SÜLEYMAN ABDULLANIN ŞEİRİ

ÇƏKMƏ, BƏRKDİR FƏLƏYİN YAYI

Nə vaxtdşdır pozulub ülgü həyatda,
Olar-olmazları tən çəkmə, dostum.
Gözündə eynək var, eynəkdə çat da,
Görsən ki, dağda var çən, çəkmə, dostum.

Nə olsun qaradır qanını al çək,
Dillənən könlünü kətana lal çək.
Üzündə işıq çək, sinəndə xal çək,
Mən çəkən dərdləri sən çəkmə, dostum.

Cana nə xeyri var sözdən qaçmağın,
Tozanaq yollarda işıq saçmağın…
Sevinci başqadır çiçək açmağın,
Düşən yarpaqları şən çəkmə, dostum.

Qovma qaranəfəs bu cıdır ömrü,
Çilləsi sərt gələn bu Xıdır ömrü.
Baxan elə bilər qışıdır ömrün,
Başımda qar kimi dən çəkmə, dostum.

Qəzadır, qınama qədəri lap da,
Çıxarma boynuna hədəri lap da.
Kiçildib çəkərsən kədəri lap da,
Böyüdüb dərdləri ən çəkmə, dostum.

11.01.2024.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir