi çəkdi. Məhərrəm müəllim əlini çiynimə qoydu, üzünü Mirzəyə tutub dedi:
  • Bu, Hacılar məktəbində (əlini məktəbə tərəf uzatdı) dərs dediyim, 22 ildən çox müddətdə iki sevimli sagirdimdən biridir. Mən bu sözü həmişə demişəm, yenə deyirəm, o iki şəxsin biri Qasım müəllimin oğlu Sabir müəllim, digəri sənin bu gün tanıdığın, sənə qardaş qədər əziz olan Hüseyn müəllimdir.
    Məhərrəm müəllim sonra xoş əhvalla oğluna dedi:
  • Ay oğlum, mənim sizə tövsiyəm budur ki, bu dostluğu, qardaşlığı qoruyun. Bu şagirdlərimin hər ikisi etibarlı, sadiq dostlardır. Onlar mənə verdikləri sözün üstündə durdular.
    Mən də üzümə xoş təbəssüm qondurub dedim:
  • Məhərrəm müəllim, Sabir müəllim də, mən də bu gün nə nailiyyət qazanmışıqsa, sizin zəhmətinizin bəhrəsidir. Biz hər şeyə görə sizə borcluyuq. Çin filosofu və mütəfəkkiri Konfutsi deyib : ” Mən çox şeyi müəllimlərimdən öyrəndim, daha çox şeyi yoldaşlarımdan, bundan da çox şeyi şagirdlərimdən öyrəndim.”
    Məhərrəm müəllim: – Sağ ol, oğlum ! – İcazənizlə biz gedək, – deyib maşına əyləşdi.
    Maşın aramla ötüb getdi. Yadıma böyük filosof Aristotelin bir deyimi düşdü: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu göstərib”.
    Dünya şöhrətli alim Sokrat isə müəllimi belə dəyərləndirib. “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.
    Bəli, bu sözləri 85 yaşlı müəllimim Məhərrəm Bağırova aid edirəm. Müəllim haqqında nə qədər danışılsa, xoş sözlər deyilsə də, yenə də azdır.
    Mən lap əvvələ – 1968-ci ilə qayıdıram. Birinci sinifə gedəndə əlimizdən tutub hərfləri bizə yazmağı öyrədən ibtidai sinif müəllimlərimiz Cahangir Rəsulovun, Qənbər Cəfərovun, Ziyad Əsədovun zəhmətini necə unutmaq olar? Şair necə də gözəl deyib:
    Günəşə çatsa da nurlu taleyim,
    Səninlə bağlıdır arzum, diləyim.
    Nə bir dərdim olar, nə də bir qəmim,
    Sən yüz il yaşasan, ilk müəllimim!
    Biz bir balaca büdrəyəndə müəllimlər əlimizdən tutub qaldırırdı. Bir sözlə, onların çəkdiyi əziyyətlər unudulmazdır. Müəllimlik həm məsuliyyətli, həm də çətin peşə, müəllim isə çox şərəfdli bir yolun yolçusudur. Müqəddəs peşə sahibi olan müəllimlər öz fədakarlıqları, səbrləri, sədaqətləri ilə şagirdlərinə bilikdən əlavə, ürək və ruh zənginliyi bəxş edirlər. Əgər şagird səhv edirsə, onun səhvini düzəldən müəllimdir. Ona görə də müəllim müqəddəsdir.
    Ulu öndər Heydər Əliyev müəllim haqqında deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən aslı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə və müəllimə borcluyuq”.
    Müəllimsiz dünya ola bilər, ancaq müəllimsiz sivilizasiya heç vaxt ola bilməz. Müəllim elm, bilik, xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi, bacarığı ilə cəmiyyətin inkişafına öz töhfəsini verirlər. Elə ona görə də müəllim əməyinin qiyməti və bənzəri yoxdur. Məhərrəm müəllim kimi. Hər birimiz belə müəllimlərin qarşısında baş əyir, onları xoş duyğularla yada salırıq.
    Müəllim əməyi çox vaxt bağban əməyi ilə müqayisə edilir. Ona görə ki, bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, müəllim də yetişdirdiyi şagirdlərin xoş sorağını eşidəndə qəlbi dağa dönür. Məhərrəm müəllim də belələrindən biridir. Sevimli şagirdləri haqqında söz düşəndə Məhərrəm müəllim iftixar hissi ilə onlardan danışır. Onun layiqli yetişdirmələri olduqca çoxdur: Sabir Hüseynov, İmran Həsənov, Əli Süleymanov, Nəsib Hüseynov, Sahib Həsənov, Nəsrəddin Quliye və başqaları. Onlar bu gün də Məhərrəm müəllimə sanki yeni güc verir, daha da ruhlandırır.
    Mənim Məhərrəm müəllim haqqında yazdığım “Xatirələrin izi ilə…” povestim oxucular tərəfindən çox yüksək səviyyədə qarşılanıb.
    Dəyərli müəllimim Məhərrəm Bağırovu qarşıdan gələn 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram!
    Hüseyn İsaoğlu (Məmmədov),
    AJB- və AYB-nin üzvü.

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>>

Rəhman Babaxanlı – Qarabağ …

Rəhman Babaxanlı (1948 Ağdam – 2014 Bakı)

Uzun illər jurnalistikada fəaliyyət göstərən şair-jurnalist Rəhman Babaxanlı “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.

Rəhman Babaxanl 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.

Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal qəbiristanlığında dəfn olunub.

Rəhman Babaxanlının yazıları

Məlumatı hazırladı: Tuncay  ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>>

Zaur Ustac – Ana dilim.

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabu, bil!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəhman Babaxanlı

Rəhman Babaxanlı (1948 Ağdam – 2014 Bakı)

Uzun illər jurnalistikada fəaliyyət göstərən şair-jurnalist Rəhman Babaxanlı “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.

Rəhman Babaxanl 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.

Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal qəbiristanlığında dəfn olunub.

Rəhman Babaxanlının yazıları

Məlumatı hazırladı: Tuncay  ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-dramaturq Şəkər Aslanın 85, “Söz” jurnalının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-dramaturq Şəkər Aslanın 85, “Söz” jurnalının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbiri giriş sözülə Xalq yazıçısı, Yazıçılar Birliyinin l katibi Çingiz Abullayev açıb. Sonra tədbiri aparmaq üçün sözü jurnalın baş redaktoru Sevda Əlibəyliyə verib. Sevda xanım övladı qədər əzizlədiyi “Söz”ün işığına toplaşaları salamlayıb, onları bir-bir təqdim etdi və təbrik üçün söz verdi. Dünya şöhrətli uroloq-alim, akademik Sudeyf İmamverdiyev, Xalq yazıçısı Elmira Axundova, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, ilk poliqrafçı alim Şəddat Cəfərov, tibb elmləri doktoru Paşa Qəlbinur, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, Buzovna məscidinin axundu Hacı Soltan Əlizadə, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Şəmsiyyə Kərimova, prokurorluğun baş ədiyyə müşaviri,şair Əli Şimşək, naşir-pebliist Hacı Mehman Fərzullayev, şair Əlisəmid Kür və başqaları baş redaktor Sevda Əlibəylini təbrik edib, jurnalın hansı çətinliklərlə üzləşib işıq üzü görməsindən söz açıblar.
Xalq arfisti Eldost Bayram Xalq şairi Nəriman Həsənzadənin Şəkər Aslana həsr elədiyi “Söz”adlı heykəl” şeirini oxuyub. Şair-publisist Ağamir Cavad, şuşalı qonaq Şükür Həsənov Sevda Əlibəyliyə həsr etdikləri şeirləri oxuyublar.
Sevda Əlibəyli müəyyən səbəblərdən tədbirə qatıla bilməyənlərdən Xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, Vahid Əzizin, Əməkdar incəsənət xadimi Hidayətin, akademik Rafael Hüseynovun, hüquq elmləri doktoru, professor Ibrahim Quliyevin, yazıçı-dramaturq Hüseynbala Mirələmovun, yazıçı-publisist Gülnar Əsədlinin, millət vəkili Rəşad Mahmudovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Mətbuat Şurasının diplomunu idarə heyətinin üzvü Eıçin Mirzəbəyli, görkəmli dövlət xadimi Əziz Əliyev adına “Dünyada sülh naminə” ordenini Milli Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov, “Bakı Mətbəəsi” ASC-nin sədri Şakir Acalovun təbrik məktubunu poliqrafçı alim Şəddat Cəfərov təqdim edib.
Sonda Sevda Əlibəyli “Söz”ün yubiley iştirakçılarına minnətdarlığını bildirib.
Yubiley tədbiri müxtəlif televiziya kanallarında,mətbu orqanlarda və saytlarda yayımlanıb. Fotolar:

Məlumatı hazırladı: Tuncay  ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: 

XASİYYƏT RÜSTƏMİN ŞEİRLƏRİ

XASİYYƏT RÜSTƏM

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

Leyli ağaclar

Bir gün söyüd belə Məcnuna dönər,

Göylərə üz tutub, o da dil açar.

Yıxmaz gövdəsini dəli küləklər,

Aşiq sevdasıyla göylərdə uçar.

Nə bulaqlar – duyan,

nə yollar – bilən!

Cavabsız qoyarlar suallarını.

Amansız quşlarmı almış əlindən

Leyli ağacının xəyallarını?..

İmtina

Ağlamaq istərəm, amma ki, çox gec,

Sənə dərdlərimdən vermərəm xərac.

Gözünə görünmək istəmirəm heç,

Köksünə quş belə sığmayan ağac!

Səndən ümidimi üzmüşəm artıq, –

Ruhum sənə gələn yolu unudub.

Elə həyatdan da küsmüşəm artıq,

Yaşaram, əlimlə köksümü tutub…

Axmatovaya

Vücudumu atəş sarar,

Qar kimi əriyər göylər.

Qismət nəsə o da olar;

“Xoşbəxt olmaq istəmirəm!” –

qəlbim söylər.

Başım üstdən bulud axar…

Yer qaçar ayağım altdan.

Gözlərinə baxa-baxa

Şeir demək necə asan!..

Bu şeirlər ikimizin!

Bir kitabda yoxdur hələ.

Razısanmı, ey əzizim,

Onlar düşsün dildən-dilə.

Bir nöqtədə dursa zaman

Divarlardan küsər saat.

Bəxtin verməz sənə aman,

Arzuları başından at!

***

Külək əsər, çırpar yerə

qarşısından qaçanı.

Özümdən gizləyim hara

Allah verdiyi canı?

Oyandım, yenə oyandım –

ürəyimdə intizar.

Əlini uzatma canım,

bu gün “əlvida”mız var.

Yolçu, bu da nə təsəlli?

kövrəltmə son anıımı.

Utandırım qoy, əcəli –

peşkəş edim canımı.

***

Məgər az idimi çəkdiyim çilə,

Siyah saçlarım da indi bəyaz qar…

Səni yuxularda görməyim belə

Yəqin ki, aləmə aşikar olar.

Qərib bir həyəcan könlümü sarmış,

Xoşbəxt olduğuma inanmaram mən.

Bilmirəm nə edim… Sabah olmamış

Bütün yuxuları silimmi görən?..

***

Qəribə deyilmi, sağam bu mövsüm,

Çiynimə yük olmuş dörd fəsil – dörd qış!

Asanmı sanırsan, qırx ildir köksüm

İçində ən ağır ürək daşımış!..

Yorğunam. Ağrılar sinəmə batır,

Bu halda dünyadan necə köçəsən?!

Ürəyim dayanır, sanki həyatın

Hökmü qarşısında diz çökmüşəm mən.

Yeknəsəklik

Həyətimdə rüzgar əsir,

Pəncərəmi döyür qar.

İçimdən qopan yellərdən

Güclümü bu rüzigar?

Pəncərəmin qarşısında

Yağır  bir leysan yağış.

İçimdən daşan sellərə

Bu damlalar – yalvarış!

***

Baxıram… Dinmirsən…

Əhvalın sərin…

Fikrində nə var ki, ruhunu sarmış?

Gözünə görünmür bişirdiklərim,

Bütün yeməklərim sobada qalmış.

İşdə olarkən də gəlməm ağlına,

Amma mən evimdə tək deyiəm, bax –

Gözləyir otaqda məni Marina,

Gözləyir otaqda məni Pasternak!

***

Bu günü də vurdum başa,

Oyalandım, bitdi keçdi…

Öz adımı yazdım daşa,

Əcəl gəldi, ötdü keçdi…

Ayaqlarım yerə batır,

Torpaq başa necə yaxın!

İşim də qalmamış, baxın,

Həyat məni atdı, keçdi…

“Günahkar” dedilər, yenə

Uymadım nifrətə, kinə.

Kimlərsə yazdı könlünə,

Kimlərsə unutdu keçdi…

***

Yalvardım “Allah!” deyə,

Açıldı Göyün üzü, –

Başladı əritmyə

Ürəyimdəki buzu.

Odum yox,

yol – duman, çən.

Tutmuşam ürəyimi;

Qoruyuram səni mən

Son kibrit çöpü kimi.

“Yazarlar” jurnalı


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru