VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM

VƏTƏN DEYİB BAYRAĞA AND İÇMİŞƏM

Baxma mənim sən bu cavan yaşıma,
Bilirsən ki, nələr gəlib başıma.
Haqqı, ədaləti mən qorumuşam,
Nəzər salarsanmı ömür yoluma.
Buda bir taledi bilirsənmi sən,
Vətən deyib yaşayıram hələdə.
Demə ki, ağarıb başında saçın,
Axı qar olubdu dağ zirvəsində.
Bəs niyə qırışdı alnın deyirsən,
Vətən həsrəti var axı qəlbimdə.
Vətən deyib düşmənlə vuruşmuşam,
Cavanlığım keçdi mənim səngərdə.
Ömür sürdüm o soyuqda, şaxtada,
Əyilmədim mən düşmənin önündə.
Bunları bilirmisən, bir desənə,
Yuxusuz olmuşam hər an səngərdə.
Güllələr başımın üstündən gedib,
Vahimə olardı o döyüşlərdə.
De sən mənə, cavab verim mən sənə,
Asanmıdı günlərlə yuxusuzluq.
Baxma mənim sən bu cavan yaşıma,
Bilirsən ki, nələr gəlib başıma.
Gecə gündüz mən səngərdə olmuşam,
Xəstələnmək nədi mən bilməmişəm.
Mən bunlardan heç şikayət etmədim,
Mən ömrümü bu vətənə vermişəm.
Vətən azadlığın mən görmək üçün,
Üç oğlumla səngərdə vuruşmuşam.
Sənanımı şəhid verdim bu yolda,
Kədər verdi bu ömrümə həyatda.
Qorumuşuq müqəddəs yurd yerlərin,
Amalımız oldu azad vətənin.
Haqqı ədaləti düşmən itirdi,
İşğal olan yurd yuvalar bizimdi.
Car çəkdik ki, biz də bu haqsızlığı,
Bəşəriyyət anlamadı dərdləri.
Düşünürdük azad edək vətəni,
Başa sala bilirəmmi mən səni.
Vətən azadlığı amalım olub,
Ömrüm bu yollarda saralıb solub.
Görürsən yaşaram mən bu həyatda,
Amalım olubdu ədalət haqda.
Buda bir taledir ömür yolumda,
Beləcə yaşaram mən bu həyatda.
O günləri xatırladım yenədə,
Bu gün Rəvan əsgərliyə gedəndə.
Yolu açıq olsun, el əsgərinin,
Ehtiyacı var bunlara vətənin.
Babasıyam bu həyatda qururlu,
Lazımdı ki, bu vətəni qorusun.
Zəiflərə arxa olmaq peşəmdi,
Güclü olub bu vətəni qorumaq.
Yalançıyla aram olmayıb mənim,
Haqq yolunda ucalıb mənim səsim.
Abadlaşsın qoy həmişə ölkəmiz,
Hər an zəfərlərdən gəlsin səsimiz.
Mərhəmətdə sədaqətlə ölçülər,
Vətən oğlu vətən üçün can verər.
Haqq ədalət bizim şuarımızdır,
Bu yol bizi səadətə aparır.
İndi görürsənmi hələ cavanam,
Ağarsada bu gün başımda saçım.
Görürsən ki, ağır yollar keçmişəm,
Vətən deyib bayrağa and içmişəm.

Müəllif: Hacı Əkbər Rüstəmov

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rafiq Yusifoğlu – Xəzəllə qaytarır ağac borcunu…

AĞACIN YARPAQ BORCU

Dərədə, təpədə payız at çapır,
Küləyin yolunu bağlayır meşə.
Yarpaq göz yaşı tək budaqdan qopur,
Sanki gildir-gildir ağlayır meşə.

Qopan yarpaqların yeri göynəyər,
Kirpik budaqlarda yaş puçur-puçur.
Xəzəllər çevrilib sarıköynəyə
Hansı baharınsa dalınca uçur.

Bu yerin, bu göyün mənası dərin,
Hər kolun dibində bir hikmət yatır.
Ağac lüt qalsa da, anamız yerin
Xəzəl hesabına torpağı artır…

Budaqdan ayrılan sarı yarpağa
Yer dilənçi kimi açır ovcunu.
Ona həyat verən ana torpağa
Xəzəllə qaytarır ağac borcunu…

03.12.2024

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zamandı bu, zamandı bu!

ZAMANDI BU

Yolu həqiqət yoludu,
Həm cavandı, həm uludu,
Gah yağışdı, gah doludu,
Gah çiskin, gah dumandı bu!
Zamandı bu, zamandı bu!

İçin-için hey ağlarıq,
Dərdi sirr kimi saxlarıq,
Biz körpəcə bulaqlarıq,
Okeandı, ümmandı bu!
Zamandı bu, zamandı bu!

Havayı getmir əkdiyi,
Bəxtə vurulub bərk düyün,
Babalarımın çəkdiyi
Yanğılı ah, amandı bu,
Zamandı bu, zamandı bu!

Ürəkdə eşq oyadanda,
Bizi edər röyadan da!
Səhradan da, qayadan da,
Ülfət, sevgi umandı bu!
Zamandı bu, zamandı bu!

Bu gün varıq, sabah yoxuq,
Fərq eləməz, azıq, çoxuq,
Hərəmiz bir qızıl oxuq,
Bizi atan kamandı bu,
Zamandı bu, zamandı bu!

Nəmər verib əlimizə,
Qıfıl vurar dilimizə,
Hədər keçən ilimizə
Sanma ki, göz yumandı bu,
Zamandı bu, zamandı bu!

Belə verilibsə fərman,
Xəstəyə neyləsin dərman?
Bir kimsəyə verməz aman,
Yamandı bu, yamandı bu!
Zamandı bu, zamandı bu!

Deyil torpaq, su özündə,
Qalmayıbdır su üzündə,
Boğulanın su üzündə
Əl atdığı samandı bu,
Zamandı bu, zamandı bu!

Yox tənbehi, yox öyüdü,
Ürəkdə nisgil böyüdür,
Ömrü dən kimi üyüdür,
Bir köhnə dəyirmandı bu!
Zamandı bu, zamandı bu!

25.01.2019

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Malik Fərrux (1948–1998)

Bu gün azərbaycanlı şair və jurnalist Malik Fərruxun (1948–1998) vəfatının 27-ci ildönümüdür. Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan Malik Fərrux həm də televiziyanın “Ekran” divar qəzetinin redaktoru olmuşdur. Malik Fərrux ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Şair 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi “Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa məxsusdur. “Qara gözlər”, “Sarı güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağır”, “Alabəzək yuxular” və s. kimi unudulmaz mahnıların söz müəllifi Malik Fərruxdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. “Qızıl Qələm” mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
Allah rəhmət eləsin!

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ИЖАРА УЙЛАРДА

ИЖАРА УЙЛАРДА

Ижара уйларда яшагим келмас,
Негадир, бўғилиб кетар нафасим.
Ижара уйларда, озодлик бўлмас,
Ичингда йўқ бўлиб кетади сасинг…

Унда тароват йўқ, зарра ҳаловат,
Ғашингга тегади деразалари.
Шердек ғажиб ташлар, ожизлик—ҳасрат,
Зиндонга қамалган махбус сингари…

Ижара уйларнинг баҳори гулсиз,
Байрами жудаям ғарибонадир.
Ижара уйларнинг ёзи қуёшсиз,
Ижара уйларга эрк бегонадир…

Мен нима ғамдаман, дунё не кўйда,
Жииим сақлаб яшайман одобларимни.
Ўзим зўрға сиққан ижара уйга,
Сиғдира олмайман китобларимни…

04.11.2023-йил

Автор: Жаҳонгир НОМОЗОВ

Müəllif: Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Mikayıl Məxfinin təmsilləri

ƏHSƏN
Bir gün çanaqlı bağa
Səsləyib qurbağanı,
Dedi: – Dostum, yaxın gəl,
Gör qənimin ilanı
Nə hala salmışam mən.
Qanına qəltan edib,
Canını almışam mən.
Qurbağa dedi: – Əhsən!..
Afərin, qardaş, sənə.
Öldür, ye o ilanı,
Yaxın gəl, demə mənə.

ZƏRGƏR
Zərgərlik peşəsinə
Qurşanmış bir Sağsağan,
Qızıla misi qatır, –
Qışqırır: “Daşqaş” alan.

ÖZGƏ KÖLGƏSİ
Bir qaya kölgəsində
Tirlənib yatan köpək,
Deyirdi: – Kölgəmi var –
Baxın mənim kölgəm tək (kölgəmtək)!
Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əliağa Vahid bu şeirinə görə Mir Cəfər Bağırovdan ev alıb

Çox ərizə yollamışam Baksovetə…

Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

İlkin mənbə: Mir Cəfər Bağırov 

Müəllif: Əliağa Vahid

ƏLİAĞA VAHİDİN DİGƏR YAZILARI

MİKAYIL MƏXFİNİN TƏMSİLLƏRİ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Məxfi – Görüş

GÖRÜŞ
Qonarar aşiqinin
Anbara düşdü yolu.
Bu həmin anbar idi,
Köhnə kitabla dolu…
Tozlu, solğun kitablar
Onu anbarda görcək,
Dedilər: xoş gəlibsən!
Sən, a mərəzi göyçək.
Yadındamı o vaxtlar
Arxalanıb dayına,
İldə bir kitab yazıb,
Saldın bizi oyuna.
Ağappaq üzümüzü
Elə etdin ki, qara,
Dükanları dolaşıb
Yenə düşdük anbara.
Oxucu həsrətiylə
Saralmışıq, solmuşuq.
Sən qonarar aşiqi,
Biz tullantı olmuşuq.
Axırı özün gəlib
Yaxşı keçibsən ələ.
İndi bizimlə birgə
Verilərsən utilə.

Müəllif: Mikayıl Məxfi

MİKAYIL MƏXFİNİN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AĞA LAÇINLI – SEVƏSƏN

Ağa LAÇINLI (5 may 1940 – 25 noyabr 2007)

SEVƏSƏN
Ömürlük qonasan bu ölməzliyə,
Bu köhlən dağları gündə minəsən.
Dumanın qanadı səni gizləyə,
Gülün xırmanında gülə dönəsən.

Gələsən ilk yazın ilıq çağında,
Görəsən gözəllər boynunu burub.
Gümüşü göllərin süd işığında
Çimişə səninlə qızılı qürub.

Ya da geyinəsən yay axşamını,
Gün dağa dırmaşa, kölgə alçala.
Aşasan o külək aşırımını,
Ağac qol götürə, budaq əl çala.

Payızın kəfəni sapsarı küləş,
Ürəyin yanırsa mələ ki, mələ.
Elə qıy çəkəsən – o batan günəş
Qəbir qapısından qayıdıb gələ.

Gəzirsən… atının başını burax,
Duruluq çiləmiş çillə ayazı.
Qarın göbəyində buğlanan bulaq
Düzüb yaxasına yaşıl qotazı.

Görürsən dünyanın düzümü necə,
Üz-üzə dayanıb quzeylə güney.
Ağlaya-ağlaya gülər indicə
Çayın dodağında çalınan o ney.

Hər isti-soyuğa alışmaq asan,
Ömürlük sevəsən umub-küsəni.
Sən doğma torpağı əziz tutasan,
Torpaq ürəyində yaşada səni.

1985-ci il

Müəllif: Ağa Laçınlı

AĞA LAÇINLININ DİGƏR YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qılman İman – Yaşayırsan

YAŞAYIRSAN

Oturub şahzadətək eşqimin taxt-tacında,
Sahiblənib bir böyük saraya yaşayırsan.
Bəlkə də heç bilmirsən, deyim, xəbərin olsun
Tutub ağ günlərimi qaraya yaşayırsan.

Üşüyər ötən günlər o titrəyən səsində,
Buz bağlayıb sönəcək nəfəsim nəfəsində.
Hər əmrinə müntəzir əsgər qiyafəsində
Düzüb xatirələri sıraya yaşayırsan.

Sənə məğlub oluram özümlə cəng eyləyib,
Həsrətin də rəngimi bir az bədrəng eyləyib
Gizli nömrələr ilə arada zəng eyləyib
Toxunub sağalmayan yaraya yaşayırsan.

Hara qədəm bassaydın, yol olardım izinə,
Təbəssümün bənzərdi, gülsən, gül dənizinə.
“Ürəyim”- deyirdin ha, o ürək əvəzinə
Gəzdirib köksün altda daş-qaya, yaşayırsan.

Həyat adlı səngərdə gör da, gör savaşımı,
Dünya edam kötüyü, tale kəsir başımı.
Yeyib canda canımı, içib gözdə yaşımı
Qanımda yanağında al boya, yaşayırsan.

Xəyallarım piyada gedib hara çatası…
Göylər tutub ahımdan yerə çətir, qadası.
Ürəyim sevənlərin görünməyən odası,
Sən də həmin məkanda kirayə yaşayırsan.

11 avqust 2022

Mənbə və müəllif: Qılman İMAN

QILMAN İMANIN DİGƏR YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I