İLHAM HEYDƏR OĞLU Sən dahisən, sən ərsən, Sən hünərsən, zəfərsən. Zülmət dalınca doğan, İşıqlı bir səhərsən. Azərbaycan xalqının İgid oğlu, ər oğlu, Ey İlham Heydər oğlu! * * * Düşmən burda qudurdu, Qurdun güclü bir ordu. Qətiyyətin, əzminlə, Azad etdin bu yurdu. Oldun ulu millətin Yenilməyən nər oğlu, Ey İlham Heydər oğlu! * * * Heyran olmuşuq sənə, Diz çökdürdün düşmənə. Qarabağdan çıxmağa, Qol çəkdirdin düşmənə. Qalib etdin yurdunu, Yurdunun Öndər oğlu, Ey İlham Heydər oğlu! * * * Məhv eylədin artsaxı, * O Paşinyan sarsağı. Azad etdin işğaldan. Sən müqəddəs torpağı. Əhsən söyləyir sənə, Bu vətənin hər oğlu, Ey İlham Heydər oğlu! * * * Sevinc ilə, gülüşlə, Doğma yurdla görüşlə, Tam otuz il sonradan, Qarabağa dönüşlə, Oldun xalqın gözündə, Xalqın müzəffər oğlu, Ey İlham Heydər oğlu! * artsax- Qarabağda yaradılmış qondarma “respublika” 12.11.2020.
Ad gününüz mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!
ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
1. Xoş gördük Əkbər müəllim. Sizi tanıyaq? Mən Əkbər Ağayev 1962- ci il fevralın 26 da Hacıqabul rayon Muğan qəsəbəsində anadan olmuşam. orta təhsilliyəm ailəliyəm üç oğlum bir qızım var.
2. Orta təhsilliyəm dediniz qiymətləriniz necə idi? O, da demək olar orta 5,4,3,
3. Necə oldu ədəbiyyata maraq yarandı? Ailə də ədəbiyyata marağı olan var idi? Bəli atam, qardaşım bacım şeirlər yazırdılar. Mən də orta məktəb illərində şeirlər yazırdım. Lakin uzun müddət ara verməli oldum. 2006 -cı ildən sosial şəbəkəyə gələndən yenidən yazmağa başladım. dostluğuma demək olar ki şairləri qəbul edirdim. Abdulla Cəfər, Hacı Gülqardaş, Arif Cəfərov, Zahir Ağayev, Qafqaz Quruçaylının şeirlərini oxuduqca içimdəki şeiryyata olan həfəs oyanmağa başladı.
4. Üç oğul atası olmaq necə bir hissdir onların ədəbiyyata marağı var yoxsa peşələri ayrıdır? Əvvalə onu deyim ki, oğul düşmən gözünə batan oxdur. Bir oğlum 14 ildir ki vətənin keşiyində durur. Kiçik oğlum şeir və qəzəl yazır. Üçü də qürur yerimdir…
5. Aranızda bir rəqabət olur təbii ki bir evdə iki yazan çətin olmur dadlı bir rəqabət təbii ki? Yox, rəqabət olmur. Əksinə bir- birimizə lazım olanda məsləhət veririk.
6. Dostlarınız necə sizə qarşı vəfalıdır siz dostlarınıza qarşı necəsiniz? Dar günümün dayağı olub dostlarım. Mən hər kəslə dostluq etmirəm, etdiyim kəslərə də sadiqəm…
7. Gənc yazarlarla münasibətiniz necədir qane edir sizi? Yazdıqları… Nə deyim, gənc yazarların eləsi var ki, dünən başlayıb şeir yazmağa adının önündə şair filankəs yazıb, hansı ki, şeirlərinə baxanda adamı ağlamaq tutur heca səhvi, şəkilçidən qafiyə qurur heç bölgü nədir bilmir poeziyamızı məhvə aparırlar (gənc yazarlar içərsində ) xanımlar üstünlük tuturlar onlara münasibətim müsbətdir yaxşı yazırlar. Gərək hər şeyi Ədalət Naminə deyəsən:
Səsinə səs verən, həyan yoxdusa Yazdığın şeiri, duyan yoxdusa. Səni şair bilib, sayan yoxdusa, Atılıb düşməyin, nə mənası var.
8. Kitab çapı necə düşünürsünüz yoxsa var kitablarınız? Kitabım yoxdur, hələ mən ona hazır deyiləm, söhbət maddi tərəfdən getmir. Zehini tərəfdən hazır deyiləm, kitab rəfdə qalmamalıdır. Əldən ələ gəzməlidir.
9. Saxta təriflərə reaksiyanız necədir? Saxta təriflərə ehtiyac duymusunuz…. Bir zaman sosial şəbəkələrdə də saxta təriflərə qarşı çıxdım, amma xeyri olmadı, tərifdən çox tənqidə önəm verirəm. Çünki tənqid mənim püxtələşməyimə stimul, verir təkan verir…
10. Sərt tənqid sizi üzər yoxsa maraqlıdır? Sərt tənqid insanı ruhdan salar, həmçinin məni də, sərt tənqid edən sənə paxıllıq edəndir ki, O, əsəbi şəkildə deyir səhvlərimi sadə və yumşaq deyən mənim dostumdur.
11. Sizi çox yormayaq sizi bilib tanıyanlara dostlarınıza son sözünüz nə olardı, bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz? Hər kəsə ədalətli olmağı arzu edirəm, məhz buna görə də Ədalət Naminə, özümə təxəllüs götürdüm, haqq ədalət yolunda mübariz olmaq şərəfli işdir. Sizə də təşəkkür edirəm. Mənə görə dəyərli vaxtınızı ayırmısız, çox sağ olun.
Mən şair deyiləm şeir yazıram, Şər böhtan yazmıram, xeyir yazıram, Haqdan bir səs gəlir, deyir yazıram, Ədalət Naminə qanun naminə . * * * Hərdənbir həddimi mən də aşıram, Düz yoldan çıxıram yolu çaşıram, Xəyalən kimləsə hey dalaşıram, Ədalət Naminə qanun naminə. * * * Sevmədim heç zaman qanun pozanı , Ayağlar altını eşib qazanı, Sevirəm ölçünü düzü mizanı, Ədalət Naminə qanun naminə. * * * Ömrümü yarıdan ötürmüşəm mən, Cavanlıq çağımı bitirmişəm mən, Əkbərəm təxəllüs götürmüşəm mən, Ədalət Naminə qanun naminə .
Bilməsin Quran mənim imam mənim can, mənim , Şəhid mənim şərəf mənim qan mənim, Sabah mənim şəfəq mənim dan mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Vətən mənim torpaq mənim yurd mənim, Aslan mənim pələng mənim qurd mənim, Ləzgi mənim Talış mənim Kürd mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Qeyrət mənim namus mənim ar mənim, Yaxşı mənim yaman mənim xar mənim, O tay bu tay çox millətim var mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Ürək mənim atəş mənim köz mənim, Abır mənim həya mənim üz mənim, Şeir mənim cümlə mənim söz mənim, Bilən bilir kimsə bilmir bilməsin .
Qardaşım Çox müsübət zillət çəkibdir başım, Bilməzdim bu qədər ağırmış daşım. Kefimdən çıxmadım uca dağlara Mənə bəxtəvərsən deyən qardaşım. * * * “Haqq deyən şairi sərpa soydular”.* Nə olsun sonra da heykəl qoydular, İndi dı çox olur hoydu- hoydular, Mənə bəxtəvərsən deyən qardaşım. * * * Şairin həyatı dərbədər olur, İçində ah nalə dərd kədər olur, Sevincli günləri bir qədər olur, Mənə bəxtəvərsən deyən qardaşım. * * * İlhamı qəm qüssə dərd olur qardaş, Günləri pərişan pərt olur qardaş, Yayı da qış kimi sərt olur qardaş, Mənə bəxtəvərsən deyən qardaşım. * * * İndiki zamanda dpnəmdə mənim, Dağ boyda dağım var sunəmdə mənim, Düşmən at oynadır binəmdə mənim, Mənə bəxtəvərsən deyən qardaşım.
*Nəsimidən gedir söhbət.
Dağların Hey baxdıqca qəlbim yanır odlanır İsti olur yayı bizim dağların. Bir yeri var haramı dağ adlanır Çox da deyil sayı bizim dağların. * * * Yamacları yaşıl olmur boz olur, Yay uzunu hər tərəfi toz olur, Aran yeri şoran olur duz olur, Toz torpağdı layı bizim dağların. * * * Şəlalədən danışmağa lüzüm yox, Tərif üçün bircə kəlmə sözüm yox, Bulağında nə çayında gözüm yox, Lilli axır çayı bizim dağların. * * * Şeytan deyir ev eşiyi ” sat” getsin, İstəyinə muradına “çat” getsin, Kəs ayların onbirini “at ” getsin, Gözəl olur mayı bizim dağların. Yoxdu vallah tayı bizim dağların.
Ps : Şairin oğlu da şeirlər qəzəllər yazır ona da yeni yaradıcılıq uğurları arzulayıram.
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən bütün hekayələrin (archive.vn) siyahısını təqdim edir. Bu siyahıdan hər iştirakçı öz hekayəsini asanlıqla tapa və linkə daxil ola bilər.
Fəth etdiyin zirvədən uca zirvə yox daha, İndi həmin zirvədən xalqın baxır sabaha! Xalqın bütöv bir ordu, Sən Alı Baş Komandan! Tarixdə ən möhtəşəm Zəfəri Sən çalmısan! * * * Sən ey Ölkə Rəhbəri, Sən ey Dövlət Başçımız, Başımızda əbədi qalibiyyət tacımız! Sən ey Odlar Yurduma Yeni Bir Tarix Yazan, Sən ey əbədiyaşar, cahanşümul Qəhrəman! * * * Heydər dühası olub əsrə yol xəritəmiz, Qəlbimizdə yaşayan ən əziz xatirəmiz! Xalqının taleyinə günəştək doğulmusan, Əzminlə sübut etdin, Ulu Öndər oğlusan! * * * …Şöhrətin sığan deyil bir şeirin çərçivəsinə, Milyonlar qoşulacaq Atəşinin səsinə! Sən bütün varlığınla Vətəninə bağlısan! Güclüsən, çünki daim ədalətlə, haqqlasan!
Müqəddəs hiss – vətənpərvərlik! Doğma yurda, torpağa, bayrağa, ocağa məhəbbət! Vətənin taleyi üçün narahatçılıq hissi keçirmək! Vətənin maddi və mənəvi sərvətlərinə, zəhmətkeş və fədakar insanlarına, elm, mədəniyyət, incəsənət xadimlərinə, vətənin dünya şöhrətli tarixi şəxsiyyətlərinə görə iftixar və qürur hissi yaşamaq!
Budur vətənpərvərlik!
Vətənpərvərlik, Vətənə bağlılıq, Vətən eşqi insanın damarlarına çökür, qanına qarışır. Biz, hər birimiz doğma adamlarımıza bəslədiyimiz duyğuları eyni zamanda Vətənə münasibətdə ifadə edirik.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim. (Məmməd Araz)
Şairə Adilə Nəzər isə deyir:
Günəş olmaq istəyirəm, Vətən!
Hər səhər üzünə işıq gətirim deyə.
Qarış-qarış torpağına
İsti nəfəs ötürüm deyə .
Gözlərin olmaq istəyirəm, Vətən!
Adilə Nəzər niyə Vətənin gözləri olmaq istəyir? Bu suala “Vətən” şeirində özü cavab verir: dünyanın gərdişini, əyrini, düzü, yaxşını, pisi görmək üçün:
Öz şərəfsizliklərini,
Görməmək üçün gözlərini bağlayanları,
Gözlərimdən itirim deyə!
Adilə Nəzər öz şeirlərində bir çox sosial problemləri, adət-ənənləri, inancı, sevgi, məhəbbət mövzularını şair səriştəsi ilə qələmə alıb. Fəqət vətənpərvərlik, Vətən onun ən çox müraciət etdiyi mövzulardandır. Mən deyərdim ki, bu xanım, bu vətənpərvər şair Vətənə qırılmaz tellərlə çox bağlıdır.
Bu yazımda mən onun digər gözəl şeirləri üzərində deyil, yalnız Vətən soraqlı, vətən sevgili şeirləri üzərində dayanmaq istəyirəm.
Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur. Bir neçə elmi kitabı işıq üzü görüb, bu istedadlı xanım eyni zamanda bir sıra şeir kitablarının nəşrinə də nail olub və həmin əsərlərdə vətənpərvərlik, Vətənə məhəbbət, ölkəmizin gözəllikləri, xeyirxahlıq, səmimiyyət, şəxsiyyətlərarası qarşılıqlı gözəl münasibətlər, dostlar, sevgənlər arasındakı məhəbbət sevə-sevə vəsf olunub. Mənfi hallar, naqis tərbiyə üsulu tənqid olunub, düşmənə nifrət hissi alovlanıb.
Biz Adilə Nəzərin Vətən, vətənpərvərlik, yurda bağlılıq, Vətənin müdafiəsi ilə bağlı şeirlərini iki yerə ayırardıq. 2020-ci ilin 27 sentyabrına qədər olan dövr (torpaqlarımızın işqal altında olduğu illəri əhatə edən, qəm-qüssəli dövr, nisgilli bir yaşantı); 2020-ci il sentyabrın 27-dən, xüsusən noyabrın 8-dən, 10-dan sonrakı bir dövr (zəfər, qələbə, sevincli günlər).
Adilə Nəzər bir zamanlar ərazisinin beşdə bir hissəsi işğal altında olan Vətənin ağrı-acısını yaşayır, lakin özünü ələ alaraq ona ürək-dirək verirdi:
Gün gələcək səbrim qalxıb coşacaq,
Nifrətin sel olub aşıb-daşacaq.
Bağlı olan bütün sədlər aşacaq,
Mübarizə qürur verər millətə!
Adilə xanım sözlərində haqlı idi. “Mübarizə qürur verdi millətə.” Vətən deyilən Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzulu, Qubadlı, Zəngilan silkələnib ayağa qalxdı. Qarabağ Azərbaycan idi, Azərbaycan oldu.
30 ilə yaxın idi ki, torpaqlarımız erməni-faşist işğalçılarının əsarəti altında idi. Bu, hər bir azərbaycanlı kimi Adilə xanımın da dincliyini, rahatlığını əlindən almışdı. Yana-yana deyirdi:
Bilərək Vətənin can olduğunu,
Heyif ki, asanca itirdik onu.
Bu zülmün-zillətin yoxmu bir sonu?
Sən özün bir əlac eylə, Allahım!
Adilə xanım bu sətirləri 2012-ci ildə yazmışdı. Allah onun haqq səsini eşitdi, səsinə səs verdi.
44 günlük Vətən müharibəsi ötən il uğurla başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və müzəffər ordumuzun fədakarlığı, cəsurluğu və igidliyi ilə düşmən – erməni ordusu darmadağın edildi. İşğal altında olan torpaqlarımız – şəhər, rayon və kəndlərimiz azad olundu.
Bütün vətənpərvərlərimiz, soydaşlarımız kimi Adilə xanımın da sevincinin həddi-hüdudu olmadı.
Şair torpağın qədrini bilməyi, hər zaman ayıq-sayıq olmağı, yurdu-yuvanı qorumağı vacib sayırdı. Şairin şeirlərində dediyi bu idi ki, vara-dövlətə uyub arxayınlaşmayın, Vətənin qədrini bilin. Torpaq, ərazi əldən gedəndə xoşbəxtlik də yoxa çıxır, var-dövlət də:
Sevinməyin boş yerə,
Malınıza, pulunuza,
Hələ kim olacağını
Bilmədiyiniz övladınıza.
Heç kimin olmayacaq bu dünya,
Siz uymayın tamaha.
Bunları diqqət mərkəzinə gətirən şair axırda aşağıdakı qənaətə gəlir:
Qürurunuz, bayrağınız,
əbədi yatdığınız
torpağınız olacaq.
Qoruyun bu torpağı,
Qoruyun Qarabağı.
Yaman günün ömrü az olar deyərlər. Bu yaman günün ömrü amma uzun çəkdi – 28 il. Fəqət “Ədalət zəfər çaldı!” Azərbaycan diplomatiyası, Azərbaycan ordusu qələbə qazandı. Azğınlığı, vəhşiliyi, qəddarlığı, xəyanətkarlığı, satqınlığı, yaltaqlığı, namərdliyi ilə Yer üzündə misli-bərabəri olmayan düşməni – erməni faşist işğalçılarını diz üstə çökdürdük.
Qüssə-kədəri bir yana atıb sevinc donuna bürünən Adilə Nəzər qələmə sarılıb “Bu zəfər bizimdir” şeirində yazdı:
2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Zəfər bayramı qeyd olundu. Minlərlə insan meydana axışdı. Ordumuzun paradı keçirildi.
Bu il Zəbər Bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib qələbə münasibətilə xalqımızı təbrik etdilər.
Adilə Nəzər də bu böyük günün şəninə“Zəfər günü Bakı Bulvarı” şeirini yazdı:
Bu gün Bakı bulvarı Zəfər rəngində idi.
Köklənmişdi hər yerdə “Cəngi”yə sazın simi,
Axırdı insan seli coşqun dağ çayı kimi.
Kimi təlaşlı idi, əlində şanlı bayraq,
Kimi xəyallarında ovuclayırdı torpaq…
Adilə Nəzərin Vətən mövzulu şeirləri saysız-hesabsızdır. Onların hamısını diqqət mərkəzinə gətirmək imkanımız xaricindədir. Onun “Vətən, sənin köksündə gül tək bitəm” şerinə müraciətlə bu istedadlı şairə uğurlar diləyirəm:
Keşiyində bir ömür ayıq və sayıq olam,
Qoruyam öz yurdumu, canıma tən saxlayam.
Gərək gözümün üstə, şanına layiq olan,
Azərbaycan adında ana Vətən saxlayam.
Adilə Nəzər şeirinə, şeiriyyətinə hörmətlə,Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
SONA ABBASƏLİQIZININ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ
20 dekabr 2021 – ci il tarixində Sona Abbasəliqızı (İsmayılova) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Sözün xaqanı” adlı yeni kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbir həm də Sona xanımın 60 illik yubileyinin qeyd olunduğu ad gününə təsadüf etdiyindən tədbir iştirakçılarının olduqca səmimi çıxışları və yubiliyar müəllifə xoş arzuları ilə yadda qalıb. Sona xanımın Xaqani Şirvaninin həyatından bəhs edən bu kitabı ətrafında baş tutan diskusiyaları ümumilikdə Nizami ilinin yekunu kimi də qiymətləndirmək olar. Bu xüsusda Sayman Aruzun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə qonaqlardan Lütviyyə Əsgərzadə, Südabə Sərvi, Sevda İbrahimova, Elşad Barat, Vahid Çəmənli, Əli Vəliyev, Bayraməli Qurbanov, Vüqar Abdu, Telli Bağırova, Müşfiqə Baladdinqızı, İmdat Kazım, Kəmalə Həsənova, Yusif Abbdulla, Əbülhəsən müəllim, Qurban müəllim, Nailə xanım və başqaları iştirak ediblər. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac klassik irsimizin təbliğində uzun illər səmərəli fəaliyyətlərinə görə cənab Sayman Aruza və xanım Sona Abbasəliqızına “Nizami Gəncəvi” diplomu təqdim etmişdir. Sonda Sona xanım qonaqlara öz təşəkkürünü bildirmişdir. Tədbirdən fotolar:
SONA ABBASƏLİQIZININ 60 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ ZAUR USTACDAN TƏBRİK
Ustaclı oğlu, Ustacam! Gözlərimin alalığı, Ulu Göycəmdən ərmağan. Ərdəbilin naləsidir, Ruhum həp eylədi fəğan. * * * Yarı Qarqar, yarı Əfkər, Şəhriliyəm; şaham, tacam! Şah İsmayıl silahdaşı, Ustaclı oğlu, Ustacam!
Bu gün Sona Abbasəliqızı (İsmayılova) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Sözün xaqanı” adlı yeni kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbir həm də Sona xanımın 60 illik yubileyinin qeyd olunduğu ad gününə təsadüf etdiyindən tədbir iştirakçılarının olduqca səmimi çıxışları və yubiliyar müəllifə xoş arzuları ilə yadda qalıb. Sona xanımın Xaqani Şirvaninin həyatından bəhs edən bu kitabı ətrafında baş tutan diskusiyaları ümumilikdə Nizami ilinin yekunu kimi də qiymətləndirmək olar. Bu xüsusda Sayman Aruzun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə qonaqlardan Lütviyyə Əsgərzadə, Südabə Sərvi, Sevda İbrahimova, Elşad Barat, Vahid Çəmənli, Əli Vəliyev, Bayraməli Qurbanov, Vüqar Abdu, Telli Bağırova, Müşfiqə Baladdinqızı, İmdat Kazım, Kəmalə Həsənova, Yusif Abbdulla, Əbülhəsən müəllim, Qurban müəllim, Nailə xanım və başqaları iştirak ediblər. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac klassik irsimizin təbliğində uzun illər səmərəli fəaliyyətlərinə görə cənab Sayman Aruza və xanım Sona Abbasəliqızına “Nizami Gəncəvi” diplomu təqdim etmişdir. Sonda Sona xanım qonaqlara öz təşəkkürünü bildirmişdir. Tədbirdən fotolar:
DEKABR QARPIZI (Hekayə) Görünür, yaxşı sürücü olmadığımdandır ki, heç nə hiss etməmişəm.Yanımdan ötən maşın qəza işıqlarını yandırıb-söndürdü və daha sonra sürücü sükan arxasından əli ilə nə isə işarə etdi. Maşını yolun kənarına verib saxladım. Arxa sağ təkərin havasız olduğunu gördüm.Təbii ki, ilk olaraq ehtiyat təkəri çexolundan çıxarıb, təkər açmaq üçün açarı və domkratı yük yerindən götürdüm. Təəssüf ki, ehtiyat şində də hava yox idi. Nasos isə ümumiyyətlə maşınımda olmadığı yadıma indi düşdü. Məndən təxminən otuz-qırx metr irəlidə ağ rəngli jiquli maşını dayanmışdır. Adətən belə sovet maşınlarında nasos olur deyə yaxınlaşmağa qərar verdim. Üz-gözündən nüranıliyi ilk andaca sezilən yaşlı kişi yolun kənarında qarpız satırdı. Onun piştaxtasının üstündə on-on iki qarpız vardı. -Salam ağsaqqal,bazar olsun!- dedim. -Çox sağ ol oğul -deyə cavab verdi və əlavə etdi:- Texnika şıltaqlıq edir? -Hə ağsaqqal. Nasosunuz olmaz? -Yox oğul! Qabaqda Sığırlı kəndinə yaxın təkər təmiri yeri var. -Axı necə… – Problem deyil, mən aparıb hava vurduraram, altı-yeddi klometr ola-ya olmaya -Dayı can, xəcalət verirsiz ,amma başqa secimim də yoxdur- dedim. Ehtiyat təkərimi baqajında qarpız olduğundan maşının salonuna yerləşdirdim. -Narahat olma, bu saat hava vurdurub qayıdacam.Əgər kimsə saxlayıb qarpız istəsə kilosu iki manatdır. Hamısı standart on kiloluqdur. İyirmi manat! -Arxayın olun, dayı – dedim. Heç ağsaqqalın maşını uzaqlaşmamış bir AMC markal mersedes saxladı. Salamsız-kəlamsız qarpız neçəyədir soruşan gənc oğlana bir anlıq tərəddüdən sonra iki manat cavabını verdim. -Yəni biri iki manata? -Xeyir kloqramı,biri iyirimi manata -Bu dekabr soyuğunda qarpızı kimdi alan. Birinə beş manat verim? -Sahibi mən deyiləm. Mənə tapşırıb ki,birini iyirmi manata verərsən. Gənc oğlan, heçnə demədən, sükan arxasına əyləşib sürüb getdi. Bir az keçmişdi, solğun yaşıl rəngli vaz “011” markalı köhnə maşın saxladı. Maşının vəziyyətindən hiss olunurdu ki,o yalnız ayağı yerdən üzməyə yarayır.Sürücü 30-35 yaşlı, qarayanız gənc idi. Maşının arxa qapısı da eyni vaxtda açıldı. Solğun bənizli gənc xanım düşəndə zənn etdim ki, onlar ər-arvaddır. Qarpız seçmək üçün ikisi də piştaxtaya yaxınlaşacaq. Amma zənnimdə yanılmışdım. Xanım maşının arxasına keçdi. Mənə elə gəldi ki,onun sifəti avazımış, üzündə ləkəyə bənzər qızartı vardı. Diqqət yetirməyin etik normalardan kənar olduğunu anlasam da, ancaq onun ögüməyini hiss etməmək mümkün deyildi. -Salam qardaş! Bazar olsun! Qarpız neçəyədir? Tutuquşu kimi ikinci “müştərimə” də cavab verdim. -Bu soyuqda qarpızı heç kim kefindən almaz- deyə o, maşınına tərəf döndü. Qeyri-ixtiyari əlini dəsmalla ağzına tutan xanıma baxdım. O, maşından iki-üç metrlik məsafədə idi. Çevrilib əyləşmək istəyəndə ilk olaraq sol ayağını atdı. Anidən,haradan yadıma düşdüyünü anlamadım ki,axı qadınlar əsasən yeriyəndə sağ ayağı birinci atır. Bəlkə də bu xanım boyludur fikirləşdim. -Qardaş bəs siz neçəyə istəyirsiz? Gənc: -Beş manatım var,verərsiz? -Əlbəttə! Buyurun götürün! Ağsaqqal naşı olduğumu görüb, təkərin dəyişdirilməsini də özü etdi. Xüdafizləşmək məqamı çatanda, cibimdən iyirmi manat çıxarıb: -Siz gələnəcən bir qarpızınızı satmışam -dedim. -Nə yaxşı, ay oğul. Elə olur ki, heç mən üç gündə bir qarpız sata bilmirəm. Sonra isə onun “qonaq olun” deməsinə baxmayaraq, bir qarpız da özüm üçün aldım.