“KÖHNƏ İL HARA GEDİR?” – Əli bəy Azərinin yeni kitabı belə adlanır
Bu gün Əli bəy Azərinin yeni kitabı çapdan çıxıb. On bir hekayə daxil edilmiş kitab hekayələrdən birinin adı ilə “Köhnə il hara gedir?” adlanır. 100 səhifəlik kitab Mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən “Gənclik” nəşriyyatı tərəfindən çapa hazırlanıb. Kitabın redaktoru kiçik həcmli romanlar müəllifi kimi tanınan Ayaz İmranoğludur.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur. R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.
“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ “BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır. Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir. “20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır. “Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır. Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq. “BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır. Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana. Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir: “-Əli Mülayim. -Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!” Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı. Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir. Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur: “Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!” Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar. Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!” “Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”. Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur: “-İndi bu yazının adını nə qoyacaqsınız? Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim. -Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”. Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır. “-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim… Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə… Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib. “BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib. 20 noyabr 2022, Xırdalan şəhəri.

QAX – AZƏRBAYCANIN GÖZƏL GUŞƏSİDİR. Orda yaşamağa, işləməyə, istirahət etməyə dəyər. Bu dəfəki yay tətilini (7-31 avqust, 2023) Qaxda keçirtdim. Sizə də arzulayıram.
QAX – Azərbaycanın Gürcüstanıdır
Qax görkəmli şəhərdir, Azərbaycanın şimal bölgəsində yerləşir, daha çox rayon mərkəzi kimi məşhurdur. Son illər turizm bölgəsi kimi diqqət mərkəzindədir. Turist axını şəhərin səkkiz kilometrliyində yerləşən İlisu və on dörd kilometrliyində olan Ləkit yaşayış məntəqələrinə istiqamət götürsə də şəhər mərkəzi yaranmış hər şəraitdən bəhrələnərək inkişaf götürə bilir. İlisuda Şeyx Şamilin qalası, İlisu şəlaləsi, Ləkitdə isə Mamırlı şəlalə turistlərin marağına səbəb olan görkəmli yerlərdəndir. Qax şəhərinin özündə isə istər müasir, istərsə də qədimliyi ilə seçilən görməli yerlər çoxdur. Şəhər asfalt örtüyü ilə xüsusi görkəm alıb. Burada asfaltlanmamış bir küçə, döngə, yaxud dalan tapmaq mümkünsüzdür. Palçıq, toz zibillənməsinə rast gəlmək olmur. Mülayim külək az-az təsadüf olunur. Kürmik çay yatağında yerləşən İlisu dərəsi nəzərə alınmazsa dağların əhatəsində yerləşən şəhərin havası sərin meh ilə daimi təravətlənir. Bir növ uca dağlar şəhəri güclü küləklərdən qoruyur. Sıx meşə örtüyü ərazini oksigen bolluğu ilə daha da zənginləşdirir və insanların rahat yaşayışını təmin edir. Şəhərin aşağı hissəsində salınmış və genişlənməkdə olan yeni məhəllələr enli küçələri, yeni dizaynlı yaşayış evləri ilə gözəl görkəm yaradır. Evlər qırmızı kərpiclərlə bəzədilib, milli arnamentlərə xas naxışlanıb. Həmin naxışlar əsrlər boyu xalça-gəbələrimizi bəzəyən, Azərbaycanı dünyaya tanıdan milli naxışlarımızın eynisidir, oxşarıdır. Kanalizasiya və su-drenaj sistemi paralel olsa da ayrı-ayrılıqda, yüksək mühəndislik üslubu ilə salınıb. Yağıntılar zamanı yağış sularının yol kənarları ilə çəkilmiş xüsusi beton nov-borularla axıdılması şəhərə verə biləcək hər hansı bir zərərin qarşısını anındaca ala bilir. Bir sözlə, Qax şəhəri yaşamaq, xüsusən də yay aylarında istirahət etmək üçün tam münasib məkandır. Əhalisi qarışıqdır, yuxarı məhəllələrdə gürcülərə tez-tez rast gəlmək mümkündür. Azərbaycanlılar və gürcülər uzun müddət birgə yaşayışdan qaynayıb-qarışmış, xüsusiyyətləri ilə bir-birinə uyğunlaşmışlar. Hər iki millətin nümayəndələri şəhəri özlərinə doğma bildiklərindən iaşə obyektlərini də birlikdə işlədirlər. Turist axını ucbatından bazarda qiymətlər yüksəkdir, digər bölgələrə nisbətdə münasib görünmür. Qax kənd təsərrüfatı rayonu hesab olunsa da əhali daha çox turizmdən gələn gəlirlərə üstünlük verir, təsərrüfatla məşğul olmağa meylli görünmür. Bölgə bol meyvəsi ilə də diqqəti çəkir. Sularda yod çatışmazlığı olduğundan fındıqla yanaşı qoz (cəviz) ağaclarının da bolluğu təqdirəlayiqdir. ƏLİ BƏY AZƏRİ, 07 – 31.08.2023, Qax şəhəri.
“Milli kimliyimiz – ana dilimiz” mövzusunda tədbir keçirilib Tədbirdə İbrahim Yusifoğlu, Əli bəy Azəri və Ələsgər Talıboğlu iştirak edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1 avqust 2023-cü ildə Azərbaycan Əlifbası və Ana Dili günü münasibəti iləSabunçu rayon MKS-nin Mərkəzi kitabxanasında “Milli kimliyim-Ana Dilim” adlı tədbir keçirilib. Tədbirdə “Kinderclub” uşaq müəssisəsinin müəllim və uşaq kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə Sabunçu rayon MK-nin direktoru Nəcibə Hüseyona açaraq tədbir işritakçılarını salamladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı Ruhəngiz Hümbətova aparıcı qismində çıxış edərək “Azərbaycan Əlifbası və Ana Dili günü” haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Həmçinin tədbirdə iştirak edən Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,Prezident təqaüdçüsü,Azərbaycan Milli ElmlərAkademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı şair İbrahim Yusifoğlu,Yazıçılar birliyinin üzvü,şair,Məmməd Araz media mükafatı laureatçısı Ələsgər Talıboğlu,“Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azəri və kitabxana əməkdaşları öz çıxışlarında danışıq davranışlarından, dilimizin saflığından, dilimizin qorunmasında anaların rolundan və digər məsələlərdən danışdılar. Şairlər öz şeirlərindən səsləndirdilər. Uşaqlar tədbirdə şeirlər söylədilər. Aylin, Tamerlan, Solmaz, Təranə və başqaları daha çox fəallıq göstərdilər. Tədbirdən fotolar:
Bu gün (19.06.2022- Bakı şəhəri) ən yaxın çevrəsinin əhatəsində tanınmış şair Budaq Təhməzə “Ziyadar” Mükafatı təqdim edilib. Bir daha təbriklər, Budaq müəllim!
“XƏZAN” – 4 “XƏZAN” ədəbi-bədii jurnalının iyun (iyun, 2022) sayı işıq üzü görüb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyat və yaltaqlıq” məqaləsi ilə təqdim olunur. Sıra sayına görə 41-ci nömrəsi hesab olunan 172 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir. Sayad Ramazanqızının “Qarabağ Azərbaycandır” məqaləsində doğma diyara sanki səyahət olunur. Vaqif Yusiflinin “Misralara süzülən sevgi nuru” məqaləsi şair-həkim Paşa Qəlbinurun 70 yaşına ərməğan edilib. Əli bəy Azərinin “Lalə İsmayıl yaradıcılığına ötəri nəzər” məqaləsində şairin yaradıcılığından söhbət açılır, “Günəş üzlü qadın”ın “Qara”sı” məqaləsi isə Narıngül Nadirin kitabı haqqındadır. Fərhad Əsgərovun “Qanun pozuntusundan korrupsiyaya gedən yol” aktuallığı ilə dövrümüzə uyğun ciddi mesajdır, aktual problemlərin həlli istiqamətində həyəcan siqnalı səsləndirir. İsgəndər Sadiqoğlunun “Yaddaşın ağır yükü” məqaləsi minlərlə insanın başına gətirilmiş repressiya damğasından bəhs edir. Məqaləni Məzahir İsgəndər jurnala hazırlayıb. İşıqlı Atalının “İnam Atanın özümləşmək dərsi” məqaləsi Asif Əfəndiyevin cəmiyyətin inkişafı, tərəqqisi istiqamətində tənqidi fikirləri əsasında hazırlanmış dəyərli yazı nümunəsidir. Arzu Heydərova “Ürəklərə qəm gətirən “Qəm yağışı”” məqaləsi ilə Xaliq Azadinin romanından bəhs edir. Ramiz İsmayıl “Nə yaxşı görüşdük” məqaləsində bölgədə yazıb-yaradan əslən Laçından olan şair Namiq Zamanın “Səni düşünürəm” şeirlər kitabından söhbət açır. Vüsal Ağyevin “Ölüm sevinməsin qoy” məqaləsi həyatdan nakam köçmüş bir ziyalı xanım haqqındadır. Poeziya bölməsində Məzahir İsgəndərin böyük Hüseyn Cavidə həsr etdiyi “Ağlayan məzar” poemasından bir parça verilmişdir. Eyni zamanda Özbək ədəbiyyatını görkəmli nümayəndəsi Abdukamal Rəhmanovun “Müstəqillik balladası” və “Dəyərlilik nəğməsi” irihəcmli poetik nümunələri oxuculara Şahməmməd Dağlaroğlunun tərcüməsində təqdim olunur. Bundan əlavə şairlərdən Şahməmməd Dağlaroğlunun, Əbülfəz Əhmədin, Lalə İsmayılın, Zeynalabdin Novruzoğlunun, Ələsgər Talıboğlunun, Mahir Diniyevin, Hafiz Əlimərdanlının, Namiq Zamanın, Bəxtiyar Abbas İntizarın, Zəhra Səfəralıqızının, Kirman Rüstəmlinin, Həsən Goranboylunun, Damət Salmanoğlunun, Budaq Təhməzin, Rəhman Bayramın, Əhməd Haqsevərin, Ceyhun Quliyevin, Məhəmməd Əlinin, Esmira Günəşin, Şəlalə Adilqızının, Qüdsiyyə Qüdsinin və Vüsal Ağanın müxtəlif səpkili şeir nümunələri jurnalda yer alıb. Nəsr bölməsində Həcərin “Vəsiyyət”, Zaur Ustacın “Psixoloqun qəbulunda”, Ramiz İsmayılın “Vicdan sancısı”, Pərvanə Bayramqızının “Ağ divara qara yazılar” hekayələri təqdim olunur. Ayaz İmranoğlunun “Müharibə hekayələri” silsiləsindən dörd hekayəsi və Akif İmanlının “Nəvələrimə hədiyyəm” yumorestik novellası da jurnalın bu sayında yer alıb. Oxucuların intizarla gözlədiyi 44 günlük Vətən Müharibəsindən bəhs edən Əli bəy Azərinin “Adsız döyüş” romanından 28 səhifəlik bir parça da jurnalın iyun nömrəsində oxucuların ixtiyarındadır. Dahilərdən kimsə deyib: “Jurnal bir şəhərdir!” Gözəl deyimdir. Bir bu qədər şair-yazıçının müxtəlif səpkili, məzmunlu əsərləri toplanmış jurnal allı-güllü, bərli-bəzəkli bir şəhərə bənzəməzmi?
Azərbaycan ədəbi mühitində bir canlanma müşahidə olunmaqdadır. Bu canlanma heç də ədəbi proseslərin sürətləndiyindən təsirlənən qələm əhlinin fəallığının göstəricisi deyil. Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayöncəsi bir növ hesabat xarakterli məruzələr ətrafında baş verən müzakirələr buna rəvac verir.
Mülahizələrim subyektiv görünsə belə, mənə görə, məruzələr arasında hələ ki ən diqqətçəkəni Azər Turanın “Janrın sərhədlərinə sığan və sığmayan mətnlər”idir. Göz önündə publisistikanın yaratdığı ədəbi həyatın al-əlvan çalarlarından ibarət gözəl mənzərə canlanır. Təkcə son yeddi ilin deyil, bəlkə də müstəqillik dövründən üzübəri publisistikanın həyatımıza necə daxil olmasını şərh etməyə ehtiyac yoxdur. Publisistika heç vaxt indiki kimi insan həyatında vacib rola malik olmamışdır. Müasir insanı bir an belə informasiyadan kənarda saxlamağın mümkünsüzlüyü həddinə gəlib çatmışıq.
Müəllifin böyük coşqu və həvəslə işləyib-hazırladığı məqalə-məruzədə diqqəti yönəltmək istədiyi heç də bu deyil. Azər Turan bu səpkidə ən başda duran Əli bəy Hüseynzadənin “Fürusəti-siyasət”indən danışır, qiymətli sənət əsərini Anarın “Yaşamaq haqqı” ilə müqayisələndirir. Qeyd edir ki, “Yaşamaq haqqı” nəinki haqqında danışmağa, eləcə də böyük bir dövrü və əsərləri onun ətrafında və işığında, onunla bağlantılı şəkildə təhlil etməyə imkan verən əsərdir. (Sitatın sonu).
Ədəbi mühitdə hamıya aydındır ki, Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor təyin olunandan sonra qəzetin çapında nail olduğu inqilabi dəyişikliklə paralel, böyük bir işin də bünövrəsini qoydu. Rüstəm Kamal, Elnarə Akimova, Nizami Cəfərov, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, İradə Musayeva və başqa bu kimi ədəbi həyatımıza biganə qala bilməyən söz adamlarını ətrafına toplayaraq ciddi müzakirələrin aparılmasına start verdi, hansı ki, bu müzakirələr sayəsində bir çox mətləblərə aydınlıq gətirildi. Böyük auditoriyalar həmin müzakirələr nəticəsində üzə çıxmış materiallardan mənbə kimi bəhrələndi. Müzakirələr təkcə ədəbi sahəni deyil, bütövlükdə ölkə həyatını əhatə etməyə yönəldi. Müəllif özü bunu belə qeyd edir: “…”Ədəbiyyat qəzeti”ndə keçirilən müzakirə saatlarında təkcə ədəbiyyatımızın deyil, ümumən, fikir həyatımızın müxtəlif problemləri hər zaman diqqət mərkəzində olub. Ədəbiyyatın ən müxtəlif məsələlərini müzakirə etmişik. Amma biz bəzən bilərəkdən ədəbiyyat sferasından kənara adlamışıq, məsələn…”. Burada Azərbaycan Cümhuriyyəti tarixi, Repressiya dövrü, Kərkük və Azərbaycan ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı barədə fikirlər söylənmiş, paralel və təhlillər aparılmış, həmin dövrlərin ədəbiyyatda öz əksini necə tapması barədə müzakirələr keçirilmişdir. Desələr də ki, ədəbiyyat siyasi həyata müdaxilə etmir, burda bir şirin yalan hiss etmək mümkündür. Çünki ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur, ədəbiyyat özü həyatdır, həyat isə həm də siyasətdən ibarətdir. Sözsüz ki, həyatımızın bütün dövrləri ədəbiyyatın vacib bölməsi olan publisistikada öz əksini çılpaqlığı ilə tapmalıdır.
Müəllif bugünkü baxımdan çox dəyərli hesab olunan məqaləsində bir çox mətləblərə toxunmuşdur. Publisistikanın genişliyindən və bu genişliyin imkan dairələrindən bəhs etmişdir. Bədii publisistika növündən söhbət açmış, esse ilə aradakı sərhədin mövcudluğundan, bəzən bu sərhədin elə asanlıqla “pozulduğu” məqamları incələmişdir. Əlbəttə ki, bu məsələ daha çox müəllifin əhatə etmək istədiyi mövzudan, onu necə qavramasından və ictimaiyyətə çatdıra biləcəyi peşəkarlıq səviyyəsindən asılıdır.
Azər Turan məruzə-məqaləsində hələ sovet dövründə baş tutmuş bəzi ədəbi hadisələrlə müstəqillik dövründə olanlar arasında paralellər qurmağa çalışır və ürək yanğısı ilə qeyd edir: “Müstəqillik dövrünün publisistikasında sovet dövründə yaranmış – Anarın “Dünya bir pəncərədir”, Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində”, Sabir Rüstəmxanlının “Ömür kitabı” səviyyəsində əsərlər yazılmadı. İndi tarixə 30 illik bir uzaqlıqdan baxanda böyük bir nəslin, daha doğrusu, Azərbaycanın müstəqilliyinə doğru axın edən nəslin, əsasən, bu üç kitabın şinelindən çıxdığını kim etiraf etməz?”. Olduqca doğru və obyektiv yanaşmadır. Hər hansı bir nəsil aparıcı missiyanı öz üzərinə götürmüş müdrik kitablardan bəhrələnməlidir, o əsərlərdən ki, müəyyən inkişaf yolundan nəticələr çıxarmış və gələcəyə istiqaməti müəyyənləşdirmək yolunda mayak rolunu oynayır.
Azər Turan daha bir məsələyə toxunur. Bunu, ədəbi proseslərin inkişafına “planlı təkan” da adlandırmaq olar. Madam ki, sovet dövrü ilə müstəqillik dövrünün bəzi müqayisəli təhlili məqalədə yer alıb, bunu da analiz etmək mümkündür. Sovet dövründə qələm əhli qarşısında müəyyən mənzərələr canlandırılırdı; kolxozçunun firavan həyat tərzi, işıqlı sabahlara addımlayan zəhmətkeş sovet ailəsi, əmək cəbhəsində yarışan mexanizatorlar, ölkəni ağ günə aparacaq “ağ qızıl” ustaları və s. Qələm əhli həmin məhdud çərçivədə manevr etmək imkanına malikdi. Əks halda onun əsərləri işıq üzünə həsrət qalacaqdı. İndi, müstəqillik dövrünün prizmasından yanaşsaq, həmin “planlı inkişaf”ı əvəzləyəcək ədəbi layihələr həyata keçirilir. Publisistikanın missiyası layihələr çərçivəsində həyatı canlandırmağa məhkumdu. Azad yazıçı çox zaman həmin layihələrdən kənarda qalır. Çünki layihə irəli sürən təşkilat, yaxud adam əvvəlcədən çəkəcəyi məbləği müəyyənləşdirdiyi kimi “öz qəhrəmanını” da planlayır. Nəticədə, göz önündə canlandırılan mənzərə qənaətbəxş olmur. Real nümunələr kifayət qədərdir. Hətta QHT-lər hesabına indiyə kimi “zəfərnamələr” silsiləsindən neçə-neçə kitab çap olunsa da, 44 günlük Vətən müharibəsini üzdə tutacaq əsl Zəfərnamə hələ yazılmayıb. Deməli, belə layihələrin xeyrindən çox, ziyanını görürük. Elə Azər Turanın da diqqət çəkmək istədiyi məqam budur.