Yaqub Səmədlinin şeirləri


Dünya
Bir tərəfi od -alov, bir tərəfi yağış, qar,
Bir tərəfi meşəlik, bir tərəfi səhralar,
Bir yanda çövlan edir coşub – daşan dalğalar,
Küləkli, çovğunludur başı bəlalı dünya,
Zəlzələdən, vulkandan köksü yaralı dünya.

Üzərində ədalət, üzərində müsibət,
Üzərində var – dövlət, üzərində səfalət,
Üzərində məhəbbət, üzərində xəyanət,
Bu yolla hara gedir ağlı- qaralı dünya,
Sevinclə, qəmlə dolu qəlbi paralı dünya.

Əskik deyil verimi, əskik deyil alımı,
Əskik deyil ölümü, əskik deyil olumu,
Əskik deyil həlimi, əskik deyil zalımı,
Əqidəsi, məsləki sirli – sehirli dünya,
Gəlimli – gedimlidi qorxunc, zəhimli dünya.

Ana həsrəti
Ömrümü calayıb sənin ömrünə,
Yaşada bilmədim ay Ana, Səni.
Anamı itirdim amansız ölüm,
Analı dünyamdan ayırdı məni.

Anam dünyasını dəyişən gündən,
“Ay oğul”, “can bala” kəlmələrini,
Anam dünyasını dəyişən gündən,
Bir an unutmuram, laylalarını.

Mənim korpəliyım, mənim gəncliyim,
Analı günlərin yaddaşındadı.
Anamın ətirli, isti çörəyi,
Pendiri, qaymağı damağımdadı.


Sənsiz qəribsəyib ata evimiz,
Ay Ana, qalmayıb bizlərdə dözum.
Deyirəm, İlahi gücüm olaydı,
Səni yaşadaydım, öləydim özüm.

Neyləyək, bu dünya fani dünyadı,
Yaranan hər ömür bir vaxt sönərmiş.
Ömürlər vəfasız günlər vəfasız,
Bizim də qapını əcəl döyərmiş…

Gözlərim axtarır evi, həyəti,
Hər yerdə izini görürəm sənin.
İsti nəfəsinə, qayğılarına,
Ana tamarzıyam, sənsən məlhəmim.

Durmuşam qəbrinin önündə Ana,
Artıq qara saçım ağa bürünüb.
Varlığım, tökülən ğöz yaşım- Ana,
“Gələcəm yanına darıxma”- deyir.

Müəllif: Yaqub SƏMƏDLİ

YAQUB SƏMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir