Etiket arxivi: HAQQINDA

BAKI ŞƏHƏRİNDƏ, ZƏNGİLAN RAYONU 13 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ TƏDBİR KEÇİRİLİB

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

BU GÜN – 08.12 2022 – Cİ İL TARİXİNDƏ BAKI ŞƏHƏRİNDƏ, ZƏNGİLAN RAYONU 13 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ KEÇİRİLƏN ZƏNGİLANIN ,,DARDAN YUXARI,, DEYİLƏN KƏNDLƏRİNDƏ İŞĞALÇI ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN 10 DEKABR 1992 – Cİ İLDƏ BASQIN NƏTİCƏSİNDƏ BAŞ VERMİŞ FACİƏ İLƏ BAĞLITƏDBİR KEÇİRİLDİ. TƏDBİRDƏ AZƏRBAYCAN RESPUBLİKASI “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏRİ  VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İCTİMAİ BİRLİYİNİN SƏDRİ TAHİR MƏMMƏDOV, NÜMAYƏNDƏLƏRİ VƏ BİR SIRA NÜFUZLU ŞƏXSLƏR İŞTİRAK ETDİLƏR. HƏMİN TƏDBİRDƏ ŞƏHİD VƏ QAZİLƏRİMİZ HAQQINDA DANIŞILDI .QAZİLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİPLOM VƏ MEDALLAR TƏQDİM OLUNDU. TƏDBİRİN SONUNDA ŞAGİRDLƏR ŞEİRLƏR SÖYLƏDİLƏR.MƏN İKİ MÜHARİBƏNİN QƏHRƏMANI QAZİMİZ TAHİR MƏMMƏDOV HAQQINDA YAZDIĞIM  ,,YAŞA İGİD ƏSGƏR,, ADLI ŞERİMİ SƏSLƏNDİRDİM  . ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN,QAZİLƏRƏ ALLAH DAN ŞƏFA DİLƏYİRƏM . AMİN. TƏDBİRDƏN FOTOLAR:

Müəllif: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

 MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN  RUHUNU ŞAD ETDİLƏR

CABİR QƏDİMOVUN YAZILARI

                     MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN

                                      RUHUNU ŞAD ETDİLƏR

   Mingəçevir şəhərində XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilən yubiley gecəsi keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB-nin Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlamış və aşagıdakı misralarla xeyir-dualarıını  dilə gətirmişdir:

Özgə bir aləmdir Araz də, Kür də,

Heç vaxt ələ düşməz bu çağlar bir də.

Soyuq qış günündə Mingəçevirdə,

Odun-közün işığına gəlmişik.

Natəvanı ürəklərdə yaşadan –

Arzularda, diləklərdə yaşadan,

Şeirin-sözün işığına gəlmişik…

  Tədbirin sonrakı anlarında AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Elşən Əzim “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı”, şəhər Əmək və Müharibə Veteranları Şurasının sədr müavini, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı “Şairənin nəsil səcərəsi və övladları”, şəhər Bələdiyyəsini şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı “Qarabağ xanlığının sonuncu varisi X.Natəvanın qəzəllərinin təsir gücü” və hüquqşünas-şair, “Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli “Şuşa ədəbi aləminin formalaşmasında Natəvanın aparıcı rolu və xeyrəçilik missiyası” mövzusunda çıxışlar etmişlər.

  Şəhərdə məlahətli səsləriylə el şənliklınə təravət bəxş eləyən müğənnilər,-Üzeyir Hacıbəyli adəna musiqi məktəbinin müəllimi Zülfiyyə Ələsgərli, Natiq Kəlbəcərli və MDU-nun I kurs tələbəsi Səma Zeynallı ifa etdikləri muğam və xalq mahnıları ilə məclisə unudulmaz anlar bəxş etmişlər.

   Dekabr ayının 22-də AYB-nin Natəvan klubunda Mingəçevir bölməsinin nəşr etdirdiyi “Ruhumuzun yaz havası” almanaxının təqdimatı zamanı “Zaur Ustac-Yazarlar” ədəbi qrumunun “İsa Muğanna” diplomları AYB üzvləri  Elşən Əzim və Zümrüd Rəhimovaya, “Mustafa Müseiboğlu” diplomu isə AYB üzvü şair Məhyəddin Məhərrəmoğluna təqdim edilmişdir.

   AYB Mingəçevir bölməsinin xəttiylə ötən ayın sonlarında keçirilən “Xurşidbanu Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin qalibi, Yevlax rayonundakı Gülövşə kənd orta məktəbinin şagirdi Xədicə Səfərli şairənin bir qəzəlini əzbərdən söyləmişdir.

   Sonra yerli şairlərdən Ələkbər Sönməz, Bəsti Bərdəli, Namiq Zaman, Məhyəddin Məhərrəmoğlu öz şeirlərini, şair-publisist Məmməd Mərzili isə Natəvana həsr etdiyi şeirini oxumuşdar.

     Tədbirin aparıcısı XX əsr Azərbaycan ədəbiyyatını görkəmli simalarından olan Məmməd Rahimin “Natəvan” poemasından, İlyas Əfəndiyevin eyniadlı pyesindən, şairənin həyat və yaradıcılığından bəhs edən sənədli filimlərdən söhbət açanda, şəhər Veteranlar Şurasının sədri Tahir Məmmədov söz alaraq Səməd Vurğunun illər öncəsi Xurşidbanu Natəvana həsr etdiyi bir şeiri əzbərdən söyləmişdir.

    Sonda 44 günlük II Qarabağ Müharibəsində “Dəmir yumruq”la tarixi düşmənlərimizi diz çökdürüb xalqımıza qələbə sevinci bəxş edən ərən oğullarımızın musiqi-mədəniyyət beşiyi Şuşada büstü gülləboran edilən, Ağdamın “İmarət” qəbristanındakı gor evi dağıdılan xan qızı Natəvanın da ruhunu şad etdiklərini dilə gətirərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə cansağlığı diləmişdir.

   Saat yarım ərzində hamıya unudulmaz anlar bəxş etməklə, foto-şəkillərdə iz salıb, video-çəkilişin yaddaşında yer alan yubiley məclisi Xurşidbanu Natəvana yönəlik ehtiram nümunəsi kimi hamını məmnun etdi.

Müəllif: CABİR QƏDİMOV,

“Bənövşə” ədəbi dərgisinin bədii redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

CABİR QƏDİMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. QAFİYƏNİN GÖZƏL YERİNDƏ.

AKİF ABBASOVUN YAZILARI

QAFİYƏNİN GÖZƏL YERİNDƏ

(hekayə)

Bu əhvalatı xanəndə, Xalq Artisti Hacıbaba Hüseynov

özü danışıb, mən də ondan bir hekayə düzəldib, sizə

çatdırdım

         O zamanlar müğənnilər, xanəndələr, bəzi başqa sənətçilər Filarmoniya bağına yığışardılar. Toy eləmək istəyənlər bu bağa gəlir, toyu aparacaq xanəndə, müğənni, yaxud ifaçılarla ilə burada görüşür, behləşırdilər. Yaz günlərinin biri idi. Təbiət gözəl günlərini yaşayırdı, ətraf yaşıllığa qərq olmuşdu. Necə deyərlər, gül gülü çağırırdı, bülbül – bülbülü.

         Ötən əsrin 60-cı illəri idi. Hacıbaba ağır addımlarla Filarmoniya bağına sarı gedirdi. Bir də gördü ki, Əliağa Vahid ona sarı gəlir.  Onlar tanış idilər, amma aralarında yaş fərqi vardı. Heç yoxsa 20-25 yaş. Hacıbalanın olardı 40 neçə yaşı, Əliağa Vahidin də 60 neçə.

Əlağa Vahid fikirli idi. Elə bil öz-özünə danışırdı. Hacıbaba salamsız-kəlamsız ötüşüb keçə bilməzdi, salamlaşmalı idi. Yoxsa hörmətsizlik olardı. Odur ki, üzünü Əliağaya tutub:

-Salam, – dedi.

Əliağa onun səsini eşitmədi deyəsən. Başını aşağı salıb yeriyir, öz-özü ilə nə isə danışırdı. Hacıbaba səsini qaldıraraq:

-Vahid, salam! – dedi.

Əliağa Vahiddən səs çıxmadı.

Hacıbaba öz-özünə fikirləşdi: “Mənə bax da. Bu kişi məndən gör neçə yaş böyükdür. Mən ona sadəcə Vahid deyirəm, elə bil tay-tuşuq. Görünür sadəcə adı ilə çağırdığıma görə xoşu gəlməyib”.

Hacıbaba tez səhvini düzəltdi:

-Vahid müəllim salam.

Əliağa Vahid başını qaldırıb Hacıbabanın üzünə baxdı. Acıqlı idi. Hacıbaba özünü yığışdırdı. Vahid:

-Canına dərd salam! Qafiyənin gözəl yerində idim məni çaşdırdın!

Bakı şəhəri, 07 dekabr 2022-ci il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR. TƏBRİZİM.

ADİLƏ NƏZƏRİN YAZILARI

TƏBRİZİM
Bu dəfəki güclü seldir,
Düş axına, Təbrizim.
Vaxt yetişib, biraz haram
Qat yuxuna, Təbrizim.
* * *
Üç tonqal yanır elində..
Səsin Bozqurdun dilində
Azadlığın öz əlində, –
“Döz” axı nə, Təbrizim.
* * *
Ahından çalxanar Araz,
Qılıncın qalxanar Araz.
Əl verər, arxanar Araz,
Az-çoxuna, Təbrizim.
* * *
Dinsiz molla qarışdırır,
Ahıl, körpə, gənc qışqırır…
Torpağından qan fışqırır
Gül yaxana, Təbrizim.
* * *
Qalx günün günorta çağı,
Baş açsın Savalan dağı.
Al kürəyindən bıçağı,
Çək qorxuna, Təbrizim.
* * *
Vermə haqsızlara aman,
Ələ düşməz belə meydan.
Özüm gəlim, olum qurban
Qan qoxuna, Təbrizim.
* * *
Yığ başına oğul-qızdan,
Yaranı yu çıxart duzdan.
Yapış, asıl ay-ulduzdan,
Gəl yaxına, Təbrizim.
06.12.2022.

Mənbə: Adilə Nəzər

Müəllif: Adilə NƏZƏR

ADİLƏ NƏZƏRİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


VAQİF NƏCƏFZADƏNİN ANIM GÜNÜDÜR

VAQİF NƏCƏFZADƏNİN YAZILARI

7 dekabr görkəmli vətənpərvər şair Vaqif Nəcəfzadənin anım günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin.

Tərtibat: Sərvər Kamranlı

VAQİF NƏCƏFZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn Arif. Analar.

HÜSEYN ARİF

Müəllif: Hüseyn Arif (1924 – 1992)

Analar

Elə ki, balalar gəlir dünyaya,

O gündən hey ölçüb, biçir analar.

Mahnı da oxuyur, şeir də deyir

Bəstəkar analar, şair analar.

***

Dözür hər əzaba o bilə-bilə,

Yaşayır, sirrini salmadan dilə.

Vaxt olur, qaldırıb ağını belə

Şərbət əvəzinə içir analar.

***

Unudub illərin yorğunluğunu,

Həyatda dincliyi, evdə yuxunu,

Sevincin azını, qəmin çoxunu,

Yükün ağırını seçir analar.

***

Alnında zamanın açdığı qırış,

Başına qar tökür, qar ələyir qış.

Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçir analar.

***

Özüm də bilmirəm, Hüseyn, niyə

Başımın tüstüsü çəkilir göyə?

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

HÜSEYN ARİFİN YAZILARI

Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:003 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Esmira Günəşin  “Xarıbülbüllər” kitabının təqdimatı  bu dəfə  Xırdalan Heydər Əliyev Mərkəzində baş tutub

ESMİRA GÜNƏŞİN YAZILARI

Esmira Günəşin  “Xarıbülbüllər” kitabının təqdimatı  bu dəfə  Xırdalan Heydər Əliyev Mərkəzində baş tutub

Bu gün – 6 dekabr tarixində Azərbaycanın müxtəlif bölgələrindən gələn şəhid ailələrinin iştifakı ilə “Xarıbülbüllər” kitabının Xırdalan Heydər Əliyev Mərkəzi də təqdimatı və şəhidlərimizin şəkillərinin sərgisi olub.

“Xarıbülbüllər”   Esmira Günəşin  şəhidlər haqqında 13-cü kitabıdır.  İndiyə  qədər ümumilikdə 16 kitab ərsəyə gətirən gənc şairə xanım üçün  bu olduqca yüksək və qürurverici, yaşından, mövqeyindən, satatusundan asılı olmayaraq digər qələm adamlarına örnək ola biləcək nəticədir.  Yüksək keyfiyyətli fərqli dizayna malik olan bu kitabda müxtəlif bölgələrdən şəhidlər yer alıb. Vətən uğrunda canından keçən şəhidlərimizdən Siyahim Dəmirov, Zahir Hüseynli, Nəsib İsmayılov,İlkin Əhədzadə, Rəhman Məmmədov,Səmid Əliyev,Elnur İsmayılov,Vasif Quliyev, Vüsal Muradov, İbrahim Məmmədov, Rüfət Mustafayev, Şəhriyar Qasımov, Əliheydər Hüseynli, Dostəli Məmmədov, Şakir Cəmilli, Elçin Nəsirov, Fuad İsmayılov, Rauf Əsgərov, Elmir Ağayev,Ruslan Məmmədov, Mətanət Mehdiyeva, Həsənağa Abdullazadə,Sərxan Əliyev, Emil İsgəndərov, Akif Abbasov, Araz Məmmədov, Elvin Mustafayev, Rəvan Daşdəmirov, Natiq Əliyev, Elşən Dünyamalıyev, Vüsal Quliyev, Elvin Abbasov, Saleh Nuriyəv, Kamran Orucov,Novruz Haxverdiyev, Rəşad Ələkbərov, Xanoğlan Xəlilov,Zaur Cəfərov,Orxan Həmidov,Sarvan Məmmədov, Şamil Mirzəyev, Bayram Babaşov, Turxan Məmmədov, Emil Sadıqzadə, Əli Nağıyev, Niyaməddin Ələkbərov, Vüsal Həsənov, Elmar Nəsibov, Akif Cabbarov, Murad Qurbanov, Ülvü Məhərrəmov, Adəm Əliyev, Elxan Hüseynli,Fuad Bayramov,Alı Həsənli, Əli Seyidov, Rəhim Dadaşov, Emil Əliyev, Cavid Cabarzadə, Əmirxan Babayev, Əbil Cəbizadə, Orxan Hüseynov, Röyal Verdiyev, Samir Paşayev, Orxan Qəhrəmanov, Ülvi Rəfiyev, Əbülhəsən Eyvazov, Məhəmməd İsmayılzadə, Rəsul Sadıqov,Bilal Qənbərov, Anar Qorçuyev, Cavid Həsənov, Vüsal Teymurov, Rüfət Əsgərov,Elnur Məmmədov,Orxan Rəhimli,Qubad Əliyev,Vahid Alıyev, Əlisadət Ağayev,Orxan Namazov, Məhəmməd Abdullayev, Məzdək Eyvazlı, Rəşad Ağayev, Vaqif Alıyev, Vüqar Ağayev, Mayıl Qurbanov, Oruc Vəliyev, Kərim Məmmədov, Səbuhi Əsədov, İbrahim Lələyev, Natiq İsmayılov, Təyyar Ağayev,Xaqani Əskərov, Nicat Şükürlü,Ayaz Abbasov, Elbrus Əhmədov, Mehdi Fərzullazadə, Fizuli Həbibi, Vəfadar Quluzadə,Azad Zeynalov, Kənan Axundzadə, Həmdulla Abdullayev, Elnur Allahverdizadə, Qərib Balacayev, Munis Abbaslı, Xəyal Rəhimli, Zaur Əsədzadə, Səbuhi Əliyev, Mahir Dadaşzadə, Rahil Məmmədli, Barat Quliyev, Zamiq Hacıyev, Qoşqar Vəliyev, Aydın Rüstəmov, Rəşid Həmidov, Cavid Səfərli, Şəmsi Cəfərov, Məcid Məmmədov, Famil Ağaşov, Əvəz Abbasov, Səyavuş Nəsirov, Asim Süleymanov, Mahir Paşayev, Şaiq Kəlbiyev, Şahin Hüseynli, Röyal Cəfərli,Nurlan Abdalov, Məhəmmədəli Həsənzadə, Tacəddin İsmayılzadə, İlkin Xosrovzadə, Fərid Hüseynov, Samir Paşayev,Əli Eyvazov, Təhmasib Qarayev, Batdal Bayraxtarov, Elşən Sultanlı,Cavid Kərimov, Cavid Məmmədli, Osman Cəfərov, Əkbər Hüseynov, Allahverdi Tağıyev, Samir Şükürov, Elmar Bayramlı və Türkiyəli şəhid Yücel Aki kitabda yer alıb. Onu da xüsusi qeyd edək ki, şairə kitabın təqdimatını sıra ilə Azərbaycanın bütün bölgələrində keçirir  və gələcəkdə Türkiyədə belə bir tədbirin həyata keçirilməsi planlaşdırılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyndən,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, Xırdalan şəhər İcra Hakimiyyətindən, MCP-dən nümayəndələr, qələm əhlindən Əli Bəy Azəri , Zaur Ustac , Tural Irfan , Aygül özü Vətən, Badamdar qəs. 239 saylı məktəbin, Saray 1 nömrəli məktəb , İdrak Liseyi Sumqayıt Filialı ,Novxanı 2saylı məktəbin, Masazır 1 saylı məktəbin, Abşeron rayon Saray qəsəbə 3 saylı orta məktəb , Binəqədi rayon 182 saylı məktəbin, Hövsan qəsəbəsi 172 saylı məktəbin, Xirdalan Şəhəri 2 saylı orta məktəb , Xırdalan 4 saylı məktəbin, Binəqədi rayon 100 saylı məktəbin, Nəsimi rayon 14 saylı məktəbin, Xırdalan şəhəri 3 saylı liseyin, Qobu qəsəbəsi 2 saylı məktəbin, Masazır 4 saylı məktəbin, Xırdalan 7 saylı məktəbin,  Qobustan kənd tam orta məktəbin,  Bayıl qəsəbəsi 91 saylı məktəbin, Sumqayıt şəhər 24 nömrəli tam orta məktəb , Çaylı kənd tam orta məktəbi , Bakı şəhər 159 saylı məktəbin, Lökbatan qəsəbəsi 288 saylı məktəbin, Mehdiabad qes 2 saylı tam orta məktəb , Prişekül qəsəbəsi tam orta məktəbin, Digah qəsəbə tam orta məktəb , Suraxanı rayon 101 saylı məktəbin, Fatmayı kənd tam orta məktəb müəllim və şagird kollektivi, eləcə də Abşeron ray. Mehdiabad qəsəbə Uşaq Musiqi məktəbi dən gənc ifaçılar və müğənni Ruslan Əkbərov iştirak ediblər. Tədbirdə bütün bölgələrdən gələn şəhid ailələri səhnəyə dəvət olunaraq ürək sözlərini paylaşıblar. Məktəblilər şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Şairə Esmira Günəş MCP-nin müavini ilahiyyatçı-yazar Tural İrfan tərəfindən “Ziya” fəxri diplomu və Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu ilə təltif olunub. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.

Bütün gələcək fəaliyyətində Esmira Günəşə uğurlar arzulayırıq! Uğurlarınız bol olsun!!! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Eşq olsun Azərbaycan xalqının şəhidlərinə hər zaman dəyər verən vətənpərvər nümayəndələrinə.
Şəhidlər ölməz, Vətən bölünməz!

Müəllif: LEYLİ NOVRUZOVA

ESMİRA GÜNƏŞİN YAZILARI

LEYLİ NOVRUZOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN KƏNAN HACI “FƏNA FASİLƏSİ” ADLI YENİ KİTABINI TƏQDİM EDİB

KƏNAN HACI LİBRAFF NƏSR

BU GÜN KƏNAN HACI “LİBRAFF”IN ELMLƏR AKADEMİYASI FİLİALINDA “FƏNA FASİLƏSİ” ADLI KİTABINI TƏQDİM EDİB:

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. NOVEMBER!

CAROLİNE LAURENT TURUNC

NOVEMBER!

November is the season of poets.
It always radiates a subtle sadness.
It raises the still fog of yellowed evenings.
We take refuge in our arms with the breezes of our souls.

And the footprints of the shadows, hidden behind the sun, take refuge in our garden of heart, with their bitterness and sweetness.
The thorns are stripped from the branches of previous flowers and settle on the branches of future flowers.

At every opportunity, we look for the wing sounds of birds that we frequently hear during summer season.
But because of an unknown delicacy, everything had covered his face one by one with a thin veil.

I slowly search for my invisible lines in my darkness with my hands.
I feel your presence on my face, you touch my lips with your fingers, and then you walk through my door like a faint spark of light.
In the darkness deep within my consciousness
I hear the sound of your heart beating for me

It’s cold – the first days of November I hug you tight like I’m home. It’s snowing and all my forgetfulness is white With things I thought I’d lost.

Then I feel again the scent of a long lost scent rising towards me. Everything I’ve lost is in my arms,
in my own cultivated land…

The chirping of the canaries, the endangered azaleas, the saplings I planted in our garden, everything was slowly falling into the perception of darkness.

Leaves die, one by one, with the crackling of the summer grass, and the human race mourns witnessing a bloody, painful death.
All the loves that are left to mature in a corner are revived with the good news of a new month after the month of sadness and take shape like a sapling planted in the ground.
01/11/2022-Paris

#caroline_laurent_turunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zemfira Maharramli. The Swallow’s Nest.

ZEMFİRA MAHARRAMLİ

The Swallow’s Nest

I want to tell you a story that happened in the summer days. It was the first days of May. We’ve only just moved to the dacha on the outskirts of Baku. I was walking with my grandchild Nigar in the garden, watched the charms of cherry, apricot and almond trees that were in blossom. We were sniffing roses recently bloomed and smelled sweet.

At times I was to answer the endless questions of five-year-old Nigar, then tried to explain to her who wanted to know, sleeking down her silky hair. The little girl was interested in everything: the birds singing early in the morning, working bees that suck the sweet-smelling flowers and make honey, the “comb” on the head of hoopoe, how are fed many-coloured butterflies, and so on…

At that very moment, two swallows flew away overhead. We noticed that they flew extremely low and perched on the ceiling of our veranda. Very soon the birds flew away and were back again.

This time they brought the chaff and all kinds of brushwood on their beaks. They did the same things over and over again, they didn”t get tired, flew away and back, and were building for themselves a nest by all kinds of brushwood, sand grains and clay.

We’re used to seeing these two swallows. We missed them when they disappeared sometimes. And the birds no longer feared us. The female swallow stayed at the nest, she was sitting on her eggs. Nigar was also looking forward to see how the little swallows would be born out of the eggs.

One morning we woke up from the peeps of birds. The female swallow hatched. The male swallow was flying over the nest, peeping and chirping noisily.

Every other morning each of us and the little Nigar saw an interesting scene. The parent-swallows taking care of each little swallow and separately feeding them who opened mouths widely. They found earthworm out of wet soil, took the little insects on the air, and untiredly carried to their nest.

One day Nigar asked me:

“Grandma, will these little birds always be in the nest?”

“Honey, when the female-swallow teaches them to fly they’ll leave their nest”

“But they have not been yet covered with fluff…”

“Yes, my sweet, they have not become hairy yet…”

“I see, these little birds will fly when they get feathered, and spread their wings”

Soon we have also witnessed the appearance of this moment. One of the hot days in early morning the female and male swallows perched on an electrical wire near the nest and were chirping, as if they told something their little babies. We watched this scene together with Nigar. Suddenly my granddaughter squealed with delight.

“Grandma, this is the flying day of little swallows, I think!”

“Look, how the nest is narrow for them! Let us see, how they fly!”

The noisy lessons and support of parents had encouraged the little swallows. First, the more courageous one perched on the edge of nest and began to jump up and down, and suddenly opened her delicate wings and flied directly to the wire, and perched on next to her mother. As if the rest of the little swallows stood in a queue for flying as the other baby. This time female-swallow flied to the nest chirping noisily, then flied back to the wire. As though she was making her babies understand how to fly.

The nest became animated; the little birds that have been already grown up bustled about the nest and wanted to fly. At last all the rest swallows flied to the electrical wire and perched on next to mother.

The next day and all coming days the little birds frequently found themselves flying and perched on the branches of trees, flower bushes and the edge of pool.

At last, one day female and male swallows and their babies flied away and disappeared absolutely. The nest that we looked at every time with love had been emptied. A new life had begun for them, a period to fly on the blue heavens. Nigar has been asking me a lot lately.

“When our swallows will be back?”

I understood her longing for her winged friends, said:

“Don’t worry, my sweetheart Nigar, they say swallows return back to their first nest. They will be back again to give birth to their babies, grow up their little sweets and teach them to fly. They will be back when we feel the smell of spring, they are first signs of spring…”

ZEMFİRA MAHARRAMLİ

Translated by KAMRAN NAZİRLİ

>>>>> Zemfira Məhərrəmli. Qaranquş yuvası.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru