Kateqoriya arxivləri: TƏQDİMATLAR

Nəzakət Kərimova Əhmədova – Bir ovuc Günəşin işığından…

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Çağdaş poeziyamızın tanınmış siması, filologiya üzrə fəlsəfə doktoru,”Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San Yarlığı” mükafatçısı, “Kitab Evi” İB-nin sədri, AYB- nin üzvü şair Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabının möhtəşəm təqdimatına və ad gününə yıgışmışdıq…
Şeirləri türk, ingilis, fars, fransız, rus, qırğız və özbək dillərində tərcümə olunmuşdur:
Od burda, hava burda
torpaq burda,su burda,
Tanrının yolu düşüb
bizdən öncə bu yurda
Qurban dedim bu canı
Ona sevgim əzəldir,
Mənim oldugu üçün
Azərbaycan gözəldir….
Adilə Nəzərin bütün şeirlərində vətən sevgisi, vətəndaşlıq qüruru, mərdlik, təvazökarlıq hissləri və qələbə ilə başa çatan II Qarabag Müharibəsi şəhidlərinə həsr olunmuş mövzuları geniş yer tutur. Şeirlərində dilimizin gözəlliklərini qoruyur, çünki dilimizi qorumaq Vətəni qorumaqdır, bu da əsl vətənpərliyin əsas meyarıdır.
Adilə xanım şəhidlərimizdən Xudayarın, Albert Aqarunovun, general Polad Həşimovun, Atiq İbrahimovun, Camal İsmayılovun, Cəbrayıl Dövlətzadənin və neçə-neçə igidlərimizin xatirəsinə həsr etdiyi şeirlərində ürək yanglsı ilə:
Gözünü yummadın soyuq səngərdə
Gecələr bizin də yuxumuz azdı
Sən ey fateh ogul,sən ey sərkərdə,
Şəninə min dastan yazılsa azdı
Xoşbəxt sabaha ümidlə yaşamagın – deməsi,
Gəlsəm bir gün yalvarsan aglasam…
Göz yaşlarımla yuyulsa illərin kiri, kədəri
Hər şey dəyişsə…
gül çiçəklə sevişsə…
torpaq bərəkətli olsa
hava günəşli,
Həyat sevgi kimi tərtəmiz, agappaq…
gəlsəm bir gün aglasam,
hər şey dəyişərmi, Qarabag?!-
düşüncələri ilə vəsf edir.
Adilə xanım qazilərimizə olan ehtiramını da şeirlərinə köçürür:
Üz-üzə dayanıb mənfur yagıyla
Keçib imtahandan can sınagıyla,
Girdiyi meydandan tək ayagıyla
Çıxan qaziləri salamlayıram.
Gedib babaların şanlı iziylə
Savaşa atılıb bıçaq-nizəylə…
Gözünü itirib,könül gözüylə,
Baxan qaziləri salamlayıram….
Qoymadı zəfərə bizi tamarzı,
O, xan qaziləri salamlayıram….
Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabı sayca on birinci kitab olsa da, şeirlər toplusu olaraq 8-ci kitabıdır.Şeir nədir?-deyən şairə: “Mən sənin dostlarına yeni bir dost bagışlamaq istədim- bütün kitablarımda, şeir..”-deyir.
Adilə Nəzərin ədəbi – bədii yaradıcılığından saatlarla, günlərlə danışsaq da azdır. Bunu təqdimata toplaşanların da ürək sözlərindən də gördük…

Mayın 26-sında AYB -nin Natəvan klubundakı görüşdə Yazıçılar birliyinin katibi, yazıçı- publisist Elçin Hüseynbəyli giriş sözü ilə iştirakçıları salamlayaraq şairənin yaradıcılıgından səmimiyyətlə söz açdı. Tədbiri aparan hörmətli şairimiz Yusif Nəgməkar Atatürk mərkəzinin direktoru-akademik Nizami Cəfərovun ürək sözlərini dinləmək istədiyimizi təklif etdi. Akademik şairənin poetik düşüncələrini incəliklə dinləyicilərə çatdıraraq ad gününü də təbrik etdi. Bəli, sairənin yaradıcılıgından danışmaqla söz bitmir. Bunu çıxış edənlər –Əsəd Cahangir, yazıçı-tərcüməçi, şairimizin işlədiyi Təhsil İnstitunun professoru Akif Abbasov, ADA Universitetinin professoru Nəriman Qasımzadə, şair- tərcüməçi-professor Xaqani Qayıblı, yazıçı -jurnalist Zenfira Məhərrəmli, yazıçı–publusist İradə Tuncay, Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, yazarlar – Səfər Alışanov, Əlabbas Baglrov, Ayaz Arabaçı, İlqar Türkoğlu, Kəmaləddin Qədim və başqaları bir daha çıxışlarında fəxrlə ürək sözlərini qeyd etdilər…
Rəssamlar-Sehran Allahverdi və Şəmsəddin Böyükdüzlü rəngli boya ilə işlədikləri portretləri Adilə xanıma bagışladılar….
Naxçıvandan, Qəbələdən, Göyçaydan, Neftçaladan və digər yerlərdən də gün işıgına toplaşanlar tədbiri daha maraqlı və ugurlu etdi…
Bəli gördük ki, Adilə Həzərin səmimiyyəti, bir qadın kimi məsumlugu, ədəbi yaradıcılıgındakı dil ustalıgı şeirlərində daim görünür…
Zalımlıgı, fagırlıgı nə imiş
Bəxtin belə sağırlığı nə imiş,
Əlli yaşın agırlıgı nə imiş,
Söz yükünü çəkə bilən adama…..
və ya:
Qarışdırma ayaqları başlara,
Çox dəyibdi başın daşdan – daşlara
Ay Adilə, sən də qoşul quşlara,
Qoşul, ürək vaxtı- könül vaxtıdır..
İstedadlı alim və gözəl şairəmiz sizə bol, tükənməyən yaradıcılıq ugurları, möhkəm can saglıgı arzulamaqla bir ovuc gün işıgında dünya boyda xoşbəxtlik arzulayıram. Dərin hörmət və ehtiramla:

Nəzakət Kərimova Əhmədova

yazar -publisist,”AJB -nin üzvü,”Yazarlar “jurnalının əməkdaşı,”Xarıbülbül” Ədəbi Məclisinin sədri,” Bizim Qala” jurnalının redaktoru.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

ADİLƏ NƏZƏR “BİR OVUC GÜN İŞIĞI” KİTABINI TƏQDİM EDİB

YAZARLAR

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DAŞ ADAM”IN DAHA BİR TƏQDİMATI BAŞ TUTUB

TƏQDİMAT

19 May 2022-ci il tarixdə Zərdab rayon Həsən bəy Zərdabi muzeyində Zərdab rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalının müdiri, gənc yazar İsgəndərli Leyla Yaşar qızının “Daş adam” adlı hekayələr kitabının təqdimat mərasimi keçirilib. Fotolar:

Mənbə: Ağdaş Regional Mədəniyyət İdarəsi

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAHA BİR ZİYADAR

Zaur Ustac Əyyub Qiyasa “Ziyadar” Mükafatını təqdim edərkən. 15.04.2022. Bakı.

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏYYUB QİYAS YENİ KİTABINI TƏQDİM EDƏCƏK – Qi Or El dəvət edir

ƏYYUB QİYAS – Qİ OR EL

OXU: >>>>>ORXAN CUVARLININ YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mərziyyə Sarvan “Əsgər anasıyam” adlı yeni kitabını təqdim edib

MƏRZİYYƏ SARVANIN YAZILARI

Bu gün Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçlığı ilə Azərkitabda Mərziyyə Sarvanın “Əsgər anasıyam” kitabının təqdimatı keçirilib.

Tədbirin gedişi zamanı “Yazarlar”  jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Mərziyyə Sarvana uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLAR Tədbirdən fotolar:

“Yazarlar” olaraq, Mərziyyə xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Mərziyyə xanım!!!



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

13 MART YENİ KİTAB TƏQDİM OLUNACAQ – AZƏRKİTAB

Əziz dostlar, Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə mart ayının 13- də, saat 13:00- da, gənc şair Mərziyyə Sarvanın ” Əsgər anası” kitabının təqdimatı keçiriləcək. Kitabın redaktoru: Nəcibə İlkinÖn söz müəllifi: Baba Vəziroğlu Poeziyasevərlər, şairlər, media nümayəndələri dəvətlidi.Ünvan: Ünvan: Azərkitab, Yasamal rayonu, Akim Abbasov küçəsi- 78, Yasamal parkının yanı, Bazarstorla üzbəüz.

Mənbə: Güllü Eldar Tomarlı



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Abbasəliqızı – “Hər tamaşa isə bir ömür”


