
LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA
ƏLƏMDAR BƏYLƏROV
Bəylərov Ələmdar Əhəd oğlu 03 mart 1959-cu ildə Laçın rayonunun Alxaslı kəndində dünyaya gəlib. Alxaslı kənd orta məktəbində təhsil alıb. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 2001-ci ildə çap edilən şeirlər kitabı “Bənövşə ətirli məhəbbətimsən” adlanır. 17 mart 2010-cu ildə vəfat etmişdir.
XALÇA TOXUYAN QIZ
Barmaqlar sehrli mizraba dönüb,
Ərişlər sim kimi nəğmələnibdi.
Elə bil ulduzlar göylərdən enib,
Əlinlə xalçaya səpələnibdi.
Naxışlar dil açır nəğmələr kimi,
Hər rəngə qəlbimi açıb demişəm.
Xalçaya vurduğun ilmələr kimi,
Mən səni qəlbimə ilmələmişəm.
Çıxıram yoluna hər gün, hər səhər,
Həsrətin böyüyür ürəkdə çin-çin.
Sənin əllərini öpən ilmələr,
Paylayır ətrini indi mənimçün.
Həsrətin qızdırır məni gecələr,
Asmışam xalçanı başımın üstdən.
Çıxıram yoluna hər gün, hər səhər,
Sevginlə ömrümə xalı hörəsən.
Müəllif: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru