İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, sonra M.P. Vaqifin məqbərəsinin qarşısında və Cıdır düzündə davam edib. FOTOLAR:
Hansısa kino qəhrəmanı deyil… Reallıqdır… Müharibə reallığı… Real qəhrəman… Vətən Müharibəsi Qazisi Elvin Rəsulov. XTQ-nin istehkamçısı. Füzulinin Horadiz kəndindən başlayan döyüş yolu Xocavəndin Qırmızı bazar kəndinədək uzanıb. Oktyabrın 27-si sübh tezdən həmin kənddə döyüş tapşırığını yerinə yetirərkən minomyot qəlpəsindən aldığı zədə qolunun itirilməsi ilə nəticələnib. Elvin yaralı qolunu özü kəsib, sonra isə elə o vəziyyətdə neçə yaralı və şəhid döyüş yoldaşını atəş nöqtəsindən çıxarmağa kömək edib. Bəli bu film deyil. Bu 26 yaşlı döyüşçünün hekayəsidir. Canavar döyüşçü… Vətən belə oğulların sayəsində Vətəndir. Qoruyaq Elvinləri!!!
ŞUŞADAN BAKIYA BAXMAQ… Dəniz olub sahilin üstünə yürümək nədi ki?! Sahil olub dənizin üstünə yürümək var sonunda… Bakıdan Şuşaya baxmaq vətən və millət sevdasının mistikasıdır! Günlərin bir günü gəlib açılan sabahı, Şuşadan elə bu Şuşanın yolunda can qoyan, üstümüzdəki namus ləkəsini silən qazilərin intihar xəbəri ilə açmaqdan ağır nə ola bilər ki?! Bu intihar xəbərləri də namussuzluğun, əclaflığın, yobazlığın mistikasıdı məncə! Bu qaziləri intihara sürükləyən laqeydsizlik, məmur özbaşınalığı millətin faciəsinə çevrilir yavaş-yavaş! Biz döyüşü udmuşuq, müharbəni yox! Qazilərə laqeyd münasıbət bəsləyən, onları intihara sürükləyən bu dələduzlar sürüsü bunu anlamır deyəsən! Qazilər şəhidlərimizin ayaq üstə gəzən ruhudu! Qazilərə bu cür münasbətin bir adı var-vətənə xəyanət! Bu gün sabah-sabah baxdım, Şuşanın qayalıqlarından bu qazilərin tökülən qanlarının izini yağışlar yuyub-təmizləməyib hələ! Gələcəyini düşünən millət üçün qazi yerə enmiş Tanrıdı elə! Tanrınızdan üz çevirməyin, namərdlər sürüsü!
İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb. FOTOLAR:
Bu gün nəcib insan, kübar xanım, əsl ziyalı, sevimli müəllim, sevə-sevə dinlədiyimiz “Məktəb illəri” mahnısının sözlərinin müəllifi tanınmış şair Kamalə Abiyevanın doğum günüdür! Şad gün münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Kamalə xanım!
Bu gün Nuranə Rafailqızıının “Həkimlər depressiya deyir…” adlı yeni şeirlər kitabı ”Mücrü” nəşriyyatında işıq üzü görüb. Bu barədə nəşriyyat məlumat yayıb.
Nuranə RAFAİLQIZI “Həkimlər depressiya deyir…” adlı yeni şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” JURNALI tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “ZİYADAR” Mükafatı ilə təltif olunub. Diplomu doğrulama lingi >>>LAUREATLAR
YAZARLAR olaraq, Nuranə Rafailqızını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Nuranə xanım!
“Yazarlar” jurnalının № 07 (19) iyul-2022-ci il tarixli sayı işıq üzü görüb.
Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanlının (Rzayev), Əjdər Əlizadənin, Mina Rəşidin, Vidadi Turan Ağdamlının vətənpərvərlik ruhunda yazılmış şeirləri yer alıb. Bundan əlavə, sonda “Sözün Ağ rəngi” layihəsi çərçivəsində Qarabağ, Ağdam deyə-deyə yurd həsrəti ilə dünyasını dəyişən tanınmış şair Şahmar Əkbərzadənin ruhuna hörmət əlaməti olaraq onun həyat və yaradıcılığına geniş yer verilib.
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac həm 30.06.2022-ci il Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında, həm də 01.07.2022-ci il tarixində Atatürk Mərkəzində təqdimat zamanı Ağdam ədəbi mühitindən söhbət açmış, jurnalın № 07 (19) iyul sayında yer almış Şahmar Əkbərzadənin hələ ötən əsrin ortalarında (1966) qələmə aldığı “Vətən” adlı
Sui-qəsd ediblər şan-şərəfinə!
Edam olunubdur beş hərfin də!
“Və” keçib sərhədin o tərəfinə,
“Tən”qalıb sərhəddin bu tərəfində!
İmkan yox tikanlı sətri pozmağa,
Pozanım olsa da, poza bilmirəm.
Ürəyim gəlməyir bütöv yazmağa,
Mən səni bitişik yaza bilmirəm.
Sən iki hecalı bir sözsən “və-tən!”
Sətirdən-sətrə ķecirilmisən!!!
– şeirini iki dəfə təkrar-təkrar tədbir iştirakçıların diqqətinə çatdırmış, mövcud problemlərdən söhbət açmışdır.
O demişdir: “…Mənfur düşmən, məkirli qonşumuz bədnam əməlləri ilə düz otuz il bizi ləngitdi. Nəticədə, Şahmar Əkbərzadə, Xudu Məmmədov kimi dəyərli ziyalılarımızın hələ ötən əsrin ortalarında qaldırdığı problemlər arxa plana keçdi. Arazdan, Urmudan, Göyçədən, İrəvandan, bütöv Azərbaycandan yazmaq əvəzinə, Qarqardan, Həkəridən, Qarabağdan, Ağdamdan, Laçından yazmağa məcbur olduq. Şükür Allaha bu bəladan qurtulmuşuq. Qalan xırda məsələlər də tezliklə öz həllini tapacaq. İndi qələm adamlarınınəsas məsələdən yazmaq vaxtı çoxdan gəlib çatmışdır. Bu, bizim vəzifə borcumuzdur…”
Üzqabığına uyğun olaraq tanınmış şair Mina Rəşidin rəsmi çıxarılıb.
Bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Şair Vidadi Turan Ağdamlının rəhbərlik etdiyi redaksiya heyətinin ərsəyə gətirdiyi “Tər çiçəklər” adlı növbəti poeziya antologiyası işıq üzü görüb. Topluda yer alan bütün müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsaun, dəyərli yazarlarımız!
Bakı, “Maarif” nəşriyyatında 424 səhifədən ibarət nəşr olunmuş kitabın redaktoru Vidadi Turan Ağdamlı, Texniki redaktoru Mehri Ağdamlı, korrektoru Təranə Tunar, dizayneri isə Fariz Məhərrəmovdur. Bu xeyirli işdə bütün əməyi keçənlərə təşəkkürümüzü bildiririk!