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


“Hər tamaşa isə bir ömür”
Doğrudan da, hər xalqın öz milli mənəvi dəyərləri, öz yaradıcı ruhu var. Əsrlərdir, bütün xalqlar insan həyatında dönüş yaradan adi, qeyri-adi proseslərin təfərrüatlarını öz ruhunun zirvələrində xarakterizə edir. Azərbaycan xalqının da ictimai təfəkküründə insana hörmət əsas prioritetlərdən sayılır. Nə xoş ki, yaxından tanıdığım, çöhrəsi nurlu ziyalı Dilarə Nağıyeva da Azərbaycan xalqının sədaqətli övladıdır.
Məlumat üçün bildirim ki, 28 fevral saat 14:30-da Səməd Vurğun küçəsi 24-də yerləşən Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində tanınmış ictimaiyyətçi Dilarə Nağıyevanın anadan olmasının 80 illiyi və müəllifi olduğu “Hər tamaşa isə bir ömür” kitabının təqdimat mərasimi keçirildi.
Maraqlı ideyaları ilə cəmiyyətdə nüfuz qazanmış Dilarə Nağıyeva müəllifi olduğu “Hər tamaşa isə bir ömür” kitabını neft milyonçusu, xeyriyyəçi, çətin gündə əldən tutmuş babası Ağa Musa Nağıyevin həyat və fəaliyyətinə həsr edib. Kitabda xeyriyyəçiliyi özünə bir həyat səltənəti seçmiş Ağa Musa Nağıyevin insanlıq işi geniş şəkildə təqdir edilib, müəllif bu araşdırma-tədqiqat işi ilə həyatı insana sevdirməyi bacaran tarixi bir şəxsiyyətə bir növ, büst yonub.
Əlbəttə, tədbirə ictimaiyyət nümayəndələri, ziyalılar, Ağa Musa Nağıyevin insanlığına yüksək dəyər verənlər təşrif buyurmuşdu və hər çıxışda kitabın elmi-publisistik səciyyəsi xüsusi vurğulandı.
Çıxış edənlər həmçinin, Dilarə Nağıyevanın 80 illiyi ilə bağlı səmimi sözlər səsləndirdilər, bu yaşda onun həvəslə, yorulmadan çalışmasına diqqət çəkdilər.
Dilarə Nağıyeva tədbirə gələnlərə öz təşəkkürünü bildirdi, milyonçu-xeyriyyəçi babası haqda qarşıda yeni araşdırmalar aparacağını qeyd etdi.
Bəli, Dilarə Nağıyeva dövlətsevər insandır. Onun solğun duyğulara vurduğu həyat ilmələri çoxlarının könül dünyasına sığal çəkir. Səmimi deyim ki, xeyli vaxtdır tanıdığım, şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim bu dəyərli qadın öz kövrək və səmimi hisləri ilə bizim də ovqatımıza rəng qatmağı bacarır. Bütün hallarda o, nikbindir, kənardakına da xoş aura bağışlayır.
Bilirik ki, örnək həyata, bacarığa, nümunəvi əxlaq və davranışa sahib ola bilməyin də özünün məlum çətinlikləri var. O insan ki, zəhmətin müqabilində əldə etdiyi əməksevərliyi istedadı ilə qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Tarixdə belə tale yiyələri olub və bu gün də mövcuddur. Açığı, şəxsiyyətinə hörmət etdiyim Dilarə Nağıyeva da bəxtinə örnək həyata, bacarığa sahiblik yazılmış insanlardandır. Tədbirdən fotolar:

Sizə möhkəm can sağlığı arzulayıram, Dilarə Nağıyeva! Kitabına örnək ad seçmisən. Doğrudan da, hər tamaşa bir ömürdür…


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Müəllif: Sona ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb

AZƏR QİSMƏTİN YAZILARI

Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb

Bu barədə yazar özü YAZARLAR.AZ-a məlumat verib. O, bildirib ki, “Bizklub” nəşriyyatında çapdan çıxan kitabın təqdimatı 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq.

Bu münasibətlə yazar YAZARLAR jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplom 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq tədbir zamanı müəllifə təqdim olunacq. (Diplomu doğrulama lingi >>> LAUREATLAR)

Xatırladaq ki, Azər Qismət “Duman”, “Çuğullar”, “Xanım taksi” kitablarının müəllifidir.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

AZƏR QİSMƏTİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI “SÖZÜN XAQANI” KİTABINI TƏQDİM EDİB

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

Bu gün Sona Abbasəliqızı (İsmayılova) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Sözün xaqanı” adlı yeni kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbir həm də Sona xanımın 60 illik yubileyinin qeyd olunduğu ad gününə təsadüf etdiyindən tədbir iştirakçılarının olduqca səmimi çıxışları və yubiliyar müəllifə xoş arzuları ilə yadda qalıb. Sona xanımın Xaqani Şirvaninin həyatından bəhs edən bu kitabı ətrafında baş tutan diskusiyaları ümumilikdə Nizami ilinin yekunu kimi də qiymətləndirmək olar. Bu xüsusda Sayman Aruzun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə qonaqlardan Lütviyyə Əsgərzadə, Südabə Sərvi, Sevda İbrahimova, Elşad Barat, Vahid Çəmənli, Əli Vəliyev, Bayraməli Qurbanov, Vüqar Abdu, Telli Bağırova, Müşfiqə Baladdinqızı, İmdat Kazım, Kəmalə Həsənova, Yusif Abbdulla, Əbülhəsən müəllim, Qurban müəllim, Nailə xanım və başqaları iştirak ediblər. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac klassik irsimizin təbliğində uzun illər səmərəli fəaliyyətlərinə görə cənab Sayman Aruza və xanım Sona Abbasəliqızına “Nizami Gəncəvi” diplomu təqdim etmişdir. Sonda Sona xanım qonaqlara öz təşəkkürünü bildirmişdir. Tədbirdən fotolar:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNİNİN TƏQDİMATI OLACAQ

ƏZİZ DOSTLAR, 17.12.2021-Cİ İL SAAT 14:00-DA

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN “NATƏVAN” KLUBUNDA

     İSTEDADLI ŞAİR-PUBLİSİST ŞAHNAZ ŞAHİNİN  “XOCALININ SƏRVƏRİ”, ”ZƏFƏR NƏĞMƏLƏRİ”  VƏ “SABİRABAD ŞƏHİDLƏRİ”  ADLI KİTABLARININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR. HƏR KƏS DƏVƏTLİDİR. ÜNVAN : XƏQANİ-25 (SAHİL METROSU).

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru