“Səhəri gün tərəflərin qoşunları hərəkətə gəlib döyüş mövqelərini tutdular. Əbülxeyir xan hələ də şübhə etmirdi ki, malik olduğu çoxsaylı qoşunla Səfəvi qoşunlarını məhv edəcəkdir. Ona görə Übeydulla xanın döyüş düzülüşündə qıpçaq qoşunlarının arxasında mövqe tutmaq arzusunu Əbülxeyir xan istehza ilə qarşıladı.
Übeydulla xanın bəhanəsi də bu oldu ki, qıpçaq qoşunları ağır vəziyyətə düşsələr onda öz qoşun dəstəsi ilə onların köməyinə gələr. Əbülxeyir xan da özünəməxsus əminliklə onu sakitləşdirməyə çalışdı, bəyan etdi ki, özü döyüş meydanının mərkəzinə atılacaq və Şah İsmayılı ələ keçirəcəkdir. Döyüş düzülüşünün ön sırasında Əbülxeyir xanın çoxsaylı qoşunları yerləşdirildi.
Qoşunların mərkəzi hissəsinin rəhbərliyini Əbülxeyir xan öz üzərinə götürdü. Qoşunların sağ cinahı Bayram Atalığa, sol cinahı isə Sarudelə tapşırıldı. Özbək xanlarının qoşunları isə ikinci eşelonda yerləşdirildilər. Məhəmməd Teymur xan Səmərqənd qoşunları ilə sağ cinahın arxasında, Cani bəyin rəhbərliyi altında olan qoşun dəstəsi isə sol cinahın arxasında qərar tutdu.
Səfəvi qoşunlarına gəlincə isə Durmuş xan qoşunların sağ cinahının rəhbərliyini, Sarıpirə qorçubaşı sol cinahın rəhbərliyini öz üzərinə götürdü. Şah İsmayıl özü yenə də qoşunların mərkəzində qərar tutdu. Div Sultana isə qoşunların çərxçiliyi tapşırıldı. Döyüşə başlamazdan əvvəl Şah İsmayıl bir neçə əmirin müşayiəti ilə bir yüksəkliyə qalxıb qarşı tərəfin qoşunlarını izlədi. Bu qoşunlar o qədər çox idi ki, dörd fərsəx dərinliyində olan bir ərazini tutmuşdu.
Qarşı tərəfin ucsuz-bucaqsız qoşunlarını müşahidə edəndən sonra Şah İsmayıl papağını çıxarıb səcdəyə getdi və yaradana belə müraciət etdi: “Ey xudavənd! Mənim bir qarışqalıq gücüm yoxdur. Mənim gücüm və qüvvətim səndəndir. Məni utandırma. Xudavənda, Həzrət Məhəmmədin və onun övladlarının pak nuru xətrinə sən fəthi, uğuru və qələbəni Qızılbaş qoşunlarına əta elə”.
Sonra da başını yerə qoyub dua və səna etdi, göz yaşları axıtdı. Bir müddətdən sonra o özündə bir yeni qüvvə hiss etdi və bunu Allahın lütfü kimi qəbul etdi. Şah İsmayıl əmin oldu ki, bu yeni qüvvə onu qarşı tərəfin qoşunları üzərində qələbəyə gətirəcəkdir. O, sonra da geri qayıdaraq döyüş ələmini dalğalandırmağa başladı.
Əbülxeyir xan da öz növbəsində bir neçə əmirlə bir yüksəkliyin üstünə qalxıb Səfəvi qoşunlarını müşahidə etdi. Qarşıda dayanan qoşunlarının sayının 30 mindən artıq olmayacağına əmin olanda onu gülmək tutdu. Əbülxeyir xan yanındakılara istehza ilə dedi ki, Übeydulla xan burada olsaydı bu qoşunları ona da göstərərdim. Əbülxeyir xana görə, bu qoşunlar elə bir qüvvə deyildi ki, kimsə ondan çəkinsin. O əlavə etdi ki, bu saat təkcə meydana çıxaraq Şeyx oğlunu tutub Çingiz xan bayrağının ayağına gətirəcəkdir.”
Və döyüş başlayır. Şah İsmayılın 30 minlik Qızılbaş ordusu Əbülxeyir xanın 200 minlik ordusunu darmadağın edir…
“Aləmara-yi Səfəvi” s. 442 Mehman Süleymanov “Şah İsmayıl Səfəvi” s. 338
Çağdaş Azərbaycan poeziyasının ünlü simalarından biridir tanınmış şairimiz Təranə Dəmir! Hələ illər öncə dövri mətbuatda, Yazıçılar Birliyinin ədəbi orqanlarında şeirlərini sevə- sevə oxumuşam.Yaradıcılığına bələd olmağım isə sosial şəbəkələrdən başlayıb.Poeziya hər keçən an, hər keçən gün həyat reallıqları üzərində çəkilmiş rəsmə bənzəyir.İnsanın taleyi, bəxti, zamanın ağrı, acıları bu lövhədə çəkilmiş rəsmlərə öz rəngini qatır.Və bütün bunlar şairin qələmə aldığı hər bir şeirində duyulur, hiss olunur.Bir az boz, bir az ağlı, qaralı, bir az da sarımtıl payız rəngində.Bir gün feysbukda gözümə bir yazı sataşdı.Yaradıcılığıma həsr olunmuş” Könlündən bahar keçən şair” adlı bu yazı o qədər gözəl və isti yazıydı ki, dostlarım bu yazıya görə Təranə Dəmirə təşəkkürlərini çatdırmağımı məndən xahiş etdilər.Hətta dostlarımdan biri səni bu yazıdan sonra təzədən kəşf etdim qardaş, deyə sevincini gizlətmədi.Təranə xanımın bütün şeirlərində duyğu, həyəcan və ruh var.Təxminən qırx il öncə mərhum xalq şairimiz B. Vahabzadə, tanınmış şair dostum, manasşünas alimimiz Adil Cəmilin “Aylı gecə nağılı” kitabına yazdığı ön sözdə yazırdı: Bəzən şeir adıyla yazılmış bir mənzuməni oxuyub görürsən, sözlər ilk çəkisini və ilk rəngini, yəni öz lüğəti mənasını saxlamış, rəqəmə bənzər quru sözlərdir, səni isitmir, həyəcanlandırmır. Baxırsan ki, bu yazıda şeir üçün lazım olan bütün zahiri elementlər- qafiyələr tutmuş ölçülərə qədər hamısı var, amma şeir yoxdur. Niyə? Bəs burada nə çatmır? Kəlmələrin duyğu, həyəcan yükü.Allah məzarını nurla doldursun böyük şairimizin. Mənə görə ən gözəl şeir oxuyub kövrəldiyin, təsirləndiyin şeirdi.Həm də şeir heyrətləndirmək bacarığıdır.Bir də hər hansı bir şeiri oxuyandan sonra içindən zəmi uğultusu keçirsə və deyirsənsə ki, kaş bu şeiri mən yazaydım duyğusu ruhuna hakim kəsilirsə, demək müəllifin uğuru göz qabağındadır.Təranə Dəmirin poetik trayektoriyasını cızmaq, ölçmək mümkün deyil.Ürəyindəki azadlıq duyğusu söz- söz, misra- misra şeirlərinə hopub. Elə bir şeirinə rast gəlməmişəm ki, şairə utanc gətirsin. Şeirlərinin ömrü dünyanın ömrü qədər olacaq. Səsi yüz illiklərə, min illiklərə gedib çatacaq. Mən cəsarətlə və mübaliğəsiz bu gözəl şairimizin ədəbi enerjisini Günəşə bənzədərdim.Səmimiyyətimlə deyirəm, bu enerjinin insanda olmağı Allahın həm lütfüdür, həm də möcüzəsi. Şair nədən yazır yazsın, həmişə öz ampulasındadı.Geniş oxucu kütləsi var. Hər halda sevənləri, onu sevməyənlərdən çoxdu. Təpədən dırnağa şairdi Təranə Dəmir! Mövzu qıtlığından əziyyət çəkmir. Həyata, anaya, torpağa, dağa, şəlaləyə, bir sözlə hər şeyə özünün baxış bucağı var. Prinsipləri və dəmir xarakteri onu çinar kimi başını uca tutmağa sövq edir. Bayırda yağan yağışı ona qar kimi sırımaq çətindı.Çünki həqiqət bildiyi hər işdə israrlıdır.Dizinin kişilərə xas bərkliyinə və mərdliyinə təəccüblənməmək olmur. Sadaladığım bu keyfiyyətlər kökündən, tayfasından gəlir. Kolanı tayfasındandı axı.Ailəsinin, elinin, obasının, vətəninin təəssübünü necə çəkirsə, sözün də təəssübünü eləcə çəkir.Sözündən boylanıb dünyaya baxan şairin poeziyası sərhəd tanımır. Normadan artıq həssas, hissiyyatlı və duyğusaldır.Mənə elə gəlir Təranə Dəmirin dünyası gördüyündən böyükdü.Qəlbindəki qatı açılmamış sözlər, pak ruhuyla varaq arasında canlı bir ünsiyyət yaradır.Təranə xanımın şeirlərində bir qəribə səma ənginliyi, özünə məxsus ədəbi ləngər, rənglərin əlvanlığı, pərvazlanmaq duyğusu, yaxamızdan əl çəkməyən müqəddəs kədər- hər şey var. Sonda bu kiçik əsərimin böyük qəhrəmanına həmişəki kimi gələcəkdə yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Yazın, yaradın. Sizə yazmaq, yaratmaq yaraşır. Həm də yaratmaq gözəl hissdir.
Azərbaycan ədəbiyyatının üç sevilən yazıçısı bir fotoda: Fərman Kərimzadə, İsi Məlikzadə və Əlibala Hacızadə. Onlar gənclik illərindən ömürlərinin axırına qədər bir-birinə çox yaxın, səmimi və mehriban olublar. Hətta tələbə vaxtlarında bir evdə yaşayıblar… Fərman Kərimzadə “Qarlı aşırım” İsi Məlikzadə “Yaşıl gecə” Əlibala Hacızadə “İtkin gəlin”
1992-ci ildə istefa verməyinin səbəbini belə izah edib:
“- Bu torpaqları ermənilərə verəcəklər… istəmirəm ki, adım tarixdə qara hərflərlə yazılsın!… Dəvənin ovşarını (ipini) eşşəyin quyruğuna bağlayırlar! Məni Rəhim kimi savadsızın tabeçiliyinə veriblər, o da mənim əməliyyat planımda düzəliş edir”.
Müstəqil Azərbaycan Respublikasının ilk Müdafiə Naziri- əslən Qubadlı rayonundan olan Valeh Bərşadlıya Allah Rəhmət eləsin. Amin.
“Danışır şeir!” Başlığı oxuyan kimi mətnlə tanış olub, şeirin nə danışdığını bilməyə tələsdim. Maraqla oxudum. O qədər gözəl yazıdır ki, təhlil etməyə, oxumayan oxuculara söhbətin nədən getdiyini xəbər verməyi qərara aldım. Kitabxanaçının vəzifəsi budur – yaxşı əsəri mütləq təbliğ edir. Odur ki, Pərvanə Bayramqızının “Danışır şeir!” adlı yazısını oxumağı hər kəsə tövsiyə edirəm.
Özünü “Yaza bilməyən yazıçı” adlandırır, amma o həm gözəl yazıçı, həm də peşəkar oxucudur. Mətni oxuyanda bəlli olur ki, Azərbaycan ədəbiyyatında demək olar ki, bütün şeirlərlə tanışdır. Şeir haqqında fikirlərini elə elə gözəl ifadə edib ki, onun mətnini oxuduqdan sonra adam gedib ordakı şeirlərin hamısını tapıb oxumağa çalışır. Şeirə münasibətini bu cür ifadə edir: “Ürəyin dolanda dərindən çəkdiyin ah kimidir şeir. Elə şerlər oxuyursan, elə bilirsən ki, düşüncələrini haçansa şairə söyləmisən, o da bunları öz adından yazıb”. “Quş dili bilən deyiləm, heç itin də dilin bilmirəm” deyən yazıçı bu dünyada bircə şeir dilindən anladığını yazır. Yazıda ən çox diqqətimi çəkən şeirlərin bir-biri ilə maraqlı formada əlaqələndirilməsi oldu. Pərvanə xanımın şeirə sevgisindən yazdığı bu yazı saytlarda, ədəbi dərgilərdə maraqla oxunur . M.F.Dostoyevski qadın psixologiyasını bildiyi kimi, şair də insan psixologiyasını gözəl bilir. “Söhbət şeirdən gedirsə Nüsrət Kəsəmənlisiz keçinmək olmur” yazır. Halbuki ilk sətirlərdə “Sən demə, yenidən sevmək olarmış” şerinə görə onu az qala düşmən elan etdiyindən bəhs etmişdi. Sonradan Nüsrət poeziyasından şerindən bir bəndi duyğuların sayəsində gözəl təhlil edib: Dəlitək daş atdıq,bir sakit gölə , O daşı geriyə qaytarmaq olmur . Bu bəndin əvvəlində və sonunda yazılan cümlələrə diqqət edək: “Təsəvvür edin sakit günlər keçirirsən, iş gücünlə məşğul olursan…beləcə yaşadığın sakit günlərin birində Nüsrət Kəsəmənlinin şerindən gələn şappıltıya diksinirsən … Sən də daş atırsan dəlitək. Atdığın daş hara düşəcək bilmirsən. Atılan daş geri qayıtmaz, yalnız topuğa dəymə şansı var”. “Daldan atılan daş topuğa dəyər” misalını yerində işlədən yazıçı Məmməd Arazı da unutmur: “Bir daş da var ey, nərdtaxtada olur. Onu da zərlə idarə edirsən. O zər qoşa düşməsə oyun daşını yerindən tərpətmək olmaz. Gölə atdığın daş da ona bənzəyir. Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik . Bu iki şairin şerlərindən bəndi birləşdirməklə, “Məmməd Araz, sən bir zərsən” deməklə o zərin qədrini bilən zərgər rolunda olduğunu sübut edir. Əsasən məhəbbət mövzusunda şerlərə müraciət edən müəllif Cabir Novruzun “Ay gecikən Məhəbbətim”şerini təhlil etmək üçün çox uğurlu bənzətmə seçib: “Bir də məclisin sonunda gələn adamlar kimi ömürə gecikən sevgi də var. Necə ki gecikən adam gələndə diqqət ona yönəlir, eləcə də vaxtsız sevgi insanların marağına səbəb olur: Sən məni hec zaman görməyəcəksən, Mən səni hər zaman gözləyəcəyəm. deyir, sevimli şairimiz. Doğrudan da nə zaman gələcəyini bilmirsən, gözləyirsən və bir də görürsən ki, gəlib həyatına özündən xəbərsiz dünyanın ən ağır yükü sayılan gecikmiş məhəbbət”. Amma Kəmalə Abıyeva bunun əksini deyir: Axı sevgi ömrümüzün baharı, Nə vaxt gəlsə ömrümüzə bəzəkdir. Ürək ki var məhəbbətə möhtacdır, Hər vaxt hər an ona sevgi gərəkdir . Aydın Canıyevin fikri də diqqətimi çəkdi: “Ən gözəl sevirəm sözü hələ deyilməyəndir.Sevirsən (qadın kişini kişi qadını),ilahinin belə razı qaldığı təmənnasızlıqla,gözəlliklə,heyrətamizliklə.Fəqət heç vaxt sevgini sevirəm sözünə çevirmirsən.”Sevirəm”deyənlərin hamısını toplam yaşadığı xoşbəxtliyini hamının misli qədər artığıyla yaşayırsan,amma və lakin o sevgi sözə çevrilmir,heç bir halda!Təkcə son nəfəsdə əlin əlində deyirsən ki “səni sevirəm”, həyatında eşitdiyin son söz olur “O”ndan. Son nəfəsinəcən sevdiyindən əmin olursan və bilirsən, o indi hardadır. Cəmi bircə dəfə deyirsən sevirəm sözün, bir ömrün sevgi simfoniyası olur” . Şamil Ənvəroğlunun haqqında yazıçının dediyi sözləri də ürəkdən bəyəndim: “O da sanki özündən yox, başqasından yazır. Elə yazır ki, bizə təzədən nəsə deməyə söz qalmır… Varsa bu dünyada ,bir anlayanın, Demək danışmağa səbəbimiz var. Varsa bu dünyanın içində sevgi, Demək yaşamağa bəhanəmiz var.
Təhlil Ayaz Arabaçının şeri ilə bitir: Salxım gülüşlərini, Unuda bilər ləbin. Acısını dadmağa, Hazırsanmı bu həbin, Bir çevrədə zamanı, Qovan üç boz əqrəbin Heç ağlına gəlməyən, Anında ayrılıq var . “Şeirli gecələr, şeirli anlar uzaqda…indi şeir şeirlərinin zamanıdır. Bu şeirləri onda sevdim. Yazmaqla vidalaşmaq istəyəndə. O gecə saat beşə işləmiş bitdi son cümlə. Altı tamamacan yata bilmədim. Özümlə mübarizə aparırdım. Bacaracaqsan. Özümü inandırmağa çalıçdım. Elə bildim ki, etməyə məcbur olduğum işin öhdəsindən gələcəm. Yazmamağı deyirəm …” Olmayacaq, Pərvanə xanım. Yazı-pozu adamları yazmağı dayandıra bilməzlər. Axı onları yaşadan yazmaqdır. Və nəhayət son şerdən əvvəlki son cümlə: “Özümüz olsaydıq ən gözəl qismət yazardıqmı özümüzə? Xeyr, yaza bilməzdik, yazmağı hər kəs bacarmır. Ona görə başqalarının yazdığına möhtacıq. Yazıları anlamaq da hər hərf tanıyana məxsus qabiliyyət deyil. Yoxsa bu şeirlər insanların mənəvi dünyalarını gözəlləşdirərdi. Yoxsa hər kəs yaşadıqlarını özü şerləşdirərdi. O hissi özümüz yaşamırıqsa, oxuyaq və duyaq ! Yaza bilmiriksə, susaq və dinləyək! Danışır şeir!” Həqiqtən yazmağı hər adam bacarmır, Pərvanə xanım. Sizlər seçilənlərdənsiniz. Bizsə – yaza bilməyənlər isə sizin yazılarınıza möhtacıq. Siz yazın, biz oxuyaq. Yazınız şeiri mənə təzədən sevdirdi. Yaradıcılıq uğurlarınız bol olsun .
İnsanlarda duygu, düşünce ve davranış düzeyinde düşmanlık geliştiği gibi, barışçıl duygu, düşünce ve davranış da gelişebilir ve öğrenilebilir.
Şiddet ve barış, tamamen kalıtımla ilgili deneyimler değildir.
Şiddet ve barışın oluşumunda kalıtımdan daha etkili olan sosyal ve kültürel faktörlerdir. İnsanların yoksulluk baskısı altında olduğu, yeterli yiyecek bulamadığı, sağlıklı konutlara sahip olmadığı, eğitim, sağlık ve istihdam olanaklarının sınırlı olduğu ve toplumun bazı kesimlerinin sosyal güvenceye sahip olmadığı bir yer, barışın sağlanamadığı bir durum yaratır. Böylece, en korkunç emirleri bile körü körüne takip etme eğiliminde olan insanları kolayca istihdam edebilir
Örneğin, psikoloji ve barış birbiriyle ilişkili temel kavramlardır.
Barışın insan deneyimi olarak ele alınması, psikolojideki en önemli disiplinlerden biridir ve barış psikolojisi olarak adlandırılır. Barış artık dar anlamda savaşın yokluğu olarak tanımlanmıyor.
Barış, önce bireysel olarak, sonra aileyle ve en sonunda kendimizle barış içinde olmayı gerektiren toplumsal ve evrensel bir ihtiyaçtır. Ancak 14 bin yıllık insanlık tarihine baktığımızda sürekli çatışmaların, krizlerin ve savaşların yaşandığı bir dünyada yaşadığımızı görüyoruz….
İnsanların birbirine düşman olduğu bir ortamda, doğru uygulanmayan çeşitli politikalar görmezden geliniyor. Dolayısıyla dünya barışına katkı sağlayacak, çatışmaları, krizleri ve savaşları önleyecek ve hızla durduracak bir örgütlenmeye ihtiyaç duyuluyor.
İnsanlar arasında yapıcı ilişki olanaklarını ortadan kaldıran ve çatışma durumlarına neden olan etkenler derhal ve titizlikle değerlendirilmelidir. Şiddeti ve savaşı yaratıcı ve heyecanlı bir macera olarak düşünenlere bunun bir oyun olmadığı nazik ve onarıcı bir şekilde anlatılmalıdır.
Ne yazık ki uzaktan hoş görünen bu maceralar insanlığın yıkımına yol açmış ve açmaya devam ediyor.
Dolayısıyla insan hakları en güçlü şekilde korunmalı, toplumsal yaşam insanlaştırılmalı ve insanlar tevhid inancıyla donatılmalıdır. İnsanın iç ve dış dünyasının huzursuz, kaygılı, baskı altında veya hadım edilmiş olması çok kolaydır. Böyle durumlarda öfkelenenler kayıpla oturur ve şiddet, çatışma ve savaşın çıkacağı bir noktaya gelirler.
Bir diğer neden ise insanların ve grupların kendilerini nispeten yoksun ve yoksul hissetme kaygısı taşımaları dır Bu durumdan faydalanmak isteyen savaş çığırtkanları sürekli olarak iç ve dış düşmanlar yaratmaya çalışırlar. Çok geç olmadan, evren hala yaşanabilir ken, belki de koşullar iyileştirilir ve birlik ve dayanışma sağlanırsa, savaşların yolu önlenebilir.
Çünkü insanlar birbirlerini tanımadıkları için değil, birbirlerini yanlış ve dürüst olmayan bir şekilde tanıdıkları için düşmandırlar.
Kalıcı olarak uygulanacak yöntem, Barış ile ilgili dört temel faaliyeti uygulamaktır. Birincisi, barışı tesis etmek. İkincisi, barışı inşa etmek. Üçüncüsü, barışı korumak.
Dördüncüsü, birbirimizin kapısının önüne birlik ve dayanışma tohumları ekmek.
Aslında hepimiz savaşın, sadakatsizliğin, sevgisizliğin ve bazı “olumsuz” durumların cehaletten ve eğitimsizlikten uzak toplumlar tarafından yaratıldığını açıkça anlıyoruz, ancak olumsuzluk yaratan sorunları ortadan kaldırmanın temelini oluşturan temel unsurların ortak çalışmayla eğitim sistemini artırmak ve boş, susuz topraklara patlayıcı dinamit yerine rengarenk çiçek tohumları ekerek başlamak olduğu fikrinden uzağız.
Birkaç örnek vermek gerekirse:
** Milletler atalarının hatalarından ders çıkarmalı ve başarı ve mutluluk yolunda ilerlemelidir. Çünkü başarısızlıkla sonuçlanan bir eylem asla doğru yola götürmez. Sevgi kavramını geliştirmek ve sağlıklı işleyişini sağlamak için olumlu barış kavramını kabul etmek ve her ırka, her dine ve her millete eşit davranmak gerekir;
** Barış sorunu dinsel anlaşmazlıklardan kaynaklanıyorsa, tüm dinler bir araya gelmeli, farklı kültürler, inançlar ve görüşler arasında anlayış ve hoşgörüyü tartışmalı, sevgi ve saygı içinde birleşmelidir.
** Çocuk doğurma kapasitesine sahip kadınlar, barışçıl bir dünya için örnek alınmalıdır. Çocukları için hayatta kalmak adına girdikleri yaşam koşullarının üstesinden nasıl geldikleri, kendileri ve sevdikleri için hayatı daha iyi ve daha sürdürülebilir kılmak için nasıl insanüstü düşüncelere ve olumlu bakış açılarına sahip oldukları ve böylesine kaotik ve zor bir hayatta komşular ve akrabalar arasında nasıl dengeleyici bir unsur olabilecekleri konusunda örnek alınmalıdır. Kadınlar, milyonlarca insanın tek başına yapamayacağı şeyleri yaparlar.
** Kırsal bir şehirde yaşayan milyonlarca yoksul anne var, 10 çocuğu olsa bile, aynı anda 10’a ulaşabilir ve aynı duyarlılığı yerine getirebilirler Sırtında bir dağı bile taşıyabilir, yüreği ağlarken tatlı tatlı gülümseyebilir, küçük bir nehirden büyük bir okyanusa su taşıyabilir ve bir nehrin suyu gibi yaşamı bütünleştirebilirler, çocuklarının geleceğe tutunmaları ve insanlığa faydalı bireyler olmaları için gece gündüz sürekli sevgi ve barış aşılamaktan asla yorulmaz
** Ataerkil toplumlar için düşünülemez gibi görünebilir ama bir seferde 20 yavru doğurabilen bir köpeği, ya da yılda 50 milyon yumurta yumurtlayabilen bir kraliçe karıncayı düşünün; bir anne karıncanın, diğer karıncaların yuvalarını gasp etmeden kendi yavruları için nasıl yuva yaptığını, sırtlarında yiyecek taşırken tökezledik lerinde birbirlerine nasıl yardım ettiklerini, diğer karınca topluluklarının yaşam alanlarını bozmadan nasıl hayatta kalmaya çalıştıklarını her gördüğümde insanlığımdan biraz daha utanıyorum.
** Ve bir ağaç düşünün, kökü binlerce kökten oluşmuştur, hepsi farklı yerlerden filizlenip ağaç olmayı beklemektedir, böylece doğa mutlu olsun, güzelleşsin, etrafa güzel kokular yayılsın, evren mutlulukla gülümsesin diye, ağaçların bu mücadelesi sadece kendi yararları için değil, aynı zamanda evrenin bol oksijene sahip olması, minik böceklerin, kuşların ve her türlü hayvanın ve toz zerrelerinin nefes alabilmesi için de geçerlidir ve onlar bunu her gün, gece gündüz hiçbir karşılık beklemeden yaparlar,
** Empati kurmak, insanların duygularını anlamak, düşüncelerini ifade etmelerine izin vermek ve ihtiyaçlarını karşılamak barışın temelleridir.
Evet, barış ve savaş olmayan bir yaşam bu kadar zor olmamalı.
Savaş Severlerin savaşa girmeden önce egolarını ve lider olma isteklerini bir kenara bırakıp, kendi milletlerinin ve diğer ülkelerin haklarını korumak için eşitlikçi bir yaklaşımla hareket etmeleri zor veya karmaşık olmamalıdır.
Devletler, hem kendi içlerinde hem de komşu ülkelerde iç barışı, huzuru ve adaleti sağlamak için üreme yeteneğine sahip varlıkların sevgi ve adalet ölçeğinden yararlanmalıdır.
Güçlü emperyalist ülkeler, tıpkı kendi haklarını ve toprak bütünlüklerini savaşmadan korudukları gibi, diğer tüm ülkelerin haklarını ve toprak bütünlüklerini savaşmadan koruma isteklerini kabul etmeli ve bunu insanlığın refahı ve barışı için yapmakla yükümlü olduklarını unutmamalılar
Çünkü Tarih her zaman göstermiştir ki, hiçbir savaş haklı değildir ve hiçbir savaş dünyanın zaman içinde adım adım ilerlemesini temsil edemez.
Kısacası, başa dönersek, barışın uluslararası sistemde güçlü bir şekilde ilerlemesi ve güçle desteklenmesi gerekir.
Aksi takdirde ne barış ne savaş, hiçbir güç insanlığı birbirine düşürerek, yok sayarak, öldürerek, haklarını gasp ederek barışı getiremez.