Abdubannoyeva Muattar

The Magic Tree
Once upon a time, in a small house near a deep forest, there lived a little girl named Nilufar. Her best friend was not an ordinary rabbit — it was a white rabbit that could talk.
One day, the rabbit said to her:
— The Magic Tree in the center of the forest is dying. If it disappears, all colors in the world will fade away.
Nilufar and the rabbit began their journey. They walked through a valley of laughing flowers and passed a singing river. At last, they reached the huge Magic Tree. Its leaves were yellow, and its branches looked weak.
The tree spoke softly:
— Only kindness from a pure heart can save me.
Nilufar closed her eyes, hugged the tree, and made a sincere wish with all her heart. Suddenly, the tree became green and beautiful again. Its leaves sparkled like emeralds, and the forest was full of colors once more.
From that day, the forest celebrated the “Festival of Kindness” every spring.
And Nilufar always remembered:
“The greatest magic is kindness.”

Author: Abdubannoyeva Muattar

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

UZULOY XAYDAROVA – KETMANG…


KETMANG…

Uzoqlab ketayapsiz, negadir mendan,
Iztrobda, o’rtanmoqda jon.
Go’yo qarg’alarni, qanotida ishq,
Ayriliq keldimi? negadir shu on.
KETMANG…

Osmonda uchadi, yolg’iz bitta qush,
Qanotin yozganda, bulutga tegib.
Go’yoki men ham, bir qush timsoliman,
Ketmang umidlarim, qanotin egib.
KETMANG…

Gar ketsangiz, siz meni tashlab,
Ko’zingizni, yoshlab ketaman.
Yozilajak, ishq dostonimiz,
O’tmishlarga, tashlab ketaman.
KETMANG …

Topolmaysiz, siz meni izlab,
Xira bo’lar, ko’nglingiz tabi.
Men baxtili, bo’lgan kunimda,
Chuv tushasiz, armon singari.
KETMANG…

Bir umrga, yonimda qoling,
Baxtimizdan, bahorday yayrab.
Ayriliqni, yozmay qalamim,
Faqat yozsin, vafodan kuylab.
KETMANG…
***
GETMƏ…

De, nə qədər uzaq gəzəssən məndən?
İztirab içində ruhsuz bir canam.
Niyə dolanırsan, uzaqdan, gendən?
Ayrılıq odunda rəvamı, yanam?
GETMƏ…

Asimanda süzən, tənha bir quşam,
Bəmbəyaz buludlar həmdəmim olub.
Yalnız bu dünyada sənə tay-tuşam,
Sənsizlik, dünyada dərd, qəmim olub.
GETMƏ…

Getsən, bilki məni itirəcəksən,
Unudacam səni, gözləri yaşlı.
Bu eşqi nağıltək bitirəcəksən,
Yarımçıq qalacaq əməlli-başlı.
GETMƏ…

Bu sevən ürəyi tapmayacaqsan,
Qəlbin ah çəkəcək, fəryad edəcək.
Çünki heç vaxt, xoşbəxt olmayacaqsan,
Kim səni axtarıb, de, yad edəcək?
GETMƏ…

Getmə, qal mənimlə, hələ gec deyil,
Qoy sevgi dünyamız bahar, yay olsun.
Bu hisslər, bu sevgi axı heç deyil,
Sevgimiz, eşqimiz niyə zay olsun?
GETMƏ…
Müəllif: Uzuloy Xaydarova
Tərcümə: Surxay Məhəmmədoğlu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Abduqahhorova Gülhayo

Oxu mədəniyyətinin cəmiyyətə təsiri
Hər bir cəmiyyətin inkişafında mühüm amillərdən biri onun mütaliə mədəniyyətidir. Kitab oxumaq insanı bilikli etməklə yanaşı, onun dünyagörüşünü də genişləndirir, təfəkkürünü genişləndirir, mənəvi dəyərlərini dəyişdirir. Ona görə də mütaliə mədəniyyətinin cəmiyyətə təsirini qiymətləndirmək mahiyyətcə millətin mənəvi gələcəyini müəyyən etmək deməkdir.
Oxumaq insan zəkasını zənginləşdirir. Oxuyan adam başqalarına nisbətən daha səlis nitq və incə düşüncə tərzinə malikdir. Cəmiyyətdə ünsiyyət mədəniyyətinin inkişafı da kitabla sıx bağlıdır. Bu gün oxucuların sayının azalması ilə əlaqədar bəzi gənclərin söz ehtiyatı məhdud, düşüncə dairəsi daha dardır. Onların fikirlərini aydın ifadə edə bilməmələri və əsaslandıra bilməmələri də kitabdan uzaqlaşmalarının nəticəsidir. Kitablar fərdlərə düşünməyi, araşdırmağı, fikirlərini sərbəst və aydın ifadə etməyi öyrədir.
Bundan əlavə, kitablar milli dəyərlərin formalaşmasında mühüm rol oynayır. Qədim əlyazmalar, yazıçıların əsərləri, alimlərin irsi – bunların hamısı bir xalqın tarixi irsidir. Oxucular bu irsi dəyərləndirir, qoruyub saxlayır və gələcək nəsillərə ötürürlər. Əks halda, bu biliklər ötürülməsə, tarixi kimlik yavaş-yavaş sönəcək.
Mütaliə mədəniyyəti gənclərin tərbiyəsində də əvəzsizdir. Oxuyan uşaq geniş düşünür, yaxşı ilə pisi ayırır, məsələlərə daha dərindən yanaşır. Kitablar səbir öyrədir, insanı daha diqqətli və məsuliyyətli edir. Üstəlik, gənc oxucular daha çox intellektual potensiala malikdirlər. Mütaliə edən uşaqlarda təhlil, müqayisə, məntiqi təfəkkür kimi bacarıqlar daha çox inkişaf edir.
Hər bir yeniliyin kökü bilikdədir, biliyin özü də kitablardadır.
Nəticə olaraq qeyd edək ki, mütaliə mədəniyyəti təkcə şəxsi inkişaf yolu deyil, həm də cəmiyyətin ümumi mədəni səviyyəsini müəyyən edən amildir. Ona görə də cəmiyyət daxilində mütaliəni geniş şəkildə təbliğ etmək lazımdır.

Müəllif : Abduqahhorova Gülhayo
Tərcümə edən: tarixçi-şair Surxay Məhəmmədoğlu

***

O’qish madaniyatining jamiyatga ta’siri
Har qanday jamiyat taraqqiyotining muhim omillaridan biri uning kitobxonlik madaniyatidir. Kitob o‘qish insonni bilimli qilish bilan birga, dunyoqarashini kengaytiradi, tafakkurini kengaytiradi, axloqiy qadriyatlarini o‘zgartiradi. Shunday ekan, kitobxonlik madaniyatining jamiyatga ta’sirini baholash mohiyatan millatning ma’naviy kelajagini belgilash demakdir.
Mutolaa inson tafakkurini boyitadi. O‘qigan odamning nutqi ravon, fikrlash tarzi boshqalarga qaraganda ancha nozik bo‘ladi. Jamiyatda muloqot madaniyatining rivojlanishi ham kitob bilan chambarchas bog‘liq. Bugungi kunda kitobxonlar soni kamaygani sababli ayrim yoshlarning so‘z boyligi cheklangan, fikrlash doirasi torroq. Ularning o‘z fikrlarini aniq ifoda eta olmasligi, asoslab bera olmasligi ham kitobdan uzoqlashganliklari oqibatidir. Kitoblar insonni fikrlashga, izlanishga, o‘z fikrini erkin va aniq bayon etishga o‘rgatadi.
Qolaversa, milliy qadriyatlarni shakllantirishda kitobning o‘rni katta. Qadimiy qo‘lyozmalar, yozuvchilarning asarlari, allomalar merosi — bularning barchasi xalqning tarixiy merosidir. Kitobxonlar bu merosni qadrlaydi, asrab-avaylaydi, kelajak avlodlarga yetkazadi. Aks holda, bu bilimlar uzatilmasa, tarixiy o’zlik asta-sekin yo’qoladi.
Yoshlar tarbiyasida kitobxonlik madaniyati ham beqiyos. O‘qigan bola keng fikrlaydi, yaxshi-yomonni ajratadi, masalalarga chuqurroq yondashadi. Kitoblar sabr-toqatga o’rgatadi va odamni yanada ehtiyotkor va mas’uliyatli qiladi. Bundan tashqari, yosh kitobxonlar katta intellektual salohiyatga ega. O‘qiydigan bolalarda tahlil qilish, taqqoslash, mantiqiy fikrlash kabi ko‘nikmalar ko‘proq rivojlanadi.
Har bir yangilik ilmga, bilimning o‘zi esa kitobga asoslanadi.
Xulosa qilib aytadigan bo’lsak, kitobxonlik madaniyati nafaqat shaxsiy o’sish yo’li, balki jamiyatning umumiy madaniy darajasini belgilovchi omil hamdir. Shu bois kitobxonlikni jamiyatda keng targ‘ib qilish zarur.

Muallif: Abduqahhorova Gulhayo
Tarjimon: tarixchi-shoir Surxay Mahammadglu

***

The influence of reading culture on society
One of the important factors in the development of any society is its culture of reading. Reading books not only makes a person knowledgeable, but also broadens their worldview, expands their thinking, and transforms their moral values. Therefore, evaluating the impact of reading culture on society essentially means determining the spiritual future of the nation.
Reading enriches human intellect. A person who reads has more fluent speech and a more refined way of thinking compared to others. The development of communication culture in society is also closely connected with books. Today, due to the decline in the number of readers, some young people have a limited vocabulary and a narrower scope of thinking. Their inability to clearly express and justify their ideas is also a consequence of distancing themselves from books. Books teach individuals to think, to explore, and to freely and clearly express their opinions.
In addition, books play an important role in shaping national values. Ancient manuscripts, the works of writers, and the legacy of scholars—all of these are the historical heritage of a nation. Readers value this heritage, preserve it, and pass it on to future generations. Otherwise, if this knowledge is not transmitted, historical identity will gradually fade away.
Reading culture is also invaluable in the upbringing of young people. A child who reads thinks broadly, distinguishes between good and bad, and approaches issues more deeply. Books teach patience and make a person more attentive and responsible. Moreover, young readers tend to have greater intellectual potential. Skills such as analysis, comparison, and logical thinking are more developed in children who read.
Every innovation is rooted in knowledge, and knowledge itself is rooted in books.
In conclusion, reading culture is not only a path to personal growth but also a determining factor in the overall cultural level of society. Therefore, it is necessary to widely promote reading within the community.

Author: Abdukahhorova Gulhayo
Translated by: historian-poet Surkhay Mahammadglu

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Professor Nurəddin Mustafa oğlu Kazımov – 100

Professor Nurəddin Mustafa oğlu Kazımov – 100

100 İLLİYİN İŞIĞINDA

           Mərhum professor, gözəl insan Yusif Talıbov Azərbaycanın görkəmli pedaqoqlarını səciyyələdirərkən akademik Mehdi Mehdizadəni, professorlar Əhməd Seyidov və Mərdan Muradxanovu pedaqogika elminin sacayaqları (təməl daşları) adlandırmışdı. Əhməd Seyidov 1882-ci ildə anadan olmuş, 1977-ci ildə; Mehdi Mehdizadə 1903-cü ildə doğulmuş, 1984cü ildə, Mərdan Muradxanov 1907-ci ildə anadan olmuş, 1977-cim ildə dünyasını dəyişmişdir. Azərbaycan pedaqogikasının təşəkkülündə və inkişafında, pedaqogikanın nəzəriyyəsinin və tarixinin (pedaqoji fikir və məktəb tarixi) formalaşmasında hər üçünün özünəməxsus rolları olmuşdur.

          Haqqında söz açılan mərhum pedaqoqlarının yolunu onlarla yetirmələri və digərləri davam etdirmişlər. Onlardan sonra gələn  nəsil (professorlar və akademiklər Nurəddin Kazımov, Hüseyn Əhmədov və Əjdər Ağayev) sayılıb-seçilməyə, qibtə doğurmağa, pedaqogika elmində ağsaqqallıq vəzifəsini üüzərlərinə götürməyə başlamışdır.

         Biz bu şəxsləri pedaqogika elminin sacayaqları (təməl daşları) adlandırardıq.

        Professor Nurəddin Kazımovun tədqiqatları daha çox  didaktika, pedaqogika nəzəriyyəsi, məktəbşünaslıq, tərbiyə məsələlərinə; professor Hüseyn Əhmədovun tədqiqatları pedaqogikanın tarixinə, o cümlədən Azərbaycanda pedaqoji fikir və məktəb tarixinə,  professor Əjdər Ağayevin araşdırmaları həm pedaqogika tarixi və həm də pedaqogika nəzəriyyəsi problemlərini əhatə etmişdir.

          Bu məqalədə biz pedaqoji sacayaq nümayəndələrindən birinin, bu il anadan olmasının 100 ili tamam olacaq mərhum professor Nurəddin Mustafa oğlu Kazımovun həyat və yaradıcılığını diqqət mərkəzinə gətirməyi qarşımıza məqsəd qoymuşuq.

          Bu məqalənin müəlliflərindən biri müəllifi professor Akif Abbasovun xatirələri ilə tanış olaq: “1975-ci ilin əvvəlləri idi. Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki ADU-nun) ingilis – Azərbaycan dilləri fakültəsini bitirdikdən sonra təyinatla Sabirabad rayonuna göndərilmişdim. Artıq bir neçə il idi ki, rayonun Şıxsalahlı və Qaragünə kənd məktəblərində ingilis dili müəllimi işləyirdim. Səhərlər yaşadığım Əli Bayramlı şəhərində avtobusa oturur, təxminən 20-25 dəqiqədən sonra iş yerində olurdum. Dostum, şair, mərhum İsrafil İbadov o vaxtlar “Azərbaycan məktəbi” jurnalında çalışırdı. O, məsləhət gördü ki, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil İnstitutu) kiçik elmi işçi yerinə müsabiqə elan olunub. Bəlkə sənədlərini verəsən.

         Sənədlərimi verdim, müsabiqədən keçdim. Lakin Sabirabad Rayon Maarif şöbəsinin o dövrdəki müdiri, mərhum Lələş Əliyev məni işdən azad etmək istəmir, qalıb işləməyimi təkid edirdi. Mən isə sistemli şəkildə tədqiqatlara qoşulmaq, institutda çalışmaq istəyirdim. Günlər isə keçirdi. Bu vaxt eşitdim ki, institutun direktoru professor Nurəddin Kazımovla Əli Bayramlı Pedaqoji Məktəbində görüş təşkil olunub. Professor geniş auditoriya qarşısında – müəllimlərin və tələbələrin əhatəsində maraqlı məruzə edir, pedaqogikanın, təhsilin, məktəb quruculuğunun, təlim və tərbiyə prosesinin səmərəli təşkilinə və s. və i.a. dair öz qənaətlərini bölüşür, suallara cavablar verirdi.

         Tədbir yekunlaşanda imkan tapıb professorla görüşdüm, müsabiqədən keçdiyimi, lakin işdən azad olunmaqla bağlı əmrimi ala bilmədiyimi ona bildirdim. O, narahat olmamağı məsləhət gördü, qeyd etdi ki, SSRİ Nazirlər Sovetinin xüsusi qərarı var, müsabiqə yolu ilə elmi işçiliyə qəbul olunan şəxslərə kömək göstərilməlidir. Yeni iş yerlərinə gəlməkdə onlara maneçilik törətmək olmaz.

         Sonra Nurəddin müəllim pedaqoji məktəbin rəhbərliyindən xahiş etdi ki, onu Sabirabad Rayon Maarif Şöbəsinin müdiri ilə (telefonla) calaşdırsınlar. O, vaxtlar rayonlararası telefonla danışıq indiki kimi asan deyildi, müəyyən çətinliklər vardı. Maarif müdiri ilə danışmaq mümkün olmadı.

           Professor bir daha mənə narahat olmamağı tapşırıb bildirdi ki, şəhərə qayıdan kimi bu məsələ ilə məşğul olacaq.

          Bu, mənim professor Nurəddin Kazımovla ilk görüşüm idi. Özü də doğulub, boya-başa çatdığım doğma Əli Bayramlı (hazırda Şirvan) şəhərində.

          Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda tərbiyənin ümumi problemləri şöbəsinə əmrim digər yoldaşlardan 9 gün sonra – 1975-ci il aprel ayının 9-da verildi və mən elmi fəaliyyətə başladım. Təxminən bir il institutda işləyəndən sonra, 1976-cı ilin iyun ayında hərbi xidmətə yola düşdüm. Geri qayıdanda Nurəddin müəllim artıq bizim institutdan getmişdi – Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi işlər üzrə prorektor işləyirdi.

          Bir yerdə işlədiyimiz müddətdə professor Nurəddin Kazımov yadımda necə qalmışdı? Bir alim kimi pedaqogika elminin aktual problemlərindən məqalələrində, kitablarında, elmi şuranın iclaslarında, respublika elmi-praktik konfranslarında, respublika Pedaqoji Cəmiyyətinin qurultaylarında inamla, məntiqi təfəkkürün bütün imkanlarından faydalanaraq və orijinal deyim tərzi ilə təqdim edirdi”.

              Bu məqalənin digər müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Rəhiməxanım Məmmədzadənin fikirləri:  “Professor uzun illər Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının müdiri olmuşdur. Mən hazırda həmin kafedranın dosentiyəm. Nurəddin müəllim haqq dünyasına qovuşandan sonra kafedrada işə başlamışam. Çox təəssüf edirəm ki,  onunla bir yerdə, onun rəhbərliyi ilə bu kafedrada işləməmişəm. Lakin təsəllim odur ki, professor Nurəddin Kazımovla bağlı xoş xatirələri yaşadıram. Onun əsərlərindən bəhrələnərək auditoriyada mühazirə  oxuyur və seminar məşğələləri keçirəm.  Eşitdiyimə görə son dərəcə ciddi, tələbkar, prinsipial, obyektiv  insan olub.  Diqqətəlayiq rəhbərlik üslubu varmış, təşkilatçılıq qabiliyyəti çox yaxşı imiş. Mühazirələri çox məzmunlu, elmi, pedaqogikanın yenilikləri ilə zəngin idi. Kafedranın əməkdaşlarından da mühazirə və seminar məşğələlərinə hazırlıqlı getmələrini, təlim prosesində vaxtdan səmərəli  faydalanmağı tələb edirdi.  Açıq dərslərdə olur, kafedra müəllimlərinin mühazirə və seminar məşğələlərin təhlilini aparır, müsbət və zəif cəhətləri diqqət mərkəzinə gətirirdi”.

        Həyatı və təhsil illəri.  Nurəddin Mustafa oğlu Kazımov28 aprel 1926-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdir. 1943-cü ildə III İnternasional adına ümumtəhsil məktəbində təhsil almış,  iki il sonra Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmidir. Sonra təhsilini Sankt-Peterburq Dövlət Universitetində davam etdirmişdir. Həmin universitetin fəlsəfə fakültəsini  1950-ci ildə bitirmişdir.

         Ali təhsil almaqla kifayətlənməmiş sənədlərini Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) aspiranturasına vermiş (1953),  1956-ci ildə aspirantura təhsilini başa vurmuşdur.

         Əmək fəaliyyəti. Ali təhsil aldıqdan sonra Nuxa (hazırda Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının müəllimi olmuşdur. Sonralar  Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-1953), respublika Maarif Nazirliyində Ali və orta peşə təhsili şöbəsində inspektor vəzifələrində işləmişdir.

         Eyni zamanda Nurəddin müəllim M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda baş müəllim (1957), Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmim işlər üzrə direktor müavini (1957-1973),  direktor (1973-1976) ,  Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmim işlər üzrə prorektor (1976-1982),   Azərbaycan Dövlət İncəsənət İnstitutunda Pedaqogika kafedrasının müdiri, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri (1984-cı ildən etibarən təxminən 30 il)  vəzifələrində çalşmışdır.

            Professor Nurəddin Kazımov uzun illər Azərbaycan Pedaqoji Cəmiyyətinin sədri olmuşdur.

            Azərbaycanda pedaqogika elminin inkişafında Nurəddin Kazımovun özünəməxsus əməyi vardır.O,bir alim kimi pedaqogika elminin aktual problemlərindən məqalələrində, kitablarında, elmi şuranın iclaslarında, respublika elmi-praktik konfranslarında, respublika Pedaqoji Cəmiyyətinin qurultaylarında inamla, məntiqi təfəkkürün bütün imkanlarından faydalanaraq və orijinal deyim tərzi ilə təqdim edirdi.

          Elmi müəssisənin rəhbəri kimi yüksək təşkilatçılıq, idarəetmə qabiliyyətinə malik idi, ciddi və tələbkar idi ki, bu da işçilərin öz vəzifələrinə məsuliyyətlə, eyni zamanda vicdanla yanaşmalarını təmin edirdi. Nurəddin müəllim sərt tələbkar olmaqla yanaşı, həm də çox kövrək idi.

          Elmi fəaliyyəti. Nurəddin Kazımov, qeyd etdiyimiz kimi,elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü (2012) idi. 1958-ci ildə “Müqayisə haqqında K.D. Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası,   1969-cu ildə isə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1973-cü ildə professor elmi adına layiq görülmüşdür.

           N.M. Kazımovun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün “Ana dili” (1970-2003) və “Oxu” (1970-2005) dərsliklərinin və 500-dən artıq müxtəlif elmi əsərin, o cümlədən    “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Pedaqogika” (həmmüəlliflə, 1996), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Məktəb pedaqogikası sxemlərdə” (2003), “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (həmmüəlliflə, 2005), “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005), “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (həmmüəlliflə,  2005), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), 16 cilddən ibarət “Seçilmiş əsərlər”in (2011)  müəllifidir.

          Nurəddin müəllimin dərslik və dərs vəsaitlərindən hazırda da ali təhsil müəssisələrində istifadə edilir.

          Elmi kadrların yetişdirilməsi sahəsindəki fəaliyyəti.  Professor Nurəddin Kazımov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində,  Tiflis Pedaqoji Universitetində və Gürcüstan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda,  Naxçıvan Dövlət Universitetində dissertasiyaların müdafiəsi şuralarının şuralarının üzvü; bir müddət respublikada Pedaqoji və Psixoloji Elmlər sahəsində  Tədqiqatları Əlaaqələndirmə sırasının sədri olmuşdur.

             Professor N.M. Kazımov 25 aspirant və dissertanta elmi rəhbər olmuş, təxminən 30 doktorluq və namizədlik (fəlsəfə doktoru) dissertasiyalarının müdafiəsi zamanı rəsmi opponent kimi  çıxış etmişdir. Təxminən 90 dissertasiyaya rəy vermişdir.

             Təltifləri. Azərbaycan təhsilinin və pedaqogika elminin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə professor Nurəddin Kazımov bir sıra dövlət təltiflərinə layiq görülmüşdü.  “Şərəf nişanı” ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adını almışdı. Prezident təqaüdçüsü idi.

          Professor Nurəddin Kazımov 92 il ömür sürdü. 2018-ci il dekabrın 6-da haqq dünyasına qovuşdu.

          Bu əvəzedilməz alim, Azərbaycanda pedaqogika elminin bayraqdarlarından biri olan bu gözəl insan 90 yaşını haqlasa da, yaşayıb-yaratmaq eşqi onu tərk etməmişdi.    

          Professor Nurəddin Kazımov gənc pedaqoq-alimlərə ən gözəl nümunədir. Görkəmli pedaqoq, əməkdar elm xadimi, professor, Prezident təqaüdçüsü  Nurəddin  Kazımov yaddaşlarda yaşayır, əsərləri sevilə-sevilə oxunur!

           Görkəmli pedaqoqa Allahdan rəhmət oxuyuruq!

            Akif Nurağa oğlu Abbasov,

  Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

Rəhiməxanım Rzabala qızı Məmmədzadə,

Azərbaycan Dillər Universitetinin baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru               

XƏDİCƏ ARVADIN O DÜNYAYA  HAZIRLIĞI

XƏDİCƏ ARVADIN O DÜNYAYA  HAZIRLIĞI

(hekayə)

Xədicə arvad haldan düşmüşdü. Son zamanlar ayaqları sözünə baxmırdı. Özünü çox yorğun və əzgin hiss edirdi. Bir iş görmək istəyəndə ona başlar, amma yarımçıq qoyardı. Yəqin yorğunluqdan idi. Yeməkdən də qalmışdı. Divana uzanıb gözlərini tavana zilləyir, dağı Arana, Aranı dağa aparırdı. Belə hallarda kim ondan nə isə sorusaydı, cavab verməzdi.  Onlara qarşı acıqlı olduğundan yox, sadəcə, öz aləminə qapıldığından.

          Bir-iki gün idi ki, Xədicə arvad tirrənmişdi. Divandan durmaq bilmirdi.   Çayını, xörəyini də yatağına gətirirdilər.  Azca yemək yeyir, yarmn stəkan çay içir, yenidən uzanırdı. 

Həsən anasının bu halından çox pəjmurdə idi.  O, stulu divana yaxın çəkib əyləşdi. Xədicə arvad dünyası ilə əlləşirdi. Həsən anasının əlini əlinə aldı:

-Can, ana, nədir səni narahat edən? Heç özündə-sözündə deyilsən? Bir yerin ağrıyır?

Cavabında anası dedi:

-Yox, ay oğul, heç yerim ağrımır?

Həsən təkrar soruşdu:

-Bəs nə olub sənə? Bəlkə həkim çağırım?

Gözləri yol çəkən ana etiraz etdi:

-Yox, ay bala, həkimlik iş yoxdur.

Həsən:

-Bəs nə olub? – deyə o, anasının alnından öpdü. 

Xədicə arvad ağır-ağır söz başladı:

-Rəhmətlik atanı, Müslümü yuxuda görmüşəm. Məni yanına çağırırdı. Dedi çox darıxıram. Səbri-qərarım kəsilib. Neçə ildir səndən ayrı düşmüşəm. Sən də  oralarda tək qalmısan? Qulaq yoldaşın, evdə tay-tuşun yox ki lazım gələndə dərdləşəsən. Uşaqları evləndirmiş, qızları köçürmüsən.   Sən orda, mən də burda  təkəm.  Darıxıram. Gəlsəydin, günümüz xoş keçərdi, bir-birimizə həyan durardıq.

Həsən dilxor idi. Anası elə dediyini deyir, ipə-sapa yatmırdı::

-Ay ana, nə danışırsaın? O dünyaya getmək nədir? Özün demişkən, heç bir yerin ağrımır. Hələ bundan belə ən azı 10 il yaşayacaqsan. Bir də tək niyə olursan? Biz yanındayıq. Mənim ailəmlə qalırsan? Kimin hünəri var sənin xətrinə dəysin. Hər şənbə-bazar günü qızların da, oğlun da, nəvələr də sənə baş çəkməyə gəlirlər.

Xədicə arvad əlini yuxarı qaldırıb Allahına  şükür elədi:

-Allah hamınızın canını sağ eləsin. Hamınızdan razıyam. Heç kim xətrimə dəymir. Hələ üstəlik nazımla oynayırlar. Qayğıma qalırsınız. Amma, ay oğul, məni başa düş, getməliyəm,  atan o dünyada darıxır, tək qalıb.

Həsən anasını dilə tutmağa çalışdı:

-Tək niyə olur, ay ana, orada nə qədər qohum-əqrəbamız var. Dayılarım, xala-bibi, əmim…

Xədicə arvadın gözləri yol çəkdi:

-Nə bilmək olar, ay oğul, bəlkə araları dəyib, ona görə məni çağırır…

-Bax, ana, yenə sənə deyirəm: bu fikirləri başından elə, dur ayağa, gəz,  həyətə düş. İstəyirsən  aparım səni gəzdirim. Dənizə aparım…

-Bu yaşda dəniz mənim harama yaraşır?

Həsən:

-Bax, ana, dedim ha. Getmək söhbətini qurtar, – dedi və çıxdı.

                                     ***

İşdə Əhməd müəllim Həsənə müraciətlə:

-Ay Həsən, – dedi, -son vaxtlar, özünü nə isə qəribə aparırsan. Kefin yoxdur, qanı qara gəzirsən. Heç elə bil əvvəli deyib-gülən Həsən deyilsən.  Dərdini de, bilək. Evdə-eşikdə bir hadisə baş verməyib? Nə problemin var?

Həsənə elə gəlirdi ki, onun halından kiminsə xəbəri yoxdur. Demə, ona da göz qoyanlar var. Əhməd müəllim onu istəyən şəxs idi. Odur ki, özünü ələ alıb dedi: 

-Yox, ay Əhməd müəllim. Evdə hər şey qaydasındadır. Anam…

Əhməd müəllim onun sözünü kəsdi:

-Anana nə isə olub? Xəstə deyil ki?

Əhməd cib dəsmalını çıxarıb boyun-boğazının tərini sildi:

-Xəstəliyi yoxdur, amma özünü xəstələndirib.

-Bu nə sözüdür, ay Həsən?

Həsən olub-keçənləri Əhməd müəllimə danışdı. Əhməd müəllim qaşlarını çatdı. Az sonra:

-Stulunu yaxın çək, əyləş.

-Gör nə deyirəm…

Əhməd müəllimin dediklərindən razı qalan Həsən başını tərpətdi, yəni “düz deyirsiniz!”

                               ***

Xədicə arvad yenə divanda uzanmışdı. Həsən divanın kənarında əyləşib anası ilə salamlaşdı, sonra hal-əhval tutdu və  söz başladı:

-Hə, ana. Bundan belə hər şey qaydasında olacaq. Sən də ayağa qalxıb bizimlə bir süfrədə oturacaq, nəvələrini, qohum-əqrəbanı görməyə gedəcək, toyda, yasda iştirak edəcəksən.

Xədicə arvad key-key onun üzünə baxdı:

-Bəxtəvərlikdən danışırsan, ay oğul. Deyirəm:  mən ölüb öz günümə qalmışam, sən isə mənimlə zarafatlaşırsan. Bilirsən, ay bala, mən bu dünyadan köçümü çəkməyə hazırlaşıram.

-Səni getməyə kimdir qoyan?

Xədicə arvad başını buladı: “Bu nə danışır? Bundan soruşan var ki, gedim, getməyim. Rəhmətlik çağırır.

-Ay ana, axşam yuxu görmüşəm. Rəhmətlik atan yuxuma girmişdi. Kefi də saz idi.  Dedim, ay ata, o nə sözdür anama demisən. Sap-sağlam anam yatağa düşüb. Onun indi o dünyaya gedən vaxtıdır?! Bilirsən nə dedi? Dedi: doğrudur, o gün anana nə isə elə bir söz demişdim, amma sonra fikrimi dəyişdim.

Xədicə arvad yerində dikəldi.

-Ana, atam daha sonra bilirsən nə dedi? Dedi ki, sənə çatdırım. O dünyada hazırda təmir işlərinə başlayıblar. Oralarda hələ abırlı bir yer  yoxdur. Dedi ki, sənə çatdırım  ki, bir yaxşı yer tapan kimi Xədicəyə xəbər verəcəyəm. Hələlik öz işlərində olsun. kimi onu çağıracam.

Xədicə arvad durub oturdu:

-Lap belə dedi?

-Hə, ana, atam belə dedi. Özümdən çıxarmıram ki. Bir də bilirsən nələri söylədi?

-Nələri?

-Dedi ki,  bizim ailənin işlər başından aşır.  Anan yanıma gəlsə, həmin işlərin öhdəsindən necə gələcəksiniz?    Nəvələri məktəbə kim aparıb-gəturəcək, bazarlığı kim edəcək?    Hamınız iş adamısınız. Zakir təzə evlənib. Bu-gün sabah uşaqları olacaq. Gənc ailədir. Uşağa kim baxacaq? Gəlinə kim kömək edəcək? Anan heç bunları fikirləşib? De ona, məndən xəbər gözləsin. Hələ gəlməsin.

Xədicə arvad divandan düşüb qapıya sarı getdi.

-Ana, hara?

-Qonşuya süd, qatıq, qaymaq tapşırmışdım, gedib götürüm.

-Hə, ana,  qaymaq, qatıq çox qalıb turşuyar, vaxtında onları götürmək lazımdır.   

Xədicə arvad getdi. Həsən bığaltı güldü.

Bakı şəhəri, 16 may 2026-cı il

Akif Nurağa oğlu Abbasov

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞƏHİD MAYORUN ADINA SİNİF

ŞƏHİD MAYORUN ADINA SİNİF

Xətai rayonu 263 saylı tam orta məktəbin 1 “A” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilməsi münasibətilə bağlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan 1“A” sinfinin rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq bildirib ki, böyüyən uşaqların və yeniyetmələrin milli ruhda formalaşması hər bir pedaqoqun müqəddəs vəzifəsidir. Bakı şəhəri 263 saylı məktəbdə də şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur və qəhrəman şəhidlərin xatirəsi daim uca tutulur.

Sonra mayor Vüsal Vəliyevin həyatı və döyüş yolu haqqında məlumat verilib. Mayor Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib və mayor rütbəsinədək yüksəlib. 44 günlük Vətən müharibəsində həmlə taborunun komandiri kimi Murovdağdan Şuşayadək döyüş yolu keçib. 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Vüsal Vəliyevin xatirəsinə “Səs” tamaşası səhnələşdirilib, “Qisas 44” və “Vüsalın dastanı” kitabları çap olunub. Doğulduğu Dizə kəndində “Şəhid Vüsal bulağı” abidə-kompleksi və ev muzeyi yaradılıb, bir çox məktəb siniflərinə və hərbi posta onun adı verilib.

Məktəbin direktoru Nurqələm xanım rəhbərlik etdiyi təhsil ocağının vaxtilə burada oxumuş, sonradan doğma torpaqların azadlığı uğrunda canını fəda etmiş A.Xəlilovun adını daşımasını böyük qürur hissi ilə vurğulayaraq, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərə ayrıca guşə ayrıldığını diqqətə çatdırıb. O bildirib ki, 1 “A” sinfinin şəhid mayor Vüsal Vəliyevin adının verilməsi də müəllim və şagird kollektivi üçün həm məsuliyyət, həm də fəxr mənbəyidir. Nurqələm xanım çıxışında qeyd edib ki, mayor Vüsal Vəliyevin Vətən müharibəsində göstərdiyi şücaət, vətən sevgisi və döyüş əzmi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, həmçinin şagirdlərin hazırladıqları təsirli səhnəciklər nümayiş etdirilib. Çıxışlar və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Çıxış edən şəhid qardaşı Şahin Məmmədov, Qarabağ müharibəsi veteranı, polkovnik şair Mahir Cavadlı şəhidlərin adını daim uca tutan, onların xatirəsini yaşadan və belə möhtəşəm tədbiri ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. O, ailəsi adından çıxış edərək qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəbin direktoru Nurqələm xanıma, tədbirin təşkilatçıları Gülbəs xanıma, UBTR Aynur xanıma, 1 “A” sinfinin şagirdlərinə, valideyn komitəsinin rəhbəri Zəkirə xanıma və tədbirin təşkilində əməyi olan bütün valideynlərə dərin minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış “Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqlarına baxış keçiriblər. Sonda tədbir iştirakçıları bu unudulmaz gündən xatirə şəkilləri çəkdiriblər.

Mahir CAVADLI,

AMEA Folklor Institutu

Gövhər Cəfər (2000)

Gövhər Cəfər

Cəfərova Gövhər Arif qızı 16 avqust 2000-ci il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri Suraxanı rayonu 327 nömrəli tam orta məktəbdə almışdır. 2017-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olmuş, 2021-ci ildə bitirmişdir. 2021- 2023-cü illər ərzində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə oxuyub bitirmişdir.
2023-cü ildə Bakı şəhəri Xəzər rayonu 262 nömrəli tam orta məktəbdə, 2024-cü ildə Bakı şəhər Xəzər rayonu 324 nömrəli tam orta məktəbdə müddətli olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləmişdir. 2025-ci ildən isə Bakı şəhəri Xəzər rayonu 256 nömrəli tam orta məktəbdə müddətsiz əsaslarla müəllim vəzifəsində çalışır.
Kiçik yaşlarından etibarən hekayələr, romanlar, dram əsərlərinə olan marağı onun ilk qələm təcrübəsinin yaranmağına səbəb oldu. 2025-ci ildə ilk əsəri “Həyatın oyunu”romanını yazdı. 2026-cı ildə romantik-psixoloji mövzulu bu romanı nəşr olundu.
Gənc yazıçı belə deyir: ” Əsər yazmaqla şeir yazmaq tamamilə fərqli duyğular bəxş edir. Özüm də şeirlər yazsam da, əsər yazmaq, o duyğuları ətraflı şəkildə oxuculara çatdırmaq məni daha rahat hiss etdirir. Çünki şeir anlıq bir partlayışdır, qəfildən gələn və insanı sarsıdan bir duyğu selidir. Amma əsər (roman) yazmaq mənə o duyğunun içində yaşamaq, hər bir xarakterin ruhuna toxunmaq imkanı verir. Şeirdə misralara sığışdıra bilmədiyim o böyük dünyanı, romanda sətir-sətir, obraz-obraz böyüdürəm. Bu, təkcə yazmaq deyil, həm də öz daxili fırtınalarıma geniş bir sığınacaq tapmaqdır.”
“Şeir oxucuya bir anlıq hiss bəxş edir, amma böyük bir nəsr əsəri onu tamamilə başqa bir aləmə aparır. Mən istəyirəm ki, oxucu qəhrəmanlarımla birlikdə sevsin, onlarla birlikdə kədərlənsin və eyni suallara cavab axtarsın. Duyğuları tələsmədən, bütün rəngləri və çalarları ilə bədii şəkildə işləmək, oxucunun qəlbinə gedən o uzun və incə yolu kəşf etmək mənə böyük bir mənəvi zövq verir.”

Məlumatı hazırladı: Bahar Bəxtiyarqızı

Bahar Bəxtiyarqıznın yazıları

Gövhər Cəfərin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Namiq Müslümov – Ağla, tarım

Namiq Müslümovun yazıları

Ağla, tarım
(hekayə)

Hava artıq qaralmışdı. Nübar tarın yanıqlı səsinə gözlərini açdı. Hər şey ona bulanıq görünürdü. Baxışları tavanda, divarlarda dolaşıb nəhayət başı üstündə dayanmış ağ xalatlı qızın üzündə dayandı. Pıçıltılı səslə: “Mən hardayam, bura haradı?”- deyə soruşdu. Qız gülümsədi:
– Siz xəstəxanadasınız. Narahat olmayın. Hər şey yaxşıdır.
– Bəs bu tar səsi hardan gəlir?
– Həkimin məsləhəti ilə qoymuşuq. Səni dünən gətiriblər. Elə hey “Ağla, tarım… ağla, tarım…” deyirdin. Həkim də valideynlərindən bir maqnitofon, bir də tar ifası olan kaset istədi.
– Anamgil hardadır bəs?
– Çöldədirlər. İndi çağıraram.
Bunu deyib ağ xalatlı qız otaqdan çıxdı. O, yenidən gözlərini yumdu və xatirələrin qoynuna sığındı…

Bakıya gəldikləri 10 ay olardı. Çox ağır günlər keçirmişdilər. Ermənilərin qəfil hücumu onları hazırlıqsız yaxalamışdı. Doğma el-obalarından ayaqyalın, başı açıq didərgin düşən camaat ölkənin müxtəlif rayon və şəhərlərinə səpələnmişdi. Atası ilə dayısı da özünümüdafiə batalyonunda döyüşmüş, dayısı şəhid olmuş, atası isə yaralandığı üçün tərxis olunmuşdu.
Əvvəlcə aran rayonlarından birində bir neçə həftə qalmışdılar. Dolanışıq olmadığından Bakıya üz tutmuşdular.
Bakını ilk dəfədir görürdü. Geniş küçələrdən keçib, darısqal, nahamar yollarla Papaninə – qalacaqları yerə çatanda əvvəl elə bilmişdi ki, bura Bakı deyil. Hər tərəf bir-birinə qısılıb qalmış bir mərtəbəli kiçik evlərdən ibarət idi. Üfunət qoxusu ətrafa yayılmışdı. Maşından düşüb ensiz qapıdan kiçik həyətə girdilər. Bura atasının əmisi oğlunun idi. Özləri Rusiyada yaşadıqları üçün kirayəyə verirdilər evi. Yay tətili olduğu üçün kirayəçi də çıxmışdı. Həyətdə ayaqyolu, hamam, bir də küncdə qaz sobası, yanında da kiçik masa vardı. Bəlli ki, bura evin mətbəxi idi. Qaz sobasının yanındakı qapıdan evə daxil oldular. Mənzil iç-içə 2 otaqdan ibarət idi. Divarlar kiflənmiş, bəzi yerlərdə yapışdırılan kağızlar qopmuşdu. İçəridən də kəskin rütubət qoxusu gəlirdi. Nübar kənddəki evlərini xatırladı; geniş həyətləri, hündür, işıqlı 4 otaqlı evləri var idi. Tövlələri belə bu mənzildən daha geniş, daha işıqlı idi. Atasının “Burda qalacağıq” deməsi onu xəyallardan ayırdı. Anası yarızarafat, yarıincik şəkildə söyləndi:
– Ay Səttar, sən Allah, buralar nə gündədir? Necə yaşayırlar burda? Sonra da kəndə gələndi fors edirlər ki, biz Bakıdan gəlmişik.
– Neynək, ay Gülsüm? Elə bilirsən mənim xoşuma gəlir? Məcburuq da, çöldə qalası deyilik ki… Yenə sağ olsun əmioğlu. Dedi, özünüzü toparlayana qədər qalın, pul zad da lazım deyil.
– Sağ olsun. Allah ermənilərin də bəlasını versin.
Tezliklə atası da, anası da tikiş fabrikində işə düzəldi. Nübar bu il 11-ci sinfi bitirmişdi. 10 və 12 yaşlarında iki qardaşı da var idi. Valideyinləri səhər işə gedir, Nübar ev-eşiyi təmizləyir, yemək bişirir, hərdən də küçəyə çıxıb qardaşlarına nəzarət edirdi. Günləri belə keçirdi. Artıq bu həyata öyrəşirdilər.
Sentyabr ayı gəlmişdi. Qardaşları yaxınlıqdakı məktəbə gedirdilər. Onları məktəbə aparıb gətirməyi valideynləri Nübara tapşırmışdı. O da qardaşlarını səhər məktəbə aparar, günorta yenidən gedib gətirərdi. Sonra da ev işləri görər, qardaşlarına dərslərində kömək edərdi. Axşam da valideyinləri gəldikdən sonra birlikdə yeməklərini yeyər, bir az söhbət etdikdən sonra yatardılar.
Son günlər axşam düşəndə hardansa tar səsi yüksəlirdi. Kim idisə, elə kövrək və ustalıqla çalırdı ki, insanın ruhuna işləyirdi. Nübar da yatağına uzanandan sonra bir müddət o səsi dinləyər, tarın həzin ahəngi altında yavaş-yavaş yuxuya gedərdi.
Nübar qardaşlarını səhər məktəbə aparanda bir oğlan da onlarla eyni vaxtda yola çıxar, arxalarınca dayanacağa qədər gələrdi. Qızın diqqətindən yayınmayan bu oğlan əvvəllər ona bir az şübhəli gəlsə də, sonradan onun qonşuluqda yaşadığını bilib rahatlaşmışdı.
Günlərin birində Nübar qardaşlarını məktəbə qoyub təzəcə aralanmışdı ki, həmin oğlanı gördü. Öz-özünə düşündü ki, nə əcəb burdadır. Axı o hər gün dayanacağa qədər gələr, ordan da avtobusa minib gedərdi. Yanından keçəndə oğlan çəkinə-çəkinə, “Salam. Bir dəqiqə olar sizi?” dedi. Nübar bir anlıq duruxub qaldı, nə deyəcəyini bilmədən oğlanın üzünə baxdı. Oğlan udquna-udquna sözə başladı:
– Çox üzr istəyirəm. Məni tanıyırsız yəqin ki. Qonşuluqda qalıram. Adım Səməddir. Siz Allah, narahat etdimsə, bağışlayın. Neçə vaxtdır sizi görürəm, qardaşlarınızı məktəbə aparırsız deyəsən. Adınızı bilmək olar?
Nübar donub qalmışdı. Ürəyi şiddətlə döyünürdü. Gözləri oğlanın mavi gözlərinə sataşanda ürək döyüntüləri bir az da artmağa başladı və üzündəki istilikdən hiss etdi ki, yanaqları qızarıb. Tez başını yerə dikərək cavab verdi:
– Nübar.
– Çox şad oldum. Çox sağ olun. Bir daha üzr istəyirəm. Neçə gündür sizə yaxınlaşmaq, tanış olmaq istəyirdim, ancaq cürət eləmirdim. Siz çox gözəlsiniz və mənim xoşuma gəlirsiz. Mən də sizin qonşuluqda kirayədə qalıram. İncəsənət İnistitutunda, 3-cü kursda oxuyuram. Özüm də Göyçaydanam.
Oğlanın həyəcanla, birnəfəsə söylədiklərinə Nübar bilmirdi ki, nə cavab versin. Özü də çox həyəcanlanmışdı. Sanki ağzını açsa, ürəyi çölə çıxacaqdı. Dərin bir nəfəs alıb; – mən də çox şad oldum, dedi və yavaş-yavaş addımlamağa başladı. Səməd sözünə davam elədi:
– İcazə verirsiz, heç olmasa dayanacağa qədər söhbət edə-edə gedək?
– Olar.
– Çox sağ olun. Ordan sonra yolun o biri tərəfinə keçərəm. Bu gün sizinlə danışmaq üçün birinci dərsə girmədim.
– Dediniz, incəsənətdə oxuyuram. Nə üzrə oxuyursuz?
– Musiqi sənəti fakültəsində, tar sinfində.
– Axşamlar tar səsi gəlir. İfa edən sizsiniz?
– Bəli. Dərs tapşırıqlarını öyrənirəm. Sizi narahat eləmir ki, səs?
– Yox. Əksinə, çox gözəldir. Hətta bəzən mahnılar yarımçıq qalanda öz-özümə deyirəm, kaş axıra qədər ifa edərdi.
– Bəyəndiyinizə sevindim. Hansı mahnını xoşlayırsız? Sizin üçün ifa edim hər gün.
Nübar hiss etdi ki, yanaqları yenə qızardı. Utana-utana cavab verdi:
– Fərqi yoxdur. Özünüz hansını istəsəniz.
– Yenə də…
– Biz Qarabağlıyıq. Babamgilin evində də tar var idi. Babam özü toylara gedib o vaxtlar. Ona görə tarı, kamanı, muğamı çox sevirəm. Kəndimizi xatırladır. Hətta bəzən sizin ifanız ağladır məni.
– Aaa… Çox üzr istəyirəm. Bunu düşünməmişdim. Bir də ifa etmərəm.
– Yox, yox… O mənada demədim. Əksinə çox xoş olur. Ağlasam da, ruhum sakitləşir sanki. Həm də həmişə ağlamıram ki.
Nübar bunu deyib dayandı və Səmədin üzünə baxıb gülümsəyərək, “dayanacağa çatdıq,” – dedi. Səməd: “Çox sağ olun, Nübar xanım. Çox şad oldum sizi tanımağıma. Hələlik.” dedi və ondan ayrılıb yolun digər tərəfinə keçdi. O axşam Səməd tarda Qarabağ şikəstəsini elə ifa etdi ki, Nübar ömründə bu qədər təsirlənməmişdi.
Növbəti gün Səməd səhər-səhər Nübarı məktəb yaxınlığında gözləməyə başladı. Bu dəfə bir saata yaxın söhbət elədilər. Daha sonra Səməd avtobusa minib dərsə getdi.
Günlər keçdikcə Nübar Səməd üçün darıxır, onu görməyə can atırdı. Bir dəfə də Səməd onu dənizkənarı bulvara aparmışdı. Bulvarı ilk dəfə idi görürdü. Hələ üstəlik Səməd onun əlindən də tutmuşdu. Sevinci həyəcana qarışmış, özünü xoşbəxt hiss etmişdi. O gündən sonra görüşəndə əl-ələ tutub gəzirdilər. Ancaq yenə də dayanacaqdan sonra Səməd yolun digər tərəfinə keçirdi. Nübar Səməddən nə qədər ayrılmaq istəməsə də, qonuşuların görməsindən çox qorxurdu. Dayanacaq onların həm “birləşmə”, həm də “ayrılma” nöqtələri idi.
Beləcə bir neçə ay keçdi. Artıq havalar soyumuş, qış qapıya dirənmişdi. Məktəblər qış tətilinə çıxdığı üçün Nübar evdən çıxa bilmirdi. Ona görə Səmədi görmürdü. Ondan otrü çox darıxmışdı, dərslərin bir an öncə başlamasını istəyirdi. Axşamlar Səmədin tarının səsindən təskinlik tapırdı. On günlük tətil Nübara 10 il kimi gəldi. Nəhayət, yanvar ayında orta məktəblərdə dərslər başladı. İnstitutlarda isə fevralda başlayacaqdı. Səməd də dərsə getmir, imtahanlara hazırlaşırdı. Ona görə bir yerdə çox vaxt keçirirdilər. Demək olar hər gün səhərdən günortaya kimi gəzir, gülüb-əylənirdilər. Nübar Bakının bir çox gəzməli, görməli yerlərində olmuşdu. Bakı onun üçün doğma şəhərə çevrilmişdi, çünki burda sevdiyini tapmışdı. Səməd də Bakıda yaşamaq istədiyini demişdi. Çox gözəl tar ifaçısı olduğu üçün müəllimləri ona rayona getməməyi, burda qalıb yaradıcılıqla məşğul olmağı tövsiyə etmiş, “Sən Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfələr verə bilərsən, biz səndə bu potensialı görürük,” demişdilər. Nübar ilə Səməd əl-ələ tutub Bakı küçələrində gəzərkən xəyallarında hər küçədən bir “ev alırdılar”.
Bir gün yenə Nübar Səmədlə məktəbə, qardaşalarını götürməyə gəlirdi. Artıq neçə vaxtdır ki, Səməd Nübarı məktəbin yanına qədər gətirər, sonra kənara çəkilib gözləyər, Nübar qardaşlarını götürdükdən sonra onların arxasınca evə gedərdi. Nübar birdən əlini çəkdi. Səməd, “nə oldu?” dedikdə, bir kəlmə, “anam” söylədi. Nübarın anası məktəbin qapısının yanında durmuşdu və onlara tərəf baxırdı. Səməd addımını yavaşlatdı və ağacın arxasına keçdi. Nübar yaxınlaşıb “Nə olub, ana, sən xeyir ola burda?” dedikdə, anası qəzəblə soruşdu:
– Hardan gəlirsən?
– Evdən…
– Yalan deyirsən. Evdən gələn mənəm. Evdə yox idin. Uşaqları məktəbə aparandan çıxmısan evdən. Haralardaydın?
– Axı nə olub? Nəsə baş verib? Yoxsa atama nəsə olub?
– Sən yaxşı bilirsən nə olub. Burda camaat var. Evə gedək, nə olduğunu sən deyərsən. Bir bu qalmışdı…
Nübar başını aşağı dikdi. Pərt olmuşdu.
Sən demə qonşulardan kimsə gəncləri görmüş və Nübarın anasına demişdi. Anası da həmin gün qızını yoxlamaq üçün işdən icazə alıb gəlmişdi. Nübar evdə deyildi. Anası məktəbə gedib qızını orada gözləməyi qərarlaşdırmışdı. Bir müddət sonra qızını oğlanla əl-ələ görən ana bərk əsəbləşmişdi.
Evə girər-girməz anası Nübarın qolundan tutub o biri otağa apararaq qəzəblə soruşdu:
– Hardaydın?
– …
– Səndən söz soruşmuram? Hardaydın? O oğlan kim idi?
– …
– Niyə dillənmirsən? Utanmırsan? Biz səhərdən axşamadək qul kimi işləyirik. Evi, uşaqları qoyub gedirik ki, böyük, ağıllı qızımız var. Biz olmayanda qardaşlarına sahib çıxacaq, evi çəkib-çevirəcək. Sən demə qızımız özü sahibsiz qalıb, yolunu azıb. Kimdir o gədə? Nəsə olub aranızda? Cavab ver!
– Yoox. Nə olacaq ki?
– Nə bilim? Sən bilərsən. Nəsə olubsa mənə de.
– Heç nə olmayıb, ay ana. Sadəcə 1-2 dəfə şəhərə çıxmışıq.
– Utanmırsan? İki gün deyil Bakıya gəlmisən, əl-ələ tutub gəzirsən. Nə tez tapdın? Hardan tapdın?
– Ana, mən onu sevirəm.
– Qələt edirsən sən! Tanıyırsan onu? Dədəsin kimdir, nənəsi kimdir, bilirsən? Özbaşınasan sən? Səni Qurbangil oğluna istəyirlər. Ona verəcəyik.
– Qurban kimdir? Nə Qurban?
– Bu evin sahibi. Atanın əmisi oğlu. Moskvada yaşayırlar, imkanları da yaxşıdır. Bu ev də oğlunundur.
– Ana, mən onu tanımıram, görməmişəm. Necə yəni səni veririk Qurbanın oğluna?
– Sənin görüb-görməməyin vacib deyil. Görüb neyniyəcəksən ki? Budur e, gördün… Tanımadığın, bilmədiyin birinin əlindən tutub küçələrdə veyillənirsən. Hələ qoy atan gəlsin… Sən elə bilirsən biz boş yerə burda pulsuz qalırıq? İndiki zəmanədə kim kimə evini müftə verər?
– Ana, qurban olum, demə atama. Axı mən pis bir iş tutmamışam. Sevmişəm də…
Nübar ağlaya-ağlaya anasının əllərindən tutdu. Anası qızının bu halını görüb, bir az yumşaldı. Əslində qızına çox inanırdı. Bu günə kimi bir sözünü iki eləməmişdi. Evin biş-düşündə, yır-yığışında kiçik yaşlarından anasına kömək edərdi. Çox ağıllı, səliqəli və tərbiyəli qız idi Nübar. Amma bura da şəhər yeridir. İnsanları tanımaq olmur. Kənddən gəlmiş saf qız uşağını aldadıb yoldan çıxarmağa nə var? Qızının göz yaşını silə-silə dedi:
– Bax, qızım. Bura şəhər yeridir. İnsanlar bir-birini tanımır. Sənin kimi saf qızları yoldan çıxaran o qədər biqeyrət var ki. Mənim ağıllı balam, özün görmədin, bu neçə ayda biz nə qədər zülüm çəkdik? O boyda ev-eşiyimiz, həyət-bacamız, mal-qaramız qaldı orda. Atan da, mən də gecəmizi gündüzümüzə qatırıq ki, balalarımız korluq çəkməsin, ac qalmasınlar. Kimsə bizim qapımızı döyüb, bir loxma çörək verib bu günə qədər? Əgər aranızda heç nə olmayıbsa, atana bir söz demərəm. Bir səhvdir, eləmisən. Bir daha da eləməzsən, keçib gedər. 1-2 aya Qurbangil elçi gələcəklər. Yəqin ki, yaya da toyunuz olar. Sağ olsunlar, cehiz-zad da istəmirlər. Oğlan səni götürüb aparacaq Moskvaya. Biz də görək neyniyirik. Qardaşların da məktəbi oxuyub qurtarsınlar. Əsas onların təhsilidi. Biz də ağ günə çıxarıq İnşallah.
– Ana… Axı mən Qurban əminin oğlunu tanımıram, görməmişəm, heç adını da bilmirəm… Səməd pis oğlan deyil, ana. Göyçaydandır, institutda oxuyur, özü də Bakıda qalmaq istəyir.
– Ceyhundur Qurbanın oğlunun adı… Qızım, mən demirəm Səməd pis oğlandır, ya yaxşı oğlandır. Amma sən uşaqsan hələ. Çox şeyi dərk eləmirsən. Qurban əmingili mən tanıyıram. Özü də, yoldaşı da çox yaxşı adamlardır. Belə ata-anası olan oğlan da əlbət yaxşı olar. Bir də ki, indi çox pis zəmanədir, qızım. İnsanlar güclə özlərinə çörək pulu tapırlar. Yaşamaq üçün, ailə saxlamaq üçün tək sevgi kifayət eləmir. İndi 3-5 gün göz yaşı tökəcəksən, amma gün gələcək mənim haqlı olduğunu görəcəksən. Onda deyəcəksən ki, anam düz deyirmiş. Mən səni düşünüb deyirəm. Elə eləmə ki, atana deyim. Bir daha bu söhbətə qayıtmayaq. Səməddir, nədir, o oğlanla görüşməyəcəksən!
Nübar heç nə deyə bilmədi. Atasının, anasının nə qədər zülm çəkdiklərini görürdü, dərk edirdi. Bir anda evsiz-eşiksiz, pulsuz-parasız qalıb, çöllərə düşən ailəsi üçün atasının nə qədər əziyyət çəkdiyini bilirdi. Neçə dəfə evdə ailəliklə yemək yeyərkən atasının “mən toxam, çöldə yemişəm” deyib, sual dolu baxışlarla baxan anasınin qulağına “qoy uşaqlar doysun” pıçıldamasını eşitmişdi. Belə atanı necə incidə bilərdi? Axı Qurban əmigil onlara evlərini vermişdilər. Ən azından kirayə pulu vermirdilər. Ata-anasının maaşı yeməklərinə güclə çatırdı. Digər tərəfdən də Səmədi düşünürdü. Axı onun yanında çox xoşbəxt olurdu. Bütün dərdini unudurdu sevdiyi oğlanın mavi gözlərinə baxdıqca. Çox çarəsiz idi. Elə bil onu görünməz bir uçurumun kənarına sıxışdırmışdılar. Düşünürdü ki, indi susub özünü fəda etməlidir, təki ailəsi pərişan olmasın. Bu fikir içini didib-parçaladı. Üzü üstə yatağa uzanıb hönkür-hönkür ağladı.
Martın 8-i idi. Nübargilin evində canlanma vardı. Bu gün ona elçi gələcəkdi. Eıçilik deyəndə ki, əslində böyüklər öz aralarında söz kəsmişdilər. Bu gün üzük gətirəcək, elçiliyi bir növ rəsmiləşdirəcəkdilər. Qurbangil bir neçə gün idi ki, Bakıya gəlmişdilər. Hələlik başqa qohumlarıgildə qalırdılar. Hamının üzündə sevinc var idi, bircə Nübardan başqa. Hər gün Səmədi düşünürdü. Anasının sözündən sonra Səməddən ayrılmışdı. Onu da sözlə deyə bilməmişdi. Uzun-uzadı məktub yazıb, Səmədi görən kimi ona verib qaçmışdı. Ondan sonra da bir daha görməmişdi oğlanı. Bu Nübarın işini bir az rahatlaşdırsa da, qəlbində böyük nigarançılıq yaratmışdı. “Görəsən Səməd hardadır indi?” sualı içini gəmirirdi. O gündən tar səsi də gəlmirdi. Bilirdi ki, Səməd imtahanlardan sonra 15-20 günıük rayona gedəcəkdi. İndiyədək isə çoxdan qayıtmalı idi. Amma heç qarşılaşmamışdı onunla. “Bəlkə də evini dəyişib…”, “Bəlkə də heç Səməd sevmirmiş məni…”, “Bəlkə elə anam deyən kimi imiş, yoldan çıxarmaq istəyirmiş məni…”. Suallar beynini yorur, cavabını isə tapa bilmirdi. Bildiyi tək bir şey var idi; Səməd üçün çox darıxmışdı. Anası dediyi kimi olmadı, 3-5 gün ağlayıb, sakitləşmədi. Hər gecə yerinə girib səssiz-səssiz göz yaşları tökdü. Qapı taqqıltısı onu xəyallardan ayırdı. Qohumlardan kimsə “Ay Gülsüm, deyəsən gəldilər,” dedi və həyət qapısına doğru addımlamağa başladı.
Səttarla Gülsüm elçiləri qapıda qarşıladılar. Elçilər gətirdikləri hədiyyələri ev sahiblərinə verdikdən sonra göstərilən yerdə əyləşdilər. Qadınlar öz aralarında “oğlan niyə gəlməyib?” deyə pıçıldaşmağa başladılar. Oğlanın anası üzünü Gülsümə tutub, “eşitdik ki, buralarda “oblavadır”, cavan oğlanları küçədə tutub Qarabağa aparırlar, biz də ona görə Ceyhunu gətirmədik”, dedi. Ortaya dərin sükut çökdü. Bu söz hamıya pis təsir eləmişdi. Necə yəni, bəs torpaqları kim azad edəcək? Axı Ceyhun özü də Qarabağda doğulmuşdu. Kəndlərindən, elə öz qohumlarından neçə şəhid var idi, neçəsi hələ də cəbhədə vuruşurdu. Ceyhunun onlardan nəyi artıq idi ki? Qurban hiss elədi ki, arvadının yersiz sözü hamiya pis təsir edib, ortalığı toparlamağa çalışdı:
– Əslində gələcəkdi, amma işdən icazə ala bilmədi. Nəsə yoxlamaları var. Bileti belə öncədən almışdıq, sonra qaytarmalı olduq.
Qurbanın yalan danışdığı aydın hiss olunurdu. Səttar onları utandırmamaq üçün “eybi yoxdur, canınız sağ olsun. İndi pis zəmanədir, insanlar güclə iş tapıb bir loxma çörəyini qazana bilirlər” dedi. Bundan sonra ortalıq bir az yumşaldı. Qadınlar süfrəni bəzəyir, Səttar da Qurbanla söhbət edirdi. Bir müddət sonra məclis şənləndi, hamı deyib-gülürdü.
Nübar yatağında oturub barmağındakı brilliant qaşlı üzüyə baxırdı. Qonaqlar artıq getmişdi. Qurbangilin gətirdikləri hədiyyələri hər kəs bəyənmişdi. Hiss olunurdu ki, çoxlu pul xərcləyiblər. Ən çox sevinən Nübarın qardaşları idi. Üzünü görmədikləri, dadını bilmədikləri cürbəcür şokoladlardan, konfetlərdən yemişdilər. Hamının kefi kök idi, bir Nübardan başqa. Səmədi unuda bilmirdi. Əvvəllər düşünürdü ki, elçiliyə Ceyhun da gələcək, onu yaxından tanıyacaq, şəhəri gəzəcəklər, bir neçə günlük də olsa başı qarışacaqdı. Bəlkə sevməyə də başlayacaqdı Ceyhunu. Şəklini görmüşdü; pis oğlana oxşamırdı, üstəlik yaraşıqlı idi. İndi isə düşünürdü, qorxusundan nişanlısına üzük taxmağa gələ bilməyən oğlan onu necə xoşbəxt edəcək? Öz dədə-baba yurdunu qorumayan Nübarı necə qoruyacaq? Nübarın sabaha olan ümidləri, bütün xəyalları alt-üst olmuşdu. Qurbangil yayda toy etmək istədiklərini bildirmişdilər. Toyu da Moskvada edəcəkdilər. Belə çıxır ki, Nübar 3-4 aydan sonra yaxınlarını, doğmalarını tərk edib uzaq, qərib yerdə həyatına davam edəcəkdi. Səməddən sonra demək olar şəhərə çıxmırdı. Həyat onun üçün çox darixdirici olmuşdu. Qürbət yerə gəlin köçəcəyi onu qorxudurdu. Ən pisi isə heç tanımadığı insanla ailə qurması idi. Bütün bunları düşündükcə göz yaşlarını saxlaya bilmirdi və özünü çox çarəsiz hiss edirdi.
Gülsüm qızının halını görürdü. Nübar gecələr nə qədər səssiz ağlasa da anası duyurdu. Bu günə qədər düşünürdü ki, zamanla hər şey düzələcək, qızı keçmişi unudacaq. Amma nişana Ceyhunun gəlməməsi onu da pərt etmişdi. Hiss edirdi ki, bu hal Səttarın da xoşuna gəlməyib.
May ayının sonu idi. Havalar isinməyə başlamışdı. Axşam Səttargil ailəliklə yemək masasının ətrafına toplaşmışdılar. Televizorda xəbərlər gedirdi. Diktor xanım növbəti süjetə şeirlə keçid elədi:

Bir gözələ vurulmuşdum,
O sevgidə ilk nübarım.
Eşqimdən göylərdə uçdum,
Sonra sındı qanadlarım…
Ağla, tarım… Ağla, tarım…

Arzularım yarım qaldı,
Onu məndən kimlər aldı?
Sağalmaz bir dərdə saldı,
Bitmədi ki, ahu-zarım,
Ağla, tarım… Ağla, tarım…

Göz yaşlarım dayanmadı
Ölmüş ruhum oyanmadı.
Mən çox yandım, o yanmadı?
Vəfasızmış demə yarım,
Ağla, tarım… Ağla, tarım…

Qəhrəman bir əsgərimizin ürəyinin dərinliyindən süzülüb axan bu kəlmələr hər kəsi duyğulandırdı. Həkimlərin dediyinə görə əməliyyat zamanı əsgər durmadan bu şeiri oxuyurmuş. Biz də qəhrəmanımızı tanımaq üçün yolumuzu hərbi hospitaldan saldıq. Səməd Məmmədov İncəsənət İnistitutunun 3-cü kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub könüllü cəbhəyə getmiş və qəhərmanlıqla döyüşərək yaralanmışdır…”
Bunu eşidən Nübarın baxışları anasının baxışları ilə toqquşdu. Qızın ürəyi sıxıldı, gözləri qaraldı və müvazinətini itirib yerə yıxıldı.

Qapı açıldı və bayaqkı ağ xalatlı qız astanada göründü: – Nübar, gör sənə kimi gətirmişəm?! deyərək qapını açıq qoyub təkrar dəhlizə çıxdı və əlil arabasını sürə-sürə Nübarın yanına gətirdi. Nübar gözlərinə inanmadı. Arabada əyləşən Səməd idi. Heyrətlə, “Səməd, bu sənsən?” – dedi. Səməd gülümsəyərək cavab verdi:
– Oxşamıram?
– Oxşayırsan. Nə yaxşı gəldin?
– Eşitdim, burdasan, gəldim. Necəsən? Yaxşısan indi?
Nübar kövrək səslə, “hə” cavabını verdi.

Nübarın televizordakı xəbərləri eşidib huşunu itirməsindən peşman olan anası onu xəstəxanaya yerləşdirdikdən sonra hospitala getmiş, orada Səmədi taparaq baş verənləri danışmış, günahkar olduğunu etiraf etmiş və üzr istəyərək qızının müalicə aldığı xəstəxanaya gəlməsini xahiş etmişdir. Səmədin müharibəyə könüllü gedərək savaşması və yaralanması bir şəhid bacısı kimi Gülsümə çox təsir etmişdi.

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Qələm.

QƏLƏM
“O, qələmlə (yazmağı) öyrətdi.”
Ələq surəsi (96/4)

Silikon vadisinin neon işığında
bir uşaq barmaqlarıyla gələcəyi sürüşdürür ekranda,
amma dünyanın taleyi hələ də
köhnə bir qələmin mürəkkəbində yatır.
Bir ata oğluna “Oxu!” — deyirsə,
Deməli kitab var,
Qələm yaşayır.

Çünki, ilk fikir
serverlərdə yox,
insanın ruhunda yazılmışdı.
Daşa qazılmışdı,
gilə yazılmışdı…

“O, qələmlə yazmaq öyrətdi…” —
səmanın sonsuz bulud yaddaşından
yer üzünə endirilən ilk məlumat kimi.
“Oxu” dedi, “yazmaq öyrətdi”…
Nicat bundadır dedi.

Qələm —
sadəcə taxta, dəmir, mürəkkəb deyil,
o, zamanın onurğasıdır.
Bir alimin min il əvvəl titrəyən əli
bu gün mənim düşüncəmə toxunursa,
deməli, qələm ölməyib –
Xəzərin sahilində dəniz dalğaları
sahilə data kimi çırpılır,
insanlar süni intellektdən danışır,
amma heç bir algoritm
anasının laylasını yazan əlin yerini vermir.
Hanı Nəsimi? Hanı Üzeyir!?

Dil külək kimidir —
eşidilər və itib gedər.
Qələm isə daş kimidir —
əsrlərin daş yaddaşında qalır.
Həsənoğlunun bir beyti kimi,
Əl-Xarəzm, Əl-Biruni, Tusi elmi kimi,
İbn Sinanın tibbi — icadları kimi…
Mucidləri qələm yaşadır,
alimləri qələm yaşadır,
şairləri qələm yaşadır…
Çünki, qələm min illərin yaddaşıdır…

Bir kitab rəfdə susur,
amma içində imperiyalar danışır.
Bir cümlə sərhədləri keçir,
dinləri, qanunları, elmləri
bir nəsildən o birinə daşıyır.
Tarix, coğrafiya kitablarda yaşayır…

Əgər qələm olmasaydı,
bəşəriyyət hər səhər
öz tarixini yenidən icad edərdi.
Hamı mucid olardı — olardımı!?
Bəşər hələ də İbn Sinanın maqqaşına möhtac!
Acdır, ac — insan oğlu yeniliyə ac…

İndi isə gecənin bulvar işıqları altında
bir şair yazır:
Xəzər, ey Xəzər, mavi gözlüm,
İnsan fanidir,
mürəkkəb yox.
Yaxşı ki, qələm nə vaxtsa yazıb:
“İnsan çiy süd əmib”…

Çünki, dünya dəyişsə də
Tanrının ilk universiteti
hələ də
qələmdir, qələm!
Son müraciəti isə “Oxu!” olub.

Yağış yağır,
Bakı suyun içindədir…
Artıq hava işıqlaşıb.
Şair hələ yerindədir;
Xəzərin su sahilində,
Bakının şıx bulvarında,
işıq dirəyi altında…
İşıq sönüb,
Abajuru çətir bilir,
şeiri qoynunda gizlədir;
yumasın yağış yazısın,
çünki, o hələ təzədir —
mürəkkəbi qurumayıb…
Qələmi də bərk-bərk tutub,
Köynəyinin döş cibində…
Kağız, qələm sinəsində,
Könlü fərah islanır o —
bu gün Bakı küçəsində…
Fəqət, ruhu Hələbdədir;
Nəsiminin yanındadır —
orda dinir, şeir deyir
Türkün qədim ləhçəsində…
Yaşa, Qələm!
Yağ, ey yağış!
Gücün çatır, di yu getsin min illərin yazısını!
Əbəs yerə deməyiblər,
— həm də tarixdən bilirik —
qoşa qanaddır:
qılıncla qələm…
Ruhuna min rəhmət,
Ulu şah babam,
Ələsgər dədəm!
Dünya durduqca yaşayacaq söz,
Yaşarsa, qələm!
17.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sərvaz Hüseynoğlu: “Nazim Əhmədlinin çəhrayı yuxuları”

Sərvaz Hüseynoğlu: “Nazim Əhmədlinin çəhrayı yuxuları”

Tanınmış şair-publisist Sərvaz Hüseynoğlunun “Nazim Əhmədlinin çəhrayı yuxuları” kitabı işıq üzü gördü. “Nazim Əhmədlinin çəhrayı yuxuları” kitabı şair Nazim Əhmədlinnin yaradıcılığına həsr olunmuşdur. Kitab 31 mart 2026-cı il tarixində “İmza” Nəşrlər evi tərəfindən çap olunmuşdur.

Yeni nəşrdə müəllifin yaradıcılıq dünyası, poetik düşüncələri və ədəbi fəaliyyəti geniş şəkildə təhlil olunur. Kitabın ərsəyə gəlməsi müəllifin yaradıcılığına verilən dəyərin və ədəbi mühitdə ona olan marağın daha bir göstəricisi kimi qiymətləndirilir.

Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirir. Xüsusilə, kitabın müəllifi Sərvaz Hüseynoğluna və “İmza” nəşriyyatının direktoru Səbuhi Aslana minnətdarlıq ifadə olunmuşdur.

Müəllif və mənbə: imza.info

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"