Elnurə Cəfərova yazır

Əgər heç yerdə işləmirəmsə, təcrübəni necə qazanım?

Müasir dövrdə ali və orta ixtisas təhsili alan minlərlə gənc məzun olduqdan sonra əmək bazarına üz tutur. Lakin bir çox hallarda onları qarşılayan ilk və bəlkə də ən sərt sədd “təcrübə tələb olunur” şərtidir. Hər bir gənc bu sualla qarşılaşır: “Əgər heç yerdə işləməmişəmsə, təcrübəni necə qazana bilərdim?”
Mövzu ilə bağlı karyera məsləhətçisi Şahin Sərdarlı fikirlərini bizimlə belə bölüşdü: “Əmək bazarında gənclərin üzləşdiyi ən ciddi problemlərdən biri təcrübə tələbi paradoksudur, yəni işə qəbul üçün təcrübə tələb olunur, amma bu təcrübəni əldə etmək üçün əvvəlcə bir iş tapmaq lazımdır. Bu, əslində qapalı bir dövrədir və minlərlə gəncin illərlə potensialını reallaşdıra bilməməsinə səbəb olur.
Gənclər təhsilini başa vurduqdan sonra ilk sualla üzləşirlər: “Təcrübən varmı?” Cavab isə çox vaxt “yox” olur. Təəssüf ki, bir çox işəgötürən də bu “yox” cavabını qəbul etmir.
Problem təkcə təcrübənin olmaması ilə də bitmir. Gənclər bəzən öz bacarıqlarını təqdim etməyi bacarmır, CV-ləri peşəkar olmur, müsahibəyə psixoloji baxımdan hazır deyillər və ya əmək bazarının tələblərini ümumiyyətlə bilmirlər. Bütün bunlar iş tapmaq prosesini daha da çətinləşdirir. Bir çoxu sadəcə diplomla iş tapacağını düşünür, lakin müasir əmək bazarı konkret bacarıqlar və real nəticələr tələb edir.
Digər tərəfdən, təəssüf ki, bir çox müəssisə təcrübəçi qəbul etməyə maraqlı olmur, ya sistemləri yoxdur, ya da buna zaman ayırmaq istəmirlər. Halbuki təcrübə proqramları həm gənclər, həm də müəssisələr üçün faydalı modeldir.
Mən illərdir bu istiqamətdə gənclərin işə hazırlığı, təcrübə proqramları və bacarıqlarının inkişafı üzərində çalışıram. Karyera və İşə Hazırlıq Mərkəzi var ki, bu mərkəz təşkil etdiyi proqramlarda real iş mühiti simulyasiya olunur, iştirakçılar layihə əsaslı fəaliyyətlərə cəlb edilir və sonunda portfoliolar formalaşır. Bu yanaşma sadəcə öyrətmək deyil, gəncin özünə inamını bərpa etmək və onu əmək bazarına hazır vəziyyətə gətirməkdir. Bu proqramlar vasitəsilə 2200 nəfərə yaxın məzunumuz əmək bazarında iş tapıb, karyeralarını inkişaf etdirirlər.
Gənclərə tövsiyəm budur ki, nə qədər çətin olsa da, öyrənməkdən və aktiv olmaqdan çəkinməsinlər. Sosial mediada bacarıqlarını paylaşsınlar, real nümunələr göstərsinlər, könüllü layihələrdə iştirak etsinlər və özlərini digərlərindən fərqləndirəcək bir yol yaratsınlar”.
Əmək bazarında gənclərin üzləşdiyi təcrübə tələbi problemi, əslində, sistemli və çoxistiqamətli bir yanaşma tələb edən məsələdir. Bir tərəfdə işəgötürənlər var, onlar haqlı olaraq, yalnız nəzəri biliklə kifayətlənməyən, praktiki bacarığı olan, öyrədilməyə ehtiyacı az olan kadr axtarırlar. Digər tərəfdə isə universiteti yeni bitirmiş, həvəsli, lakin praktiki imkanlardan məhrum edilmiş minlərlə gənc durur. Bu iki tərəf arasında uçurum hər il daha da böyüyür və nəticədə yüzlərlə savadlı gənc ya ixtisası üzrə iş tapa bilmir, ya da ümumiyyətlə əmək bazarından uzaqlaşır.
Problemin həlli yalnız fərdi deyil, həm də institusional səviyyədə olmalıdır. Universitetlər tələbələri yalnız nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən hazırlamalıdır. Tələbələrin təhsil dövründə real iş mühitində iştirak etmələri üçün istehsalat təcrübələri formal yox, funksional şəkildə təşkil olunmalıdır. Dövlət və özəl sektor bu prosesdə daha aktiv rol almalı, könüllülük, təcrübə proqramları genişləndirilməli, işə qəbul zamanı gənclərə dəstək yönümlü siyasətlər həyata keçirilməlidir.
Gənclərin üzərinə düşən məsuliyyət isə daha böyükdür. Onlar təhsilləri müddətində imkan daxilində könüllü fəaliyyətlərə qoşulmalı, bacarıqlarını artırmalı, real iş mühitini öyrənməyə çalışmalıdırlar. Hərçənd bu bəzən asan olmur, lakin əmək bazarında uğur qazanmaq üçün bu gün artıq yalnız diplom kifayət etmir.
Nəticə etibarilə, əmək bazarında gənclərin qarşılaşdığı təcrübə problemi yalnız onların deyil, cəmiyyətin, təhsil sisteminin və iqtisadiyyatın ümumi problemidir. Bu problemin həlli gələcək nəsillərin daha hazırlıqlı və dayanıqlı formalaşmasına, əmək bazarının daha sağlam strukturda inkişaf etməsinə səbəb olacaq. Əgər bu gün gənclərə iş imkanı verilməzsə, sabah iş dünyasında kifayət qədər təcrübəli kadrların olmamasına gətirib çıxaracaq. Cəmiyyət bu məsələdə həmrəylik göstərməli, gənclərə sadəcə sual vermək yox, həm də şans verməyi öyrənməlidir.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəlalə Camalın şeiri

Qarğa
Dimdiyinə aldı
Apardı
Nişan üzüyümü
Uzaqlara…
Qarğa
Qara qarğa
Dimdiyi ala qarğa
Bilmədim ana qarğa
Ya bala qarğa
Apardı nişan üzüyümü.
Tək qaş üzüyümü…
Hara getdi,
Hara saldı.
Hara düşdü,
Nişan üzüyüm,
Bəxt üzüyüm?!.
İndi mənə nişan göstər
Neyləyim mən bəxti qara
Söylə, söylə, qara qarğa?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məmməd İsmayıl dəfn olunub – Foto və Video

Şair MƏMMƏD İSMAYIL öz vəsiyyətinə görə Tovuz rayonunun Əsrik kəndində dəfn olunub.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçı-publisist, professor Almaz Ülvi yeni əsərlərini Azərbaycan Milli Kitabxanasına təqdim edib

Yazıçı-publisist, professor Almaz Ülvi yeni əsərlərini Azərbaycan Milli Kitabxanasına təqdim edib

Yazıçı-publisist, professor, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvi Azərbaycan Milli Kitabxanasında olub.

O, anadan olmasının 65 illik yubileyi münasibətilə Milli Kitabxanda açılan “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi ilə tanış olub. Sərginin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sonra müəllifi olduğu “Heç demirsən, Ələsgərim hardadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (Elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyasına həsr olunmuş təqdimatın materialları”, Özbək dilində “Adabıy portretlar” və s. 18 adda 58 nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Almaz Ülvinin bu addımını yüksək qiymətləndirib. Azərbaycan Milli Kitabxanasının Milli arxiv fondu olunduğunu vurğulayaraq, Azərbaycan ərazisində çap olunan bütün kitabların burada olmasının zəruri olduğunu söyləyib.

Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/yazichi-publisist_–professor-almaz-ulvi

Azərbaycan Milli Kitabxanası

Заур Устадж

Прапорщик Сил специального назначения Панджали Нурмамед оглу Теймуров .

Раскрой свои обьятья

Перевод на русский язык:
Флора НАДЖИ

Раскрой свои обьятья, к тебе иду, Земля моя,
Ты знаешь ведь о том, что часто в дверь твою стучался,
И каждый раз, взяв в руки флаг, к тебе я собирался,
Теперь уже настало время, решенье принял я,
Теперь бесповоротно иду к тебе, ты жди меня.

* * *

Сколько раз я повторял, что жизнь отдам я за тебя,
И не важно, что со мной, пусть  минует тебя беда,
«Хороший командир защитит своё войско всегда»,
Капитан наш впереди, укрась его путь цветами,
Выходи нам навстречу, чтобы мы тебя обняли.

* * *

К смерти такой я готов, чтобы саваном стал мой флаг,
Я молился, чтоб сбылись мечты, не радовался враг,
Мольба моя услышана, любимая, слёз не лей,
Мать моя, ты тоже слёзы утри, меня не жалей,
Сын  землю защищает, пусть ценою жизни своей.
Автор:Устадж Заур (Zaur USTAC)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Заур Устадж — современный азербайджанский поэт, писатель и публицист

Заур Устадж — современный азербайджанский поэт, писатель и публицист. Он является автором множества стихотворений, эссе, публицистических и художественных произведений. В своих трудах Заур Устадж уделяет большое внимание вопросам духовности, патриотизма, национальных ценностей, а также человеческих взаимоотношений.

Творчество писателя отличается глубоким философским содержанием и ярким эмоциональным стилем. В его произведениях можно встретить темы любви, верности, памяти предков и судьбы Родины. Многие литературные критики называют его «книгочеловеком» («Kitab adam»), подчёркивая особую привязанность автора к книге и письменному слову.

Заур Устадж также является активным участником культурной жизни, публикуется в журналах и сборниках, принимает участие в литературных проектах и конкурсах. Его творчество уже получило признание как в Азербайджане, так и за его пределами.

Автор: Амина (Amina)


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ABOUT ZAUR USTAC

ABOUT ZAUR USTAC

(biographical essay)

Zaur Ustac is a contemporary Azerbaijani poet, writer, and publicist. He was born in Azerbaijan and grew up in a cultural environment where literature and poetry played a significant role. From an early age, his deep interest in books earned him a symbolic title later in life – “The Book Man.”

Throughout his creative career, Ustac has actively participated in literary movements, writing poetry, essays, prose, and publicistic works. He stands out for his ability to merge the spirit of traditional poetry with the problems of modern humanity, giving his works both national originality and universal value.

Main Works

His most famous works include:

  • “Oriyentir ulduzu” – a novella that embraces philosophical and patriotic themes.
  • “BB” – a short story reflecting the social and psychological aspects of modern life.
  • “A1” – a collection of poems about numbers and letters for children.
  • Numerous poetry collections – covering themes of love, homeland, philosophy, and identity.

His writings have been published in various literary journals and anthologies, further strengthening his position as a cultural figure.

Literary Philosophy

Zaur Ustac’s literary worldview can be summarized in three main directions:

  1. Love for books and knowledge – for him, books are not just sources of information but living beings carrying the soul of humanity.
  2. Patriotism and identity – many of his works emphasize the preservation of Azerbaijani culture, national dignity, and historical memory.
  3. Humanity and morality – his poems and essays often raise questions about compassion, justice, and the moral mission of humankind.

Recognition and Awards

  • Laureate of the “Golden Pen” award for his literary and cultural contributions.
  • Known in the Azerbaijani literary sphere as a promoter of books and reading culture.
  • Appreciated by readers for his sincerity, clear style, and philosophical depth.

Conclusion

In short, Zaur Ustac is not only a poet and writer but also a thinker who lives through books. Known as “The Book Man,” he stands at the crossroads of tradition and modernity, creating works that embody both national spirit and universal values.

By: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Заур Устадж – человек книги

Заур Устадж – человек книги

Каждое поколение рождает людей, чьё имя становится символом духовного поиска, культуры и слова. Для современной азербайджанской литературы таким именем является Заур Устадж – поэт, писатель, публицист и исследователь, которого по праву называют «человеком книги».

Заур Устадж принадлежит к тем творцам, для кого книга не просто предмет или средство самовыражения, а сама философия жизни. Его творчество охватывает широкий круг тем: от тонких лирических переживаний до философских раздумий о судьбе человека и народа. В его строках чувствуется уважение к традиции и стремление соединить прошлое с будущим, личное с общечеловеческим.

Особое место в деятельности Устаджа занимает популяризация книги, чтения и духовных ценностей. Он видит в слове мощное оружие, способное воспитывать, просвещать и объединять людей. Поэтому многие его проекты и публикации направлены не только на художественное выражение, но и на культурное просвещение общества.

Творческая манера писателя отличается искренностью и ясностью. Его слово не перегружено вычурными формами, но в каждой строчке заключена глубина смысла. Читатель легко находит в этих произведениях себя: свои чувства, свои мысли, свои сомнения. Именно это качество делает Устаджа близким и понятным самым разным людям.

Можно сказать, что Заур Устадж – это мост между классическим наследием и современным миром. Его деятельность является примером того, как литература может быть живой, актуальной и влиятельной в обществе, которое переживает стремительные перемены.

Таким образом, Заур Устадж – это не просто автор множества книг, а символ преданности слову, книге и культуре. Его творчество вдохновляет, пробуждает интерес к чтению и напоминает, что без духовной пищи человек теряет свою сущность.

Автор: Амина (Amina)


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÜRƏYIN SƏSLƏRI

ÜRƏYIN SƏSLƏRI

İncəsənətə, poeziyaya və yaradıcılığın gözəlliyinə sevgi bəsləyən insanların görüşməsi nəticəsində mədəni əməkdaşlıq yaranır. Bu əməkdaşlıq səbr, qarşılıqlı dəstək və əzm tələb edir; məqsəd yalnız poeziyanı və ədəbiyyatı bütün dünyaya tanıtmaq olduqda bütün sərhədlər və maneələr aradan qalxır.

Bütün bunlar İraqdan professor Kərim Abdullah tərəfindən hazırlanmış və Elisa Mascia ilə birlikdə həyata keçirilən bir layihəyə çevrilib. Layihənin məqsədi tanınmış iraqlı tənqidçi Abdullah tərəfindən Mascia şairəsinin şeirlərinin ədəbi təhlilini təqdim etməkdir. Bu gün isə şair-publisist Luciano Zampininin dəstəyi ilə “Ürəyin səsləri” adlı təkcə şeir toplusu deyil, eyni zamanda ədəbi təhlilləri də özündə birləşdirən kitab Amazonda nəşr olunub.
“Ürəyin səsləri” nə deməkdir?
Bu ifadə insan ürəyinin dərin hislərinə, içdən gələn duyğularına işarə edən metaforadır. Bu “səslər” bəzən səssiz çağırış və ya qışqırıqlar kimi olur və adətən adi sözlərlə ifadə olunmayan daxili arzular və ağrıları əks etdirir.

SÜLH VƏ ÜMID

“Ürəyin səsləri” toplusundakı “Sülh Qurucuları” və “Yer üzündə Sülh” şeirləri harmoniyaya və dəyişiklik arzusu ifadə edir. Müəllif incə duyğularla hər birimizi daha yaxşı bir dünya qurmağa çağırır. Daxili və ictimai sülh, kitab boyunca əsas dəyər olaraq vurğulanır. “Azadlıq” və “Könüllülük dəyəri” kimi mövzular isə daha ədalətli bir dünya üçün aktiv cəhdləri önə çıxarır, başqalarına xidmətin əhəmiyyətini göstərir.
İnsan əlaqələrinin dəyəri
Qlobal mövzuların kənarında, bir çox şeirlər ailə və yaxın münasibətləri tərənnüm edir. “Analar Gününü qeyd etmək” və “Nənə-babalar üçün həsr” əsərləri, sevgisi və hikməti ilə həyatlarımızı formalaşdıran insanlara hörmət əlamətidir. Müəllif valideynlərin və yaşlıların əvəzolunmaz rolunu vurğulayır, onlar həyatın davamlılığını və dəyərlərin, ənənələrin ötürülməsini təmin edir.

NƏTICƏ

Elisa Mascia-nın kitabı emosional və reflektiv bir səyahət, insan təcrübəsinin poeziya vasitəsilə dərin araşdırmasıdır. Onun əsərləri sadə lakin mənalı adları ilə oxucunu ən dərin duyğular, qorxular, ümidlər və arzularla təmas etməyə dəvət edir. Sevgi, xatirə, sülh və mənəvi axtarış hər bənddə hiss olunur, müəllif ilə oxucu arasında universal hisslər dünyasında bir bağ yaradır.

Kərim Abdullah – ədəbiyyat tənqidçisi, İraq
Kərim Abdullah şair, roman yazarı, dramaturq və ədəbiyyat tənqidçisidir. 1962-ci ildə Bağdadda doğulub, İraq Yazıçılar və Şairlər İttifaqının üzvüdür. Psixoterapiya sahəsində mütəxəssis kimi fəaliyyət göstərir.

Ədəbi nəşrləri:

15 şeir toplusu

5 roman

7 tənqidi kitab

5 psixodramatik teatr əsəri

Onlarla sənədli film və çəkiliş

Şeir sahəsində bir çox mükafatlar

Əsərləri bir çox beynəlxalq dilə tərcümə olunub

Tajdeed Ədəbiyyat Fondunun direktoru

Ciesart-in beynəlxalq üzvü və məqalələri Alessandria Today-də dərc olunub

Elisa Mascia – şair və yazıçı, İtaliya
Elisa Mascia şair, yazıçı, konfransçı, radio aparıcısı, şeir təhlilçisi və mədəniyyət təşəbbüskarıdır. Wiki-Poesía-nın təsisçilərindən biri və Albap Akademiyasının İtaliya üzrə Koordinatoru və Kommunikasiya və Tədbirlər Direktoru kimi fəaliyyət göstərir.

O, daxili aləm, sevgi və qadın kimliyi mövzularına həssasdır və bir çox şeir topluları ilə tanınır. Yazılarında şəxsi refleksiyanı sadə və empatik üslubla birləşdirir. Əsərləri tez-tez beynəlxalq əməkdaşlıqla müşayiət olunur, poeziya və mədəniyyətin təşviqi üçün çalışır.

Kitab: Ürəyin səsləri – Amazon

Qapaq dizaynı: Nilay Graphice, İraqın Kürdistan bölgəsi

Şair İm Sol Nae

Şair İm Sol Nae
1999-cu ildə “Cayu Munhak” aylıq ədəbiyyat jurnalının “İlk əsər” mükafatı ilə ədəbiyyata qədəm qoydu. Onun poeziya toplularına “Bir Yarpağın QR Kodu”, “Amazon”, “O Keçid Stansiyası”, “Oyadılmış Amazonun Fəryadı”, “Honq Nyo” və başqa kitablar daxildir. Şairə həmçinin Yeonnanq Poeziya Mükafatı, Koreya Ədəbi Tənqidçilər Birliyinin Mükafatı, Koreya Lirik Poeziya Mükafatı, Seconq Əla Kitab Seçimi, “Şairlərin Şairi” Mükafatı və Budda Ədəbiyyatı Yazıçıları Mükafatı ilə də təltif olunmuşdur.
Hazırda o, Koreya Dünya Ədəbiyyatı Assosiasiyasının 6-cı prezidentidir.

ÜÇ RUH

Qürubun kölgələri axşama uzananda,
adı bir az istehzalı, “Məntiqsizlik” deyilən bulqoqi məkanında
həmişə təmiz dəsmalları ilə tanınan bir qadın,
gözləri işıqlı, romantik bir gənc,
və sanki doğulduğu andan nəğmə daşıyan bir qadın
səssiz bir süfrə ətrafında toplaşdılar.

Qar gözlənilən, kədərli bir qürubda
sümüklərinə qədər hekayə yüklənmiş bir qadın,
hamının arzuladığı bir kişi,
ahəngsiz səsi ilə gülüş oyadan başqa bir qadın
köhnə, qapaqlı yeməkxanada yanaşı oturmuşdular.

Bir kişi — daim aşiq,
bir qadın — cavabsız ömrün içində, həm tənha, həm gözəl,
və digər biri — incə, qürurlu burnunu dik tutan, zərif…

Onlar qarın gur-gur yağmasını arzuladılar,
amma gecə boyu yalnız ulduz çiçəkləri açdı.
İki qadın həyatı döyə-döyə keçirdi,
bir kişi isə özünü Komodan gəlmiş sanırdı.
Sadəcə üç nəfər idilər,
amma orada insan çiçəkləri açırdı,
yabanı, dəbdəbəli bir aləmdə.

AL QIRMIZI İŞIQLAR KAINATI

Xurmanın budaqlarında al qırmızı fənərlər yanırdı.
Qara damarları onun yaşını danışırdı.
Torpağa kök salmış, gücünü dəfələrlə sərf etmiş,
hər ikinci ildə nəfəs alan bu ağac—
incə budaqlarında qırmızı meyvələr daşısa da tez sınırdı,
amma onların hər biri ana əlləri kimi — zərif və qüvvətliydi.

Şimşək çaxanda, yağış gur gur töküləndə,
islanmış qabığı tor rəngə dönərdi —
sanki göy insanlarının dərisi kimi.

Xatirələr dolaşıq cığırlarla axdıqca,
uşaqlığın rəngləri nağıl səhifələrindəki lələklər kimi əsirdi.
Qırmızı — amma ehtiras qırmızısı deyil,
sarıya çalan — amma gəncliyin sarısı deyil.

Bir kainatın içində başqa bir kainat.
Al qırmızı, ürəyin özünə enib gələn—
ah, necə də parlaqdır!

Tərcümə: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.