Bu gün sevgi, mərhəmət, insanlıq çatışmazlığı olan bir dövrdə yaşayırıqmı, deyə düşünürəm… Hamı öz-özü ilə məşğuldur, mənə elə gəlir. “Beş barmaq bir deyil” deyən sözlər boşuna deyilməyib. Ətrafımızda laqeyd, biganə, mərhəmətsiz insanlar olduğu kimi, ürəyi həmişə yaxşılıqla döyünən, insanlara yalnız yaxşılıq etməyə çalışan insanlar da çoxdur. Əslində belə narahat insanların, oyanıq ürəklərin varlığı sayəsində dünya daha gözəl və təravətli olur. Yaxşı insanların ürəyindəki sevgi istiliyi üzlərində nur kimi parlayır. Bugün məhz belə böyük istedad sahibi, böyük yaradıcılıq sahibi, ürəyi özündən çox daha böyük insan, qiymətli ustad — MƏHRİBAN ABDURAHMONOVA’nın doğum günü. MƏHRİBAN ablam həqiqətən də ən mərhəmətli insan, ən mərhəmətli ustaddır. Həmişə onların şagirdlərinə olan heyrətim, bəzən qısqanclığım da olur. Çünki onlar MƏHRİBAN ablam kimi canıyanan, fədakar və sədaqətli bir ustadda şagird olublar. Nə qədər Namanqanda yaşasam da, MƏHRİBAN ablamı heç bir tərəddüd etmədən ustadım deyə bilərəm. Çünki onlar Cizzaxda olsalar da mənə doğru yolu göstərib, düzgün məsləhətlər verirlər. Ürəyində sədaqəti və səmimiyyəti olan bir insan üçün məsafələr maneə ola bilməz. Beləliklə, ustad olmaq üçün, şagird olmaq üçün məsafələr heç bir əhəmiyyət daşımır. Əsas olan ürəklərin, könüllərin birləşməsidir. Xüsusilə, insanlıqları və şagirdlərə olan heç bir mənfəət güdməyən məhəbbətləri, dəstəkləri onlara olan sevgi hissimi artırıb. Şübhəsiz, harada olursa olsun, MƏHRİBAN ablamın məni mənəvi, ruhi olaraq dəstəklədiyini, dualarını hər zaman hiss edirəm. İlahi, onlar kimi ustadlar çox olsun! Biz şagirdlər belə bir ustadı dəyərləndirib, xidmətini edib, dualarını almağı hər zaman yadda saxlamalı, onlara layiq tələbələr olmalıyıq! İlahi, şagirdlərə, bütün yaradıcı insanlara, bəşəriyyətə etdiyiniz yaxşılıqlar yüz dəfə daha çox qaytsın! Doğum gününüz mübarək olsun, ustad! Allahım, bütün xeyirxah niyyətlərinizi gerçəkləşdirib, sizi iki dünyada da xoşbəxt etsin!
Hörmətlə: Cahangir NAMAZOV, “Butov Azerbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyi qeyd edilib
Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib. Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib. Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri” (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib. Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.
Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü cənab SƏLİM BABULLAOĞLUİLİN ŞAİRİ (2025) adına layiq görülüb.
Orfey Mətn/Ədəbiyyat Mükafatları ABŞ, Texas Universiteti (Dallas& Kleyton, Oklahoma), “Mundus Artium Press” nəşriyyatı tərəfindən verilir. Artıq qaliblər elan olunub. Sevindirici haldır ki, tanınmış Azərbaycan şairi SƏLİM BABULLAOĞLU da qaliblərin arasında yer alıb.
Səlim Babullaoğlunun namizədliyini Özbəksitan (həm də təşəbbüsçü idi), Türkiyə (Ərdəhan Universiteti) , Moldova (Elmlər Akademiyası) , Rumıniya (Mihay Eminesku Akademiyası) və Ukrayna (“Vsesvit” jurnalı) dəstəkləmişlər.
Açıqlama belədir:
“Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə İlin Şairi adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o poetik sənəti mədəni və emosional əlaqənin dərin aləti kimi şöhrətləndirir…”
“Yazarlar” olaraq, bu münasibətlə Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Xalq yazıçısı Əzizə xanım Cəfərzadə və anası Böyükxanım ana. Fotoşəkil ötən əsrin 50-ci illərində çəkilmişdir. Əzizə xanım ilk yaradıcılıq işlərindən biri olan “Anamın nağılları” kitabı görkəmli yazıçının anası Böyükxanım ananın dilindən eşitdiyi, yazıya aldığı nağıl və əfsanələrdən ibarətdir. Sevilən yazıçı bu kitabda ana-nənəsindən eşitdiyi bir – birindən maraqlı və zəngin nağıl və əfsanələri, hekayələri ədəbi-bədii lövhələrlə oxucuya çatdırıb. Sözügedən əsər Azərbaycan xalqının düşüncə tərzini, məişət səviyyəsini, o cümlədən onların dolanışığını, milli – mənəvi dəyərlərini olduğu kimi oxucuya çatdırmaq baxımından çox maraqlı və qiymətli əsərdir…
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir – HÜQUQİ ŞƏRH
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası zamanı ölkəmizin 1920-ci illərin xəritələrinə istinad etməsinin hüquqi əsası mövcuddur və bunun beynəlxalq hüquq və tarix baxımından əsaslandırılması üçün kifayət qədər hüquqi dəlilləri mövcuddur.
Gəlin, dünya təcrübəsində dövlətlərin sərhədlərinin müəyyən olunması zamanı tarixi xəritələrə istinad olunması faktlarına da istinad etməklə ölkəmiz üçün çox həssas olan bu məsələni bir neçə aspektdən təhlil edək:
1. Tarixi və hüquqi əsaslar
Göz qabağında olan ən aşkar tarixi fakt Zəngəzurun Azərbaycanın tarixi ərazisi olmasıdır. Belə ki, XX əsrin əvvəllərində, xüsusilə 1918-1920-ci illərdə Zəngəzur bölgəsi ölkəmizin ərazisi olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) suverenliyi altında idi. Təbii ki, AXC Zəngəzuru öz doğma ərazisi kimi idarə edir, burada dövlət idarəçiliyi və hərbi mövcudluğunu təmin edirdi. Lakin təəssüf ki, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsinə dair qondarma qərar Azərbaycan SSR və Ermənistan SSR arasındakı inzibati razılaşma çərçivəsində həyata keçirilmişdir. Bu, həmin dövrdə sovet hakimiyyətinin iradəsinə əsaslanırdı və birmənalı olaraq Azərbaycanın iradəsindən tamamilə kənar verilmiş qərar idi. Hüquqi baxımdan tarixi sənədlərə nəzər salsaq, aydın şəkildə görmək olar ki, 1920-ci illərin xəritələri Azərbaycanın ərazi bütövlüyünün tarixən hansı sərhədləri əhatə etdiyini sübut edən hüquqi və tarixi mənbələr sayılır. Bu xəritələr həmin dövrdə sərhədlərin necə təsbit edildiyini göstərən əsaslı sənədlərdir və beynəlxalq mübahisələrin həlli zamanı hüquqi dəlil kimi qəbul edilməlidir.
2. Beynəlxalq hüquq prinsipləri
Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunmasında beynəlxalq hüququn “Uti possidetis juris” prinsipinin tətbiqi məsələsinə nəzər salaq. Bu prinsipə əsasən yeni müstəqil dövlətlər əvvəlki inzibati sərhədlər əsasında müstəqil olurlar. “Uti possidetis juris” prinsipi beynəlxalq hüquqda, xüsusən də sərhəd mübahisələrinin həlli və yeni dövlətlərin yaranması ilə əlaqədar mühüm rol oynayır. Bu prinsip, yeni yaranan dövlətlərin sərhədlərinin, müstəqil olduqları dövrün əvvəlindəki ərazi idarəetmə xətti ilə müəyyən edilməsi prinsipidir. Başqa sözlə, müstəqil dövlətlər, müstəqillik əldə etdikləri zaman, əvvəlki idarəetmə strukturlarına əsasən sərhədlərini müəyyən edirlər. Bu, xüsusən kolonial dövrün sonunda tətbiq olunan bir prinsipdir. Bununla bağlı dünya təcrübəsindən bir neçə nümunəyə nəzər salaq.
1. Latın Amerikası (XIX əsr): “Uti possidetis juris” prinsipinin ən tanınmış nümunələrindən biri Latın Amerikasında baş vermişdir. İspaniyanın və Portuqaliyanın kolonial ərazilərinin müstəqil dövlətlərə çevrilməsi zamanı, bu ərazilər arasındakı sərhədlər əvvəlki kolonial xəritələrə əsaslanırdı. Məsələn, 1810-cu ildə müstəqilliyini elan edən Latın Amerikasındakı bir çox ölkələr, İspaniyanın və Portuqaliyanın əvvəlki sərhədlərini əsas götürərək öz sərhədlərini müəyyən etdilər. Bu, xüsusilə Kolumbiya, Ekvador, Venesuela, və Peru arasında sərhəd mübahisələrinə səbəb olsa da, prinsip olaraq “uti possidetis juris” tətbiq edilmişdi.
2. Afrika (1960-cı illər): Afrika ölkələrinin müstəqillik qazanmasından sonra Afrika Birliyi (AFB) 1964-cü ildə qəbul etdiyi bir qərarla Afrikanın yeni müstəqil dövlətlərinin sərhədlərinin əvvəlki kolonial sərhədləri əsasında müəyyən ediləcəyini bildirdi. Bu, Afrikada böyük sərhəd mübahisələrinə səbəb olsa da, “uti possidetis juris” prinsipi bölgə ölkələrində tətbiq edildi. Məsələn, Çad, Liviya və Sudan arasında sərhəd mübahisələri, Liviya ilə Niger arasındakı sərhəd məsələləri, bu prinsipin tətbiqi nəticəsində yaranan mübahisələrdəndir. Lakin prinsip Afrikada bir çox mübahisəni həll etməyə və yeni sərhədlər yaratmağa kömək etdi.
3. İndoneziya və Şərqi Timor: Şərqi Timorun 2002-ci ildə müstəqil olmasından sonra, İndoneziya və Şərqi Timor arasındakı sərhəd məsələsi də “uti possidetis juris” prinsipi ilə həll olunmuşdur. Kolonial dövrün xəritələrinə əsasən, bu ərazi əvvəlcə Portuqaliya koloniyası idi və Şərqi Timor müstəqil olduqda, bu ərazinin sərhədləri Portuqaliyanın sərhədləri ilə uyğunlaşdırıldı. Bu prinsipin tətbiqi müstəqil dövlətin sərhədini, əvvəlki kolonial sərhəd xətti ilə müəyyən etdi.
4. Kosovo və Serbiya: 2008-ci ildə Kosovo müstəqilliyini elan etdikdən sonra, Serbiya ilə Kosovo arasında sərhəd mübahisəsi baş verdi. Kosovo müstəqil dövlət olaraq, Yuqoslaviya Federasiyasının son sərhədlərinə istinad edərək müstəqil oldu və bu, “uti possidetis juris” prinsipinə uyğun olaraq tətbiq edildi. Kosovo, müstəqilliyini elan etməklə əvvəlki müstəqil dövlətin sərhədlərini qorudu.
5. Cənubi Sudan və Sudan: Cənubi Sudanın 2011-ci ildə müstəqillik əldə etməsi ilə əlaqədar olaraq müstəqil dövlətin sərhədləri, əvvəlki Sudan dövlətinin sərhədləri əsasında müəyyən olundu. Bu, uti possidetis juris prinsipinin bir nümunəsidir və Cənubi Sudan müstəqil olduqdan sonra, dövlətin sərhədləri Sudanın kolonial dövrünə aid xəritələrinə əsaslanaraq müəyyənləşdirildi. Ölkəmizə gəldikdə, qeyd edək ki, Azərbaycan da müstəqilliyini bərpa edərkən əslində tarixi ərazilərinin daxilində tanınmalı idi. Bu zaman 1920-ci illərin xəritələri həmin sərhədlərin təsbiti üçün əsas olmalı idi.
Təsadüfi deyil ki, BMT və digər beynəlxalq qurumlar delimitasiya və demarkasiya proseslərində tarixi xəritələrdən və sənədlərdən geniş istifadə edirlər. Bu baxımdan da, Azərbaycanın 1920-ci illərin xəritələrinə istinad etməsi beynəlxalq təcrübəyə tamamilə uyğundur.
3. Zəngəzurun əhəmiyyəti və strateji rolu – Zəngəzur bölgəsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar
Respublikasını birləşdirən strateji ərazidir. XX əsrin əvvəllərində bu bölgə Azərbaycanın suverenliyi altında olmuş, lakin Sovet İttifaqının inzibati sərhədləri dəyişdirməsi nəticəsində Ermənistana verilmişdir. Zəngəzurun bu cür faktiki olaraq Azərbaycandan alınması beynəlxalq hüquq baxımından ədalətsiz və mübahisəli qərardır və bu fakt delimitasiya zamanı əsas götürülməlidir.
4. Xəritələrdən istifadə praktikasına dair nümunələr
Dünyada bir çox sərhəd mübahisəsi zamanı tarixi xəritələrdən istifadə olunub. Bir qədər əvvəl “Uti possidetis juris” prinsipindən bəhs edərkən dünya təcrübəsindən bir sıra nümunələr qeyd etdik. Başqa misallarla bu məsələni da diqqətə çatdıraq:
1. Çin və Hindistan (Aksai Chin və Arunachal Pradesh): Çin ilə Hindistan arasında sərhəd mübahisələri uzun illərdir mövcuddur. Aksai Chin bölgəsi ilə bağlı mübahisə, hər iki tərəfin tarixi xəritələrə istinad etməsi ilə əlaqədardır. Çin, bu bölgənin özünə aid olduğunu iddia edərək, 1950-ci illərdə bu ərazini öz nəzarətinə götürüb. Hindistan isə bu bölgənin öz ərazisi olduğunu və tarixi xəritələrə əsaslanaraq hüquqlarının qorunmalı olduğunu bildirir.
2. Nigeriya və Kamerun (Bakassi yarımadası): Bakassi yarımadası üzərindəki mübahisə də tarixi xəritələrin istifadəsi ilə əlaqəlidir. Kamerun və Nigeriya arasında bu ərazi üzərindəki mübahisə, 20-ci əsrin əvvəllərindəki kolonial xəritələrə əsaslanır. Beynəlxalq Məhkəmə, tarixi xəritələr və sənədlərə əsaslanaraq 2002-ci ildə Bakassi yarımadasının Kameruna aid olduğunu qərara alıb. Bu qərar, tarixi xəritələrin hüquqi dəlil kimi istifadə edildiyi bir nümunədir.
3. Vyetnam və Çin (Paracel və Spratly adaları): Paracel və Spratly adaları üzərindəki mübahisə də tarixi xəritələrə istinad edərək həll edilməyə çalışılıb. Çin, 15-ci əsrə aid tarixi xəritələrə istinad edərək bu adaların Çinə aid olduğunu bildirir. Vyetnam və Filippin isə öz hüquqlarını əsaslandırmaq üçün digər tarixi sənədlərə və xəritələrə əsaslanır. Bu mübahisə hələ də beynəlxalq səviyyədə davam edir. Bu misallar göstərir ki, tarixi xəritələr beynəlxalq sərhəd mübahisələrinin həllində mühüm rol oynayır və bir çox halda hüquqi dəlil kimi qəbul olunur
5. Siyasi və hüquqi strategiya
1920-ci illərin xəritələrinə istinad etmək Azərbaycanın tarixi ədaləti bərpa etmək istəyindən qaynaqlanır. Bu xəritələr beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş delimitasiya sənədləri kimi istifadə oluna bilər. Əsas məqsəd hüquqi dəlillərlə Ermənistanın qeyri-qanuni mövqeyini neytrallaşdırmaqdır.
“XƏZAN” və “YAZARLAR” jurnallarının kollektivi şair Elşən Əzimə qardaşı Gündüz Əzimovun vəfatından kədərləndiklərini bildirir, dərin hüznlə başsağlığı verirlər. ALLAH RƏHMƏT ELƏSİN!
… “Açıq Kitabxana”ya keçir, buradakı açıq rəflərdə olan kitablara göz gəzdirirəm. Bu zaman gözlərimə “Karantin zədəsi” adlanan nəfis bir kitab sataşır.
“Karantin zədəsi” kitabı son illərdə ərsəyə gətirilmiş möhtəşəm sənət nümunələrindən biridir. Kitabın adını sosial şəbəkərdən tez-tez eşidirdim. Çevrəmdəki yoldaşlarımın bir-birinə ötürərək oxuduğu, ağız dolusu danışdığı kitablardan biri idi. Kitabın adı ilə ilk dəfə tanış olanda, sözün düzü, həmin dövrdəki işlərimin çoxluğu ilə əlaqədar olaraq, onu oxumağa tənbəllik göstərmişdim. Lakin indi qarşıma çıxanda kitab məni oxumağa sövq etdi. Yaxşı ki, oxudum… Kitabı vərəqlədikcə mənə elə gəlir ki, müəllifin obrazı gözümdə get-gedə daha aydın görünür. Onun poetik varlığının uzaqdan, az tanışlıqdan yaxşı görünməyən cizgiləri aydınlaşır, qabarır, daha görkəmli olur. Elə bil ki, uzaqdan, kölgədən çıxıb yavaş-yavaş işıqlığa gələn bir adamı görürsən. Kitabın içindəki hekayələr, məqalələr, şeirlər təmkinlə, həvəslə, qürurla, nigaranlıqla yaxın bir insan qəlbinin gözəlliyindən xəbər verir. Kitab haqqında müxtəlif səviyyələrdə dəyərli fikirlər söylənilib. Hər biri də öz tutumu, deyim tərzi, sanbalı ilə diqqəti çəkəndir. Yazıları insan duyğularına məlhəm və məhrəm olan Pərvanə Bayramqızı yaradıcılığı haqqında və bu kitab haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mənim yazdığım isə sadəcə dəryadan damla timsalında bir yazı idi.