Etiket arxivi: ELMİ MƏQALƏ

Ekzistensializm cərəyanı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

 Ekzistensializm cərəyanı

      Ədəbiyyatda və fəlsəfədə insan oğlunun varlığından bəhs edən cərəyana ekzistensializm deyilir.Latın dilində “exsistensia varlıq deməkdir və bu ədəbi-fəlsəfi cərəyanın əsas problematik mövzusu insanın mövcudluğudur.Fəlsəfə və ədəbiyyat tarixində insanın mövcud olması müxtəlif formalarla izah olunmuşdur.Məsələn,şərq fəlsəfəsində mövcudluq anlayışı “vücud” termini ilə ifadə edilir.Belə ki,əqidə alimlərinə görə varlığın iki forması mövcuddur:

1.Vacibül-Vücud

2. Mümkün əl- Vücud.

  Molla Sədranın ekzistensializmi

    Mümkün əl- vücud insanın və eyni zamanda bütün məxluqatın xilqətindən bəhs edən anlayışdır.Bu anlayışa görə insanın mövcud olmasının səbəbi vacibül-vücud yəni Allahdır.Çünki insanın mövcud olması Allahın azad iradəsindən aslıdır.Bir sözlə insan mümkün varlıqdır, mövcud ola da bilər,olmaya da bilərdi.Sözügedən anlayış Molla Sədranın fəlsəfəsində də geniş formada izah olunmuşdur.Sədranın hikmətil-mütəaliyə fəlsəfəsi qərb təfəkküründə transsendensial cərəyan olaraq qəbul olunur və bir çox fəlsəfəçilər onu şərq ekzistensializminin atası hesab edir.Sədraya görə bir nəsnənin varlığı(ekzistenisası) onun mahiyyətindən (essensiasından) əvvəl gəlir.Biz bu fikirə XX əsr qərb filosoflarından olan Jan Pol Sartrın “Varlıq və heçlik” əsərində də rast gəlirik.Lakin Sədranın Sartrdan fərqi onda idi ki,Sartın fəlsəfəsindəki azadlıq və özgələşmə anlayışı,Sədrada yox idi. Həmçinin,Molla Sədra varlığa mahiyyətin verilməsinin səbəbini Allahda görürdü, Jan Pol Sartr isə qeyd edir ki,varlıqdan əvvəl mahiyyətin olmamasının səbəbi Tanrının olmamasıdır.

   Sədranın ekzistensializm metodunda bir digər fərqlilik də metempsixoz anlayışıdır.Belə ki,filosofa görə insan mahiyyət etibarı ilə gördüyü xeyir və şər əməllərə nəzərən mücərrəd dünyada ,yəni məad aləmində öz varlığını hazırlayır və ölən zaman onun mövcudluğu həmin bədənə köçür.İnsan nə qədər xeyir işlərlə məşğul olsa,məad aləmindəki bədəni də o qədər nurani olar. Molla Sədranın bu fikiri irfanda da öz əksini tapır.Məad anlayışını qəbul edən irfani cərəyanlara görə abid olan şəxs,dünyadan təcrid olmalı,ibadəti zöhdə əsaslanmalı və ən əsası öz məad aləmini və məaddakı cismini nuraniləşdirməlidir.İrfandakı bu təcridolmaya qərb fəlsəfəsində özgələşmə və yadlaşma anlayışları ilə paralellik təşkil edir.

Soren Kyerkaqard  və ekzistensializm

    Bir çox filosofların fikrincə,ekzistensializm cərəyanının atası danimarkalı filosof və teoloq Soren Kyerkoqordur.Onun “Qorxu və Titrəmə” əsəri ekzisensializm cərəyanı üçün ilkin başlanğıc hesab olunur.Sözügedən əsər İbrahim peyğəmbər və oğlu İshaqın sərgüzəştlərindən bəhs edir. Belə ki,əsərdə İbrahim peyğəmbərin Allahın əmri ilə oğlu İshaqı qurban kəsməyə aparması teoloji yol ilə təhlil olunmuşudur.Həmin hadisədə ekzistensial metod ondan ibarət idi ki,İbrahim dövrün və cəmiyyətin qanunlarını çeynəyir və bilavasitə Allahın əmrinə tabe olaraq oğlunu qurbangaha aparırdı.Biz bu situasiyada əsərin baş qəhrəmanının cəmiyyəti önəmsəməməsini müşahidə edirik.Eyni zamanda Sorenin digər təhlillərinə nəzər yetirdikdə İshaqın qüssəli,kədərli  və pessimist olması qarşımıza çıxır.İbrahim bu əsərdə azad iradəli obrazdır və O öz azadlığı üçün oğlunu Allahın yolunda qurban verməyə hazırdır.Soren Kyerkeqor həmin əsərdə maraqlı bir mövzuya toxunur.O,söyləyir ki, “… İşləməyən çörək yeməz. Nə qədər qəribə olsa da,bu atalar sözü ən təbii şəkildə aid olduğu bu dünyaya tətbiq edilə bilməz, xarici aləm natamamlıq qanunlarına tabedir və burda dəfələrlə eyni şey təkrarlanır.Öz çörəyini işləməyən qazanır, hərçənd yatan işləyəndən daha çox bolluq içindədir… Ruh aləmində isə məsələ başqa cürdür.Burda əbədi ilahi nizam hökm sürür,burda günəş xeyirxah və bədxahlar üzərinə eyni parlamır,burda əziyyət çəkən öz bəhrəsini görür”. Soren Kyerkaqardın bu sözlərində dünyanın ədalətsiz və absurd olması ön plandadır.Biz bu fikirlərin əksini Albert Kamyunun absurdist ideyalarında da görmüşük.Belə ki,Kamyuya görə həyatın mənası yoxdur və mənasız həyatda məna axtarmaq özü mənasızlıqdır,gah30 yaşda öldün,gah da 70 yaşda bunun heç bir fərqi yoxdur. Mahiyyət etibarı ilə hər iki filosof bir-birləri ilə səsləşən paralel fikirlər söyləyirlər.Yalnız, əsas fərq budur ki.Soren Kyerkeqor axirət aləmini qəbul edir və mənanı orda görür,Albert Kamyu isə ateist olduğu üçün axirəti qəbul etmir və məsələyə nihilist yanaşır. Jan Pol Sartrın isə məna anlayışı bir qədər fərqlidir.Onun sözlərinə görə Dünya aporiori(təcrübədən əvvəl) dərk olunmazdır.Yalnız ,insan bu dünyaya hər hansı bir mənanı verə bilər.

Ekzistensializmin tüğyan etməsi və Jan Pol Sartr

   Avropada sənaye inqabından sonra insanların yaşayış tərzi müsbətə doğru dəyişməyə başlamışdır. Həmin dövrün “baş bilənləri”nin fikrincə, Avropa zaman keçdikcə daha da inkişaf edəcək,çiçəklənəcək və cənnətə çeviriləcəkdi.Lakin bu tip fikirlər,alman filosofu Fredrix Nitşze tərəfindən qəti şəkildə rədd edildi.Nitşzeyə görə Avropa cəmiyyətinin həddən artıq inkişaf etməsi ümumibəşəri bir bəlaya səbəb olacaqdı.Filosofun bu sözləri 1914-cü il 28 iyul günü Frans Ferdinandın öldürülməsi ilə I Dünya Müharibəsinin başlamasında öz əksini tapmışdır. Müharibə bitən zaman cəmiyyət çöşük və yıxıntı dövrü yaşayırdı və bu yıxıntıdan qaynaqlanaraq dadaistlər və sürrealistlər eyni zamanda da dekadentçilər əsərlər yazıb yaratmağa başlamışdırlar.Belə ki, dadaistlər müxtəlif qəzetləri bir yerə yığıb parçaladıqdan sonra,onların təsadüfi seçilmiş fərqli parçalarını birləşdirərək  xaosu ifadə edən əsərlər yazmışdırlar. Sürrealizm isə ilkin olaraq incəsənətdə ,daha sonra isə bədii ədəbiyyatda özünü büruzə vermişir.Bu cərəyanın nümayəndələri artıq xaosdan doğan real hadisələri qəbul etmir və realist dünyaya gerçəkliyin üst qatından baxırdılar. Dekadentizm isə həyatın absurdluğunu və insanın vəhşətini nəzərə alaraq Tanrı ilə zarafat edib,söhbətləşməyi daha məqbul hesab edirdi.Bütün bu cərəyanlar Avropada modernizm adı altında birləşmişdir ki,ekzistensializm də bu siyahıya daxil idi.Ekzistensializm cərəyanı II Dünya müharibəsindən sonra bədii ədəbiyyatda geniş formada tüğyan etməyə başlamışdır və bu ədəbi-fəlsəfi axının öndərləri Albert Kamyü və məşhur fransız filosofu Jan Pol Sartr hesab olunurdu.

 Haşiyə:

  Qeyd etmək lazımdır ki,biz şərti olaraq eksiztensializmi 2 hissəyə bölə bilərik.1. Teizmin təsir etdiyi II Dünya müharibəsinə qədərki dövr.2. Ateizmin təsir dairəsində olan və II Dünya müharibəsindən sonrakı dönəm.

   Sartr mövcudluğu insanın azadlığında və azad iradəsində görürdü.Onun Varlıq və Yoxluq əsəri insanın azadlığını etiva edən fikirlər ilə zəngindir.Filosofa görə:

  • İnsanın mövcudluğu mahiyyətdən öncə peyda olur.
  • Əgər əzəli insan xisləti yoxdursa,əgər dünya öz-özlüyündə dərkolunmazdırsa,başqası insana nə əmr edə bilər,nə də haqq qazandırmağı bacarar.İnsan azadlığa məhkumdur. 
  • Əgər insan azaddırsa,O ,tamamilə öz mövcudluğu üçün məsuliyyət daşıyır.
  • Əgər insan azddırsa,onun üçün nə xeyir ,nə də şər mövcuddur.Çünki insan yalnız özünə xeyir seçə bilər.
  • Azadlığın özü azadlığa gedən yoldadır.

    Jan Pol Sartrın bu fikirləri bilavasitə müharibələrə,vətənpərvərlik,mühafizəkarlıq və milliyyətçilik kimi siyasi ideyalara qarşı idi.Onun zənnincə, bu tip siyasi ideologiyalara  xidmət edən insanlar sürü psixologiyası ilə idarə olunur və azadlıqları əllərindən alınırdı.Məhz ,onda görə də insan bu ideyalardan təcrid olub özgələşməli yadlaşmalıdır.

 Anar yaradıcılığında ekzistensializm cərəyanı.

    Dünya müharibəsindən sonra Avropada tüğyan edən ekzistensializm cərəyanı Azərbaycan ədəbiyyatına da təsir etmişdir.Bədii ədəbiyyatda ekzistensial obraza dair bir neçə xas xüsusiyyətlər mövcuddur ki,Anar Rzayevin yaradıcılığında biz bunu müşahidə edirik. Həmin xasiyyətlər bunlardır:

1. Obraz ölüm qorxusu ilə üzbəüzdür

2. Kədərli,pessimist ruhludur.

3. Özgələşdiyi üçün tənhadır

4. Cəmiyyətin fikirlərini önəmsəmir. Və öz azadlığı üçün hər kəsi qurban verməyə hazırdır.

5. Narsizmə meyillilik müşahidə edilir.

    Anarın yaradıcılığında “Otel otağı”, “Mən sən o və telefon”, “Qırmızı limuzin”, “Ağ liman” və.s kimi əsərlərdə ekzistensializm cərəyanının qoxusunu hiss etmək mümkündür. Ədibin yaradıcılığı- ndakı “Qırmızı limuzin” əsəri sürrealist elementlər ilə başlayır.Belə ki, əsərin baş qəhrəmanı yuxuda bir məhəllə görür və həmin məhəlləni yadına sala bilmir,daha sonra isə bəhsigedən məhəllədə qarabasma kimi bir qırmızı limuzin peyda olur.Səhər saatlarında zəngli saatın onu oyatması ilə yuxusu bitir.Baş qəhrəmanın yuxusuna girdiyi qırmızı limuzini real həyatda ,daha dəqiq desək həyətdə,işdə, metronun önündə görməsi onu vahiməyə və qorxuya salır,sanki obrazımız ölüm qorxusu ilə üz-üzədir.Biz burda ekzistensial obrazın ölüm qorxusu məfhumunu müşahidə edirik.Obrazımız həddən artıq tənhadır.Bu tənhalıq onun tək yaşamasında, işə gedib- gələrkən yolda heçkimlə yoldaşlıq etməməsində görürük.Bu tənhalıq onu az da olsa,eqozimə sürükləyib.Eqoist olan insan da cəmiyyətin təfəkkürünə tabe olmağı özünə heç cürə sığışdıra bilmir. Əsər I Qarabağ müharibəsi dövründə qələmə alınmışdır ki, biz bunu maşının simvolik olaraq 19.91 rəqəmli seriya nömrəsinin 1991-ci ilə nisbət verilməsində müşahidə edirik.Halbuki, əsərdə həmin müharibədən bir cümlə də olsa bəhs edilmir, çünki əsər ekzistensial ruhludur və bu cərəyan cəmiyyətin təfəkküründə olan vətənpərvərlik və müharibə leyhdarlığına qarşı çıxırdı.Baş qəhrəmanımız həddən artıq pessimist obrazdır , əsərdə onun gündəlik həyatının təkrar və sıxıcı olması,katibə ilə ayrılarkən mənfi aurada olması obrazımızın neqativliyinə dəlalət edir.Əsərin gedişatında isə obrazımız qırmızı limuzin qorxusuna qalib gəlir və onunla üzləşmək istəyir.Lakin sonda qəhrəmanımızın əvvəlki ölüm qorxusu başına gəlir və o, maşında partlayaraq ölür. Ekzistensial obrazın ölümdən qorxması təbii haldır,çünki ölüm varlığın yaşamasına son qoyan yeganə vasitədir.Qeyd edək ki, limuzinin qırmızı rəng olması da təsadüfi hal deyil.Belə ki, qırmızı rəng qanı simvolizə edir.

    Əsərdə baş qəhrəmanımız limuzini görən zaman özü-özünü sorğulamağa, real həyatdakı qırmızı limuzin ilə yuxudakı limuzin arasındakı hər-hansısa bağlılığın olmamasına özünü inandırmağa çalışır. Lakin hərşeyə biganə olan obrazımız, bu məsələyə də biganə yanaşır, bəzən də problemi yola vermək üçün özü-özünü aldadırdı. Əsərdəki bu situasiya bizə Soren Kyerkeqorun məşhur bir deyimini xatırladır: “ Hər kəs özü tərəfindən aldadılar”. Kyerkoqardın bu sözünü sanki Anar Qırmızı limuzin əsərindəki baş qəhrəman vasitəsi ilə nəsrə çəkmişdir. Hər bir insanın fitrətində eqoizm olduğu üçün ağılasığmaz hər- hansısa situasiya qarşısına çıxanda onu real baxış bucağı ilə dəf etməyə səy göstərir , çünki eqoizm həmin insanın təfəkkürünə təsir etdiyi üçün artıq eqo vasitəsi ilə hökm verməyə, problemdən çıxış axtarmağa və ya  qeyri-adi bir anlayışı ya real baxış bucağı ilə yozmağa, ya da rədd etməyə çalışır. Qeyd etdiyimiz kimi baş qəhrəmanımız da eynən bu cürdür. O öz həyatında gördüyü limuzini, yuxusunda gördüyü limuzin ilə eyniləşdirmək istəmir. Hətta, bir ara qırmızı limuzinin varlığını “deyəsən şəhərdə qırmızı maşınların sayı çoxalıb” kimi sözlərlə inkar etməyə başlamışdır. Və bu tip sorğulamalar nəticəsində obrazımız özü-özünü Kyerkeqor demiş aldadırdı.

İstifadə olunmuş mənbələr:

Qorxmaz Quliyev – Dəlidən doğru xəbər. Mütərcim nəşriyyatı Bakı – 1999

Jan Pol Sartr- Varlıq və Yoxluq Qanun nəşriyyatı- Bakı 2012

Əli Əmininejad – İrfan elmi- Nurlar nəşriyyatı – Bakı- 2022

Soren Kyerkeqor – Qorxu və Titrəmə – Bakı-2018

İnternet resursları :

https://news.milli.az/culture/102671.html
https://plato.stanford.edu/entries/mulla-sadra/

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

RAMİZ DƏNİZİN YAZILARI

Ramiz Dəniz – Azərbaycan 

XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

XIII əsrdə zəmanəsinin görkəmli filosofu, astronomu və riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusini (1201-1274) nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada multikulturalizmin banisi adlandırsaq yanılmarıq.

Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. N. Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də heyarn etmişdi.

O, “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.

Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.

Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var.2

Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, … Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür.

Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. Adətən “ipək yolu” harada uzunmüddətli stabillik varsa, elə oradan da keçirdi.

Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.

Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.

Tusi bütün regionda sülh carçısı kimi tanınırdı. O, xana bildirirdi ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil.

Alimin sayəsində Azərbaycan ərazisində bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcud idi.

Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Marağada çalışan alimlərin milliyəti din etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Marağa rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında əsl bərabərlik yaranmışdı. Bu isə rəsədxananın ən mütərəqqi cəhətlərindən biri idi.

Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniyyət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün qiymətli sayılan sərvətləri Azərbaycana gətizdirərək, onların təhlükəsizliyini təmin etmişdir.

Elmi işlərin aparılması üçün Azərbaycanda əlverişli mühit yaradıldığından Xorezmdən Cəmaləddin əz-Zeydi Buxari, Çindən Fao Mun-Çi, Hindistandan Kəmaləddin Əflatun Hindi, Əlaəddin Süleyman əl Multani, İspaniyadan Məhiəddin Məğribi, Monqolustandan İsa Monqol, Kuhistandan Taqiəddin Əli Həşşaşi, Anadoludan İzəddin Toğrul ibn Səncər, Damqandan İmadəddin əd-Damqani, Bağdaddan Marağaya Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəc, Amidəddin Münəccim Bağdadi, Nəcməddin ibn Huab Bağdadi, Kəmaləddin Sufi Bağdadi Əbu Əziz, Qavaməddin Bağdadi, Dəməşqdən Müəyyidəddin Ordi, Hüsaməddin əş-Şami, Hələbdən Əbül Fərəc Bar-Ebreus, Mosuldan Fəxrəddin Marağayi, Tiflisdən Fəxrəddin İxlati, Qəzvindən Nəcməddin Dəbirani, Şirazdan Qütbəddin Şirazi, Şamaxıdan Şəmsəddin Şirvani, Möhyəddin Əş-Şirvani, Naxçıvandan Hinduşah ibn Səncər Naxçıvani, Damğandan Mahmud Nəcməddin Üstürlabi, Təbrizdən Hüsaməddin Təbrizi, Ürmiyədən Səfiəddin Əbülmömin Ürməvi gəlmişdi. Göründüyü kimi Çindən və Hindistandan başlamış İspaniyaya qədər olan nəhəng ərazidən elmi yaradıcılıqla və paralel olaraq rahat şəkildə yaşamaq üçün xeyli sayda alimlər Azərbaycana təşrif buyurmuşdular.

Xüsusilə qeyd etməliyəm ki, Bar-Ebreus vaxtilə Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuşdu. Belə bir qatı xristianın Marağada mühüm vəzifəyə təyin olunması azərbaycanlıların tolerantlığından xəbər verirdi.

Uzun müddət kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə qədər naməlum olan neçə böyük azərbaycanlı alimin adı çəkilir…

Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə də nail olur. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.

Marağadakı və ona yaxın olan yaşayış məntəqələrində yaradılan multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa səy göstərilmiş, hətta burda irqçiliklə bağlı ədalətsizliyə son qoyulmasına da cəhd edilmişdi. Burada hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirməkdə bir qədər sərbəst idi.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tusinin yürütdüyü siyasət ondan ibarət idi ki, heç kim, xüsusən də saray əyanları və digər səlahiyyət sahibləri adamları dini və irqinə görə qınamasın və hamıya hörmətlə yanaşılsın. Bu ideya nəinki Azərbaycan ərazisində, ümumiyyətlə “Elxanilər” dövlətinə daxil olan bütün ərazidə kök salmalı idi. Belə bir model Yaxın Şərqə təşkil edən səlib yürüşlərinin təşəbbüskar ölkələri Fransa, İngiltərə, Almaniya və İtaliyadakı bölgələrin krallıqlarının təəccübünə səbəb olmuş və onların “Elxanilər” dövlətinə münasibəti tamamilə dəyişmişdi. İlk olaraq venetsian və genuyalı tacirlər, sənətkarlar, elmə meylli adamlar Marağa, Təbriz, Ürmiyə, Həmədan, Ərdəbil və digər şəhələrə gələrək burada əsl emansipasiyanın (bərabərliyin) şahidi olmuş və sərbəst şəkildə uzunmüddətli fəaliyyətə başlamışdılar. Şərqdəki nəhəng xristian dövləti sayılan Bizans imperiyasının paytaxtı Konstantinopolda adı şəkilən dövlətdəki kimi əlverişli şərait yaradılmamışdı. Məhz bu səbəbdən xristian tacirləri və dənizçiliklə məşğul olan digər adamlar kompakt şəkildə Təbrizdə müəyyən küçələrində məskunlaşmış və yaxşı qazanc əldə edə bilmişdilər.

Beləliklə, XIII əsrin ikinci yarısında Azərbaycan ərazisindəki multikultural cəmiyyətin yaranması tarixi faktlarla göstərilmişdir. Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Belə bir cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Tusi Hülakü xanın dəstəyindən istifadə edərək, ölkədə demokratiya qaydalarının geniş yayılması üçün yorulmaz fəaliyyət göstərmişdir. Ölkədəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.

Marağada və yaxınlıqda olan digər şəhərlərdə cəmiyyətin inkişafı üçün münbit şərait yaradılması, etnik münaqişələrin qarşısının alınması, müxtəlif xalqlar arasında etimadın möhkəmləndirilməsi, bərabərliyin bərqərar olması mültikulturalizmdən xəbər verirdi.

Bir sözlə, ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.

İlkin mənbə: Ramiz Daniz Qasımov

Müəllif: Ramiz DƏNİZ

RAMİZ DƏNİZİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI

SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR

Yer üzündə ilk insan qətlinin ibtidası elə ilk insanın yaranmasından başlasa da bəşəri cinayətlər, soyqırım faciələri bugün də davam etməkdədir.İnsanlığa qarşı törədilən bu faciələr bəşəriyyəti və onun gələcəyini təhdid edən soyqırımı akt kimi qiymətləndirilir.Tarixin müxtəlif mərhələlərində kütləvi insan qətliamları, bəşəri cinayətlərlə bağlı bir çox kədərli nümunələr vardır. İnsanlığa qarşı törətdilən amansız qətliamların baiskarları tarixin zibbiliyinə atılmış, Tanrı tərəfindən də bəşəriyyət tərəfindən də əbədiyyətə qədər lənətlənmişlər. Tarixi mənbələr, o cümlədən müqəddəs kitabların mətinləri bu qətl və faciələr haqqında bilgilər, əhvalatlar nəql edir ki, bu qətliamları və onları törədənləri bəşəriyyət heç vaxt unutmasın, insanlar bu hadisələrdən örnək götürsünlər.

Baxmayraq ki, bütün dinlər insanı ən dəyərli vaqrlıq hesab edir, insanın həyat haqqının, yaşamq hüququnun müqəddəsliyini təlim edir. Heç bir halda günahsızların, dinc insanların qətlinə nəyin ki bəraət qazandırır əksinə buna rəvac verənlərin həm bu dünyada lənətlənəcəyini, həm də İlhi Ədalətin bərqərar olacağı axirət dünyasında mühakimə olanacaqlarını açıq şəkildə müqəddəs kitablarda bəyan edir.

Sözsüz ki, insan qətli cinayətlərinə İslam dininin münasibətini anlmağımız üçün ilk növbədə Qurani Kərimin kainatdakı bütün yaratılışlara, bu yartılışlar içərisində xüsusi hörmətə layiq bilinən insana verdiyi dəyərlərə baxmalıyıq. Uca yaradan insana yüksək ehtiram göstərərək İsra surəsinin 70-ci ayəsində buyurur: Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. Qurani-Kərimə görə insanın xəlq edilməsinin əsas məqsədlərindən biri də insanın yer üzərində Allahın xəlifəsi- canişini olmasıdır. Bəqərə surəsinin 30-cu ayəsində Allah Tala buyurur: Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Heç şübhəsiz ki, bütün səmavi dinlərin kəlamlarında insan ən dəyərli varlıq hesab olunur, insan qətli və qətliamlar Uca Yaradana qarşı həddi aşma və Ona qarşı üsyankarlıq hesab edilir. İslam dininin təlimlərinə görə insanın yaşmaq hüququ ən dəyərli,ən müqəddəs hüquqdur. Məhəmmdə peyğəmbər(s) hədis kəlamının birində buyurur:Hər müsəlmanın bir başqa müslümana qanı, malı namusu haramdır.

İslam dini hər bir insanın yaşamq hüququnu toxunulmaz hesab edir, hətta ana bətnində körpənin də. Bunun üçün ilk olaraq fərdlərin özü , ikincisi cəmiyyət, üçüncüsü isə dövlət bu hüquqları qorumalı, onun təcavüzə məruz qalmasından mühafizə etməlidir. Bu hüquqların təmini və qorunması üçün  İslam dini bir sıra huquq qaydaları təsis etmişdir. Belə ki İslam dini müəyyən olunmuş hallar istisna olmaqla insan qətlini qadağan edir. Qurani Kərimin  əl-Ənam surəsi 151-ci ayədə buyurulur: (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

İslam dinində insan qətlinin hüquqi cəzaları

İslam dinində insan həyatını qorumaq müsəlman hüquq sisteminin (şəriət) əsas məqsədlərindən biri sayılır. Buna görə də insanın ilk yaradılışından bu yana insan canına qıymaq ən böyük günahlardan biri hesab olunmuşdur. Uca Yaradan Qurani Kərimin Maidə surəsinin 27-30-cu ayələrində buyurur: Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu.Heç şübhəsiz ki,bu ayələr bir sıra mənalara dəlalət edir. Belə ki, bir insanı qətl etməkdən çəkinmək Allah qorxusundan, təqvadan, inancdan və insanın həqiqi imana sahib olmasından irəli gəlir. Günahsız bir insanın qətlinə bais olan bir kəs axirət dünyasında əzaba düçar qalacağını bildirir. Belə bir günahı işləyən kəs Allah yanında da ziyana uğrayanlardan olacaqdır.

Qurani Kərim ümumiyyətlə rəngindən, irqindən, dinindən və ictimai statusundan aslı olmayraq heç bir insanın digər bir insanı qətl etməməsini vurğulayır. Heç şübhəsiz ki, burada ilahi xitab hər kəsə yönəlibdir. Uca Yardan Maidə surəsinin 32-ci ayəsində buyurur: Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Məhəmməd (s) peyğəmbərdən rəvayət olunan bir hadisədə nəql olunur ki, Peyğmbərin zamanında Mədinə şəhərində bir nəfər müəmmalı şəkildə qətlə yetrilir, onun kim tərəfindən qətl edildiyi məlum olmur. Peyğəmbər (s) kürsüyə qalxır və belə deyir: Ey cammat, mənim də sizin içinizdə olduğum halda, bir nəfər insan qətlə yetirilir, və onu öldürən kimdirsə də bilinmir!!?? Əgər yerdə və göydə olanlar yığılb bir nəfəri haqsız yerə qətlə yetirsələr Allah ondan ötrü insanların hamısını cəzalandırar, əzaba düçar edər! Hədisin məzmunundan açıq görünür ki, bu qayda hamıya şamil olunur. Burada öldürülənin müsəlman yaxud qeyri müsəlman olmağının heç bir fərqi yoxdur. Həzrəti Məhəmməd peyğəmbər qeyri müsəlmanları (əhli zimmə, muahhid-müsəlman torpaqlarında yaşayan qeyri-musəlman ) xüsusi olaraq qeyd etməklə aşağıdakı hədisdə buyurmuşdur: Kim bir muahidi (müsəlman toplumunda yaşayan qeyri müsəlman) qətlə yetirərsə Cənnətin qoxusunu da duymaz, halbuki, onun qoxusu 40 illik məsafədən duyular.

Göründüyü kimi, yuxarıda qeyd olunan bu hədisin hökümü Qurani- Kərimin Nisa surəsinin 93-cü ayəsində  gələn hökümlə birdir. Belə ku Ayədə deyilir: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. Belə bir qətldə iştirak edən də eyni cəzaya yaxalanacaqdır. Belə ki Həzrəti Məhəmməd peyğəmbər bir digər hədisdə buyurur ki, kim bir müsəlmanın ölümünə adi bir sözlə də olsa baiskar olarsa axirət günündə Allahın qarşısına iki gözünün arasında “Allahın mərhəmətindən ümüdü kəsilmiş yazılaraq çıxar” .

Qurani-Kərimin ayələrinə və Məhəmməd(s) peyğənbərin kəlamlarından açıq aydın görünür ki, İslam dini günahsız bir insanın öldürülməsini qadağan edir. Qəsdən və ehtiyatsızlıq səbəbindən baş vermiş ölüm hadisələri üçün isə  cəza və qaydalar qoymuşdur. Bu halda Qurani Kərim dini və dünyəvi baxımdan həmin şəxsin necə davranmağını açıqlayan qaydalar müəyyənləşdirir. Uca Yardan Nisa surəsinin 92-ci ayəsində buyurur: Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır.

Həmçinin İslam hüququ cəzanı, törədilən cinayətin miqdarına bərabər olmasını müəyyən etmişdir. Allah tala Bəqərə surəsinin 178 –ci ayəsində büyurur: Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.Bundan sonra isə haqsız yerə öldürülənlər barədə ümumi hökm müəyyənləşdirir, Allah Tala Ənam 151-ci ayədə buyurur: Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

Yəhudilik və Xiristianlıq insan qətlinin qadağan olunduğunu təlim edir

Səmavi kitablardan məlum olduğu kimi, ilk insan qətli elə ilk insan toplumunun yarandığı vaxtlardan baş vermişdir. Heç şübhəsiz bu qətl ilk insanlar arasınada ortya çıxan ziddiyyətli fikirlər, istəklər və ehtiraslar səbəbindən baş vermişdirş. İlk insan qətli barədə bütün qədim şəriətlərdən (qanunlardan) və dinlərdən əhvalatlar və qissələr nəql olunmaqdadır.

Tövrat insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Yəhudilik insan qətlinin baş verdiyi fərqli sütuatisyaları fərqləndirir. Belə ki, Tövrat baş vermiş cinayətin dərəcəsinə uyğun olaraq qəsdən adam öldürmə, yaxud səhvən adam öldürməni ayırır, hər birinə ayrı-ayrı xüsusi cəza növləri nəzərdə tutur.Tövratın mətnlərində ölüm cəzasına məhkum olunanlar və bədən xəsarətləri yetirənlərin cəzaları barədə Çıxış 21 mətnlərində bildirilir: 12Adam vurub öldürən şəxs öldürülməlidir.  13 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.14 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. 15Atasını yaxud anasını döyən adam öldürülməlidir.  16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.17Atasını yaxud anasını söyən adam öldürülməlidir. Yəhudilik və onun əsas kitabı olan Tövratda iman gətirənlərdən başqalarına sayğı, ədalətlilik, əməllərində qərəzsizlik, səbirli, təvazökar olmaq kimi əxlaqi sifətlərin olması tələb olunsa da Tövrat insan həyatının dəyərini nəzərə alaraq öz  təlimlərində istisnasız olaraq, insan qətlinin və xəsarətinin bütün hallarıda qisas cəzasını hökm edir, onlardan hər hansı biri üçün qarşı tərəfin bağışlanması hökmünü nəzərdə tutmur.

İncil insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Əhdi-ətiqə gəlincə isə, o haqsız yerdə insanın qətlə yetirilməsini qadağan edir. Əhdi-Ətiqin Çıxış mətnin 10 vəsiyyətində  insanın insanı qətl etməsininin qadağan edildiyini görürük . 13 Qətl etmə.  14 Zina etmə.  15 Oğurluq etmə.  16 Heç kimə qarşı yalandan şahidlik etmə.

Bundan başqa Əhdi-Ətiq bizə Adəm övladıları arasında ilk insan cinayəti olaraq Qabilin öz qardaşı Habili necə öldürdüyünü və  Allahın Qabili bu cinayətə görə necə cəzalandırdığını nəql edir:8 *Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10  * Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.

Əhdi-Ətiq Çıxış 21 mətninin 12-ci kəlamda insan qətli qadağan edilir, o cümlədən insan qətlinin cəzasını da müəyyənləşdirir . Buna görə də orada qisas cəzasının tətbiqinə hökm verilir-  Kim öldürsə, öldürülməlidir. Orada oxuyuruq: Adam vurub öldürən şəxs öldürülməlidi.

Əhdi-Cədidə gəlincə isə, orada, Matta 21-23 kəlamlarında İsa Məsihdən qətlin və qatilin cəzası barədə təkidlə nəql olunur. Bu Kəlamlarda İsa Məsih nəinki qətli qadağan edir, O cümlədən insan qətlinə gətirib çıxaran, qəzəb xüsusiyyətini də qadağan edir, bu xususiyyəti daşıyanı ölüm cəzasına layiq bilinir: (Hirs və qətl) Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.Mənsə sizə deyirəm ki, qardaşına hirslənən  hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.(21)

Səmavi dinlərin təlimlərindən məllum olur ki, müqəddəs kitabların heç biri insan qətlini, insan soykökünün məhv edilməsini təşviq etmir, əksinə insan qətlini qadağan edir. Günhasız insan qətlinə bais olan kəsə həm bu dünyada həm ölümdən sonrakı dünyada şiddətli cəza vəd etməklə insanları bu təhlukəli əməllərdən çəkindirir. Eyni zamanda insanları yaxş işlər görməyə, gözəl əməllər işlətməyə təşviq edir. Səmavi kitablara məxsus inancın əsasları  insanları Allahın varlığına və birliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman etməyə dəvət edir. Ardınca isə ardıcıllarını humanizm prinsiplərinə söykənən fədakarlıq, təvazökarlıq, sevgi, mərhəmət, qərəzsizlik, başqalarına sayğı, dürüstlük, hər cür haqsızlıqdan çəkinmək, ədalətli olmaq, vicdanlı davranmaq və s kimi əxlaqi dəyərlərə çağırır

Müəllif: SEYİD ABDULLA OĞLU CABBAROV,

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin

Elmi Araşdırmalar, Ekspozisiya  və fond şöbəsinin əməkdaşı.

SEYİD ABDULLA OĞLU CABBAROVUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELMİ MƏQALƏ NECƏ YAZILMALIDIR?

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

Məqalə çapına dair tələblər

  • Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır. 
  • Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
  • Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
  • Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. İngilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır.
  • Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
  • Giriş
  • Nəticə
  • Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
  • Ədəbiyyat siyahısı  əlifba sırası ilə, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. 
  • Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm.
  • İstinadlarməqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
  • İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
  • Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir.  Nümunə: (DTS, 1969: 56)
  • Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.

İlkin mənbə:aem.az


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏMANƏSİNİN QABAQCIL ZİYALISI VƏ XEYRİYYƏÇİSİ XURŞİDBANU NATƏVAN

Kamal Həsən oğlu Camalov

ZƏMANƏSİNİN QABAQCIL ZİYALISI VƏ XEYRİYYƏÇİSİ XURŞİDBANU NATƏVAN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif lirizmin yaradıcısı, xalqa məhəbbət ruhunu xeyriyyəçilik fəaliyyəti ilə uzlaşdıran, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün əvəzolunmaz işlər görən Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə bağlı 14 mart 2022-ci ildə Sərəncam imzalamışdır.

Xarakter dərketmə nöqteyi-nəzərindən bədənin və üzün quruluşu, dərinin və tükün rəngi, geyim və s. kimi xarici-fiziki əlamətlər, həmçinin adamın ifa etdiyi vəzifə özü haqqındakı rəyi əsas ola bilməz. Bunun üçün daxili-mənəvi əlamətləri diqqətlə öyrənib nəzərə almaq vacibdir. Xurşidbanu Natəvan – Vətən aşiqi, Xurşidbanu Natəvan – şair, Xurşidbanu Natəvan – fədakar, qayğıkeş ana, Xurşidbanu Natəvan – sənətkar, Xurşidbanu Natəvan – rəssam, Xurşidbanu Natəvan – xeyriyyəçi və s. Bu mənada, Xurşidbanu Natəvan Şərq aləmində ilk qadın şairədir ki, 1960-cı ildə Bakıda heykəli, 1982-ci ildə isə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır.

Zəmanəsinin qabaqcıl ziyalısı, maarifçisi sayılan Xurşidbanu Natəvan XIX əsrdə nəinki Qarabağda və ya Azərbaycanda, onun hüdudlarından kənarda da sadə və səmimi lirik şeirləri ilə pedaqoji fikrin inkişafı tarixini zənginləşdirmiş, həmçinin biri-birindən gözəl rəsm və qiymətli sənət nümunələri ilə, xeyriyyəçi işləri ilə özünə ölməz abidə ucaltmışdır. Xurşidbanu Natəvanın lirik şeirlərində elə bir xüsusiyyətlər vardır ki, bu xüsusiyyətlər onun yaradıcılığını başqalarının şeirlərindən fərqləndirir, özünü tanıtdırır. Bu kimi xüsusiyyətə xüsusi obrazla ifadə vermək istəsək onu, ancaq sadəlik adlandıra bilərik.

Xurşidbanu Natəvan öz hiss və fikirlərini, şeirlərinin leytmotivini təşkil edən ictimai mənanı anlaşıqlı, sadə şəkildə ifadə etməyi bacardığı üçün onun şeirlərindəki forma sadəliyi mənanın gözəlliyini qüvvətləndirir. Bu gözəllikdən də şeirin yalnız forması deyil, həmçinin ideya məzmununa aid olan ümumi xüsusiyyət öz əksini tapmış olur.

Xurşidbanu Natəvanın şeirlərinə hopan bu gözəllik xalq pedaqogikasından, islami dəyər və prinsiplərindən, Nizami, Füzuli, Cami, Vaqif kimi və digər klassik poeziya nümunələrindən gəlmişdir desək heç də yanılmarıq. Xurşidbanu Natəvan bu kimi böyük korifeylərin incə lirik şeirləri ilə öz bədii zövqünü təkmilləşdirmişdir.

Həyatı, insanların daxili aləmini, fəaliyyət və mübarizəsinin bütün mürəkkəbliyi ilə düzgün, dolğun əks etdirən realist yaradıcılıq şəxsiyyətin psixologiyası üçün zəngin mənbədir. Bu baxımdan Xurşidbanu Natəvanın yaradıcılığı xüsusilə əhəmiyyətlidir. Əlbətdə, belə bir fikir səhv olardı ki, sənətkar psixologiyanı, onun əsas müddəalarını öyrənmiş və onları yeri gəldikcə öz yaradıcılığında tətbiq etmişdir. Pedaqoji-psixoloji bilik şairin insanları dərindən və dəqiq müşahidə edib topladığı faktları təfəkkür süzgəcindən keçirməklə, ümumiləşdirmələr vasitəsilə unudulmaz xarakterlər yaratmasına müsbət təsir göstərsə də, heç vaxt yaradıcılıq istedadını əvəz edə bilməz. Yüksək istedad və gərgin yaradıcı əmək məhsulu olan realist əsər pedaqojipsixologiyanın müddəalarına uyğun gəlir, onları təsdiq və təsbib edir. Xurşidbanu Natəvanın zəngin irsini bu cəhətdən öyrəndikdə orada ciddi elmi əhəmiyyətə malik material tapırıq. Bu böyük şairimizi, həm də sözün geniş mənasında, psixoloq adlandırmaq üçün əsas verir.

XIX-XX əsrin əvvəllərinin ictimai-siyasi baxışlarına nəzər salan zaman görürük ki, nəinki qadının hüquq, qadının yazıb-oxuması, qadın adının dilə gətirilməsi böyük fəlakətlərə səbəb ola bilərdi. Böyük demokrat Cəlil Məmmədquluzadə dövrün acı həqiqətlərinin təsvirini sadə və anlaşıqlı dillə belə ifadə edir: “Qadın ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq, barıta əl vurmaq kimi xətalı hesab olunubdur. İslamın şəriəti, necə ki, məlumdur, qadını kişilərə naməhrəm tutubdur və bu qanunu pozmaq günahi-kəbirə (böyük günah – K.C.) qəbilindən sayılıbdır. Mürur ilə məsələ daha da bərkiyibdir, ta o yerə kimi ki, qadın sözünü ağıza alıb danışmaq bilmərrə qədəğən olunubdur… Bu qanunu pozanlar müsəlman içində “yoldan azmış”, “biqeyrət” adı ilə şöhrət tapmışlar və həmin “qeyrət” üstə müsəlman qardaşlar o qədər “qeyrət” göstəriblər ki, bir-birinin qanını içməyə hazır olublar və içiblər də… Onun üçün də cahil islam şairləri dünyanın cəmi bədbəxtliklərini qadınların üstünə yıxıblar: “Viran şüdən mülki-Süleyman əz zən”.

El arasında “Xan qızı”, sarayda isə “Dürrü yekta” (tək inci) kimi tanınan Xurşidbanu Natəvan “islam carçıları” sayılan klerikallar və ya yalançı din adamlarının təsir imkanlarına məhəl qoymayaraq aşiqanə hisslərdə ictimai məna daşıyan şeirlər yazmış, rəsm çəkmiş və musiqidən həzz almışdır. Naqis baxışlara baxmayaraq “Məclisi-üns” adlı şeir məclisində öz şeirlərini, qəzəllərini uca səslə, avazla oxumuşdur.

Şuri-eşqin başıma axırı sövda gətirir,

Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir.

…Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

…Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,

Natəvan, müjdə bu gün, qətlinə fərma gətirir.

Yaxud:

Hicran ilə kim, dəməni-qəm dəstrəsimdir,

Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.

…Görmək üzünü qayəti-hər fikrü xəyalım,

Öpmək ayağın, mayeyi-şövqü həvəsimdir.

Xurşidə yetər başım əgər, çakərin olsam,

Bu rütbə ilə aləm əra fəxr bəsimdir.

Yaxud da:

Eşq sultanı mənim qətlimə fərman gətirib,

Etmədim tərki-vəfa, taəti-fərman etdim.

…Ya təbib, adını tərk eylə, təbabət etmə!

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?!

Yoxdu bir kimsə məgər dərdimi bilsin, Ya Rəb!

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Natəvanşünas Bəylər Məmmədovun sözləri ilə desək Xurşidbanu Natəvan bu kimi qəzəllər yazarkən “o zamankı şəraitdə qadının öz məhəbbətini izhar etməsinin necə qarşılanacağını yaxşı bilirdi”. “Desəm öldürərlər, deməsəm ölləm” aforizm deyişindən baxsaq, əgər “zəmanəsinin möhnətü-məlalından sinədağlı lalə” olmuş Natəvana yazmaq nə qədər çətin idisə, yazmamaq da bir o qədər qeyri-mümkün idi. Qeyd etdiyimiz kimi dilinin sadəliyi, qəzəllərinin orijinallığı ilə öz müasirlərindən fərqlənən Natəvanın hər bir şeiri Qarabağ, Şirvan, Bakı, Şəki, Naxçıvan (Ordubad) şairlərinin qəlbini dilləndirmiş, onların məhəbbət tellərini ehtizasa gətirmişdir.

Xurşidbanu Natəvanın poetik misralar və ya söhbət arasında dediyi hikmətli kəlamlar, müdrik sözlər vardır ki, bunlardan bəziləri bu gün də xalq arasında aforizm kimi səslənməkdədir. Oğlu Mehdiqulu xan məzuniyyətə Şuşaya gələrkən, anası boynuna sarılıb, qədd-qamətini oxşayaraq kontrastlı ifadələrlə oğlunu aşağıdakı kimi vəsf etmişdir:

Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş,

Qədər büküb belimi, eyləyib kəman, ölürəm!

Məzuniyyəti bitdiyi zaman Şuşadan qayıdanda isə:

Nə böylə vəslin olaydı, nə də öylə hicranın – demişdir.

Xalq arasında belə bir məsəl var: “Olan oldu, torba da doldu”. Xurşidbanu Natəvan oğlu Mir Abbasın ölümü münasibəti ilə başsağlığı, təsəlli verənlərə “Öldü bülbül, soldu gül – istər ağla, istər gül!” sözləri deyilən məsəlin ən gözəl poetik variantı səviyyəsinə qaldırmışdır.

Xurşidbanu Natəvanın şeirlərindəki dərin məna, təravət, üslub aydınlığı və səmimilik o qədər güclü olmuşdur ki, şeirləri el arasında əldən-ələ ötürülərək yayılmış, mağarlarda keçirilən toy şənliklərində, məclislərdə xanəndələr qəzəllərini mahur, şur, təsnif muğamları üzərində oxumuş, həmçinin şeir və qəzəllərinə çoxlu nəzirələr yazılmışdır.

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı!

Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!

Həmçinin,

Varımdı sinəmdə dərdü qəmi-nəhan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

– misrası ilə başlanan qəzəllər bizə onu deməyə əsas verir ki, bu qəzəllərdən

görkəmli pedaqoq-alim Hüseyn Cavid və həmçinin pedaqoq-alim, musiqişünas Üzeyir Hacıbəyov da çox təsirlənmişlər. Hüseyn Cavidin “Şeyx Sənan” faciəsindəki ikinci kor ərəbin:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı

– sözləri arasındakı məna oxşarlığı və ya məna yaxınlığı hər bir oxucunun nəzər diqqətini cəlb edir. Üzeyir Hacıbəyov da “Leyli və Məcnun” adlı operasında Leylinin ölüm anında dediyi “Ölürəm” qəzəlini Məhəmməd Füzulinin qəzəli ilə deyil, Natəvanın qəzəlinin dili ilə verməsi fikirlərimizə əyani sübutdur. Təbii ki, operada Füzuli əsərinin ruhu ilə Natəvan qəzəllərinin ruhundakı, ahəngindəki xallar biri-birini tamamlayır. Yeri gəlmişkən, buradan bir haşiyə də çıxaraq qeyd edək ki, Üzeyir Hacıbəyov 1896-cı ildə Qori Seminariyasında təhsil almağa gedərkən Xan qızından xeyir-dua almağa gəlmiş, Xan qızı da müqəddəs Quran kitabından ayələr oxuyaraq Üzeyir bəyə xeyir-dua vermişdir. Bu da onu deməyə əsas verir ki, Üzeyir Hacıbəyov sonralar Xurşidbanu Natəvanın yaradıcılığına dərindən bələd olmuşdur. Xalq rəssamı Mikayıl Abdullayevin “Xeyir-dua” adlı gözəl sənət əsərinin repreduksiyası bu gün də Üzeyir Hacıbəyovun ev muzeyində qorunub saxlanılmaqdadır.

Xurşidbanu Natəvanın xeyriyyə dolu işlərindən “Tərcüman”, “Qafqaz”, “Kaspi” və s. kimi qəzetlər də geniş bəhs etmişlər. Hələ 1856-cı ildə “Qafqaz” qəzeti 44-cü nömrəsində Xurşidbanu Natəvanın anası Bədircahan Bəyimin xeyriyyəçi bir qadın olmasından yazır. Oxuyuruq ki, Bədircahan Bəyim Şamaxıda açılan “Müqəddəs Nina” qız məktəbinə 1.000 manat ianə vermişdir. Bu da ümumilikdə bu ailənin mədəni həyatdakı maarifçi xidmətindən xəbər verir.

1897-ci ilin 42-44-cü nömrələrində “Tərcüman” qəzeti Xurşidbanu Natəvanın şəxsiyyəti və xidmətləri ilə bağlı geniş bəhs etmişdir: “Xurşid banu xanım xan zamanında doğulub Rusiya zamanında yaşamış bir vücud idi. İki zamanın ara yerində qalmış xanım əhvalə görə bir tərz məişət qurub etiqadad və adati-milliyəsini mühafizə etməklə bərabər zəmani-cədidin iqtizasına görə hərəkət edərdi… Müsəlmanların maarifinə dəxi həmiyyəti və müavinəti az deyil idi. Qarabağın rus və milli məktəblərinə və şagirdlərə ianəsi çox idi”. Krımda çıxan “Tərcüman” qəzetinin yazdıqlarından məlum olur ki, “elmü mərifət sahibəsi” Xurşidbanu Natəvan müasir mədəniyyətə yiyələnmiş, zəmanəsinin dünyagörüşlü qabaqcıl adamları ilə bir sırada getmişdir. Bir daha göründüyü kimi, Natəvan təkcə incə təbli şeirləri ilə deyil, həm də dövrünün qabaqcıl meylləri ilə bağlı olması, maarifpərvərliyi, xeyirxahlığı, səxavətliyi, açıq qapısı və qüvvətli nüfuzu sayəsində şöhrət qazanmışdır. 1872-ci ildə altı kilometrlik məsafədən Şuşaya ilk su kəməri çəkdirmişdir. Həmin su kəməri indi də “Xan qızı bulağı” adlanır. Araz çayından Ağcabədiyə qədər su arxı, Bakıdan Şıx kəndinə yol çəkdirmişdir.

Xurşidbanu Natəvan onlarla gəncin mədəni şəhərlərdə təhsilini davam etdirməsinə maddi yardım göstərməklə yanaşı, Qarabağın bir çox tanınmış bəy və şairlərinin də o cümlədən Qasım Bəy Zakirin, Molla İbrahim Qarabağinin, Mirzə Ələsgər Növrəsin və digərlərinin maddi ehtiyac keçirdiyi vaxtlarda onlara kömək əlini uzatmış, maddi yardım göstərmişdir. Qasım Bəy Zakir Xurşidbanu Natəvanın insaniyyət və insansevərliyini yüksək dəyərləndirərək Natəvanın təmənnasız etdiyi yaxşılıqları başa düşməyəni verdiyi çörək kor edər, zəlil edər deyir.

Şikəstə Zakirə veribsiz əmək,

Əmək bilməyəni kor etsin nəmək,

Necə ki, baqidir həyatı, gərək

Unutmaya xeyir-duadan səni.

Xurşidbanu Natəvan Qarabağda atçılığın inkişafı üçün də çox mühüm işlər görmüşdür. Məşhur cins atları ilə tanınmış ilxısı nəinki Azərbaycanda, 1867-ci ildə Parisdə açılmış ümumdünya sərgisində, 1869-cu ildə Moskvada kənd təsərrüfatı sərgisində, 1882-ci ildə isə Tiflisdə nümayiş etdirilmiş və hər bir yarışmada da birinci yeri tutaraq qızıl medallar, fəxri fərmanlar qazanmışdır. Qarabağda yaranan at zavoduna iyirmiyə yaxın gözəl madyan atı və həm də dillərdə gəzən “Ceyran” adlı ayğırını zavoda bağışlamışdır.

Qeyd etdik ki, Xurşidbanu Natəvan bir rəssam kimi təsviri və tətbiqi sənətə də dərindən yiyələnmişdir. Yazdığı şeirlərin çoxu itib-batdığı kimi, çəkdiyi şəkillərin, əl işlərinin də əksəriyyəti təəssüf ki, çağdaş dövrümüzə qədər gəlib çatmamışdır. Xan qızı Natəvanın məlum olan “Gül dəftəri” adlı bir albomu var ki, o albom da hazırda Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondunda saxlanılır. Xan qızının yüksək estetik zövqünü göstərən rəsmlər – qərənfil, süsən, bənövşə, yasəmən, qızılgül etüdlərindən, Bakı, Şuşa, Tiflis peysajlarından Kür qırağının, Metex qalasının, “Narınqala”nın və çay körpülərinin mənzərələri və təbiət lövhələrindən ibarətdir. Qara karandaşla işlənmiş bu şəkillər incəliyi və bədiiliyi ilə adamı valeh edir. Albomun cildində rəngli saplarla toxuduğu qızılgül və qovaq ağacı, habelə sürahiyyə müxtəlif muncuqlarla tikdiyi örtük incəsənət xəzinəmizə qiymətli hədiyyədir. Əşyaları təbii, inandırıcı lövhələrlə əks etdirən, heç vaxt xarici effektə uymayan Natəvanın incə əl işləri fransız səyyah və yazıçı Aleksandr Dümanın da diqqətini çəkmiş, “Qafqaz” adlı əsərində Xurşidbanu Natəvandan və birinci həyat yoldaşı Xasay xan Usmiyevdən hörmət və ehtiramla yad etmişdir (Bax: Aleksandr Düma. Qafqaz, 2010, səh.186-187).

Xurşidbanu Natəvanın milli heysiyyatı, incə lirizm yaradıcılığı, xeyriyyəçi görüşləri sağlığında və ölümündən sonra da qədirbilən xalqın görkəmli tənqidçi, şair, mütəfəkkir, musiqiçi, rəssam, ictimai-siyasi xadimləri tərəfindən (Firidun Bəy Köçərli, Salman Mümtaz, Hənəfi Zeynallı, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Məmməd Rahim, Əliağa Kürçaylı, Əzizə Cəfərzadə, İlyas Əfəndiyev, Hökumə Billuri, Hüseyn Arif, Əkbər Məftun, Şövkət Məmmədova, Bəylər Məmmədov, bəstəkar Vasif Adıgözəlov, Rauf Adıgözəlov, heykəltaraş Eldar Ömərov, Elcan Şamilov, rəssam Altay Hacıyev, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə və b.) dərin elmi araşdırmalar aparılmış, şeirlər, poemalar yazılmış, romanslar, operalar yazılmış, büstlər, heykəllər ucaldılmış, rəsm əsərləri və filmoqrafiyalar çəkilmişdir.

Sonda belə nəticəyə gəlirik:

  • Qarabağ üçün əziz və qiymətli sima olan Xurşidbanu Natəvan hələ balaca yaşlarından ana dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilmişdir;
  • Xan qızı Natəvan xalq pedaqogikasını, islami dəyərləri və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur;
  • Xurşidbanu Natəvan yaradıcılığında milli adət və ənənələri, mənəvi-əxlaqi, psixoloji xüsusiyyətləri ictimai-mədəni şəraitlə düzgün səciyyələndirmişdir;
  • Mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış, mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzləri Xurşidbanu Natəvan yaradıcılığının əsas leytmotivini təşkil etmişdir;
  • Xurşidbanu Natəvanın şeirlərinin leytmotivini təşkil edən ictimai məna öz anlaşıqlığı, forma sadəliyi ilə mənanın gözəlliyini qüvvətləndirmişdir;
  • Xurşidbanu Natəvanın poetik misraları və ya söhbətləri hikmətli kəlam, müdrik söz kimi bu gün də xalq arasında aforizm kimi səslənməkdədir;
  • Xurşidbanu Natəvanın milli heysiyyatı, incə lirizm yaradıcılığı, xeyriyyəçi görüşləri “Tərcüman”, “Qafqaz”, “Kaspi”, “Nor-dar” və s. kimi qəzetlərdə geniş təhlil obyektinə çevrilmişdir;
  • Xurşibanunun qəzəllərini el şənliklərində və məclislərdə Şuşa xanəndələri Seyid Şuşinski, Hacı Hüsü, Məşədi İsi, Məşədi Dadaş, Cabbar Qaryağdıoğlu və başqaları öz məlahətli səsləri ilə oxumuşlar;
  • Xurşidbanu Natəvan milli təfəkkürün inkişafında yorulmadan çalışmış, milli oyanışın təbliğatçısı olmuşdur;
  • Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində Xurşidbanu Natəvanın maarifçilik ideyalarının öyrənilməsi və təbliğ edilməsi qarşıda dayanan əsas prioritetdir.

Müəllif:Kamal CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

KAMAL CAMALOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBİƏT ELMLƏRİNİN ÖYRƏTMƏ-ÖYRƏNMƏ PROSESİNDƏ STEM

Zərövşən Babayeva
Naxçıvan Dövlət Universitetinin professoru,
pedaqogika elmləri doktoru,
Əməkdar müəllim
dr.zarifbabayeva@gmail.com

TƏBİƏT ELMLƏRİNİN ÖYRƏTMƏ-ÖYRƏNMƏ PROSESİNDƏ STEM

STEM – hər yerdədir, həyatımızın bütün sahələrini əhatə edir

STEM = xəyal, dizayn düşüncəsi, yaradıcılıq, əməkdaşlıq, yenilik, inkişaf

Bütün dövrlərdə cəmiyyətdə baş verən sosial-iqtisadi inkişaf, ideoloji baxışlar digər sahələr kimi təhsil sahəsində də kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. XXI əsrin təhsil islahatlarının cəmi və hələlik pik səviyyəsi kimi qəbul edə biləcəyimiz STEM təhsili tədrisin keyfiyyətinin artırılması ilə kifayətlənməyib, öyrənilən biliklərin məhsula çevrilməsində mühüm rol oynayır. Bunun üçün isə yaradıcı düşüncə, xəyalpərəstlik və fərqli yanaşma tələb olunur. İnkişaf etmiş ölkələrin təhsil və digər sahələrində böyük yatırımlarla inanılmaz nailiyyətlər qazanılmaqdadır. Bunun üçün öyrənən və öyrədənlərin lazımi şəraitlə təmin edilməsi və fikir-düşüncə azadlığına xüsusi önəm verilir.

3D printerlərdən, ……… və s. başlayaraq, inşaat sahəsində istifadə edilən nəhəng robotlaradək artıq həyatın bütün sahələrində STEM-in müdaxiləsinə rast gəlirik. Buraya gözdən əlillər üçün hazırlanmış smart əl ağacını, xeyriyyə məqsədi ilə aşağı maliyyətlə əldə edilmiş protez əlləri, ekoloji təmiz məhsulların yaradılmasını, geri dönüşüm məhsullardan istifadəni və s. daxil edə bilərik. Həm də bu məhsulların bəzilərini məktəb və lisey yaşlı məktəblilər, tələbələr dizayn etmişlər.

Təbiət fənlərinin: fizika, kimya, biologiya, tibb, coğrafiya və s. tədrisində STEM metodundan səmərəli istifadə də böyük uğurlar qazanır. Meşəliklərin yanğından qorunmasında istifadə edilən qurğular, ağıllı evlər, sağlam yaşam üçün düzgün gübrələmə sisteminin yaradılması, apteklər üçün ağıllı dolablar, smart əyani vəsaitlərin hazırlanması və s. kimi həyatın bütün sahələrinə nüfuz edərək yaşamı asanlaşdıran imkanlar yeni yanaşmanın bəhrələridir.

Bütün deyilənlərin fonunda xüsusilə təhsil sahəsində görüləcək işlər hələ qarşıdadır. Bu işlərə STEM müəllimlərinin, şagird və tələbələrinin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, lazımi şəraitin yaradılması da daxildir. Yalnız bu işdə bütün məsuliyyət təhsil müəssisələrinin üzərinə düşməməli, təhsilalan və təhsilverənlər özləri də yenilikləri tətbiq edib öz işlərində dönüş etməlidirlər. Zaman gözləmir. Biz bəzən sabaha düşünməyi planladıqlarımız işlər bu gün artıq məhsula çevrilərək ictimaiyətə çatdırılır. Sürətlə inkişaf edən texnika və fənn bilimlərinin köməyi ilə daim yenilənməli və zamanı qabaqlamalıyıq. Əks halda başqalarının çox az maliyyə ilə yaratdıqlarını çox yüksək qiymətlərlə əldə etməyə məhkumuq.

–   STEM müəllimi, STEM şagirdi, STEM tələbəsi, STEM təlimçi, STEM mərkəzləri dedikdə əslində gözlənilənlər nədir?

  • Baza təhsilindən, ənənvi təlimdən, interaktiv-konstruktiv təlimdən nə ilə fərqlənir STEM təhsil modeli?
  • XXI əsr STEM müəllimindən gözlənilənlər nələrdir?

Bu kimi sualların konkret cavabı olmadığı kimi, yeni dövr təhsil sahəsinin qarşısına qoyulan tələblərin öhdəsindən səmərəli gəlməyin də yolları konkret deyil və öyrəndiyimiz heç bir yöntəm, fəaliyyəti etalon kimi qəbul etməməliyik. Bu sualara cavab vermək, zamanın tələbatını ödəmək üçün hər gün inkişaf üçün yeni ideya və bacarıqları, yaradıcılıq potensialımızı artırmalıyıq. Tənqidi-məntiqi düşüncə ilə yanaşıb öyrəndiklərimizi ipucları kimi qəbul edərək daha təkmil, boşluqları dolduran ideya və məhsulların yaradılmasına çalışmalıyıq. Əsl inkiaf o zaman baş verir ki, təkrarçılıq və kopyaçılıq etmədən yeni ideya və bacarıqlar qazanılsın. Bu zaman ya olanı təkmilləşdirmək, yaxud da olmayanı yaratmaq üşün ideya və yaradıcı düşüncəyə, bacarığa sahib olmaq mümkündür. STEM-in prinsiplərindən olan konstruksiya, dekonstruksiya bu məqsədə xidmət edir.

        XXI əsr bacarıqları dedikdə məhz bu istiqamətdə görüləcək işlər nəzərdə tutulmuşdur. Bilik-bacarıqların artırılması üçün isə təməl bacarıqların inkişafı, yenilənməsi, fikir və təcrübə mübadiləsi əsas amillərdəndir. Bunun üçün müxtəlif onlayn-offlayn vebinarlar, təlim və konfranslardan faydalanmaq lazımdır. Qatıldığım onlayn təlimlər, internet üzərindən apardığım tədqiqatlardan faydalanaraq biologiyanın tədrisində STEM metodundan istifadə bu il həm tələbələrin motivasiyasını artırdı, həm də universitet rəhbərliyinin, həm də Naxçıvanda keçirilən STEAM təhsil festivalında böyük rəğbət ğördü, eləcə də yenicə qayıtdığım konfrans iştirakçılarının marağına səbəb olaraq işlər haqqında əlavə izahatlar istəndi.

Qeyd edim ki, 2-3 İyul 2022-ci il tarixlərində İstanbul İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəl­xalq Konfransı  (III. Uluslararası STEM Öyretmenler Konferansı – 2-3 Temmuz-Türkiyə) öz işini bitirmşdir. Konfransda “XXI əsr STEAM müəllimlərindən gözlənilənlər” (“XXI. Yüzyıl STEM Öyretmeninden Beklenenler” (Sözlü bildiri Sunumu. 2-3 Temmuz 2022. İbn Haldun Üniversitesi Türkiyə – STEM PD) mövzusu ilə iştirakım bir sıra layihələrə dəvət almağıma səbəb oldu. Layihələr içərisində Erasmus+ layihəsi də vardır. Sevindirici haldır ki, III kurs Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər mövzularda hazırladıqları işlər konfransda iştirak edən digər fənn müəllimlərinin diqqətini cəlb edərək yüksək qiymət verildi. Konfransın II günü maraqlı təqdimatla çıxışımın böyük marağa səbəb olması məni bu istiqamətdə yeni işlərə həvəsləndirdi. Təqdimatda tələbələrin hazırladıqları ağıllı əyani vəsaitlər və digər əl işlərinin nümayişi auditoriyanın diqqətini çəkərək müxtəlif suallarla müzakirələr keçirilmişdir.

Yenicə siqnal nüsxəsi çapdan çıxmış XXI əsr bacarıqları – STEAM təhsil metodu adlı dərs vəsaitim də maraqla qarşılandı və müzakirəyə qoyularaq qüksək qiymətləndirildi.

Konfransda dünyanın müxtəlif ölkələrindən fərqli mövzularla çıxış edən fənn və mühəndislik sahəsindən olan mütəxəssislər maraqlı təqdimatlar, praktik çalışmalar və vorkshoplarla  yaddaqalan işlər nümayiş etdirmişdir. Maraqlı işlər içərisində Yahya Ebrahimi Sadr’ın bizim də iştirakımızla təşkil etdiyi “Tüpdeki Genler (DNA Kolyesi) Atolyesi ve Elektroforez Atolyesi” çalışması da iştirakçıların rəğbətini qazandı.

Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunmuş işlər daha çox maraq doğurmuşdur. Paralel panellərdə Təqdimatlar, STEM Show Time / Playground / İnteractive Poster Session / TEM Expo, Workshoplar, Paralel atolyelerdə praktik çalışmalar, STEM Eğitimi uygulamaları IV Kitabı Yazarlar Toplantısı, Öyrənci Mərkəzi, Etkinlik Salonu / Fuaye və Açık Alanlarda rəngarəng işlər nümayiş etdirilmiş, Dəyərləndirmə və Kapanışla konfrans sona çatmışdır.

Həmçinin Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Masallı və digər bölgələrindən də orta məktəb müəllimləri, şagirdlər, müxtəlif təlimçilər iştirak etmişdir. Azərbaycandan qatılan nümayəndələrimizin tam heyətlə səhnədə mükafatlandırılması qürurverici idi. İstənilən sahədə çalışan XXI əsr insanı yeniliyi, dəyişikliyi, yaradıcılığı artıq başqasından gözləməməli, öz əməlində və düşüncəsində yeniliklərə şərait yaratmalı, xəyalını məhsula çevirməyi bacarmalıdır. STEM metodu məhz bu istiqamətdə inkişaf edənlərə yol göstərir ki, gələcəyin peşələrini də STEM metodu diktə edəcəkdir.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

YAZARLAR

NURANƏ RAFAİLQIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zərövşən BABAYEVA – XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

dr.zarifbabayeva@yahoo.com

XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

Hazırda ölkəmizdə də geniş start götürmüş STEAM təlim metoduna keçid təhsil müəssisələrini dərindən düşündürən məsələlərdəndir. Məlumdur ki, bütün yenilik­lə­rin tətbiqi və nailiyyəti onun düzgün istifadəsindən, ixtisaslı kadr potensialın­dan birbaşa asılıdır. Bunun üçün aktuallıq qazan­mış yeni metodun səmərəli öyrədilməsi, müsbət nəticələrin alınması, nəhayət yeni məhsul yaradıl­ma­sına qədərki inkişaf yolunu düzgün müəyyənləşdirmək zəruridir. Ali və orta təhsil müəssisələri bunun üçün potensiallı kadrların yetişdirilməsi, tədris üçün uyğun kabinə və mər­kəz­lə­rin yaradıl­masını qarşıya məqsəd kimi qoymuş və bu istiqamətdə işlər davam etdiril­mək­­dədir. İndi əsas məqsəd STEAM metodundan istifadəni cəlb­e­dici hala keçirmək üçün uyğun avadan­lıq­larla kabinə və mərkəzləri zəngin­ləşdirmək, öyrənən­lə­rin marağını bu sahəyə çəkmək üçün maraqlı təcrübələrin təqdimatının keçiril­mə­sidir.

STEAM müəllimi – müasir müəllim simasıdır. Məşhur bir kəlamda deyilir:“Gələcək çoxdan gəlib. Sadəcə o, düzgün payla­şıl­ma­yıb”.  Bu­nu belə də açıqlamaq olar: gələcəyi vaxtında görən­lər üçün gələ­cək bu gün­­dən qurulur. Yeni texniki vasi­tə­lər, internet dövründə yaşayan, fəaliyyət göstərən mütəxəssis, təhsilalanlar bu gün aldıqları biliklərin inteq­ra­si­yası ilə dizayn, mühən­dislik bacarıqlarının inkişaf etdi­ril­məsini ma­raq­la qəbul edir. Həmyaşıdla­rı­nın etdikləri maraqlı işləri, “ENACTUS” “Start-UP”, “STEM Azərbaycanda” və s. layihələri rəğbətlə qarşıla­yan bu gün­kü gənc­lik – Niyə bu mənim ağlıma gəlmədi? – Mən ondan daha yaxşısını edə bilə­rəm­mi? – ideyalarının ardınca getməklə yeni layihələrə doğru hədəf götürməli­dir­lər. Bu günün öyrənənindən başlıca tələblər: İdeya verə bilən şagird yetiş­dirməli, İs­teh­sal düşüncəli şa­gird­lərə şərait yaradılmalı, İdeyanı şagird, tələbə sinfə gətir­mə­li­dir. Ən sadə məh­sulun yaradılması STEAM təhsilinin əsas prin­sip­lərindəndir. Bü­tün bunlarla yanaşı, öyrədən və öyrənənlərdən gözlənilən tələblər və bacarıqlar da vardır:

STEAM şagird bacarıqlarına – qarşıya çıxan problemli istiqamətlərin müəyyən edilməsi, təyin edilmiş problemin həlli üçün yeni biliklərin öyrənilməsindən daha çox, araşdırma, tədqiqatçılıq, fərqli xəyalların məhsulu olan təkliflər irəli sürmək və s. daxildir.

STEAM müəllim bacarıqlarına – istiqamətverici olmaq, STEAM ilə əlaqədar seminar və layihələrdə iştirak etmək, dünyada gedən yenilikləri izləyib fəaliyyətinə daxil etmək, ən müasir texnologiya və təlim proqramlarından istifadə bacarıqlarına sahib olmaq, STEAM tədbir və layihələri təşkil etmək və s. ibarətdir. Bütün fənlərin tədrisində STEAM metodundan yararlanmaq təd­risdə, öyrənəndə yaradıcılıq, tədqi­qatcılıq bacarığı, problem həlletmə bacarıqları formalaşdı­ra­caqdır. Elmi bilik­lə­ri, anlayışlarla ilk dəfə tanış olduqda və yuxarı siniflərə qalxdıqca şagirdlər çətinlik çəkməsin deyə təlim prosesini həm intellektual, həm də əyləncəli hala gətirmək üçün STEAM metodunun imkanlarından istifadənin əhəmiyyəti dərsin daha maraqlı və cəlbedici edir.

STEM nədir? – sualına müxtəlif izahlar onun hərtərəfli mahiyyətini ortaya çıxarır. STEM (Elm, Tex­nologiya, Mühəndislik, İncəəsənət, Riyaziyyat) Təhsili – Dünyanın bir çox öl­kə­sinin kurikulumlarına daxil olan, nəzəri bilikləri praktikaya, məh­sula və innovativ ixtiralara çevirməyi hədəfləyən, tələbələrin elm, tex­nologiya, mühəndislik və riyaziyyat kurslarında öyrəndikləri mə­lu­matları görmələrini təmin edən təhsil yanaşmasıdır. STEM təhsili istehsal və ixtira, fərqlilik və yaradıcılıq, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir.

STEM Təhsili dünyada məktəbəqədər təhsildən ali təhsilə qə­dər bütün təhsil prosesini əhatə edən fənlərarası yanaşma kimi qəbul edilir. STEM Təhsilə keçid üçün nümunəvi təkliflər irəli sürülür: STEM Təhsil Mərkəzlərinin yaradılması, tədqiqatların aparılması, müəllimlərin hazırlan­ması, STEM üzrə kurikulumların yenilənməsi, məktəblərdə lazımi mühitin yaradılması üçün kurs materiallarının təmin edilməsi kimi mövzular diqqətdə saxlanılmalıdır. STEAM təhsili şagirdlərin araşdırma, müzakirə və tənqidi düşün­cələrini inkişaf etdirmək üçün elm, texnologiya, mühən­dis­lik, incəsənət və riyaziyyatı birləşdirən bir tədris və öyrənmə yanaşması olub, şagirdlərə real dünya problemlərinə yaradıcı həll yolları axtaran maraq dolu öyrənənlər olmağa imkan yaradır. STEAM şagirdlərə universitet təhsilində, karyerala­rın­da və həyatlarında uğur qazanmaq üçün la­zım olan bacarıq­ları inkişaf etdirməyə kömək edir. Araşdırmalar göstərir ki, yaradıcı proqramlara qatılan şagirdlər qabaqcıl düşüncəyə, stresslə mübarizə bacarıqlarına, özünü dərkə sahib olur, komanda işində, ünsiyyətdə, liderlikdə, mo­ti­va­siya və sosial münasibət­lər­də, yaşadıqları cəmiyyətlə əlaqələr qurmaqda güclü bacarıqlar formalaşdırırlar. STEM təhsil metodu – düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir. Məsələn:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;
  • Yaradıcılıq – Yaradıcılıq insanı di­gər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır. «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, onları maşınlardan fərqləndirəcək nəsə öyrət­mə­liyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qal­ma şansları olacaq» – kimi düşünək.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miq­yas­lı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar for­ma­sında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırır, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layi­hənin nəticəsi ilə bağlı hesabat və ya təqdimat ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksi­yasını da yerinə yetirir, qrupa/ la­yihəyə rəhbərlik edir, qərarlar alır,  liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır və bütün bu bacarıqlar şagirdləri səmərəli insan resursu ola­raq tutacaqları mövqelərə hazırlayır.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətirilən yeniliklərin tətbiqi də müəyyən prob­lem­lər­lə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də var­dır: Məsə­lən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar. STEM dərs­lərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir.

İnformativ Məlumatlar – xeyriyyə tədbirləri

  • Uşaqlar üçün protez əllər minlərlə dollara başa gəlir və istifadə müddəti azdır. 3D çap sayəsində 40$-dan da aşağı büdcə ilə protez hazırlamaq mümkündür! www.enablingthefuture.org kimi təşkilatlar protezləri  hazırlayır və pulsuz  paylayırlar.
  • Müxtəlif əlillik növləri olan uşaqların digər uşaqlarla eyni səviyyədə oynaya bilmələri üçün Microsoft, X-Box üçün, xüsusi coystik yaratdı. “Makers Making Change” əlilliyi olan insanlar üçün xüsusi qurğular hazırlayan beynəlxalq könüllülər təşkilatıdır.
  • Star Wars və Avengers kimi filmlərdə istifadə olunan rekvizitlərin əksəriyyəti 3D çap olunmuşdur.
  • 3D Systems Amerika Kulinariya İnstitutu ilə əməkdaşlıq edərək, şirniyyatları və yeməkləri 3D çap edən, ChefJet Pro 3D printerinin hazırlanmasında iştirak etmişdir.

Dizayn əsaslı öyrənmənin əsasında dizayn düşüncəsi dayanır. Dizayn düşüncəsi konsepsiyası lik dəfə XX əsrin ikinci yarısında Amerikalı iqtisadçı Herbert Simon tərəfindən hazırlanmışdır. Dizayn düşüncəsi hazırda müxtəlif problem və məsələlərin həllində istifadə olunan kifayət qədər  təsirli bir metodologiya kimi geniş yayılmışdır. Dizayn düşüncəsi optimal axtarılan zaman analitik və texniki vasitələrlə yanaşı, yaradıcı vasitələrin istifadəsini zəruri edən metodologiyadır.

Bəs dizayn düşüncəsini necə formalaşdırmalı? Buraya aşağıdakı fəaliyyətlər daxildir:

  • Tinkering fəaliyyəti; Maker fəaliyyətləri; Konstruksiya; Dekonstruksiya fəaliyyətləri.

STEAM kabinə və mərkəzlərinin qurulub istifadəyə veril­məsi üçün praktik təlim mühitlərinin yaradılması da mühüm şərtlərdəndir:

  • Planlaşdırma mühiti – şagirdlərin STEAM öyrənmə layihəsini və iş planlaşdır­masını düzgün tərtib etmələri üçün otaq;
  • İnteqrasiya mühiti – şagirdlərin üzərində işlədikləri layihənin inkişafı üçün ehti­yac olan məlumat bazasının olduğu və texnologiyalardan rahat istifadə edə biləcəkləri otaq;
  • Təqdimat mühiti – şagirdlərin STEAM layihələrini kollektivə təqdim etmək üçün, layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmələri üçün mübadilə otağı;
  • Tədqiqat mühiti – şagirdlərin kəşf edərək öyrəndiklərinin təşviq edildiyi, STEAM layihələri ilə əlaqədar gözləntilərin artırıldığının izləndiyi, laboratoriya işlərinin həyata keçirildiyi, müəllimlərin öyrənənləri düzgün istiqamətləndirə biləcəyi, avadanlıqlarla təmin olunmuş otaqlar;
  • Əməkdaşlıq mühiti – şagirdlərin STEAM layihələri, layihənin nəticələri ətrafın­da şagirdlər­a­ra­sı müzakirəyə imkan yaradan, hesablamaların aparıldığı, çatış­maz­lıqların müəyyənləşdirilib həlli yollarının dəqiqləşdirilə biləcəyi otaq;
  • Yaradıcılıq mühiti – şagirdlərin təhsil müəssisələrində həyata keçirdikləri  STEAM layihələri çərçivəsində araşdıraraq əldə edə biləcəkləri, yeni məhsul­ların yaradılmasına imkan verən tasarım və ya kəşf otağı.

Artıq məktəbə­qə­dər təhsil yaş qrupundan yuxarı siniflərə qədər STEAM-ə uygun təhsil verilməsi zərurətə çevrilmişdir. Artıq dünyanın inkişaf etmiş bir çox təhsil müəssisələrində NASA-da STEAM tə­lim­çi­si təhsili almış təcrübəli, kreativ yaradıcılıq potensialına malik təh­sil çalışanları və bu istiqamətdə uzman­laş­mış və təcrübəli müəllim, alim, metodist, texnologiyalardan üstün istifadə imkan­la­rına malik mü­təxəssislər çoxluq təşkil edir. Bundan başqa, bəzi ölkələrdə STEAM ilə əlaqədar olaraq elm, kodlama, robo­totexnika və avtomat­laş­­dırma təlimini özündə birləşdirən təhsil də verilmək­də­dir. Müasir dunya energetika sahəsində də müxtəlif kəşflər, yeni­lik­lər, fərqli üsul­lardan, alternativ enerji resurslarından istifadənin müxtəlif sahələrini işlənməkdədir. Hazırda energetikanın qarşısında duran ən vacib problem­lər­dən biri enerji ehtiyatla­rın­dan səmərəli isti­fadə etməklə, iqtisadiy­ya­tın bütün sahələrinin və əhalinin həm indi, həm də gələcəkdə enerjiyə olan tələbatını lazımi səviyyədə ödə­mə­sini təmin et­məkdən ibarətdir. Bunun üçün də yenilklərdən faydalanmaq, dünya təcrübəsindən müqayisəli istifadə, tənqidi-məntiqi təfəkkürün inkişafı, təh­sil­alanların sərbəstliyi nəzərdən qaçırılmamalıdır. STEM təhsili istehsal və ixtira, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir. Komputer Dəstəkli Dizayn: komputer texnologiyalarını tətbiq etməklə obyektlərin dizaynıdır. Mühəndislyin dizayn mərhələləri: Mühəndislərin hər hansı məhsulun istehsalı mərhələsində istifadə etdiyi 6 addımlıq proses: Sual, Müzakirə, Dizayn, Qur­maq, Test və Təkmilləşdirmə. Ümumiyyətlə, STEAM metodu və perspek­tivləri haqda danışdıqda, xəyal, ideya, dizayn üçün də sərbəstliyə yer verilməlidir.

Naxçıvan Muxtar Respublikası ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti hər zamankı kimi bir ilkə daha imza atdı. Universitet rəhbərliyinin xüsusi təşəbbüsü və qayğısı ilə bu ildən  ilk olaraq Təbiətşünaslıq fakültəsinin III kurs “Biologiya müəllimliyi” ixtisasında STEAM fənninin tədrisinə başladıq. Yeni metodun tədrisi tələbələr tərəfindən xüsusi həvəslə qarşılanmış və müvəffəqiyyətlə davam etir. Tələbələrə xəyal qurmağı, ideya irəli sürüb onları məhsula çevir­mək vərdişləri aşılamağa göstərdiyim cəylər ilk bəhrələrini göstərdi: Sərbəst iş kimi tələbələrə verdiyim praktik tapşırıqlar içərisində çox maraqlı işlər diqqətimizi çəkdi. Bu işlər STEAM metodu sayəsində həm biologiyanın tədrisində, eləcə də müxtəlif sahələrdə yaradıcılığa, kreativliyə şərait yaradılacağını, yeni kəşflərə yol açılacağını vəd edir.

       Artıq əksər ixtisaslarda STEAM fənninin tədrisinə başlamaq zərurət təşkil edir. Digər ixtisas tələbələri hətta özləri yaxınlaşıb bu metodun tədris fənni kimi salınmasını xahiş etməyə başlamış­lar. Lakin fənnin tədrisi üçün yetərincə kadr potensialı məsələsi də problemlər sırasındadır. Oturub uyğun təlimlərə dəvət gözləməkdənsə fənn müəllimləri özləri maraqlanıb müxtəlif Vebinar, konfrans və təlimlərə qoşulmaq, təcrübə mübadiləsi etməklə potensiallarını artıra bilərlər. 2 ildən artıq müddətdə şəxsi səylərimlə bir çox layihələrə, təlimlərə qoşularaq, internetdə müxtəlif ölkələrin təcrübəsini öyrənərək bu semestr tələbələrdə STEAM metoduna xüsusi həvəs, sevgi yarada bildim. Yeniliklərdən xəbərdar olaq ki, gənc nəslin dünya standartları səviyyəsində yetişdirməyə imkanlarımız yüksəlsin.

       Güman edilir ki, gələcəyin peşələrini STEAM metodu və onun nailiyyətləri formalaş­dıra­caq­dır. Çünki artıq hazırda yaşadığımız Dünya yenilik, fərqlilik, kreativ və sürətli təfəkkürlərin məhsulları ilə inkişafa qədəm qoymuşdur.

Müəllif: Zərövşən BABAYEVA

Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar müəllim.

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

STEAM YANAŞMASI – VAHİD ELEKTRON SİSTEM (VES)

Zərövşən Babayeva
Naxçıvan Dövlət Universitetinin dosenti
dr.zarifbabayeva@yahoo.com
 

STEAM YANAŞMASI – VAHİD ELEKTRON SİSTEM (VES)

XXI əsr ilə birlikdə istehsalat  toplumundan elm toplumuna keçid sürətlənmişdir. Artıq fiziki gücə əsaslanan istehsal modelinden elmə və yüksək texnologiyaya dayanan məhsullar və xidmətlərin istehsalı öncəlik qazanmışdır. Kompüter və sistem (yazılım) texnologiyası, kosmik biliklər, süni zəka, gen mühəndisliyi kimi bir çox sahə bu yüzilin önə çıxardığı örnəklərdir. Bu sahələrdə elm və mühəndislik təməlli çalışmalara və bunları edə biləcək intellektə, işçi gücünə ehtiyac artmışdır. STEM təhsili ilə bu sahələrdə maraqlı, əlaqəli və gələcəktə bu sahələrdə çalışmağa istəkli olacaq gənc nəsil yetişdirmək faydalıdır. STEAM Yanaşması: Sual yarat;  Məhsul/yenisini tasarla; Məhsulu test et; Nəticələndir; Dəyərləndir; Paylaş; Yenidən düşün. Bu yanaşmanın, addımların  mütəmadi olaraq həyata keçirilməsi ilə öyrənən­lərin müvəffəqiyyətli məhsullar/nəticələr ortaya qoyabilən fərdlər kimi formalaş­dırılması hədəflənməktədir. STEAM təhsili təhsilə interaktiv təlimlə gətirilən canlı­lığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına, istehsala yönəltmişdir. Ümimi­likdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliy­yə­tinin izlən­məsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət poten­sialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalı­şan mütəxəssislərlə ciddi rəqabətə davam gətirəcəkdir. Lakin bütün sə­viy­yə­lər­də istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiya­la­rın tətbiqi kifayət et­mir. Təhsildə, cəmiyyət­də keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymət­lən­dirmək, təhsil taksono­miya­larından düzgün is­tifa­də etmək vacibdir. Təhsil işçilə­rinə, öyrədən­lərə sərbəst fəaliyyət im­kan­la­rının veril­məsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmama­mlıdır.

Amerika kosmos yarışında zirvəyə çıxmaq üzrə 1958-ci ilde NASA’nı quraraq bu sahəyə olan marağı artırdı. NASA-nın Aya gedişi ilə kommunikasiya sahəsində dəyişikliklər yarandı. Bu sahədə çalışacaq potensiala malik insan qaynağı ehtiyacı zərurətə çevrilincə 1990-cı illərdə elm və texnolo­giya ilə əlaqəli təh­sil sahələrinin, tədris fənlərinin məktəblərdə yayılmasına qərar veril­di. Bu sahəni əhatə edən qısalt­ma ad olaraq ilk SMET olarak qısal­tıl­mış, zaman içərisində STEM, sonradan isə STEAM şəklində işlədil­məyə başlandı. Hesb edilir ki, STEM təhsili ölkələrin, regi­o­nun və övladların gələcəyi üçün çox vacibdir. Bundan əlavə olaraq, STEAM hər yerdədir, o bizim gündəlik fəaliyyətimizin bütün sahələrin əhatə edir. Texnologiya komputer və smartfonlar demək­dir, lakin bu həm də geriyə baxdıqda televiziya, radio, mikroskop, teleqraf, teleskoplar, kompas və hətta ilk təkərin istehsalı demək­dir. Mühəndislik binaların, yolların, körpülərin dizaynı, günü­müz­də rastlaşdığımız nəqliyyat, qlobal istiləşmə və ətraf mühitə ziyan vurmayan maşın, texnika və sistemlərə dair problemlərin həlli deməkdir. Biz riyaziyyatla ərzaq dükanında, bank­da, vergi formalarında, investisiya və ailə büdcəsi ilə bağlı məsələri həll edərkən qarşılaşırıq. STEAM hər bir adam üçün vacibdir, çünki o bizim həyatımızın hər sahəsini əhatə edir. STEAM gənc nəslin ya­şa­yacağı texnoloji dövrdə ən yaxşı karyera imkanı və müdrik qərarlar, kreativ bacarıqlar üçün açardır.

         Müəllim­lərin bir-biri ilə işbirliyi edərək STEAM mövzusunda təhsil-tədris materiali hazırla­ma­sı və mü­əllimlərin savad, bilgi və bacarıqlarının artırılması hədəf­lən­məkdə, müx­təlif festivallar, təhsilə aid fərqli təşkilolunmuş tədbir­lər və yarışmalar keçirilmək­dədir. Azərbay­can da son illər öz nailiyyətini təsdiqləyən STEAM təhsil metodunun geniş yayılmasında maraqlı ölkələr sırasına daxildir. Yaxın gələcəkdə istər təh­sil, iş sahələri, istərsə də məişətdə layihə əsaslı öyrənmənin töhfələri görüləcəkdir. STEAM-in təməl məqsədlərindən biri olan həll edib həyata keçirmək prinsipinə uygun şəkildə layihə yarış­ma­larına qatılmaqla öyrənənlər bu ölkədaxili və beynəlxalq yarışmalarda təcrübələr və nailiy­yətlər qazanacaqlar. Bütün bunların fonunda hazırda tələb olunan XXI əsr bacarıq və vərdişlərinə malik olan yeni gəncliyin formalaşdırılmasına nail ola bilərik:

Bütün dövrlərdə əlverişli yeniliklər cəmiyyətlərin marağını çəkmişdir.  XX əsrin 90-cı illərində Mark Tilden BEAM robotlar konsep­si­yasını ixtira etmişdir. BEAM Biology, Electronics, Aesthetics, Mechanics ingilis sözlərinin abreviaturasıdır. Bu dörd, ilk baxışdan əlaqəsi olmayan anlayışları nə əlaqələndirir?

  • Biologiya – BEAM robotlarının  dizayn və funksiya aspekt­lə­ri­nin bir çoxu canlı təbiətdən götürülür, bu robotlarda adətən vallar və çarxlar kimi mexaniki ixtiralar istifadə olunmur.
  • Elektronika – robotlarda hərəkətlərinin müəyyən olunmasına imkan verən sadə analoq sxemlər istifadə olunurlar.
  • Estetika – robotlar nümayiş olunmaq üçün cəlbedici xarici görünüşə malik olmalıdır.
  • Mexanika – robotun hərəkət etməsi üçün zəruridir.

Mark Tilden tərəfindən təklif olunmuş konsepsiyanın əsas fərqli xüsusiyyəti insandan asılı olmayan, “müstəqil yaşayan” robot­ların hazırlanması idi. 30 il öncə Mark Tilden hazırkı dövrdə süni zəka, süni inttellektin zərurətə çevriləcəyini görmüş, tədqiqatlarını bu istiqamətdə aparmışdır.

STEAM metodu ilə müxtəlif layihələrin həyata keçirilməsi məhz Yeni Dünya Düzəninə uymaqda, gələcək nəsilləri qarşıya çıxan çətinliklərin həlli istiqamətində hazırlamaqda səmərəli təhsil metodudur. Məsələn, şagirdlərə müxtəlif növ robotları necə düzəltmək, yeriyən, şəkil çəkə bilən, insanlara yardım edən intellektual maşın­lardan istifadəni öyrətmək onların intellektual inkişafında mühüm rol oynayacaqdır. Bu robotlara Bristol robotu, Cizgi çəkən robot, Kəpənək robot, Böcək robot, Spiro robot, Avatar, Scuttle robot, Katapult robot, Bağ gözətçisi, Yeriyən robot, Döyüşçü robot, CNC yazıcı, Marsda hərəkət edən və s. aiddir.

Beləliklə, Müasir dövrdə STEAM müəllimi, STEAM şagirdi, STEAM əsaslı dərsin quruluşu, STEAM təhsilinin mahiyyətinə nəzər salaq:

STEAM müəllimi – inteqrasiya olunmuş layihə əsaslı öyrən­mədən istifadə edən, çevik uyğun­laşan, lider, ünsiyyətcil, tənqidi düşünən, fasiləsiz təhsil alan və komanda işini təşkil edəndir.

STEAM şagirdi – sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, öyrəndik­lə­rini yoldaşları ilə bölüşür, özünün və yoldaş­larının fəaliyyətlərini qiymətləndirir, yazılı və şifahi effektiv ünsiyyət vasitələrindən istifadə edir, müxtəlif yarışlarda və layihələrdə iştirak edir.

STEAM əsaslı dərsin quruluşu –  STEAM dərslərində: elm, texnologiya, mü­hən­dis­lik, incəsə­nət və riyaziyyat sahələrində əldə olunan biliklər gündəlik həyatda qarşıya çıxan problemlərin həllində fənlərarası inteqrasiya və layihə əsaslı öyrənmə vasitəsilə reallaş­dı­rırlır.

STEAM təhsili – şagirdlərə hansı peşə seçmələrindən asılı olmayaraq, onları həyata hazırlayır. Nəticədə şagirdlər rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həlli vərdişlərini öyrədir.

      Son beş ildə təhsil sisteminə, təlim prosesinə tamamilə yeni texnologiyalar, avadanlıqların daxil olması müasir təhsil prosesi iştirakçılarından əvvəllər malik olmadıqları bilik və bacarıqları tələb edir. Səmərəli tədris prosesinin təşkili üçün innovativ tevnologiyaların iş prinsipini mənimsəmək, təcrübə mübadilələrindən yararlanmaq faydalıdır. Məsələn: Mimiotech lövhəsi, Promethcan lövhəsi, Labdisk-phyusio rəqəmsal laboratoriya avadanlığı, Dyumo-phyusio aləti, Phywe- laboratoriya avadanlığı və s.

Beynəlxalq təcrübədə texnologiyanı tədrisə inteqrasiya etmək üçün müxtəlif modellərdən istifadə olunur. Bunlardan biri də SAMR modelidir.

Cədvəldən göründüyü kimi texnologiyanı tədrisdə müxtəlif formada tətbiq etmək olar. SAMR modeli texnologiyanı hansı səviyyədə dərslərə inteqrasiya etdiyimizi başa düşməkdə bizə kömək edir.

       STEAM təhsilinin əsas məqsədləri sırasında – Təhsilalanların təlim tap­şırıq­la­rının həlli prosesində innovativ yaradıcılığının inkişaf etdirilməsi; Elmi və texnoloji tərəqqinin sosial və etik aspektləri haqqında təsəvvürlərin formalaşdırıl­ma­sı; Təlim prosesində tədqiqat apara bilmək və layihə icraetmə bacarıqlarının artırılması; İdeyaların reallaşdırılmasında, problem­lə­rin həllində uyğun texnologiya, proqram təminatının seçilməsi və tətbiq edilməsi; Elmi təd­qi­qat və layihə fəaliy­yətlə­rinin metodlarını mənimsəmək, məhsulların modelləşdiril­məsi, di­zay­nı, əmək məhsul­la­rının təhlükəsizliyinin təmin edilməsi; Qarşıya qoyulan texnoloji tapşırıq və problemlərin həllin­də müxtəlif fənlər üzrə əldə olunan biliklərin əlaqəsini yaratmaq ba­ca­rıqlarının formalaş­dıırılması; İnformasiyanın araşdırılması, analizi, arqu­ment­ləş­dirilməsi, əldə olunan məlumatların təqdim edilməsi, uyğun texnolo­giya­ların tətbiqi, İKT vasitələri alətl­ər­inin müasir istehsalat və ya xidmət sektorunda tətbiq imkanlarını qiymətləndirmə bacarıq­la­rının for­ma­laşdırılması; Müasir texnolo­gi­yalar haqqında təməl biliklər formalaşdırıl­ması, öyrənilən texnologiyalarla əlaqəli peşələr, onların əmək bazarın­dakı yeri və bu sahələrə olan tələbatın mövcud durumu haqqında təsəvvürlərin formalaşdırılması və həyata keçirilməsi dayanır.

İnkişaf etməkdə olan və getdikcə mürəkkəbləşən dünyada informasiya da sürətlə artır. Bilik ilə birlik sayəsində cəmiyyətlərin inkişafını müsbət istiqamətə yönləndirmək mümkün olacaqdır. Aydındır ki, indiki şəraitdə uğurlu iş görmək üçün tək bir sahədə ixtisaslaşmaq kifayət deyil, biliyi/intizamı müxtəlif biliklərlə/fənlərlə dəstəkləmək lazımdır.   XIX-XX əsrlərdə torpaq və xammal çox vacib olduğu halda, XXI əsrdə – dəyişiklik nəticəsində istehsal və savadlı insan resursları ön plana çıxdı. Hazırda qlobal rəqabət, inkişaf və rifah da bununla bağlıdır. Bu gün keyfiyyətli insan resurslarına əsaslanan innovasiya və sahibkarlıq yarışı başlayıb. Sənayedə islahat hərəkatı da təhsil siyasətində sürətli və nəticəyönümlü dəyişikliklər tələb edir. Sürətlə artan təlabatların öhdəsindən gəlmək isə uzaqgörənlik, zəhmətkeşlik, inadlı və dayanmadan inkişafa bağlıdır. İnkişaf, dəyişmək, yaradıcılıq olduğun mühiti düzgün qiymətləndirib, digərləri ilə müqayisə apara bilmək bacarığından asılıdır.

    Məsələn belə bir deyim var: Kiçik balıq Böyük Balıqdan soruşur:

            – Okeana necə gedə bilərik?

            Böyük balıq:   – Biz okeandayıq…. – deyə cavab verir.

Yəni – olduğumuz məkana, yaşadığımız həyata, fəaliyyətimizə kənardan baxıl­dıq­la olub-bitənlərin  fərqinə vara bilərik. Nəzərə alınmalıdır ki, təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyalarının tədrisə tətbiqi, müasir təlimlər, fərqli metod, üsul və vasitələr yerində və səviyyəsində tətbiq olu­narsa səmərə verəcəkdir. Hər bir işdə qazanmaq üçün mütləq risk, motivasiya, məqsədə çatmaq üçün israrla çalışmaq, dəyişikliklərə rtalon kimi yanaşmayaraq maraqlı, yaradıcı təfəkkürə malik olmaq vacibdir.

    Hazırda STEAM metodu vasitəsilə əldə olunan nailiyyətlərdən bəzilərinə nəzər salaq:

  • Autodesk, altı xüsusi uşağa öz super güclü 3D çap protezləri vermək üçün, qeyri-kommersiya şirkəti olan KIDmob ilə tərəfdaşlıq etdi! 
  • Hər hansı bir mağazada tapılması mümkün olmayan bir oyuncağı yeni bir dizaynla özünüz düzəldə bilərsiniz. STEAM derslərində yeni Tinkercad hərəkətlərini öyrənmək və əvvəlki dərsdən olanları tətbiq etmək üçün yeni məhsullar düzəldə bilərik.

Əyləncəli Faktlar

  • Transformerlərvə “Ulduz Döyüşlərioyuncaqlarını yaradan Amerika şirkəti  Hasbro, məhsul istehsal etməzdən əvvəl yeni 3D çap modellərini yaradır.
  • GeorgiaTech tədqiqatları tamamilə 3D çap edilmiş mikrorobot yaratdı. Ölçüsü cəmi 3 mm-dir və onun mühərrikləri və ya elektrik hissələri yoxdur. Yüksək tezlikli səslərdən istifadə edərək hərəkət edir!
  • Çin, Rusiya və ABŞ-da real ölçülü evlər və digər quruluşları 3D çap etmək üçün nəhəng qolları olan 3D çap robotlarından istifadə olunur.
  • 3D printerlərin və CAD (Komputer əsaslı dizayn)-ın ən böyük üstünlüyü məhz özümüzə məxsus dizaynda vasitələr yaratmağın mümkünlüyüdür. Hətta bəzi mexaniki hissələri də çap etmək mümkündür.

           Maraqlı faktlar

  • Artıq Michelin şirkəti 3D çap olunmuş təkərlər istehsal etməyə hazırlaşır. Bu təkərlər ənənəvi təkərlərdən fərqli olaraq ekoloji təmizdir, daha dayanıqlıdır və dairəvi formasını saxlamaq üçün şişmə şin mexanizminə ehtiyac duymur.
  • Ferrari isə öz yarış maşınlarının mühərriklərində 3D çap olunmuş hissəciklərdən-pistonlar­dan istifadə edir.
  • 3D printerlər yeganə komputer əsaslı dizayn vasitəsi deyil! Müasir zavodlarda CAM yəni digər komputer əsaslı manufaktura cihazları geniş tətbiq olunur. Plazma kəsicilər, CNC dəzgahları bunlara nümunədir. Hətta Waterjet adlı cihaz  su vasitəsi ilə titanium kimi bərk metalları kəsə bilir.
  • Təbii yuyucu vasitələrin hazırlanması, qalıqlardan gübrələrin alınması və s. bu layihələrdə nəzərə alına bilər.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏNVƏR ƏHMƏD POEZİYASININ SİQLƏTİ…- PROFESSOR QURBAN BAYRAMOV YAZIR

ƏNVƏR ƏHMƏD

ƏNVƏR ƏHMƏD POEZİYASININ SİQLƏTİ…

“Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər
Şirin bir xatirətək qalacaqdır dünyada
     Sevərək yaşayanlar, sevilərək ölənlər…”

                                                        Səməd Vurğun

      Ənvər Əhməd böyük və zəngin yaradıcılıq potensialına malik, kamillik dövrünü keçmiş, müdriklik məqamına yiyələnmiş şairimizdir. Onun şair şəxsiyyəti və obrazı müasir Azərbaycan ədəbiyyatı tarixində qərarlaşmışdır. Lakin bu məqama yetmək üçün yuxusuz yaradıcılıq ğecələri, ağır, əzablı zəhmətli günlər, əlbətttə ki, istedad və ən ümdəsi isə xalqa, vətənə, elə-obaya tükənməz bağlılıq və məhəbbət tələb edir ki, bunların hamısı, şair, dramaturq, publisist, ədəbiyyatşünas-alim Ənvər Əhməd şəxsiyyətində cəmləşibdir. Və əslində Ənvər Əhmədin müstəqil dövlət kimi öz müstəqil ədəbi aləmi, sərhədləri məlum-məşhur öz şeir dünyası, öz poeziya məkanı  var… Həyat hadisələrinin və insan surətlərinin təsvirində və mənalandırılmasında daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil, müstəqil və azad, daha milli və xəlqi bir üsul axtarmağın, daha təravətli və təzə ifadə vasitələrinə meyl göstərməyin özü onun yaradıcılığını şərtləndirən mühüm amillərdəndir.

    Ənvər Əhməd (Əhmədov Ənvər Misir oğlu) — şair, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), “Qızıl qələm” mükafatı laureatı, Beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). 1943-cü il avqustun 8-də, İkinci Cahan savaşının şıdırğı çağlarında Azərbaycanın Ağcabədi bölgəsinin Kəbirli mahalının Salmanbəyli kəndinin Kəlbəcərdə yerləşən Sarıyer yaylağında doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində  təhsil alandan sonra Bakı statistika texnikumunu bitirmiş(1961), Ağcabədi rayonundakı Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir(1961-1962). “Dağ və mən” adlı ilk şeri 1962-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş (1963-1968), sonra Ağcabədi rayon “Sürət” qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968-1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976-1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000-2002) olmuşdur.

  Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Problemlər İnstitutunun şöbə müdiri vəzifəsində işləyir. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991). Bədii tərcümə məşğul olur. “M. Ə. Sabirin poetikası” mövzusunda dissertasiya müdafiə etmişdir (1982).

   Onun şeirlərində dövrümüz haqqında düşüncələr, sevgi motivləri və doğma yurdumuzun tərənnümü, millilik, azadlıq və müstəqillik ehtirası, Azərbaycançılıq, türk birliyi, Qarabağın işğaldan qurtuluşu və s. bu kimi social, mənəvi, əxlaqi motivlər əsas yer tutur.

 Respublikamızın ən nüfuzlu nəşriyyatlarında Ənvər Əhmədin  “Nəslimiz” (şeirlər, 1968); “Anamın izləri” (şeirlər, 1974); “Sevgi yurdu” (şeirlər, 1979); “Sevgi cavan qalır”(şeirlər və poemalar, 1982); “Oğullar və qartallar” (şeirlər, 1985); “Sağlıq olsun” (şeirlər və poemalar, 1987); ” Kefenim kandan biçiliyor” (şeirlər, 1995); “Od qanı” (şeirlər, poemalar və dram əsəri , 1997); “Qanlı torpaq” (şeirlər, 1998); “Bu qılınc pas ata bilməz” ( şeirlər və poemalar, 2000); “Dünya əlimdən sürüşür” (şeirlər, poemalar və dram əsəri, 2007); “Salam, ay anası ölmüş oğullar” (şeirlər və poemalar,2008), “Daş qanı”(şeirlər və poemalar, 2011), “Ədəbiyyat yolçusu” (tədqiqat, 2012) , “Həsən Küskün köç eylədi dünyadan”, ( tədqiqat, 2013),” Seçilmiş əsərləri” (8 cilddə, 2013-2014-2015) və s. şeirlər, poemalar və dram əsərindən ibarət kitabları, “M.Ə.Sabir poetikasının bəzi cəhətləri” (monaqrafiya, 1978); “M.Ə.Sabirin poetikası” (monoqrafiya, 1996) monoqrafiyaları, onlarca elmi, publisistik, ədəbi-tənqidi məqalələri nəşr və dərc olunmuşdur.  

    Bu kitabların, demək olar ki, hamısı milli qürurumuzun poetik mənzərəsinin əksinə xidmət edir…  Və bu problemə müəllif vətənpərvər bir şair kimi zəruri həssaslıqla yanaşmağı bacarmış, bir ziyalı və intellektual elita nümayəndəsi kimi həmişə adekvakt, effektiv  poetik reaksiya göstərə bilmişdir…

  Müasir dövrdə, müstəqillik illərində fəaliyyyət göstərən yaradıcı fərd, gərək ki, dərin analitik təfəkkür, ünsiyyət qurmaq və əlaqələr yaratmaq bacarığına, problemləri duymaq qabiliyyətinə, operativ fəaliyyət göstərmək, düşməni yaxşı tanımaq və onun psixologiyasının incəliklərinə bələd olmaq, xalq və dövlət mənafelərini əsas tutmaq  xarakterinə, fəhminə malik olsun – bax, budur peşəkar ziyalıdan – şairdən, yazıçıdan, alimdən tələb edilən keyfiyyətlər!..

   Ənvər Əhmədin fəaliyyət dairəsi və siferası, kəmiyyət və keyfiyyət vəhdəti imkan yaradır ki, o, belə yaradıcı fərdlər sırasında görünsün… Onun əsərlərinin əksəriyyəti müasir dövrümüzün mahiyyətindən qaynaqlanır, müasir gerçəkliyin, Azərbaycan gerçəkliyinin, həqiqətlərinin, taleyüklü, ölkə üçün həsas məsələlərin tarixi-siyasi və ideoloji vacibliyinin  yaxın və uzaq hədəflərinin ədəbi-estetik dərkinə, poetik şərhinə hesablanır… 

  Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı illərin əvvəllərinə təsadüf edir, dediyimiz kimi ilk şeiri “Dağ və mən” 1962-ci ildə dərc edilibdir. Və o gündən bu günə gözümüz önündə olduqca maraqlı və ədəbiyyatımız üşün vacib bir şair ömrü canlanmaqdadır – 55 ili haqlayan yaradıcılıq yolu keçmiş, 80-nə doğru çəhlim götürən bir ziyalı ömrü… Onun ilk şeirinin adı təsadüfü olsa da, qəribə bir maqik assosiasiya doğurur və gənc şair ilk addımlarından özünü dağla qarşılaşdirir “dağ və mən” deyir… Ulu Səməd Vurğun demiş, “Dağ olmaq istəsən dağa arxalan!” Ənvər Əhməd Misir ocağının bu müqtədir oğlu (bu ocaqda 13 uşaq böyümüş, Əhməd Elbrus, Əbülfət Misiroğlu, Yusif Misiroğlu kimi istedadlı şair, nasir, jurnalist yetişmişdir) orta boylu olsa da, yaradıcılığı etibarən dağ cüssəlidir, gəzdiyi yaylaqlar qədər  axar-baxarlıdır… Təqdir ediləsi cəhətlərdən biri də budur ki, Ənvər Əhmədin bütöv yaradıcılığı onun ruhunu, sosial, siyasi ğörüşlərini, həyata münasibətini əks etdirir, yanımcıl, nikbin ruhla xalq kədəri üçün “Qırmızı kəfən” şeirində olduğu təkin “hönkürtüyə” çevrilir:

Allahın qəzəbi tutubdu məni,

Dünyanı Xocalı rəngdə görürəm.

Sanki qana dönüb həyat dənizi,

Yox-yox, ağlamıram, mən hönkürürəm

  Bu qəbildən, bu məzmunda olan şeirlərdə şairin məhz ana torpağa, Vətənə, xalqa bağlılığı özünü göstərir. Ənvər Əhməd  xalqın, vətənin taleyi üçün “mühüm mövzuları” qələmə aldığına görədir ki, əsərllərini mütərəqqi milli ideyalar miqyasında səsləndirə bilmişdir. Əlbəttə, hər bir sənətkarın böyük ürəyi, xalqa böyük məhəbbəti və mühüm mövzular seçməsi yetkin bir sənətkar kimi formalaşmasını təmin edəcək profillərdəndir.

  Ənvər Əhmədin 1985-ci ildə yazdığı  bir “Tərəkəmə” poeması var və  bu əsər  Azərbaycan epik poeziyasında yeganə, şəhdli-ballı, köçəri-elatlı, etnoqrafik detallarla zəngin, koloritli, tam orjinal monumental bir poemadır. Bu poemadan gətirdiyimiz bu bir parça Ənvər Əhmədin poeportretinin müəyyən cizgilərini olduğu kimi canlandıra bilır:

   “Tərəkəmə” çalındı,

   Əriş-əriş çalındım,

   Arğac-arğac söküldüm,

   Yumaq-yumaq açıldım.

   Xurcun-xurcun gözəndim,

   Naxış-naxış saçıldım.

   “Tərəkəmə” çalındı,

   Gəbə-gəbə toxundum.

   Uçuqlardan tapılan

   Kərpic-kərpic oxundum.

   Köç yolu haçalandı,

   İlmə-ilmə calandı

   Könlümün Vətən andı.

   Qılınc-qılınc doğuldum,

   Qala-qala ucaldım.

   Həyat-həyat yaşadım,

   Dünya-dünya qocaldım…

Bu poemada, ümumiyyətlə, Ənvər Əhmədin yaradıcılığığnda ayrı-ayrı deyimlərin zaman və məkan boyunca hərəkəti, dinamikası, ictimai-sosial problemlərlə, milli-mənəvi dəyərlərlə çarpazlaşması və sair göstərilir və bu şairin, müəllifin zəngin daxili istedadı, mədəniyyəti, bir də detallı həyati təcrübəsi hesabına dəyişir, haqqında söz açılan mətləblərin müxtəlif aspektləri boy göstərir.

  Ədəbi mühitdə onun yaradıcılığı, eləcə də, “Tərəkəmə” poeması  həm qələm dostları, həmkarları tərəfindən, həm də oxucuları tərəfindən həmişə rəğbətlə qarşılanmış, xoş təəssurat oyatmışdır.

Xalq yazıçısı Anar Rzayev:  “Ənvər Əhməd  el  qeyrətli  ziyalıdır.  Ənvər ictimai-siyasi  hadisələrə  həmişə  emosionaltənqidi münasibətdə olur. Ruhunun ―ictimai fəallığı‖şeirlərinə də hopur.  El şairlərinə xas olan ictimai siyasi motivlər onun poetik lüğətini müəyyənləşdirir.  Ənvər Əhməd  şəhər infrastrukturuna, çoxmərtəbəli evin qapalı məkanına alışsa da, elat – tərəkəmə  koloritini,  kənd insanının saflığını qətiyyən itirməyib. Türk keçmişinə sevgi etnik  mədəniyyətimizlə qürur hissi onun yazı üslubunu və mövzusunu şərtləndirir.  Ənvər Əhmədin emosional dünyası  poetik  yaradıcılığında parlaq şəkildə əksini  tapır.    Cəmiyyətdəki  haqsızlığa, ədalətsizliyə  dözümsüzlüyü, Vətən sevgisi şeirlərinin poetikasını, fəlsəfi fakturasını müəyyənləşdirir. Onun  sevgi  şeirlərində  də, mən  deyərdim  ki,  bir  kişi  səmimiyyəti var. Əksər poeziya nümunələrində  kişi dəyərlərindən söz açır. Praqmatikliyindən, hadisələri real qiymətləndirmək baxımından fərqlənir… O həyatda, davranışında şairdir və dəyərli poetic məharətə sahibdir. Ənvər Əhməd mənim düşüncəmdə bütöv Azərbaycana yaraşan bir ziyalıdır. Onun yazılarında  təfəkkür  və  dil  arasında  məsafə  qısa  və  lakonikdir. Yəni onun istəyində bədii mətn yorucu olmamalı,  fikir və ifadə qısa, yığcam olmalıdır. “

  Xalq şairi, filologiya elmlər doktoru  Xəlil Rza Ulutürkün fikri ümumən bu münasibətin bariz nümunəsidir: “Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir”.

 Özünün dediyindən: “Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erki qarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla “tərəkəmə balası” deyə müraciət edirlər”. Ənvər Əhməd bir tərəkəmə balası kimi daxilən azaddır, sərbəstdir, yovşan ətrli şeirlər müəllifidir, poeziya çəhlimlərdə səllimidir…

  Professor, filologiya elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli: “Azərbaycan ədəbiyyatında tərəkəmə həyatına, onların adət-ənənələri, məişətinə dair yazılan əsərlərin sayı o qədər də çox deyil. Azərbaycan xalqının etnogenezində fəal iştirak etmiş qədim türkdilli tayfalar olan tərəkəmələr-oğuz türkləri əsasən Azərbaycanın Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində icma halında yaşamışlar və indi də bu proses davam edir. Onların əsas məşğuliyyət sahəsi maldarlıq və əkinçilikdir. “Tərəkəmə” xalq rəqsini tərəkəmələrin yaratdığına qətiyyən şübhə eləmirik. Amma mən “tərəkəmə” deyəndə bütün bu etnoqrafik detallardan daha çox çölçülüyə, azad quşların, ağacların, çayların, göllərin dünyasına qovuşan, doğulduğu gündən ölənəcən daxilən azad olan insanları düşünürəm. Çomaq götürüb, çarıq geyib, dağda-aranda qoyun-quzu otaran, sapand atan, at çapan, süd sağan, suluq tutan, bulama bişirən tərəkəmələr-köçəri həyat tərzi keçirən bu azad insanların içindən Xudu Məmmədov kimi dünya şöhrətli bir alim yetişdi. Elə “Tərəkəmə” poemasının qələmə alınması da onun təkidilə olub: “Ənvər, sən xalis tərəkəməsən. Çobanlıq həyatını yaxşı bilirsən. Onların həyatından, xalqımızın ulu adət və ənənələrindən, ümumən köçərilik həyatından bir etnoqrafik poema yazsan, pis olmaz”.

“Tərəkəmə” poeması eyni oyun havasının ritmi ilə başlanır (mənə belə gəlir). Sözlərin təkrarı və səslərin alliterasiyası üzərində qurulan “giriş” hissəsində biz tərəkəmə həyatının romantikasını seyr edirik.”

     “Tərəkəmə” poeması sırf tarixi-etnoqrafik poemadır, böyük bir elatın tarixi və müasir həyatıdır… Onun bir sıra qəhrəmanlarının da müəllifin müasiri olmasını təsadüfi hesab etmək mümkün deyildir . Bunlardan , çoban Xanlar, Həsən, Kal Bayram, Xanım, Şərəf, Sarı Kərim, Zaman oğlu Mustafa, Hacı İbiş, çoban Paşa, Mir Ələkbər, Hör-nör Şəmil, Bığ Əkbər, Dönməz Əliş, Nər Vəli, Xanım, nazlı Şəhla, Sona  xala, Gülüsüm bibi,  Əhməd baba, Şərəf bacı, Uruz əmi, Musa kişi, çoban Boran, Murgüz Alı, Ter Əhməd, Dızıq Qara və başqaları bu sıradandır. Demək olar ki, hər biri epizodik səciyyə daşıyan bu adamlar poemaya təbii bir kolorit gətirir, adların, ayamaların özü çox mətləbdən və elat mədəniyyətinin incəliyindən xəbər verir. Bir sözlə, Ənvər Əhməd poemada tərəkəmə həyatının romantik dünyasını özünəməxsus  tərzdə, parlaq, tipik çalarları ilə, “Söz közündə, odunda əriyə-əriyə”  təqdim edir.

Dağ suyu tək duru idi qanımız,

Buz salı tək möhkəm idi canımız,

Nağıl idi ötüşən hər anımız,

Gün doğmamış yağlı yaxmac yeyərdik,

Nənəmizə “sağ ol, sağ ol” deyərdik.

Qulun salan at çullanar, bağlanar,

Yalmanlanan atın şişi dağlanar,

Qotur dəvə gühənindən yağlanar,

Cidov öküz soncuqlayar, getməzdi,

Alıq aşar, mənzil başa yetməzdi.

   Misal gətirdiyimiz bu iki bəndin tekstoloji tərkibində istifadə edilən sözlər, ifadələr, poetik sintaksis tərəkəmə elatının məişətini doğru-düzgün, bütün koloriti ilə əks etdirir ki, bu cəhəti bütün poema boyu müşahidə etmək mümkündür…  Bunlar əslində milli-etnoqrafik dəyəri olan urvatlı sözlərdir… Bu poemada mövzuya, bədii sözə, hissə, fikrə zərgər dəqiqliyi ilə məhəbbət və hörmət var, sözü hörmətə mindirmək var… Burada şairlik təcrübəsi və yüksək sənətkarlıq texnikası da var… Mətndə qürur qarışıq bir nisgil var ki, elatın bir çox ənənələri öləziməkdədir, adı çəkilən yurd, yaylaq yerləri indi düşmən işğalındadır və o dağlar, qayalar, bulaqlar da, bizim özümüz də bir-birimizin nisgilini çəkirik…  “Dağ günləri elin ən xoş günüydü, Hər səs-səda çobanların ünüydü…”  misraları bu günün faciəsini alt qatda nümaiş etdirir. İndi bizim, Qarabağ elatlarının “xoş gününü”, “səs-sədasını, ününü”, dağlarını – yaylaqlarını   əlindən alıblar… Məkan olmayanda, sənin təsvir etdiyin həyat da olmur…

Əlbəttə, “Tərəkəmə” poeması, tarixi-etnoqrafik gerçəklikləri əks etdirən tərəkəmələrin tarixi həyat tərzi və məişətini maraqlı, həyati detallarla təqdim edən poetik təəssüratlar silsiləsi kimi  olduqca maraqlıdır. Poetik ricətlər, emosional təsvirlər, lirik təhkiyyənin səmimiyyəti və orjinallığı, şairin görüb müşahidə etdiyi hadisələr, tərəkəmə həyatının az qala bütün etnoqrafik detalları ilə təsviri o qədər real, təbii və inandırıcıdır ki, burada tarixi-etnoqrafik  xronikadan daha artıq, ruhu oxşayan məlumat əldə edir, əsər boyu Qarabağ tərəkəmələrinin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları bircə-bircə sanki səyahət edirsən, kəhərə süvar olub Haramıdan, Şah təpəsindən, Küdrüdən, Çataldan, Nərgiztəpədən, Ergiqarışandan keçirsən, Qaravəlli, Kələbədin, Sarvanlar, Kəbirli, Eyvazlı, Sarıcalı, Arazbar, Əlnəzərli, Xəsilli, Təhlə, Ovşar, Muğanlı, Qaradolaq, Aşıqlı və digər kənd-oba adları poetik misralara həkk olaraq yaddaşda qalır…

Ənvər Əhmədin “Od götürdük Şəhriyarın sözündən” deyərək ustad Məmmədhüseyn Şəhriyarın “Heydərbaba” poemasının ritmik havasından bəhrələnməsi də, yeni məkan və siferada daha da doğmalaşır, situasiyaların təbiiliyini və şirnliyini qorumağa xidmət edir… Ənvə Əhmədin digər əsərlərində olduğu kimi bu əsər də təzə-təravətli poetik deyimlərə zəngin olan poemadır.

Oxucu müəllifə qoşulub, özü demiş – Çalbayırdan, Murad təpəsindən, Sarıyerdən, Ceyran bulağından, Qırxqızdan, Dəli Dağdan, Çilgəz yaylağından, Qaraarxdan, Qaraxaçdan, Yüzbulaqdan, Əyriqayadan, İşıqlıdan, Uzun yaldan, Ağ qayadan, Mıxtökəndən, Səbətkeçməzdən keçir,  Qarabağın tərəkəmə obalarını gəzir, göyəbaxana, vanaya, küzə baxır, göy çəmənə sərələnib gülə-çiçəyə batır, kəklikotu dəmləyib içir, sürüyə sərdən vurur, qalayı gümüş təki parıldayan qavlamanı götürüb sağmal qoyunları ovşarlayır, sərnic-sərnic süd sağır, dələmə tutur, bulama bulayır, suluq bişirir, ağuz sağıb kətəməz yeyir, atlama içir, zoğal çomağı götürüb bəlgə tutaraq zarafat-zarafat çobanlarla “çomaq davasına” çıxır, qıyxırıq qoparır, 24 yan keçədən tikilən muxurularda xalı-gəbə, nişan xurcunu, yun corab, örkən, çatı toxuyan gözəl-göyçək qızların tırınqıyla çaldıqları ilmələrə, vurduqları allı-güllü naxışlara, oxuduqları qədim el mahnılarına heyran kəsilir. “Tərəkəmə” poeması belə başlayır:

“Tərəkəmə çalındı, qanım coşdu, qaynadı,

Qollarını qaldırıb elim,obam oynadı.

“Tərəkəmə” çalındı, igidlər bəlgələndi,

Çomaqlar şaqqıldadı, torpağa od ələndi.

Qırat aşdı gədikdən, od yağırdı nalından,

Bığıburma bir oğul yapışmışdı yalından.

…”Tərəkəmə” çalındı… Babək andım içildi,

Həsrətimin nöqtəsi gözlərimdə kişildi.

Dırnaq-dırnaq  oyuldum, külüng-külüng qazıldım,

Qayaların üstünə göz yaşımla yazıldım.

…”Tərəkəmə” çalındı, köç yolu haçalandı,

İlmə-ilmə calandı könlümün Vətən andı.

Qılınc-qılınc doğuldum, qala-qala ucaldım,

Dünya-dünya qocaldım.

Ənvər Əhmədin “Tərəkəmə” poemasının sonluğu fəlsəfi-estetik mənada göstərir ki, xalqın, millətin mahiyyəti saflıqla yoğrulduğundan həmin saflıq və mərdlik  əsrlər, eralar ötsə də, getdikcə artır, güclənir, elə bil, illər, əsrlər, eralar geri qayıdır, hər şey yeni keyfiyyətdə, yeni mahiyyətdə  spiralvari şəkildə təkrar olunur və insan taleyinin (tərəkəmə elatının) tarixçəsində yenidən canlanır;   müəllif, məkan, zaman, qəhrəman, ədəbi əsər anlayışının özü də təzələnir:

Ürək həmin ürək,

Duyğu həmin duyğu,

Yolçu həmin yolçu!

… Minib köhlən atımı,

Çapdım, çapdım, ha çapdım

Harda dayandı,

Orda yurdumu tapdım.

Tapdım, ulu babamın

Ulusu düşdü yada.

Çomağım sancılmamış

Yer yoxumuş dünyada.

   Nə gözəl, nə qədər ülvi duyğulardır bunlar. Bunlar “Dədə Qorqud”dan gələn = “oxu at, ox sancılan yerdə, xeyməmi qur” fəlsəfəsindən, dinimizdən gələn “Ağ dəvə xıx edib – diz qatdayıb yatan yerdə peyğımbərə ev tikin!” inancından süzülüb gələn bulaqdır…

  Təsvir-təqim olunan hadisələr, etnoqrafik detallar səni ictimai sferaya – mətndən kənara çəkir, içində mətndə olmayan, vaxtilə gördüyün, yaxud görəcəyin hadisələr canlanır, ən müxtəlif düşüncələri, duyğuları oyadır, müqayisə edirsən, yenidən poetik mətnə qayıdır, yenidən onun dərinliyinə dalırsan…  Oxucu fəhmindən asılı olaraq (fəhmin intensivliyi) poetik mətni anlamağın yeni strategiyası ortaya gəlir.      

   Bunlar bir daha tarixi gerçəkliyi canlanıraraq onu göstərir ki, at üstündə doğulan, at üstündə ölən  türkün əkmək qazandığı çomağı, həm onun silahı olub, həm onun bayrağı…   “Çomağım sancılmamış, Yer yoxumuş dünyada.” – deyiminin, misralarının poetik-tarixi məna yükü də, bundan ibarətdir… “Türk qanlı köynək kimi geyir əyninə yurdu”- misrasının siqləti bayraq rənginə dönmürmü?!  Və yaxud, “Dönüb ildırıma, çaxıb, hey çaxıb, Qılınc tariximiz heç vaxt pas atmaz!” – sözünə sonsuz inam və heyranlıq buradan yaranmırmı?!  

  Beləliklə, əsəri xronoloji qaydada deyil, olduğun məkan və zaman ölçüləri daxilində, keçmiş zamanın donmuş anında  anlamaq tələb edilir…

  “Qılınc”, “Misri qılınc” mifik-folkloristik obrazları Ənvərin poetik strukturunda müxtəlif məna və mahiyyətdə vaxtaşırı müraciət edilən obrazlardandır… Bəlkə də, bu genetik yaddaşdan – Ənvərin atası müdrik Misir kişinin, Misir Zaloğlunun adından assosiativ güc alır… Misir uşağının – şair Ənvərin, yazıçı Əbülfətin, jurnalist Yusifin xislətində gecələyən tərəkəmə saflıqdan güc alır… Və Ənvər Əhmədin Əfzələddin Xaqani babası demiş, O, “Misri qılıncı Misri qələmə, Misri qələmi Misri qılınca sözün ovxarnda əvəzləşdirə bilir… Cünki əsrlər boyu  türk məişət və təfəkküründə Misri qılınc və Misri qələm vəhdəti həmişə olubdur… Ulu Səməd Vurğun elə-belə deməmişdi: “Müsəlləh əsgərəm, mən də bu gündən!” Bu onun həmkarlarına, qələmdaşlarına mesajı idi – Şairlər, Yazıçılar, başqa sözlə,  yaradıcı adamlar həmişə vətəninin, xalqının “MÜSƏLLƏH ƏSGƏRİ”dir!!..

   “Hardan başlayır vətən?” sual dilemmasının cavabdehləridirlər, əllərində Misri qələm sərhədçidirlər. Ona görə də,onun lirik qəhrəmnının Vətənin bütövlüyünə gedən yolu sərhəd dirəklərinə çatanda yolu kəsilir, yarımçıq qalır, yol da canlı kimi ölür:  – “Sərhəd dirəyinə çırpıb başını, Çığıra-çığıra ölərlər yollar.”

  Ənvər Əhməd üçün Vətən məhfumu Ana məhfumu ilə üzvi şəkildə birləşir, elə Vətən “Anamın izləri” şeirində olduğu təkin Ananın ayaq izlərindən başlayır:

 Minib qarğı atları, yollar boyu çapardıq,

Palçıq üstə anamın izlərini tapardıq.

Əyilib o izdəki göz yaşı tək saf sudan,

İçərdik biz doyuncan!

    Şair bu sudan doyunca içir ki, yanmış ürəyi sərinləsin. Doyunca içir ki, hamı bilsin, hamı duysun, hamı dinsin, hamı desin ki, Vətən bu ayaq izlərindən başlayır… Əslində, ananın bu ayaq izindəki göz yaşı təkin saf su – irilik suyu, mənəviyyat, əxlaq çeşməsidir… Və bu Ananın ayaq izlıəri müqəddəsdir, toxunulmazdır:

 Götürün, yolları üfüqdən asın,

Bir ana izi də tapdalanmasın!

Nə gözəl arzu! Nə gözəl istək! Yenə də, qeyri-adi orjinal poetik obraz, Ana məhəbbəti üfüqdən boylanan dan yeri rəngində bayrağa dönür…

  Bax, ana heykəlini belə qoyarlar, o heykəli ürək kimi döyünən əlləri öz başı üstünə bax, belə qaldırarlar! Bayraq kimi… Dünyaya 13 övlad gətirmiş Ananın müqəddəs obrazı ölməzliyə şevrilir… Ənvərin əsərində natural detallar var, amma naturalizm – sırf natural təsvir, naturalistcəsinə münasibət yoxdur..Ənvərdə qəribə, özünəməxsus ANA = Vətən aşiqliyi var, lap özü də Füzuliyanə bir aşiqlik… Bədii-estetik səviyyəyə yüksəlmiş, esteik kateqoriyalaşmış bir aşiqlik… Bu aşiqlik sufiyanə aşiqlik deyil, ifrat deyil, adi, həyati, insani, amma çox energetik bir aşiqlik… Ənvər Əhmədin ANA – VƏTƏN aşiqliyi real zəmin və məzmunda Füzuli babasının aşiqliyinəqiyasdır:   “ Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. …Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir.”

 Ənvər Əhmədin bu qəbildən  şeirlərindən ruh işığı gəlir. Yanan ürəyin, əlin, sözün, üzdən axan yaşın işığı olurmuş… “Ana!”  şeirində olduğu kimi:

Bu zülmü mənəm ki çəkirəm, ana!

Yoxluğun əriyib gözümdən axdı,
Ölümün öldürdü mən qara baxtı.
Hönkürüb, hönkürüb bu gecə vaxtı
Qəbrini bağrıma bükürəm, ana!

Bu təsadüf deyilmiş. Ənvər Əhməd görür ki,

…Axşam qapımızdan başlanan bir iz,

Səhər görürsən ki, günəşə çatır!

Və yaxud qəlbən inanır ki,

… Torpağın arxası dağlar, dərələr,

İnsanın arxası eldir- obadır…

Keçmişdən üzü bəri nənə-babalarımız qorxulu yuxunu axar suya danışıblar və deyiblər: “Dərdini yaz kağıza, at suya, padşaha gedib çatacaq”. Ənvər Əhməd də “Xudafərinin iş ərizəsi” şeirində həmin köhnə, sınanılmış yolla gedir. Lakin bu dəfə ərizəni adam deyil, bir körpü yazır – Xudafərin körpüsü. Tarix səhnəsində bu qədim körpü öz yerinin nə olduğunu bilmək istəyir. Şair ona yol göstərir:

At ərizəni Araza,

Araz bilər ünvanı!

Yəni sənin dadına yetsə, suya atdığın ərizə yetəcək. Ərizəni hansı ünvana lazımdırsa oraya çatdıracaq:

Dekabrda yazmışdı

Xudafərin yəqin ki, bu ərizəni?!

O ərizənin suya atılmasından neçə dekabr keçib görəsən?..

Sular o ərizəni harda atıb-oynadır indi?!

Hər halda hələ ümid var.

 Çünki ərizə suya atılıb!

Çünki dekabrda hər hansı bir kağızın

 ölüm-itim xəbəri çıxmayıb hələ!

Özü də söhbət o sulardan gedir ki, qanlı, bulanıq olması öz yerində. Qorxusu bu deyil! Qorxusu odur ki, bu cür sularda şair demişkən, “Zəmanənin əliylə axtalananda məslək”, “Bəlkə balıq iştahla yeyir öz balasını”. Oljas Süleymanovun şeirlərindən birinin epiqrafında belə bir məqam var: “Afrikada ana qəbirlərinin başdaşı üstündə açıla qalmış əl şəkli həkk olunub”. Sən demə, bunun mənası bu imiş:

Diləyimiz ömü-ömür qarıdı,

Şair demiş: Araz su yox, barıdı.

Ağlar gözün tutulmaqdır peşəsi,

Sərhəd üstə sındı könlüm şişəsi…

Biz keçırik, bu dağ, bu daş yşayar,

Lal dərələr qəzəb selin daşıyar,

Xudafərin körpüsündən naşılar,

Keçə bilməz, həsrət-həsrət boğular,

Köksümdə dərd toxumu doğular.

 Ənvər Əhməd bütün ziyalı həyatını Qarabağ ağrısı ilə keçirən, Qarabağ dərdini canının və qələminin giziltisində daşıyan vətəndaş şairdir və “Fani dünya bizi yaman sıxıbdır” – deyərək sızıldayır. Onun bu problemə baxışı və ədəbi konsepsiyası aydındır, şəffafdır: “Dağlıq Qarabağ  problemini “münaqişə” deyil, “ədalətsiz müharibə” adlandırmağın doğru olduğunu vurğulayan Ənvər Əhməd işğal edilən ərazilərin geri qaytarılmasını müharibədə görür: “Bu dəqiqə ermənilər “Cıdır düzündə” at oynadırlar. Biz isə Şuşanın işğalını Bakıda qeyd edirik. Şuşaya sözlə qayıdırıq, əməllə yox!”. “Şuşalı bülbül” şeirində bütöv bir xalqın Qarabağ – Şuşa dərdi “Xarı bülbül – Şuşalı bülbül” obrazında ağıya dönür, Şuşanın poetik dərd hekayətinə çevrilir, Pablo Pikassonun “Sülh göyərçini” tablosu təkin teokosmik mənada  simvollaşır, Şüşanın azadlığına çağırış simvoluna, rəmzinə dönür:

Bülbül, sənin işin qandı,
Şairlər oduna yandı,
Şuşada könlüm talandı,
O yer mənim daş yaramdı.

…Bülbül tir-tir əsirdi,
İlahi, bu nə sirdi?
Dəhşət vardı gözündə
Cıdır düzü üzündə,
Sırsıra bağlamışdı.
… Əvvəl elə bildim ki,
Həqiqi bülbül imiş.
Sonra gördüm, İlahi,
Xarı-Bülbül gülüymüş.
Sanki üzdü canımı,
O xanımlar xanımı
Natəvanın gülüymüş…

… Sarsılmışdım bayaqdan,
Səsindəki ah-aman,
Yaman bağrımı yardı,
Döşündə yara vardı.
Üz-gözü didim-didim,
Xarı-Bülbülüm, -dedim…
Ey əsir gülüm dedim.
… Baxışı şeir-şeir
Ürəyimə yazıldı,
Elə bildim sinəmdə
Ona qəbir qazıldı.
Əl atdım ki, götürüm,
Ürəyimə ötürüm,
Bacara bilmədim mən,
Can verirdi, deyəsən,
Bülbülü ölən Vətən!…
Gözümdən dünyam düşdü,
Allah, bu necə işdi?
Xarı-Bülbül Şuşadan
Dimdiyində qan gətirmişdi!!!

   Teokosmik mətndə, mifoloji-dini ənənədə – Nuh peyğəmbərin daşqın əfsanəsində göyərçin dimdiyində həyat rəmzi olan yaşıl budaq gətirir və Pikassonun tablosunda sülh göyərçini kimi əksini tapır, Ənvər Əhmədin Xarı Bülbülü – Şuşalı bülbülü isə “dimdiyində  qan gətirir”, qana-qan çağırışı, qisas çağırışı, azadlıq çagırışı edir…

  Bu mənada onun 2011-ci ildə qələmə aldığı “Xarı bülbül” lirik-epik poeması bu mövzuda yazılan əsərlər sırasında ən ləyaqətli yerlərdən birini tutur və bəlkə də birincisidir. Poema bir-neçə hissədən ibarətdir. Əsərin  girişi klassik poemalarda olduğu kimi Allaha müraciətlə – “Minacat” formatına uyğun yazılıbdır:  “Ümidi Şuşada daşa çırpılan”, “Gözü yaşlı Xarı – Bülbülə dönən”  müəllif, “Ya Rəbbim, sən məni içimə sıxma!, …Allah, güc mələyin göndər yanıma!”- deyərək, bu mövzunu qədərincə əhatə etmək diləyi diləyir…  Sonra “Xarı bülbülüm, bülbülüm!..”;  “Mən Şuşaya necə gedim?!” ; “Mən Şuşaya qayıdacam!”; “Qaya babam, daş babam!” başlıqları altında hissələrə bölünən lirik-epik-dramatik ovqatda, qələbəyə müstəsna  inam intonasiyasında, tarixi ekskurslarda, lirik-ornamental təsvir-təqdim üsulubunda, müasir məzmunlu  illustrasiylar ardıcıllığında, yüksək dərəcədə milli-mənəvi yozumda, hər cür manipulyasiyadan kənar, erməni paranoyasına qarşı hissi-psixoloji dinamikada, rəngarəng poetik çalarlarda yazılmış poemada müəllif dilədiyi diləyə, effektiv ideya-estetik qayəsinə çatmış olur…  Bununla da, müəllif əsəri yazarkan poetik obrazlarının dərinliyi ilə, fikri-hissi kontrastlarla – təzadlarla, minor və mojor fikri-hissi axının bir-birini əvəzləməsi ilə oxucusunu düşündürməyi və həyəcanlandırmağı bacarmışdır…

Müasir poeziyamızda Qarabağ mövzusunda dərd, qəm, hüzün dolu yazılan yüzlərlə şeirlər var və bunlar müəlliflərin yanğısından yaranır, amma nə gizlədək, şeiriyyət və poeziya bunların çoxunda olduqca xəfifdir…  Amma Ənvər Əhmədin bu mövzuda sistem, axar təşkil edən əsərlərində lirizm ilə, poetiklik ilə hiss, duyğu, fikir vəhdətdə üzə çıxır, fəal, proaktiv və praqmatik pafos üstünlük təşkil edir…  Yalnız bircə şeirini misal gətirirəm ki, yaxşı mənada nümunə olsun:

   Mən yolların göz yaşıyam,

   Məni buludlar ağlasın.

   Hönkürtümdən yellər əsib

   Məni o yurdlar ağlasın.

   Yox Vaqifin səsi, ünü,

   Qara geydi toy-düyünü.

   Xarı bülbülün yas günü

   Məni göy otlar ağlasın.

   Çəkilmədi yurd keşiyi,

   Yırğalanır qəm beşiyi,

   Yanıb sönən ev-eşiyi,

   Ellər-elatlar ağlasın.

   Zirvələrin buzu, qarı,

   Axıb gəlir mənə sarı.

   Çıxıb Şuşadan yuxarı

   Məni boz qurdlar ağlasın.

   Ənvər Əhmədin kitablarında, xüsusən də,  “Dünya əlimdən sürüşür” (2007) kitabında da,  Qarabağa aid çoxlu şeirlər və poemalar var. Hamısında dərd, qınaq, ittiham, kədərin böyüklüyündən yaşanan hisslərin tüğyanı, hətta göz yaşları…  Amma bunlar hamısı həm də poeziyanın dərdi, hüznü səviyyəsindədir. Belə ki, Ənvər Əhməd milli dərdin mahiyyətini  tarixi-mədəni kontekstdə  poeziyanın dərdinə çevirən şairlərimizdəndir. Onun “İttiham”, “Bu yara köz bağlamaz”, “Qara qutu”, “Qırğın”, “Qalx ayağa, Üzeyir” poemalarını… “Gəl, dərdləşək” poemasının poetik axarı, ictimai-sosial məzmunu, estetik qayəsi onun yaradıcılığının bu istiqmətini parlaq bir şəkildə əks etdirir.  “Ağlayır” şeirində olduğu təkin yeni deyim və obrazlar “Xocalını balaya döndərir, qana bələnir”, oxucunun “könül qalası uçub-dağılır, can oda sərilir”, “Göz yaşı daş üstə bitir”, “gözlər, baxışlar dərd dərir”, onun poetik sözü yarasının örtüyünə çevrilir, dərd çiçəyə dönüb qanda bitir:

Xocalı adlı balamı,
Qana bələyib gəlmişəm.
Uçurub könül qalamı,
Canımı oda sərmişəm.

 Göz yaşım daş üstə bitib,
Şuşa boyda ömrüm itib.
Yaram məni boyda ötüb,
Dərdi gözümlə dərmişəm.

 Yazım açmadı bir çiçək,
Dərdim qanımda bitəcək.
Ömrüm canımda itəcək,
Yaram üstə söz sərmişəm.

 Onun bu qisim əsərləri millətimizin qanında vətənpərvərlik ruhunun oyatmağa xidmət edir. Onun poetik konsepsiyasında Qarabağ Azəraycanın ürəyidirsə, Şuşa onun tacıdı. Bu problem millətin şərəf və layaqət məsələsidir və münaqişə xalqımızın şərəf və layaqatinə uyğun həll edilməlidir. Ənvər buna qəlbən, ruhən inanır və qələbə-döyüş şeirini yazır:

Üçrəngli bayrağımı bağrım üstə sıxıram,
Qarğa qonan zirvəyə qartal kimi çıxıram.
Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,
Tətik çəkən əlindən öpəcək Azərbaycan!
…Döyüşə hər atılış, hər vuruş haqdır indi,
Ey vətən, o torpağın hər zərrəsi sənindi,
Cahangirlər böyüdən bu ulu xalq mətindi,
O yer, o yurd, o dağlar bizim məmləkətindi.
İldırımtək gurlayır, yüksəlir cəngi səsi,
Xan oxuyur Şuşada “Qarabağ şikəstəsi”!..
Odur pişvaza çıxır, saçları qan Natəvan,
Qucaqlayır oğlunu, Azərbaycan – Natəvan!

…Elə bu an, bu saat vətən andı içilir,
Düşmənin öz kəfəni öz qanından biçilir.
Daş qəfəslər əriyir, nəfəsinin odundan,
İgid komandirlərim, şeirimizin adından
Sizə alqış deyirəm,
Qələbə istəyirəm, qələbə istəyirəm.

…Gedir, gedir ordumuz, hücum əmri qətidir,
Qarabağ başdan-başa vətənin cənnətidir.
…Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.
Bu haqqın son çağırışı qələbə təntənəsidir.
…Eşit, general oğlan, millətin haqq səsini,
Öz qanınla bərpa et, Vaqifin türbəsini.
Mən də bir əsgər kimi döyüşməyə hazıram,
Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..

Ancaq bu iddianın sahibi – “şeiri ilə düşmənə ölüm hökmü yazan” və Qarabağ boyda dərdi ürəyinə döydürən,  şair belə deyə bilər:

Qəbrimi bu vətən boyda qazın ki,

Dərdimin kəfəni vətən boydadır!

  Hələlik, bu mövzuda, vətənpərvərlik tematikasında belə giperbula, gipertəşbihə nə klassik, nə də müasir poeziyada rastlaşmak mümkünsüzdür… Və Ənvər Əhməd millətpərvər, xalqsevər bir şəxsiyyət tipi  kimi bu cür güclü bədii ifadə vasitələrindən üsulundan ustalıqla,  bacarıqla istifadə etmişdir. Belə bacarığa yiyələn qələm sahibi belə deyə bilərdi:

Təbrizə çatmayan şikəst yolları,

Doğrayın, qəbrimin tökün üstünə!


  Vətənpərvərlik, vətəndaşlıq lirikasının özünəməxsus ədəbi-estetik funksiyaları, ifadə üsulları var. Burada müxtəlif ədəbi-poetik üsullsrdan – kəsgin ifşadan, öldürücü, tam inkar mövqedən tutmuş, islahedici dərəcəyə qədər müxtəlif estetik ifadə üsullarından – alleqoriya, ironiya, sarkazm, giperbula, qroteks, parodiya, fikri üstörtülü demək, tendensiyalılıq və s. mövcuddur. Bunlar ictimai lirika estetikasının, poetikasınn aksiomalarıdır… Bunlar Ənvər Əhmədə  qədər istifadə edilən ictimai-siyasi lirikanın ifadə imkanlarıdır, janra məxsus keyfiyyətlərdir ki, Ənvər də , bunlardan bacarıqla istifadə edə bilmişdir… Bu bədii ifadə imkanlarına və məzmununa görə ciddi, təsireici, katarsisə səbəb olan, ictimai rəy doğuran lirika, siyasi-ictimai lirika və s. öz-özünə, boş yerə yaranmayıb və Ənvər Əhməd də bunların hamısından vətəndaş, vətənpərvər bir sənətkar kimi  ustalıqla istifadə edibdir.
   Bu əsərlərdən göründüyü kimi, Ənvər Əhmədin xalqına, millətinə məhəbbəti yüksəkdir, millilikdən, xəlqilikdən, milli mənafedən kənar nə varsa onun diqqətindən kənardadır və ya bir lirik kimi təhnizindədir…  Yəni lirik mətnin alt qatında, mətnin gizli kodunda bu təhniz ortaya çıxır, lap, ifşaedici ovqatda…  Burda ikili standartlara yer yoxdur. Və bu lirik təhnizdə satira səviyyəsində nifrət və öldürücü atəş də görmək mümkündür  ki,  əslində bu ayıq oxucunun, psixoloji cəhətdən həssas oxucunun işidir…  

   Həmçinin bu hiss və duyğular xalqa, millətə, vətən övladına məhəbbətdən irəli gəlir… Vətənpərvərlik və vətəndaşlıq tendensiyası – poetik-bədii tendensiya da buradan irəli gəlir. Bu xətti yaradan cəhət isə  xalqa, millətə böyük, sarsılmaz məhəbbət idi və xalqı biganəlik, susqunluq, görməməzlik girdabından çıxararaq işıqı sabahlara aparmaq, sosial ədalət bərqərar olmuş cəmiyyətdə yaşamaq istəyi, arzusudur… Ənvər Əhməd bü cür ülvi arzularla oxucusunu “şair əllərinin” (qələminin) açdığı qapıdan keşirə bilir:

Bir küləyin açdığı qapı var,

Bir ölümün açdığı qapı var,

Bir şair əllərinin açdığı qapı var…

Ənvər Əhməd Azərbaycanın tanınmış şairi və mədəniyyət xadimidir. Uzun illər Təhsil sahəsində çalışmışşdır, Ali məktəb rəhbəri olmuşdur. Ölkəmizin erməni işğalçılarına qarşı apardığı mübarizədə Ənvər Əhmədin qələmi kənarda qalmamışdır. Ənvər Əhməd bu gün də gənclik eşqi ilə yazır, yaradır…

   Ənvər Əhmədin epik yaradıcılığı olduqca vüsətli, əhatəli, mövzu və tematika cəhətdən rəngarəngdir. Onun yuxarıda adlarını çəkdiyimiz poemalrı ilə yanaşı “Xarı bulbul”, “Şəhriyara salam”, “Daş qanı”, “Bu yara göz bağlamaz”, “İttiham”, “Vətən”, “Qobustan möcüzəsi”, “Torpağın işığı”, “Süleymn və Bilqeyis dastanı və yaxud, Quş sümüyündən saray” və s. poemaları vardır. Bunların , demək olar ki, hamısı Qarabağ mövzusunda yazılıbdır.

 Ənvər Əhmədin bu əsərlərində müxtəlif taleli insanı bir amal yaşadır – vətən, torpaq, ailə qarşısında mənəvi dəyərlərimizə, əxlaqi keyfiyyətlərimizə sadiq qalmaq, onu gələcək nəsillərə xeyirxah nümunələrlə aşılamaq.

Müəllifin toxunduğu mövzular olduqca müxtəlifdir. Qələmə aldığı poemalarda Ə.Əhməd nəinki tariximizi, mədəniyyətimizi eləcə də ibrətamiz düşüncələri bədii boyalarla, dərin təhlillərlə, incə yumorla oxucunu özünə cəlb edir. Onun lirik-epik qəhrəmanı

qarşına çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirir və müəllifin öz obrazı ilə – poeportreti ilə harmonik əlaqə qurur, biri digərini tamammlayır… Ənvər Əhmədin indiyə qədər yaşadığı məsuliyyətli və gərgin şair həyatının, məşğul olduğu bədii, ədəbi-elmi fəaliyyətin real həqiqətləri və dəyər ölçüləri o qədər dərin və mənalı bir reallıqdır ki, bu reallığın özü onun milliliyə xidmət edən fəaliyyət dairəsini şərtləndirir.

   Ənvədə millilik son dərəcə sosiallaşmış formatda təqdim edilir… Ənvər Əhməd məsuliyyətini dərk edən bir şair kimi siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalı olduğunu dərk edən ziyalılarımızdandır . Beləliklə də, o, öz məsuliyyətini anlayan bir millət  qğləm əhli olaraq həm mənəvi, həm də qanuni vəzifəsini yerinə yetiririr.

    Onun bir sıra şeirlərində sanki qutsal kosmoqonik akt baş verir, içindəki boşluq poeziya havası ilə dolur… Yaxşı olan budur ki, onun şeirləri filoloji fikir məkanına daxil olub orada məskunlaşa bilir… Əsas sosial problemlərdən biri də dövlətin millətləşməsi ilə bahəm, millətin də dövlətləşməsidir… Dövlətləşmiş millətə kənar, yad, yabançı ünsürlər yeritmək qeyri-mümkündür, o, bütün cinahlarda yabançılaşma təhlükələrinə müqavimət əzmindədir. Poeziyada bu pozitiv tendensiyanın təbliği aparıcı olmalıdır… Poeziya – ədəbiyyat şərəfli millət uğurunda mübarizənin öncül müsəlləhi olmalıdır. Ədəbi sima konkret dövrdə filoloji fikrin möhtac olduğu dərinliklərdə iş görməyə çalışar. Ənvər Əhməd klassikanın modern təfəkkürünə qoşularaq (beyinəqoşulma) ənənəvi milli təyinediciləri bərpa edə bilir… İlk baxışda bu normativ fon kimi görsənsə də, dərinə varanda bu normativlikdə Ənvərə məxsus bir özgürlüyün, özünəməxsusluğun yeniliyini sezirsən… Poetik mətndə məxsusi deyim-leksikası meydana gəlir. Poetik əsər, poetik mətn zaman və məkan dəyişikliyinə uğrayaraq yenilənir… Başqa sözlə, Ənvər haradasa ədəbi ənənələri mükəmməlləşdirməklə də məşğul olur və onun üslubunun novatorluğunun bir çaları da elə buna bağlıdır… Belə olan tərzdə onun poeziyası ədəbi mühitdə – oxucuda hörmət, simatiya, rəğbət doğurur…

Vətənpərvərlik və vətənsevərlik motivi əsas xəttin seqmentidir və fəlsəfi-teoloji-sosial məzmun daşıyır. Poeziyanın ruhundan ötürülən energetik infomasiya –müəllif-oxucu münasibətində birləşərək dramatik-duyğusallıqla spontan, təhtəlşüuri meydana çıxır…

Ənvər Əhmədin yaradıcılığ milli məzmunlu poetik konstruksiyalra malikdir. Bu əsasən bədii obraz, bənzətmə və ifadələrdə ortaya çıxır. Bütün bunlar milli  lirik xarakterin ortaya çıxması üşün poetik-bədii fənddir və məna-məzmun social status qazanır…

   Müəllif monotonluğun, etinasızlığın mənəvi-psixoloji yorğunluğunu daşıyan, münasibətlərində böhran yaşayan insan həyatına milli-ideoloji rakursdan baxaraq dayanıqlı vətəndaşlıq formulunu təklif edir… Bu isə poetik ideyanın stimullaşdırılması müstəvisində sosial-siyasi məzmunda və fərdin işıqlı duyğularına pozitiv-instinktiv planda baxışdır…

   Ənvərin  poeziyasında məna və məzmuna uyğun pafos müşahidə olunur, məsələn, necə ki, Səməd     Vurğunun poeziyasında çılğın mili əsasda olan ehtirasları göstərmək bacarığı buradakı pafosu doğruldur və nəinki doğruldur, o pafos səni ələ alır, çünki süni yox, təbiidir, bu dərəcədə ehtiras, çılğınlıq elə bu cür də təqdim olunmalıdır… Bu onun əsasən dramatic əsərlərinə – pyeslərinə daha çox şamil etmək mümkündür.   Onun pyesləri poemaları qədər monumentallığı ilə diqqəti çəkir. Həm təhkiyəsinə, arxitektonikasına, həm də məzmunun zənginliyinə, mənalılığına,  milli təəssübkeşlik miqyasına görə bu əsərlər püxtə qələmlə yazılıb…  Burada latentlik, demək olar ki, yoxdur, aşkarlıq və reallıq boya-boydur…  Ənvərin poeziyası XX əsr 70-80-ci illər Azərbaycan poetic realizm manerasındadır.

Obrazların düşüncələri və düşüncələrindəki təbəddülat, mülahizələri elə detallarla, şair müşahidələri ilə qələmə alınıb ki, təbii inam və inandırıcılıq aşkar olur…  Ənvər Əhmədin poeziyası tale poeziyasıdır. İnsan taleyinin özü də, onun ətrafındakıların xisləti də bəşəri hiss-həyəcanlardan, bəşəri dəyər və naqisliklərdən ibarətdir – sevgi və nifrət, vəfa və vəfasızlıq, mərdlik və xainlik, sevinc və kədər, bayram və matəm, sədaqət və xəyanət və s. və i.a. Bədi əsərin kolliziyasını əslində bunlar təşkil edir… Tale poeziyası olduğundandır ki, “Məbəd” şeirində belə siqlətli bədii, belə dəruni mətləbli misralar qələmdən süzülür:

Bu torpağın altı mənəm,

Üstü sən!

Bu sevdanın alovu mən,

Tüstü sən!

Ehh…  Ömrümün ölüsü mən,

Büstü sən!

Qarışıbdı çiçək gülə,

Dönmüsən Xarı bülbülə!

Və yaxud, “Tarix” şeirində:

Bir qarışqa ömrü ilə,

Qaya çapdım, dağ aşırdım.

Bu dünyanı tutub dilə,

Onu qəbrimə daşıdım.

Ənvər Əhmədin otuza qədər kitabı çıxıb. Bunların arasında həm şeir, poema, həm də dram əsərləri var. Bu əsərlərin əksəriyyətində bu cür orjinal deyimli, poetik obrazlı, hissi-emosional məzmunlu şeirlər çoxluq təşkil edir.

  Ənvər Əhməd müsahibələrinin birində deyir:  “Biz içimizi təmizləyib, qeyrətimizi

oxvarlayıb, ən azından işğaldan qabaqkı mənəviyyata qayıtmalıyıq. Mənim bu mövzuda bir şeirim var. ” Bu qılınc qınında pas ata bilməz” adlanır.  Orada yazmışam:

“…Qardaş, Qarabağsız ruhumuz qandı,

İçək Göyçə andı, Zəngəzur andı!

Qələbə tarixin yazılmayıbsa,

Düşmənin məzarı qazılmayıbsa,

Əgər qəbir-qəbir itirsə vətən…

Əgər bu millətin oğlusansa sən,

Bu qılınc qınında pas ata bilməz.

Əgər Ələsgərin ruhu yandısa,

Əgər dünya səniu belə dandısa,

Əgər ucalmırsa qeyrət heykəli,

Əgər əsirdirsə neçə qız-gəlin…

Bu qılınc qınında pas ata bilməz!”

 Bununla bərabər, sənin mənəviyyatın da pas atmamalıdır. Qılıncdan, tüfəngdən, topdan qabaq millətin mənəviyyatı ovxarlanmalıdır. Mənəviyyat qayıtmasa və bunun fonunda vətənpərvərlik hissi güclənməsə,  Qarabağı qaytara bilməyəcəyik. “Azərbaycan” şeirində deyildiyi kimi:

… Baş qoyaraq dizin üstə,

Tarix boyu can vermişik.

Qətrə-qətrə doğranmışıq,

Araz-Araz qan vermişik.

Sızlayanda ürəyimiz,

Ağ günə güman vermişik.

Dərdlərimiz hamilədir,

Qeyrət doğar Azərbaycan!

Bu dünyanın gözlərindən,

Heyrət doğar, Azərbaycan!

Bu, şairin müqəddəs arzularından, istəklərindəndir. O, vətəni bütöv görmək, dünyanı heyrətləndirmək ümidini heç vədə itirmir. Ənvər bu arzuda ikən, o taylı, bu taylı Azərbaycanı bütöv görmək istərkən, Qarabağ dərdi ilə dərdimizin üstünə bir dərd də gəldi. Bildiyimiz kimi, bizim təkcə Qarabağ yox, həm də Dərbənd, Göyçə, Zəngəzur, Borçalı, Araz, Təbriz ağrılarımız var:

 “Oxudum “Arazbarı”

Araz dərdimə barı.

Dərdimi nərdivan et,

çıxım Allaha sarı.

Soruşum, hanı mənim

Bütöv Vətənim?”

   Ənvər Əhmədin “Qara qutu” adlı, ibrətamiz, simvolik poeması var. Təyyarənin qara qutusunu nəzərdə tutmuşdur. Orada deyir ki, Azərbaycan qəzaya uğramış təyyarə kimi parça-parça olub. Amma  bu qəzanın səbəbini öyrənmək üçün qara qutunu tapa bilmirik.

   Ənvə Əhməd “Çanaqala” şeirində Türk qövmünün mübarizə əzminin ruhunu, əbədiliyini, ölməzliyini qeyri-adi bir şair fəhmi ilə verə bilibdir. Bu gün Qarabağ yaylalarında, dağlarında elə həmin Çanaqqala döyüşləri geir. Şeir belə qurtarır:

Əvət, dünya üzündə bir türk oğlu türk qala,

Yenə , yenə basılmaz o məğrur Çanaqqala!

Türkiyə türk adlanan məğrur bir millətindir,

O əyilməz, o ölməz, o məğrur, o mətindir!

Bir bayraq yoğrulubsa türkün qanından,

O bayraq enməmişdir, enməyəcək heç zaman!!!

   Onun şair, ziyalı əqidəsi və amalı dürüstdür, millidir və özü dediyi kimi inamı bu mətləbə bağlıdır: “Azərbaycanın torpağını daşıyıb lap Ayın üstünə də apara bilərlər, amma onun mənəvi ruhunu, şerini, poeziyasını, muğamını, sazını, milli ləyaqət və qeyrətini, namusunu, kökünü-köməcini heç kəs, heç nə tərpədə bilməz. Hər şeyi zaman öz yerinə qoyacaq.  …Ona görə də mən bu günün gəncliyinin gələcəyindən narahat deyiləm və Qarabağı azad edə biləcək çox vətənpərvər gənclər yetişib, hələ yetişəcək də!!” Şair fəhmi ilə, uzaqgörənliyi ilə deyilən və milli mənafeyə yönəlik bu sözlər bu günümüzdə reallığa, həqiqətə çevrilir…

  Onun 2019-cu ildə dərc etdirdiyi “Bu zülmü mənəm ki, çəkirəm, ana”, “Gəlmişəm”, “Ağlayır”, “Bilmirəm”, “Sən olum”, “Çəkinə-çəkinə”, “İtir”, “Kimi”, “Yolçu”, “Üşüyür”, “Barışdı”, “Dedilər, ölübdür, üçüdür bu gün”, “Ömrümə” qəbildən şeirlərində də, illər öncə yazdığı poetik nümunələr kimi təsirlidir, yenidir, insani  hiss və duyğuların zənginliyi, həyati detalların poetik mənalndırılması ilə diqqəti cəlb eləyir, “ağlayır” şeirində olduğu kimi:

 Ötsün asta-asta segah, şikəstə,

Od yağdı Vaqifin qəbrinin üstə,

Dağıldı yurd-yuva, torpağı xəstə,

Qan sızır yaramdan, gözüm ağlayır.

Yas tutdu Natəvan, hönkürdü Bülbül,

Olub Qaryağdının naləsi dil-dil,

Yoxdur Qarabağım, fəryad et könül,

Sönüb od-ocaöım, közüm ağlayır.

Gəzdiyim oylaqlar geyinir qara,

Çəkildim Şuşada gözümdən dara,

Vuruldu sinəmə əbədi yara,

Bulaqlar üstündə izim ağlayır.

Ay Ənvər, fələyin min-bir oyunu var,

Hanı gürşad səsli, qartallı dağlar,

Elə bil yoxumuş o gözəl çağlar,

Uçdu qəsri-qalam, sözüm ağlayır.

 Bu, pessimizm deyil, Vətənsizliyin, Qarabağsızlığın yaratdığı həsrət ovqatıdır… Şuşanın bir adı da Qaladır və qəsri-qalası düşmən əlində uçub dağılan şair-vətəndaşın sözü ağlaya-ağlaya, mənanın alt qatında əsgərə, süngüyə dönür, azadlıq çağırışına çevrilir, həsrət gözlərin ümid çırağını yandırır… Təsadüfi deyildir ki, onun həmkarı, qəlm dostu, istedadlı şair-publisist Ramiz Məmmədzadə Ənvər Əhmədin yurd həsrətinə, vətən sevgisinə həsr edimiş əsərlərin “şair Ənvər Əhmədin “Qarabağnaməsi” adlandırıbdır. Professor Nizami Taöısoy isə Ənvər Əhmədin poeziyasını  müasir Azərbaycan ədəbiyyatının mühüm qollarından biri hesab edibdir… Onun Azərbaycan Respublikasının Ali baş komandana xitabən 03.03.2006-cı ildə yazdığl “Ali Baş Komandanın əmrinə müntəzirik” şeirinin ideya-siyasi qayəsi 2020-ci ilin  sentyabr ayının 27-dən bəri reallaşması şair fəhminin öncəgörüm  ecazına ehtiram doğurur, şeir elə bil bu günlərdə yazılıbdır:

Ali baş komandanım, əmrinə müntəzirik,
Hər bir əsgər mərd, mətin, ilan başı əzirik.
Yarası göz-göz olan vətən ağrı çəkirdi,
Məkirli yağı düşmən qan toxumn əkirdi.

Üçrəngli bayrağımı bağrım üstə sıxıram,
Qarğa qonan zirvəyə qartal kimi çıxıram.
Ey ərən oğlu, ərən, haydı, deyin: qana qan,
Tətik çəkən əlindən öpəcək Azərbaycan!

…Ali baş komandanım, bu tarixdir, yazılır,
Tökdüyü qan içində, düşmən qəbri qazılır.
Məğlublar tarixini tərsinə yazır yağı,
Onlara bax, beləcə çəkirik biz göz dağı.

Döyüşə hər atılış, hər vuruş haqdır indii,
Ey vətən, o torpağın hər zərrəsi sənindi,
Cahangirlər böyüdən bu ulu xalq mətindi,
O yer, o yurd, o dağlar bizim məmləkətindi.

… Elə bu an, bu saat vətən andı içilir,
Düşmənin öz kəfəni öz qanından biçilir.
Daş qəfəslər əriyir, nəfəsinin odundan,
İgid komandirlərim, şeirimizin adından

Sizə alqış deyirəm,
Qələbə istəyirəm, qələbə istəyirəm.
Çıxarıb ürəyimi yolunuza atacam,
Hey ucalıb, ucalıb, allahıma çatacam,
 

… Arxaya yol yox daha, hər şey bizdən öndədir,
Hər şey ürəkdən, candan, hər şey gözdən öndədir.
Qaldır bayrağımızı göylərədək ucalsın,
Orda tarix diz çöküb bircə anda qocalsın!..

Gedir, gedir ordumuz, hücum əmri qətidir,
Qarabağ başdan-başa vətənin cənnətidir.
Ali baş komandanım, son sözü sən demisən,
Dünyanı silkələyib, haqqını istəmisən,

Bu haqq xalqın haqqıdır, bu haqq vətən səsidir.
Bu haqqın son çağırışı qələbə təntənəsidir.
Bu yolda ölüm-itim, bu yolda hər şey olar,
Bu hücumun zorundan yeni vətən doğular.

On üç bənlik bu şeir-monoloq, çağırış, aşağıdakı misralarla bitir və, ulu Səməd Vurğunun “Müsəlləh əsgərəm…” harayına qoşulur: “Mən də bir əsgər kimi döyüşməyə hazıram, Bu şeirimlə düşmənə ölüm hökmü yazıram!..” Poeziyanın əbədiyaşar ruhu, sehri beləcə reallaşır, Ali Baş Komandan İlham Əliyev 500 il əvvəldə qalmış Azərbaycanın hünər tarixini yazdığı anı şair Ənvər Əhməd 4 il bundan qabaq duymuş, hiss etmiş, daha dürüstü isə şair fəhmi və vəhi ilə görmüşdür…

 Bundan əvvəl şair Qarabağ dərdinin qandonduran soyuğunun ağrılı sızıltısında üşəndiyini, üşüdüyünü bildirərək “Üşüyür” şeirində, Qarabağ işğalını “tanrı qarğışı”, “ömrün qışı”adlandırarq bütün mənəviyyatının, ruhunun üşüdüyünü deyir. Əslində bu işğal əzabının “qışına”, “sazağına” bütün millət üşüyür:

Bu bir tanrı qarğışıdı,
Dərdim canımın yaşıdı,
Dondum, ömrümün qışıdı
Əzabım, cəbrim üşüyür.

Batmamışam günahıma,
Allahım batar ahıma.
Alov tökün görgahıma,
Yetimdi, qəbrim üşüyür.

Boğdu məni bu dərd-ələm,
Nəsə yaman tələsirəm.
Qultək dərdimə əsirəm,
Tələsir, səbrim üşüyür.

  Lakin otuz il buz bağlayan, qütüb buzlaqlarına dönən bu “işğal buzlağı” Ali Baş Komandanın “Qarabağ Azərbaycanındır! Nidası ilə əriyir  və şair bu qələbə yürüşünün, nidasının səsini dörd il bundan əvvəl eşidərək yazmışdı:

İldırım tək gurlayır, yüksəlir cəngi səsi,
Xan oxuyur Şuşada «Qarabağ şikəstəsi»!..
Odur pişvaza çıxır, saçları qan Natəvan,
Qucaqlayır oğlunu, Azərbaycan Natəvan!

Dərələrdən od çıxır, göylərdən gurşad yağır,
Düşmən içir qanını, hey bağırır, çığırır.
Ağdam külü üstündə qovrula bilməzdi, yox,
Bu döyüş erməninin köksünə sancılan ox!

Təxminimizcə bu şeirin mətninin alt layından boy çəkən belə bir məna və mahiyyət oxunur: “ Qarabağ qələbəsindən sonar Böyük Üzeyir bəyin vahid Azərbaycan himni oxunacaq. O himnin şaqraq sədaları əcdadlarımızın müqəddəs beşiyi sayılan bütün Azərbaycanımızın daşına, torpağına, havasına, suyuna və nəhayət, məğrur Vətən övladlarının qanına və iliyinə hopacaq! Onda şəhidlərin də ruhu qızıl qərənfillər kimi pardaqlanacaq. Qardaş və bacılarımız! Ata və analarımız! Yolunda qan tökdüyünüz ulu Qarabağınız və ümumən o taylı-bu taylı bütün Azərbaycanımız Xilaskar  Sizə – Ali Baş Komandan İlham Əliyevə əbədiyyət evinədək şükranlıqlarını və minnətdarlıqlarını saxlayacaq, əbədi qəhrəmanlıq salnamələri yaradacaqlar…

  Ənvər Əhmədin yaradıcılığında mənzum dramın öz məqamı var. O, bu sahədə Hüseyn Cavidin, Səməd Vurğunun ənənələrini layiqincə davam etdirir.  Onun epik poemalarının süjetində, strukturunda qabarıq görsənən dramatik cizgilərin davamı olaraq  mənzum dramlarının yaranması təbii haldır, məntiqi yaradıcılıq aktıdır. Ənvər Əhməd müxtəlif illərdə üç mənzum pyes yazıbdır: “Baharın göz yaşları” (1986), “Qanlı torpaq” (1992) və “Ruhların fəryadı” (2013). Bu mənzum pyeslərin mövzuları tarixi faktlardan götürülərək poetik sözün gücü ilə nikbin, ümidli və müdrikliklə yoğrulmuş tarixi sıhnələri canlandırmışdır.. Bu əsərlərin mahiyyəti və cazibəsi əsasən, şairin parlaq poetik idrakla, zəka ilə milli varlığımızın əsas faktlarını və məqmlrını əhatə edən tarixi faktların, tarixi gerçəyin vəhdətində üzə çıxır.

   “Baharın göz yaşları” mənzum pyesinin süjetinin əsasında görkəmli yazıçı Mir Cəlalın “Bir gəncin mnifesti” əsərinin motivləri dayanır. Burada romanın obrazlarından olan Azərbaycanlı ananın – Sonanın məğrurluğu və yenilməzliyi ilə, Baharn, Mərdanın mərhəm, milli xarakterləri ilə tamamilə başqa rakursda, yeniləşmiş dramatik-poetik obrazlarla qarşılaşırıq.

  “Qanlı torpaq” mənzum pyesinin mövzusu Qarabağ xanlığının tarixi fonunda  XVIII – XIX əsrdəki bütün Azərbaycan tarixi bədiiləşdirilərək mənzum pyesin  pərdələrində canlandırılmışdır. Əsər altı pərdə, on beş şəkildən ibarət  monumentall səhnə əsəridir…

   Ənvər Əhməd bu əsəri yazmaq üçün Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin, salnaməçilərdən Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerklərindən, həmçini Tehrandan, Təbrizdən, Ərdəbildən əldə etdiyi tarixi mənbələrdən istifadə edərək tarixi faktlara və gercəkliklərə uyğun şəkildə, heç bir təhrifə yol vermədən xarakterik tarixi obrazlar silsiləsi yaratmışdır. Bu səhnələrdə Ağa Məhəmməd şah Qacar, İbrahimxəlil xan Cavanşir, Fətəli xan Qubalı, Kəlbəli xan Kəngərli, Kərim xan Kəlbəli, Hacı Çələbi xan, Hacı Məhəmməd xan, Ağası xan və möhtəşəm Cavad xan kimi tarixi şəxsiyyətlərin obrazları poetik sözün təsirli imkanarı ilə canlandırılmış, demək olar ki, müəllifin təxəyyülü tarixi həqiqətlərə mümkün qədər müdaxilə etməmişdir.

Ənvər Əhməd üçüncü mənzum əsəri olan “Ruhların fəryadı” pyesində bədii üsul kimi mistik bir formatda Şuşa şəhərində – Qarabağın paytaxtında yaşayıb-yaratmış, tarixi şəxsiyyətlər kimi fəaliyyət göstərmiş, artıq haqq dünyasında qərarlaşmış dahi insanların ruhlarını işğal olunmuş şəhərdə görüşdürərək olduqca təsirli, ibrətamiz lövhələr yaradır. Burada bədii təxəyyüllə, tarixi həqiqətlər çuğlaşaraq təsirli mətləbləri, mənaları müasirlik ladında ortaya gətirir… Bu əsərlər Ənvər Əhmədi yaradıcı dramaturq kimi ortaya çıxarır, mənzum dramın hələ də tükənmədiyini sübut edir…

   Ənvər Əhmədin pyeslərinin obrazları çoxşaxəli və polifonik tarixi yaddaşa malikdir, bə­zən, bir söz, bir ifadə bö­yük bir təsvir planı­nı əvəz edir, deyilişdə elə bir intonasiya seçilir ki, sö­zün özü artıq gö­rü­nür, konkret misalda sanki söz­lə deyil, təəs­süf­lə, ötüb-keçən gün­lərin ürək­də qalan ahı, min illərin kirpikdən düş­mə­yən göz yaşı… ilə üz-üzə gəlirsən. Dialoqlar elə qurulur ,sual elə verilir, mükalimələr elə qurulur ki, təbiiliyin sehrinə düşürsən…

   Ənvər Əhməd bir alim-tədqiqatçı, tərcüməçi, publisist, redaktor kimi də səmərəli fəaliyyət göstərir. Onun M.Ə.Sabir yaradıcılığının poetikasına həsr etdiyi samballı monoqrafiyalar, elmi-nəzəri məqalələr, ictimai-siyasi, ədəbi məzmunlu publisistikası, qələm dostlarının yaradıcılığına həsr etditi ədəbi-tənqidi fraqmentlər, redaktoru olduğu, ön söz yazdığı, tərtib etdiyi poetik, ədəbi kitablar onun bu sahədəki işlərinin maraqlı faktlarındandır.

   Ənvər Əhmədin yaradıcılığında ilk şeirlərindən etibarən poetik fikrin müntəzəm hərəkəti, inkişaf dinamikası  həmişə müşahidə edilibdir. Onun lirikasındakı daxili dinamikanın, “lirik “mən”in” rəngbərəng yaşantılarının əsas hədəfi həmişə ümummilli əhval-ruhiyyəni, ümumxalq kədərini əks etdirməkdir…

   Şair, dramaturq, alim-tədqiqatçı, publisist Ənvər Əhmədin bütöv yaradıcılığı öz ampulasında çevrələnən ideya-estetik amalı, mətləb və kredosu ilə milli məfkurəyə, dövlətçiliyə, müstəqilliyə – Türkçülük və Azərbaycançılığa, gələcəyin milli strategiyasına xidmət edən və öz zamanının, dövrünün gerçəkliyindən nəşət tapan, ədəbi-bədii söz çələngindən ibarət poetik düşüncələrdir..

05.10. 2020.

İlkin mənbə: tezadlar.az

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROV

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur.

Azərbaycan aşıq sənətinin aparıcı qolu, sütunu Göyçə aşıq məktəbidir desək, yanılmarıq. Dəfələrlə ədəbiyyatşünaslar müxtəlif yazılarında bu məktəbin rolunu dəyərləndirmiş, yüksək qiymət vermişlər. Aşıq yaradıcılığının tədqiqatçılarından olan Elxan Məmmədli “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” adlı məqaləsində yazır: “Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zəngin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar.” [1,s.3] Bu məktəbin təşəkkül tapmasında və inkişafında Ağkilsə, Ağbulaq, Ardanış, Nərimanlı, Böyük Qaraqoyunlu, Kiçik Məzrə, Qızılvəng, Yarpızlı, Zərkənd və başqa kəndlərin ön sıralarında  Daşkənd sənətkarlarının da yeri danılmazdır. Belə ki, Daşkəndin adını şöhrətləndirən onlarla aşıq və şair Göyçə aşıq məktəbində sazı və sözü ilə tanınmış, bu məktəbin inkişafında layiqli yer tuta bilmişlər. Təkcə Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, erməni daşnakları tərəfindən belinə odlu samovar bağlanaraq öldürülən Aşıq Nəcəfin və Azərbaycan aşıq sənətində dastançı aşıq kimi məşhurlaşan, “Aşıq Alının Türkiyə səfəri” dastanının ifaçısı Aşıq Hacının adlarını çəkmək kifayətdir ki, Daşkənd sənətçilərinin Göyçə aşıq məktəbində yeri və mövqeyi bəlli olsun. Daşkənd kəndinin aşıq və şairləri haqqında tərəfimizdən zaman-zaman araşdırmalar aparılmış, elmi və publisistik məqalələr yazılmış, mətbuatda nəşr olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifinin hələ 2008-ci ildə “Daşkənd aşıqları və şairləri” adlı kitabı “Nurlan” nəşriyyatında çap edilmişdir.

Ənənəmizə sadiq qalaraq bu dəfə də Daşkənd kəndində doğulan aşıqlardan biri – Abbasəli Nəzərov haqqında oxucuları məlumatlandırmaq fikrindəyik.

Öncə onu bildirək ki, Aşıq Abbasəli Nəzərov haqqında yazılı mənbələrdə demək olar ki, məlumat verilməmiş, yazılanlar isə çox səthi və azdır. Belə ki, aşığın adına ilk rast gəldiyimiz mənbə tədqiqatçı alim Ziyəddin Məhərrəmovun “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” mövzusunda yazdığı namizədlik dissertasiyası  oldu. Dissertasiyanın “Sənətkarların sənət şəcərəsinə aid siyahı və folklor xəritəsi” adlı əlavələr bölməsi var. Alim bu bölmənin “XX əsrdə Göyçə mahalında yazıb-yaradan aşıqlar və el şairləri barədə geniş məlumat” başlıqlı hissəsinin 10-cu sırasındakı Daşkənd kəndinə aid cədvəlin 6-cı sətrində yazır: “Aşıq Abbasəli Hüseyn oğlu; 1916-1995; Bərdədə vəfat edib” [2,s.132]. Z.Məhərrəmovun verdiyi bu informasiyada yalnız aşığın adı və atasının adı doğrudur. Doğum tarixi, vəfat tarixi və vəfat yeri haqqında aşağıda daha düzgün və dolğun məlumat verəcəyik.

İkinci məlumatı isə hələ biz 2011-ci ildə Yarpızlı Aşıq İslam haqqında araşdırma apararkən müəyyən etmişdik. Belə ki, sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı məqalələr silsiləsində Aşıq Hacı haqqında yazırdı: “Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. …Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, – sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.

Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir”. [3] Biz o zaman “Filologiya məsələləri” elmi toplusunda bu fikirlərə aşağıdakı kimi şərh vermişdik: “Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.” [4,s.351] Qeyd edək ki, 2011-ci ildəki bu açıqlamamızdan bir neçə ay sonra İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Daşkəndlilər ilə bağlı ətraflı araşdırmamız oldu. Məlum oldu ki, Aşıq Ziyad heç də 1917-ci ildə yox, 1911-ci ildə doğulubmuş [5; 6,s.645]. Biz 2008-ci ildə aşığın təvəllüdünü qohumlarının söyləmələrinə əsasən yazdığımızdan yanlışlığa yol vermişik [7,s.85].

Aşıq Abbasəli Nəzərov haqqında yuxarıda yazdıqlarımızdan əlavə olaraq bir neçə digər kitab və məqalələrdə də dastançı aşıq kimi məşhur olan Aşıq Hacı Bayramovun ilk ustadı kimi xatırlanır, 1945-ci ildə ona bir il ustadlıq etdiyi qeyd olunur [8,s.199; 9,s.143; 7,s.133]. Aşıq Abbasəli Nəzərovun haqqında bəzi məqalələrdə isə yalnız ad, soyadına rast gəlinir, Daşkənd kəndində belə bir aşığın da olduğu yazılır [10,s.119; 11,s.107].

Biz “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Abbasəli Xəlilovun həyatı haqqında bilgi verərkən onun ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslamın, həmçinin Daşkəndli Aşıq Abbasəli Nəzərovun da ustadı olduğunu yazmışdıq [7,s.67]. Adı çəkilən kitabı yazarkən Aşıq Abbasəli Nəzərovun doğmaları ilə əlaqə saxlaya bilmədik. Ona görə də onun haqqında kitabdakı digər aşıq və şairlər kimi daha geniş məlumat vermək mümkün olmadı. Hər iki Abbasəlinin ustadından söz düşmüşkən onu da vurğulayaq ki, biz “Filologiya məsələləri” elmi toplusunda belə bir cümlə də yazmışdıq: “Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır” [4,s.351]. Yuxarıdakı ifadəmizdə ilk dəfə olaraq Aşıq Abbasəli Nəzərovun doğum və vəfat tarixini səhih yazmış olmuşduq.

Yeri gəlmişkən, yuxarıda iki müxtəlif Aşıq Abbasəli adları çəkdik. Oxucularda çaşqınlıq yaranmasın deyə buna aydınlıq gətirmək yerinə düşərdi. Çünki bəzən onlar dəyişik salına, yaradıcılıqları bir-birinə qarışa bilər. Ona görə də bu sahənin tədqiqatçıları diqqətli olmalıdırlar. Məhz bu üzdən biz bu aşıqların adlarını çəkərkən mütləq soyadlarını da yazırıq. Daşkənd kəndində iki Aşıq Abbasəli olub. Boylarına görə biri uzun, digəri isə gödək idi. El-obada onları fərqləndirmək üçün çox vaxt Abbasəli Xəlilova “Uzun Abbasəli”, Abbasəli Nəzərova isə “Gödək Abbasəli” deyərdilər. Bu ənənə tarixən Göyçə kəndlərinin bir çoxunda eyni adlı insanları fərqləndirmək üçün bu və ya digər formada çox istifadə olunurdu. Hətta bu bədii ədəbiyyata, poeziyaya da sirayət etmişdir. Məsələn, İsrail Şairov Daşkənd sənətkarları haqqında yazdığı şeirdə də bu ənənəvi adlandırmadan istifadə etmişdir:

Abbasəlim uzun, gödək,

Aşıq Novruz sinədə tək. [7,s.277]

Aşıq Abbasəli Pirnəzərlilər (Pirnazarlılar) nəslində dünyaya gəlib. Pirnəzərlilər nəslinin ulu babalarının əslən Sulduz mahalından olduqları söylənilir. Bizə adı məlum olan Pirnəzərin Həsən (Hasan), Cəlil və Hüseyn adlı üç oğlu olub. Həsənin övladları: Abbas, Alı, Mirsəqulu, Hüseynqulu, Rzaqulu, Çəmən; Cəlilin övladları: Elbəyi, Səmər, Mehbalı, Xıdır; Hüseynin isə övladları Elyaz, Yəmən və Abbasəli (bu yazıda haqqında danışacağımız aşıq) olublar.

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur [12; 13; 14]. Aşıq Abbasəli Nəzərov ana tərəfdən Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir. Belə ki, onun anası Zinyət Məmmədhüseynin böyük oğlu Kərbəlayi Məhəmmədin qızıdır [15,s.19].

Aşıq Abbasəli 1939-cu ildə Basarkeçər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır [12]. Xidmətini başa vurub qayıtdıqdan bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və 1941-ci ilin sonlarında Basarkeçər RHK-ğı tərəfindən orduya səfərbər olunur. SSRİ Müdafiə Nazirliyinin arxivlərində saxlanılan və hal-hazırda “obd-memorial.ru” saytında paylaşılan sənədlərdən aydın olur ki, Abbasəli Nəzərovun xidmət etdiyi 30-cu İrkutski atıcı diviziyanın 35-ci atıcı alayı 1941-ci il dekabr ayının 5-də Alman qoşunları tərəfindən bütünlüklə əsir götürülmüşdür [13; 14]. Bir neçə aylıq əsirlikdən sonra ya azad olunmuş, ya da əsirlikdən qaçaraq azad ola bilmişdir. Bundan sonra 15 mart 1942-ci ildən döyüşlərdə tağım komandiri kimi xidmət etmişdir. O, əsasən Moldaviyada, Rostov-na-Donuda döyüşlərdə iştirak edir. 15 noyabr 1942-ci ildə döyüş zamanı yaralanır. Müalicə olunduqdan sonra – 1942-ci ilin dekabrında ordudan tərxis olunur [16]. Müharibədən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi müəllim işləmişdir. Qeyd edək ki, Azad Ozan Kərimli də Aşıq Hacı Bayramovun söylədiklərinə əsasən Aşıq Abbasəli Nəzərovun əsirlikdə olduğunu, 1945-ci ildə qayıdıb gəldiyini qeyd etmişdi [3]. Bizim gəldiyimiz nəticəyə görə  Abbasəli Nəzərov 1942-ci ilin dekabrında ordudan tərxis olunub. Azad Ozan Kərimli isə 1945-ci ildə əsirlikdən qayıtdığını yazır. Bu məsələ hələlik açıq qalır və qəti söz demək çətindir.

Abbasəli Nəzərov müharibədə iştirakına görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967) [12], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) [17], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur [18].

Aşıq Abbasəli 1953-cü ilin may-iyun aylarında həmkəndliləri ilə birlikdə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. 1979-cu ilədək Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinə köçməli olmuşdur. 5 iyun 1992-ci ildə Naftalan şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur [18].

Aşıq Abbasəli Nəzərov Abutel Paşa qızı ilə ailə həyatı qurmuş, Fərzəli (Əhliman), İman, Səmədvurğun (Səməndər), Mehmandar, Kamandar, Ədalət adlı altı oğlu, Sarıtel, Tahirə və Rahilə adlı üç qızı olmuşdur.

Abbasəli uşaqlıqdan saza, musiqiyə, sözə maraq göstərmişdir. Doğulduğu ailənin hər iki tərəfi el sənətkarları olmuşlar. Əmisi Cəlilin oğlu Mehbalı dövrünün mahir qara zurna ifaçısı kimi məşhur sənətkarlardan olmuşdur. Onun da taleyi həmkəndlisi Aşıq Nəcəfinkinə bənzəmiş, xain erməni xislətinin qurbanı olmuşdur. Bu gün də Daşkəndlilərin dilində el misalına çevrilən “Ölsəm də, dü də demərəm” sözü Mehbalıdan qalıb. Belə ki, təxminən 1939-cu ildə Mehbalı şərə düşmüş, bir oğurluq hadisəsində günahlandırılaraq Kəvər türməsində saxlanılırmış. Türmənin rəisi bir gün Mehbalıya təklif edir ki, İrəvandan türməyə gələcək generalın qarşılanmasında zurna ifa etsin və bunun müqabilində azad olunsun. Mehbalı üzdə razı olsa da, fikrində onu aldadaraq qarşılanma məqamında nə qədər təkid etsələr də zurnanı ifa etməmiş və belə demişdir: “Gavır köpək oğlu, türk oğlu sizi şənləndirməz. Ölsəm də, dü də demərəm”. Qeyd edək ki, Mehbalı elə bir mahir ifaçı imiş ki, dağın döşünə yayılıb otlayan qoyun-quzu onun ifasının səsinə yanına toplaşarmış. Sonralar Daşkənddə Məcid Şıxəliyev və Zamaxan Qəhrəmanov da belə bir istedadlı sənətkar olacaq, Mehbalının ifaçılıq məharətini təkrarlaya biləcəkdilər.

Əvvəldə də vurğulamışdıq ki, Aşıq Abbasəli Nəzərovun anası Zinyət XIX əsr Azərbaycan şairi Məmmədhüseynin  nəvəsidir. İrsi olaraq istedadın Abbasəliyə ötürülməsi heç də təəccüblü deyil. Aşıq Abbasəli sənətə başladığı ilk illərdə balabançılıq da etmiş, Aşıq Səfiyarın əvvəlcə balabançısı olmuş, sonralar səsinin də yaxşı olduğundan aşıqlığa üstünlük vermişdir. O, sənət yoldaşlığı etdiyi həmkəndliləri Aşıq Ziyad,  Aşıq Əli Şairov, Aşıq Abbasəli Xəlilov, Aşıq Səfiyar kimi nəhənglərlə ayaqlaşa bilmiş, bəzən onlardan da üstün olmuşdur. Aşıq Abbasəli Nəzərov Aşıq İslam Yarpızlı kimi ustad aşığa şəyirdlik etmişdir. Özü isə Aşıq Hacı Bayramovun ilk ustadı olmuş, sazın-sözün incəliklərini – belə demək mümkünsə, əlifbasını ona öyrətmişdir.

1953-cü ildəki məlum köçürülmədən sonra Aşıq Abbasəli Nəzərov aşıqlığını Bərdə rayonunun Yeni Daşkənd kəndində davam etdirmişdir. Bərdə rayon mədəniyyət evinin üzvü olmuş, respublika tədbirlərində fəal iştirak etmişdir. O 1961-ci il 27 apreldə keçirilən Azərbaycan Aşıqlarının III qurultayının iştirakçısı olmuşdur. Qurultay sonrası çəkilən və o illərdən xatirə kimi saxlanılan nadir fotoşəkili də Aşıq Abbasəlinin ailə albomundan əldə etmişik. 1970-ci illərdə Aşıq Abbasəlinin bacısı Yəmənin oğlu, balaban və qara zurna ifaçısı Əjdər Qədirov Yeni Daşkənd Mədəniyyət evinin direktoru idi. Bu mədəniyyət evinin üzvlərinin respublika tədbirlərində fəal iştirakına görə hətta Bərdə rayon Yeni Daşkənd Mədəniyyət evinin direktoru Qədirov Əjdər Papır oğluna 24 may 1978-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir [19].

Sirr deyil ki, şair və aşıqlar dağlara, yaylaqlara daha çox bağlı insan olurlar. Hətta dağlıq ərazilərdə arana nisbətən söz sahibləri çoxluğu ilə həmişə seçilir. Aşıq Abbasəli Nəzərov da üç ay yayı Kəlbəcərin və Göyçənin füsunkar gözəllikləri ilə insanı valeh edən, dağların qoynunda yerləşən kəndlərində keçirmişdir. Göyçənin Sarı bulağı, Tərsə dağı, Hacı Qurban yaylağı, Kəlbəcərin Sarı yeri, İstisuyu, Zülfüqarlısı, Taxta yurdu onun saz sinəsində seyrangahı olardı. Belə günlərin birində – 1955-ci ildə Aşıq Abbasəli Nəzərov Kəlbəcərin İstisu kurortunda Səməd Vurğunla görüşür. Görüşdə Şair Məmmədhüseynin nəticəsi olduğunu Xalq şairinə bildirmiş, şirin söhbətlər etmiş, şeirləşmişlər. Həmin görüşdən təsirlənən aşıq “Xoş gəldin” və “Vurğuna” adlı şeirlər də yazmışdır [20,s.4]. Sonralar Aşıq Abbasəli bu görüş haqqında dönə-dönə söhbətlər edər, Səməd Vurğunla görüşündən qürur duyardı. Aşıq Abbasəlinin doqquz övladından dördünün adı tanınmış aşıq və şair adları (İman, Səmədvurğun, Kamandar, Ədalət) olması da onun aşıq sənətinə nə qədər bağlı olduğunun bariz nümunəsidir.  

Aşıq Abbasəli Nəzərov mənim xatirimdə həm də bir nüansı ilə daha çox xatırlanır. Onun səliqə-sahmanlı geyimi, üzünün həmişə təraşlı olması, çəkmələrinin  bərq vuran parıltısı çox diqqətçəkici idi. O, toylarda, el məclislərində  aşıq geyimində olar, özündən əvvəlki aşıqlıq ənənələrini yaşadar, oturuşu- duruşu, ədəb-ərkanı ilə gənc sənətkarlara nümunə olardı.

Aşıq Abbasəli Nəzərov sonralar Naftalan şəhərinə köçərək orada yaşayırdı. Aşıq Göyçə, Kəlbəcər, Bərdə  ədəbi mühiti ilə əlaqələri kəsmədən burada da bölgənin aşıq və şairləri ilə sıx təmasda olur, el-oba şənliklərində aktiv iştirak edirdi.

Aşıq Abbasəli Nəzərov ifaçı və yaradıcı aşıq olaraq Göyçədə tanındığı kimi, XX əsrin ikinci yarısında Bərdədə, Naftalanda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə daha çox tanındı. Şair və aşıqlarla sənət yoldaşlığı etdi. O, Şirvan aşıqlarından Şakir Hacıyev, Bəylər Qədirov, Göygöldən Aşıq Məhərrəm Hacıyev, Goranboyun Balakürd kəndindən balabançı Binnət, Səfikürd kəndindən balabançı Kərəm, Qızılhacılı kəndindən balabançı Cəmil, Aşıq Saleh (Göyçəli), Tapqaraqoyunlu kəndindən Bisavad Teymur, Tərtərin Qaradağlı kəndindən balabançı Şavağat, Kəbirli kəndindən Aşıq Qaçay, Kəlbəcərdən Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Balabançı Salman, öz həmkəndlilərindən balabançılar Əjdər, Əli, aşıqlar Abbasəli Xəlilov, Novruz Şairov, Hacı Bayramov, Nuriddin İsgəndərov ilə tərəf müqabili oldu.

İfaçılığı zamanı repertuarında daha çox Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Həsən Xəyallı, İsmixan, Alqayıt, Sərraf Şiruyə, şair Səfər, Sücaət,  Bəhman Vətənoğluna yer verər, onların şeirlərini oxuyar, “Baş sarıtel”, “Orta sarıtel”, “Ruhani” aşıq havalarını ifa edərdi. O həmçinin “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” dastanlarından da ayrı-ayrı parçaları el şənliklərində xüsusi şövqlə ifa edərdi. Aşıq Abbasəli Nəzərov ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Hələlik aşığın 10 şeirini əldə edə bilmişik. İnanırıq ki, onun hələ neçə-neçə şeir nümunələrini də əldə edib çapına nail olacağıq.

***

Aşıq Abbasəli Nəzərovun əmisi Hasan kişi haqqında da bu məqalədə bəzi məqamlara toxunmaq istərdik. Pirnazar oğlu Hasan toylarda, el şənliklərində məclisin şux keçməsi, maraqlı və baxımlı olması üçün oynamağı, toybəyiliyi və müəyyən şən hərəkətlər etməsi ilə də yaddaşlarda qalıb. Onun iştirakçısı olduğu toylar xüsusi folklor ənənələri (at yarışı, şax oynatmaq və s.) ilə seçilərmiş.

Aşıq Ələsgərin aşağıda verdiyimiz “Qoymadı” rədifli qoşmasının ikinci bəndində adı çəkilən Hasan məhz Aşıq Abbasəli Nəzərovun əmisi Pirnazar oğlu Hasandır.

…Yar çıxdı qarşıma yaman halımda,

Gözüm qaldı o bimürvət zalımda.

Söynalı başını qoydu yolumda,

Hüseyn pəl vurdu, Hasan qoymadı.[21,s.19].

Şeir haqqında “Aşıq Ələsgər” kitabının “Qeydlər” bölümünün 6-cısında yazılır: “Şeirdə adı çəkilən Söynalı Aşığın şəyirdi, Hüseyn isə zurnaçı imiş. Hər ikisi Göyçənin Çaxırlı, Hasan isə Daşkənd kəndindən imiş.” [21,s.175]. Şeirdən və qeyddən də anlaşılır ki, Hasan kişi Aşıq Ələsgərin də aşığı olduğu toylarda, məclislərdə olub. Pirnazar oğlu Hasanın Aşıq Ələsgərlə aralarında olan bir əhvalata da aydınlıq gətirməyimiz labüd görünür. Belə ki, bu əhvalat bir çox hallarda yanlış söylənilir, dinləyicilər və oxucular arasında anlaşılmazlığa səbəb olur. Öncə Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanından mövzu ilə bağlı bir hissəyə də diqqət yetirək:

“Aşıq Ələsgər Daşkənd kən­dində Hacı Kə­ri­min oğlu Mux­tarın toyuna aşıq çağırıl­mışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələs­gərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, ke­çi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qata­caydılar” [22.s,351]. Dastanın müəllifi Nəcəfin məhz həmin toyda şəyirdliyə götürüldüyünü də təfsilatı ilə yazmışdır. Toyun üçüncü gününün səhərisi Aşıq Ələsgərin yola salınması dastan dilində belə nəql olunur:

“Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın, elə ki, səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib, özüynən bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, qapıya çıxdılar. Allahverdi kişiyə, Nəcəfə sabahın xeyr dedilər. Bu arada, haradansa, Pirnazaroğlu Hasan da gəlib çıxdı.

Baxdı kı, aşığın dövranına çəpiş verən də var. Dedi, – Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş apa­rasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələs­gər, “sağ ol” deyib, razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın qucağında toğlunu gətirib aşığın toğ­lu­la­rı­na qatdı. Aşıq Ələsgər camaatla görüşüb, hey­van­ları da Əsəd­lə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğ­­lu bir yana oldu, Hasan verən toğlu bir yana, nə hey­­vanlara yaxınlaşdı, nə yolnan düz getdi, ağzı hara dü­­şür­dü qaçırdı. …Səhər Əsəd­lə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğ­lu getmir. Ora-bura qaçır. Çox çalışdılar, mümkün ol­madı, naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib hörüklədi. Bu minval ilə bir həftə gəldi keçdi, ancaq ki, toğlu hörükdə qaldı Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:

– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pir­na­zar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi, Ələsgər əmi, ha­zıram, nahar eləmişəm. …Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Gö­rək necə dedi. Biz deyək, eşidənlər xoşbəxt olsun.

Bizdən salam olsun, ay Hasan qardaş,

Əzəl başdan səhv eylədin bu işi.

Toğlun dəli çıxıb, getmir qoyuna,

Göndər gəlsin bizim ala çəpişi…” [22,s.352-353]

Pirnazar oğlu Hasanla bağlı olan bu əhvalata Abbas Vəfadağlı da “Ulu Göyçəm”  adlı kitabında yer vermişdir. Böyük Qaraqoyunlu kənd sakini Rzayev Məşədi Mürsəl Əhməd oğlunun söhbəti əsasında müəllifin qələmə aldığı “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” adlı yazısında oxuyuruq. O yazır:

“Günlərin bir günü kəndə səs yayılır ki, bəs deməzsənmi, Aşıq Nəcəfın oğlunun sünnət toyudur. Bozalqanlı Aşıq Hüseyn başının dəstəsi ilə gəlir kəndə, atları birbaşa sürürlər Aşıq Ələsgərin həyətinə.” [23,s.279]. Abbas Vəfadağlı dastan-əhvalat janrlı yazısında Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin görüşünü, söhbətlərini, bir-birilərinə şeir demələrini də qeyd etdikdən sonra davam edir:

“Sünnət toyu yaylaqda, Tərsə dağında keçirilir. Bu yaylaqda olan on səkkiz çoban sürülərini vururlar çəpərlərə. İtləri açırlar, özləri də gəlirlər məclisə. Ancaq, qonaq-qara o qədər çox olur ki, çobanlara yer çatmır. Aşıq Nəcəf irəli durur, əyləşənlər arasında olan qohumlarına xahiş eləyir ki, durub çobanlara yer eləsinlər. Çobanlar əyləşirlər və nəmər olaraq, Allah qoysa, oğlaqqıranda on səkkiz toğlu gətirəcəklərini bildirirlər.

Aşıq Nəcəf deyir ki, a kişi, heç nə lazım deyil, keçin əyləşin, ürəyiniz istədiyi kimi yeyin-için. Bu toy dağların toyudu, dağların da yiyəsi, xeyir-bərəkəti, varı-dövləti sizsiniz.

Deyilənlərə görə, yaylaqda gözəl bir sünnət toyu baş tutur. Kirvə isə aşıq Hüseynin qohumu Bozalqanlı Ələs olur.” [23,s.281]. Müəllif dastan-əhvalatda 1919-cu ildə Göyçədə baş verən hadisələri, Səməd ağanın və Aşıq Nəcəfin faciəli ölümlərini də yazdıqdan sonra sonluğu belə bitirir:

“İlqar-iman, çobanlar, həqiqətən də oğlaqqıranda toğluları yığırlar. Daşkəndli Şahnəzər kişi deyir ki, mənim nəmərliyə layiq toğlum yoxdu, mən çəpiş verəcəm. Çobanlar razılaşmırlar ki, söz danışıqdan keçər, biz toğlu söz vermişik. Şahnəzər də gətirib toğlu verir. Amma, iş elə gətirir ki, toğlu dəli çıxır. Aşıq Ələsgər zarafat eləmək üçün götürüb çobanlara belə bir ismarıc göndərir:

Başına döndüyüm, Şahnəzər qardaş,

Əzəldən pis qurdun, vallah, bu işi.

Toğlun dəli olub sürüyə getmir,

Göndər gəlsin bizim ala çəpişi.” [23,s.282]

Əvvəla onu bildirim ki, Daşkənddə Pirnazar oğlu Hasan başqa, Şahnazar oğlu Hasan isə başqa bir şəxsdi. Başqa-başqa nəsillərdəndilər. Sadəcə adları eyni, ata adlarında isə oxşarlıq var. Abbas Vəfadağlı Pirnazarla Şahnazarı səhv salır. Müəllif şeiri də Şahnəzərə (!) müraciətlə verir. Halbuki şeir Pirnazarın oğlu Hasana yazılıb. İkincisi isə Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin söylənilən tərzdə görüşü də mübahisə obyektidi. Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn məlum sünnət məclisində görüşərkən toyda ağsaqqal kimi iştirak ediblər, aşıq kimi yox. Toyun aşığı da Aşıq Əsədlə Aşıq Qurban olub. Hətta həmin görüşə Bozalqanlı Aşıq Hüseyn bir neçə nəfərlə, özü də sazsız gəliblərmiş. Bu barədə Aşıq Talıbın xatirələrindən də ətraflı məlumatlanlamaq olar [24,s.523]. Üçüncüsü də çəpiş əhvalatı olanda Nəcəf hələ şəyirdliyə götürülürdü, heç evlənməmişdi. Digər bir məsələ də odur ki, Aşıq Nəcəfin oğlunun sünnət toyuna verilən nəmərlik toğluya və ya keçiyə Aşıq Ələsgər niyə şeir yazmalıydı ki? Əhvalatlar yazılarkən təəssüf ki, dəqiqləşdirmə aparılmamışdır. Ona görə də ciddi qüsurların olduğu göz önündədir. Məhz bu səpkili yanlış məlumatlar haqlı olaraq oxucular və tədqiqatçılar arasında çaşqınlığa səbəb olur. Hətta onu da qeyd edim ki, “Şahnazarlılar tayfasından Şahnazar oğlu Hasan kişi 17 il kəndin (Daşkəndin – A.Y.) koxası olmuşdur” [11,s.103]. Elə bu səbəbdən də onun bu əhvalatın iştirakçısı olması inandırıcı görünmür. Daha doğru olanı əvvəldə verdiyimiz Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanındakı variantdır.

İstifadə edilmiş ədəbiyyat:

1.Elxan Məmmədli, “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı”, Aşıq Talıb, “Könlüm Vətən arzular”, Bakı, “Elm və təhsil”, 2013.

2.Ziyəddin Məhərrəmov, “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (namizədlik dissertasiyası), AREA Ədəbiyyat İnstitutu, Bakı, 1997.

3.Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi” (məqalələr silsiləsi). // http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=144

4.Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Filologiya məsələləri” elmi toplusu, №2, 2011.

5.Мамедов Зият Мадрович // https://obd-memorial.ru/html/info.htm?id=85431906 

6.Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M (Mu…-N). RXKR, Bakı, 2011.

7.Araz Yaquboğlu, “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008.

8.Tərlan Göyçəli, “Göyçə aşıq məktəbi”, Bakı, “Göytürk”, 1998.

9.Məhərrəm Bədəlov, “Aşıq Hacı oxuyanda…”, Aşıq Hacı Göyçəli, “Mənim sazlı, sözlü dünyam”, Bakı, “Zərdabi LTD” MMC, 2008.

10.Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006.

11.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, “Başı dumanlı Göyçə”, Bakı, “E.L.”, 2007.

12.Назаров Аббосали Гусейн-оглы // https://pamyat-naroda.ru/heroes/podvig-nagrada_kartoteka1273960005/

13.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=50232141

14.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=63684932

15.Daşkəndli Şair Məmmədhüseyn, “Yatıb oyanmaz, oyanmaz…”, Bakı, “Nurlan”, 2005.

16.Goranboy RHK-nın 18.06.1991-ci il tarixli, 4/643 nömrəli arayışı

17.Назаров Аббасали Рустам-оглы (mənbədə ata adı səhv yazılıb) // https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1512702006/

18.Araz Yaquboğlu. “Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları”, “goyce.az” saytı, 09.05.2021. // http://goyce.az/news.php?id=1739

19.Respublikanın mədəniyyət və maarif idarələri işçilərinə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24.05.1978-ci il tarixli fərmanı // http://www.anl.az/down/he_serencamlar.pdf

20.“Səməd Vurğunla Aşıq Abbasəlinin deyişməsi”, “Naftalan” qəzeti, 19 may 2014.

21.Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. (tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgərov), Bakı, “Yazıçı”, 1988.

22.Şiruyə Həsənoğlu. “Ağlama, bülbül, ağlama”, “Gəncə” nəşriyyatı, 1994.

23.Abbas Vəfadağlı. “Ulu Göyçəm”, Bakı, “Renessans”, 2017.

24.İslam Ələsgər. “Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn haqqında rəvayət” və mənim başıma gələn hekayət. // Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgər), Bakı, “Şərq-Qərb”, 1999.

Müəllif: Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru