USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“Azərbaycan” jurnalının 9-cu nömrəsi qatarla gəlib. Zəngəzur və Ağdam qatarını xatırladır. İşığını yandərıb, qaranlıqdan aydınlığa çıxıb. Dumanı yara-yara gəlir. Bu qatarın vaqonlarında maraqlı sərnişinlər var. Məsələn: Birinci vaqonda 100 yaşlı Bəxtiyar Vahabzadə əyləşib. Sevinc Mürvətqızının qonağıdır. Yaqub Babayev də Bəxtiyar Vahabzadənin “Dil və İstiqlal sevgisi”ndən danışır. Vüsal Nuru “Zəhmli eynək” li adama mülayim bir esse həsr edib. Onun bədii portretini gördüyü kimi yaratmağa çalışıb. Növbəti “Ədəbi irs” adlı vaqonda 90 yaşlı Fikrət Qoca əyləşib. Güldəniz Qoca xatirə danışır. Poeziyada Əlizadə Nuri rəqəmli misralar təqdim eləyib. Barat Vüsal, Mahcamal, Nazim Hüseynli poeziya axşamı qurublar. Nəsr vaqonunda qotik ab-hava yaşanır. Vüsal Nurunun təqdim elədiyi “Ölü yuxusu” adlı romanı yolçuluğa başladı. “Ədəbi söhbətlər” i bu dəfə çox hörmətli tənqidçi Nergiz Cabbarli Nizami Cəfərovla aparıb. Ədəbi problemlərə diqqət çəkib. Təhsin Mütəllimov xatirələrini danışıb, duyğulanıb. Növbəti vaqonda 90 yaşlı Əlibala Hacızadə var. “Yeni tərcümələr” vaqonunda Azad Yaşar Stefan Sveyqlə yol gedir. “Tənqid və Ədəbiyyatşünaslıq” vaqonunda Südabə Ağabalayeva “Gəncliyin baxışı və gəncliyə baxış” pəncərəsindən baxır. Hacı Firudin Qurbansoy “Axtarışlar, tapıntılar” vaqonunda yenə nəsə aşkarlayıb… Bu qatarın sərnişini olmaq üçün jurnalı əldə etməyiniz kifayətdi.
Azərbaycan ədəbiyyatının müasir simalarından biri olan Zaur Ustac, özünəməxsus üslubu, dərin məzmunlu yaradıcılığı və zəngin bədii dünyası ilə tanınır. O, həm poeziya, həm də nəsr sahəsindəki fəaliyyəti ilə oxucuların yaddaşında silinməz iz qoymaqdadır. Zaur Ustacın yaradıcılığı, ənənəvi ədəbi dəyərlərlə müasir düşüncənin sintezindən doğan, oxucunu düşündürən, həm də duyğulandıran nümunələrlə zəngindir.
Zaur Ustac təkcə bir şair və yazıçı deyil, həm də milli dəyərlərin daşıyıcısı, sözün qüdrətinə inanan, onun vasitəsilə insan qəlbinə yol tapmağı bacaran sənətkardır. Onun şeirlərində və esselərində vətən sevgisi, milli kimlik, insana məxsus duyğular, təmənnasız məhəbbət və səmimiyyət öz əksini tapır. Bu baxımdan, o, Azərbaycan ədəbiyyatının canlı nəfəsini, müasir oxucunun düşüncə və ruh dünyasını ifadə edən yaradıcı şəxsiyyət kimi qiymətləndirilir.
Onun əsərlərində kitab və mütaliə mədəniyyətinə xüsusi diqqət ayrılır. “Kitab adam” anlayışı ilə oxucunu elmə, maarifə, mənəvi zənginliyə səsləyən müəllif, əslində cəmiyyətin intellektual yüksəlişi üçün mühüm bir yol göstərir. Bu, həm müəllifin şəxsi həyat fəlsəfəsi, həm də oxucular üçün dəyərli bir örnəkdir.
Zaur Ustac yaradıcılığı, həm də sözün aydınlığı və səmimiyyəti ilə fərqlənir. Onun şeirlərində bədii priyomlardan çox, daxili saflıq və düşüncə gücü ön plana çıxır. Bu da oxucu ilə müəllif arasında birbaşa ünsiyyət körpüsü yaradır.
Ədəbi mühitdə Zaur Ustacın rolu, milli söz xəzinəsini zənginləşdirmək, yeni nəsil oxuculara milli-mənəvi dəyərləri aşılamaq və eyni zamanda müasir dünyanın ruhunu ədəbiyyata gətirməkdir.
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Bu gün Azərbaycan Səfəvilər dövlətinin banisi, Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyət Şah İsmayıl Xətainin dogum günüdür.
Şah İsmayıl Səfəvi 1487-ci il, 17 iyulda Ərdəbildə anadan olub. Tarixçi və araşdırmaçıların verdiyi məlumatlara görə, İsmayıl 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoyur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş verir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayılır. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara alırlar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olur, özünü Azərbaycanın hökmdarı elan edir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır.
Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu. Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlıq”a sadiq olmalarıydı.
Tarixçi alim, dosent Zaur Əliyevin yazdığı kimi: “Şah İsmayıl Xətai doğulan gündən “Günəş və Aslan” təşkilatının idarəçiləri olan ağsaqqalların, qaynaqlarda qeyd edildiyi kimi, “Gün görənlərin” himayəsi altında olub. Onun dünyaya gəlişi də İstanbulun geri alınması kimi qədim kitablarda yazılıb.
Şah İsmayıl fövqəl fiziki gücə və zəkaya sahib bir şəxs idi. Onun anadan olmasından sonra “Gün görənlər” dərhal onu himayəyə götürüb hazırlayır, həyatı Lələlərin təlimi və tərbiyəsi ilə davam etdirir. Səfəvilər dövləti onu quran və inkişaf etdirən türk tayfalarının şərəfinə “qızılbaş ölkəsi”, “qızılbaş dövləti”, Səfəvi hökmdarı isə “qızılbaş padşahı” deyə qeyd olunur. Şah İsmayıl Azərbaycan türkcəsini Hindistandan Bağdada qədər yaydı. O, Dövlət dilini türk dili elədi. Üstəlik türk dilində əsərlər yaradaraq bu gün də əsl türk sənəti olan qədim ozanlıq inkişafına təkan verdi. Onun şeir yazmağı ilə yanaşı gözəl səsi olduğu da deyilir. Özü sazda ifa edib oxuyurdu.
Şah İsmayılın çox gənc olmasına baxmayaraq, onun sərkərdəlik istedadı, döyüşçü cəsarəti və hökmdar zəkası Şərqdə və Qərbdə hökmdarları, o dövrün görkəmli adamlarını həmişə, elə bu gün də heyran edir. Şah İsmayıl Səfəvinin dövlətin siyasi-hüquqi quruluşuna baxışları onun uşaqlıq illərindən, Qızılbaşlar hərəkatının başçısı kimi fəaliyyətə hazırlandığı və bu ruhda tərbiyə edildiyi dövrdən formalaşıb.
Onun şəxsi və siyasi keyfiyyətlərinin formalaşması üçün Səfəvi əmirləri və digər türk tayfalarının başçıları da səy göstərib, lakin bu keyfiyyətlər əsasən çoxsaylı daxili siyasi amillərin təsiri altında yaranıb. Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi. Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə, idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri-adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən bu sözləri deyirdi “qurban olduğum, sadağa olduğum Pirim Mürşüdüm” .
Nəinki Azərbaycanda dünyanın hər yerində tarixçilər də , azərbaycanlılar da Azərbaycan düşmənləri də bilir ki, Şah İsmayıl Xətai qədər Azərbaycan dövlətçiliyinə xidmət edən ikinci bir şəxs olmayıb. 23 may 1524-cü ildə dünya tarixinin ən görkəmli şəxslərindən biri olan böyük sərkərdə, Azərbaycan xalqının böyük oğlu Şah İsmayıl Xətainin rəhmətə gedən günüdür. Cəmi 37 yaş… Ömrünün ən çal-çağırlı dövründə…Bəlkə də bu ölüm kabusu olmasaydı, şahımız hələ neçə-neçə uğurlara, qələbələrə imza atacaqdı. Onu qardaşın-qardaşla qardaş qanı tökməsimi yıxdı? Onun ömrünü nanəciblərin, başqalarının qapılarında “duz dadıb” özününkünə təpik atanların şər-böhtanları, yersiz qınaqlarımı taleyinə qara yazdı? İndi ətrafımızda bu qədər nadan varkən, gör hələ 500 il əvvəl nə qədər nadanlar, cahillər olub yurdumuzda. O nadanlar var qüvvələri ilə Şahımızın günəş kimi parlaq şəxsiyyətini çamurlara qərq edib.
Xiffət etdi, ah çəkdi, susdu, bütün dərdlərini içinə çəkdi və….Dərdə saldı çəkiləsi mümkün olmayan dərdlər, Şahımızı….Ucu -bucağı görünməyən böyük bir xaniman, böyük bir imperiya yaratdı, amma ətrafındakı murdar nəfsli, iyrənc qəlbli insanların xırda qınağına, əsilsiz yalanlarına, böhtanlarına dözüm göstərə bilmədi… Dərd içini parçaladı, parçaladı…. və bir gün…
Ömrünün son illərində ailəsinə və ardıcılı olan qızılbaşlara vəsiyyət edir:”Çox çalışdım. Artıq kamala dolmuşdum. Çox əlləşdim – müharibə olmasın, dedim, olmadı.Budur, Çaldıran döyüşündən on il keçib. Hələ bir dəfə üzüm gülməyib, dodaqlarımda təbəssüm olmayıb… … Ömrün son günlərini yaşayıram… Sizin üçün bu az ömrümdə əlimdən gələni eylədim. Fəthlər edib, parça-parça bölünmüş diyarımızı birləşdirməyə çalışdım. Vətənin bir sıxma torpağını bir ovuc qızıldan, türk dilimizin bir küçücük sözünü bir ölçü ləl-cəvahirətdən üstün bildim. Hər ikisinin Vətənimizin və dilimizin əbədiyyəti üçün. Nə bacardımsa onu eylədim. Yaxşı nə başladımsa – onu göyərdin! Səhvlərimi təkrar etməyin! Sizə vəsiyyətim budur!.. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, Vətənimiz-can sizin can onlar əmanəti!”
Ruhu şad, məkanı cənnət olsun , qüdrətli Azərbaycan oğlunun!
P.S. Qüdrətli Şah İsmayıl Xətaini Əzizə Cəfərzadə “1501” əsərində “işğalçı, qaniçən, qəddar” göstərməyə çalışsa da, Fazil Mustafa “millət vəkili” statusuna tam zidd olan müsahibəsində “Səfəvilər fəlakət tariximizdir” desə də, yazıçı Aqşin Yenisey profil statusunda “Səfəvilər İmperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğunun səbəb olduğunu” iddia etsə də, bir həqiqət bu kainata əbədi hakimdir:” Günəşi örtsədə qara buludlar, Yenə günəş adlı bir qüdrəti var”. Hələ bir həqiqət də var ki, o daha kəskindir və onu demirəm, çünki hamı bilir.
İmkan ola, bir ömür dünya səyahətinə çıxasan. Gözlərini qıyıb, Yaponiyadan Amerikaya baxasan, elə oradan Nyu- Yorka, Vaşinqtona güllər atasan… Göylərindən atom- atom, çiçək yağa, ləçək yağa… Sonra gəlib, Amerikadan başlayasan utanmağa…
Keçəsən ordan Kanadaya, yaşıl çəmənliklərdə, möhtəşəm bir ağacın altda süfrə sərəsən, yeyib- içib dincələsən. Dincəlməkdən yorulasan, bezəsə, lap uzqlara baxasan, Avstraliyada kenqurulara göz vurasan… Gəlib çıxdın dünyadan ayrı düşmüş qitə- adaya, kisələrdə pul yox, colux- cocux görəsən. Öz- özündən fikir, xəyal hörəsən.
Üzüb gedəsən Antarkitidaya, buz dağlarda gəzəsən, qar yağa qar aləmlərə, üşüyəsən, sonra yavaş- yavaş sən də orda donasan, buz içində buz parçası olasan…
Erkən yazda əriyəsən, Afrikaya axasan. Qara- qara, başda lələy, əldə nizə gəzəsən, xəyalında keçmişini görəsən. Avropadan gələn ağlar, təbiəti, insanları qaralayır, yaralayır… Qucaq – qucaq qan içində hərnə gördü qamarlayır…
Enib gələsən vətənə, Görəsən dost- yoldaş çıxıb gedib, Təkcə sən qalıbsan pir çinar, Öpəsən üçrəngli torpağını, Cənnət elə səniymişsən!- deyəsən, Azərbaycanda öləsən.
Şah İsmayıl Səfəvinin Azərbaycan taxtına oturması orjinal qaynaqdan…
Orta əsrlərdə “taxt” anlayışı dövlətçilik rəmzi hesab olunurdu. Ona görə də “Azərbaycan taxtı” yaxud “Azərbaycan səltənəti” deyəndə muasir anlamda “Azərbaycan dövləti” kimi anlaşılmalıdır. Bu tarixi fakt “tarixdə Azərbaycan dövləti” olmayıb deyənlərin iddialarının nə qədər gülünc olduğunu isbat edir..
“.. İgidliyinə görə Tozqoparan adlandırılan Piri bəy Qacar isə ordunun ön dəstəsi olaraq yola düşdü. (Rəqib) tərəfdən özünü Rüstəm və İsfəndiyardan əskik bilməyən Həsən ağa Şəkər oğlu qaraula (kəşfiyyata) gəlmişdi (o), Mişkin vilayətinin Kərmavəz (adlı yerində) Piri bəy Qacarın gəlmək xəbərini eşidib qaçdı və AZƏRBAYCAN padşahı olan Əlvənd bəy ibn Yusif bəyin qoşunu ilə birləşdi.
Xəbər çatdırdı ki, artıq Şah İsmayıl və ordunun ön dəstəsi yaxındadır. Xülasə, Əlvənd bəy həddən artıq hücuma hazır olan qoşununu nizama saldı və Naxçıvan vilayətinin Şərur düzündə şahanə müharibə oldu. Piltən bəyin nəvələri Qarçıqay Məhəmməd, Lətif bəy və Seyid Qazi bəy 8 min süvari igidlə öldürüldü. Əlvənd bəy güclə canını qurtarıb Diyarbəkrə qaçdı. Əzəmət bayraqları darüssəltənə Təbrizə gəldi. Kama çatmış Şah (İsmayıl) xoşbəxtliklə padşahlıq taxtına oturdu. Xütbə və sikkə padşahın ləqəbləri ilə bəzəndi..”
Əbdi bəy Şirazi “Təkmilətül-Əxbar” s.24 (1570-ci il)