Etiket arxivi: ELMİ MƏQALƏ

Atakişiyeva Həcərin elmi məqaləsi

Atakişiyeva Həcər

DÜNYAYA ÖRNƏK OLAN AZƏRBAYCAN – TÜRKİYƏ MÜNASİBƏTLƏRİ     

Açar sözlər: Azərbaycan, Türkiyə, Zəngəzur dəhlizi, Şuşa Bəyannaməsi, Zəfər paradı

Ключевые слова: Азербайджан, Турция, Зангезурский коридор, Шушинская декларация, Парад Победы

Key words: Azerbaijan, Turkey, Zangezur Corridor, Shusha Declaration, Victory Parade

Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın və ölkələrimizin qardaşlığına söykənir. Buna görə də, Azərbaycanla təhdid dili ilə danışmaq istəyən mənfurlar Azərbaycanın İkinci Qarabağ müharibəsinə müdaxilə etmək fikrinə düşəndə qarşılarında Türkiyə kimi güclü və dayanaqlı bir dövlət gördülər. Azərbaycan-Türkiyə münasibətləri əsrlərin sınaqlarından çıxaraq, “dəmir yumruğ”a çevrilə bilmişdir. Bu münasibətlərin inkişafında Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı xalqlarımızın və ölkələrimizin də çox böyük rolları vardır. Əsrlərin sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya dəqiq bir mesajdır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi və möhtəşəm çıxışları bu münasibətləri daim gücləndirməyə xidmət etmişdir. Bu münasibətlərin qorunması hər bir zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olan mövzulardandır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bu bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir. “Şuşa Bəyannaməsi”- də öz əksini tapan strateji müttəfiqlik məsələləri Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığı, təhlükəsizlik və müdafiə sahələrini nizama saldı. Bu Müttəfiqlik Bəyannaməsi xalqlarımızın və ölkələrimizin gücünə güc qatıb, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan Türk xalqlarının möhkəm bir şəkildə birləşməsini təmin etdi. Azərbaycan-Türkiyə münasibətləri daim dünya dövlətlərinə örnək olmuşdur. Bu iki qədim tarixə malik olan xalqın böyük uğurlar qazanaraq böyük dövlət qura bilməklərində Azərbaycan və Türkiyə qardaşlığının çox böyük rolu vardır. Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının belə yüksək səviyyədə olmasında hər iki ölkənin dövlət başçılarının apardıqları ikitərəfli əlaqələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında müttəfiqlik, strateji tərəfdaşlıq, güclü iqtisadi və mədəni əlaqələrin ən yüksək həddə olmasında rolları əvəzolunmazdır. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyədə olması tamamilə məntiqə əsaslanır. Qarşılıqlı güvənə əsaslanan münasibətlərin ən bariz nümunəsi Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasıdır. Ümumilikdə, Azərbaycan və Türkiyə dövlətləri arasında olan müttəfiqlik əlaqələri bölgədə daimi sülh və inkişafa xidmət edir. Azərbaycan və Türkiyə hər zaman bir- birinin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. 2023-cü ilin fevral ayında Türkiyədə başverən dəhşətli zəlzələ xalqımızı və ölkəmizi dərindən kədərləndirmişdir. Azərbaycan bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi və yüksək həmrəylik nümunəsi olmuşdur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq və regional səviyyəli olub, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın inkişafında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət maraqlarının və gələcəyə birgə baxışın təsiri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dost və qardaş olan Azərbaycanın və Türkiyənin dövlət başçılarınında arasında şəxsi dostluq və qardaşlıq münasibətləri vardır. Buda, həmçinin, əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən ən əsas amillərdəndir. Azərbaycan və Türkiyə dövlətlərini mədəniyyət ümumiliyi, sosial-iqtisadi əlaqələr, tarixi köklər, yaxın münasibətlər, liderlərinin bir-birinə olan güvən və etibarı, regiona olan münasibətləri, dünyaya sülh və rifah arzusu arzulamaqları, dövlət siyasətləri, strateji müttəfiqlikləri birləşdirir. Qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının bütün mərhələlərində Azərbaycanın yanında idi. Türkiyə dövlətinin Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyi əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi və müharibənin gedişatı proseslərində əhəmiyyətli təsir yaratdı. Türkiyə kimi hərtərəfli imkanlara malik güclü bir dövlətin Azərbaycanın yanında olması və hərtərəfli dəstəyini açıq bir şəkildə bəyan etməsi işğalçı Ermənistanın havadarlarına və özünə güclü bir zərbə oldu. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Çünki Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması zəruri olacaqdır və hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri intensivləşəcəkdir. Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması bütün Türk dövlətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması deməkdir. Türk Dövlətləri Təşkilatını təşkil edən- Türk dünyası üçün xalqlarımızın birlik olması məsələsi daim prioritetdir və aparılan siyasət də bunu aydın göstərir.                                                       

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulayaraq, ümumən, türk dünyasının birliyi məsələsini ön planda tutmuşdur. Türk Dövlətləri Təşkilatının birliyi yaxın gələcək üçün potensial qlobal güc kimi çox böyük perspektivlər daşıyır. Birləşmiş Türk dünyası gələcəkdə böyük coğrafiyaya, böyük əraziyə, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, bir soydan, kökdən olan gənc və artan əhaliyə sahib olacaqdır. Bir soydan, kökdən olan xalqların güclü və müştərək birlik yaratmağa nail ola bilməkləri olduqca önəmli bir məsələdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı səyləri bu birliyin möhkəmlənməsinə xidmət edərək türk dövlətlərinin sıx birliyini daha da gücləndirir. Türk Dövlətləri Təşkilatının qlobal önəmi, miqyası və rolu olduqca yüksəkdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı atılan doğru addımları türk dünyasının beynəlxalq məkana inteqrasiyasını və iqtisadi potensialını gücləndirmişdir. Günü-gündən Azərbaycan və Türkiyə arasındakı hərbi sahədə əməkdaşlıq əlaqələri inkişaf edir və birgə ordu quruculuğu istiqamətində atılan addımlar möhtəşəm nəticələr verir. Azərbaycan və Türkiyə dövlətləri arasında təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələri olduqca gücləndirilmişdir. Azərbaycan və Türkiyə dövlətləri hər bir zaman fəal əməkdaşlıq etmiş və birgəliyimizin gücü ilə dünya üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaratmışdırlar. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin böyük bir tarixi vardır. Bu tarix ortaq kökə, dilə, din birliyinə, oxşar mədəniyyətə, adət və ənənələrə söykənir. Hər iki dövlət və xalq tarixlərin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olaraq çıxmışdırlar. Bunun bariz nümunəsi kimi Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi üçün Azərbaycana gəlməsini göstərmək çox doğru olardı. Nuru Paşanın komandanlığı ilə Türk ordusu Azərbaycana, Bakıya gəldi və  Azərbaycanı daşnakların təcavüzündən xilas etdi. Bakını xilas etməsi ilə Türk ordusu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan və Türkiyə xalqları ağır dövrlərində bir-birilərinə göstərdikləri köməyi heç vaxt unutmayıblar. Hər iki dövlət bir-birilərinə daim maddi və mənəvi yardım göstərmişdir. Azərbaycan dünyaya hərtərəfli inteqrasiya edə bilmək üçün Türkiyə dövlətinin imkanlarından yararlanmışdır. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yarada bilmək üçün ən yaxın müttəfiqidir. Bu müttəfiqlik Azərbaycan – Türkiyə münasibətlərinin inkşafında mühüm vasitə rolunu oynayır. Türkiyə dövləti ilə Azərbaycan dövləti bir-birinə beynəlxalq aləmdə müttəfiq və dayaqdır. Azərbaycanın güclü dövlət olmasında Türkiyənin dünya siyasətindəki gücünün rolu danılmazdır. Hər iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanması dayanıqlı inkşafı zəruri edir.         

Bir millət, iki dövlət arasındakı münasibətlərin tarixi olduqca qədimdir. Perspektivlərə əsaslanan ikitərəfli siyasi münasibətlər Azərbaycan müstəqilliyini 1991-ci ildə  bərpa edəndən sonra daha da inkişaf etdi. Belə ki, 1991-ci il noyabrın 9-da Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra münasibətlər daha da irəliləyərək 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Azərbaycan və Türkiyənin diplomatik fəaliyyətə başlaması ilə hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı geniş perspektivlər açdı. Qarşılıqlı əlaqələrin əsas prinsiplərinin və inkişaf perspektivinin müəyyən edilməsi hər iki dövlətin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmasının nəticəsi idi. Türkiyə hər bir zaman Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında Türkiyə dövləti ilə yaradılan hərtərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti danılmazdır. Azərbaycan – Türkiyə münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabili olan Türkiyə daim bu münasibətlərin inkişafına xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir. Azərbaycan – Türkiyə münasibətlərinin həmişə yüksələn xətt üzrə inkişaf etməsi tərəflərin ümummilli liderlərinin xarici siyasət konsepsiyasınada verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyində göstəricisidir. Hər iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin atdığı addımlar iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər qarşılıqlı əlaqələri möhkəmləndirməyə xidmət edir. Strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Türkiyə və Azərbaycanın atdığı bütün addımlar dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olması üçündür. İki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri daim müzakirə mövzusu olmuşdur. Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə ən əsas səbəblərdəndir.                                     Bayram Salmanov Respublika qəzetində dərc olunan “Dünyaya örnək qardaşlıq” məqaləsində Azərbaycan və Türkiyə münasibətlərini geniş bir şəkildə şərh etmişdir. “Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi” [8,4].                                                  

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı  xidmətlərinə görə seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan və Türkiyə arasında birgə bəyanatlar, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlıq daim diqqət mərkəzində saxlanılan mövzulardandır. Türkiyə və Azərbaycan arasında münasibətlər köklü tarixə, mədəni bağlara, qardaşlıq təməlinə söykənir. Hər iki qardaş dövlət bir-birinə olan hər sahədə dəstəyi ilə inkişaf edib, günü-gündən güclənməkdədir.                                                                

Türkiyə və Azərbaycan arasında münasibətlərin ən əsas memarlarından biri böyük lider, hörmətli Heydər Əliyevdir. İki ölkə arasındakı əlaqələrin ideal vəziyyətdə saxlanıla bilməsində ən vacib məqam eyni millətin iki ayrı dövlətinin olmasıdır. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü Azərbaycanın neft-qaz sektoru sahəsində Türkiyə dövlətinə verdiyi dəstəkdir. Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması ilə Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsi formalaşdırıldı. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı tamamilə rəsmiləşdi. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışının reallaşdırılması ilə Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması baş tutdu. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışı ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələrin həyata keçirilməsinə əsas oldu. Bu layihələrdən ən əsası Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Türkiyə dövləti Azərbaycanın həmişə ən əsas ticarət tərəfdaşlarından biri olmuşdur. İqtisadi sahədə əməkdaşlıq uzun illər boyu davam etdirilir. Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətində istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından Türkiyə mədəniyyətinə yaxındır. Çünki bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələri ilə də doğmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, xüsusəndə, mədəni münasibətlərdə Türkiyə ilə daha da yaxınlaşdı. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında hər iki ölkə arasında keçirilən qarşılıqlı tədbirlərin mühüm rolu vardır. Ümumilikdə, Azərbaycan və Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf edir. Bununda ən əsas səbəbləri odur ki, bu məsələyə dövlət və hökumət rəhbərləri səviyyəsində baxılır. Buna görə də cəmiyyətlər və diasporalar əməkdaşlığı daim yüksək səviyyədə saxlayırlar. Azərbaycan və Türk diaspor təşkilatlarının beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlərə dair mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, daim bir-birinə qarşılıqlı dəstək verirlər. BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində baş tutan konfranslarda ölkələrimizin əməkdaşlığı olduqca əhəmiyyətlidir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ilə Qafqaz bölgəsində sabitlik təmin edildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü Türkiyə tərəfindən dəstəkləndi.                     

   İki sahil qəzetində Azərbaycan və regionun vəziyyəti tamamilə geniş bir şəkildə şərh olunmuşdur. “Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq” nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?! Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləridə  kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır” [6,4].            Türkiyə və Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasında strateji faktorlarla yanaşı, dostluq, qardaşlıq prinsipləridə olduqca mühümdür. Xalqlarımızı və ölkələrimizi birləşdirən tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Hər iki dövlət arasındakı dostluq-qardaşlıq  münasibətləri əbədi və sarsılmazdır, çünki bu dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bütün dünyaya örnək ola bilən Türkiyə və Azərbaycan əlaqələrini şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması əsas amillərdəndir. Hər iki qardaş xalq və dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Bu ortaq kök, din, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr bir millət, iki dövlətə əsrlərin əmanətidir. Türkiyə hər bir zaman müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasını dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardımlar göstərmişdir.                                                                               

   Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında, hərtərəfli əməkdaşlığın genişlənməsində, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında Türkiyə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müstəqilliyimizin ilk günündən etibarən başlamışdır. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrindəki əməkdaşlıq, Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri yüksək səviyyəli strateji əməkdaşlığın yaradılması nəticəsində ərsiyyə gəlmişdir. Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daimi əlaqələrlə dayanmadan inkişaf edir və möhkəmlənir. Nəticədə də, hər iki qardaş ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Türkiyə və Azərbaycan əlaqələri strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə dövlətləri bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini hər bir zaman dəstəkləyirlər və ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində mühüm addımlar atırlar. Hər iki qardaş ölkənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir və bu  enerji layihələri ölkələrimizin Avropanın enerji təhlükəsizliyindəki rolunu günü-gündən daha da artırır. Hər bir zaman Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq qiymətləndirilib. Türkiyə və Azərbaycan əlaqələri regionda geosiyasi və geoiqtisadi münasibətlərin tənzimlənməsində olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqlarını nəzərə aldığı üçün qarşılıqlı əlaqələr hər bir zaman müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yüksək səviyyəyə çatmışdır.

Ədəbiyyat:

  1. Azadi, Sevinc. Bölgənin söz sahibi olan iki qardaş ölkə: Türkiyə və Azərbaycan ən çətin zamanlarda bir-birinə dayağıdırlar / S. Azadi // İki sahil. – 2024.- 1 oktyabr. – № 179. – S.5.
  2. Bağırlı, Musa. Tarixin sınağından uğurla çıxan qardaşlıq / M. Bağırlı // Respublika. – 2024.- 16 yanvar. – № 8. – S. 4.
  3. Əliyeva, İradə. Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri / İ. Əliyeva // Azərbaycan. – 2024.- 24 fevral. – № 42. – S. 1,5.
  4. Əliyeva, Mehparə. Azərbaycan-Türkiyə: İki ölkə arasındakı diplomatik əlaqələr regional sülhə töhfə verir / M. Əliyeva // Respublika. – 2024.- 14 yanvar. – № 7. – S. 1-2.
  5. İbrahimova, Aygün. Azərbaycan ilə Türkiyənin enerji tandemi: İğdır-Naxçıvan qaz kəməri / A. İbrahimova // Respublika. – 2024.- 25 sentyabr. – № 209. – S. 4.
  6. İki sahil. – 2018.- 30 iyun. – № 121. – S. 2,4.
  7. Qurbanov, Füzuli. Azərbaycan-Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik: II məqalə / F. Qurbanov // Xalq qəzeti. – 2024.- 4 iyul. – № 137. – S. 5.
  8. Salmanov, Bayram. Dünyaya örnək qardaşlıq//Respublika. – 2024.- 15 iyun. № 126. – S. 4.

Atakişiyeva Həcəin digər yazıları

Dünya bir sirli nəğmədir – Gülhüseyn Kazımovun özü və sözü üzərinə notlar – Əsəd CAHANGİR

ƏSƏD CAHANGİR

Dünya bir sirli nəğmədir – Gülhüseyn Kazımovun özü və sözü üzərinə notlar 

Tanınmış şair və kulturoloq, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımovun “Şuşaya o qədər yağış yağmışdı” şeirlər kitabının fevralın 17-də AYB-nin Natəvan klubunda təqdimatı oldu və biləndə ki, bu, artıq ikinci min ildir (!) üzvü olduğu yaradıcılıq qurumunda müəllifin ilk belə yığıncağıdır, təəccüb elədim. Axı, söz konusu sıradan biri deyil, dörd ali məktəb bitirən, uzun illər çoxsaylı dövlət işlərində çalışan, bədii və kulturoloji olmaqla iyirmi beş kitabı işıq üzü görən, sayılıb-seçilən bir imzadır. Onun ünlü maarifçi Əsgər ağa Goraniyə dair min bir çətinliklə əldə elədiyi sənədlərə söykənən, ədibin indiyəcən adı olub, özü əldə olmayan “Qocalıqda yorğalıq” vodevilini ortaya çıxaran “Qaranlıqdan işığa” kitabı yetərdi ki, Natəvan klubunda yaxınlar-uzaqları da başına yığıb, bir törən düzənləsin və “zəhmətimə dəyər verin” desin. O isə iyirmi dörd dəfə bunu eləməyib, əgər yaxın çevrəsi – kitabın düzənçisi və naşiri Turan İbrahim, redaktoru Kənan Hacı, eləcə də qələm dostu Maşallah Məftunun təkidi olmasaydı, bəlkə, iyirmi beşinci dəfə də eləməyəcəkdi.

G.Kazımlı Cəbrayılın Kovdar kəndində anadan olub və “Şuşaya o qədər yağış yağmışdı” kitabı şairin öz ata yurdunun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevlə Cəbrayılda çəkdirdiyi foto ilə açılır. Fotoda cənab Prezident həmişəki özünəməxsus təbəssümü, qətiyyət və inamlı baxışları, Gülhüseyn müəllim isə üzündəki məmnun, bir az da yoğrun ifadəylə əbədiləşiblər. Bu qiymətli foto öz nəzakət və səmimiyyəti ilə seçilən dövlət başçımızın elm-sənət adamlarına sayğısının ifadəsidir. Amma söhbətə şəkillə başlamağım bu məlum gerçəyi xatırlatmaq üçün deyil. Bəs, onda nə üçündür? Oxuyacağınız yazı öz mahiyəti etibarilə bu sualın cavabından ibarətdir.

Seçiminə qədər ziyalıdır və ziyalı xarakteri onun haqqı yetən bir çox şeyləri əldə eləməsinə az mane olmayıb. Bu məntiqidir – xarakter varsa, insana mane olmalıdır. Bunu ustad şair Məmməd Araz ilk şeirlərini yazan Gülhüseynə uğurlu yol arzuladığı, Pedaqoji İnstitutun “Gənc müəllim” qəzetində dərc olunan “Şeirin dayaq nöqtəsi” adlı yazısında hələ 35 il öncə belə qeyd edirdi: “Arzu edirik ki, onun özündən narazılığı, təvazökarığı, özünə qapanıb qalmağa deyil, ağır zəhmətə, yüksək poetik düşüncələrə xidmət eləsin.” Mənə elə gəlir ki, Gülhüseyn gənc bir şair kimi o “dayaq nöqtəsini” hətta ustadın özündə də tapa bilməyib və onun sonralar şeirdən elmi-publisist fəaliyətə keçməsi səbəblərindən biri, olsun ki, budur. Bu gün əlimizdə olan isə “Şuşaya o qədər yağış yağmışdı” kitabıdır və indi giley-güzarı bir yana qoyub, əldə olandan danışmaq istəyirəm.

GÜLHÜSEYN KAZIMLI

***

Söz kökü üstə bitər və kitabdakı şeirlər şairin həm folklor, həm divan şeiri, həm də romantik poeziya ilə dialoquna işarələr edir. Bu, məntiqidir. G.Kazımlı xalq dilimizin zənginliyini özündə yaşadan, muğamın beşiyi olan Qarabağda dünyaya göz açıb. Onun Şuşanın adını öz kitabının sərlövhəsinə çıxarması da mövzu arxasında gizlənmək, plakatçılıq, şüraçılıqdan uzaq olub, qutsal muğam beşiyimizə bir ömürlük bağlılığın ifadəsidir və muğam səsləşən şeir, qəzəl deməkdir. G.Kazımlı təbiətcə romantik, duyğusal adamdır və poeziya romantika deməkdir. Amma onun istər folklor, istərsə də, klassikaya yanaşması yaşadığı konkret zamanın mentallığlndan doğan özünəməxsus səciyyə daşıyır. Məsələn, xalq arasında hər hansı arzuya çatmağın mümkünsüzlüyünü göstərən “yuxunda görərsən”, yaxud “heç yuxunda da görə bilməzsən” deyimlərini G.Kazımlı gənc yaşlarında yazdığı bir şeirində poetik yöndən belə emal eləyir:

Mən sənin yuxunda ağlar, gülərəm,

Sən nə ağlamazsan, nə də gülməzsən.

Mən sənin yuxuna xəlvət girərəm,

Məni yuxunda da görə bilməzsən.

“Yuxuna girərəm”

Zahiri əksliyə baxmayaraq, “yuxunda görərsən” və “heç yuxunda da görə bilmzəsən” deyimləri mahiyətcə bir medalın iki üzüdür, sadəcə, birincidə ironiya var. Şairin məsələyə yanaşmasındakı özünəmxəsusluq da elə bu ironiyadadır. Aşiq mümkünsüz olduğunu yaxşı bilə-bilə uşaqcasına “cahillik” eləyib, məşuqun yuxusuna girməkdən danışır – təcahüli-arifanəlik göstərir. Çünki yuxu idarəolunmaz, qeyri-ixtiyari psixoloji fenomen olduğundan, heç kəs hətta sevdiyi adamın da yuxusuna öz istəyi ilə girə bilməz. Odur ki, xalq deyimində başqasına yönələn ironiya şeirdə müəllifin özünə şamil olur, aqressiya öz yerini yumora verir, ironiya isə avtoironiya ilə əvəzlənərək önəmli dərəcədə yumşalır. İkincisi, müəllif fiziki ilə psixolojinin sınırını keçir, yuxuya girməkdən elə danışır ki, guya bir otağa, evə, ümumən harasa gerçək məkana daxil olmaqdan söz gedir. Nəhayət, əgər birinin yuxusuna girmisənsə, o səni necə görməyə bilər? Və sonucda bütün bu bədii yalanlar oxucunun dodağını qaçırır.

G.Kazımlı klassik divan şeirinə də epiqonçu kimi yanaşmır. Nəsimi yazırdı ki, mənim sözümü “heç kimsə… fəhm edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq.” G.Kazımlı isə nəinki quş, hətta daşın da dilini bildiyindən söz açır:

Bir qalanın divarları səhərə kimi,

Nağıl dedi, nəğmə dedi, qəlbimə girdi.

Eston dilin bilməsəm də, başa düşürdüm,

Qala dili, nağıl dili hər yerdə birdir.

“Tallin”

Qala dili, nağıl dili, daş dili! Bunar gəlişigözəl metafora, nağıl, əfsanə deyil. Daşın dili sükutun, heç vaxt səsə çevrilməyəcək, yatmış, dərin trans durumunda olan düşüncənin dilidir və şairlik telepatik bir qabiliyyətlə onu sezməkdən başlayır. G.Kazımlının fikrincə, bu hamının və hər şeyin bir nöqtəyə cəm olduğu birliyin (tövhidin!) dilidr. Amma şairin sovet dönəmi üçün səciyyəvi materialist dünyagörüşü tövhidin əsl qaynağı olan metafizik sınırlara varmağa ona macal vermir. O, başacan yox, daşacan, həqiqətəcən yox, nağılacan gedir. Nağıl isə metafiizik həqiqətin xalq yaddaşında deformativ rəmzi-simvolik saxlancıdır. Qutsal Kitabın özünəməxsus batini təfsirinə söykənən Nəsimi “quş” deyəndə “səf-səf düzülən” mələkləri göz önünə alır, durmadan Quranı “zikr edən” bu metafizik varlıqların dilində yazdığını bəyan edir (Qurani-Kərim, “Əssəffat”, 83; 1-2), əğyarın tənə və təzyiqlərindən qurtarmaq üçün rəmzlərin sətiraltı diliylə Allah-insanı vəsf elədiyinə işarə edirdi. İntibah şairinin bədii düçüncəsi insanın Allah və mələklərlə bir olduğu metafizik, əbədi “zamana” və cənnətəcən gedib çıxır. Çağdaş şair isə adam dilində yazır, uzaqbaşı daş dilində düşünür və onun düşüncəsi tarixin və təbiətin başlanğıcı olan daş dövrünəcən gedir. Onun cənnəti daşın, quşun, bir sözlə, təbiətin dilini anlamaq və varlıqla özünün metafizik yox, təbii-tarixi birliyini, məkan-zaman sınırlarındakı vəhdətini duymaqdan doğan mənəvi zövqdədir. Simvolik dillə desək, o, Aristotelin ünlü kitabxanasında fizikaya dair kitabları oxuyur, metafizika bölməsinə isə keç(ə bil)mir. 

Arisitoteldən söz düşümşkən, kökü antik filosofun “Estetika”sına gedib çıxan bir haşiyə çıxmaq istəyirəm. Sənətin elə bir paradoksal özəlliyi var ki, ustalıqla rəsm edilmiş eybəcərlik də gözəlliyə çevrilir. Bəxtiyar Vahabzadənin Mikelancelonun “Kədər” heykəlinə həsr elədiyi şeirində dediyi kimi, “özgəyə bir can verib İsaya sənət / Ölü cəsədinin canszlığında!” Mən antik filosofun nəzəri fikrinin konkret təsdiqi kimi bura üçüncü bir mövzunu da artırmaq istəyirəm – hətta cəhənnəm səhnələrinin məharətlə yaradılmış təsvirində belə cənnət zövqü duyulur. Siz, yəqin ki, Dantenin “Cəhənnəm”ini xatırladınız. Amma mən gənc Gülhüseynin Leninqrad blokadasının dəhşətlərini əks etdirən şeirindən, bütün tragik məzmunu ilə yanaşı, bu şeiri düzüb qoşarkən şairin keçirdiyi zövq qarışıq hiss-həyəcandan danışıram:

O gecə o evlər döyüşə girdi,

Gözünün qəzəbli yaşına imi.

O gecə o evlər döyüşə girdi,

Vuruşdu sonuncu daşına imi.

“Dağılmış evlərin monoloqu”

Təbiətin idillik mənzərələrinə vurğun və gözəllik peşincə qoşan G.Kazımlının şeirləri üçün romantik ovqat səciyyəvidir. Təsadüfi deyil ki, kitabdakı şeirlərdən biri romantik düşüncənin başlıca simvolu olan ay işığına həsr olunub. Aydındır ki, milli bədii fikrimizdə romantizmin öz qızıl erasını yaşadığı Cavid dönəmindən G.Kazımlını onillər ayırırdı. O, İkinci Cahan savaşı sonrasının cocuğu, kosmik uçuş və elmi-texniki inqilab erasının gənci olub və “yerə enməm də, səma şairiyəm” kimi inadkar romantik kreododan uzaqdır. S.Vurğuna xüsusi şeir (“Səməd Vurğun”) həsr eləməsinə baxmayaraq, sovet dönəmi poeziyamızın bayraqdarına məxsus “inqilabi romantika” da ona yabançıdır. Hər halda, kitabda nə kommunizm idealı, nə də onun “romantikasına” dair şeir yoxdur.

G.Kazımlının romantizmi öz zamanına uyğundur. O, ay işığını “müqəddəslik”, “ədalət”, “məhəbbət” və “gözəlliyin” rəmzi kimi mənalandırsa da, elmi-texniki inqilabın sürətli sıçrayışıyla klassik romantik idealların aradan qalxması onun nəzərindən yayınmır. İnsan Aya enir və bu səma gözəlinin Yerdən nurlu görünən çöhrəsindəki ləkələri bütün genişliyi, çala-çökəkləri bütün dərinliyi ilə görür. Sən demə, Nizami düz deyirmiş, “ayı gendən görmək daha yaxşıymış.” Amma şairin texnogen erada ay işığına sədaqətini qoruyub saxlayan tənhaları, təkləri ürək ağrısı ilə xatırlaması da gözdən qaçmır. Romantik idealların dirilməsiylə bağlı arzularının bütün şiddətinə baxmayaraq, şeir müəllifinin ağlı və qəlbi arasındakı qarşıdurma heç-heçə quratrır – o, ağlı ilə pealist, qəlbiylə romantikdir. Və beləcə, gələnəksəl romantizmə məxsus hiperbolizm, yerlə-göylə əlləşən mübaliğələrin “iynəsi vurulur”, yüksək romantik doza şairin yaşadığı, bəzən məişət detallarınacan öz ifadəsini tapan konkret zamanın etkisi altında bəlli ölçüdə aşağı düşür və müəllifi “neoromantikə” çevirir.

Ay işığı bir adama borclu qalmayıb,

Heyif, ona saf inamı sındıranlar var.

Elkektrik işığına pulu olmayıb,

Öz evində ay işığı yandıranlar var.

Burda daha bir haşiyə çıxmaq istəyirəm. İnsan psixologiyasına məxsus bir yön var ki, o özünü – kənara çıxanda, hər şeyi – qıraqdan baxanda bilir. 60-cı illər 40 illik kommunist cəfəngiyatından sonra fərdi və milli anlamda özünüdərkə başladığımız dönəm idi – kəndimizə qayıdırdıq! G.Kazımlı nə qədər “Ey uzaq səfərlər, muradım, kamım/ Keçin arzu kimi, keçin qəlbimdən/ Nə vaxtı mən sizi arzulamadım/ Bilin ki o zaman qocalmışam mən/ – desə də, Hötenin ev muzeyi, Drezden şəkil qalereyası, Praqa, Tallin, Karlovı Varıya şeirlər həsr eləsə də, daxilən həmişə vətəndədir: Zaqrebdə Bakını, Tümendə Fərman Salmanovu yada salır; sonucda fikrən, ruhən (baş)kəndimizə qayıdır:

Doğma Bakı yağış kimi durulmaq üçün,

Nəğmə olub hər küçəndə axmaq gərəkmiş.

Doğma Bakı səni sevmək, vurulmaq üçün,

Sənə bir az ayrılıqdan baxmaq gərəkmiş.

“Doğma Bakı”

Və öz uşaqlığını, gəncliyini əbədi itirdiyi (“Çox uzaqda kiçik bir kənd”, “Doğma yerlər”) dəyirmanı (“Köhnə dəyirmanda keçən bir gecə”), yolu (“Kənd yolu”), otu (“Biçilmiş ot”), üzümü (“Kavdar üzümü”), çayı (“Araz vadisində”), quşu (“İsaq-musaq quşları”), insanı (“Kənd müəllimi”) ilə birlikdə dünyaya göz açdığı Kavdar kəndinə dönür. Bununla da, öz dövri-aləm səyahətini başa vurur, əvvəllə axır birləşir, çevrə qapanır:

Çox erkən yaşımda çıxdım yollara,

Uzaqlar gözümə yaxın göründü.

Məni öz kəndimdən aparan yollar

Axırda yenə də kəndimə döndü.

“Kavdar kəndi”

Şair üçün unudulmaz xatirələrlə bağlı olduğu doğma yerlərin otuz illik ayrılıqdan sonra azad edilməsinin, onun cənab Prezidentlə birlikdə çəkdirdiyi fotoda üzündəki məmnunluq və yorğunluğun nə demək olduğu bu şeirlərdən sonra tam aydın olur. Doğma torpaqların geri qaytarılması ilə o, “körpə dincliyi”, “uşaq nadincliyi”, “ömrün gəncliyi”nə, bir sözlə, “əsl həyata” qayıdrıdı – məmnunluğu bundan irəli gəlirdi. Amma o, bu günü 30 il gözləmişdi – yorğunluğu isə bundan doğurdu.

***

Dünyada olan hər şeyin və hər kəsin, o sıradan hər şairin iki koordinatı var – məkan və zaman. G.Kazımlının məkan koordinatı onun kəndidir. Bəs, zaman? Onun bir insan kimi formalaşması 60-70-ci illərə – özünüdərk və özünəqayıdışdan doğan oyanış dönəminə düşürdü. Şeirlərindəki hər cür kədəri yuyub aparan bahar ovqatı, sevinc duyğusu, həyat nəşəsi də bu oyanışdan doğurdu. Şeir sehrli çubuq kimidir, onu kədərə toxundurub, sevincə, payıza, qışa vurub, bahara çevirmək olar. Şairin təkcə kənddə müəllimlik edən qardaşı İslam deyil, özü də bu sirlə-sehrlə dolu şeir havasında bütün fəsilləri bahar bilir:

Günəş doğar yer üzünə, şəfəq saçılar,

Bahar bilər fəsillərin hamısını o.

Səhər-səhər gözlərində günəş açılar,

Açıb girər bir sinifin qapısını o.

“Kənd müəllimi”

Kitabların fəsilləri, hər şairin isə bir fəsli olur. Baharda doğulan S.Vurğunun poetik fəsli bahar, yayda doğulan Puşkininki isə payız idi. İndi poeziyamızda payız ovqatı dəbbədir. Xalq Yazıçısı Elçin bu mövzuya həsr elədiyi məqaləsində çağdaş şeirimizdəki payız ovqatını hər cür kədərin yasaqlandığı sovet dönəminin çöküşündən sonra ümumbəşəri dünya kədərinə qayıdış kimi mənalandırır. G.Kazımlının zamanı isə bahardır və bu, “işıqlı gələcəyə” dair kommunist optimizmindən doğmur. Çünki onun poetik baharı da, bədii kəndi də siyasi-ideoloji deyil, fərdi-psixoloji səciyyə daşıyır. Kənd və bahar onun daxili cənnətinin iki göstəricisidir və bir-birindən ayrılmazdır – bahar onun kəndi, kənd baharı, ikisi bir yerdə kəndisi, özüdür. Məhz içindəki bahar havası hesabına onun şeirlərində (ömürlük!) ayrılığın özü belə zərif, akvarel hüzn qarışıq nikbin auraya bürünür. O dərəcədə ki hətta “ayrılıq” sözünə mətndə yer qalmır, o “sən bir nağıldasan, mən bir nağılda” şəklində daha yumşaq, daha evfemistik ifadə forması alır:

Nağıla bənzəyir o ilk görüş də,

Yaşar təmiz hissdə, uzaq xəyalda.

Nağıla köçmüşük biz özümüz də,

Sən bir nağıldasan, mən bir nağılda.

“İki nağıl”

Kitabda payız sözü bir neçə (“İlk payız… ilk durna qatarı”, Payızın qızıl çağı”, “Payız səxavəti”, Payız nəğməsi”) bahar isə cəmi bir dəfə (“Bahar havası”) başlığa çıxır. Amma “Bahar havası”nda sözün birbaşa anlamında bahardan yox, qışdan söz gedir. “Musiqi çalınırdı/ Dünya ağappaq qardı/ Pəncərədən o yana/ Qış almışdı hər yanı/Pəncərədən bu yana/Bahar havası vardı”/ deyən şair çöldəki yox, içəridəki bahardan, özü də otağın içindəki yox, can evindəki bahardan, subyektiv fəsildən danışır. İkincisi, hansı fəsildən yazırsa-yazsın, G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir. Bu köklənmənin hesabına məkan anlayışı keyfiyyətcə çevrilməyə uğrayır, qürbət doğmalaşır, baharın ardınca qoşan durnalar özlərini dünyann heç yerində qərib hiss etmədiyi kimi:

Çox eldə dost kimi qanad saxlayar,

Qayğı da, qırğı da görüb durnalar.

Bir ömrü yüz yerdə yaşasalar da,

Olmayıb heç yerdə qərib durnalar.

“İlk payız… ilk durna qatarı”

Diqqət eləsək, bu parçada bədii fikir üç dəyişməyə məruz qalır: qayğı və qırğı daxili qulaq qafiyələri olmaqla zahirən səsləşir, bir misraya düzülürlər – bu, tezisdir; qayğı məhəbbət və nəvazişi, qırğı isə ölüm və aqressiyanı işarələməklə təzad yaradır, antoqonizmə çevrilirlər – bu, antitezisdir; bahar eşqinin, bahar həsrətinin olduğu yerdə təzad aradan qalxır, hər yer dost elinə çevriilir – bu, sintezdir. Hər dəfə yeniləşən fikir, sonucda barış ünvanına gəlib çıxır, əksliklərin mübarizəsi öz yerini onların vəhdətinə verir. Bu, metafizik vəhdətin şair düşüncəsindəki doğal ifadəsidir. Şair bu vəhdətin yerdəki işarələrini görsə də, klassik divan şairlərindən fərqli, işarələrdən o yana keç(ə bil)mir. Bu, əlbəttə ki, G.Kazımovun “suçu” olmaqdan daha çox taleyi idi. Onun doğulduğu, təhsil və tərbiyə aldığı sovet dönəmində ictimai şüurun bütün sahələrində olduğu kimi, bədii düşüncənin də “ana təbiətdən” o yana gedən yoluna materialsit düçüncənin qadağanedici nişanı qoyulmuşdu. Bu yoldakı işıqforun yalnız bir işığı varıydı – qırmızı!              

***

Mən yuxarıda “…G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir” deyəndə “köklənmək” sözünü təsadüfən işlətməmişdim, çünki onun şeirləri musiqilidir və o, nəğməkar şairdir. Bunu deyəndə onun şeirlərinə Ş.Axundova, O.Rəcəbov, A.Rzayev, N.Məmmədov, S.Fərəcov kimi ünlü bəstəkarların 30-dan çox mahnı bəstələdiyini, musiqi xadimlərinin həyat və yaradıcılığından bəhs eləyən çoxaylı kitablara imza atdığını, Muğam Mərkəzində yubiley tədbirlərinə vaxtaşırı aparıcılıq elədiyini, ən nəhayət, muğam-sənət vurğunu olduğunu göz önünə almaqla yanaşı, əksər şeirlərinin formaca olmasa da, mahiyətcə nəğmə olduğunu vurğulamaq istəyirəm. Təsadüfi deyil ki, “Bahar” və “kənd”lə yanaşı “nəğmə” onun poeziyasında üç açar sözdən biridir. Onun poetik dünyasında “durna qatarları mahnı kimi axıb gedir”, “gecə nəğmə kimi əriyir”, “yol kənarındakı tək çinar”, hətta gururltulu “qatar relsləri” belə müğənni, “küləklər bəstəkardır”:

Küləkdə bəstəkar barmaqalrı var,

Yazır bir nəğməni neçə budaqda.

Yellənə-yellənə bir yarpaq düşür,

Saralmış hüsnünə baxır bulaqda.

“Payız nəğməsi”

Şübhəsiz ki, bu cür təşbeh və metaforalara çoxlu sayda digər şairlərdə də rast gəlirik. Amma G. Kazımlının dünyaduyumunda musiqi anlayışını şablonlaşmağa qoymayan bir fərqləndirici özəllik var – panmuzıkalizm. Yəni hara baxırsa, nəyi görürsə, musiqi səsləri eşidən şair üçün hər şey sadəcə nəğmə oxumaqla qalmır, bütün varlıq, hətta sükutun özü də sirli bir nəğmədir, hətta lal daşlarda da nəğmə uyuyur. Nəğmə, musiqi, səs təbiətin hər il yenilənən dialektik yaşam ritmi, əzəli və əbədi dövriyyəsi, yerin altından vurub, üstündən çıxan həyatverici qüvvə, həm payız, həm də bahar, həm ölüm, həm də qalımdir. Ruhu muğamla aşılanan qarabağlı şairin belə düşünməsi təbiidir:

Uzun gecələrin yaddaşı kövrək,

Çaylar həzin-həzin bayatı çəkir.

Baharda təzədən göyərmək üçün

Payız, nəğmələri torpağa əkir.

“Payız nəğməsi”

“Şuşaya o qədər yağış yağmışdı” kitabında yaddaqalan, orijinal bədii təsvir və ifadə vasitələrinə az rast gəlmirsən. Şairlərin öz ürəyini tərənnüm eləməsiylə hər addımda üzləşirik, amma insan qəlbinin səmimiyyəti və təvazö duyğusunu “Palazı pambıqdan, yorğanı çitdən / Sadə evimizə bənzər ürəyim” şəklində ifadə eləmək dünyada, yəqin ki, yalnız G.Kazımlıya məxsusdur. Duman haqqında “dağı dolanar. qiyamət, … yola sallanar, cinayət olar” (Qabil) deyə baxış bucağını tam əksinə dəyişməklə çox yazılıb və yaxşı da yazılıb. Amma oxucunu anidən yaxalayan bu rakurs dəyişkənliyi “Elə bil, dumanda bitib zirvələr/ Ya da zirvələri duman qaldırıb/” deyən G.Kazımlıda daha gözlənilməzdir və mənə Tarkovskinin “Solyaris” filminin qəfil finalını xatırladır.

Füzulidən tutmuş R.Rza, V.Səmədoğlu, R.Rövşən, V.B.Odər, İ.Qəhrəman, S.Sarvan, Q.Ağsəs və S.Babullaoğluna qədər əksər şairlər tənhalıqdan yazıb. G.Kazımlı öz təbii inancına uyğun olaraq təkliyi bir armud ağacının naturasında rəsm edir. U.Uitmenin çöldə bitən tək ağac haqqında ünlü şeirini yada salan “Armud ağacı”nda da ağacın kosmik və antropomorf portreti yaradılır. Mən armud ağacını cənnətdəki Tubanın dünyəvi işarəsi kimi anladım və mənə elə gəlir ki, o elə məhz tək olmalıdır. Şair isə ona yerlə göyü birləşdirən mifik dünya ağacı, göydən yerə enmiş romantik gözəlliyin son nişanəsi kimi baxır və bundan kədərlənir:

Axşamlar –

Ulduzlarla gözənmiş

Gecə paltarını çəkib əyninə,

Baş qoyub ulduzların çiyninə,

Yatar yək armud ağacı.

Bu qərib, bu tənha görkəmiylə

Düzənlərin boz görkəmini

Bəzər tək armud ağacı.

Bu qərib, bu tənha görkəmiylə

Qırılıb tükənmiş bir meşə nəslinin

Son yadigarına

Bənzər tək armud ağacı.

Bəzi şeirlərindəki bu romantik kədərə baxmayaraq, G.Kazımlı nikbin şairdir və onun həyatsevərliyinin məkan kodu dünyaya göz açdığı Qarabağdır. Bu nikbinlik bəzən Qarabağ elatı üçün səciyyəvi yumor, zarafat, baməzəliyə çevrilir:

Yüz nəğmə oxudu çarxlar bir anda,

Qaldı uzaqlarada neçə bərə-bənd.

Biz əsgər gedirik, bir həftə sonra

Məktub yağışına düşəcək bu kənd.

“Biz əsgər gedirik”

Bəzən isə bu yumor “Elə dolanıram/ Havalı kimi/ Sərxoş xanənədinin/ Qavalı kimi”, yaxud da “Maşınlar çoxdan ötüb/ Axşamdır soyuq düşüb/ Dayanmışam küçədə/ Yadıma toyum düşüb”/ şəklində, Molla Nəsrəddin sayağı avtoironiyaya qədər gedib çıxır və toy, qaval, bir sözlə, musiqi söhbəti yenə də şairin məkan kodundan gəlir.

Və nəhayət, adı kitabın başlığına çıxarılan “Şuşaya o qədər yağış yağmışdı” şeiri:

Qəfil günəş doğdu, gözüm qamaşdı,

Yolları yoxuşdu, enişdi Şuşa!

Şuşaya o qədər yağış yağmışdı,

Yuyulub şüşəyə dönmüşdü Şuşa!

Əgər O.Suleymanov, yaxud E.Z.Qaraxanlıdan söz getsəydi, bir bənddə 15 dəfə təkrarlanan “ş” səsinin yaratdığı nəğmənin misrabaşı alliterasiya üstündə qurulan əski türk şeiriylə səsləşdiyini deyərdim. Söhbət G. Kazımlıdan getdiyindən bunu demirəm, çünki bir-iki istisnanı çıxmaqla, milli poetik yaddaşımız şeirimizin min illərin o üzündə qalmış əski çağlarını unudub. Bu şeirdə “nəğmə” sözü yoxdur, əvəzində nəğmənin özü var. Yağış sularının öz yaş barmaqlarıyla toxunduğu təbiətin notları kitabda ilk və son dəfə məhz burda səslənir, nəğmə düşüncədən maddəyə, sözdən səsə keçir, dillənir, əyaniləşir. Mən bunu varlığın əsasında duran, mahiyəti bizə indiyəcən açılmayan və  ta qiyamətəcən açılmayacaq nəsə sirli bir nəğmənin ani səslənişi kimi anlayıram. O səs məni eşidin deyir!

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Əsəd CAHANGİR

ƏSƏD CAHANGİRİN YAZILARI

GÜLHÜSEYN KAZIMLININ YAZILARI


ƏLİYEV HİKMƏT ƏLÖVSƏT OĞLU

QƏRƏNFİL ARİF QIZI CAMALOVA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR – BİOLOJİ BİLİKLƏRİ BACARIĞA ÇEVİRMƏLİ

Zərövşən Babayeva    
Naxçıvan Dövlət Universitetinin professoru,
Əməkdar müəllim
dr.zarifbabayeva@yahoo.com

TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR – BİOLOJİ BİLİKLƏRİ

 BACARIĞA ÇEVİRMƏLİ

Məşhur fizik Albert Eynşteynin fikrinə görə: “Məktəbin əsas məqsədi hər zaman bir mütəxəssis deyil, ahəngdar şəxsiyyətin formalaşması olmalıdır”. Məlumdur ki, hər bir fənnə aid biliklərin öyrənilməsi şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır. Həmçinin müxtəlif məktəb fənlərinin bir – birinə inteqrativ, kompleks tədrisi məktəblilərdə həyati bilik və bacarıqları inkişaf etdirməsilə – STEM proqramına uyğunlaşdırılır.

Müasir texnologiyalardan istifadə etməklə canlı orqanizmlərdə gedən fizioloji prosesləri, onların anatomik-morfoloji quruluşu rəqəmsal səviyyədə öyrətmək müəllimlərin də güncəllənməsini tələb edir. Texnologiyalar sayəsində elm və təhsil sahəsində elə keyfiyyət dəyişiklikləri baş verir ki, 2050-ci ildə dünyanın necə olacağı, hansı yeni elm, təhsil imkanlarının yaranacağını proqnoz vermək imkansızdır. XXI əsrdən sabitlik gözləmək, kimliyini, işini, dünyagörüşünü sabit saxlamaq zamandan geri qalmaq riskidir. Süni intellekt inqilabı həm də təbiət və sosial elmlər sahəsindəki irəliləyişlərdən qaynaqlanır. İnsan duyğularını, istəklərini və üstünlüklərini əsaslandıran biokimyəvi mexanizmləri nə qədər yaxşı başa düşsək, kompüterlər insan davranışını təhlil etməkdə, insanların üstünlüklərini proqnozlaşdırmaqda və əvəz etməkdə bir o qədər uğurlu olacaq. (Yuval Harari). Gələcəkdə insanın qarşılaşacağı problemləri dəqiq bilməsək də uşaqlarımızın qarşılaşacağı problemlərlə baş edə bilməsi üçün çalışmalıyıq. Dünya mütərəqqi bilim adamları tüm səylərini bu yöndə qurarsa, düşünürük ki, gələcək nəsilləri çıxmazdan qorunmaya hazırlamış olarıq.

A.Eynşteyn demişdi: “Hər kəs dahidir, ancaq sən balığı ağaca çıxa bilməmək qabiliyətinə görə tənqid etsən, o, ömrü boyu özünün qabiliyyətsiz olduğuna inanaraq yaşayacaq”. Təhsil­alan­la­rın sahib olduğu, yaxud qazandığı fərqli qabiliyyətləri aşkar etmək, maraqlarını bilib düzgün isti­qamətə yönləndirmək əsas amillərdəndir. Buna nail olmaq üçün müəllim müşahidə aparmalı, sosial-elmi sorğu müsahibələri etməli, digər fənn müəllimləri və valideynlərlə əlaqə sax­lamalıdır. Bu işin səmərəliliyini artırmaq üçün həm də gənc nəsli gələcəkdə aktuallıq qazanacaq peşələr istiqamətində maraqlandır­maq üçün bütün sahələrdə baş verən yeniliklərlə tanış etmək, texnoloji savadlılıq, kreativlik, tənqidi düşünmə bacarıqlarını artırmaq da lazım­dır. Hazırda müxtəlif texnologiyalar, proqramlar, vasitələr mövcuddur. Şagird indi istər məktəbdə, istərsə də evdə müxtəlif səviyyəli texnoloji qabiliyyətlərini inkişaf etdirərək həm əylənə, həm öyrənə, həm də ideyalarını həyata keçirmək üçün virtual aləmdə fəaliyyət göstərə bilər.

Sürətlə rəqəmsallaşan dünyada yeni nəsil yetişdirmək əvvəlki dövrlərlə müqayisədə daha məsuluyyətlidir. Artıq müəllimin auditoriyada görə biləcəyi ən son iş məlimat verməkdir. İndiki nəsil 50-100 il bindan əvvəlki dövrə görə yetərincə məlumata və məlumat alma bazasına malikdir. Buna görə də bilikləri bacarıqlara çevirərək tətbiqinə nail olmaq, kreativ, fərqli təfəkkürə, düşüncəyə malik insan potensialı yetişdirmək kimi bir missiya müəllimlərin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, XXI əsrdə daimi olan bir şey varsa, o da dəyişiklikdir. Günümüzdə vaxt məfhumu da qalmamış, saniyələrlə dəyişən, yeniləşən, rəqəmsalaşan bir cəmiyyətin fərdi olaraq təhsilimiz kimi fəaliyyətimizi də güncəlləməmiz lazımdır. Beynəlxalq səviyyədə aparılan müzakirələrdən faydalanmaq da işimizin keyfiyyətinə təsir göstərəcəkdir. Bu səbəbdən beynəlxalq səviyyəli tədbirlərdə pedaqoq və metodistlərin fikir mübadiləsi, təcrübələrini bölüşməsi onlar arasındakı potensillar fərqini minimuma endirməyə xidmət edir. Təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, tədris prosesində özünü təsdiqləyən yeni təlim texnologiyaları, müasir təlimlər, metod, üsul və vasitələr yalnız yerində və düzgün tətbiq olunarsa səmərə verə bilər. Xüsusilə biologiyanın tədrisində ilk növbədə yerli fauna və floranın müqayisəli öyrədilməsi də vacib şərtlərdəndir.

Yaşadığımız planetin sirlərinin öyrənilməsi daim məqsədimiz olmalı, gənc nəsli bu istiqa­mətə ruhlandırmalıyıq. Bunun üçün müxtəlif reformlar, layihələr, ideyaların həyata keçirilməsinə ehtiyac vardır. İslahatların məqsədi cəmiyyətdə dəyişiklik etmək, sonda müvəffəqiyyət qazan­maqdır. Lakin bu dəyişikliklərin nailiyyətə çevrilməsi göründüyü qədər sadə deyil (Michael Fullan). XXI əsr sürət, texnika, yeni kəşflər əsri olduğundan təhsil müəssisələri, təhsilverənlər bütün fəaliyyətləsində bu məqamlara diqqət etməli, təcrübə mübadiləsinə, fənnlərarası inteqrasi­yaya üstünlük verməlidirlər. “Öyrənənlər üçün həyat məktəbdən sonra başlayır” – fikri yanlışdır. Əslində onlar həyatı hərtərəfli şəkildə məktəbdə yaşamalı, hərtərəfli inkişafları üçün düşüncə və çalışmalarına sərbəstlik verilməlidir. Bu zaman səriştəli, yaradıcı, bilikli, məntiqi-tənqidi təfək­kü­rə qadir olan gənclərin formalaşması baş verər. Beynəlxalq miqyaslı konfrans, vebinar, simpo­zium, təhsil debatlarına qoşulmaq fəaliyyətimizin əsas məqsədi halına gətirməyi təklif edir, qarşılıqlı virtual, onlayn tədbirlərin keçirilməsini vacıb sayırıq. Dünyagörüşün zənginləşməsi təfəkkürdə, həyat fəaliyyətində müsbət dəyişikliklər yaradır.

XXI əsr xəyalların məhsullarına əsaslanır. Yəni xəyal qurarkən özünüzə sərhədd qoymayın. Bütün bunlara nail olmaq bəzən fantastik gələ bilir, amma 2023-cü ilin yanvar ayında Azerbaycanda ANM, UNEC-in II kurs tələbəsi Nasa-nın saytında kibertəhlükənin qarşısını alıb. O, NASA-nın saytında xəta olsuğunu aşkarlayaraq, Nasa-ya bu barədə rəsmi məlumat vermiş, olası haker hücumundan qorunmaq üçün onları uyarmışdır. (10) XXI əsr tam da bu gənclərin yetişdirilməsini, Marsda, Ayda yaşam kalitesi yaratmağı planlayır, gələcəkdə süni zəka ilə yarışdan qalib çıxa bilən mütəxəssislər yetişdirməyi tələb edir. Bakı Ali Neft Məktəbinin 2017-ci il məzunu, hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan S.Həsənov cəmi 5 ayda yazdığı proqram vasitəsilə Linux əməliyyat sistemində iki ədəd kritik boşluq aşkar etmişdir. Bundan başqa, ABŞ-da keçirilən Kopernik Olimpiadasının Fizika və Astro­nomiya üzrə qlobal mərhələsində ölkəmizi təmsil edən Azərbaycanlı şagird Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq qızıl medal qazanmış, NASA-ya getmək, oranı gəzmək, tanış olmaq şansı əldə etmişdir. Və gələcəkdə NASA-da işləməyi arzu edir. Bu faktlar gənclərimizin fantastik sayılan arzularının gerçəkləşməsindən xəbər verir.

3D texnologiyalar sayəsində 12.000-dən çox real anatomik model/struktur, bədən qurulu­şu­na uyğun keyfiyyət tərifləri və minlərlə ətraflı mikro anatomiya strukturları ilə anatomiyanı öyrənmək və öyrətmək imkanımız vardır. Buna zəmin yaratmaq üçün bioloji təhsilin təşkilini günün tələblərinə uyğunlaşdırmaq, təhsil müəssisələrinin maddi-texniki bazasını müasirləşdirmək, öyrədib-öyrənmənin səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmək vacibdir.

3D Organon 70-dən çox ölkədə yaradılıb və bütün dünyada nüfuzlu universitetlər, xəstə­xanalar, və s. tərəfindən qəbul edilib. O, həmçinin Huffington Post, Scimex, SBS, Futurism və başqaları kimi elm, təhsil və tibbin gələcəyi haqqında hesabat verən aparıcı nəşrlər tərəfindən tövsiy­yə edilmişdir. 3D Organon həm də maneken və ya digər xüsusi avadanlıq tələb etməyən virtual reallıq üçün ultrasəs simulyatorunu birləşdirən dünyada ilk proqram platformasıdır. Ən son 2022-ci il buraxılışı tibb və səhiyyə tələbələri üçün real vaxt həcmli skan və ətraflı anatomik görünüşləri ilə tam immersiv virtual reallıq təlim həllini təqdim edir. İlk dəfə olaraq VR nəzarət­çiləri əyri, xətti və ürək zondlarını hamısı bir həlldə simulyasiya edir. Tətbiqdəki 3D modellər əsas anatomik anlayışların dərindən başa düşülməsini və məlumatın saxlanmasını təkmilləşdirən mühüm koqnitiv girişlər əlavə edə bilər.

“3D texnologiyaların biologiyanın tədrisində tətbiqi perspektivləri” mövzusundakı Qrand

layihədə təlimçi kimi fəaliyyətim bu sahədə təməlli inkişaf və təkmilləşmə işlərinin aparılmasına

ehtiyac olduğunu göstərdi. Bu yeniliklər həm insan orqanizmini əhatəli öyrənməyə, həm də tibb tələbələrinin və həkimlərin diaqnoz qoyarkən edə biləcəkləri səhvləri minimuma endirməyə imkan yaradır. Hazırlanmış 3D insan modeli, VR gözlüklərin tədrisə tətbiqi də biologiya və tibb sahə­sində böyük uğurlar qazanmağa şərait yaradır.

XXI əsr Yeni Dünya Düzəni – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dünyada hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün dünyanı əhatə etməklə səfərbərlik tələb edir. Tədris sahəsi də artıq dünyada baş verən dəyişikliklərə səmərəli

cavab vermək məcburiyyətindədir. Çünki cəmiyyəti idarə edəcək potensiallı kadrları məktəblər, müəllimlər yetişdirir. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün təhsil sahəsi

də təhsil formatı və texnologiyalar sahəsində kadr potensialını zənginləşdirməlidir. Buraya təhsil

ocaqlarının maddi-texniki bazasının zənginləşdirilməsi də daxildir. Hazırda biologiyanın tədrisindəistifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstərməkdə davam edir. Lakin daim fərqli, yeni imkanlar axtarışı davam etməlidir.

2022-ci il niyabr-yanvar ayında isə 9 saylı orta məktəbin direktoru Natella Rzayevanın hazırladığı “Təhsildə 3D texnologiyalardan istifadə” adlı qrand layihəsi qalib gəldi. Layihənin əsas məqsədi VR gözlüklərdən Biologiya dərs­lərin­də istifadənin perspektifləri və istifadə potensialını orta məktəb müəllimləri və şagirdlərinə öyrətmək olmuşdur. Təlim müddətində tərəfimizdən müxtəlif məzmunlu təlim dərsləri keçirilmiş, VR gözlüklərin iş prinsipi, biologiyanın tədrisində tətbiqi imkanları öyrədilmişdir. Layihədə əldə edilmiş vəsait hesabına alınmış Oculus Quest 2 All-In-One Kabelsiz VR Virtual Reallıq Gözlükləri 128 GB – kabelsiz olması ilə hərəkət məhdudiyyəti yaratmadan iş prosesində komfort hissi yaşadır. İlkin olaraq VR texnologiyaların iş prinsipi, istifadə potensialı, proqram təminatı və s. məsələlər aydınlaşdırılmışdir. Bu gözlüklər və digərləri bir-birindən müxtəlif özəllikləri ilə seçilməklə məqsədəuyğun şəkildə istifadəyə yararlıdır.

Bu vasitələrdən fənlərin tədrisində istifadə həm əhatəli, dərindən öyrən­məni, həm də aydın dərketməyə şərait yaratdığından tədrisə gətirilməsi zəru­ri texnologiyalarındandır. Bunun üçün müxtəlif mövzuda mühazirələr aparılmış və praktik çalışmalar yerinə yetirilmişdir:

İqtisadi və emli-texniki tərəqqinin necə sürətli getdiyi dövrdə yaşadığı­mı­zı müqayisəli göstərmək üçün öncə 2017-2018-ci illə müqayisədə 2020 və gələcək illər üçün müəyyənləşdirilmiş ixtisasların siya­hı­sına diqqət yetirdikdə, süni intellekt, AR, VR və MR texnologiya­la­rı, Dron texnologiyaları, genetika mühəndisliyi ilə əlaqəli ən müxtəlif ixtisas və peşələrə yiyələnmiş mütəxəssislərə ehtiyac olacağını anlamaq heç də çətin deyildir.

       AR (artırılmış reallıq), VR (virtual reallıq), MR (mix – qarışıq reallıq) texnologiyalarının müxtəlif sahələrdə, o cümlədən təhsil və elm sahələrində tətbiqi imkanları genişləndikcə, istehsal sahələrinin artması zərurəti ilə bu sahəyə olan tələbat olduqca yüksəlmiş və satış qiymətlərində eniş müşahidə edilmişdir. Bunun üçün təhsil müəssisələrinin də bu texnologiyaları əldə etmək üçün həm imkanı yaranmış, həm də ehtiyacları artmışdır. Bəs bu reallıqlar və zərurətlərin oxşar və fərqli cəhətləri nələrdir:

     VRVirtual Reallıq, yəni  üçölçülü dünya (3D), bu dünya bütünlüklə virtualdır və kompüter tərəfindən hazırlanmış məhsula əsaslanmışdır. Yaddan çıxmamalıdır ki, VR dünyası hər zaman tamamilə virtual aləmdir, yəni real deyildir. 

     ARArtırılmış reallıq, yəni bu dünya qismən realdır, qismən virtual, reallığın artırılmış boyutudur. Əslində bu dünya dijital informasiya daşıyıcısı olaraq mövcud olub, artırılmış reallıq kimi də qəbul edilir. Artırılmış Reallıqda cihazın tutduğu mövqe, yaxud istiqamət dəyişərsə təsvirin də mövqeyi dəyişəcəkdir. Sükan arxasında AR gözlüklü şəxs avtomobilin qabaq şüşəsini virtual ekran daşıyıcısı olaraq qəbul edib istifadə etsə, bu zaman sürücü başını çevirərdiyi zaman rəqəmsal informasiyanın mövqeyi də dəyişəcəkdir. Bütün bunlara səbəb informasiyanın daima öndə olmasının zəruriliyini nəzərə alıb təmin etməkdir. Real dünyada elmin sirlərini dərindən öyrənib-öyrətmək üçün müasir dövrdə istifadə edə biləcəyimiz ən yeni texnologiyalara həqiqaətən sahib ola bilməkdir. Aşağıdakı düstur virtuallıqdan reallığa aparan müasir yolu tamamilə aydın təsvir edir: MR = VR + AR = virtual dünya + rəqəmsal məlumat + real dünya

MR – virtual və real aləmin toplusu kimi qəbul edilir. Mix Reallıqda rəqəmsal daşıyıcı kimi həm də paralel olaraq real dünyadan istifadə edilir. Bu informasiya üçölçülü olması ilə digərlərindən fərqlənir və digərləri ilə müqayisədə daha realdır. O halda MR və AR arasında nə kimi fərqlər mövcuddur? MR dünyasında real dünyada təqdim olunan virtual obyektlər iştirakçının mövqeyi dəyişdikcə yerlərini dəyişmir.

Biologiya mühəndisi insan orqanizminə aid süni ürək və müxtəlif süni daxili orqanı model­ləş­di­rərək hazırlayır. Bu sahədə mütəxəssis ola bilmək üçün biologiya mühəndisi biologiya, mühən­dislik, riyaziyyat fənini dərindən bilməli, tətbiq sahələrini düzgün dəyərləndirməlidir. Bunun üçün STEM mütəxəssisləri, pedaqoji kadrlarının bilik-bacarıq səviyyəsini yüksəltməklə öyrənənlərdə elmi potensialı, praktik bacarıqları uyğun istiqamətdə inkişaf etdirmək olar. Heç də təsadüfi deyil­dir ki, STEM metodunun nailiyyətlərini görən qabaqcıl ölkələr bu işə böyük yatırımlar etməkdədir. Çünki STEM layihələri gənc nəslin məntiqi, tənqidi və yaradıcı təfəkkü­rü­nü inkişaf etdirir, xüsusilə şagirdlərdə bir sıra şəxsi keyfiyyətlərin, şəxsiyyətyönümlü inkişafın artmasına şərait yaratmaqla tədqiqatçı, səbirli, nizamlı, özgüvənli, özünəinamlı, uzaqgörən, əmək­daşlıq, rəqabət etməyi bacaran, bir-birinə hörmət və vətənpərvərlik hisslərini inkişaf etdirir. Artıq fərdi fəaliyyət əvəzinə inteqrasiyalı əməkdaşlığa getmənin tam zamadır. İKT vasitələri, internet, müxtəlif platformalarlar vasitəsilə istənilən ölkədən, məktəbdən hər hansı bir tədbirə mühazirəyə qatılmaq imkanımız yaranmışdır. Bu imkanlar sayəsində müxtəlif problemləri həm müzakirə edə, həm də təcrübə mübadilə ilə ümumi qərarlar ala bilərik. Məsələn, Facebook sosial şəbəkəsində onlayn vebinarların birində liderlik, əməkdaşlıq, rəqabət və s.məsələlərin müzakirəsi təşkil olunmuşdur:

Sual: özünə təhsil lideri deyənlər başda təhsil müəssisələrindən də məsul olmalıdır. əməkdaşlıq edərək rəqabət etmək necə mümkündür?

Cavab: başlıca olaraq: müəllimlər siniflə məhdüdlaşmamalı, digər müəllimlərlə əlaqəli əməkdaşlıq etməli, təcrübələrini müqayisəli müzakirə etməlidirlər.

Rəqabət? – Təhsil sahəsində hansı rəqabətdən söhbət gedə bilər?

Cavab? – Rəqabət – digər məktəblərlə əməkdaşlıq, təcrübə mübadiləsi, məktəblilərin iş birliyi, müəllimlərin əməkdaşlığı, dünya standartları səviyyəsində təhsilin təşkilinə dəstək olmaq. (Michael Fullan).

Bütün bunlar təhsildə yeni çağırışlardır, yeni dalğadır və təhsilin səmərəliliyini artır­maqdadır. Ali məktəbdə uzun illər öyrətmənlik təcrübəmə görə diqqət yetirdiyim məqamlardan biri budur ki, hər kəsin yenilikçi, çalışqan olduğu mühitdə də, mühafizəkar bir ortamda da bəzən insanlar fərdi fəaliyyətə üstünlük verir, təcrübələrini bölüşməkdən çəkinirlər. Bəzən bu, müəssisə­nin kadrlara olan etinasızlığından, bəzən də həmin kadrın qısqanclığından irəli gəlir. Müasir cə­miy­yət nə qədər inkişaf etmiş, məlumatlı olsa da, yenə də insanlar, millətlər, irqlər arasında anlaşıl­maz­­lıq­lar, təzadlı fikirlər qalmaqdadır. Bu problem sadə insanlar, qurumlar arasında da yaşana bilir, təhsil alanında da. İnsanlar arasında ayrı-seçkilik olmamalıdır”. Bunun üçün “ədalət”, “səy” lazımdır, amma “bərabərlik” həmişə ədalət deyil, “bərabərliyi təmin etmək çətindir”, ədalət burada nəzərə alınmalıdır. Halbuki ədalət hər kəs üçün fərqlidir. Buna görə də hər bir insana “fərqli davranılmalı”, ədaləti müzakirə edərək tapmalı. Təhsilverənlər öz iş praktikasında ədaləti necə təmin etməlidirlər? Burada müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Əvvəla öz fəaliyyəti daim yenilənməli, biliyi təkmilləşməlii, tədris formatı dəyişdirilməli, çevik olmalı, tənqidi-məntiqi təfəkkürü inkişaf etdirməlidir.

Öyrədən öyrənməyi buraxarsa, o, adi bir lövhəyə çevrilər” – deyimi yerinə düşür. Bu hal nəticədə təhsilimiz üçün heç bir inkişafa səbəb olmaz. Ali və orta məktəblərdə biologiya dərslərinin keçirilməsində son iyirmi ildə bir çox yeniliklər baş vermiş, tədrisə yeni texnologiyalar, yeni təlimlər, texniki vasitələr, STEAM metodu və s. yeniliklər daxil olmuşdur. Bunlara İKT, elek­tron mikroskoplarını, elektron lövhələri, VR gözlükləri; interaktik, konstruktiv təlimləri, Boloniya təhsil sistemini və s. göstərmək olar. Şifahi, əyani, praktik metodlarla yanaşı, yeni metodlar da mövcuddur. Bu metodlardan, texniki vəsaitlərdən istifadə müəllimlərin pedaqoji-metodik ustalı­ğına görə tətbiq edilməkdədir. Əvvəllər dərsdə İKT ilə şagirdi, tələbəni təəccübləndirə bilirdiksə, bu günün öyrəncisi artıq 3D boyutda filmlərə, oyunlara baxmağı üstün tuturlar. Bu məqsədlə tədrisdə yenicə istifadə etməyə başladığımız 3D eynəklər artıq sinfin, auditoriyanın marağını daha çox cəlb edərək fənnlərin öyrənilməsinə marağı artıra bilər. İştirak etdiyimiz konfranslarda STEAM metodu, 3D texnologiyaların təhsildə tətbiqini, təlimçisi olduğumuz layihələrdə biologi­yanın tədrisində VR gözlüklərin faydasını, iş prinsipini əhatəli şəkildə müzakirə etdik.

Bəs XXI əsr yeni təhsil mühitini yaratmaqla nəyə şərait yarada bilərik? XXI əsr öyrədici mü­hiti ənənəvi təhsildən, yeni keyfiyyət göstəriciləri ilə tamamilə fərqlənməlidir. Tədris prosesi­nin maraqlı təşkili, öyrənənlərin yeni biliklərin kəşf etmələrinə, analiz-sintez qabiliyyəti, məntiqi təfəkkürünün formalaşması, səriştəli, yaradıcı olmasına, sərbəst layihələr düşünməsinə şərait yaradıldıqda öyrənmə istəyi arta bilər. Həmçinin müəllimlərin işbirliyi, bacarıqların artırılmasına, fənlərin inteqrasiyasına, differensisaiyasına nail olunarsa məktəblərdə təhsilin keyfiyyətini artıra bilərik. Yəni öyrənmə formal xarakter daşımamalı, bu zaman dərin öyrənmə, tətbiqetmə bacarıqla­rı­nın, düşünmə vərdişlərinin yaranmasına xüsusi fikir verilməlidir.

Təhsil müəssisələrinin rəhbər­lə­ri də öz işlərində islahat aparmalı, təhsilverənlərin işində qarşılıqlı rəğbətləndirmələr, ehtiyac­ların öyrənilib təmin edilməsi, təcrübə mübadiləsi etməklə təhsil sahəsin­də yüksək səmərəliliyə nail olmağa çalışmalıdırlar. Təhsil sistemində müəllim xarakteri mühüm rol oynayır: burada əsasən onların prinsipiallığı, tədris prosesində özgüvəni, məktəbdə müəllimlərlə münasibəti və s. çox vacibdir. Düşünürük ki, təhsil sisteminin strukturunun yenidən qurulması ilə öyrənənlərdə səriştələrin, imkan-bacarıqların, fiziki mühitin düzgün təşkili vasitəsilə öyrədən və öyrənənlərin iş qabiliyyətini, marağını, motivasiyasını artıra bilərik.

Bununla yanaşı, müxtəlif layihələrdə tələbə və müəllimlərin iştirakı da təcrübə mübadilə­si­nə ən güclü motivasiyadır. 2-3 İyul 2022-ci il tarixlərində İstanbul İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəlxalq Konfransında (III. Uluslararası STEM Öyretmenler Konferansı–2-3 Temmuz-Türkiyə) “XXI əsr STEAM müəllimlərindən gözlənilən­lər” mövzu­sun­da təqdimatla çıxışım bir sıra layihələrə dəvət almağıma səbəb oldu. Layihələr içərisində Erasmus+ layihəsi də vardır. Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər mövzularda hazırladıqları işlər konfransda iştirak edən digər fənn müəllimlərinin marağına səbəb oldu. Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunmuş işlər daha çox maraq doğurmuşdur.

Paralel panellərdə – Təqdimatlar, STEM Show Time / Playground / İnteractive Poster Session / TEM Expo, Workshoplar, Paralel atolyelerdə praktik çalışmalar, “STEM Eğitimi uygulamaları” IV Kitabı Yazarlar Toplantısı, Öyrənci Mərkəzi, Etkinlik Salonu / Fuaye və Açık Alanlarda rəngarəng işlər nümayiş etdirilmişdir. Təhsil sahəsində istifadə olunan yeni pedaqoji-texniki vasitələr, İKT-dən istifadənin fərqli metodikası və s. tədrisə gətirməklə öyrənənlərdə marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir. Bunun üçün xüsusilə biologiya müəllimləri əyanilikdən maksimum istifadə etmək üçün təlim üçün istifadə oluna biləcək texnologiya, proqramlar və s. bacarıqlarını yeniləməlidir. O zaman təhsildə yeni çağırışların nailiyyətindən, bioloji biliklərin bacarıqlara çevrilməsindən danışa bilərik.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

YAZARLAR

NURANƏ RAFAİLQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ekzistensializm cərəyanı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

 Ekzistensializm cərəyanı

      Ədəbiyyatda və fəlsəfədə insan oğlunun varlığından bəhs edən cərəyana ekzistensializm deyilir.Latın dilində “exsistensia varlıq deməkdir və bu ədəbi-fəlsəfi cərəyanın əsas problematik mövzusu insanın mövcudluğudur.Fəlsəfə və ədəbiyyat tarixində insanın mövcud olması müxtəlif formalarla izah olunmuşdur.Məsələn,şərq fəlsəfəsində mövcudluq anlayışı “vücud” termini ilə ifadə edilir.Belə ki,əqidə alimlərinə görə varlığın iki forması mövcuddur:

1.Vacibül-Vücud

2. Mümkün əl- Vücud.

  Molla Sədranın ekzistensializmi

    Mümkün əl- vücud insanın və eyni zamanda bütün məxluqatın xilqətindən bəhs edən anlayışdır.Bu anlayışa görə insanın mövcud olmasının səbəbi vacibül-vücud yəni Allahdır.Çünki insanın mövcud olması Allahın azad iradəsindən aslıdır.Bir sözlə insan mümkün varlıqdır, mövcud ola da bilər,olmaya da bilərdi.Sözügedən anlayış Molla Sədranın fəlsəfəsində də geniş formada izah olunmuşdur.Sədranın hikmətil-mütəaliyə fəlsəfəsi qərb təfəkküründə transsendensial cərəyan olaraq qəbul olunur və bir çox fəlsəfəçilər onu şərq ekzistensializminin atası hesab edir.Sədraya görə bir nəsnənin varlığı(ekzistenisası) onun mahiyyətindən (essensiasından) əvvəl gəlir.Biz bu fikirə XX əsr qərb filosoflarından olan Jan Pol Sartrın “Varlıq və heçlik” əsərində də rast gəlirik.Lakin Sədranın Sartrdan fərqi onda idi ki,Sartın fəlsəfəsindəki azadlıq və özgələşmə anlayışı,Sədrada yox idi. Həmçinin,Molla Sədra varlığa mahiyyətin verilməsinin səbəbini Allahda görürdü, Jan Pol Sartr isə qeyd edir ki,varlıqdan əvvəl mahiyyətin olmamasının səbəbi Tanrının olmamasıdır.

   Sədranın ekzistensializm metodunda bir digər fərqlilik də metempsixoz anlayışıdır.Belə ki,filosofa görə insan mahiyyət etibarı ilə gördüyü xeyir və şər əməllərə nəzərən mücərrəd dünyada ,yəni məad aləmində öz varlığını hazırlayır və ölən zaman onun mövcudluğu həmin bədənə köçür.İnsan nə qədər xeyir işlərlə məşğul olsa,məad aləmindəki bədəni də o qədər nurani olar. Molla Sədranın bu fikiri irfanda da öz əksini tapır.Məad anlayışını qəbul edən irfani cərəyanlara görə abid olan şəxs,dünyadan təcrid olmalı,ibadəti zöhdə əsaslanmalı və ən əsası öz məad aləmini və məaddakı cismini nuraniləşdirməlidir.İrfandakı bu təcridolmaya qərb fəlsəfəsində özgələşmə və yadlaşma anlayışları ilə paralellik təşkil edir.

Soren Kyerkaqard  və ekzistensializm

    Bir çox filosofların fikrincə,ekzistensializm cərəyanının atası danimarkalı filosof və teoloq Soren Kyerkoqordur.Onun “Qorxu və Titrəmə” əsəri ekzisensializm cərəyanı üçün ilkin başlanğıc hesab olunur.Sözügedən əsər İbrahim peyğəmbər və oğlu İshaqın sərgüzəştlərindən bəhs edir. Belə ki,əsərdə İbrahim peyğəmbərin Allahın əmri ilə oğlu İshaqı qurban kəsməyə aparması teoloji yol ilə təhlil olunmuşudur.Həmin hadisədə ekzistensial metod ondan ibarət idi ki,İbrahim dövrün və cəmiyyətin qanunlarını çeynəyir və bilavasitə Allahın əmrinə tabe olaraq oğlunu qurbangaha aparırdı.Biz bu situasiyada əsərin baş qəhrəmanının cəmiyyəti önəmsəməməsini müşahidə edirik.Eyni zamanda Sorenin digər təhlillərinə nəzər yetirdikdə İshaqın qüssəli,kədərli  və pessimist olması qarşımıza çıxır.İbrahim bu əsərdə azad iradəli obrazdır və O öz azadlığı üçün oğlunu Allahın yolunda qurban verməyə hazırdır.Soren Kyerkeqor həmin əsərdə maraqlı bir mövzuya toxunur.O,söyləyir ki, “… İşləməyən çörək yeməz. Nə qədər qəribə olsa da,bu atalar sözü ən təbii şəkildə aid olduğu bu dünyaya tətbiq edilə bilməz, xarici aləm natamamlıq qanunlarına tabedir və burda dəfələrlə eyni şey təkrarlanır.Öz çörəyini işləməyən qazanır, hərçənd yatan işləyəndən daha çox bolluq içindədir… Ruh aləmində isə məsələ başqa cürdür.Burda əbədi ilahi nizam hökm sürür,burda günəş xeyirxah və bədxahlar üzərinə eyni parlamır,burda əziyyət çəkən öz bəhrəsini görür”. Soren Kyerkaqardın bu sözlərində dünyanın ədalətsiz və absurd olması ön plandadır.Biz bu fikirlərin əksini Albert Kamyunun absurdist ideyalarında da görmüşük.Belə ki,Kamyuya görə həyatın mənası yoxdur və mənasız həyatda məna axtarmaq özü mənasızlıqdır,gah30 yaşda öldün,gah da 70 yaşda bunun heç bir fərqi yoxdur. Mahiyyət etibarı ilə hər iki filosof bir-birləri ilə səsləşən paralel fikirlər söyləyirlər.Yalnız, əsas fərq budur ki.Soren Kyerkeqor axirət aləmini qəbul edir və mənanı orda görür,Albert Kamyu isə ateist olduğu üçün axirəti qəbul etmir və məsələyə nihilist yanaşır. Jan Pol Sartrın isə məna anlayışı bir qədər fərqlidir.Onun sözlərinə görə Dünya aporiori(təcrübədən əvvəl) dərk olunmazdır.Yalnız ,insan bu dünyaya hər hansı bir mənanı verə bilər.

Ekzistensializmin tüğyan etməsi və Jan Pol Sartr

   Avropada sənaye inqabından sonra insanların yaşayış tərzi müsbətə doğru dəyişməyə başlamışdır. Həmin dövrün “baş bilənləri”nin fikrincə, Avropa zaman keçdikcə daha da inkişaf edəcək,çiçəklənəcək və cənnətə çeviriləcəkdi.Lakin bu tip fikirlər,alman filosofu Fredrix Nitşze tərəfindən qəti şəkildə rədd edildi.Nitşzeyə görə Avropa cəmiyyətinin həddən artıq inkişaf etməsi ümumibəşəri bir bəlaya səbəb olacaqdı.Filosofun bu sözləri 1914-cü il 28 iyul günü Frans Ferdinandın öldürülməsi ilə I Dünya Müharibəsinin başlamasında öz əksini tapmışdır. Müharibə bitən zaman cəmiyyət çöşük və yıxıntı dövrü yaşayırdı və bu yıxıntıdan qaynaqlanaraq dadaistlər və sürrealistlər eyni zamanda da dekadentçilər əsərlər yazıb yaratmağa başlamışdırlar.Belə ki, dadaistlər müxtəlif qəzetləri bir yerə yığıb parçaladıqdan sonra,onların təsadüfi seçilmiş fərqli parçalarını birləşdirərək  xaosu ifadə edən əsərlər yazmışdırlar. Sürrealizm isə ilkin olaraq incəsənətdə ,daha sonra isə bədii ədəbiyyatda özünü büruzə vermişir.Bu cərəyanın nümayəndələri artıq xaosdan doğan real hadisələri qəbul etmir və realist dünyaya gerçəkliyin üst qatından baxırdılar. Dekadentizm isə həyatın absurdluğunu və insanın vəhşətini nəzərə alaraq Tanrı ilə zarafat edib,söhbətləşməyi daha məqbul hesab edirdi.Bütün bu cərəyanlar Avropada modernizm adı altında birləşmişdir ki,ekzistensializm də bu siyahıya daxil idi.Ekzistensializm cərəyanı II Dünya müharibəsindən sonra bədii ədəbiyyatda geniş formada tüğyan etməyə başlamışdır və bu ədəbi-fəlsəfi axının öndərləri Albert Kamyü və məşhur fransız filosofu Jan Pol Sartr hesab olunurdu.

 Haşiyə:

  Qeyd etmək lazımdır ki,biz şərti olaraq eksiztensializmi 2 hissəyə bölə bilərik.1. Teizmin təsir etdiyi II Dünya müharibəsinə qədərki dövr.2. Ateizmin təsir dairəsində olan və II Dünya müharibəsindən sonrakı dönəm.

   Sartr mövcudluğu insanın azadlığında və azad iradəsində görürdü.Onun Varlıq və Yoxluq əsəri insanın azadlığını etiva edən fikirlər ilə zəngindir.Filosofa görə:

  • İnsanın mövcudluğu mahiyyətdən öncə peyda olur.
  • Əgər əzəli insan xisləti yoxdursa,əgər dünya öz-özlüyündə dərkolunmazdırsa,başqası insana nə əmr edə bilər,nə də haqq qazandırmağı bacarar.İnsan azadlığa məhkumdur. 
  • Əgər insan azaddırsa,O ,tamamilə öz mövcudluğu üçün məsuliyyət daşıyır.
  • Əgər insan azddırsa,onun üçün nə xeyir ,nə də şər mövcuddur.Çünki insan yalnız özünə xeyir seçə bilər.
  • Azadlığın özü azadlığa gedən yoldadır.

    Jan Pol Sartrın bu fikirləri bilavasitə müharibələrə,vətənpərvərlik,mühafizəkarlıq və milliyyətçilik kimi siyasi ideyalara qarşı idi.Onun zənnincə, bu tip siyasi ideologiyalara  xidmət edən insanlar sürü psixologiyası ilə idarə olunur və azadlıqları əllərindən alınırdı.Məhz ,onda görə də insan bu ideyalardan təcrid olub özgələşməli yadlaşmalıdır.

 Anar yaradıcılığında ekzistensializm cərəyanı.

    Dünya müharibəsindən sonra Avropada tüğyan edən ekzistensializm cərəyanı Azərbaycan ədəbiyyatına da təsir etmişdir.Bədii ədəbiyyatda ekzistensial obraza dair bir neçə xas xüsusiyyətlər mövcuddur ki,Anar Rzayevin yaradıcılığında biz bunu müşahidə edirik. Həmin xasiyyətlər bunlardır:

1. Obraz ölüm qorxusu ilə üzbəüzdür

2. Kədərli,pessimist ruhludur.

3. Özgələşdiyi üçün tənhadır

4. Cəmiyyətin fikirlərini önəmsəmir. Və öz azadlığı üçün hər kəsi qurban verməyə hazırdır.

5. Narsizmə meyillilik müşahidə edilir.

    Anarın yaradıcılığında “Otel otağı”, “Mən sən o və telefon”, “Qırmızı limuzin”, “Ağ liman” və.s kimi əsərlərdə ekzistensializm cərəyanının qoxusunu hiss etmək mümkündür. Ədibin yaradıcılığı- ndakı “Qırmızı limuzin” əsəri sürrealist elementlər ilə başlayır.Belə ki, əsərin baş qəhrəmanı yuxuda bir məhəllə görür və həmin məhəlləni yadına sala bilmir,daha sonra isə bəhsigedən məhəllədə qarabasma kimi bir qırmızı limuzin peyda olur.Səhər saatlarında zəngli saatın onu oyatması ilə yuxusu bitir.Baş qəhrəmanın yuxusuna girdiyi qırmızı limuzini real həyatda ,daha dəqiq desək həyətdə,işdə, metronun önündə görməsi onu vahiməyə və qorxuya salır,sanki obrazımız ölüm qorxusu ilə üz-üzədir.Biz burda ekzistensial obrazın ölüm qorxusu məfhumunu müşahidə edirik.Obrazımız həddən artıq tənhadır.Bu tənhalıq onun tək yaşamasında, işə gedib- gələrkən yolda heçkimlə yoldaşlıq etməməsində görürük.Bu tənhalıq onu az da olsa,eqozimə sürükləyib.Eqoist olan insan da cəmiyyətin təfəkkürünə tabe olmağı özünə heç cürə sığışdıra bilmir. Əsər I Qarabağ müharibəsi dövründə qələmə alınmışdır ki, biz bunu maşının simvolik olaraq 19.91 rəqəmli seriya nömrəsinin 1991-ci ilə nisbət verilməsində müşahidə edirik.Halbuki, əsərdə həmin müharibədən bir cümlə də olsa bəhs edilmir, çünki əsər ekzistensial ruhludur və bu cərəyan cəmiyyətin təfəkküründə olan vətənpərvərlik və müharibə leyhdarlığına qarşı çıxırdı.Baş qəhrəmanımız həddən artıq pessimist obrazdır , əsərdə onun gündəlik həyatının təkrar və sıxıcı olması,katibə ilə ayrılarkən mənfi aurada olması obrazımızın neqativliyinə dəlalət edir.Əsərin gedişatında isə obrazımız qırmızı limuzin qorxusuna qalib gəlir və onunla üzləşmək istəyir.Lakin sonda qəhrəmanımızın əvvəlki ölüm qorxusu başına gəlir və o, maşında partlayaraq ölür. Ekzistensial obrazın ölümdən qorxması təbii haldır,çünki ölüm varlığın yaşamasına son qoyan yeganə vasitədir.Qeyd edək ki, limuzinin qırmızı rəng olması da təsadüfi hal deyil.Belə ki, qırmızı rəng qanı simvolizə edir.

    Əsərdə baş qəhrəmanımız limuzini görən zaman özü-özünü sorğulamağa, real həyatdakı qırmızı limuzin ilə yuxudakı limuzin arasındakı hər-hansısa bağlılığın olmamasına özünü inandırmağa çalışır. Lakin hərşeyə biganə olan obrazımız, bu məsələyə də biganə yanaşır, bəzən də problemi yola vermək üçün özü-özünü aldadırdı. Əsərdəki bu situasiya bizə Soren Kyerkeqorun məşhur bir deyimini xatırladır: “ Hər kəs özü tərəfindən aldadılar”. Kyerkoqardın bu sözünü sanki Anar Qırmızı limuzin əsərindəki baş qəhrəman vasitəsi ilə nəsrə çəkmişdir. Hər bir insanın fitrətində eqoizm olduğu üçün ağılasığmaz hər- hansısa situasiya qarşısına çıxanda onu real baxış bucağı ilə dəf etməyə səy göstərir , çünki eqoizm həmin insanın təfəkkürünə təsir etdiyi üçün artıq eqo vasitəsi ilə hökm verməyə, problemdən çıxış axtarmağa və ya  qeyri-adi bir anlayışı ya real baxış bucağı ilə yozmağa, ya da rədd etməyə çalışır. Qeyd etdiyimiz kimi baş qəhrəmanımız da eynən bu cürdür. O öz həyatında gördüyü limuzini, yuxusunda gördüyü limuzin ilə eyniləşdirmək istəmir. Hətta, bir ara qırmızı limuzinin varlığını “deyəsən şəhərdə qırmızı maşınların sayı çoxalıb” kimi sözlərlə inkar etməyə başlamışdır. Və bu tip sorğulamalar nəticəsində obrazımız özü-özünü Kyerkeqor demiş aldadırdı.

İstifadə olunmuş mənbələr:

Qorxmaz Quliyev – Dəlidən doğru xəbər. Mütərcim nəşriyyatı Bakı – 1999

Jan Pol Sartr- Varlıq və Yoxluq Qanun nəşriyyatı- Bakı 2012

Əli Əmininejad – İrfan elmi- Nurlar nəşriyyatı – Bakı- 2022

Soren Kyerkeqor – Qorxu və Titrəmə – Bakı-2018

İnternet resursları :

https://news.milli.az/culture/102671.html
https://plato.stanford.edu/entries/mulla-sadra/

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

RAMİZ DƏNİZİN YAZILARI

Ramiz Dəniz – Azərbaycan 

XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

XIII əsrdə zəmanəsinin görkəmli filosofu, astronomu və riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusini (1201-1274) nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada multikulturalizmin banisi adlandırsaq yanılmarıq.

Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. N. Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də heyarn etmişdi.

O, “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.

Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.

Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var.2

Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, … Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür.

Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. Adətən “ipək yolu” harada uzunmüddətli stabillik varsa, elə oradan da keçirdi.

Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.

Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.

Tusi bütün regionda sülh carçısı kimi tanınırdı. O, xana bildirirdi ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil.

Alimin sayəsində Azərbaycan ərazisində bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcud idi.

Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Marağada çalışan alimlərin milliyəti din etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Marağa rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında əsl bərabərlik yaranmışdı. Bu isə rəsədxananın ən mütərəqqi cəhətlərindən biri idi.

Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniyyət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün qiymətli sayılan sərvətləri Azərbaycana gətizdirərək, onların təhlükəsizliyini təmin etmişdir.

Elmi işlərin aparılması üçün Azərbaycanda əlverişli mühit yaradıldığından Xorezmdən Cəmaləddin əz-Zeydi Buxari, Çindən Fao Mun-Çi, Hindistandan Kəmaləddin Əflatun Hindi, Əlaəddin Süleyman əl Multani, İspaniyadan Məhiəddin Məğribi, Monqolustandan İsa Monqol, Kuhistandan Taqiəddin Əli Həşşaşi, Anadoludan İzəddin Toğrul ibn Səncər, Damqandan İmadəddin əd-Damqani, Bağdaddan Marağaya Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəc, Amidəddin Münəccim Bağdadi, Nəcməddin ibn Huab Bağdadi, Kəmaləddin Sufi Bağdadi Əbu Əziz, Qavaməddin Bağdadi, Dəməşqdən Müəyyidəddin Ordi, Hüsaməddin əş-Şami, Hələbdən Əbül Fərəc Bar-Ebreus, Mosuldan Fəxrəddin Marağayi, Tiflisdən Fəxrəddin İxlati, Qəzvindən Nəcməddin Dəbirani, Şirazdan Qütbəddin Şirazi, Şamaxıdan Şəmsəddin Şirvani, Möhyəddin Əş-Şirvani, Naxçıvandan Hinduşah ibn Səncər Naxçıvani, Damğandan Mahmud Nəcməddin Üstürlabi, Təbrizdən Hüsaməddin Təbrizi, Ürmiyədən Səfiəddin Əbülmömin Ürməvi gəlmişdi. Göründüyü kimi Çindən və Hindistandan başlamış İspaniyaya qədər olan nəhəng ərazidən elmi yaradıcılıqla və paralel olaraq rahat şəkildə yaşamaq üçün xeyli sayda alimlər Azərbaycana təşrif buyurmuşdular.

Xüsusilə qeyd etməliyəm ki, Bar-Ebreus vaxtilə Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuşdu. Belə bir qatı xristianın Marağada mühüm vəzifəyə təyin olunması azərbaycanlıların tolerantlığından xəbər verirdi.

Uzun müddət kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə qədər naməlum olan neçə böyük azərbaycanlı alimin adı çəkilir…

Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə də nail olur. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.

Marağadakı və ona yaxın olan yaşayış məntəqələrində yaradılan multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa səy göstərilmiş, hətta burda irqçiliklə bağlı ədalətsizliyə son qoyulmasına da cəhd edilmişdi. Burada hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirməkdə bir qədər sərbəst idi.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tusinin yürütdüyü siyasət ondan ibarət idi ki, heç kim, xüsusən də saray əyanları və digər səlahiyyət sahibləri adamları dini və irqinə görə qınamasın və hamıya hörmətlə yanaşılsın. Bu ideya nəinki Azərbaycan ərazisində, ümumiyyətlə “Elxanilər” dövlətinə daxil olan bütün ərazidə kök salmalı idi. Belə bir model Yaxın Şərqə təşkil edən səlib yürüşlərinin təşəbbüskar ölkələri Fransa, İngiltərə, Almaniya və İtaliyadakı bölgələrin krallıqlarının təəccübünə səbəb olmuş və onların “Elxanilər” dövlətinə münasibəti tamamilə dəyişmişdi. İlk olaraq venetsian və genuyalı tacirlər, sənətkarlar, elmə meylli adamlar Marağa, Təbriz, Ürmiyə, Həmədan, Ərdəbil və digər şəhələrə gələrək burada əsl emansipasiyanın (bərabərliyin) şahidi olmuş və sərbəst şəkildə uzunmüddətli fəaliyyətə başlamışdılar. Şərqdəki nəhəng xristian dövləti sayılan Bizans imperiyasının paytaxtı Konstantinopolda adı şəkilən dövlətdəki kimi əlverişli şərait yaradılmamışdı. Məhz bu səbəbdən xristian tacirləri və dənizçiliklə məşğul olan digər adamlar kompakt şəkildə Təbrizdə müəyyən küçələrində məskunlaşmış və yaxşı qazanc əldə edə bilmişdilər.

Beləliklə, XIII əsrin ikinci yarısında Azərbaycan ərazisindəki multikultural cəmiyyətin yaranması tarixi faktlarla göstərilmişdir. Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Belə bir cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Tusi Hülakü xanın dəstəyindən istifadə edərək, ölkədə demokratiya qaydalarının geniş yayılması üçün yorulmaz fəaliyyət göstərmişdir. Ölkədəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.

Marağada və yaxınlıqda olan digər şəhərlərdə cəmiyyətin inkişafı üçün münbit şərait yaradılması, etnik münaqişələrin qarşısının alınması, müxtəlif xalqlar arasında etimadın möhkəmləndirilməsi, bərabərliyin bərqərar olması mültikulturalizmdən xəbər verirdi.

Bir sözlə, ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.

İlkin mənbə: Ramiz Daniz Qasımov

Müəllif: Ramiz DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI

SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR

Yer üzündə ilk insan qətlinin ibtidası elə ilk insanın yaranmasından başlasa da bəşəri cinayətlər, soyqırım faciələri bugün də davam etməkdədir.İnsanlığa qarşı törədilən bu faciələr bəşəriyyəti və onun gələcəyini təhdid edən soyqırımı akt kimi qiymətləndirilir.Tarixin müxtəlif mərhələlərində kütləvi insan qətliamları, bəşəri cinayətlərlə bağlı bir çox kədərli nümunələr vardır. İnsanlığa qarşı törətdilən amansız qətliamların baiskarları tarixin zibbiliyinə atılmış, Tanrı tərəfindən də bəşəriyyət tərəfindən də əbədiyyətə qədər lənətlənmişlər. Tarixi mənbələr, o cümlədən müqəddəs kitabların mətinləri bu qətl və faciələr haqqında bilgilər, əhvalatlar nəql edir ki, bu qətliamları və onları törədənləri bəşəriyyət heç vaxt unutmasın, insanlar bu hadisələrdən örnək götürsünlər.

Baxmayraq ki, bütün dinlər insanı ən dəyərli vaqrlıq hesab edir, insanın həyat haqqının, yaşamq hüququnun müqəddəsliyini təlim edir. Heç bir halda günahsızların, dinc insanların qətlinə nəyin ki bəraət qazandırır əksinə buna rəvac verənlərin həm bu dünyada lənətlənəcəyini, həm də İlhi Ədalətin bərqərar olacağı axirət dünyasında mühakimə olanacaqlarını açıq şəkildə müqəddəs kitablarda bəyan edir.

Sözsüz ki, insan qətli cinayətlərinə İslam dininin münasibətini anlmağımız üçün ilk növbədə Qurani Kərimin kainatdakı bütün yaratılışlara, bu yartılışlar içərisində xüsusi hörmətə layiq bilinən insana verdiyi dəyərlərə baxmalıyıq. Uca yaradan insana yüksək ehtiram göstərərək İsra surəsinin 70-ci ayəsində buyurur: Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. Qurani-Kərimə görə insanın xəlq edilməsinin əsas məqsədlərindən biri də insanın yer üzərində Allahın xəlifəsi- canişini olmasıdır. Bəqərə surəsinin 30-cu ayəsində Allah Tala buyurur: Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Heç şübhəsiz ki, bütün səmavi dinlərin kəlamlarında insan ən dəyərli varlıq hesab olunur, insan qətli və qətliamlar Uca Yaradana qarşı həddi aşma və Ona qarşı üsyankarlıq hesab edilir. İslam dininin təlimlərinə görə insanın yaşmaq hüququ ən dəyərli,ən müqəddəs hüquqdur. Məhəmmdə peyğəmbər(s) hədis kəlamının birində buyurur:Hər müsəlmanın bir başqa müslümana qanı, malı namusu haramdır.

İslam dini hər bir insanın yaşamq hüququnu toxunulmaz hesab edir, hətta ana bətnində körpənin də. Bunun üçün ilk olaraq fərdlərin özü , ikincisi cəmiyyət, üçüncüsü isə dövlət bu hüquqları qorumalı, onun təcavüzə məruz qalmasından mühafizə etməlidir. Bu hüquqların təmini və qorunması üçün  İslam dini bir sıra huquq qaydaları təsis etmişdir. Belə ki İslam dini müəyyən olunmuş hallar istisna olmaqla insan qətlini qadağan edir. Qurani Kərimin  əl-Ənam surəsi 151-ci ayədə buyurulur: (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

İslam dinində insan qətlinin hüquqi cəzaları

İslam dinində insan həyatını qorumaq müsəlman hüquq sisteminin (şəriət) əsas məqsədlərindən biri sayılır. Buna görə də insanın ilk yaradılışından bu yana insan canına qıymaq ən böyük günahlardan biri hesab olunmuşdur. Uca Yaradan Qurani Kərimin Maidə surəsinin 27-30-cu ayələrində buyurur: Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu.Heç şübhəsiz ki,bu ayələr bir sıra mənalara dəlalət edir. Belə ki, bir insanı qətl etməkdən çəkinmək Allah qorxusundan, təqvadan, inancdan və insanın həqiqi imana sahib olmasından irəli gəlir. Günahsız bir insanın qətlinə bais olan bir kəs axirət dünyasında əzaba düçar qalacağını bildirir. Belə bir günahı işləyən kəs Allah yanında da ziyana uğrayanlardan olacaqdır.

Qurani Kərim ümumiyyətlə rəngindən, irqindən, dinindən və ictimai statusundan aslı olmayraq heç bir insanın digər bir insanı qətl etməməsini vurğulayır. Heç şübhəsiz ki, burada ilahi xitab hər kəsə yönəlibdir. Uca Yardan Maidə surəsinin 32-ci ayəsində buyurur: Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Məhəmməd (s) peyğəmbərdən rəvayət olunan bir hadisədə nəql olunur ki, Peyğmbərin zamanında Mədinə şəhərində bir nəfər müəmmalı şəkildə qətlə yetrilir, onun kim tərəfindən qətl edildiyi məlum olmur. Peyğəmbər (s) kürsüyə qalxır və belə deyir: Ey cammat, mənim də sizin içinizdə olduğum halda, bir nəfər insan qətlə yetirilir, və onu öldürən kimdirsə də bilinmir!!?? Əgər yerdə və göydə olanlar yığılb bir nəfəri haqsız yerə qətlə yetirsələr Allah ondan ötrü insanların hamısını cəzalandırar, əzaba düçar edər! Hədisin məzmunundan açıq görünür ki, bu qayda hamıya şamil olunur. Burada öldürülənin müsəlman yaxud qeyri müsəlman olmağının heç bir fərqi yoxdur. Həzrəti Məhəmməd peyğəmbər qeyri müsəlmanları (əhli zimmə, muahhid-müsəlman torpaqlarında yaşayan qeyri-musəlman ) xüsusi olaraq qeyd etməklə aşağıdakı hədisdə buyurmuşdur: Kim bir muahidi (müsəlman toplumunda yaşayan qeyri müsəlman) qətlə yetirərsə Cənnətin qoxusunu da duymaz, halbuki, onun qoxusu 40 illik məsafədən duyular.

Göründüyü kimi, yuxarıda qeyd olunan bu hədisin hökümü Qurani- Kərimin Nisa surəsinin 93-cü ayəsində  gələn hökümlə birdir. Belə ku Ayədə deyilir: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. Belə bir qətldə iştirak edən də eyni cəzaya yaxalanacaqdır. Belə ki Həzrəti Məhəmməd peyğəmbər bir digər hədisdə buyurur ki, kim bir müsəlmanın ölümünə adi bir sözlə də olsa baiskar olarsa axirət günündə Allahın qarşısına iki gözünün arasında “Allahın mərhəmətindən ümüdü kəsilmiş yazılaraq çıxar” .

Qurani-Kərimin ayələrinə və Məhəmməd(s) peyğənbərin kəlamlarından açıq aydın görünür ki, İslam dini günahsız bir insanın öldürülməsini qadağan edir. Qəsdən və ehtiyatsızlıq səbəbindən baş vermiş ölüm hadisələri üçün isə  cəza və qaydalar qoymuşdur. Bu halda Qurani Kərim dini və dünyəvi baxımdan həmin şəxsin necə davranmağını açıqlayan qaydalar müəyyənləşdirir. Uca Yardan Nisa surəsinin 92-ci ayəsində buyurur: Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır.

Həmçinin İslam hüququ cəzanı, törədilən cinayətin miqdarına bərabər olmasını müəyyən etmişdir. Allah tala Bəqərə surəsinin 178 –ci ayəsində büyurur: Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.Bundan sonra isə haqsız yerə öldürülənlər barədə ümumi hökm müəyyənləşdirir, Allah Tala Ənam 151-ci ayədə buyurur: Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

Yəhudilik və Xiristianlıq insan qətlinin qadağan olunduğunu təlim edir

Səmavi kitablardan məlum olduğu kimi, ilk insan qətli elə ilk insan toplumunun yarandığı vaxtlardan baş vermişdir. Heç şübhəsiz bu qətl ilk insanlar arasınada ortya çıxan ziddiyyətli fikirlər, istəklər və ehtiraslar səbəbindən baş vermişdirş. İlk insan qətli barədə bütün qədim şəriətlərdən (qanunlardan) və dinlərdən əhvalatlar və qissələr nəql olunmaqdadır.

Tövrat insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Yəhudilik insan qətlinin baş verdiyi fərqli sütuatisyaları fərqləndirir. Belə ki, Tövrat baş vermiş cinayətin dərəcəsinə uyğun olaraq qəsdən adam öldürmə, yaxud səhvən adam öldürməni ayırır, hər birinə ayrı-ayrı xüsusi cəza növləri nəzərdə tutur.Tövratın mətnlərində ölüm cəzasına məhkum olunanlar və bədən xəsarətləri yetirənlərin cəzaları barədə Çıxış 21 mətnlərində bildirilir: 12Adam vurub öldürən şəxs öldürülməlidir.  13 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.14 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. 15Atasını yaxud anasını döyən adam öldürülməlidir.  16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.17Atasını yaxud anasını söyən adam öldürülməlidir. Yəhudilik və onun əsas kitabı olan Tövratda iman gətirənlərdən başqalarına sayğı, ədalətlilik, əməllərində qərəzsizlik, səbirli, təvazökar olmaq kimi əxlaqi sifətlərin olması tələb olunsa da Tövrat insan həyatının dəyərini nəzərə alaraq öz  təlimlərində istisnasız olaraq, insan qətlinin və xəsarətinin bütün hallarıda qisas cəzasını hökm edir, onlardan hər hansı biri üçün qarşı tərəfin bağışlanması hökmünü nəzərdə tutmur.

İncil insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Əhdi-ətiqə gəlincə isə, o haqsız yerdə insanın qətlə yetirilməsini qadağan edir. Əhdi-Ətiqin Çıxış mətnin 10 vəsiyyətində  insanın insanı qətl etməsininin qadağan edildiyini görürük . 13 Qətl etmə.  14 Zina etmə.  15 Oğurluq etmə.  16 Heç kimə qarşı yalandan şahidlik etmə.

Bundan başqa Əhdi-Ətiq bizə Adəm övladıları arasında ilk insan cinayəti olaraq Qabilin öz qardaşı Habili necə öldürdüyünü və  Allahın Qabili bu cinayətə görə necə cəzalandırdığını nəql edir:8 *Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10  * Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.

Əhdi-Ətiq Çıxış 21 mətninin 12-ci kəlamda insan qətli qadağan edilir, o cümlədən insan qətlinin cəzasını da müəyyənləşdirir . Buna görə də orada qisas cəzasının tətbiqinə hökm verilir-  Kim öldürsə, öldürülməlidir. Orada oxuyuruq: Adam vurub öldürən şəxs öldürülməlidi.

Əhdi-Cədidə gəlincə isə, orada, Matta 21-23 kəlamlarında İsa Məsihdən qətlin və qatilin cəzası barədə təkidlə nəql olunur. Bu Kəlamlarda İsa Məsih nəinki qətli qadağan edir, O cümlədən insan qətlinə gətirib çıxaran, qəzəb xüsusiyyətini də qadağan edir, bu xususiyyəti daşıyanı ölüm cəzasına layiq bilinir: (Hirs və qətl) Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.Mənsə sizə deyirəm ki, qardaşına hirslənən  hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.(21)

Səmavi dinlərin təlimlərindən məllum olur ki, müqəddəs kitabların heç biri insan qətlini, insan soykökünün məhv edilməsini təşviq etmir, əksinə insan qətlini qadağan edir. Günhasız insan qətlinə bais olan kəsə həm bu dünyada həm ölümdən sonrakı dünyada şiddətli cəza vəd etməklə insanları bu təhlukəli əməllərdən çəkindirir. Eyni zamanda insanları yaxş işlər görməyə, gözəl əməllər işlətməyə təşviq edir. Səmavi kitablara məxsus inancın əsasları  insanları Allahın varlığına və birliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman etməyə dəvət edir. Ardınca isə ardıcıllarını humanizm prinsiplərinə söykənən fədakarlıq, təvazökarlıq, sevgi, mərhəmət, qərəzsizlik, başqalarına sayğı, dürüstlük, hər cür haqsızlıqdan çəkinmək, ədalətli olmaq, vicdanlı davranmaq və s kimi əxlaqi dəyərlərə çağırır

Müəllif: SEYİD ABDULLA OĞLU CABBAROV,

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin

Elmi Araşdırmalar, Ekspozisiya  və fond şöbəsinin əməkdaşı.

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELMİ MƏQALƏ NECƏ YAZILMALIDIR?

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

Məqalə çapına dair tələblər

  • Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır. 
  • Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
  • Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
  • Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. İngilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır.
  • Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Giriş
  • Nəticə
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
  • Ədəbiyyat siyahısı  əlifba sırası ilə, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. 
  • Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm.
  • İstinadlarməqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
  • İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir.  Nümunə: (DTS, 1969: 56)
  • Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.

İlkin mənbə:aem.az


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏMANƏSİNİN QABAQCIL ZİYALISI VƏ XEYRİYYƏÇİSİ XURŞİDBANU NATƏVAN

Kamal Həsən oğlu Camalov

ZƏMANƏSİNİN QABAQCIL ZİYALISI VƏ XEYRİYYƏÇİSİ XURŞİDBANU NATƏVAN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif lirizmin yaradıcısı, xalqa məhəbbət ruhunu xeyriyyəçilik fəaliyyəti ilə uzlaşdıran, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün əvəzolunmaz işlər görən Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə bağlı 14 mart 2022-ci ildə Sərəncam imzalamışdır.

Xarakter dərketmə nöqteyi-nəzərindən bədənin və üzün quruluşu, dərinin və tükün rəngi, geyim və s. kimi xarici-fiziki əlamətlər, həmçinin adamın ifa etdiyi vəzifə özü haqqındakı rəyi əsas ola bilməz. Bunun üçün daxili-mənəvi əlamətləri diqqətlə öyrənib nəzərə almaq vacibdir. Xurşidbanu Natəvan – Vətən aşiqi, Xurşidbanu Natəvan – şair, Xurşidbanu Natəvan – fədakar, qayğıkeş ana, Xurşidbanu Natəvan – sənətkar, Xurşidbanu Natəvan – rəssam, Xurşidbanu Natəvan – xeyriyyəçi və s. Bu mənada, Xurşidbanu Natəvan Şərq aləmində ilk qadın şairədir ki, 1960-cı ildə Bakıda heykəli, 1982-ci ildə isə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır.

Zəmanəsinin qabaqcıl ziyalısı, maarifçisi sayılan Xurşidbanu Natəvan XIX əsrdə nəinki Qarabağda və ya Azərbaycanda, onun hüdudlarından kənarda da sadə və səmimi lirik şeirləri ilə pedaqoji fikrin inkişafı tarixini zənginləşdirmiş, həmçinin biri-birindən gözəl rəsm və qiymətli sənət nümunələri ilə, xeyriyyəçi işləri ilə özünə ölməz abidə ucaltmışdır. Xurşidbanu Natəvanın lirik şeirlərində elə bir xüsusiyyətlər vardır ki, bu xüsusiyyətlər onun yaradıcılığını başqalarının şeirlərindən fərqləndirir, özünü tanıtdırır. Bu kimi xüsusiyyətə xüsusi obrazla ifadə vermək istəsək onu, ancaq sadəlik adlandıra bilərik.

Xurşidbanu Natəvan öz hiss və fikirlərini, şeirlərinin leytmotivini təşkil edən ictimai mənanı anlaşıqlı, sadə şəkildə ifadə etməyi bacardığı üçün onun şeirlərindəki forma sadəliyi mənanın gözəlliyini qüvvətləndirir. Bu gözəllikdən də şeirin yalnız forması deyil, həmçinin ideya məzmununa aid olan ümumi xüsusiyyət öz əksini tapmış olur.

Xurşidbanu Natəvanın şeirlərinə hopan bu gözəllik xalq pedaqogikasından, islami dəyər və prinsiplərindən, Nizami, Füzuli, Cami, Vaqif kimi və digər klassik poeziya nümunələrindən gəlmişdir desək heç də yanılmarıq. Xurşidbanu Natəvan bu kimi böyük korifeylərin incə lirik şeirləri ilə öz bədii zövqünü təkmilləşdirmişdir.

Həyatı, insanların daxili aləmini, fəaliyyət və mübarizəsinin bütün mürəkkəbliyi ilə düzgün, dolğun əks etdirən realist yaradıcılıq şəxsiyyətin psixologiyası üçün zəngin mənbədir. Bu baxımdan Xurşidbanu Natəvanın yaradıcılığı xüsusilə əhəmiyyətlidir. Əlbətdə, belə bir fikir səhv olardı ki, sənətkar psixologiyanı, onun əsas müddəalarını öyrənmiş və onları yeri gəldikcə öz yaradıcılığında tətbiq etmişdir. Pedaqoji-psixoloji bilik şairin insanları dərindən və dəqiq müşahidə edib topladığı faktları təfəkkür süzgəcindən keçirməklə, ümumiləşdirmələr vasitəsilə unudulmaz xarakterlər yaratmasına müsbət təsir göstərsə də, heç vaxt yaradıcılıq istedadını əvəz edə bilməz. Yüksək istedad və gərgin yaradıcı əmək məhsulu olan realist əsər pedaqojipsixologiyanın müddəalarına uyğun gəlir, onları təsdiq və təsbib edir. Xurşidbanu Natəvanın zəngin irsini bu cəhətdən öyrəndikdə orada ciddi elmi əhəmiyyətə malik material tapırıq. Bu böyük şairimizi, həm də sözün geniş mənasında, psixoloq adlandırmaq üçün əsas verir.

XIX-XX əsrin əvvəllərinin ictimai-siyasi baxışlarına nəzər salan zaman görürük ki, nəinki qadının hüquq, qadının yazıb-oxuması, qadın adının dilə gətirilməsi böyük fəlakətlərə səbəb ola bilərdi. Böyük demokrat Cəlil Məmmədquluzadə dövrün acı həqiqətlərinin təsvirini sadə və anlaşıqlı dillə belə ifadə edir: “Qadın ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq, barıta əl vurmaq kimi xətalı hesab olunubdur. İslamın şəriəti, necə ki, məlumdur, qadını kişilərə naməhrəm tutubdur və bu qanunu pozmaq günahi-kəbirə (böyük günah – K.C.) qəbilindən sayılıbdır. Mürur ilə məsələ daha da bərkiyibdir, ta o yerə kimi ki, qadın sözünü ağıza alıb danışmaq bilmərrə qədəğən olunubdur… Bu qanunu pozanlar müsəlman içində “yoldan azmış”, “biqeyrət” adı ilə şöhrət tapmışlar və həmin “qeyrət” üstə müsəlman qardaşlar o qədər “qeyrət” göstəriblər ki, bir-birinin qanını içməyə hazır olublar və içiblər də… Onun üçün də cahil islam şairləri dünyanın cəmi bədbəxtliklərini qadınların üstünə yıxıblar: “Viran şüdən mülki-Süleyman əz zən”.

El arasında “Xan qızı”, sarayda isə “Dürrü yekta” (tək inci) kimi tanınan Xurşidbanu Natəvan “islam carçıları” sayılan klerikallar və ya yalançı din adamlarının təsir imkanlarına məhəl qoymayaraq aşiqanə hisslərdə ictimai məna daşıyan şeirlər yazmış, rəsm çəkmiş və musiqidən həzz almışdır. Naqis baxışlara baxmayaraq “Məclisi-üns” adlı şeir məclisində öz şeirlərini, qəzəllərini uca səslə, avazla oxumuşdur.

Şuri-eşqin başıma axırı sövda gətirir,

Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir.

…Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

…Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,

Natəvan, müjdə bu gün, qətlinə fərma gətirir.

Yaxud:

Hicran ilə kim, dəməni-qəm dəstrəsimdir,

Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.

…Görmək üzünü qayəti-hər fikrü xəyalım,

Öpmək ayağın, mayeyi-şövqü həvəsimdir.

Xurşidə yetər başım əgər, çakərin olsam,

Bu rütbə ilə aləm əra fəxr bəsimdir.

Yaxud da:

Eşq sultanı mənim qətlimə fərman gətirib,

Etmədim tərki-vəfa, taəti-fərman etdim.

…Ya təbib, adını tərk eylə, təbabət etmə!

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?!

Yoxdu bir kimsə məgər dərdimi bilsin, Ya Rəb!

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Natəvanşünas Bəylər Məmmədovun sözləri ilə desək Xurşidbanu Natəvan bu kimi qəzəllər yazarkən “o zamankı şəraitdə qadının öz məhəbbətini izhar etməsinin necə qarşılanacağını yaxşı bilirdi”. “Desəm öldürərlər, deməsəm ölləm” aforizm deyişindən baxsaq, əgər “zəmanəsinin möhnətü-məlalından sinədağlı lalə” olmuş Natəvana yazmaq nə qədər çətin idisə, yazmamaq da bir o qədər qeyri-mümkün idi. Qeyd etdiyimiz kimi dilinin sadəliyi, qəzəllərinin orijinallığı ilə öz müasirlərindən fərqlənən Natəvanın hər bir şeiri Qarabağ, Şirvan, Bakı, Şəki, Naxçıvan (Ordubad) şairlərinin qəlbini dilləndirmiş, onların məhəbbət tellərini ehtizasa gətirmişdir.

Xurşidbanu Natəvanın poetik misralar və ya söhbət arasında dediyi hikmətli kəlamlar, müdrik sözlər vardır ki, bunlardan bəziləri bu gün də xalq arasında aforizm kimi səslənməkdədir. Oğlu Mehdiqulu xan məzuniyyətə Şuşaya gələrkən, anası boynuna sarılıb, qədd-qamətini oxşayaraq kontrastlı ifadələrlə oğlunu aşağıdakı kimi vəsf etmişdir:

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,

Qədər büküb belimi, eyləyib kəman, ölürəm!

Məzuniyyəti bitdiyi zaman Şuşadan qayıdanda isə:

Nə böylə vəslin olaydı, nə də öylə hicranın – demişdir.

Xalq arasında belə bir məsəl var: “Olan oldu, torba da doldu”. Xurşidbanu Natəvan oğlu Mir Abbasın ölümü münasibəti ilə başsağlığı, təsəlli verənlərə “Öldü bülbül, soldu gül – istər ağla, istər gül!” sözləri deyilən məsəlin ən gözəl poetik variantı səviyyəsinə qaldırmışdır.

Xurşidbanu Natəvanın şeirlərindəki dərin məna, təravət, üslub aydınlığı və səmimilik o qədər güclü olmuşdur ki, şeirləri el arasında əldən-ələ ötürülərək yayılmış, mağarlarda keçirilən toy şənliklərində, məclislərdə xanəndələr qəzəllərini mahur, şur, təsnif muğamları üzərində oxumuş, həmçinin şeir və qəzəllərinə çoxlu nəzirələr yazılmışdır.

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı!

Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

Həmçinin,

Varımdı sinəmdə dərdü qəmi-nəhan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

– misrası ilə başlanan qəzəllər bizə onu deməyə əsas verir ki, bu qəzəllərdən

görkəmli pedaqoq-alim Hüseyn Cavid və həmçinin pedaqoq-alim, musiqişünas Üzeyir Hacıbəyov da çox təsirlənmişlər. Hüseyn Cavidin “Şeyx Sənan” faciəsindəki ikinci kor ərəbin:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı

– sözləri arasındakı məna oxşarlığı və ya məna yaxınlığı hər bir oxucunun nəzər diqqətini cəlb edir. Üzeyir Hacıbəyov da “Leyli və Məcnun” adlı operasında Leylinin ölüm anında dediyi “Ölürəm” qəzəlini Məhəmməd Füzulinin qəzəli ilə deyil, Natəvanın qəzəlinin dili ilə verməsi fikirlərimizə əyani sübutdur. Təbii ki, operada Füzuli əsərinin ruhu ilə Natəvan qəzəllərinin ruhundakı, ahəngindəki xallar biri-birini tamamlayır. Yeri gəlmişkən, buradan bir haşiyə də çıxaraq qeyd edək ki, Üzeyir Hacıbəyov 1896-cı ildə Qori Seminariyasında təhsil almağa gedərkən Xan qızından xeyir-dua almağa gəlmiş, Xan qızı da müqəddəs Quran kitabından ayələr oxuyaraq Üzeyir bəyə xeyir-dua vermişdir. Bu da onu deməyə əsas verir ki, Üzeyir Hacıbəyov sonralar Xurşidbanu Natəvanın yaradıcılığına dərindən bələd olmuşdur. Xalq rəssamı Mikayıl Abdullayevin “Xeyir-dua” adlı gözəl sənət əsərinin repreduksiyası bu gün də Üzeyir Hacıbəyovun ev muzeyində qorunub saxlanılmaqdadır.

Xurşidbanu Natəvanın xeyriyyə dolu işlərindən “Tərcüman”, “Qafqaz”, “Kaspi” və s. kimi qəzetlər də geniş bəhs etmişlər. Hələ 1856-cı ildə “Qafqaz” qəzeti 44-cü nömrəsində Xurşidbanu Natəvanın anası Bədircahan Bəyimin xeyriyyəçi bir qadın olmasından yazır. Oxuyuruq ki, Bədircahan Bəyim Şamaxıda açılan “Müqəddəs Nina” qız məktəbinə 1.000 manat ianə vermişdir. Bu da ümumilikdə bu ailənin mədəni həyatdakı maarifçi xidmətindən xəbər verir.

1897-ci ilin 42-44-cü nömrələrində “Tərcüman” qəzeti Xurşidbanu Natəvanın şəxsiyyəti və xidmətləri ilə bağlı geniş bəhs etmişdir: “Xurşid banu xanım xan zamanında doğulub Rusiya zamanında yaşamış bir vücud idi. İki zamanın ara yerində qalmış xanım əhvalə görə bir tərz məişət qurub etiqadad və adati-milliyəsini mühafizə etməklə bərabər zəmani-cədidin iqtizasına görə hərəkət edərdi… Müsəlmanların maarifinə dəxi həmiyyəti və müavinəti az deyil idi. Qarabağın rus və milli məktəblərinə və şagirdlərə ianəsi çox idi”. Krımda çıxan “Tərcüman” qəzetinin yazdıqlarından məlum olur ki, “elmü mərifət sahibəsi” Xurşidbanu Natəvan müasir mədəniyyətə yiyələnmiş, zəmanəsinin dünyagörüşlü qabaqcıl adamları ilə bir sırada getmişdir. Bir daha göründüyü kimi, Natəvan təkcə incə təbli şeirləri ilə deyil, həm də dövrünün qabaqcıl meylləri ilə bağlı olması, maarifpərvərliyi, xeyirxahlığı, səxavətliyi, açıq qapısı və qüvvətli nüfuzu sayəsində şöhrət qazanmışdır. 1872-ci ildə altı kilometrlik məsafədən Şuşaya ilk su kəməri çəkdirmişdir. Həmin su kəməri indi də “Xan qızı bulağı” adlanır. Araz çayından Ağcabədiyə qədər su arxı, Bakıdan Şıx kəndinə yol çəkdirmişdir.

Xurşidbanu Natəvan onlarla gəncin mədəni şəhərlərdə təhsilini davam etdirməsinə maddi yardım göstərməklə yanaşı, Qarabağın bir çox tanınmış bəy və şairlərinin də o cümlədən Qasım Bəy Zakirin, Molla İbrahim Qarabağinin, Mirzə Ələsgər Növrəsin və digərlərinin maddi ehtiyac keçirdiyi vaxtlarda onlara kömək əlini uzatmış, maddi yardım göstərmişdir. Qasım Bəy Zakir Xurşidbanu Natəvanın insaniyyət və insansevərliyini yüksək dəyərləndirərək Natəvanın təmənnasız etdiyi yaxşılıqları başa düşməyəni verdiyi çörək kor edər, zəlil edər deyir.

Şikəstə Zakirə veribsiz əmək,

Əmək bilməyəni kor etsin nəmək,

Necə ki, baqidir həyatı, gərək

Unutmaya xeyir-duadan səni.

Xurşidbanu Natəvan Qarabağda atçılığın inkişafı üçün də çox mühüm işlər görmüşdür. Məşhur cins atları ilə tanınmış ilxısı nəinki Azərbaycanda, 1867-ci ildə Parisdə açılmış ümumdünya sərgisində, 1869-cu ildə Moskvada kənd təsərrüfatı sərgisində, 1882-ci ildə isə Tiflisdə nümayiş etdirilmiş və hər bir yarışmada da birinci yeri tutaraq qızıl medallar, fəxri fərmanlar qazanmışdır. Qarabağda yaranan at zavoduna iyirmiyə yaxın gözəl madyan atı və həm də dillərdə gəzən “Ceyran” adlı ayğırını zavoda bağışlamışdır.

Qeyd etdik ki, Xurşidbanu Natəvan bir rəssam kimi təsviri və tətbiqi sənətə də dərindən yiyələnmişdir. Yazdığı şeirlərin çoxu itib-batdığı kimi, çəkdiyi şəkillərin, əl işlərinin də əksəriyyəti təəssüf ki, çağdaş dövrümüzə qədər gəlib çatmamışdır. Xan qızı Natəvanın məlum olan “Gül dəftəri” adlı bir albomu var ki, o albom da hazırda Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda saxlanılır. Xan qızının yüksək estetik zövqünü göstərən rəsmlər – qərənfil, süsən, bənövşə, yasəmən, qızılgül etüdlərindən, Bakı, Şuşa, Tiflis peysajlarından Kür qırağının, Metex qalasının, “Narınqala”nın və çay körpülərinin mənzərələri və təbiət lövhələrindən ibarətdir. Qara karandaşla işlənmiş bu şəkillər incəliyi və bədiiliyi ilə adamı valeh edir. Albomun cildində rəngli saplarla toxuduğu qızılgül və qovaq ağacı, habelə sürahiyyə müxtəlif muncuqlarla tikdiyi örtük incəsənət xəzinəmizə qiymətli hədiyyədir. Əşyaları təbii, inandırıcı lövhələrlə əks etdirən, heç vaxt xarici effektə uymayan Natəvanın incə əl işləri fransız səyyah və yazıçı Aleksandr Dümanın da diqqətini çəkmiş, “Qafqaz” adlı əsərində Xurşidbanu Natəvandan və birinci həyat yoldaşı Xasay xan Usmiyevdən hörmət və ehtiramla yad etmişdir (Bax: Aleksandr Düma. Qafqaz, 2010, səh.186-187).

Xurşidbanu Natəvanın milli heysiyyatı, incə lirizm yaradıcılığı, xeyriyyəçi görüşləri sağlığında və ölümündən sonra da qədirbilən xalqın görkəmli tənqidçi, şair, mütəfəkkir, musiqiçi, rəssam, ictimai-siyasi xadimləri tərəfindən (Firidun Bəy Köçərli, Salman Mümtaz, Hənəfi Zeynallı, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Məmməd Rahim, Əliağa Kürçaylı, Əzizə Cəfərzadə, İlyas Əfəndiyev, Hökumə Billuri, Hüseyn Arif, Əkbər Məftun, Şövkət Məmmədova, Bəylər Məmmədov, bəstəkar Vasif Adıgözəlov, Rauf Adıgözəlov, heykəltaraş Eldar Ömərov, Elcan Şamilov, rəssam Altay Hacıyev, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə və b.) dərin elmi araşdırmalar aparılmış, şeirlər, poemalar yazılmış, romanslar, operalar yazılmış, büstlər, heykəllər ucaldılmış, rəsm əsərləri və filmoqrafiyalar çəkilmişdir.

Sonda belə nəticəyə gəlirik:

  • Qarabağ üçün əziz və qiymətli sima olan Xurşidbanu Natəvan hələ balaca yaşlarından ana dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilmişdir;
  • Xan qızı Natəvan xalq pedaqogikasını, islami dəyərləri və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur;
  • Xurşidbanu Natəvan yaradıcılığında milli adət və ənənələri, mənəvi-əxlaqi, psixoloji xüsusiyyətləri ictimai-mədəni şəraitlə düzgün səciyyələndirmişdir;
  • Mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış, mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzləri Xurşidbanu Natəvan yaradıcılığının əsas leytmotivini təşkil etmişdir;
  • Xurşidbanu Natəvanın şeirlərinin leytmotivini təşkil edən ictimai məna öz anlaşıqlığı, forma sadəliyi ilə mənanın gözəlliyini qüvvətləndirmişdir;
  • Xurşidbanu Natəvanın poetik misraları və ya söhbətləri hikmətli kəlam, müdrik söz kimi bu gün də xalq arasında aforizm kimi səslənməkdədir;
  • Xurşidbanu Natəvanın milli heysiyyatı, incə lirizm yaradıcılığı, xeyriyyəçi görüşləri “Tərcüman”, “Qafqaz”, “Kaspi”, “Nor-dar” və s. kimi qəzetlərdə geniş təhlil obyektinə çevrilmişdir;
  • Xurşibanunun qəzəllərini el şənliklərində və məclislərdə Şuşa xanəndələri Seyid Şuşinski, Hacı Hüsü, Məşədi İsi, Məşədi Dadaş, Cabbar Qaryağdıoğlu və başqaları öz məlahətli səsləri ilə oxumuşlar;
  • Xurşidbanu Natəvan milli təfəkkürün inkişafında yorulmadan çalışmış, milli oyanışın təbliğatçısı olmuşdur;
  • Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində Xurşidbanu Natəvanın maarifçilik ideyalarının öyrənilməsi və təbliğ edilməsi qarşıda dayanan əsas prioritetdir.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBİƏT ELMLƏRİNİN ÖYRƏTMƏ-ÖYRƏNMƏ PROSESİNDƏ STEM

Zərövşən Babayeva
Naxçıvan Dövlət Universitetinin professoru,
pedaqogika elmləri doktoru,
Əməkdar müəllim
dr.zarifbabayeva@gmail.com

TƏBİƏT ELMLƏRİNİN ÖYRƏTMƏ-ÖYRƏNMƏ PROSESİNDƏ STEM

STEM – hər yerdədir, həyatımızın bütün sahələrini əhatə edir

STEM = xəyal, dizayn düşüncəsi, yaradıcılıq, əməkdaşlıq, yenilik, inkişaf

Bütün dövrlərdə cəmiyyətdə baş verən sosial-iqtisadi inkişaf, ideoloji baxışlar digər sahələr kimi təhsil sahəsində də kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. XXI əsrin təhsil islahatlarının cəmi və hələlik pik səviyyəsi kimi qəbul edə biləcəyimiz STEM təhsili tədrisin keyfiyyətinin artırılması ilə kifayətlənməyib, öyrənilən biliklərin məhsula çevrilməsində mühüm rol oynayır. Bunun üçün isə yaradıcı düşüncə, xəyalpərəstlik və fərqli yanaşma tələb olunur. İnkişaf etmiş ölkələrin təhsil və digər sahələrində böyük yatırımlarla inanılmaz nailiyyətlər qazanılmaqdadır. Bunun üçün öyrənən və öyrədənlərin lazımi şəraitlə təmin edilməsi və fikir-düşüncə azadlığına xüsusi önəm verilir.

3D printerlərdən, ……… və s. başlayaraq, inşaat sahəsində istifadə edilən nəhəng robotlaradək artıq həyatın bütün sahələrində STEM-in müdaxiləsinə rast gəlirik. Buraya gözdən əlillər üçün hazırlanmış smart əl ağacını, xeyriyyə məqsədi ilə aşağı maliyyətlə əldə edilmiş protez əlləri, ekoloji təmiz məhsulların yaradılmasını, geri dönüşüm məhsullardan istifadəni və s. daxil edə bilərik. Həm də bu məhsulların bəzilərini məktəb və lisey yaşlı məktəblilər, tələbələr dizayn etmişlər.

Təbiət fənlərinin: fizika, kimya, biologiya, tibb, coğrafiya və s. tədrisində STEM metodundan səmərəli istifadə də böyük uğurlar qazanır. Meşəliklərin yanğından qorunmasında istifadə edilən qurğular, ağıllı evlər, sağlam yaşam üçün düzgün gübrələmə sisteminin yaradılması, apteklər üçün ağıllı dolablar, smart əyani vəsaitlərin hazırlanması və s. kimi həyatın bütün sahələrinə nüfuz edərək yaşamı asanlaşdıran imkanlar yeni yanaşmanın bəhrələridir.

Bütün deyilənlərin fonunda xüsusilə təhsil sahəsində görüləcək işlər hələ qarşıdadır. Bu işlərə STEM müəllimlərinin, şagird və tələbələrinin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, lazımi şəraitin yaradılması da daxildir. Yalnız bu işdə bütün məsuliyyət təhsil müəssisələrinin üzərinə düşməməli, təhsilalan və təhsilverənlər özləri də yenilikləri tətbiq edib öz işlərində dönüş etməlidirlər. Zaman gözləmir. Biz bəzən sabaha düşünməyi planladıqlarımız işlər bu gün artıq məhsula çevrilərək ictimaiyətə çatdırılır. Sürətlə inkişaf edən texnika və fənn bilimlərinin köməyi ilə daim yenilənməli və zamanı qabaqlamalıyıq. Əks halda başqalarının çox az maliyyə ilə yaratdıqlarını çox yüksək qiymətlərlə əldə etməyə məhkumuq.

–   STEM müəllimi, STEM şagirdi, STEM tələbəsi, STEM təlimçi, STEM mərkəzləri dedikdə əslində gözlənilənlər nədir?

  • Baza təhsilindən, ənənvi təlimdən, interaktiv-konstruktiv təlimdən nə ilə fərqlənir STEM təhsil modeli?
  • XXI əsr STEM müəllimindən gözlənilənlər nələrdir?

Bu kimi sualların konkret cavabı olmadığı kimi, yeni dövr təhsil sahəsinin qarşısına qoyulan tələblərin öhdəsindən səmərəli gəlməyin də yolları konkret deyil və öyrəndiyimiz heç bir yöntəm, fəaliyyəti etalon kimi qəbul etməməliyik. Bu sualara cavab vermək, zamanın tələbatını ödəmək üçün hər gün inkişaf üçün yeni ideya və bacarıqları, yaradıcılıq potensialımızı artırmalıyıq. Tənqidi-məntiqi düşüncə ilə yanaşıb öyrəndiklərimizi ipucları kimi qəbul edərək daha təkmil, boşluqları dolduran ideya və məhsulların yaradılmasına çalışmalıyıq. Əsl inkiaf o zaman baş verir ki, təkrarçılıq və kopyaçılıq etmədən yeni ideya və bacarıqlar qazanılsın. Bu zaman ya olanı təkmilləşdirmək, yaxud da olmayanı yaratmaq üşün ideya və yaradıcı düşüncəyə, bacarığa sahib olmaq mümkündür. STEM-in prinsiplərindən olan konstruksiya, dekonstruksiya bu məqsədə xidmət edir.

        XXI əsr bacarıqları dedikdə məhz bu istiqamətdə görüləcək işlər nəzərdə tutulmuşdur. Bilik-bacarıqların artırılması üçün isə təməl bacarıqların inkişafı, yenilənməsi, fikir və təcrübə mübadiləsi əsas amillərdəndir. Bunun üçün müxtəlif onlayn-offlayn vebinarlar, təlim və konfranslardan faydalanmaq lazımdır. Qatıldığım onlayn təlimlər, internet üzərindən apardığım tədqiqatlardan faydalanaraq biologiyanın tədrisində STEM metodundan istifadə bu il həm tələbələrin motivasiyasını artırdı, həm də universitet rəhbərliyinin, həm də Naxçıvanda keçirilən STEAM təhsil festivalında böyük rəğbət ğördü, eləcə də yenicə qayıtdığım konfrans iştirakçılarının marağına səbəb olaraq işlər haqqında əlavə izahatlar istəndi.

Qeyd edim ki, 2-3 İyul 2022-ci il tarixlərində İstanbul İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəl­xalq Konfransı  (III. Uluslararası STEM Öyretmenler Konferansı – 2-3 Temmuz-Türkiyə) öz işini bitirmşdir. Konfransda “XXI əsr STEAM müəllimlərindən gözlənilənlər” (“XXI. Yüzyıl STEM Öyretmeninden Beklenenler” (Sözlü bildiri Sunumu. 2-3 Temmuz 2022. İbn Haldun Üniversitesi Türkiyə – STEM PD) mövzusu ilə iştirakım bir sıra layihələrə dəvət almağıma səbəb oldu. Layihələr içərisində Erasmus+ layihəsi də vardır. Sevindirici haldır ki, III kurs Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər mövzularda hazırladıqları işlər konfransda iştirak edən digər fənn müəllimlərinin diqqətini cəlb edərək yüksək qiymət verildi. Konfransın II günü maraqlı təqdimatla çıxışımın böyük marağa səbəb olması məni bu istiqamətdə yeni işlərə həvəsləndirdi. Təqdimatda tələbələrin hazırladıqları ağıllı əyani vəsaitlər və digər əl işlərinin nümayişi auditoriyanın diqqətini çəkərək müxtəlif suallarla müzakirələr keçirilmişdir.

Yenicə siqnal nüsxəsi çapdan çıxmış XXI əsr bacarıqları – STEAM təhsil metodu adlı dərs vəsaitim də maraqla qarşılandı və müzakirəyə qoyularaq qüksək qiymətləndirildi.

Konfransda dünyanın müxtəlif ölkələrindən fərqli mövzularla çıxış edən fənn və mühəndislik sahəsindən olan mütəxəssislər maraqlı təqdimatlar, praktik çalışmalar və vorkshoplarla  yaddaqalan işlər nümayiş etdirmişdir. Maraqlı işlər içərisində Yahya Ebrahimi Sadr’ın bizim də iştirakımızla təşkil etdiyi “Tüpdeki Genler (DNA Kolyesi) Atolyesi ve Elektroforez Atolyesi” çalışması da iştirakçıların rəğbətini qazandı.

Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunmuş işlər daha çox maraq doğurmuşdur. Paralel panellərdə Təqdimatlar, STEM Show Time / Playground / İnteractive Poster Session / TEM Expo, Workshoplar, Paralel atolyelerdə praktik çalışmalar, STEM Eğitimi uygulamaları IV Kitabı Yazarlar Toplantısı, Öyrənci Mərkəzi, Etkinlik Salonu / Fuaye və Açık Alanlarda rəngarəng işlər nümayiş etdirilmiş, Dəyərləndirmə və Kapanışla konfrans sona çatmışdır.

Həmçinin Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Masallı və digər bölgələrindən də orta məktəb müəllimləri, şagirdlər, müxtəlif təlimçilər iştirak etmişdir. Azərbaycandan qatılan nümayəndələrimizin tam heyətlə səhnədə mükafatlandırılması qürurverici idi. İstənilən sahədə çalışan XXI əsr insanı yeniliyi, dəyişikliyi, yaradıcılığı artıq başqasından gözləməməli, öz əməlində və düşüncəsində yeniliklərə şərait yaratmalı, xəyalını məhsula çevirməyi bacarmalıdır. STEM metodu məhz bu istiqamətdə inkişaf edənlərə yol göstərir ki, gələcəyin peşələrini də STEM metodu diktə edəcəkdir.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

YAZARLAR

NURANƏ RAFAİLQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zərövşən BABAYEVA – XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

dr.zarifbabayeva@yahoo.com

XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

Hazırda ölkəmizdə də geniş start götürmüş STEAM təlim metoduna keçid təhsil müəssisələrini dərindən düşündürən məsələlərdəndir. Məlumdur ki, bütün yenilik­lə­rin tətbiqi və nailiyyəti onun düzgün istifadəsindən, ixtisaslı kadr potensialın­dan birbaşa asılıdır. Bunun üçün aktuallıq qazan­mış yeni metodun səmərəli öyrədilməsi, müsbət nəticələrin alınması, nəhayət yeni məhsul yaradıl­ma­sına qədərki inkişaf yolunu düzgün müəyyənləşdirmək zəruridir. Ali və orta təhsil müəssisələri bunun üçün potensiallı kadrların yetişdirilməsi, tədris üçün uyğun kabinə və mər­kəz­lə­rin yaradıl­masını qarşıya məqsəd kimi qoymuş və bu istiqamətdə işlər davam etdiril­mək­­dədir. İndi əsas məqsəd STEAM metodundan istifadəni cəlb­e­dici hala keçirmək üçün uyğun avadan­lıq­larla kabinə və mərkəzləri zəngin­ləşdirmək, öyrənən­lə­rin marağını bu sahəyə çəkmək üçün maraqlı təcrübələrin təqdimatının keçiril­mə­sidir.

STEAM müəllimi – müasir müəllim simasıdır. Məşhur bir kəlamda deyilir:“Gələcək çoxdan gəlib. Sadəcə o, düzgün payla­şıl­ma­yıb”.  Bu­nu belə də açıqlamaq olar: gələcəyi vaxtında görən­lər üçün gələ­cək bu gün­­dən qurulur. Yeni texniki vasi­tə­lər, internet dövründə yaşayan, fəaliyyət göstərən mütəxəssis, təhsilalanlar bu gün aldıqları biliklərin inteq­ra­si­yası ilə dizayn, mühən­dislik bacarıqlarının inkişaf etdi­ril­məsini ma­raq­la qəbul edir. Həmyaşıdla­rı­nın etdikləri maraqlı işləri, “ENACTUS” “Start-UP”, “STEM Azərbaycanda” və s. layihələri rəğbətlə qarşıla­yan bu gün­kü gənc­lik – Niyə bu mənim ağlıma gəlmədi? – Mən ondan daha yaxşısını edə bilə­rəm­mi? – ideyalarının ardınca getməklə yeni layihələrə doğru hədəf götürməli­dir­lər. Bu günün öyrənənindən başlıca tələblər: İdeya verə bilən şagird yetiş­dirməli, İs­teh­sal düşüncəli şa­gird­lərə şərait yaradılmalı, İdeyanı şagird, tələbə sinfə gətir­mə­li­dir. Ən sadə məh­sulun yaradılması STEAM təhsilinin əsas prin­sip­lərindəndir. Bü­tün bunlarla yanaşı, öyrədən və öyrənənlərdən gözlənilən tələblər və bacarıqlar da vardır:

STEAM şagird bacarıqlarına – qarşıya çıxan problemli istiqamətlərin müəyyən edilməsi, təyin edilmiş problemin həlli üçün yeni biliklərin öyrənilməsindən daha çox, araşdırma, tədqiqatçılıq, fərqli xəyalların məhsulu olan təkliflər irəli sürmək və s. daxildir.

STEAM müəllim bacarıqlarına – istiqamətverici olmaq, STEAM ilə əlaqədar seminar və layihələrdə iştirak etmək, dünyada gedən yenilikləri izləyib fəaliyyətinə daxil etmək, ən müasir texnologiya və təlim proqramlarından istifadə bacarıqlarına sahib olmaq, STEAM tədbir və layihələri təşkil etmək və s. ibarətdir. Bütün fənlərin tədrisində STEAM metodundan yararlanmaq təd­risdə, öyrənəndə yaradıcılıq, tədqi­qatcılıq bacarığı, problem həlletmə bacarıqları formalaşdı­ra­caqdır. Elmi bilik­lə­ri, anlayışlarla ilk dəfə tanış olduqda və yuxarı siniflərə qalxdıqca şagirdlər çətinlik çəkməsin deyə təlim prosesini həm intellektual, həm də əyləncəli hala gətirmək üçün STEAM metodunun imkanlarından istifadənin əhəmiyyəti dərsin daha maraqlı və cəlbedici edir.

STEM nədir? – sualına müxtəlif izahlar onun hərtərəfli mahiyyətini ortaya çıxarır. STEM (Elm, Tex­nologiya, Mühəndislik, İncəəsənət, Riyaziyyat) Təhsili – Dünyanın bir çox öl­kə­sinin kurikulumlarına daxil olan, nəzəri bilikləri praktikaya, məh­sula və innovativ ixtiralara çevirməyi hədəfləyən, tələbələrin elm, tex­nologiya, mühəndislik və riyaziyyat kurslarında öyrəndikləri mə­lu­matları görmələrini təmin edən təhsil yanaşmasıdır. STEM təhsili istehsal və ixtira, fərqlilik və yaradıcılıq, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir.

STEM Təhsili dünyada məktəbəqədər təhsildən ali təhsilə qə­dər bütün təhsil prosesini əhatə edən fənlərarası yanaşma kimi qəbul edilir. STEM Təhsilə keçid üçün nümunəvi təkliflər irəli sürülür: STEM Təhsil Mərkəzlərinin yaradılması, tədqiqatların aparılması, müəllimlərin hazırlan­ması, STEM üzrə kurikulumların yenilənməsi, məktəblərdə lazımi mühitin yaradılması üçün kurs materiallarının təmin edilməsi kimi mövzular diqqətdə saxlanılmalıdır. STEAM təhsili şagirdlərin araşdırma, müzakirə və tənqidi düşün­cələrini inkişaf etdirmək üçün elm, texnologiya, mühən­dis­lik, incəsənət və riyaziyyatı birləşdirən bir tədris və öyrənmə yanaşması olub, şagirdlərə real dünya problemlərinə yaradıcı həll yolları axtaran maraq dolu öyrənənlər olmağa imkan yaradır. STEAM şagirdlərə universitet təhsilində, karyerala­rın­da və həyatlarında uğur qazanmaq üçün la­zım olan bacarıq­ları inkişaf etdirməyə kömək edir. Araşdırmalar göstərir ki, yaradıcı proqramlara qatılan şagirdlər qabaqcıl düşüncəyə, stresslə mübarizə bacarıqlarına, özünü dərkə sahib olur, komanda işində, ünsiyyətdə, liderlikdə, mo­ti­va­siya və sosial münasibət­lər­də, yaşadıqları cəmiyyətlə əlaqələr qurmaqda güclü bacarıqlar formalaşdırırlar. STEM təhsil metodu – düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir. Məsələn:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;
  • Yaradıcılıq – Yaradıcılıq insanı di­gər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır. «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, onları maşınlardan fərqləndirəcək nəsə öyrət­mə­liyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qal­ma şansları olacaq» – kimi düşünək.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miq­yas­lı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar for­ma­sında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırır, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layi­hənin nəticəsi ilə bağlı hesabat və ya təqdimat ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksi­yasını da yerinə yetirir, qrupa/ la­yihəyə rəhbərlik edir, qərarlar alır,  liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır və bütün bu bacarıqlar şagirdləri səmərəli insan resursu ola­raq tutacaqları mövqelərə hazırlayır.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətirilən yeniliklərin tətbiqi də müəyyən prob­lem­lər­lə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də var­dır: Məsə­lən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar. STEM dərs­lərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir.

İnformativ Məlumatlar – xeyriyyə tədbirləri

  • Uşaqlar üçün protez əllər minlərlə dollara başa gəlir və istifadə müddəti azdır. 3D çap sayəsində 40$-dan da aşağı büdcə ilə protez hazırlamaq mümkündür! www.enablingthefuture.org kimi təşkilatlar protezləri  hazırlayır və pulsuz  paylayırlar.
  • Müxtəlif əlillik növləri olan uşaqların digər uşaqlarla eyni səviyyədə oynaya bilmələri üçün Microsoft, X-Box üçün, xüsusi coystik yaratdı. “Makers Making Change” əlilliyi olan insanlar üçün xüsusi qurğular hazırlayan beynəlxalq könüllülər təşkilatıdır.
  • Star Wars və Avengers kimi filmlərdə istifadə olunan rekvizitlərin əksəriyyəti 3D çap olunmuşdur.
  • 3D Systems Amerika Kulinariya İnstitutu ilə əməkdaşlıq edərək, şirniyyatları və yeməkləri 3D çap edən, ChefJet Pro 3D printerinin hazırlanmasında iştirak etmişdir.

Dizayn əsaslı öyrənmənin əsasında dizayn düşüncəsi dayanır. Dizayn düşüncəsi konsepsiyası lik dəfə XX əsrin ikinci yarısında Amerikalı iqtisadçı Herbert Simon tərəfindən hazırlanmışdır. Dizayn düşüncəsi hazırda müxtəlif problem və məsələlərin həllində istifadə olunan kifayət qədər  təsirli bir metodologiya kimi geniş yayılmışdır. Dizayn düşüncəsi optimal axtarılan zaman analitik və texniki vasitələrlə yanaşı, yaradıcı vasitələrin istifadəsini zəruri edən metodologiyadır.

Bəs dizayn düşüncəsini necə formalaşdırmalı? Buraya aşağıdakı fəaliyyətlər daxildir:

  • Tinkering fəaliyyəti; Maker fəaliyyətləri; Konstruksiya; Dekonstruksiya fəaliyyətləri.

STEAM kabinə və mərkəzlərinin qurulub istifadəyə veril­məsi üçün praktik təlim mühitlərinin yaradılması da mühüm şərtlərdəndir:

  • Planlaşdırma mühiti – şagirdlərin STEAM öyrənmə layihəsini və iş planlaşdır­masını düzgün tərtib etmələri üçün otaq;
  • İnteqrasiya mühiti – şagirdlərin üzərində işlədikləri layihənin inkişafı üçün ehti­yac olan məlumat bazasının olduğu və texnologiyalardan rahat istifadə edə biləcəkləri otaq;
  • Təqdimat mühiti – şagirdlərin STEAM layihələrini kollektivə təqdim etmək üçün, layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmələri üçün mübadilə otağı;
  • Tədqiqat mühiti – şagirdlərin kəşf edərək öyrəndiklərinin təşviq edildiyi, STEAM layihələri ilə əlaqədar gözləntilərin artırıldığının izləndiyi, laboratoriya işlərinin həyata keçirildiyi, müəllimlərin öyrənənləri düzgün istiqamətləndirə biləcəyi, avadanlıqlarla təmin olunmuş otaqlar;
  • Əməkdaşlıq mühiti – şagirdlərin STEAM layihələri, layihənin nəticələri ətrafın­da şagirdlər­a­ra­sı müzakirəyə imkan yaradan, hesablamaların aparıldığı, çatış­maz­lıqların müəyyənləşdirilib həlli yollarının dəqiqləşdirilə biləcəyi otaq;
  • Yaradıcılıq mühiti – şagirdlərin təhsil müəssisələrində həyata keçirdikləri  STEAM layihələri çərçivəsində araşdıraraq əldə edə biləcəkləri, yeni məhsul­ların yaradılmasına imkan verən tasarım və ya kəşf otağı.

Artıq məktəbə­qə­dər təhsil yaş qrupundan yuxarı siniflərə qədər STEAM-ə uygun təhsil verilməsi zərurətə çevrilmişdir. Artıq dünyanın inkişaf etmiş bir çox təhsil müəssisələrində NASA-da STEAM tə­lim­çi­si təhsili almış təcrübəli, kreativ yaradıcılıq potensialına malik təh­sil çalışanları və bu istiqamətdə uzman­laş­mış və təcrübəli müəllim, alim, metodist, texnologiyalardan üstün istifadə imkan­la­rına malik mü­təxəssislər çoxluq təşkil edir. Bundan başqa, bəzi ölkələrdə STEAM ilə əlaqədar olaraq elm, kodlama, robo­totexnika və avtomat­laş­­dırma təlimini özündə birləşdirən təhsil də verilmək­də­dir. Müasir dunya energetika sahəsində də müxtəlif kəşflər, yeni­lik­lər, fərqli üsul­lardan, alternativ enerji resurslarından istifadənin müxtəlif sahələrini işlənməkdədir. Hazırda energetikanın qarşısında duran ən vacib problem­lər­dən biri enerji ehtiyatla­rın­dan səmərəli isti­fadə etməklə, iqtisadiy­ya­tın bütün sahələrinin və əhalinin həm indi, həm də gələcəkdə enerjiyə olan tələbatını lazımi səviyyədə ödə­mə­sini təmin et­məkdən ibarətdir. Bunun üçün də yenilklərdən faydalanmaq, dünya təcrübəsindən müqayisəli istifadə, tənqidi-məntiqi təfəkkürün inkişafı, təh­sil­alanların sərbəstliyi nəzərdən qaçırılmamalıdır. STEM təhsili istehsal və ixtira, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir. Komputer Dəstəkli Dizayn: komputer texnologiyalarını tətbiq etməklə obyektlərin dizaynıdır. Mühəndislyin dizayn mərhələləri: Mühəndislərin hər hansı məhsulun istehsalı mərhələsində istifadə etdiyi 6 addımlıq proses: Sual, Müzakirə, Dizayn, Qur­maq, Test və Təkmilləşdirmə. Ümumiyyətlə, STEAM metodu və perspek­tivləri haqda danışdıqda, xəyal, ideya, dizayn üçün də sərbəstliyə yer verilməlidir.

Naxçıvan Muxtar Respublikası ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti hər zamankı kimi bir ilkə daha imza atdı. Universitet rəhbərliyinin xüsusi təşəbbüsü və qayğısı ilə bu ildən  ilk olaraq Təbiətşünaslıq fakültəsinin III kurs “Biologiya müəllimliyi” ixtisasında STEAM fənninin tədrisinə başladıq. Yeni metodun tədrisi tələbələr tərəfindən xüsusi həvəslə qarşılanmış və müvəffəqiyyətlə davam etir. Tələbələrə xəyal qurmağı, ideya irəli sürüb onları məhsula çevir­mək vərdişləri aşılamağa göstərdiyim cəylər ilk bəhrələrini göstərdi: Sərbəst iş kimi tələbələrə verdiyim praktik tapşırıqlar içərisində çox maraqlı işlər diqqətimizi çəkdi. Bu işlər STEAM metodu sayəsində həm biologiyanın tədrisində, eləcə də müxtəlif sahələrdə yaradıcılığa, kreativliyə şərait yaradılacağını, yeni kəşflərə yol açılacağını vəd edir.

       Artıq əksər ixtisaslarda STEAM fənninin tədrisinə başlamaq zərurət təşkil edir. Digər ixtisas tələbələri hətta özləri yaxınlaşıb bu metodun tədris fənni kimi salınmasını xahiş etməyə başlamış­lar. Lakin fənnin tədrisi üçün yetərincə kadr potensialı məsələsi də problemlər sırasındadır. Oturub uyğun təlimlərə dəvət gözləməkdənsə fənn müəllimləri özləri maraqlanıb müxtəlif Vebinar, konfrans və təlimlərə qoşulmaq, təcrübə mübadiləsi etməklə potensiallarını artıra bilərlər. 2 ildən artıq müddətdə şəxsi səylərimlə bir çox layihələrə, təlimlərə qoşularaq, internetdə müxtəlif ölkələrin təcrübəsini öyrənərək bu semestr tələbələrdə STEAM metoduna xüsusi həvəs, sevgi yarada bildim. Yeniliklərdən xəbərdar olaq ki, gənc nəslin dünya standartları səviyyəsində yetişdirməyə imkanlarımız yüksəlsin.

       Güman edilir ki, gələcəyin peşələrini STEAM metodu və onun nailiyyətləri formalaş­dıra­caq­dır. Çünki artıq hazırda yaşadığımız Dünya yenilik, fərqlilik, kreativ və sürətli təfəkkürlərin məhsulları ilə inkişafa qədəm qoymuşdur.

Müəllif: Zərövşən BABAYEVA

Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar müəllim.

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru