ÖMÜR TÜKETTİ İçimde birikti yığınla dertler. Atmak istesem,de yerinde durur. Aldığım her acı kalbime vurur. Nasıl sevgi RABBİM ömür tükendi. **** Etmedim kimseye hiç bir eziyet. Üzüntü kederden çektiğim zillet, Çürüttü bedeni kötü vaziyet. Nasıl sevda RABNİM ömür tükendi. **** Dertlenip söylen,sem türkü denmiyor, Sel olmuş göz yaşım neden dinmiyor? İstesem giden gün geri gelmiyor, Nasıl sevda RABBİM ömür tükendi. **** Aksoyum çileler bitmiyor artık. Başta kara bulut gitmiyor artık, Konuşmaya gücüm yetmiyor artık, Nasıl sevda RABBİM ömür tükendi. 4.4.2021. Müəllif: Gülsen Aksoy
Gedim bir az ağlayım, Elə-belə… astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə… astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa… Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin – “Niyə sığmır sinəmə?” Gah tufan, gah da rüzgar Apardıqca uzağa… Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama – Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca… Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin… Nə qədər oyun açıb başıma… Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: “Götürün, Verdim onu Allaha!” Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?!
Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.
21.02.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
”Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906–1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçesi Ömər Faiq Nemanzaddə. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Dədə Qorqudun, Muhəmməd Füzulinin, Oruc bəyin mənsub olduğu məşhur bayat boyu Azərbaycan xalqının da etnogenezində kifayət qədər önəmli rol oynamışdır. Qədim türk məsəlində deyilir ki, oğuz elinin başında bayat və qayı boyları dayanır. Bəs monqol bayatları haqqında nə bilirik? 2010-cu ilin statistik məlumatına əsasən, Monqolustanda 56.573 nəfər bayat yaşayır. Monqolustanın Ubsu-nuur gölündən Xyarqas-nuur gölünədək geniş ərazilərinin əsas əhalisi bayatlardır. Monqol bayatları monqol dilinə yaxın olan oyrat dilində danışırlar. Monqolustanın bayat boyunun bəzi qəbilələri:
xurd;
savar;
çono;
xasaq;
baarin;
bulqadar;
baranzuud;
qalzad;
noyon;
tsooxor (tsoxur);
xoşud.
Daha vacib və maraqlı, elmi şəkildə müxtəlif mötəbər mənbələrə istinad olunaraq əsaslandırılmış məlumatları Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
Zaman geçip gidiyor tükeniyor ömrümüz Yıllar yıldız misali göz kırpıyor sönüyor Artık bahar yaz bitmiş şimdi mevsim bize güz Dünler heyula olmuş başımızda dönüyor
Yakında adımızdan bir kelam kalmayacak Bizi arayan dostlar bir yerde bulmayacak Belki hiçbir kabirde taşımız olmayacak Günler vaveyla olmuş başımızda dönüyor…
Bu gün dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür! Ad günü münasibəti ilə Çingiz müəllimi təbrik edir, uca Yardandan uzun və sağlıqlı bir ömür, yeni – yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Çingiz müəllim!
Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.
1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir.
Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.
Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.
Çingiz Abdullayev bütün bunlardan əlavə istənilən sahədə fəaliyyət göztərən Azərbaycan gənci üçün əsl örnək ola biləcək şəxsiyyətdir. Əxz edək, tətbiq edək, öyrədək! Bir daha təbriklər, Çingiz müəllim!
Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda – Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1982-ci ildə doğma kəndində orta məktəbi, 1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Həmin ildən etibarən bir müddət “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) və Rustavi şəhərində nəşr olunan “Region” qəzetlərində çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən “Şərq”, “Faktor”, “Yeni Azərbaycan” qəzetləri ilə əməkdaşlıq edib, “Milliyət” qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə “Ədəbi Gürcüstan” adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” həftəlik qəzetinin baş redaktorudur.
Rafiq Hümmət ədəbi-bədii yaradıcılıqla gənc vaxtlarından – ötən əsrin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın, o cümlədən “Salam, dünyanın yiyəsi…” adlı şeirlər kitabının müəllifidir. Onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi 548 səhifəlik “Ədəbi Gürcüstan” almanaxı ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Yüzədək kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə “Koroğlu” eposu, “Min bir Azərbaycan bayatısı” və “Hekayələr və nağıllar” toplusu iki dildə – gürcü və Azərbaycan dillərində hər biri ayrıca kitab halında nəşr olunmuşdur.
Bədii tərcümə ilə də məşğul olan Rafiq Hümmət çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirərək nəşr etdirib. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Rafiq Hümmətin xüsusi xidməti vardır.