Etiket arxivi: HAQQINDA

CABİR NOVRUZ. EY ADAMLAR…

CABİR NOVRUZUN YAZILARI

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

CABİR NOVRUZUN YAZILARI

CABİR NOVRUZ

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

GEDƏCƏYƏM SÖZLƏR 
KİMİ ÇİYİNLƏRDƏ

Mənə sözün ixtiyarın verdi Yaradan,
Dedi: – sənə ilham, qələm qoy kömək olsun.
Məni başa düşmədilər bu zəmanədə,
Axı başa düşmək üçün baş gərək olsun.

Durub dövrə yalvarmadım, üz tutmadım, yox,
Külək hansı səmtə əsdi ora əsmədim…
Şair haqdan yaranıbdır, utanmadım, yox,
Gündə-gündə özümə bir allah gəzmədim…

Öz inamım, öz məsləkim oldu həmişə,
Öz sevincim, öz kədərim, öz qəmim oldu.
Söz şairə əqidədir, yoldur həmişə,
Sözə xain çıxanlara söz qənim olsun…

Anam getdi o anamı eylədi əvəz,
Bacım getdi şeir mənə bir bacı oldu.
O mənimçin könüllü həbs, könüllü qəfəs,
Həm əzabım, həm də əsil əlacım oldu…

Pulsuz oldum, amma ruhsuz yaşamadım mən,
Söz dövlətim, söz ziynətim, söz daşım oldu.
Ölüm ömür yoldaşımı aldı əlimdən,
Poeziya mənə ömür yoldaşı oldu…

Zalım, nankor zəmanənin yaxşısı, pisi,
Aşkar hopdu, çökdü mənim sətirlərimə.
Elə bil ki, vəcdə gəlib Tanrının özü,
Öz əlini çəkdi mənim sətirlərimə…

Əsla bitib, tükənmədi söz əmanətim,
Yollarıma gecə-gündüz o tutdu məşəl.
Amma məni duymadılar bu zamanədə,
Yəqin ayrı zamanədə başa düşərlər…

Ürəklərə toxum səpdim vermədi səmər,
Ha çağırdım yatan kütlə sanma ayıldı…
Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr,
Köhnə, cındır ibarələr şeir sayıldı…

Nə qədər ki, ruh yaşayır, can var bədəndə,
Dəyişməzdir şeirim, fikrim, əqidəm, səsim…
İstəmirəm bu dünyadan bir gün köçəndə,
Qara kütlə tabutumun dalınca gəlsin…

Başsız qoyun sürüləri dünyada nə çox,
Qoy iki-üç qanan adam ötürsün məni…
Qoymazsınız, qoymazsınız balalarım, yox,
Çirkin əllər tabutumu götürsün mənim…

Gec-tez sona çatacaqdır ömür nağılım,
Gedəcəyəm bu dünyadan şeir dilimdə…
Gedəcəyəm ən birinci oğullarımın,
Bir də, bir də sözlərimin çiyinlərində…

Müəllif: Cabir NOVRUZ

CABİR NOVRUZUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Anam…

Anam üçün Gün

Qadınlar Günüdür, çaşıb qalmışam,
Neyniyim bilmirəm, danış, söylə, din.
Tək qərar verməyə alışmamışam,
Mənə nə etməyi sən öyrədərdin.

Bir də xatırladım ötən illəri,
Yığılardıq hamı sənin başına.
İndi necə gəlim, qızılgülləri
Səpimmi, düzümmü sinədaşına.

Birinci dəfə mən çıxmaz yadımdan
O bayram günündə verdiyim çiçək.
Dəstə bağlamışdım qızlar adından,
Sanırdım sözü də onlar deyəcək.

Ucadan dedim ki, Günün mübarək!
Çöhrən bir andaca allandı, yandı.
Özünə sıxanda köksümü bərk-bərk.
Duydum doğmalığı, ruhum oyandı.

Analar içində başdın, xasıydın,
Sözün də, işin də yerli-yerində
Təkcə bizim deyil, el anasıydın,
O adı yaşatdın əməllərində,

İlləri illərə beləcə qatdıq,
Nə cür qayğısızdıq, necə şad idik.
İndi də bilmirəm nə cürə çatdıq.
Bu yerə belə tez çatan deyildik…

Daşlaşdın gözümün önündə hər gün,
Sinirə-sinirə övlad dağını.
Nə yaxşı görmədin qızları küskün,
Oğlunun uşaqtək ağlamağını.

Bilirsən, belədə söz tapammıram,
Cavabım da yoxdur çoxuna mənim.
Gəl yenə təmkinlə sən aram-aram,
Başa sal girib də yuxuma mənim.
05.03.2024

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

(“Sevgi dolu şeirlər” kitabı haqqında)

Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət  “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.

Kitab gözəl insan, əsl ziyalı  bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.

Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara  dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.

 Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı  hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…” 

Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…

 Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər –  filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər  və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.

Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən  biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və  təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək,  müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.

Filologiya elmləri doktoru, professor  Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi  Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü  tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.

Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.

Zaur Ustac demişkən:  “Sevin ki, seviləsiniz!”

Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):

070-356-71-26(rayonlara poçtla çatdırılma var)

MƏLUMAT DİGƏR MƏNBƏLƏRDƏ: 

  1. azertag.az ( archive.ph )
  2. edebiyyatqazeti.az ( archive.ph )
  3. az.baku-art.com ( archive.ph )
  4. tezadlar.az ( archive.ph )
  5. tehsil.biz ( archive.ph )
  6. xalqcebhesi.az ( archive.ph )
  7. beydemir.ru ( archive.ph )
  8. olaylar.az ( archive.ph )
  9. tehsil365.news ( archive.ph )

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Hər gün nəfdir!

Zaur USTAC – Mustafayev Zaur Mustafa oğlu – 1975.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunub – Fotolar.

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunub

Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutan tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular qatılıb.
Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Səlim Babullaoğlu Xasiyyət Rüstəmin yaradıcılığı, Özbəkistan -Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdəki rolundan söhbət açıb.
AYB-nin katibi İlqar Fəhmi çıxışı zamanı qardaş xalqlar arasında tarixən mövcud olmuş əlaqələrin günbəgün artmasını, bu inkişafda Xasiyyət Rüstəm kimi ədəbiyyat-mədəniyyət xadimlərinin xidmətinin alqışa layiq olduğunu vurğulayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xasiyyət Rüstəmin kitablarının Azərbaycanda təqdimatını əlamətdar ədəbiyyat hadisəsi adlandırıb. Onun yaradıcılığında Qarabağ mövzusunun qırmızı xətt kimi keçdiyini söyləyib. Çap olunmuş kitablar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filologiya elmləri doktoru, professor Ramiz Əsgər çıxışında Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin tarixində, bu ədəbi əlaqələrdə ədiblərin fədakarlığından danışıb. O bu vaxta qədər 60-dan artıq kitab tərcümə etdiyini, bu kitabların 26-nın Özbəkistan ədəbiyyatından olduğunu bildirib.
Dünya ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli Xasiyyət Rüstəm imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin xalqlarımız arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxışı zamanı Xasiyyət Rüstəm şeirinin dünyanın 26 dilinə tərcümə olunduğunu, çox sərhədlər aşdığını bildirərək, yazarı təbrik edib.
Daha sonra çıxış edən. Özbəkistanın xalq yazıçısı Erkin Azam, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Qafur Şerrmuhammed, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədir, yazıçı Kənan Hacı, yazar Zaur Ustac və başqaları qardaş xalqlar arasındakı ədəbi əlaqələrdən bəhs ediblər.
Tədbirin sonunda söz günün səbəbkarı, Özbəkistanın “Şöhrət” medalı laureatı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmə verilib. O tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.
Təqdimat mərasiminin sonunda “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən Xasiyyət Rüstəmə “Ziyadar”mükafatı, Xasiyyət Rüstəm tərəfindən isə tədbirin moderatoru Səlim Babullaoğluna “Kitab dünyası” qəzetinin diplomu təqdim olunub. Tədbirə yekun vurulub. Fotolar:

Qeyd: Təqdimat 24.01.2024-cü il tarixində baş tutub.

Mənbə: İntiqam YAŞAR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

XASİYYƏT RÜSTƏMİN YAZILARI

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HESABAT-2023

ZAUR USTAC MƏTBUATDA  2023

  1. Zaur Ustac – “Bayraq bizim bayrağımız”, “Ədəbiyyat qəzeti”, 7  yanvar  2023-cü il,  say: 1  (5391), s.15.
  2. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2023,  say: 01 (25), s.3.
  3. Yusif Dirili, “Zaur Ustac”, “Yazarlar” jurnalı, yanvar – 2023,  say: 01 (25), s.5-13.
  4. “Mustafa Müseyiboğlu – 70” – Zaur Ustacın yaradıcılığı, “Yazarlar” jurnalı, yanvar – 2023,  say: 01 (25), s.14-47.
  5. Zaur Ustacın hesabatı, “Yazarlar” jurnalı, yanvar – 2023,  say:  01 (25), s.48-55.
  6. Nəzakət Eminqızı (Kərimova – Əhmədova) “Zaur Ustacın yaradıcılığı və “BB” kitabı haqqında”, “Carçı” jurnalı, Xüsusi buraxılış (yanvar)   say: 130,  2023. s.46-48.
  7. Zaur Ustac “Xudayar dastanı” (sonet çələngi), “Yurd” jurnalı, yanvar – 2023,  say: 01, s.46-48.
  8. Zaur Ustac, “75-in mübarək, Ramiz İsmayıl”, “Bütöv Azərbaycan” qəzeti, 3 fevral  2023-cü il,  say: 05 (481), s.10-12.
  9. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2023,  say: 02 (26), s.3.
  10. Zaur Ustac “Oriyentir ulduzu” (povest), “Yazarlar” jurnalı, fevral – 2023,  say: 02 (26), s.10-33.
  11. Əli bəy Azəri, “Zaur Ustac nasir kimi” (“BB” hekayəsi – böyük bir sahənin söz mənzərəsi), “Möhtəşəm Azərbaycan” qəzeti, 11 fevral – 2023,  say: 01-02 (135-136), s.7.
  12. Zaur Ustac, “Hər gün nəfdir”, “Möhtəşəm Azərbaycan” qəzeti, 11 fevral – 2023,  say: 01-02 (135-136), s.7.
  13. Zaur Ustac,  “Yetmiş beşin mübarək, Ramiz İsmayıl”, “Xəzan” jurnalı, fevral – 2023,  say: 02 (47), s.5-25.
  14. Zaur Ustac,  “Qarabağ sinəmdə açılan şırım” (Şair Budaq Təhməzin yaradıcılığı haqqında), “Xəzan” jurnalı, fevral – 2023,  say: 02 (47), s.70-81.
  15. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Mart – 2023,  say: 03 (27), s.3.
  16. Zaur Ustac “Ana dilim” (şeirlər), “Yazarlar” jurnalı, Mart – 2023,  say: 03 (27), s.53-55.
  17. Zaur Ustac, “Məhəmmədhüseyn Şəhriyar saytı yaradılıb”, “Bütöv  Azərbaycan” qəzeti, 07 aprel – 2023,  say: 14 (490), s.15.
  18. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Aprel – 2023,  say: 04 (28), s.3.
  19. Zaur Ustac “Əliş və Anna” (poema), “Yazarlar” jurnalı, Aprel – 2023,  say: 04 (28), s.39-87.
  20. “Baş redaktordan”, “Yazarlar” jurnalı, May – 2023,  say: 05 (29), s.3.
  21. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyun – 2023,  say: 06 (30), s.3.
  22. Zaur Ustac “İlham Qazaxlı ümumbəşəri şairdir” (İlham Qazaxlı-50), “Yazarlar” jurnalı, İyun – 2023,  say: 06 (30), s.14-17.
  23.  “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyul – 2023,  say: 07 (31), s.3.
  24. Zaur Ustac “Doğum günü hədiyyəsi” (hekayə), “Yazarlar” jurnalı, İyul – 2023,  say: 07 (31), s.20-22.
  25. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Avqust – 2023,  say: 08 (32), s.3.
  26. Zaur Ustac “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Yazarlar” jurnalı, Avqust – 2023,  say: 08 (32), s.48-49.
  27. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Sentyabr – 2023,  say: 09 (33), s.3.
  28. Zaur Ustac “Sənətin seçdiyi adam” (Şəhid Həmdəm Ağayevin doğum gününə), “Yazarlar” jurnalı, Sentyabr – 2023,  say: 09 (33), s.69-79.
  29. Zaur Ustac “Sənətin seçdiyi adam” (Şəhid Həmdəm Ağayevin doğum gününə), “Xəzan” jurnalı, Avqust-Sentyabr – 2023,  say: 07 (52), s.4-10.
  30. Zaur Ustac “Doğum günü hədiyyəsi” (hekayə), “Xəzan” jurnalı, Avqust-Sentyabr – 2023,  say: 07 (52), s.96.
  31. Zaur Ustac, “İlham Qazaxlı ümumbəşəri şairdir” (İlham Qazaxlı-50), “Xəzan” jurnalı, Avqust-Sentyabr – 2023,  say: 07 (52), s.111.
  32. “Müharibə şairləri” Zaur Ustac – “Dağlar” şeiri, “Xalq qəzeti”, 28 sentyabr  2023-cü il,  say: 210 (30326), s.12
  33. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Bütöv Azərbaycan” qəzeti, 29 sentyabr  2023-cü il,  say: 33 (509), s.14
  34. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Təzadlar” qəzeti, 3 oktyabr  2023-cü il,  say: 14 (2368), s.15
  35. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Oktyabr – 2023,  say: 10 (34), s.3
  36. Zaur Ustac “Tərəfsiz ədəbiyyat tarixdir” (58-ci yazı), “Yazarlar” jurnalı, Oktyabr – 2023,  say: 10 (34), s.31-38.
  37. Zaur Ustac “Sənətin seçdiyi adam” (Şəhid Həmdəm Ağayevin doğum gününə), “Hərbi And” qəzeti, 06 oktyabr – 2023,  say: 37 (998), s.12.
  38. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Həftə içi” qəzeti, 12-18  oktyabr  2023-cü il,  say: 37  (3503), s.7.
  39. Zaur Ustac, “Anam” (şeirlər), “525-ci qəzet”, 20 oktyabr  2023-cü il,  say: 190 (6238), s.15
  40. Zaur Ustac, “Xalqımın, ordumun ilhamı İlham!” (şeirlər), “Təzadlar” qəzeti, 31 oktyabr  2023-cü il,  say: 16 (2370), s.11.
  41. Zaur Ustac, “Tərəfsiz ədəbiyyat tarixdir”, “Xəzan” jurnalı, oktyabr – 2023,  say: 08 (53), s.88-90.
  42. Zaur Ustac, “Ustacam” (şeirlər), “Xəzan” jurnalı, oktyabr – 2023,  say: 08 (53), s.73-75.
  43. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Noyabr – 2023,  say: 11 (35), s.3
  44. “Zaur Ustac Zəfər yolunda” (şeirlər), “Yazarlar” jurnalı, Noyabr – 2023,  say: 11 (35), s.38-58.
  45. “Zaur Ustac” (şeirlər), “Ədəbi ovqat” jurnalı, Noyabr – 2023,  say: 10, s.24-25
  46. Zaur Ustac, “Üç qardaş” (şeirlər), “Xəzan” jurnalı, noyabr – dekabr – 2023,  say: 09 (54), s.103 -105.
  47. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Dekabr – 2023,  say: 12 (36), s.3
  48. Pərvanə Fərhadqızı, “Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev haqqında kitab nəşr olunub – fotolar”, “Yazarlar” jurnalı, Dekabr – 2023,  say: 12 (36), s. 88 -92

*Davamı 2024-cü il siyahısında.

Antologiyalar – 2023.

  1. “Qəhrəman Şuşam”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  360 səh. Zaur Ustac s. 347-350.
  2. “Söz çələngi”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  416 səh. Zaur Ustac s. 395-400.
  3. “Laçın bizi səsləyir”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  392 səh. Zaur Ustac s. 374-378.
  4. “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa”, (antologiya) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  496 səh. Zaur Ustac s. 395-399.
  5. “Gəlin gedək Ağdama” III hissə, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  544 səh. Zaur Ustac s. 534-537.
  6. “Sirli dünya”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il, 400  səh. Zaur Ustac s. 385-390.
  7. “Ömrün səhifələri”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2023-cü il,  416 səh. Zaur Ustac s. 395-402.

Müəllif əsərləri – 2023.

  1. Zaur Ustac, “Yulğun Çiçəyi” (şeir toplusu), Təbriz, “AzərTuran” nəşriyyatı,  2023-cü il,  90 səh. Köçürən və hazırlayan: Əli Aslani.
  2. Zaur Ustac, “Tapmaca tap – rənglə” (rəqəmlər), Təbriz, “Parlaq qələm” nəşriyyatı,  2023-cü il,  “Gisoom”.

Tərtibçilik – 2023.

  1. Zaur Ustac, “Ümummilli Lider” (Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə), Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,  64 səh. “Yazarlar dərnəyi”  XXXII – KİTAB.
  2. Zaur Ustac, “Çingiz Abdullayev” (Çingiz Abdullayevin həyat və yaradıcılığı haqqında), Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,  72 səh. “Yazarlar dərnəyi”  XXXIII – KİTAB.
  3. Zaur Ustac, “Kamal Camalov – 50” (Professor Kamal Camalovun 50 illik yubileyi  münasibətilə), Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,  48  səh. “Yazarlar dərnəyi”  XXXIV – KİTAB.

Redaktorluq – 2023.

  1. “Ömrün payız duyğuları”, (şeirlər) Murad Məmmədov. Bakı, “Ustac.Az” nəşrləri,  2023-cü il,   84 səh.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN ŞAİRLƏRİ

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şair Rəhman Babaxanlının yaradıcılığına baxış

“Şair şeir-şeir yanır şam kimi, Dünya bu işıqdan tutub dayanır”

Rəhman Babaxanlı həyatı ilə yaradıcılığı bağrıbadaş olan, Xudu müəllimin sözlərilə desək, Vətənin dərdli suallarıyla, zamanın problemləri ilə yaşayan, yəni tərcümeyi-halı Vətənin tərcümeyi-halı olan  şairdir.

Qarabağın ağır günlərində “Şuşaya ən çox gedib-gələn şair” (“Yol” qəz., № 14, fevral, “Xalq Ordusu”,  №3, 25.02. 1992), Şuşanı son dəfə görən şairdir.

Mənim nəzərimdə Rəhmanın şeirləri əsl sənət əsərləridir. Əsl sənət əsəri isə gözəllikdir. O da axıracan izaha gəlmir. Zaman-zaman ona müraciət edilir və hər dəfə də yeni məna açılır. Onu əbədi estetik gerçəkliyə çevirən də məhz axıracan açılmazlığıdır.

Rəhmanın şeirlərini oxuduqca, hər şeiri bir dəli “Segah nağılı” ilə adamı öz sehrinə salır və əslində, onun haqqında yazmağa mane olur. Bir vaxt ayılırsan ki, vaxt keçir, zaman ötür, özü demişkən, “varağın çoxu ağ qalır”.

Rəhmanın şeirlərini oxuduqca, zərbi-məsəl, atalar sözü səviyyəsində dayanan çoxlu sayda sərrast, diləyatımlı, tutumlu deyimlərlə rastlaşırsan: “Mənim məhəbbətim cavab istəmir”, Ölümün də çarəsi var”, “Ömür ilk sevgiyə qədərmiş”, “Kədər yalan deyir”, Ən nadir incilər ən dərindədir”, “Başdaşından baş nə var”, “Haqqı ha geri at”, “Ürəyim dərd kürəsidir”, “Hər ötən sevgidən bir payız gəlir” və s. Bu deyimlərin hər biri arxasınca dərin hikmət dünyası gətirir. Onların məna dərinliklərinə vardıqca, dilə gətirdikləri məqamdan əvvəli də, sonranı da görürsən, irəlini də, gerini də  düşünürsən. Əmin olursan ki, bunlar həyatdır, həyatın SÖZlə ifadə olunmuş düsturları, dünyanı dərk etməyin poetik formasıdır. Bunları araşdırmaq istəyi məni Rəhmanın poeziyası haqqında ümumi filoloji planda çox düşündürdü. Nəhayət, yeni fikirlər və əvvəlki yazılarımız monoqrafiyaya çevrildi.

Rəhman şeirlərinin birində deyir ki, “Dünya “Ol!” sözündən başlayan yoldur”. Deməli, bu yolda ilk olan, yolun başında dayanan SÖZdür. Söz  “dünyanın anasıdır”.

Söz möcüzədir, “yoxdan var olan” və yoxdan var yaradan möcüzə, yaranmışlardan “…tamı bərpa edən, insanı və dərk aləmini birləşdirən” möcüzədir.

Bizim Rəhmanla ədəbiyyat haqqında, ədəbiyyatımızın bədii-estetik problemləri barədə söhbətlərimizin kökündə həmişə F.Dostoyevskinin belə bir fikri dayanmışdır: “Sözlə düz dolanmaq lazımdır”, “Bədii əsərlə zarafat eləmək olmaz”. Rəhmanın sözə, şeirə münasibəti son dərəcə ciddidir, ehtiramlıdır, səmimidir. Onun poetik intonasiyası təbiidir.  İntonasiyasında səslər dən-dən dənələnir. Hər sözündə torpaq dənəvərliyi, hər şeirində torpaq ətri var. Sözünün sanbalı, möcüzəsi doğma torpağa, el-obaya, dilə bağlılığından gəlir. Amma öncə Allaha bağlılığından. Allahın yerini, torpağın, elin, dilin çəkisini bildiyi kimi  sözün də çəkisini bilir, ustadı Füzuli kimi onu candan duyur.

Şeir sirrdir. Bu sirr, Mixail Epşteyn demişkən, “fantastik olanla gerçəyin  sərhəddində, onların sezilməyən qarşılıqlı keçidlərində yaranır”.  Onu isə Şair yaradır. Əgər Rəhman deyirsə ki,  “Şair şeir-şeir yanır şam kimi,/ Dünya bu işıqdan tutub dayanır”, deməli, Dünya  – SÖZə  sığınır, ŞEİRə, ŞAİRə arxalanır.

Rəhman üçün “Ol!” sözü təzə de

yilən vaxtlarda şeirləri ortada yox idi. Amma dünyaya gəldiyi doğma Ağdamın Üçoğlan kəndinin şeir ətirli ab-havası vardı. Sonradan kəndin şeir ətirli  ab-havasını nəzmə çəkən “ağıl dəryası” – yetişdi. O kənd şeirin “geniş düzlər mənzərəsi”ni, mühitini də verdi, onları şeirə çevirəcək şairini də. Onun “Ağıl dəryası” şeiri əvvəldən-axıra bu prosesin tarixçəsidir.

Hər bir  sənətkarın şəxsiyyəti  əsərlərində özünü məxsusi tərzdə göstərir. F.Solloqub deyir ki, əslində, oxucu üçün yeganə meyar “şairin ümumi mənəvi simasıdır”. Flober isə deyir:   ideal sənətkar öz əsərində Tanrı kimi hər yerdə var olmalı, ancaq heç yerdə gözə görünməməlidir. Əsas məsələ müəllifin əsərdə “gözəgörünməz” mövcudluğunun ifadə, forma və prinsiplərini tapmaqdır. 

Rəhman Babaxanlının yaradıcılığına bu kontekstdən yanaşanda ilk növbədə qeyd etməliyik ki, dünyaya estetik münasibətdə onun individuallığı (fərdilik) şəksizdir. Bu keyfiyyət isə kənardan izah olunmur. İndividuallıq, A.Losevin hesab etdiyi kimi, ancaq özündən  izah olunandır.

Rəhman Babaxanlının hələ sovetlər dövründə, vahid ideologiyanın hamıya və hər şeyə hakim kəsildiyi zamanlarda, yaratdığı yaddaqalan poetik obrazlar, tutarlı deyimləri və onların arxasında dayanan mövqe doğrudan da hünər tələb edirdi. Bu, bir-birini qarşılıqlı şərtləndirən güclü mövqe, istedad, orijinal təb, poetik ehtiras və enerjinin qranit bölünməzliyindən, bu bölün-məzliyə sadiqlikdən gəlirdi. S.Kravçinskinin məşhur bir sözü var: “Terror dəhşətli şeydir. Terrordan daha pis bircə şey var. O da zorakılığa səssiz–səmirsiz dözməkdir”. Zorakılıq isə gücdən deyil, gücsüzlükdən yaranır. Zorakılıq özündə olmayan gücdən başqalarını məhrum etmək cəhdindən başqa bir şey deyil. Əsl güc özünü başqalarına həsr edir. O, yaranışdan əxlaqidir.

Onun hələ 70-80-ci illərdə yazdığı  “Səsini içinə salan adamlar”, “İnqilab” və s. şeirləri dediyimizə  misaldır.

 Onun poeziyasının səciyyəvi xüsusiyyətlərindən biri də bayağı tərənnümçülükdən uzaq olmasıdır. Rəhmanda tərənnüm var, tərənnümçülük yoxdur. Onun poeziyasında həmişə Azərbaycan gerçəkliyi, Vətən, insan, ümumbəşəri dəyərlər tərənnüm edilir. Rəhman sosializm realizminin tələb etdiyi kimi, ideoloji tərənnümçülüyə köklənmiş təsdiqedici pafosa malik şablon ədəbiyyatı yaratmayıb. Böyük Səməd Vurğunun göstərdiyi “hər cürə sözçülükdən, uraçılıqdan, ritorika dediyimiz bataqlıq və çirkabdan təmiz olan bir yol”  tutub. Məhz bu mənada tərənnümçü şair olmayıb, tərənnümçü şair deyil.

Tərənnümçülükdə bir seyrçilik və onların doğurduğu müəyyən indifferentlik olur. Rəhman Babaxanlıda indifferentlik yoxdur, çünki onun poeziyasında yaradıcılıq prinsipi kimi birinci yerdə Sintez  deyil, hərçənd şeir başdan-başa sintezdir, Analiz (poetik təhlil) gəlir. Analiz dərinliklərə enməkdir və endikcə də təhlil edilənləri zərrə-zərrə yaşamaqdır. Məhz bu dərinliyə endirən Analiz özündə Sintezi də gətirir. Burada indifferentlik mümkünsüzdür.

Digər bir səciyyəvi cəhət: Rəhman Babaxanlı poeziyasının mənbəyi xalqımızın  mənəvi dünyası, bu dünyada tarixlər boyu öz əksini tapmış Azərbaycan gerçəkliyi,  dövlətimizin, dövlətçiliyimizin taleyidir. O, milli mənəvi dünyamızın parçası olan öz poetik dünyasını, Moruanın dediyi kimi, daha bir “insani dünya” yaratmışdır. Bu yolda Rəhmanın bayağı beynəlmiləlçiliyi də olmayıb. Heç vaxt düşmənə  “dayı” deyib şeir qoşmayıb. “Qılınclarla ağız-ağıza dayan” – deyib. Rəhman deyir ki,

Yaddaşı  boydadır insan,

Tarixi  boydadır ölkə. 

Bu böyüklüyü yaşayan və yaşadan Rəhman Babaxanlı işıqlı, nurlu şairdir, şəxsiyyətcə bütöv, daxilən azad sənətkardır. Onun poeziyasının kökündə bir aydınlıq var. Rəhman ulu türk dünyasının genişliyini, əzəmətini, vətəni, torpağı, milləti, dövləti, dövlətçiliyi, insanı, dünyanı və onları Yaradanı sevir. Şeirləri də sevgisindəndir.

 Rəhman Babaxanlı şöhrət dalınca qaçan

şair də olmayıb. Şan-şöhrətin hansısa mənəvi qurban tələb etdiyini bilən Rəhman həmişə şan-şöhrətdən qaçıb, mənəviyyatını, şeir, sənət beşiyi olan Azərbaycanımızda öz poetik nəfəsini, orijinallığını saxlayıb.

Rəhman Babaxanlını seçdirən cizgilərdən biri də həssas və səmimi şair olmasıdır. Onun qənaətinə görə, “ən böyük vətəndaşlıq səmimiyyətdir”. Sözünün sanbalı, şeirlərindəki vətən havası istəyinin gücündən, istedadının həssaslığından, təbinin səmimiliyindən qaynaqlanır.

Dostoyevskiyə görə, “çox şeyi bilməmək, amma duymaq olar. Qeyri-iradi, düşünmədən də lap çox şey bilmək olar”. Yəni dahi yazıçı hesab edirdi ki, zənn, güman, öncəduyma, fəhmin işığı – bütövlükdə poetik ehtiras düşünüşü ötüb keçir, çox şeydə onu qabaqlayır.

Rəhman Babaxanlının yaradıcılığına bu yöndən baxanda onun poetik ehtirasının gücünün, fəhminin bugünkü tariximizi qabaqladığı aydın görünür. Qarabağ müharibəsindən xeyli öncə oğulları qurdürəkli olmağa, vətənə  oğul olmağa səsləyən Rəhman bunun üçün döyüş meydanı olacağını da, azadlıq yolunda, müharibə meydanında şəhidlik zirvəsinə ucalacaq qurdürəkli oğulları da sanki öncədən görmüşdü. Belə qurdürəkli oğulların adından hələ 1982-ci ildə deyirdi: “Vətən köynəyindən keçirir bizi”.

Bir vaxtlar yel qanadlı ümidləri heyratı, bayatı üstə köklənib uçan, heyratısı da, bayatısı da, ağısı da, muğamı da Qarabağ olan Rəhman Qarabağın ağısını “Bir səsin qarasınca” şeirində  (1982) belə demişdi:

Heyratım, bayatım, ağım, muğamım,

Mənim Qarabağım, mənim Ağdamım!

Sənin şikəstəni deyə bilmədim,

O qara sevdanın qara yasında…

Mənim batan səsim bir xəncər kimi

Pas  atır qəlbimin tən ortasında…

 Bunlar Rəhman Babaxanlıda tarix hissinin gücündəndir. Eliot yazır ki, tarix hissi belə bir həqiqəti nəzərdə tutur –  keçmiş nəinki keçməyib, o, indidə  davam edir…   Zaman xaricində olan  bu tarix hissi yazarı ənənəyə qovuşdurmaqla bərabər, onu zamanda öz yerini və öz müasirliyini duymağa məcbur edir. Rəhmanın şair fəhmində keçmiş, indi, gələcək birgədir, bütövdür. Bu fikri Y.Seleznyovun sözlərilə belə dəqiqləşdirmək olar: şair Rəhman Babaxanlı tarixi müasirliyin möhkəm bir düyününə cəmlənmiş kimi hiss edir: bütün keçmiş də, gələcək də buradadır, çörək buğda dənəsində, palıd qozada olduğu kimi.  

Şair 1987-ci ildə  “İki səhv” şeirində milləti iki amilin məhv edəcəyini deyirdi. Bu amillər  özünə qapılıb həvəsdən düşmək və geniş mənada alqı-satqı idi. Bunların hər ikisi səhv idi.

Sonralar xalq mübarizəsi doğrudan da bəzi mənəviyyatsızların əlində siyasi möhtəkirlik  alətinə, ulu Vətənimiz kreslo davası səviyyəsində alqı-satqı predmetinə çevrildi. Onlar bir-birini əvəz elədikcə xalq ağlamağa-sıtqımağa məhkum oldu. O ərəfələrdə Laçın – Bakı arasında yollarda Rəhman Babaxanlı millətin taleyini düşünə-düşünə başımıza gələnlərin səbəb-nəticə, təsadüf-zərurət əlaqələrini belə götür-qoy edirdi:

Dedik, başımıza yağan daşların

Çoxu təsadüfdür, azı – zərurət!

Torpaq dilə gəldi: “Axan yaşların

Dadı təsadüfdür, duzu – zərurət!

Müharibə başlandı. Onda keçmişimizə güvəndik, mənəviyyatımıza tapındıq. Gücü orada aradıq, təsəllini orada tapdıq. Güclü mənəviyyatımızla hər şeyi həll etmək istədik. Rəhman demişkən, “başsız başçıların milləti” ağlar günə  qaldı.

Hələ Şuşanın süqutundan dörd ay  əvvəl bu faciələri görən şair Rəhman Babaxanlı “Şuşada yazılan sonuncu şeir”ində (“Şuşa” qəzeti, 08.01.92)  belələrinə kəskin etirazını bildirir, var səsiylə onları vətənin, millətin taleyinə laqeyd olmamağa çağırırdı. Sonra “Zərurət”, “Qəhrəmanlıq”, “Gülürsən”, “Qaçqınlıq”, “Bakı şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub” və s. şeirlərini yazdı.

“Qəhrəmanlıq” şeirinin fonetik tərtibatının, məna yükünə uyğun ritminin və bütövlükdə intonasiyasının kifayət qədər emosional şəkildə ifadə etdiyi niskillərimiz əsərin elə ilk bəndlərindəcə dərhal verilir. Birinci bənd (niskillərimiz)  elegiya nəqəratı kimi şeirin sonunda təkrarlanır, şeiri qapadır. Refren forması göz bəbəyi kimi qoruya bilmədiklərimizi sanki bir yerə yığır. Eyni zamanda, şeirdə belə bir  seçim də qoyulur:

Ya gərək əzab içində

əziləsən, büzüləsən.

Ya gərək qəzəb içində

səngərlərə düzüləsən.

Rəhman Babaxanlının yaradıcılığında xüsusi seçilən bu məqamı da vurğulamaq istərdik. Bakının küçə və meydanlarını, hər tin, hər döngəsini əcnəbi reklamları bürüyəndə, şəhər reklam yarışına çıxanda Rəhman bu yarışa da Qarabağ müharibəsi prizmasından baxdı – “Bakı şəhər İcra Hakimiyyətinin başçısına açıq məktub”u  yazdı. Yazdı  ki:

Ancaq düşmənlərin zindanlarında

Yanır Şuşa, Laçın, Kəlbəcər, Ağdam,

Füzuli, Cəbrayıl, Qubadlı yanır…

Zəngilan özünü atır Araza…

Xocalı hər gecə qana boyanır,

Reklamsızdır deyə, gedir güdaza…

Adətən, belə mövzulara həsr edilmiş şeirlər gurultulu çağırışla,  hay-həşirə gedib çıxan bir küylə müşayiət olunur. Rəhman Babaxanlıda dərdin ağırlığı bütün gurultulu hay-həşirlərin üstündən basır, onları boğur və dərdimiz özü boyda ağır bir tonda qabarır. Dərdin ağırlığı şeirin ləngərinə dönür. Bu,  poetik intonasiyanın təbiiliyindəndir və şeirdə intonasiya əsas rol oynayır. Şeirdə göstərilən dərdlərin üçü də ağırdır – odda yanmaq da, sulara qərq olmaq da, al-qana boyanmaq da. Şair bunları  insanlara dərs götürüləsi  görk  kimi təqdim edir.

Xocalı faciəsindən hələ neçə il əvvəl belə bir dəhşətli hadisənin əlamətlərini “Bir cüt ayaqqabı, bir şüşə benzin…” şeirində göstərən şair  yanan on yaşlı mələk qızcığazın poetik heykəlini ucaltmışdı. (Bu barədə “Xalq Ordusu” (1992), “Bizim əsr” (2005) qəzetlərində yazmışdıq).

Millətimiz müharibənin min bir zillətini yaşadı. Bu taleyə biganə olanlara  lirik qəhrəmanı deyir:

Gah qaçqın deyirsən, gah da ki,  köçkün,

Mənəm   taleyikəm,  yığvalı   küskün!

Demirəm, başımın daşı bu pis gün

Torpağına gəlsin, daşına gəlsin…

Başıma gələnlər başına gəlsin?..

“Qaçqınlıq” şeirinin intonasiyasından da  aydın sezilir ki, bu, qarğış deyil, özlərini Allah sayan manqurtlara ünvanlanmış sualdır. Bu sualda qışın oğlan çağı qarlı aşırımlardan ayaqyalın, başıaçıq keçib gəlmiş, öz elindən–obasından, isti yurd-yuvasından didərgin salınmış, onun-bunun küncünə-bucağına qısılmağa vadar edilmiş “yığvalı küskün”, qəlbisınıq soydaşlarımızın naləsi səsləndirilmişdir.

Bu “taleyikəm” zavallılar belə ağır vəziyyətdə də qürurlarını, insanlığı, vətənə, torpağa sevgilərini qoruyub saxlayırlar. Onlar hətta qarğıyanda  da  daşa-torpağa qıymır, ona ağır söz deməyə dilləri gəlmir, xalq, vətən qədri bilməyənləri qarğıyırlar. Bu, zəngin milli mənəvi keyfiyyətlərimizi bütün tarixi əzəmətilə özündə canlandıran milli xarakterimizin ümumiləşdirilmiş obrazı, mənəviyyatımızın abidəsidir.

Şeirdə sualların ünvanlandığı nakəslər də, təəssüf ki, yad deyildi.

Rəhman Babaxanlı məhz bu mövqedən deyəndə ki,  Dərdi açıb–ağartmaq olmur,/ Varağın çoxu ağ qalır – yəqin elə onu nəzərdə tutur ki, dərdi açıb-ağardanda ağı kimi səslənən “Qaçqınlıq” şeirindəkilər ortaya çıxır. Amma varağın ağ  qalması da dərddir. Varaq ağ qalanda şair də “öz dərdi ilə baş–başa qalır“ (“Mən sənə dərdimi demərəm daha”), görür –     Kiminin dişi ağarır, / Kiminin saçı-saqqalı.  Bunun özü də şairə bir dərd olur.   

“Baxtabaxt” (1988-ci il) şeirində göstərilən başıdaşlıların diqqətini bir neçə il sonra Xocalı faciəsinə yönəltməyə cəhd edən şair  “Gülürsən…” şeirində hamını, “Qəhrəmanlıq” şeirindəki kimi, bir də böyük  dilemma qarşısında qoyur. Əslinə qalsa, bu, dilemmadan daha çox antinomiyadır:

Gülmə, sən güldükcə gülürlər bizə!

Gülmə, sənə gülən düşmənlərə bax!

Xocalıdan sonra sifətimizə

Nə  gülmək yaraşır, nə də ağlamaq.

Gülün, əsir qıza, əsir oğlana

Gülüş yaraşırsa, buyurun, gülün!

Xocalıdan sonra Azərbaycana

Ya döyüş yaraşır, ya da ki…  ölüm…

Rəhman Babaxanlının yaradıcılıq bioqrafiyasına bu qısa nəzər də onun “ümumi mənəvi simasının” saflığını göstərir, onu da göstərir ki, Belinski demişkən, “poeziya həyatın ifadəsidir, daha doğrusu, həyatın özüdür”. Bir də: “həyat poeziyada daha çox həyatdır, nəinki həyatın özündə”. Rəhman öz poeziyasında yaşayır və həmişə yaşayacaq.

Sədi NURİYEV

Filologiya elmləri doktoru, Yazıçılar Birliyinin üzvü

525-ci qəzet.- 2014.- 7 iyun.- S.20;25

Rəhman Babaxanlının yazıları


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>>

XASİYYƏT RÜSTƏMİN ŞEİRLƏRİ

XASİYYƏT RÜSTƏM

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

Leyli ağaclar

Bir gün söyüd belə Məcnuna dönər,

Göylərə üz tutub, o da dil açar.

Yıxmaz gövdəsini dəli küləklər,

Aşiq sevdasıyla göylərdə uçar.

Nə bulaqlar – duyan,

nə yollar – bilən!

Cavabsız qoyarlar suallarını.

Amansız quşlarmı almış əlindən

Leyli ağacının xəyallarını?..

İmtina

Ağlamaq istərəm, amma ki, çox gec,

Sənə dərdlərimdən vermərəm xərac.

Gözünə görünmək istəmirəm heç,

Köksünə quş belə sığmayan ağac!

Səndən ümidimi üzmüşəm artıq, –

Ruhum sənə gələn yolu unudub.

Elə həyatdan da küsmüşəm artıq,

Yaşaram, əlimlə köksümü tutub…

Axmatovaya

Vücudumu atəş sarar,

Qar kimi əriyər göylər.

Qismət nəsə o da olar;

“Xoşbəxt olmaq istəmirəm!” –

qəlbim söylər.

Başım üstdən bulud axar…

Yer qaçar ayağım altdan.

Gözlərinə baxa-baxa

Şeir demək necə asan!..

Bu şeirlər ikimizin!

Bir kitabda yoxdur hələ.

Razısanmı, ey əzizim,

Onlar düşsün dildən-dilə.

Bir nöqtədə dursa zaman

Divarlardan küsər saat.

Bəxtin verməz sənə aman,

Arzuları başından at!

***

Külək əsər, çırpar yerə

qarşısından qaçanı.

Özümdən gizləyim hara

Allah verdiyi canı?

Oyandım, yenə oyandım –

ürəyimdə intizar.

Əlini uzatma canım,

bu gün “əlvida”mız var.

Yolçu, bu da nə təsəlli?

kövrəltmə son anıımı.

Utandırım qoy, əcəli –

peşkəş edim canımı.

***

Məgər az idimi çəkdiyim çilə,

Siyah saçlarım da indi bəyaz qar…

Səni yuxularda görməyim belə

Yəqin ki, aləmə aşikar olar.

Qərib bir həyəcan könlümü sarmış,

Xoşbəxt olduğuma inanmaram mən.

Bilmirəm nə edim… Sabah olmamış

Bütün yuxuları silimmi görən?..

***

Qəribə deyilmi, sağam bu mövsüm,

Çiynimə yük olmuş dörd fəsil – dörd qış!

Asanmı sanırsan, qırx ildir köksüm

İçində ən ağır ürək daşımış!..

Yorğunam. Ağrılar sinəmə batır,

Bu halda dünyadan necə köçəsən?!

Ürəyim dayanır, sanki həyatın

Hökmü qarşısında diz çökmüşəm mən.

Yeknəsəklik

Həyətimdə rüzgar əsir,

Pəncərəmi döyür qar.

İçimdən qopan yellərdən

Güclümü bu rüzigar?

Pəncərəmin qarşısında

Yağır  bir leysan yağış.

İçimdən daşan sellərə

Bu damlalar – yalvarış!

***

Baxıram… Dinmirsən…

Əhvalın sərin…

Fikrində nə var ki, ruhunu sarmış?

Gözünə görünmür bişirdiklərim,

Bütün yeməklərim sobada qalmış.

İşdə olarkən də gəlməm ağlına,

Amma mən evimdə tək deyiəm, bax –

Gözləyir otaqda məni Marina,

Gözləyir otaqda məni Pasternak!

***

Bu günü də vurdum başa,

Oyalandım, bitdi keçdi…

Öz adımı yazdım daşa,

Əcəl gəldi, ötdü keçdi…

Ayaqlarım yerə batır,

Torpaq başa necə yaxın!

İşim də qalmamış, baxın,

Həyat məni atdı, keçdi…

“Günahkar” dedilər, yenə

Uymadım nifrətə, kinə.

Kimlərsə yazdı könlünə,

Kimlərsə unutdu keçdi…

***

Yalvardım “Allah!” deyə,

Açıldı Göyün üzü, –

Başladı əritmyə

Ürəyimdəki buzu.

Odum yox,

yol – duman, çən.

Tutmuşam ürəyimi;

Qoruyuram səni mən

Son kibrit çöpü kimi.

“Yazarlar” jurnalı


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru