Etiket arxivi: FOTO

AKİF ABBASOV. OĞRUNUN TAPILMASI.

AKİF ABBASOVUN YAZILARI

OĞRUNUN TAPILMASI

(hekayə)

Murad kişi kənd-kəsəkdə, həyat yoldaşı Zeynəb də tarlada olanda kimsə onların evini çalıb-çapır. Ev sahibləri gələndə görürlər ki, lələ köçüb, yurdu qalıb. Zeynəb qarı ağlayıb, qışqırıb üz-gözünü cırır. Murad kişi tədbirli adam idi. Ani fikirləşib arvadını sakitləşdirməyə çalışır:

-Sən özünə əl qatma, oğrunu tapacağam!

Zeynəb qarı gözünün qorasını tökməkdə davam edərək:

-Haradan tapacaqsan, ay kişi? Necə tapacaqsan? Səfərlə Cəfər inəyini, qoynunu tapdılar? Yaxşısı budur, polisə şikayət ver. Bəlkə bir əncam qıldılar.

-Sən mənim sözümə baxsan, uzağı bir-iki günə mallarımız, qır-qızıllarımız, pullarımız olacaq evimizdə.

-Təklifin nədir, ay kişi?

-Bir xahişim var: dilini dinc qoy. Evin oğurlanmasını heç kimə demə.

-Necə deməyim, ay sağ olmuş? Oğul-uşaq qonaq gələndə duyuq düşəcəklər axı.

-O vaxta hamısı tapılar, inşallah! Sən mənə qulaq as. Oğurluq məsələsini bir sən bilirsən, bir mən, bir də oğrunun özü.

Zeynəb arvad qırıla-qırıla qalsa da, dərdini heç kimə demədi. Kişi onu arxayın eləmişdi.

Bir-iki gün keçdi. Kənd arasına çıxan, həyət-bacada dolaşan Murad kişi özünü tox tutur, başına gələn qəzanı kimsəyə bildirmirdi.

Bir gün çayxanaya getmişdi. Burada xeyli adam toplaşmışdı. Çayı bəhanə edib buraya gəlir, bir çaynik çay sifariş verir, səhərdən axşama kimi nərd və domino oynayırdılar. Sahə müvəkkili də burada idi. Vəli ilə nərd oynayırdı. Murad kişi salamlaşıb, bir tərəfdə oturdu:

-Ay oğul, mənə bir stəkan çay gətir, – dedi.

Çay gəldi. Murad kişi fikrə getmişdi. İçəridəkilərin başı qarışıq idi. İbiş çayxanaya gəldi. Ucadan:

-Oyunçu aparsın, – dedi. Gözü Murad kişiyə sataşanda:

-Nə olub, sənə qəm dəryasına batmısan, – dedi.

Gəib onunla üzbəüz oturdu:

-O məsələ necə oldu?

Murad kişi:

-Hansı məsələ, – deyə xəbər aldı.

-O məsələ də…

-Sən hansı məsələni soruşursan, axı? Bilmirəm. bilmədiyim şeyə nə cavab verim?

İbiş yerini rahatlayıb sözünə davam etdi:

-Tapıldı?

Murad kişi dikəldi:

-Nə tapıldı?

-Evinə oğru girib, evini talamışdı. Onu soruşuram.

İçəridəkilər əl saxladılar. Yeri-yerdən:

-Necə, necə? Murad, evinə oğru girib?

-Hə, girmişdi, tapdım.

-Kim imiş?

Sahə müvəkkili yaxın gəldi:

-Bizim niyə xəbərimiz olmayıb. Balam kimdir günün günorta vaxtı sənin evinə girən? De, ciyərini çıxarım.

Murad kişi dərindən nəfəs alıb:

-Uzağa getmək lazım deyil, – dedi. -Oğru mənimlə üz-üzə oturub.

Hamının diqqəti İbişə zilləndi. İbiş ayağa qalxıb:

-Danışığına fikir ver, ay kişi. Bu nə deməkdir? Mənə niyə şər-böhtan atırsan? Utanmırsan?

-Sən utan, qırışmal! Evimizə oğru girdiyini hələ heç kimə deməmişik. Elə isə sən haradan bilirsən ki, bizim evi yarıblar? Bu məsələdən üç nəfərin xəbəri vardı: mənim, arvadımın, bir də oğrunun. Bizim ağzımızdan bir kəlmə çıxmayıb. Darqursaq olub özünü ələ verdin.

Hamının nifrət dolu baxışları İbişə zilləndi. O, bu baxışlara dözə bilməyib özünə haqq qazandırmaq istədi, lakin bacarmadı. Yalnız:

-Mə… mə… mən… – deyə bildi.

Sahə müvəkkili onun qollarını buraraq:

-Mələmə, gəl gedək, – dedi. -Oğurladığın şeyləri gətir qoy yerinə. Bundan sonra səninlə danışacağam.

İbiş dinməz-söyləməz onun qabağına düşdü.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Məzarım  alınmaz bir ürək” deyərkən….

AFƏT ŞAHİDDƏYANƏT OSMANLI

“Məzarım  alınmaz bir ürək” deyərkən….

 İnsanın dəyəri onun fikirləri ilə ölçülür. Dəyərli fikir sahibi olan tanınmış şair Dəyanət Osmanlının  “Məzarım alınmaz bir ürək” şeiri  vətəni, torpağı öz anası bilib müqəddəs sayan, uğrunda canını fəda edən qeyrətli oğullarımızın daim qəlbimizdə yaşayacağını ifadə edən qiymətli nümunələrdən biridir.

Vətəni ana bilən əsgər öz balasını da Vətənə etibar edir, inanır ki, o, olmasa da balası əmin əllərdədir. Bu inam o qədər qüvvətlidir ki, heç kim qəhrəmanı YOLundan döndərə bilməz:

Bir əsgər vətənini

anasıyla al-dəyişik salmışsa

bu vətən uğrunda savaşdığında

balasının ana ovucunda

               özgür yaşayıb

onurlu öləcəyinə inanmışsa

Tanrı da döndərəmməz onu ölümdən

 “Tanrı da döndərəmməz onu ölümdən” deməklə əsgərin qərarının qəti olduğunu vurgulayır və Tanrı özü onu qəbuluna çağırır. Biz insanlar  seçim  hüququna  malık yaradılmışıq. Cüzi iradə hüququmuz var. Bu hüququndan istifadə edib insan öz yolunu seçib bu yolda qərarlıdırsa,  Allah bu yolu onun üçün açır. Yolundan öz iradəsi ilə dönmək istəməyən adamı Allah da döndərmək istəməz.

Qərar qətidir. Hakim(ALLAH) Hökm vermiş, qələm qırılmışdır.

SON UCda Allah Ona tərəf gələnin yolunu açar:

Şəhidlər Cənnət ətirli olar. Onları qoynuna alan Torpa(k)q da bu ətir sayəsində müqəddəsləşər, qiymətli olar. Və başqaları da bu yolda  hər şeydən keçər.

Lakin bu ölümlər öz nəticəsini  almayıb. Çünki torpaqlar hələ də əsirlikdədir:

Üstündən saysız  illər keçib

kiminçün yaşayıb

kiminçün öldüyüm yadımda deyil

dağilmiş bir qurd yuvasında

kimliyim unudulub ,-

deməklə uzun müddət erməni terroristlərinin tapdağı altında viran qalmış torpaqlarımıza və orada amansızcasına, xüsusi  vəhşiliklə öldürülmüş türk övladlarına işarə edir.

30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımızda narahat ruhlar gəzir. Bu ruhlar həm də küskündürlər:  torpaq əsl sahibini gözləyir.

Bu üzdən:

Məzarım alınmaz bir qala

daşım susmaz bir tribuna

torpağım inləyir ürək kimi

küskün ruhların ayaqları altında.

 Haqq sonunda öz yerini tutdu.  

Nəhayət, tam olmasa da, torpaq uğrunda tökülən QIZIL QANlar hesabına əsirlikdən  azad olundu.

 QƏLƏBƏ – işgəncədən sonra yaranan  YARAların  ACIsını, AĞRIsını MƏLHƏM kimi sarır.

Qələbənin dadı uzun sürsün.

Türkün ÜZÜ hər zaman ALLAHa doğru yönələr. Allaha əmanət olun.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

DƏYANƏT OSMANLININ YAZILIARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT TURUNÇ VƏ SEBAHAT ADALAR “TEZADLAR TV”-NİN CANLI EFİRİNDƏ

CAROLİNE LAURENT TURUNÇ VƏ SEBAHAT ADALAR “TEZADLAR TV”-NİN CANLI EFİRİNDƏ

https://www.youtube.com/watch?v=TJIjIber3yE

CAROLİNE LAURENT TURUNC



MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Nəzər. VƏTƏN.

ADİLƏ NƏZƏRİN YAZILARI

VƏTƏN

Sən mənim təzə-tər arzumsan,

solmayan gəncliyim,

…gecələr, gündüzlər xəyalən gəzdiyim,

bir ucu zalımın əlində

zəncirim…

Göyçədən, Borçalıdan, Dərbənddən,

əsən həsrət küləyim,

Bütöv Azərbaycan diləyim.

Təbrizim, Urmiyam, Zəncanım,

Azərbaycanım!

Sən mənim qüdrətim,

gücümsən.

Sən mənim zəiflik

ölçümsən…

O əlim çatmayan,

o ünüm yetməyən ellərim

daima xəyallı, soraqlı.

Mən əli çıraqlı…

“Azadlıq! Azadlıq! Azadlıq!”

Bu şüar yüz ildir

Məhəmməd Əmindən

yoluma aydınlıq

bir mayak.

Nə böyük qürurdur

uğrunda vuruşmaq…

Sən varsan, ey Vətən,

nə qədər gözəldir

yaşamaq.

21.11.2022.

Mənbə: Adilə Nəzər

Müəllif: Adilə NƏZƏR

ADİLƏ NƏZƏRİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN. GECƏ QONAĞI.

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GECƏ QONAĞI

Bax belə…Yenə uzaqdan qonaq gözləyirəm.Sevinirəmmi?!..Əlbəttə,özü də necə!Axı mən elə uşaq yaşlarımdan qonaq sevənəm…gələndə şadlıqdan uçar, gedəndə isə zülüm-zülüm ağlardım…(sanki qonaq bizimlə bir ömür yaşamağa gəlibmiş!..)Balaca qız idim, anamın rəfiqəsi, həm də əmisi qızı olan Bilqeys xala bizə tez –tez gəlirdi, qonşuluqda yaşayırdı, cəmi bircə ev aramız vardı.Anamla söhbəti yaman tuturdu!.. İki otaq və bir eyvan olan evimizin balaca otağında üz-üzə bardaş qurub əyləşər, şirin-şirin söhbət edərdilər..həm də sırf söhbət!..Mən də üzü üstə uzanıb dirsəklərimi yerə, əllərimi də üzümə dayaq verərək maraqla onlara qulaq asardım.Nədən danışdıqlarının önəmi yox idi mənimçün, heç soruşsalar yadımda da deyildi..Amma təki söhbətləri kəsilməsin…Sonralar, lap sonralar cızdağım cıxacaqdı o anlar üçün!…

Anam deyirdi ki, qonşunun da boynunda qonşu haqqı  var,əvvəl qonşu,sonra qohum!..Sonra da əlavə edirdi ki, bala,insan insana hayan olmalıdı, elə ölüləri də yalqız olmasınlar deyə yanaşı basdırırlar…Bu həyati fəlsəfə idi və doğruluğuna şübhə yeri qalmırdı.

..Alman psixoloqu və filosofu Karl  Qustav Yunqa görə insan dərin dəyişmələrə uğrayaraq inkişaf edir, beləliklə ömrün körpəlik çağından böyümə və yetkinləşmə dövrünə adlayır…Fiziki olaraq insanın  keçdiyi mərhələyə dönmək fikri absurddur,yalnız qəlb obrazlarala keçib gəldiyi mərhələlərə qayıda bilir…Demək istəyirəm ki, nə yaxşı!..Amma elə o andaca başqa bir hissim etiraz edir.., axı bu insana əzabdan başqa nə verir ki…!

Əzik-üzük xatirələr çıxır

pul qabımdan,

atıram gül qabına..

Bir dəli gün də yazılır alnıma..

Gedirəm…

çətini qəbul edənəcəndi ayrılıqları,

 sonra ölümə də öyrəşir adam..(Ş.Ş)

Uşaqlar tez böyüməyi düşünər, gənclər həyatı dolu-dolu yaşamağı, qocalanda dünya da, dünya haqqında fikirlər də dəyişər.., etmək istəyib amma edə bilmədiklərin asılar yaxandan!..Yuxuların pərən düşər, sanki indiyəcən edə bilmədiklərini“çoxu gedib azı qalan” ömrün sonuncu abzasına yaza biləcəksən kimi qiyama qalxarsan..

Uşaqlıq hissləri daha safdır, daha təbiidir,Allahdan gələndir,eynən onun qəzəbi,sevgisi  kimi axıcıdır,özü kimi də sevimlidir! Deyirəm keşkə uşaqlar eləcə uşaq qalsa…heç böyüməsə.. Amma bu mümkünsüz bir  istək..amma böyüklərin öz içində bir cocuq yaşada bilmək şansı vardır!..Təsəvvür edirsiz necə gözəllik tapar dünya, savaşlar bitər, bu qədər nahaq qanlar da tökülməz, insanlar Allahın birgəyaşayış üçün verdiyi dünyanı tikə-tikə bölməz,hirsi,hikkəsi,qəzəbi,kini elə uşaqlarda olduğu kimi bir anlıq olar,göy üzü aydın,səma açıq,Günəş parlaq,Ay da şair xəyalını uçuran..!

..Hərdən ölümü qınayırıq,vaxtsız gələndə (baxmayaraq ki, ölüm həmişə vaxtsız olur elə…),yerdə qalanları qəm içrə boğulanda.. Amma həyat varsa ölüm də mütləqdir..

Ayrılığın da vaxtı var, amma

həmişə vaxtsıq olur ayrılıqlar..

Atalı-analısı,sevdiyi,sevmədiyi kəsi..

Yetimi,kimsəsizi olur,

Eynən adamların özü kimi…

Ayrılıq ən əvvəl fikirdə doğulur,

 Böyüyür..

 Kimsə heç bilmədən

ən yağlı tikəsini yedirir,

kimsə gözünün ağını…

böyüdür ayrılığını..,

bir atom bombası kimi..(.Ş.Ş)

      Əvvəldə qonağ gözlədiyimi demişdim.. xoş o evin qapısına ki, Allah qonağının üzünə açılar, və xoş o kəslərin halına ki, qapısını dost açar..!.Bəs heç siz bircə dəfə də olsa özünüzüzlə,ya hər gün yanına döndüyünüz , bir damın altını ev deyib paylaşdığınız insanlarla qonaq kimi davrandınızmı?..Böyük ehtimalla yox yəqin ki.!..Olsaydı bəlkə də çox şey tamam başqa çür olardı,elə münasibətlər, qayğılar, rəftar…Məsələn,evdə olanımızın ən yaxşısını bu dəfə özümüz üçün ayırardıq,kəmhövsələ vaxtımızda özümüzə nəzarət edərdik,məchul sonralara saxladığımız ,amma o “sonra”ların da bəzən heç gəlmədiyini düşünüb özümüzə daha çox zaman ayırardıq,sevgimizi etiraf etməyə tələsərdik…Bu yaxınlarda səksən yaşını keçmiş bir xanımın altmış yaşlı rəfiqəsinə  göndərdiyi məktubda ”mənim artıq şansım yoxdu,amma sən yubanma!.. “ söylədiyi kimi!..Anam deyirdi ki,dil bir parça ətdir,amma  könülləri çala da bilir,ala da !..Hz.Əli isə bir başqa cür:”Danış,tanıyım səni..!”..Xalq şairi Cabir Novruz da ”Sağ olanda qiymət verin insanlara” şeiri ilə belə bir mesaj ötürürdü insanlara..

…Gələcəyə çox da ümid bağlamayın

Sözünü sonralara saxlamayın,

Zəhləm gedir sonralardan..

Vaxtsız dinən zurnalardan..

Sən heç demə,insan illərlə çaba verib kərpic üstə kərpic qoyaraq yer üzündə özünə gün-güzəran, ev-eşik qurmağa sərf etdiyi vaxtda heç özü də bilmədən ona təmənnasız verilmiş “ömür sarayı”dan hər gün bir kərpic salırmış …Sonda isə..ta heç nə, bir məşhur türk mahnısında deyildiyi kimi:

Əllərim bomboş..

Ürəyimdə bir sızı….

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR QRUP YAZAR TƏLTİF OLUNUB

MUSTAFA MÜSEYİBOĞLU DİPLOMU

MİNGƏÇEVİRLİ YAZARLAR TƏLTİF OLUNDU

“Yazarlar” jurnalı və “Ustac.az” saytı tərəfindən həyata keçirilən “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin tərtib etdiyi “Ömrümüzün yaz havası” toplusunda yer almış bir qurup yazar “Mustafa Müseyiboğlu” diplomu ilə təltif olunmuşdur. Diplomlar sabah yəni, 20 noyabr 2022-ci il tarixində saat 14:00 -da AYB-nin “Natəvan” zalında təqdimat mərasimində təqdim olunacaq. Bütün laureatları təbrik edir, gələcək yaradıcılq fəaliyyətlərində uğurlar arzulayırıq. Uğurlarınız bol olsun!

TƏLTİF OLUNANLARIN SİYAHISI:

Ağabala Salahlı     N 002 – 20.11.2022 – Bakı.

Araz Süleymanov  N 003 – 20.11.2022 – Bakı.

Ayşən Rəhim         N 004 – 20.11.2022 – Bakı.   

Bəhman Gülövşəli N 005 – 20.11.2022 – Bakı.

Eyyub Rəşidov      N 006 – 20.11.2022 – Bakı.

Əhməd Süleymanov N 007 – 20.11.2022 – Bakı.

Gülnarə Acalova    N 008 – 20.11.2022 – Bakı.

İsmayıl Yusifli       N 009 – 20.11.2022 – Bakı.

Kəmalə Əyyubqızı N 010 – 20.11.2022 – Bakı.

Qüdrət Məmmədov N 011 – 20.11.2022 – Bakı.

Laçın Eyvazov        N 012 – 20.11.2022 – Bakı.

Mahir Musa            N 013 – 20.11.2022 – Bakı.

Məhyəddin Məhərrəmoğlu  N 014 – 20.11.2022 – Bakı.

Məmməd Mərzili    N 015 – 20.11.2022 – Bakı.

Namiq Zaman         N 016 – 20.11.2022 – Bakı.

Rafiq Ələkbər         N 017 – 20.11.2022 – Bakı.

Rəşid Rəsulov        N 018 – 20.11.2022 – Bakı.

Seymur Sönməz     N 019 – 20.11.2022 – Bakı.

Şahin Adıgözəlov  N 020 – 20.11.2022 – Bakı.

Ülviyyə Məmmədli N 021 – 20.11.2022 – Bakı.

Valeh Heydər        N 022 – 20.11.2022 – Bakı.

Vahid Xəyali         N 0 23– 20.11.2022 – Bakı.


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ƏDƏBİYYATIMIZIN  BAŞ  QƏHRƏMAN  PROBLEMİ

TƏRANƏ MƏMMƏDİN KİTABI

ƏLLİ DÖRDÜNCÜ YAZI

ƏDƏBİYYATIMIZIN  BAŞ  QƏHRƏMAN  PROBLEMİ
(Təranə Məmməd sirri “Sirr” ilə çözdü)
 Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u,  həm də “Sirr”i  bir nəfəsə oxumuşam.  Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.

Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına  və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. 
QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”,  “Tor”  adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız  “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti  görüşüdür.
Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər  olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.”  Bu baxımdan, “Sirr” romanı  müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.
Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. 
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında…  …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. 
“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)

Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir?  2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?

“Sirr”in sirri nədədir? 

Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca  yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər  Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı  eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu  özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi  müharibə və məhəbbət  mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət  problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri  ilk cümlələrdən sonda Rəna xanımın  “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına
qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.

“Sirr”in çözdüyü “sirr”  nədən ibarətdir? 

Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər  və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri  “Rəşid bəy və Səadət  xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə  “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.

Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi.  “Sirr” diqqətli qələm adamları üçün  yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir.  O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar  omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

10.11.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc şair və şeir haqqında danışır

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNC



MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT TURUNC “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

ZAUR USTAC və CAROLİNE LAURENT TURUNC

Tanınmış türk əsilli fransalı şair Caroline Laurent Turunc “Çöl zambağı” adlı kitabının işıq üzü görməsi münasibəti ilə doğum günündə “Ziyadar” mükafatına layiq görülüb. Mükafat bu gün – 18 noyabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşdə Zaur Ustac tərəfindən ünlü yazara təqdim olunub. Görüş zamanı həmçinin Laurent xanıma Azarbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı hədiyyələr təqdim olunmuşdur.

ZAUR USTACIN YAZILARI

CAROLİNE LAURENT TURUNCUN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. SÜBH ÇAĞI.

ZAUR USTACIN YAZILARI

SÜBH ÇAĞI
Pozur addım səsləri,
Gecənin kor sükutun.
Uzaqdan yeyin-yeyin
Yeyir ürəyin qutun…
* * *
Qəfil başlayır quşlar,
Necə gəlirsə buyruq.
Sanki komanda verir,
Gözəgörünməz çubuq…
* * *
Bürüyür bircə anda,
Hər yanı sübh nəğməsi…
İfa edir təbiət,
Əsər Tanrı bəstəsi…
* * *
Getdikcə addım səsi
Eşidilir yaxından.
Gecə qaranlığında,
Ötüb keçir yanımdan…
* * *
Tələsik addımlarda,
Təlaşlı qəlbin səsi…
Elə tələsir, sanki,
(Ta dünyanın sonudur,)
Tükənəcək nəfəsi…
* * *
Uzaqda dan sökülür,
Gecənin rəngi qaçır…
Yaxında purç tumurcuq,
Qətran ətrini sacır…
* * *
Addımlar uzaqlaşır,
Səngiyir sübh nəğməsi…
“Allahu Əkbər”- deyə,
Ucalır azan səsi…
* * *
Aydın olur səbəbi,
O təlaşlı yerişin…
Avazıyır qaranlıq,
Anlamı var gərdişin…
* * *
“La ilahə illəllah”,
Yenə də çökür sükut…
Əllər açılır göyə,
Möminlər tutur qunut…
* * *
Gecənin bağrın yarıb,
Gündüz sıyrılır qından…
Kimisi tövbə edir,
Neçəsi çıxır dondan…
* * *
Həmin şəxs yenə keçir,
Qayıdanbaş yanımdan.
İndi özü görünür,
Səs çıxmır addımından…
17.11.2022. Bakı.

Müəllif: ZAUR USTAC زائـــور اوستاج

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru