Aida Adıgözəl tribunada

Sabah pafosla desək mənim günümdür. Amma bəlkə də ilk və son dəfə AYB kitabımın təqdimatına şahidlik edəcək…
Nədən?!
Bu qərarı verməyimə səbəb ilk dəfə qatıldığım iki kitab sərgisi oldu. Bir zamanlar cəmiyyətin az qala elitası, ən ziyalı, hörmətli, kitablarının çapından aldıqları qonorarlar sayəsində müəyyən qədər yaxşı dolanan zümrəsi yazarlar idi. İndi isə!..
Oxucusuz qalan müəllif cüzi tirajla çap edilmiş kitabını sata bilmir. Bizim məktəb dövrümüzdə ədəbiyyat adamlarını dərsliklərdən savayı məktəb və kənd kitabxanasına gətirilən bədii kitablardan tanıyırdıq. “Azərbaycan” jurnalının səbirsizliklə çıxmasını gözləyir, yeni yazılmış ədəbi nümunələri acgözlüklə oxuyurdum. Bu gün qələm adamına əfsus ki belə bir jest yoxdur. Bəlkə də indiki gənclərin maraq dünyalarının oğru və ya digər pis vərdişlər aləminə sürüklənməsinə məhz onların məktəb dövründən kitabxana ilə tanışlığının, ünsiyyətinin olmamasıdır.
Hər dəfə səni qırmamaq üçün tədbirinə gəlib aldığı kitabı evdə hansı küncə atdığını unudan eyni dost-tanışları haçanacan bəlli səbəblə yığmağa, danışmağa məcbur etmək olar ki?!
Bu cür münasibət mənə yaddır, qürurlu adamam. Üstəlik də özüm içində olduğum durumun həqiqətlərini bildiyimdən heç kimi qınaya da bilmirəm!
Mütaliə edən insanlar dediyim məqamları yaxşı bilir, dilimizdə xeyli sayda sözlər var ki dialektdir. Müəyyən bir bölgəyə aiddir. Başqa bölgə insanı o yerəl sözlərlə demək olar ki tanış deyil. Amma mütaliə insanı üçün dialektin bağlı məkanı yoxdur. Bu bölgə sözlərinin sərhəddini qırıb vəhdət yaradan məhz ədəbiyyat, bədii kitablardır. Onlar vasitəsilə biz yerəl sözləri tanıyırıq.
Bəli, texnologiya əsridir. Amma elm bizi ancaq müasir avadanlıqlarla təchiz edə bilər, yaşayışımızı komfortlaşdıran texnika və aparatlar təqdim edə bilər.
İstənilən qədər elmi ilahiləşdirsək də dili qoruyan məhz ƏDƏBİYYATdır.
Adicə bir bənd şeirdə dili işlək saxlayıb fikrimizi ifadə etmək üçün leksikonumuzdan nə qədər etik, estetik sözlər axtarıb tapırıq.
Bu mövzu o qədər uzundur ki, danışmaqla bitməz. O üzdən dediyim kimi yəqin ki ilk və son olaraq təqdimat edəcəyəm. Yazmağa da fasilə vermişəm. Çünki kitabı çıxarmağa öz büdcəm, kitab satmağa isə oxucu bazarı yoxdur. Üç kitabımın üçünü də mənimçün dostlarım çıxarıb…
Mən kiminçün yazmalıyam?! Azərbaycan dilini qorumaq fədakarlıqdırsa mən bu yolun məmnuniyyətlə fədaisiyəm, amma və lakin…
Nə isə, sabah gəlin, dediyim kimi yəqin ki son dəfə halallaşaq və kitablaşaq!

YAZARLARIN TRİBUNASI

TRİBUNADA: AİDA ADIGÖZƏL

AİDA ADIGÖZƏLİN DİGƏR YAZILARI

TƏRANƏ DƏMİN YAZILARI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir