Kateqoriya arxivləri: TƏQDİMATLAR

Xəyalə ZƏRRABQIZI – Seyran Səxavət mənim 75 yaşlı balamdı…

Seyran Səxavət, Xəyalə Zərrabqızı, Ləman xanım və əcnəbi tələbələr.

Seyran Səxavət mənim 75 yaşlı balamdı…

(Gündəliyimdən səhifələr)

25 noyabr 2016-cı il, cümə

…İllərdir, bu gündəliyi yazıram. Ancaq heç vaxt indiki kimi olmamışam.  Bu an yaşadığım hissləri adi sözlərə çevirib izah eləmək olmur. Bilmirəm, bu göz yaşlarım niyə dinmək bilmir… Əlbət ki, sevincdəndi. O “Qazanılmış manat”dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım “manat”ı əlim yana – yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Bu gün Universitetin Elmi Şurası –  böyük ziyalılar qarşısında müdafiə etdim…

Axır ki, “Dar köynək”dən azad oldum… Möhtəşəm duyğudu… Adamın ruhu rahatlıq tapır. Uzun zamandır, üzərində çalışdığım elmi tədqiqatımı müvəffəqiyyətlə yekunlaşdırıb ictimaiyyətə təqdim etdim. Adətən, dünyaya övlad gətirən insana “dar köynəkdən azad oldu” deyirlər… Əslində, bu da bir növ valideyn olmaqdı… Sənin ruhundan, canından, düşüncəndən mayalanan elmi ya bədii əsər də sənin balandı, gözünün nuru kimi bəslədiyin, zəhmətlə böyütdüyün övladındı… Bax, mən yazdığımı o cür sevirəm – balam kimi… Ruhumun, mənəviyyatımın, düşüncəmin önəmli bir parçası kimi…

Bu yazdığım isə mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentimin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki mənə elə gəlir ki,  sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. Bəli, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…

Və bir ana üçün valideyn iclasında övladının ünvanına deyilən sözlər necə qürurverici, xoş bir duyğudursa, bu axşam  yəqin ki, müdafiədən sonra  o duyğuları yaşamaqdayam…

7 may 2017-ci il

Yenicə doğulmuş körpələrin otağındayam… Ömrümdə ilk dəfədir, belə bir yerə qədəm qoyuram. Dünyanın cənnət guşəsi yəqin elə buradı. Necə məsumdurlar, ilahi… Hamısı da bir – birinə bənzəyir… Elə bil bir almanı neçə yerə dilimləmisən… Hamısını da ağ geyindiriblər… Balaca mələklərdir… Sən balaların hamısını bu dünyanın qara adamlarının qara düşüncələrindən hifz elə, ya Rəbbim… Elə gəldikləri bu mələk paklığında qoru onları…

 Bu oxşarlığı sözlə ifadə eləmək olmur. Heç rəssam çəksə, bu qədər bənzərlik alınmazdı bəlkə də. Sən İlahinin qələminin qüdrətinə bax… Bir günün içində bir doğum evində yüzdən çox körpə dünyaya gələ, hamısı da bir – birinə bənzəyə… Qələminə qurban olum…

Bəlkə soruşum uşaqlara baxan dayələrdən. Soruşum ki, mənim… mənim… mənim yavrum hansıdı? Yox, o sözü necə deyərəm. Ən yaxşısı yavaş – yavaş baxım hamısının biləyinə. Mənim biləyimə bağladıqları lentdən bəbəyə də bağladıqlarını gördüm. Üstünə də soyadımı yazdılar.

İçimdəki hansısa bir hiss məni düz otağın o biri başına aparır. Analıq hissi buymuş yəqin… Biləyini oxuyuram, yüzdən çox körpənin içində necə düppədüz beşiyinin başına gəlmişəm. Göz yaşlarım yanaqlarımdan üzüaşağı sellənir. Dayələrin pıçıltısı gəlir qulağıma:

  • O niyə ağlayır uşağın yanında?
  • Dəymə, sən Allah, cavandı, sevinir, qoy ürəyini boşaltsın…

Orda – balaca Mələyin beşiyinin başında nə qədər qalmışam, fikrə getmişəm, xəyala getmişəm, yuxuya getmişəm, bilmirəm… Bir də telefonun titrəşimini hiss edirəm, baxıram ki, Seyran babadı. Necə ürəyi düz adamdı… Sakitcə körpəni qoxulayıb beşiyinə qoyur, barmaqlarımın ucunda dəhlizə çıxıram…

  • Baba…
  • Can baba, axşamın xeyir, evdəsən, yoxsa bu gün də konfransa getmişdin?
  • Yox, baba, dünən çıxışımı elədim konfransda. İndi… indi mən … indi xəstəxanadayam…
  • Yaxşısanmı, ay Xəliş? Nə narahatçılığın var ki, getmisən?
  • Yox, yox, hər şey qaydasındadı, …. bəbə… bəbə dünyaya gəlib…
  • (telefonun o başında səsinin titrədiyini, kövrəldiyini aydınca duyuram) Şükür sənə, ay Allah. Atalı – analı böyüsün. Gör nə yaxşı baladı. Bəlkə də dünyadakı yeganə uşaqdı ki, dünyaya gəlməzdən bir neçə saat əvvəl beynəlxalq konfransda iştirak eliyib, Seyran babası haqqında məruzəyə qulaq asıb- deyir, gülüşürük.

Türkiyəyə səfərim var idi, ay Xəliş. Dedim sağollaşım sizinən, gedim qayıdım, qurban demişəm. Sən müdafiə edəndə demişdim ki, sağ- salamat balasını da qucağını alsın, qurban kəsəcəm. Şükür Allahın böyüklüyünə…

  • Nəsə demək istəyirəm. Təşəkkür eləmək istəyirəm, amma söz tapa bilmirəm. Bəzən elə minnətdarlıqlar, elə hisslər olur ki, onları adi cümlələrə düzüb ifadə edə bilmirsən.

Gülnaz yəqin ki, dünyadakı ən xoşbəxt baladı ki, Allahdan bəxtinə Seyran kimi baba düşüb…

Hansı yazıçı deyir ki, Ay Allah, filan doktorant müdafiəsini elədi, filan, beşməkan, ona qurban deyirəm. İndi camaat öz dərdini çəkə bilmir.

Deməli, başqasının dərdini çəkmək, sevincinə baba kimi qucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı…

Bir doktorant yoldaşım deyirdi ki, bəxtəvərsən vallah, səninlə bərabər qəbul olmuşam, 5 ildi gedirəm həmin yazıçının iş yerinə, hər dəfə də köməkçisi deyir ki, yanında qonaq var, Bakıda deyil, toplantıdadır, uyğun olan vaxt sizə xəbər edərəm. Hələ beş ildə uyğun bir vaxtı olmayıb ki, mənə ayırsın?

Dedim, Allah köməyin olsun, kaş elə belə olacağını bilsəydin, rəhmətlik Füzulidən mövzu  götürüb yazaydın, ürəyin dolanda heç olmasa, gedib heykəlin dizinin dibində oturub dərdləşəydin…

Belə də olur…

2012-ci ilin 14 martı, yel çərşənbəsi axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz da vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…

Bəli, bu Seyran müəllimin məhz özünəməxsus simvolik tərzi idi…

O doktorant yoldaşımdan fərqli olaraq mən Seyran müəllimi görməyə gedə bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim. Bizim kənddə deyirlər ki, Məhəmməd dağa yaxın getmirsə, neylək, Dağ Məhəmmədə sarı gedər… Həmin axşam Seyran müəllim bizə gələndə o məsəl yadıma düşüb o qədər utanmışdım ki…      

21 oktyabr 2017-ci il

Bu gün Seyran Səxavətin qardaşı Vaqif Əminin ocağına yığışmışıq. Bütün ailəmiz, qohum – əqrəbamız dəvət olunub körpə üçün kəsilən bu qurbanlıq mərasiminə. Nə ürəyiböyük insanlardır. Nə fədakar, qayğıkeş, bir – biri üçün yanan bacı – qardaşlardır. Adam yaxşı mənada qibtə edir onlara baxanda. Vaqif əmi, xanımı Sevda bibi, bacıları Natella bibi hamımızın başına pərvanə kimidir. 15 yaşımda Universitetə, 19 yaşımda magistraturaya, 21 yaşımda doktoranturaya qəbul oldum, heç vaxt imkan vermədim ki, tayfa-törəmiz məndən ötrü belə məclis qurub xətrimi əziz eləsin. Zarafat bir yana, doğrudan da, indiki vaxtda hardadı bu cür münasibətlər?

Telefonumda səsi hələ də qalır, üç il bundan əvvəl ustadımız Musa Yaqubla müsahibə zamanı  Seyran Səxavətlə necə tanış olduğunu soruşmuşdum. Onda Musa Yaqub demişdi ki, qızım, Seyran Səxavətdən danışanda birinci növbədə onun dostluğundan, yoldaşlığından danışmaq lazımdı. Sonra Seyranın yaradıcılığı gəlir. Düzdü bizi yaxınlaşdıran ədəbiyyat olub, ürəyimizdə qaynayan söz olub. Seyran yaxşı deyir ki, Sözün belindən gələn adamlar qardaşdırlar. Ona görə biz dostdan daha çox, doğma qardaşıq. Yaradıcılıqda ilk dəfə şeirlərlə dost olursan, ordan başlayır bağlılıq. Bu mənada, mən Seyranla çoxdan tanışam, özündən əvvəl şeirləri ilə dost olmuşam. Sonradan istədim onunla tanış olum, amma öyrəndim ki, artıq Universiteti bitirib xaricdə işləyir. Bir dəfə Çingiz Ələkbərzadəylə birlikdə Yazıçılar Birliyinin ezamiyyəti ilə Füzuliyə getmişdik. Füzulidə bizi çox yaxşı qarşıladılar. Mən ömrümdə bir Füzulidə, bir də Neft daşlarında o cür qarşılanma görmüşəm. Füzulini mən həm Qarabağın bir parçası kimi, həm də füzulilərin şeirə, sənətə, ümumən ədəbiyyata, sənətə məhəbbətinə görə çox sevirəm. Deməli, o görüşdən çıxanda dedilər ki, Seyran Səxavətin böyük qardaşı Xanlar burdadı, Sizi gözləyir. Biz o vaxta qədər tanış deyildik, ilk dəfə idi görüşürdük, amma o bizi elə isti qarşıladı ki. Dedi, mütləq bizim qonağımız olacaqsınız. İlk dəfə Seyranın qardaşı ilə tanış olmuşam – Xanlarla. Bizi qonaq apardı, kabab çəkdi, gözəl bir qonaqlıq verdi… Rəhmətlik çox ürəyiaçıq, çox yaxşı oğlan idi. Sonra tanış olanda gördüm ki, Seyran da onun kimi çox ürəyiaçıq oğlandır. Bəlkə elə böyük qardaşı öz ürəyiaçıqlığını da ona qoyub gedib…

Mən Seyran müəllimin qardaş, bacısını – Vaqif əmini, Natella bibini – bu ailəni yaxından tanıdıqca anladım ki, Musa Yaqubun dediyi ki, həqiqətən də, ürəyiaçıqlıq sanki bu insanlara bir ata – ana, qardaş yadigarıdır.

Gündəlik yazmaq intim yaradıcılıqdır, bəlkə də. Düşünürsən ki, orda yazdıqlarının səndən başqa heç kimə dəxli yoxdu. Amma bəzən də istəyirsən ki, orda yazılanın 3-5 səhifəsini hamı oxusun. Çünki bəzən o 3-5 səhifə təkcə sənin özünə aid olmur.

Ədəbi mühitdə hamının sevə – sevə milli, bəşəri, böyük ideyalar müəllifi kimi qiymətləndirdiyi yazıçını istəyirsən ki, bütün şair, dramaturq, yazıçı, publisist, vətəndaş ziyalı və sair statuslarından öncə Adam kimi Adam olduğunu təqdim edəsən. Həm də böyük hərflərlə ADAM…

         O Adam ki, Ona olan böyük sevgini, bağlılığını, təşəkkürünü adi cümlələrə düzüb ifadə edə bilmirsən… O Adam ki, bütün çətinliklərə rəğmən məhz O var deyə  –  Onun varlığına tutunub yaşaya bilirsən… Onun varlığı nəzərində dəyərdən düşmüş bu bomboz dünyanı qiymətə mindirir. Seyran Səxavət məhz O adamdı… Varlığına tutunduğum, İşığından pay aldığım, Mənəvi dünyamın memarı… kəlmələrə sığmayacaq qədər dəyərli və böyük hərflərlə ADAM…

         Seyran Səxavət həm də mənim beynimdə ədəbi mühitlə bağlı bəzi qarmaşıq düşüncələrimi dağıdan obrazdı…

IV kursda oxuyurdum. İstedadlı bir yazıçının yaradıcılığı haqqında diplom işi yazırdım. Sağ olsun, özü də mənə xeyli material vermişdi ki, əziyyət çəkməyim. Haqqında yazılan ədəbi-tənqidi məqalələri ardıcıl oxuduqca qəribə bir məqamla rastlaşdım; qələminə inanmaq istədiyim bir tənqidçi onun əvvəlcə bəh-bəhlə təriflədiyi romanını 6 ay sonra elə yıxıb sürüyür ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs guya bu əsər Murakamidən plagiat imiş. Universiteti bitirməyimə az qalsa da, uşaq idim, qəbul edə bilmirdim belə şeyləri. Yəni necə ola bilər ki, o boyda kişi 6 ay qabaq yazdığını inkar edə… Qəzetləri götürüb getdim birbaşa yazıçının yanına. Adam mənə çox sakitcə qulaq asdı. Sonra dedi ki, qızım, incitmə özünü belə şeylərlə. Mən onun araq qonaqlığını yaxşı verməmişəm deyə inciyib elə yazır. Bu qədər sadə izahı var. O yazıçı danışdıqca elə bilirdim ki, Yer kürəsi dayanıb mən fırlanıram onun başına… Axı Söz müqəddəs şeydi, Sözün başına belə oyun açmaq kişilikdən deyildi. Onun dediklərini anladım. Amma həmin gün bir şeyi də başa düşdüm ki, araya “vodka” girəndə ədəbiyyatın fatihəsi oxunur. Vodkanın qradusuna uyğun yazılan tərifin, tənqidin ömrü onu yazanın ömründən çox qısa olur.

O gündən sonra elə bilirdim ki, ədəbi mühitdə adamlar bir – birinə elə bu müstəvidən yanaşır…

Seyran müəllimi tanıyanda isə yanıldığımı anladım. Başa düşdüm ki, bütün münasibətlərdən daha ucada dayanan əlahəzrət Sözdü… İlk dəfə Seyran Səxavəti tanıdığım gün bizim evdəki süfrə başında Rəşad Məciddən danışırdı: “Elə bilirəm ki, Rəşadnan min ilin doğmasıyıq…”

Sonra Yazıçılar Birliyində Seyran müəllimin yazı masasının üstündə Rəşad Məcidin şəklini görəndə bu doğmalığın min ildən çox yaşı olduğunu duydum…

Bir sabah da mənə zəng edərək: “Qızım, Aqil Abbas təzə bir hekayə yazıb. Sədi Məmmədovun xatirəsinə. Mütləq oxu onu. Sadəcə şedevrdi…”

Belə… Adamları min ilin doğması, yazdıqlarını şedevr adlandıra biləcək ürəyə sahib olmaq üçün Seyran Səxavət olmaq lazımdı…

         Bir gün də mətbuatdan oxudum, Fuad Poladovun xanımı deyir ki, Fuad dünyasını dəyişəndən sonra onun telefonuna bircə nəfərdən zəng gəlir – Seyran Səxavətdən. Hər həftə bizi axtarır, hər bayramımızda, dərdimizdə – sərimizdə.

Bu siyahını sabaha qədər uzatmaq olar: rəhmətlik Camal Yusifzadənin ailəsi də eyni fikirdədir, başqaları da. Bir sabah: “Hardasan, Baba? – deyə soruşanda “Uşaqlıq dostum rəhmətlik Zeynalın yoldaşı dünyasını dəyişib, bu gün dəfn edəcəklər, gedirəm onun balalarının yanında olum…” Bilmədim nə deyim…

Bir gün də dedi ki, bu gün səhərdən həyətdəki üzüm tənəkləri ilə məşğul olmuşam, dostum rəhmətlik Adilin yadigarıdı onlar mənə…

Biz həyatımızda var olanlara dəyər verməyi bacarmayan adamlarıq. Qismətinə yazılan adamları Allahın verdiyi pay kimi yoxluğunda da əzizləməyi bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.

         Fuad Poladov dünyasını dəyişəndə bir yoldaş mənə dedi ki, Seyran müəllim özünü niyə elə zərbə altına qoydu. Fuad Poladovun dəfnində deyib ki, filankəslər Fuadın vida mərasiminə yaxşı ki gəlmədilər. Gəlsəydilər, Fuadın paklığına ləkə düşərdi…

         O dediyin filankəslər hamısı “təfəkkürünün istifadə müddəti qurtarmış “adam”lardı – dedim. Seyran Səxavət özünü qanandan o nadan kütləyə qarşı mübarizə aparıb. Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq… Gerçəkləri heç zaman eşitmək istəmədik. Gerçəyi deyəni də sevmədik – Fuadı sevə, Seyranı anlaya bilmədiyimiz kimi…

Bəli, istedad həm də gerçəyi deyə bilməkdir. İstedad o vaxt böyük olur ki, cəsarətə söykənsin. İnsan o zaman şəxsiyyət olur ki, özünü xırdalamasın. Şərəfini, ləyaqətini, sözünü medala, evə, hər hansısa mandata, komforta dəyişən ruhu satılmışların yaşadığı bir toplumun içində hələ də nəfəs ala biliriksə, bu məhz şəxsiyyəti xırdalanmayanların, sürüşə-sürüşə ucalmaq sevdasına düşməyənlərin hesabınadır. Bu cür insanlar dəyərdi – Seyran Səxavət kimi.

Sizlər var olduqca bizim yaşamaq, qorumaq və mücadilə etmək üçün nədənlərimiz olacaq, Ustad. Düşünəcəyik ki, Sözünün və özünün azadlığını kölgələməyən, xırdalanmayan beşcə nəfər belə varsa, onlara tutunub yaşamağa, yola davam etməyə dəyər. Azadlığı hər şeydən uca tutan Vicdanın – Böyük Ürəyin qarşısında baş əyirəm!

Yaxşı ki Varsan, Ustad!

Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!

Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!

Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!

Həmişə Var ol, Ustad! Səni ürəkdən təbrik edirəm. Müzəffər Ordumuz Sənə Qarabağ boyda bir dünya bəxş edib. Adama bundan daha böyük ərməğan nə ola bilər?! Azad Qarabağın mübarək! Ata yurduna müqəddəs qayıdışın mübarək! Müdriklik nərdivanında bu şərəfli pillən – 75 yaşın mübarək, Ustad!  

Seyran Səxavəti sorğu-suala tutublar….
Hər kadr tarixin bir anıdır…
Xəyalə Zərrabqızının nitqi Seyran Səxavətdən ziyadə Rəşad Məcidi valeh edib…

Sonsuz sayğı və sevgilərimlə:  Xəyalə ZƏRRABQIZI

QEYD:

Fotolar pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlərdən əvvəl AYB – Natəvan zalında (Bakı ş.) çəkilib.

 YAZARLAR cameəsi olaraq biz də yubiliyarı bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NARGİSİN AD GÜNÜDÜR!

Nargis – Nərgiz İsmayılova, alim, yazar.

Bu gün Nargis xanımın ad günüdür! Ad günü münasibəti ilə
Nargis
xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.

2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.  

2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır.  2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur.  “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.

“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.

28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti  mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və  “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.

Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.

Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn”  Minval yayınları tərəfindən nəşr edilmişdir.

2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.

2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “           Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.

2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.

2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

Zaur Ustac Nargis xanımı təbrik edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
Zaur Ustac Nargis xanıma “Ziyadar”ı təqdim edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
Nargis xanım Zaur Ustac üçün “Metakədər” imzalayır. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
Rəşad Məcid “Metakədər”ə göz atarkən. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.

QEYD:

Fotolar düz bir il əvvəl, pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlər nəzərdə tutulmamış 12.03.2020. AYB – Natəvan zalında (Bakı ş.) Nargis xanımın “Metakədər” adlı kitabınının təqdimatı zamanı şəkilib.

Bir daha Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

SEYRAN SƏXAVƏT – 75

Seyran SƏXAVƏT – Xanlarov Seyran Əsgər oğlu

Seyran Səxavət – 75

Hörmətli Seyran müəllim!

Siz –  Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu ) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndində anadan olmusunuz. 1962-ci ildə doğma kəndinizdə orta məktəbi başa vurandan sonra iki il X.B.Natavan adına Füzuli şəhər orta məktəbində direktorun köməkçisi vəzifəsində çalışmış, 1964-cü ildə uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunmuş, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmisiniz. Sovet ordusunda xidmət keçdiyiniz illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasınızı təcrübi olaraq daha da dərinləşdirmisiniz.

Sonrakı fəaliyyətinizin  əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyinizlə bağlı olmuşdur. Siz 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmusunuz.

1974-1976-cı illərdə ixtisasınızla əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmisiniz. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlnaması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmisiniz.

1962-ci ildən, ömrünüzü  bədii yaradıcılığa həsr edərək yaratdığınız hekayə, povest, romanlarınızla, bədii-publisistik əsərlərinizlə Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, hər kəs tərəfindən etiraf olunan istedadlı bir yazıçı kimi Azərbaycan və dünya oxucularının rəğbətini qazanmısınız.

Hörmətli Seyran müəllim!

Siz bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin lap əvvəllərində başlamış, 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində ”İki arzu” adlı ilk şeirinizi çap etdirmisiniz. Poetik axtarışlarınızın yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarınızın yazdıqlarından tamamilə fərqlənən novator şeirləriniz dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabınız – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabınız çap olunmuş, şeirlərinizin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinizin ilk cildində yer almışdır.

İran dövlətində ( indiki İran İslam Respublikası) tərcüməçi işləyərkən qələmə aldığınız ilk hekayəniz – “Hamı elə bilirdi” adlı əsəriniz 1976-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş, bununla da sizin yaradıcılığınızın, həm də müasir Azərbaycan nəsrinin yeni bir səhifəsi açılmışdır.

Müxtəlif illərdə işıq üzü görən nəsr əsərlərindən ibarət (hekayə, povest, roman) kitablarınız: “Hamı elə bilirdi” (1982), “Daş evlər” (1985, təkrar işlənmiş nəşr – 1989), “Bozoqo ajıra telekey” (“Qapıların o üzündə qalan dünya” – Dağlıq Altay, 1985), “Dar köynək” (1987), “Qızıl teşt” (1999), “Ptityajenie” (Cazibə”, Moskva, 1990), “Nekroloq” (2003), “Palıd toxumu” (2003), “Yüz ilin kişisi” (2005), “Krepkoe semya” (“Palıd toxumu” Moskva, 2007), “Yahudi əlifbası” (2009), “Bəhanə” ( 2009), “Qaçhaqaç” (I kitab, 2010, II kitab 2017 ), “Seçilməmiş əsərlər” (I-II cildlər, 2015), “Kenquru” (2019)  ibarət kitablarınız həm  istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq sizin, həm də 50-60 ildə yaradılan müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.

Sizin şeirləriniz və nəsr əsərləriniz dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və sair çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərinizdən ibarət kitabınız 100 min tirajla  yayılmışdır.

Həm poetik, həm nəsr əsərlərinizdəki orijinallıq, misilsiz milli kolorit, bədii düşüncənin özünəməxsus ifadə tərzi, dərin və mənalı yumor elementləri, unikal şair-yazıçı yaddaşı, nəsrlə şeirin təbii və mütəhərrik sintezi ciddi oxucu marağı doğurur. Sizin əsərlərinizdə milli və bəşəri, fərdi və ümumi çulğaşaraq təbiətin, insan mənəviyyatının, ümumən cəmiyyətin mükəmməl panoramını yaradır, adamları düzgün, cəsarətli, mərd, səxavətli, öz kökünə, millətinə, dövlətinə ən əsası özünün öz mənliyinə bağlı yaşamağa dəvət və təhrik edir.

Hörmətli Seyran müəllim!

Siz həm də ədəbiyyat və incəsənəti sevərlər arasında ən insani duyğuları, ən sərt həqiqətləri ifadə etməyə qadir bir dramaturq kimi tanınırsınız. “Qızıl teşt” (1988), “Büst” (1989), “Qapıların o üzündə qalan dünya” (1990) pyesləriniz, Azərbaycan  Akademik Milli Dram Teatrı başda olmaqla Respublikamızın bir çox peşəkar teatr kollektivlərində tamaşaya qoyulmuş, izləyicilər tərəfindən hərarət və dərin estetik təəssüratla qarşılanmışdır. Bununla yanaşı, dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanmış, radio pyesləriniz səsləndirilmişdir.

Hörmətli Seyran müəllim!

Sizin bədii publisistika və bədii tərcümə sahəsində xidmətləriniz də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Siz Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəriniz ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz  janrdan novator istifadə məharəti sonralar sizə bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanlarınız, “Kasib” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.

Siz dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A. Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirmisiniz.

Hörmətli Seyran müəllim!

Siz istedadlı Azərbaycan ədibi olaraq həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya…) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmısınız. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyiniz beş mindən artıq intervünüzlə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmisiniz.

75 yaş ömrün müdrik çağıdır. Siz yaşınızın bütün mərhələlərində Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədi ilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə – yazılı və internet mətbuat məkanında mövqeyinizi bildirmisiniz. Hazırda ustad ədib olaraq AYB-də çalışırsınız; “Azərbaycan” jurnalı redaksiya heyətinin üzvüsünüz. Yaradıcı əməyiniz yüksək qiymətləndirilmişdir; 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanınız AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür.

Hörmətli Seyran müəllim!

Əsərləriniz, ədəbi tərcümeyi-halınız deməyə əsas verir ki, sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir. Sizi ədədəbiyyat biliciləri, qələm dostlarınız, Azərbaycan oxucusu yüksək qiymətləndirir. Sizə bundan sonra da ilhamlı yaradıcılıq ovqatı, dəyərli əsərlər, möhkəm can sağlığı, ailə xoşbəxtliyi arzulayırıq. 75 yaşınız mübarək olsun!

Azərbaycan Yazıçılar Birliyi

Seyran SƏXAVƏT AYB-də.

Seyran müəllimin adından başda Anar müəllim olmaqla dəyərli AYB heyətinə və bütün əməyi keçənlərə təşəkkürümüzü bildiririk. YAZARLAR cameəsi olaraq yubiliyarı bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – RÖVŞƏN ABDULLAOĞLU KİMDİR?

Zaur Ustac – şair – publisist.

YEDDINCI  YAZI

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə  müəllifin yeni  kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016.   Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“YAZARLAR” JURNALI PDF:

“YAZARLAR” JURNALININ BÜTÜN SAYLARI BURADA >>>“YAZARLAR” PDF

Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26

Eyni zamanda yazılarınızı dərc olunmaq üçün “Yazarlar” jurnalına göndərə bilərsiniz. Əlaqə vasitələri:

E-mail: zauryazar@mail.ru və ya WhatsApp: 070-390-39-93

===============================================

“YAZARLAR” JURNALININ BÜTÜN SAYLARI BURADA:

>>>>>>>>>>>>>>“YAZARLAR” PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ MART SAYI İŞIQ ÜZÜ GÖRÜB – YAZARLAR

YAZARLAR JURNALININ MART SAYI

JURNALIN BU SAYI DƏDƏ ƏLƏSGƏRƏ HƏSR OLUNUB

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

YAZARLAR JURNALININ MART NÖMRƏSİ

YAZARLAR JURNALININ MART SAYI PDF:

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTACIN ŞEİRLƏRİNDƏ UŞAQ OBRAZLARI – AYƏTXAN ZİYAD – İSGƏNDƏROV

Zaur Ustacın kitabı.

ZAUR USTACIN ŞEİRLƏRİNDƏ

UŞAQ OBRAZLARI

(“Sətirlərdə uşaq obrazları” bölümü

(“Gülüzənin şeirləri” kitabından) tədqiqat müstəvisində)

  Elmi rəhbər:

Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru, professor

GİRİŞ: Uşaq ömrü öz dəcəlliyi, ərköyünlüyü, yaşının kiçik illərində bizi “əsəbiləşdirdiyi” məqamları ilə zaman ötdükscə şirinləşib əz əziz xatirəyə çevrilib yaddaşlara həkk olan bir dünyadır. Artıq baba, nənə olduğumuz illərdə övladımızın körpə yaşlarında “başımıza açdığı oyunlara”indiki günlərimizdə bir az bal-şəkər şirinliyi, bir az da məzə qatıb danışıb-gülür, həzz alır, xoşlanırıq.

Məsələn, qəfil yadımıza düşə bilər ki… Oğlumla dostlaşmış iki sərçə vardı, hansı ki adına “Babəkin sərçələri” deyirdik. Oğlum eyvana çıxdımı, sərçələr əvvəlcə onun çiyinlərinə qonar, sonra qollarının üstü ilə yeriyə-yeriyə gəlib ovcundakı çörək qırıntılarından birini götürüb “pırr” edib havaya qalxardılar. Bu hal Babəkin ovcundakı çörək qırıntıları qurtarana qədər davam edərdi.

Yaxşı dil açmadığı vaxtlardı. Bir də görürdün gözləri sevincdən parıldaya-parıldaya nəyi isə göstərirdi: “Bax, çənbərənin yanında çepin üstündə mətənək donub”. Pəncərənin yanındakı çöpün üstünə kəpənək qonduğunu bizə belə başa salırdı.

Yaxud, ilk dəfə işıqforun işığının yanıb-sönməsini görəndən sonra nəinki işıqforun, evdəki lampaların da yanıb-sönməsi onun üçün “danq” kəlməsilə ifadə olunurdu. Deyək ki demək istəyirdi ki, “lampanı yandırın”. Bu fikrini belə ifadə edirdi: “danq”. “Lampanı söndürün” tələbi də onun üçün “danq” idi.

Olurdu ki, mənzilin girişindəki lampa unudulub söndürülməyib. Mənzilin girişində qoyulmuş şkafın sol qapısını açıb ustufca divara çırpırdı. Və qürurla bizə baxırdı: “danq”. Yəni ki, gördüz, işığı söndürdüm.

O illərdən 40 ilə qədər zaman ötüb. İndi nəvələrimdə bunabənzər şirinlikləri müşahidə edəndə, 40 il  əvvəl oğlumda gördüklərimiz yada düşür və bu xatiratları xatırlayıb ürək dolusu həzz alırıq.

ARAŞDIRMA: Z.Ustacın yeni təqdimatda və yeni tərtibatda işıq üzü görən “Gülüzənin şeirləri”ndəki “Sətirlərdə uşaq obrazları” bölümünə [4. s.83-96]daxil edilən şeirlər də beləcə real həyat hadisələrindən qələmə alınan əsərlər, bu əsərlərin qəhrəmanları isə özlüyündə müxtəlif xarakter bilməcələrilə yaddaşlara hopası təxminən bir-birinin eyni olan oxşar təbiətli azyaşlılardır. Biri sadəlövh, digəri çoxbilmiş, üçüncüsü yox yerdən dava qoparan, sonrakı nəfsinə yiyəlik etməyi bacarmayan… Fakt olanı isə budur ki, onların hər biri həyatdan bizlərə tanışdır, adını xatırlaya bilmədiyimiz haçanca “qarşılaşdığımız” uşaqlardan biridir.

Məsələn, Etibarla Ehtiram bir-birini başa düşən, bir-birilə hesablaşan uşaqlardır. Hansı işi necə yerinə yetirmək lazımdırsa, hər ikisi eyni düşüncədə olur. Belə ki, qaranquşların hansı səbəbdən görünmədiklərindən anlaqsız olan uşaqlar havaların soyumasından, qarlı-şaxtalı günlərdə quşların ac qala, yaxud xəstələnə biləcəklərindən narahatdırlar. Odur elan yazıb divara yağışdırırlar ki, kim qaranquşların yerini bilirsə, onlara desin:

Etibarla Ehtiram

Yazdılar belə elan:

“Qaranquşlar itibdir,

Varmı xəbəri olan?”           

(“Etibar və Ehtiram”)

Şeiri oxuyan hər hansı azyaşlı elə o andaca özünə sual edir ki, görəsən quşlar niyə qəfil yoxa çıxıblar? Təbii ki, uşaq (burada, Etibarla Ehtiram) sualı cavablandırmaq imkanında olsaydılar, qaranquşları elan vasitəsilə axtarmaq məcburiyətində qalmazdılar. Sualın cavabı müəllim, yaxud valideyn tərəfindən aydınlaşdırılır. Məlum olur ki, quşların başında heç bir qəzavü-qədər yoxdur, onlar itməyiblər, sadəcə havalar soyuduğundan uçub isti ölkələrə gediblər, qaranquşların təbiəti belədir, onlar bu xislətdədirlər.

Belə olan halda “o hansı quşdur ki, yaşadığı yeri heç vaxt tərk etmir” sualı meydana çıxa bilir. Sualın cavablandırılması məktəbliyə əlavə bilgi vermək şansı yaradır. Azyaşlı müəlliminin, yaxud valideynin köməyilə öyrənir ki, sən demə havalar soyuyanda yaşadığı yeri tərk etməyən quş da varmış və bu quşun adı sərçədir

Müəllif Etibar və Ehtiram obrazlarını yaratmaqla eyni zamanda bəzi dəcəl uşaqlara onu da başa salmaq istəyir ki, quşları sevmək, onlara qarşı qayğıkeş olmaq lazımdır.

Balaca qəhrəmanlar öz saflıqları, səmimiyyətləri ilə bir-birlərinə bənzər olduqları kimi, fərqlilikləri də var. Məhz bu və bunabənzər xarakterə malik olmaqlarıdır əsəri oxucuya sevdirən, gündəmdə qalmasına yardımçı olan, yoruculuq, usanmaq kimi bir haldan oxucunun yaxasını qurtaran. Bu isə xüsusilə uşaq ədəbiyyatı üçün vacib şərtlərdəndir.

Məsələn,

Jalə, Damla və Şəbnəm

Yola getmirdi heç vaxt.

Bir gün Yağmur dillənib,

Hamısını qoydu mat.         

(“Jalə, Damla, Şəbnəm və Yağmur”)

Yaxud, Zümrüdlə Zamin  heç vəhclə yola getmirlər. Problem isə Zümrüdün hərisliyindədir, gözü hər gördüyündən kirə istəyir. Hər dəfə də onların mübahisəsini n üstünə su səpmək, yoluna qoymaq Zəhranın öhdəsinə düşür:

Zanbağı görən kimi,

Zümrüd  dedi Zaminə,

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!             

(“Zümrüd, Zamin və Zəhra”)

Mirzə İbrahimovun “Sənət, sənətkar və zəmanə” məqaləsində yazdığı kimi.  obraz real həyat hadisələrinə əsasən yaranır, “həmişə təbiətin, varlığın, canlı insanın bədii inikasıdır, onun əsas, tipik xüsusiyyətlərini saxlamaqla həm mənasını, həm də formasını doğru əks etdirir” [3. s.74]. Bu fikri bir qədər başqa tərzdə ifadə edən Xalid Əlimirzəyevə görə, “Yazıçının şəxsiyyəti, əqli mühakimələri və mənəvi dünyası onun yaratdığı obrazların, xarakterlərin ruhuna, varlığına hopur. Bu obrazlar ictimai varlığı, həyat həqiqətini əks etdirməklə bərabər, həm də sənətkarın zəkasının, dünyagörüşünün, ictimai ideal və amalının, vətəndaşlıq mövqeyinin, milli bəşəri duyğularının süzgəcindən keçərək formalaşır, onun dühasının, bədii təxəllüyünün işığında canlanır, həyata vəsiqə alır” [1. s.17].

Bölümə uşaq obrazlarına aidliyi yetən 28 şeir daxil edilib. Ancaq bu o demək deyil ki, “Sətirlərdə uşaq obrazları”nın qəhrəmanları cəmi 28 nəfərdir, xeyr. Elə şeir var onda iki, bəzən üç obrazla qarşılaşırıq. X.Əlimirzə­yevin yazdığı kimi, yazıçı şəxsiyyətinin, əqli mühakimə­sinin və mənəvi dünyasının məhsulu olan bu ədəbi qəhrəmanlar arasında təbiət etibarı ilə bir-birinin oxşarı olub bir-birilə yola gedənlər də var, xaraktercə bir-birindən fərqli olanlar da. Ancaq başlıca məziyyət bundadır ki, bu “İnsan xarakterlərinə, ehtiraslarına, fikir və arzularına biz hər şeydən qabaq həyatda rast gəlirik” [3. s.76].

Məsələn, “Vahid” şeiri I Qarabağ müharibəsində  şəhadət zirvəsinə ucalmış Vahid Abbasovun xatirəsinə həsr olunub.  Cəmi dörd misradan ibarət şeirdə müəllif qətiyyətli, sözünün sahibi, vətənpərvər bir Azərbaycan övladının obrazını yaratmağa müvəffəq olub. Azərbaycanlı xarakterinə sahib kişi obrazı,

Vahid getdi əsgərə,

Həmişə dedi: – “Oldu!”

Postunu tərk etmədi,

Vətənçün şəhid oldu.

Əsərdə ““Vahid” adı hansı hərflə başlayır”, “V” hərfi ilə başlayan daha hansı insan adı bilirsiniz”, “Əsgər niyə həmişə “Oldu!” deyə cavab verməlidir”, “Vahid Abbasov kimdir, kimlərlə döyüşdə və hansı cəbhədə şəhid olub”, “Şəhid olmaq nə deməkdir və kimlərə “şəhid” deyilir”, “Vətən uğrunda şəhid olan hansı Milli Qəhrəmanlarımızı tanıyırsınız” sualları qoyulmaqla şagirddə düşünmək qabiliyyəti formalaşdırmaq və onun əlavə bilgi əldə etməsi üçün tələbat doğuran şərait yaradılmış olur.

Yetişməkdə olan nəsildə vətənpərvərlik duyğuları aşılayan başqa bir şeir isə “Ömər və Əsmər” adlanır.  Şeirdə vətənpərlik və vətəndaşlıq duyğularının Ömərin qanında-canında olduğu diqqətə çatdırılır:

Söhbət edirdi,

Ömərlə Əsmər.

Ömər dedi ki,

Olacaq əsgər!

Yetişməkdə olan nəsildə vətənsevərlik duyğularının aşılanmasını qarşıya məqsəd qoyan müəllif yeniyetməyə aşağıdakı sualları ünvanlayıb: “Səncə əsgər olmaq nə deməkdir”, “Sən  böyüyəndə kim olacaqsan?”

Azyaşlıya bu kimi duyğuların ruhən hakim kəsilməsi üçün əsgərlərin orduda istifadə etdiyi və uşaqlara da oyunlardan, cizgi filimlərindən, filimlərdən tanış olan  “tapança”,  “tank” kimi vasitələrdən  bəhrələnilir.

Natiq tutdu Tofiqi,

Əlində tapançası.

Tofiq təslim olmuşdu,

Yer yox idi qaçası.                  

(“Natiq  və Tofiq”)

Yaxud,

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!        

(“Tuncay”)

“Sətirlərdə uşaq obrazları” bölümünə daxil edilən şeirlər üç yarımsərlövhə altında qruplaşdırılıb: 1 – “Bir ad bir şeir”; 2 –  “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər; 3 – “Tam və bitkin şeirlər”.

“Bir ad bir şeir” yarımbaşlığı altında 16 şeir (“Tuncay”, “Nağı”, “Yusif”, “Leyla”, “Raul”, “Rəna”, “Malik”, “Qaşay”…), “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”də 9 şeir (“Natiq və Tofiq”, “Rahib və Əkbər”, “Fuad və Fərid”, “Jalə, Damla, Şəbnəm və Yağmur”…), “Tam və bitkin şeirlər”də isə 3 şeir (“Ağıllı Gülər”, “Oyanın, bahar gəlib”, “Balaca reklamçı”) daxil edilmişdir.

“Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər” bölgülərinə uşaq adlarına yazılan şeirlər daxil edilib. Həmin adın daşıyıcısı olan uşağın hansı təbiətdə olması, orta təhsilini başa çatdırandan sonra həyatda kim olacağı haqda düşüncələri gündəmə gətirilir. Şeirlərin sonluğunda hərflər və adlarla əlaqəli suallar, yaxud tapşırıqlar da verilir ki, bütün bunlar azyaşlının dünyagörüşünün genişlənməsinə, iti düşünmə qabiliyyətinin formalaşmasına xidmət edən xüsusatlardır.

 “Bir ad bir şeir” yarımbaşlığı altında qruplaşdırılan şeirlər əsasən dörd misradan ibarət olub birbəndlik şeirlərdir. Məsələn, “Uğur”, “Jalə”, yaxud “Zahir”. Adları çəkilən uşaqların hər biri özünəməxsus təbiətə malikdir. Müəllifin qarşıya qoyduğu məqsəd də elə budur: qəhrəmanının hansı isə bir cəhəti, yaxud məşğuliyyəti ilə oxucusunu tanış etmək.

Məsələn, “Uğur” mühəndis, “Jalə” jurnalist olmaq arzusundadır. Uğur bu arzusunu göylərlə bölüşür, Jalə isə babası ilə:

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

“Jalə” şeirində isə oxuyuruq:

Jalə aldı jurnalı,

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalist olacağam!

Zahir isə, öz kəlmələri ilə ifadə etsək, gəmiçi olmaq arzusundadır:

Zahir düzəltdi,

Balaca gəmi.

Dedi: – Bu gəmi,

Mən də gəmiçi.      

Tədris prosesi zamanı məktəbliyə “Uğur böyüyəndə usta, yaxud mühəndis, Jalə jurnalist, Zahir gəmiçi olmaq arzusundadır, sən böyüyəndə kim olmaq, yaxud hansı sənətə yiyələnmək istəyirsən” suallarını ünvanlamaqla (şair Uğur, Jalə və Zahir obrazlarını şeiriyyət müstəvisinə gətirməklə) azyaşlı oxucusuna demək istəyir ki, heç də hamının ali təhsil alması vacib deyil, həyatda başqa peşələr, sənətlər də var.

Təqdim olunan şeirin mövzusuna uyğun sualların tərtib edilməsi məktəblinin dünyagörüşünün genişlənmə­sinə diqqət çəkən vacib cəhətlərdən biridir. Məqamı ikən xatırlamaq yerinə düşər ki, XX əsri 60-70-ci illərində ümumtəhsil məktəblərində əlavə məşğələ saatları təşkil olunardı ki, bu proqram çərçivəsində məktəblilər əlavə biliklərə yiyələnmək imkanı əldə edərdilər. “Ülkər” adlandırılan şeirdə bu anlayışı şeir mövzusu seçməklə müəllifin nəyə işarə etdiyi, Ülkər və Günəş adlarının haradan götürüldüyü, “Jalə, Damla, Şəbnəm və Yağmur” şeirində “mat qoymaq nə deməkdir” sorğusunun qoyulması, “Hümmət”dən bəhs edən şeirdə “hümmət” istilahının hansı məna daşıdığı, Azərbaycanda hansı zaman kəsiyində “Hümmət” adında təşkilat olduğu və bu təşkilatın hansı məqsədlərə xidmət göstərdiyi  (və s.) şagirdin əlavə bilgi əldə etməsinə, nəticə etibarı ilə dünyagörüşünü genişləndirməyə yönəlmiş imkanlardır.

Hümmətin beş yaşı var,

Hazırcavab uşaqdır.

Həvəsi var yazmağa,

Oxumaqda qoçaqdır.

Şeirin sonunda məktəbliyə “Hümmət” kəlməsinə uyarlığı yetən suallar ünvanlanıb. Bu sualların cavablandırılması sayəsində şagird öyrənir ki, “Hümmət” sözü “cəhd”, “səy”, “qeyrət”, “əl-ələ verib çalışmaq”, “təşəbbüs” mənalarını verir. “Hümmət etmək” kömək etmək, yardım etmək, əlindən tutmaq anlamlarında işlənir. “Hümmət” sözü vasitəsilə şagird başqa informasiya da əldə etmək imkanı qazanır. Məlum olur ki, 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun dostları tərəfindən “Hümmət” Sosial-Demokrat Müsəlman Təşkilatı yaradılıb. Təşkilatın rəhbəri əvvəlcə M.Ə.Rəsulzadə olub, sonra Nəriman Nərimanov. Bundan əlavə, təşkilatın “Hümmət” adında qəzeti də çıxıb. İlk nömrəsi 1904-cü ilin oktyabrında nəşr olunub. Qəzetin cəmi 6 nömrəsi işıq üzü görüb. Qəzet 1905-ci lin fevralında bağlanıb…

Ədəbiyyatşünasların ümumi qənaətinə görə, qafiyə şeirin gözəlliyini artıran, poetik nümunəyə musiqilik, oynaqlıq, rövnəqlik gətirən vasitə, Rafiq Yusifoğluya görə, hər hansı fikri ifadə edən misraların bədii, emosional təsirini artıran, poetik əsəri zənginləşdirən bədii ünsürdür. “Qafiyə şeirin məzmununun açılmasını, bədii-məntiqi və obrazlılığın güclənməsini şərtləndirir” [2. s.222]. Bu məzmunda “Ağıllı Gülər” şeirində “sərçəcik”, “cik-cik”  təkrar səsləri diqqət çəkir. Müəllif “sərçəcik” (4 dəfə) və “cik-cik” (4 dəfə) epiforalarından istifadə etməklə şeiri emosional tələffüz axarına salmış, təkrar yox, təkrir sayəsində yaranan ritm, intonasiya və bunların ahəngindən formalaşan ümumi ahəng təqdim olunan əsərə poetiklik bəxş etmiş, oxucunun (burada məktəblinin) yaddaşına asanlıqla “yazılmasına” yardımçı olmuşdur.

Bizim balaca Gülər,

Həm ağlayar, həm gülər.

Günlərin bir günündə,

Soyuq  qış səhərində,

Gülər çölə çıxanda,

Əl-üzünü yuyanda

Gördü kiçik sərçəcik.

Sərçə edirdi “cik-cik”.

Gördü üşüyür sərçə,

Bayırda qalıb təkcə.

Gülər istədi getsin,

Gedib çörək gətirsin.

Elə bu an sərçəcik,

Yenə elədi:

“Cik-cik”.

Gülər tez evə qaçıb,

Anadan çörək alıb

Gəlib eyvana, ovdu.

Yanına su da qoydu.                                                

Yenidən  edib cik-cik,

Ora qondu sərçəcik.

Əvvəl çörəyi yedi,

Sonra da suyu içdi.

Bir dəfə sağa baxdı,

Bir dəfə sola baxdı.

Təşəkkür etdi:

“Cik-cik”

Uçub getdi sərçəcik.

***

Nəticə: Z.Ustacın uşaq şeirləri haqda son olaraq bu qənaətə gəlmək olar ki, nədən, yaxud kimdən yazmasından asılı olmayaraq təqdim etdikləri yeni görünür, diqqətə çatdırılanlar təbiidir, səmimidir, ürəyəyatımlıdır, obrazlar elə xarakterizə olunur ki, onlar haqqında deyilənlərin həqiqət olduğuna şəkk-şübhən qalmır. Bunun bir səbəbi əgər yazıçının intellektidən irəli gəlirsə, digər səbəbi müəllifin ixtisas, peşə yönümü ilə izah oluna bilər. Axı Zaur Ustac müəllimdir, uşaq dünyasına hamıdan çox bələdliyi yetən bir ixtisas sahibi.

Ədəbiyyat siyahısı:

1. Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı-“Elm və təhsil” 2011, 416 səh.

2. Hacıyev Abbas. Ədəbiyyatşünaslığın əsasları. Bakı-2009, 370 səh.

3. İbrahimov Mirzə. Ədəbi qeydlər. Bakı-Azərbaycan Dövlət nəşriyyatı-1970, 300 səh.

4. Ustac Zaur. Gülüzənin şeirləri. Bakı-2021, 114 səh.

Ayətxan Ziyad – yazıçı-jurnalist, tədqiqatçı.

Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

Dərc  olunub:

1.yazyarat.com 27 yanvar 2021.

https://yazyarat.com/yazi/tədqiqat-zaur-ustacin şeirlerinde-uşsü – problemleri;

2.İlk xəbər. 27 yanvar 2021.

https://ilkxəbər.orq/news/php?id=51389;

2. Müstəqil.Az 27.01.2021.

3. FEDAİ.AZ

https://fedai.az/?p=27097&embed=true#?secret=fB3mkL3sWi

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALEH XƏLİLOV – GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Oğuzhan Uzarın kitabı.

GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Özünəməxsus sənət yolu keçmiş Hüseyn Cavid əsərlərində daim həyati problemləri, insan talelərini, milli və bəşəri məsələləri əks etdirmişdir. O, əsərlərində xalqa və vətənə olan sədaqət hisslərini ifadə etmişdir. Cavid ziddiyyətli bir zamanda daha çox Şərq tarixinə müraciət etmiş və yeni milli obrazlar yaratmışdır.

Maarifpərvər ziyalı hər zaman yaradıcılığında milli, tarixi, pedaqoji və siyasi dəyərləri sistemli şəkildə əks etdirmişdir. Mütəfəkkirin həyat və yaradıcılığının hələ sağlığından öyrənilməsinə baxmayaraq, onun məfkurəsi, ictimai-siyasi və pedaqoji ideyaları günümüz üçün aktuallığını itirməmişdir. Onun yaradıcılığının milli müstəqillik kontekstində daim araşdırılmasına və yeni-yeni tədqiqat əsərlərinin yazılmasına ehtiyac yaranmışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin doktorantı Oğuzhan Uzarın türk dilində yazdığı “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyası da çox aktualdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında mündəricat üzrə nəzərdə tutulmuş türkçülük, turançılıq, siyasət və hüquq anlayışlarını, onların mahiyyətini, məzmununu və prinsiplərini metodiki baxımdan düzgün təhlil etmişdir.

Elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Abbas Əhmədov olan monoqrafiya Naxçıvan şəhərində “Əcəmi” nəşriyyatında çap olunmuşdur.

Giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan 97 səhifəlik monoqrafiya elmi-pedaqoji baxımından düzgün işlənmişdir.

Monoqrafiyanın “Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının formalaşması” adlı  I fəslində XIX əsrin sonu XX əsrin əvvəllərində siyasi-hüquqi ideologiyanın istiqamətlərinin xarekteristikası öyrənilmiş, Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mühüm faktorlar araşdırılmış və Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mütəfəkkirlərin fikirləri tədqiqə cəlb olunmuşdur.

Monoqrafiyanın II fəsli “Hüseyn Cavidin siyasi idealı, dövlət və dövlətin formaları haqqında ideyaların təkamülü” adlanır. Bu fəsildə isə Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ilkin dövrü tədqiq edilmiş, Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ideya mənbələri araşdırılmış Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının inkişaf istiqamətləri tədqiq olunmuş, Hüseyn Cavid və yaradıcılığına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolu öyrənilmişdir.

Monoqrafiyanın “Nəticə” hissəsində tədqiqata yekun vurulmuş, məqsəd və vəzifələrin yerinə yetirilməsi haqqında ümumiləşdirici məlumatlar verilmiş və tədqiqatın əsas yekunları müddəalar şəklində sadalanmışdır.

“İstifadə edilmiş ədəbiyyat” hissəsində isə monoqrafiyanın yazılmasında istifadə olunmuş mənbələr göstərilmişdir. Müəllifin problemlə bağlı elmi ədəbiyyatla, və dövrü mətbuat kolleksiyaları ilə tanışlığı da xüsusi qeyd olunmalıdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında bəhs etdiyi məsələni diqqətlə öyrənmiş və təhlil etmişdir. Müəllifin problemə baxışı, yanaşması, tədqiqi tam sistemli və yenidir.

      TALEH XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin dosenti,

       pedaqogika üzrə fəlsəfə doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAİRİN PLAN DƏFTƏRİ

Zaur Ustac, 1989, Ağdam. Fotoqraf: Tahir.

Xüsusi Proqramlı Yusifcanlı İbtidai Məktəbinin planı (Yanvar – 1993, Ağdam rayonu, Yusifcanlı kəndi.) PLAN PDF:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

UŞAQ ƏDƏBİYYATININ BİLİCİLƏRİ – FOTO

Füzuli Əsgərli, Ayətxan Ziyad (İsgəndərov), Zahid Xəlil.

Uşaq ədəbiyyatı biliciləri: Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru