DAMM-də “QANLI YANVAR” ANILDI…

DAMM-də “QANLI YANVAR” ANILDI..
Hələ 1987- ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Daglıq Qarabağ problemi respublikamızın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işgalına ,Ermənistanda və Dağlıq Qarabağda.yaşayan yüzminlərlə azərbaycanlıların öz doğma yurd- yuvasından qovulmasına yönəldilmişdi.
Keçmiş SSRİ- nin iki respublikası arasında yaranan bu münaqişə hələ XIX-XX yüzilliklərdə ermənilərin planauyğun, məqsədli şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmasına ,eyni zamanda xalqımıza qarşı etnik təmizləmə və mərhələli şəkildə soyqırımların keçirilməsinə yönəldilmişdi…..
Söhbətimizin davamı hüzn gününə həsr olunmuş Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin ofisində təşkil olunmuş növbəti yıgıncağında tanınmış,dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin şahidliyi ilə baş vermiş hadisələri kədərli hisslərlə yad etməsi ilə oldu….
Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirə “Əbədi Birlik”Gənclər İB- nin üzvləri də qatılmışdı…
.Çingiz müəllim 90-cı illərdəki hadisələri, həm də 30 illik Qarabağ müharibəsindən faktlarla, o dövrdə çəkdirdikləri foto- şəkillərlə izahlı şəkildə şərh edirdi.Məhz həmin dövrdə hadisələri yaymaq qadağan olmasına baxmayaraq qısa müddətdə yazdıqları “Qanlı Yanvar”kitabını n Moskvaya aparıb necə nümayiş edib payladıqlarından danışdıqca, həmin günlərdəki həyəcanı yaşayırdı….

Çingiz Abdullayev. DAMM- nin prezidenti olaraq, eyni zamanda bu təşkilatın idarə heyəti ilə,tanınmış ziyalılarla, yazıçı və .sairlərlə, gənclərlə onları maraqlandıran hadisələrin təfsilatı ilə bir daha tanış etdi.Və özü bu hadisələrin dərinliklərinə, incə məqamlara toxunaraq o dövrdə baş verən hər detalı danışdıqca özü ilə gətirdiyi ” Qara Yanvar”kitabındakı şəkillərə istinad edirdi.On4u dinlədikcə həmin günlərə- açı yanvara döndüm….
Qanlı küçələr minlərlə qırmızı qərənfillərə qərq olmuşdu.O gün İqtisad İnstitunda təhsil alan oglum semestr imtahanlarını vermək üçün Bakıdaydı.Səhər çox gərgin halda oglumun gəlmədiyini görüb evdən yola qaçdım ki , hər hansı bir maşınla Bakıya çatım! Zavodun yanına çatanda gördüm ki ayaqyalınam!Yolda Bakıdan bizə gələn xalamın oglunu gördüm. O mənə oglumun gəlib gəlmədiyini soruşanda yox dedim.Çaşqın halda məni evə qaytardı və oglumun ona verdiyi paltarları gətirdiyini bildirdi..Huşumu itirdiyimdən gözümü açanda başımın üstündə təcili yardımın tibb bacısını və həkimi gördüm , oglumu soruşdum , hələ də gəlməmişdi…Mənə səbrli olmağı dönə dönə tapşırırdılar.Nəhayət, o gəlib çıxdı.Özümdən ixtiyarsız zaçot kitabçasını istədim , verdi Onu əlimə alıb ikiyə bölmək istədim ki,daha belə hala düşməyim.Həqiqətən , ağlagəlməz dəhşətlər yaşadıq!!!Dəli olma həddinə çatdıq.Amma dözdük!!!
Acılı xatirələr, yanvar qətliamı,Xocalı soyqırımı….Tükürpədici anları təkrar yaşadıq..Ta ki, Aprel döyüşləri,44 günlük müharibə,19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabagda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri. nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə 20 yanvar şəhidlərinin də ruhları rahatlıq tapdı…
Düşündükcə adam dəhşətə gəlir.Millətimiz nə qədər vəhşiliklərə məruz qalsa da sınmamışdı…
Ali Baş Komandanımızın məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində iki yüz ildən çox işğallara məruz qalmış torpaqlarımız azad edildi.Çoxminli şəhidlərimizin,qazi və müharibə iştirakçılarımızın—Şanlı Müzəffər Ordumuzun qəhrəman,cəsur , qorxmaz,əsil vətənpərvər ogullarımızın canları bahasına dogma torpaqlarımız vəhşi erməni vandallarından təmizləndi…
Artıq işgaldan azad edilmiş ərazilərimizdə sürətli tikinti abadlıq işləri aparılır.Yurd- yuvalarından köçkün,qaçqın və didərgin düşmüş əhali öz dogma yerlərinə-abad şəhər və kəndlərinə dönür,yeni həyata qədəm qoyurlar..
Bəli,xalqımız qorbaçovların və digər bizə qarşı mənfur siyasətlərini yeridənlərim zül mlərindən azad oldular.Lakin,düşmən dediklərimiz hələ də qələbəmizi ,zəfərimizi uda bilmir!
Maraqlı keçən yıgıncaqda DAMM- nin l vitse prezidenti Ruhiyyə Poladova,bu sətirlərin müəllifi, “Carçı”jurnalının təsisçisi və redaktoru Gülnarə Əmirquliyeva ” Cabir Novruz”Mədəniyyət Mərkəzinin əməkdaşı,bədii qiraət ustası, “Gün az “az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı,”Yazarlar” jurnalının təsisçisi və baş redaktoru,şair,yazıçı publisist,Prezident təqaüdçüsü Zaur Ustac həkim- şair Zakir Agdamlı,xalq artisti Rasim Balayevin bacısı Təranə xanım,”Əbədi Birlik”Gənclər İB – nin sədri Şahin Əliyev,DAMM- nin Qəbələ təmsilçisi Təranə Alməmmədova və başqaları çıxış edərək ürək sözlərini söylədilər.Tədbir iştirakçıları. “Şəhidlər Xiyabanı” nı tər qərənfillərlə ziyarət etdilər..Sonda xatirə şəkilləri çəkildi.


Nəzakət Eminqızı,

DAMM- nin E.Ş nın sədri,”Yazarlar” jurnalının əməkdaşı,AJB- nin üzvü,yazıçı-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.

Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)

XASİYYƏT RÜSTƏM

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

“Yazarlar” jurnalı


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Daş oğul

DAŞ OĞUL
(esse)
Fəxri xiyabanın səssizliyi bəzən min kitabdan artıq danışır. Ağacların kölgəsi altında dayanan ağ mərmər heykəllər, üzərinə qoyulmuş qərənfillər, dua pıçıltıları və nisgilli baxışlar burada zamanın özünü də susmağa məcbur edir. Elə həmin səssizliyin içində bir mənzərə vardı ki, onu nə foto tam göstərə bilər, nə də söz tam ifadə edə bilərdi.
Bir tərəfdə daşlaşmış oğul dayanmışdı.
Digər tərəfdə isə ömrünün bütün baharlarını, yaylarını, payızlarını yaşamış bir ana…
Bu, adi görüş deyildi. Bu, torpaqla daşın, ömürlə xatirənin, analıqla əbədiyyətin görüşü idi.
Azərbaycanın böyük söz ustadı, xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə insanlar onun məzarını ziyarətə gəlmişdilər. Hər kəs öz ehtiramını ifadə edir, şairin misralarını xatırlayır, ruhuna dualar oxuyurdu. Ancaq həmin gün gələnlərin arasında elə bir qonaq vardı ki, onun varlığı bütün sözləri kölgədə qoyurdu.
Bu, şairin anası – Güllü ana idi.
Ana oğlunun heykəlinə baxırdı. Uzun-uzadı, səssiz-səmirsiz baxırdı. Sanki gözləri qarşısında duran mərmər heykəli deyil, bir zamanlar qucağında böyütdüyü körpəni görürdü. O körpəni ki, ilk addımlarını onun əlindən tutaraq atmışdı. O körpəni ki, sonralar sazın, sözün, elin-obanın sevimlisinə çevrilmişdi.
Daş oğul susurdu.
Ana isə ürəyində danışırdı.
Bəlkə də həmin an xatirələr bir-bir gözlərinin önündən keçirdi. Uşaqlıq çağları, ilk şeirlər, ilk uğurlar, ilk ayrılıqlar… Bəlkə də zaman geri qayıtmışdı və ana yenidən oğlunun saçlarını oxşayırdı xəyalında.
Sonra o, asta addımlarla heykələ yaxınlaşdı.
Dodaqlarında oğlunun misraları vardı:
“Baş yastığa gələndə…”
Bu misra artıq şeirdən çox ananın nəfəsinə çevrilmişdi. O, oğlunun dizinin dibində əyləşdi. Dünyanın ən böyük kitablarını yazanlardan birinin qarşısında oturdu. Və həmin anda elə bir kitab yazdı ki, onu heç bir nəşriyyat çap edə bilməz, heç bir kitabxana qoruyub saxlaya bilməz.
Bu kitab cəmi bir sözdən ibarət idi.
Bircə kəlmədən.
Ana ürəyinin, ömrünün, taleyinin, nisgilinin bütün yükünü bir sözə sığdırdı:
– Balam…
Bu söz nə müraciət idi, nə nida.
Bu söz bir ömrün xülasəsi idi.
O sözün içində laylalar vardı. Gecə yuxusuz qaldığı günlər vardı. Oğlunun sevincinə sevinən, dərdinə yanan illər vardı. O sözün içində həm ayrılıq, həm həsrət, həm də sonsuz məhəbbət yaşayırdı.
Daş oğul yenə susurdu.
Ancaq bəzən daşlar da danışır.
Bəzən heykəllər də cavab verir.
Bəzən bir xalqın yaddaşında yaşayan şairlər ölümün fövqünə yüksəlirlər.
Çünki söz adamları torpağa tapşırılsalar da, unudulmurlar.
Həmin gün Fəxri xiyabanda yalnız bir şair anılmırdı. Həmin gün analıq da ucalırdı. Ana sevgisinin zaman və ölüm qarşısında necə əbədi olduğunu göstərən müqəddəs bir səhnə yaşanırdı.
Ağaclar şahid idi.
Qərənfillər şahid idi.
Daş oğul şahid idi.
Və tarix də şahid oldu ki, dünyanın ən böyük kitabı bəzən yalnız bir sözdən ibarət olur:
– Balam…
21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zəlmxan Yaqubun anası məzarı başında: – “Balam!”

Ana təbiət, daş oğul və kitab Ana.
(Zəlimxan Yaqubun doğum gününə)
Təqvimin bu günü Azərbaycanın şair oğlu Zəlimxan Yaqubun doğum günüdür… Böyük söz ustadı məzarı başında anıldı… Eşq olsun sazı, sözü sayıb, şairin ziyarətinə gələnlərə! Salam olsun şair Zəlimxan Yaquba!!! Gələnlərin içərisində bir nəfər də var idi… Ulu bir ulusa dədə oğul bəxş etmiş Güllü ana… Əvvəlcə dilində qırıq-qırıq bayatı daş oğula xeyli tamaşa etdi… Sonra dədə oğlundan “…baş yastığa gələndə…” misrasını təkrar-təkrar sitat gətirə-gətirə daş oğula yaxınlaşdı… Oğlunun dizinin dibində oturub, dillərə dastan olacaq (əlbəttə onu anlaya bilənlər üçün) yalnız bircə kəlmədən ibarət olan kitabını yazdı: – “…Balam…”!!!

21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

 Müəllif: Zaur USTAC

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

21 yanvar Zəlmxan Yaqubun anadan olduğu gündür…

21 yanvar  Zəlimxan Yaqubun anadan olduğu gündür. Azərbaycan Xalq şairi məzarı başında anılıb. Fotolar:

Ruhuna Fatihə: Oxu!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəlimxan Yaqub və Dədə Ələsgər

Zəlimxan Yaqub Aşıq Ələsgər haqda yazır.

Unudulmaz el bəzəyi, el oğlu,
Hər gün onu saz dinlədi, saz andı.
Yaratdığı gəraylıda, qoşmada,
Yüz il, min il şair ömrü uzandı.

Var oynayan, dümbək çalan, var aşıq,
Ustad aşıq hər məclisə yaraşıq.
Saz əhlinə, söz əhlinə yar aşıq,
Müqəddəsdi, ağsaqqaldı, ozandı.

Ömür verib divarına, daşına,
Yaş artırıb sözümüzün yaşına.
Nanəcibin, müxənnətin başına
Sözü var ki, bircə qaynar qazandı.

El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.
Dedilər ki sinəsindən deyəndi,
Demədilər, hecalayıb yazandı.

Nə Kərəmtək yaş axıdıb ağlayan,
Nə Məcnuntək ürəkləri dağlayan,
Yeri gəlsə çaylar kimi çağlayan,
Yeri gəlsə nərə dönüb qızandı.

Qonaq oldu hər yurda, hər oymağa,
Tərif dedi Güləndama, Qaymağa.
Sənətində balı qatdı qaymağa,
Haqq aşığı əbədiyyət qazandı!!!

Müəllif: Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəlimxan Yaqub

ZƏLİMXAN YAQUB – HAQQA ARXA ÇEVİRSƏN

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – GƏLİRƏM

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUBUN ŞEİRLƏRİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – ƏZİZİM

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – BİR GÖZƏLƏ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUBDAN BİR ŞEİR

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – XOCALIM, AY XOCALIM

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Müəllif: Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Şəhidlər

Şəhidlər
Millətim yol gəlir neçə min ildir,
Yolunu-izini çəkər şəhidlər.
Yerdə aslan kimi durar marıqda,
Göydə şahin kimi səkər şəhidlər.

Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.

Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər.

Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar,ömrünü bağban eyləyər.
Canını xalqına qurban eyləyər,
Qanını yurd üçün tökər şəhidlər.

Özü qocalmaz ki,əsri qocaldar,
Gələcək,gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.

Bayraq tək ucadır adı onların,
Adları titrədir yadı onların
Qanında doğmaqçün qəhrəmanların,
Millətin ruhuna çökər şəhidlər.

Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Etibar Həsənzadənin “Vətən uğrunda” kitabı Elham Zeynalova təqdim olunub.

   Dünən, yanvarın 19-da İVED Başkanı, yazar Etibar Həsənzadənin də Türkiyədəki Könül Elçisi olan sayın Mustafa Nazilli bəy Etibarın Daşkəsən rayonunun şəhid və qazilərinə həsr etdiyi “Vətən uğrunda” kitabını Azərbaycan Ankara Böyük Elçiliyinin Müsteşeri sayın Elham Zeynalova təqdim etmişdir.

“Yazarlar” jurnalı olaraq Etibar Həsənzadəyə gələcək yaradıcılığında daha böyük uğurlar arzulayırıq.

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəna Həsən – Təbiətin naxışı

TƏBİƏTİN NAXIŞI

Bir sabah gördüm ki, ana təbiət,
Ağ libas geyinib, örpəyi naxış.
Bəlkə bir mükafat, bəlkə qənimət,
Bəlkə başqa aləm gətirib naxış.

Elə ki, yayılır soyuq nəfəsi,
Sanki bir saflığa bürünür hər yan.
Bu müthiş fəsilin var fəlsəfəsi,
Deyir;” bu duyğunun sehrinə boyan”!

Ağaclar ele bil pambıq koludur,
Zərif bir quşcığaz “çik-çik” oxuyur.
Görünən hər ulduz işıq yoludur,
Səmadan torpağa kilim toxuyur.

Bu sirli aləmin içindəykən mən,
Tələsmərəm, tapam isti yuva, yer.
Gecə ay da gələr, bəyazlar və mən,
Üç isti can olar, mən, kainat, yer.

Qorxmuram tufandan, soyuq havadan,
Biz olmaz, ruhumda qaynar ürəyim.
Olmasa bir ümid donar bayaqdan,
Sazağı da bahar sanan ürəyim.

Müəllif: Rəna Həsən

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru