Etiket arxivi: YAZAR

AZERBAYCAN TÜRKÇESİ İLE URFA AĞZI’NDA ORTAK SÖZCÜKLER

Mehmet Faruk Habiboğlu – şair, yazar.

ORTAQ ANA DİLİMİZ YÖNÜNDƏ ÇALIŞMA

Urfa Ağzı – Azerbaycan Türkçesi = Anlamı

alma – alma = elma

aparma – aparma = nakil, götürme

aparmah – aparmaq = nakletmek, götürmek

arakı – araq = rakı

ayah yolu – ayaqyolu = tuvalet

balah – balaq = Pantolon paçası

bayah(tan) – bayaq = demin, biraz önce

beli – beli = evet, olumlu beğeni ünlemi

berkmah = titremek, sarsılmak

berkimek = pekişmek

bibi – bibi = hala (babanın kız kardeşi)

bilevlemah – bölüvlemek = bilemek, keskinleştirmek

bire – bire = pire

boyah – boyaq = boya

bürük = kapalılık, örtü

buruq = büklüm, kıvrım

cızıh – cızıq = çizgi

cızıldamah – cızıldamaq = cızırdamak

çıngıltı – cingilti = şangır-şungur sesi

çırmahlamak (çırnahlamah) – cırmaqlamaq = tırmalamak, berelemek

çin – çiyin = omuz

çingildemah – cingildemek = çınlamak

çömçe – çömçe = kepçe

dalda – dalda = korunaklı yer

daldalanmah – daldalanmaq = barınmak

darahmah – darıxmaq = bunalmak, sıkılmak

daş – daş = taş

daz – daz = dazlak, kel

dişlemah – dişlemeq = ısırmak

divar – divar = duvar

duz – duz = tuz

ele – ele = öyle

eprimah – eprimek = yıpranmak, çürümek, bozulmak

fıta = havlu

fite = peştamal

geh – gah = kâh

gemirmah – gemirmek = kemirmek

gögermah = filizlenmek, dal tutmak

göyermek = morarmak

görsetmah – görsetmek = göstermek

görükmah – görükmek = görünmek, gözükmek

hambal – hambal = hamal

hanı – hanı = hani

he – he = evet

heç – heç = hiç

hemaylı – hemail = gerdanlık

herslendırmah – hirslendirmek = gücendirmek, kızdırmak, öfkelendirmek

herslenmah – hirslenmek = gücenmek, içerlemek, kızmak, öfkelenmek

hırflamah – xeriflemek = bunamak

hindi – indi = şimdi

his – his = is

ilan – ilan = yılan

igit – igid = atak, atik, gözü pek, yiğit

karaçı – qaraçı = çingene

kayğanak – qaypanaq = omlet, sahanda yumurta

keçel – keçel = kel, saçsız, tüyü dökülmüş (halı)

kimin – kimi = gibi

kölge – kölge = gölge

könek – köynek = gömlek

körahmah – karıxmaq = bocalamak, tutulmak

kurtarmah – qurtarmaq = tüketmek (anlamında)

leçek (neçek) – leçek = baş örtüsü

lengo – leng = hantal

marhama – mehreba = büyük mendil, havlu

nağara – nağara = davul

neçiye – neçeye = kaça, ne kadara

pambuh – pambuq = pamuk

pendir – pendir = peynir

puc olmah = donmak

puça çıxmaq = akim kalmak

sakkız olmah – qır-saqqız olmaq = sırnaşmak, yapışmak

sırğa = semer

sırğa = küpe

sırımah = yorgan dikmek

sırımaq = çatmak, çakmak, yerleştirmek

suvarmak – suvarmaq = su içirmek, sulamak

şatır – şatır = fırıncı (pişirici)

şitil – şitil = fide

şorba – şorba = çorba

şüşe – şüşe = şişe

tay – tay = eş (anlamında)

teprenmah – terpenmek = kımıldamak, kıpırdamak

tfu – tfu = tüh, yuh

tike – tike = kuşbaşı et parçası, parça

tiksinmah – diksinmek = irkilmek (anlamında)

tolazlanmah = zenginleşmek, kodamanlaşmak

tolazlamak = fırlatmak

töremah – töremek = oluşmak, türemek, (çoğalmak Urfa Ağzında)

tüfürmah – tüpürmek = tükürmek

tüfrik – tüpürük = tükürük

uşah – uşaq = çocuk

utmah – udmaq = yenmek, kazanmak

utuzmah – uduzmaq = yenilmek, yitirmek

üçün – üçün = için

üz – üz = yüzey (anlamında)

yandırmah – yandırmaq = yakmak

yazzığı gelmah – yazığı gelmek = acımak

yırğalamah – yırğalamaq = sallamak

yırğalanmah – yırğalanmaq = yalpalamak

yonmah – yonmaq = yontmak

yuha – yuxa = ince, zayıf

yuha ürekli – üreyiyuxa = yufka yürekli

yuhu – yuxu = uyku

zerzembe = kiler

zirzemi = bodrum

zibil = hayvan dışkısı

zibil = çöp

zonguldamah – zanğıldamaq = çınlamak, gürültülü şekilde sesi çıkmak

KAYNAKÇA:

  1. www.luget.azer.net
  2. www.tdk.gov.tr
  3. http://ctle.pau.edu.tr Azerice Sözlük
  4. Azerbaycan Dilinin Orfoqrafiya Luğeti (6’cı Neşr)
  5. Azerbaycan Türkçesi’nden Türkiye Türkçesi’ne Büyük Sözlük (Beşir Yayınevi-1999)
  6. Yerel Gözlem ve Görüşmeler


Müəllif: Mehmet Faruk Habiboğlu



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AMERİKA FİLMİ, QARABAĞ VƏ DÜNYA – ŞAHNAZ ŞAHİN

Şahnaz Şahin – yazıçı, publisist.

Esse

     Artıq gecə yarıdan çoxdan keçib, indi tək-tək adam oyaq olar. Onu gec yatmaqda, yuxusuzluğun insan orqanizminə vurduğu ziyanlar barədə hər gün ona “moizə” oxuyan, bununla onu canına qəsd eləməkdə  qınayan həyat yoldaşı da çoxdan yatıb. Arabir yüngül xorultusu da gəlir qulağına. O isə…

   Bu gecə şeytanı lənətləyərək Tanrıdan ona da bir azacıq yuxu bəxşiş göndərməsindən ötrü xeyli dua etsə də faydası olmayıb, budur, gecə saat üçü haqlayır… Artıq neçə saatdır ki, isti, rahat, yumşaq yorğan döşəyində gah bir, gah da o biri böyrü üstə çevrilib gözlərini yumaraq sakit uzanıb yuxusunu gözləyir, yuxu isə gəlmir ki, gəlmir!..Bunu da yoldaşı öyrədib ona, sakit uzan, tərpənmə, bir də görəcəksən yatmısan… Artıq göz qapaqlarını bir-birinə sıxmaqdan kipriklərinin dibi ağrıyır, qeyri iradi gözlərinin şişdiyini də hiss edir. Yatağına girdiyi bir neçə saat ərzində yüngül mürgüləsə də bu 15-20 dəqiqədən çox çəkməyib. Birdən ağlından keçən fikrə özünü də gülmək tutur . Sən demə o yuxunu aldatdığı kimi yuxu da onu aldadırmış…

   “Yox, deyəsən bu gecə o heç gəlməyəcək, nahaq bəndi-bərəni bərkidib gözləyirəm “ deyə yatağından durmağa qərar verir. Amma elə etməlidi ki, evdə narahat olmasınlar. Geyinib astaca yataq otağından çıxıb qonaq otağına gəlir, gündüzün səsli-küylü evi ağır işdən sonra indi sanki dincəlir, otağa göz gəzdirir, bir tərəfdə axşamdan ortalığa tökülmüş oyuncaqlar, masanın üzərində  isə gecədən çay içilib qalmış stəkan-nəlbəkilər onu görüb sevinir sanki… Oyuncaqları qutuya yığıb bir tərəfə qoyur, masanın üstünü yığışdırıb mətbəxə aparır, qazı yandırıb çaydanı üstünə qoyub geri qayıdır. İndi də divanın pozulmuş səliqəsini düzəldir. Adətidi, səliqəsi olmayan yerdə rahat ola bilmir. Evdə də elə ən çox buna deyinir həmişə. Gərək qab-qaşıq par-par parıldasın, ev-eşik daim qonaq gözləyirmiş kimi tər-təmiz olsun. Divanda yerini rahatlayıb televizoru yandırır, səsini ən aşağı həddə endirib bir-bir kanalları yoxlayır. İki-üç kanal artıq çoxdan yayımı bitirib, film həvəskarı olduğundan axır ki, bir kanalda istədiyini tapıb dayanır. Deyim ki, o hər kinoya da baxan deyil, əsasən ciddi filmləri sevir, nəhayət axtardığını tapır. Elə indi yeni bir film başlayacaq, yadına qazın üstə qoyub gəldiyi çaydan düşür, tez qalxıb mətbəxə keçir, yaxşı bir  çay dəmləyib dəstgahıyla podnosa yığıb geri dönür. Hə indi rahat baxmaq olar!…

Filmdə Amerikada ağ dərililərin məskunlaşmasının  ilk illərində baş verən hadisələr lentə alınmışdır, o zaman ki, yerli qəbilə və tayfalar sıxışdırılır, qovulur, buna görə də aralarında labüd qarşıdurmalar yaşanır. Hər qəbilə və tayfanın öz adı, başçısı, yaşam tərzi, məşğuliyyəti , adətləri var. Elə həmin qəbilələrdən birinin başçısı öz ailə üzvlərilə birgə həbs edilərək cəza çəkir… Fikir onu çəkib Ermənistan deyilən qədim İrəvana, azərbaycanlıların qədim yaşayış məskənlərinə aparır, sonra da dolandırıb  Qarabağa gətirir. İki əsr daxilində başlarına gətirilən müsibətlər, mənfur ermənilər tərəfindən zorla qovulub çıxarıldıqları doğma torpaqları, yetim qalan yurd yerləri, amansızcasına qətlə yetirilən və  əsir götürülən günahsız insanlar gözləri önündən gəlib keçir… Filmin baş qəhrəmanı , ömrünün artıq neçə ilinin belə hərbi xidmətdə keçdiyini unutmuş  zabit öz zabit yoldaşları ilə söhbət zamanı qəbilələrin birinin haqqında dedikləri onun qəlbini dağ-dağ edir :

-Onları siz tanımırsınız, mən görmüşəm, bir nəfərin burnunu elə yandırmışdılar ki, ikicə deşiyi görünürdü, digərinin isə qulaqlarını kəsib ağzına soxmuşdular….

Düşünür, İlahi, bunlar ermənilərin törətdiyi müsibətlərin yanında nədir ki!…Sinəsinə odlu xaç basılmış, əli, dili, əzaları, başı kəsilmiş, gözləri çıxarılmış, yandırılmış, tanklar altına atılmış oğulların harayını eşidir, namusu tapdalanmış qız-gəlinlərin, övladı gözlərinin qabağında öldürülmüş anaların fəryadı  qulaqlarını batırır..! Bu zabit isə cəzasını çəkmiş ailəni sağ-salamat aparıb yaşayış məskənlərinə qoymaq əmri alıb, yollar uzun və təhlükəli, mənzil başı isə uzaqdır. Yollarda öz torpaqlarını qaytarmaq üçün dəstələr düzəldib yollara çıxan yerli qəbilə nümayəndələrilə qəfləti üzləşmək, məcbur qalaraq apardığı “cinayətkar” başçı ilə dostlaşmaq da var zabitin qismətində.., yoxsa mənzilə gedib çatmayacaqlar!Filmin son kadrları da yenə insanlığın xilasına, humanizm hisslərinin qalib gəlməsinə hesablanıb… “Başçı “ilə əl verib ayrılan zabit :” Mən, səni həmişə yaxşı insan kimi xatırlayacam..” söyləyir..

    Bu filmin sonluğu bəlkə də kinorejissorun təxəyyülü, arzuları, görmək istədikləri idi, bilmirəm, hər halda insanlığın ölmədiyinə, haçansa  həqiqətin qələbə çalacağına inam və ümid demək idi!…

   Amma bir həqiqət var, o isə hələ də dünyada zülmün sona yetməməsi, güclünün gücsüzü əzməsi, yalanın həqiqət libasında görünməsidir. Fikrindən dünyanın hər tərəfində yaradılan münaqişə ocaqları, viran qoyulan şəhər və kəndlər, uçulub dağıdılan evlər, öldürülən insanlar, günahsız tökülən qanlar, süngüyə taxılan körpələr, tüstü çıxmayan bacalar haray çəkib : “Niyə, nədən ötrü!? “ qışqırırdı…Filmi izləməyə başlayanda süzdüyü çayı isə çoxdan soyumuşdu…

 Bu sonuncu səfər deyil,

Yağıyla çox hesabım var.

Bir kəhər at göndər mənə,

Ürəyimdə muradım var.

Havalar barıt qoxulu,

Yollar hələ də qorxulu.

Yarımçıq qalan nağılı,

Bitirməyə gümanım var.

Bu yara qan verir hələ,

Vətən qurban verir hələ.

Çənlibelə çən düşübdü,

Köroğluya xəbər eylə..

Son savaşa fərmanım var!..


Müəllif: Şahnaz ŞAHİN 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA ORUÇ – ŞEİRLER

Leyla Koçak Oruç – şair, yazar.

GÜMÜŞ KALEM

Viran çağlar kalem, yakar kavurur.
Dayanılmaz sözler, cismimi yakar.
Zaman tufan sunar, yıkar savurur.
Talih sağır duymaz, isimini yakar.

Ruhun sesi yoktur, dili bülbül sağar.
Akar gönlüme aşk nasip Hak yağar.
Sorgu sual duman, nazı sis boğar.
Kalem inat caymaz, cismimi yakar.

Dört yanım tüter, külden harmanım, 
Yiterim demde hü, birlik dermanım,
Bir mavi mekanda, çağcıl fermanım,
Firar kalem doymaz, ismini yakar .

Yıldız gibi parlar kutsal çıramız,
Halden hale geçer, balmış şıramız,
Gümüş kalem harlar, alev aramız,
Vücut evim aymaz, resmini yakar.

Aykız zara düştü, canı bitirir,
Çehre söndü misal, tülü yitirir,
Aşkta yıllandı ten, mabet getirir,
Kalem derman koymaz, cismimi yakar.
16 şubat 2021

KOCA BİR SEVDA
Gayret bulur canım, aşığın çile,
Kilitli solumdan , koca bir sevda.
Ya taşarsa özüm maşuğun sile ,
Dökülür yolumdan, koca bir sevda.

Ey sonsuzda gölgem, dirilsin gece,
Donup kalmasın mor, dökülsün hece,
Sevdanın uykusu, nöbette nice,
Sarhoştur dolumdan, koca bir sevda.

Sen efendim bense, döngüde çıra,
Aşkı satarmı hiç, çeksede dara,
And olsun içerim, açsada yara,
Tutarken kolumdan, koca bir sevda

Gün geceye döner, kapanır gözler,
Zaman yatagından, düşteyken sözler,
Hasret giderir ruh, sararken közler,
Bir ah der solumdan, koca bir sevda.

Aykız kirpik ıslak, yağmur vuruyor,
Kuşatan zaman çığ, korku yoruyor,
Daim oldu hüzün, sürme kuruyor,
Tüterken tülümden, koca bir sevda. 

30 ocak 2021

BİL YETER Kİ
Oysa hurma dalda, ballanır gördüm,
Kimse bilmez özü, sen bil yeter ki.
Zaman kırılır can, sallanır gördüm,
Çığlık atan gözü, sen sil yeter ki.

Gönül harabatsa, kapısı taştan,
Canı bölünürken, çığlıktır yaştan,
Çözülemez sorunlar, aşk  ile baştan,
Derman olur sözü, sen bil yeter ki.

Duygu taşınırken, yürek telime ,
Yediveren duan, kemer belime,
Meyve veren bağın, şerbet dilime,
Dolup taşan yüzü , sen sil yeter ki.

Dıştan bakmak yetmez, yokluğun pervan ,
Sana ermez isem, muradım kervan,
Özü daim kılan, yüceden devran,
Zaman döner bazı, sen bil yeter ki.

Aykız’a sır yüklü, bir başka suna,
En düşçül yarışım, çağrısın bana,
Mor salkımlar sarhoş, berduşluk sana,
Beyaz tüle yazı, sen bil yeter ki.

20 Ocak 2021

HASRET ÇEKERKEN
Söze dönüşür ruh, hazine beden,
Işık olur bil ki, hasret çekerken.
Gizli tattır baden , özüne diden ,
Demin alır bil ki,hasret  çekerken.

Ereğe ulaşan, özdeş varımsın,
Tutsak benden öte, içten harımsın,
Sevenle sevilen, tümde yarımsın,
Yemin okur dil ki,hasret çekerken. 

Sen ezelden düştün, asırlık yolum,
Emsalsiz övüşüm, ummanda dalım,
Hayattan hayata, kadehten dolum,
Şerbet olur dil ki, hasret çekerken. 

Ah kalp denen otağ, sevildiği yer.
Dilimde konuşur, muammada fer,
Seyrana çıkar giz, ayaksız bu ser,
Gövde ölür bil ki, hasret çekerken. 

Aykızım amade, ezâda teslim,
Turap olur nefsim, varımdan geçtim,
Gümüş çehre yanar, közünden mestim,
Duman olur tül ki, hasret çekerken. 

9 Aralık 2020.

DÖNERKEN MEVSİM
Dilimden bir deyiş, akar geceye,
Islık çalar rüzgar, dönerken mevsim,
Yavaştan gönülden, sızar heceye,
Eşlik eder hazlar, sönerken mevsim.

Turna semah eder, ah allı morda,
Bülbül Türkmen kızı, yanar ses korda,
Dolu içmiş sırda, çevrinir turda,
Avaz avaz çağlar, dönerken mevsim.

Sel sel çile derviş, yol gamlı kervan,
Hançer tekne kırar, tel keser gerdan,
Perde inler sarhoş, geçilir vardan,
Öksüz kalır bağlar, göçerken mevsim.

Perişan derde eş, ninni acıma,
Seyre dalsın ahım, can versin cana,
Sevda kapısında, erişsin tana,
Aşık korda ağlar, çökerken mevsim.

Aykızım su gibi sesten geçerim,
Ta önceden kaynar, özde pişerim,
Şu canın sırrını, darda seçerim,
Mekan canı nazlar, dökerken mevsim.

9 Kasım 2020.

Müəllif: Leyla Koçak Oruç

LEYLA KOÇAK ORUÇUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR GÜNÜNƏ ÖZƏL

Zaur Ustac – şair-publisist.

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

“Əliş və Anna” poemasından bir parça.

QƏLƏM
Şükür Yaradana, bəxş etdi səni,
Xəstə könüllərə şəfasan, Qələm…
And gəldi adına ucadan uca,
Neçə acı dərdə davasan, Qələm…
* * *
Həsrətlilər intizardan qurtarar,
Kimi özün bu dünyadan qoparar,
Əlacsızlar sənə pənah aparar,
Qəmədən, qılıncdan yavasan, Qələm…
* * *
Ustac körpəlikdən tapınıb sənə,
Qəmli də, xoşbəxt də sığınıb sənə,
İllahi bir qüvvət verilib sənə,
Göydən Yer üzünə töhfəsən, Qələm.
02. 10.2016.  Bakı.

SÖZ MÜQƏDDƏSDİR
Dostum, kəmənd ilə tutmazlar sözü,
Cələ qur, dilinə qoy özü düşsün…
Oynama, qələmlə huydurma – ağac,
Elə tut, əlinə qoy izi düşsün…
* * *
Qələm müqəddəsdir, müqəddəsdi söz,
Onların nazın çək, möhnətlərə döz,
Gör, sənin ağzına baxır neçə göz,
Qələmlə uslu ol, qoy üzə düşsün…
* * *
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün…
01.05.2017. Şamaxı.

OLACAQ… 

(…sözünüz ağzınızda qalmasın…)
Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı.

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən  görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun…

20.05.2019. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏNAN HACININ ÖZƏL GÜNÜ – İLHAMƏ DAĞLI YAZDI

İlhamə Dağlı və Kənan Hacı.
İlhamə Dağlı – “Taleyin qismətində bu da var imiş. Eyni gündə, bir ulduz altında, eyni şəhərdə doğulduq, atalarımızın adı da eyni oldu. Tale bizi görüşdürdü, bir-birimizə bağladı. Bu bağlar elə bağlandı ki, qarşımıza çıxan hər bir maneəni dəf etdikcə daha da qırılmaz və möhkəm oldu. Biz birlikdə hər bir çətinlikdən çıxdıq, bir-birimizə dayaq olduq. Əzizim Kanan Hacı , doğum günün mübarək! Sənə can sağlığı, 💯 il xoşbəxt həyat arzulayıram! Arzu edirəm ki, Allah səni bütün arzularına çatdırsın! Qüssə-kədər səndən uzaq olsun! Evimizin işıqları daim yansın, ocağımız heç vaxt sönməsin! Sən mənim baş tacım, evimin dirəyisən.” Bu sətirləri İlhamə Dağlı öz sosial şəbəkə hesabında paylaşıb. Özəl gündən, özəl fotolar:
İlhamə Dağlı və Kənan Hacı.

İlhamə Dağlını bu özəl gündə təbrik edir, cütlüyə ailə səadəti və bolluca yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

lhamə Dağlı – “Nizami Gəncəvi” diplomu. N: 04 – 03.03.2021. Bakı.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SÖZ BAĞINDA ÖZ ÇİÇƏYİ OLAN ŞAİR – ÜLVİYYƏ HÜSEYNOVA

Zaur USTAC – şair-publisist.

Adətən, söz adamlarının; yazıçıların, şairlərin əvvəlcə əsərləri ilə, sonra isə özləri ilə tanış olurlar. Ancaq bizdə belə olmadı, biz əvvəlcə tamam başqa, bu sahəyə heç bir aidiyyəti olmayan səbəbdən tanış olduq. Bir-birimizi tanımağa başladıq.

Öncə onu qeyd edim ki, elə ilk söhbətlərdə adi danışıq zamanı da qafiyəli sözlərdən istifadə edən Zaur (o zaman onun «Ustac» təxəllüsü olduğundan xəbərsiz idim) çox gözəl həmsöhbət, istənilən mövzuda mükalimə aparmaq üçün tam münasib bir müsahibdir. Bizim ilk tanışlığımız 2009-cu ilin payızına təsadüf edir. Çox keçmədən mənim qafiyə ilə danışan bu sirli müsahibim “Günaydın” adlı şeirlər kitabını mənə hədiyyə etdi. Bununla da Zaur Ustacla bir söz adamı kimi tanışlığım başladı. Qeyd edim ki, mən də ona Əhməd bəy Ağaoğlu haqqında olan kitabımı hədiyyə etdim. Əhməd bəy Ağaoğlu haqqında da fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırmışdı. “Günaydın”la başlayan şeir çələngləri bir-birini əvəz etməyə başladı.

Bir dəfə o mənə “Bayatılar” adlı yeni kitabını hədiyyə etdi. Kitab Azərbaycan dilində, paralel latın və ərəb qrafikasında yazılmışdı. Bu kitabla Zaurun daha bir qabiliyyəti – ərəb əlifbasını bilməsi və əski əlifba ilə yazmaq bacarığı mənə məlum oldu. “Bayatılar” kitabı cildindən tutmuş, içərisindəkilərə qədər hamısı mükəmməl idi və bir-birini tamamlayırdı. Ümumiyyətlə, Zaur Ustac mənim üçün maraqlı şəxsə çevrilmişdi və hər görüşdə ondan nəsə bir yenilik gözləyirdim. Bu günə qədər də bizim əlaqələr davam edir. Demək olar ki, onun işıq üzü görmüş bütün kitabları məndə var. Onunla həm canlı ünsiyyətdə olmaq, həm də şeirlərini oxumaq mənim üçün maraqlıdır. Onun yazdıqlarını iki istiqamətdə ümumi şəkildə dəyərləndirmək istəyirəm. Birinci, şeir həvəskarı, oxucu kimi. İkinci isə, bir dilçi-filoloq kimi. Şeir həvəskarı və bir oxucu kimi yanaşdıqda, onun yazdıqları həqiqətən oxucunu ovsunlayır. Zaurun xüsusi ibarələrlə, özünəməxsus ifadə vasitələri ilə zəngin şeirlərini oxuduqca, sanki müəllifin özü ilə söhbət edirsən. Onun yazdıqları o qədər səmimi və xalq dilinə yaxındır ki, valeh olmamaq mümkün deyil. Bir mütəxəssis kimi yanaşdıqda isə, görürsən ki, onun şeirləri nə qədər axıcı, yüngül və sadə görünsə də, əslində bir o qədər mürəkkəb, diqqəti cəlb edən, bəzən hətta anlaşılmaz təsiri bağışlayır. Zaur Ustac şeirlərində indi artıq o qədər də yayğın şəkildə işlədilməyən köhnə və eyni zamanda Azərbaycanın olduqca müxtəlif bölgələrinə məxsus şivə sözlərindən istifadə edir. Bəzən bu hal şeirlərin oxunuş və tələffüzünə gözəllik qatsa da, anlaşılmasında çətinliklər yarada bilər.

Məncə, bir yaradıcı şəxs kimi onun ən əsas məziyyəti yenilikçi olması, ölçü və çərçivələrə sığmamasıdır. Zaur Ustac ənənəvi şeir formalarından istifadə etdikdə belə, onun dəst-xətti aydın sezilir. Bütün bunlardan əlavə, artıq ədəbi mühitin nümayəndələrinə yaxşı məlum olan və mətbuatda haqqında geniş müzakirələr gedən “Ustacı” adlandırdığı xüsusi şeir formasında şeirlər yazır. Yuxarıda qeyd etdiyim kimi, onun müəllifi olduğu kitabların çoxu mənim kitabxanamda var. Şeirlərinin çoxu ilə tanışam. Bu yazıda ancaq bir şeirdən söhbət açaraq, onun əsasında Zaurun daxili dünyasına ayna tutmağa və onun təfəkkür tərzinə, sözdən istifadə bacarığına, zəngin biliyinə, geniş dünyagörüşünə bələd olmağa çalışacağam.

Zaur Ustac “Şehçiçəyim” adlandırdığı bu şeirdə təbiətdə mövcud olan Şehçiçəyi adlı çiçəyin təbii – bioloji xüsusiyyətlərindən böyük məharət və ustalıqla istifadə etməklə bu günə qədər adət etdiyimiz formalardan kəskin şəkildə fərqlənən bədii nəzm nümunəsi yaratmışdır:

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…


Birinci bəndin ikinci misrasına nəzər salaq:

“Köksündən bal süzən, tər Şehçiçəyim…”

Burada “Köksündən bal süzən” ifadəsində şairin sətiraltı mənada nə demək istəməsindən asılı olmayaraq bu hal təbiətdə mövcud olan Şahçiçəyi adlı çiçəyin öz şikarını cəlb etmək üçün dadlı və ətirli nektar ifraz etməsi məqamı ilə tam uyğunluq təşkil edir.

“Sehrinə düşmüşəm nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…”


Bu halda da eyni ilə yuxarıdakı kimi çiçəyin təbii – bioloji xüsusiyyəti öz əksini bədii dildə tapıb. Şehçiçəyi əlvan rəngli, ətirli ləçəkləri ilə həşaratları cəlb edərək tələyə salır.

“Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…”


Geniş izahatdan sonra sonu əvvəlcədən məlum olsa da, Şehçiçəyinin qurbanları ləçəklər arasında sıxılaraq məhv olduğu kimi,

“Sonu ölümsə də, gəl, qoynuna al.”

– deyən şair çiçəyin təbii – bioloji xüsusiyyətindən bu məqamda da məharətlə istifadə etmişdir. Şeirdən belə ayrı-ayrı məqamları nəzərinizə çatdırsam da, əslində elə vahid və bütöv şəkildə yazılıb ki, onu belə hissələrə ayırıb izah etməyin tərəfdarı deyiləm. Bu üç bəndlik şeir tam olaraq çox gözəl bir bədii nümunə və söz dünyasında, ədəbiyyat aləmində yenilik kimi qəbul olunmalıdır. Bu günə qədər müxtəlif statuslu söz adamların ədəbiyyata gətirdiyi çoxlu çiçəklər; ağçiçək, bənövşə, nərgiz, yasəmən, lalə və s. olduğu halda Şehçiçəyi çiçəyini, kəlməsini ədəbiyyata ilk dəfə Zaur Ustac gətirib. Həm də bu elə-belə sadəcə söz, kəlmə kimi deyil, çiçəyin bütün təbii- bioloji xüsusiyyətləri nəzərə alınmaqla baş verib. Zaur Ustacın Şehçiçəyi çəmənlikdən dərilərək söz süfrəsini bəzəmək üçün gətirilən çiçəklərə bənzəmir. Əksinə, onun Şehçiçəyi ədəbiyyat bağçasında bitmiş, söz dünyasın dərinliklərinə rişələr atmışdır. Bu səbəbdən o, solmayan bir çiçəkdir. Şairin şeirin əvvəlində özünün qeyd etdiyi kimi:

“Tacısan dünyamda tüm çiçəklərin.”


Və ya ikinci bənddə:

“Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…”


Zaur Ustac özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir. Və o çiçək…

Ülviyyə Hüseynova – Nərimanqızı.

Ülviyyə Hüseynova,
filologiya üzrə fəlsəfə doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÖYÇƏ YUXUMA GƏLIR – SONA ABBASƏLİQIZI

Sona ABBASƏLİQIZI – şair, yazıçı.

GÖYÇƏ YUXUMA GƏLIR
Kaş şərxin dönəydi, fələk tərsinə,
Dərdim güzgü tutur dərdin səsinə.
Basıb ayrılığı öz sinəsinə,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Ayrılıq yelləri öpür üzümdən,
Min ağrı boylanır hər bir sözümdən.
Açır qapısını keçir gözümdən,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Alnı qırışıbdı ümidlərin də,
Bu dərdin,ağrının kökü dərində.
ƏLƏSGƏR sazının pərdələrində,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Hünərim azıbdı dumanda, sisdə,
Ağrılar yurd salıb ləpirdə, izdə.
Dədə ƏLƏSGƏRİN məzarı üstən-
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Yaddaşı qalıbdı duman içində,
Arzusu çırpınır güman içində.
Harayı don vurub zaman içində,
Göyşə qərib-qərib yuxuma gəlir.
Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ONLARIN AD GÜNÜDÜR!

Yeganə Əbil Həsən qızı Mahmudbəyli

Bəşəriyyətin inkişaf mərhələsinə mütəmadi olaraq təkan verən, təfəkkür və təxəyyülləri ilə ölkəsinə, xalqına xidmət edən elm adamlarımızın – alimlərimizin, qələm adamlarımızın xidmətləri, oların keçdikləri ömür yolları tarix səhifələrində özünəməxsus möhtəşəm yer tutur.
Ölkəsini və xalqını dərin məhəbbətlə sevən, fəal ictimaiyytçi, gözəl alim xanım AMEA-nın Zoologiya İnstitutunda çalışan, elmlər doktoru,  Yeganə Əbil Həsən qızı Mahmudbəyli də məhz belə alimlərimizdəndir.  Vətənpərvər alim ömrünün ən dəyəri illərini elmə və xalqına həsr etmişdir.

QISA ARAYIŞ:
Yeganə xanım orta təhsilini Bakıdakı 52 saylı məktəbdə almışdır. Bakı Dövlət Universitetinin ( 1981-1986) biologiya fakultəsini bitirmişdir. 1987 – ci ildə Azərbaycan Milli Emlər Akademiyası Zoologiya İnstitutununu “Helmintologiya” laboratoriyasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.1997 –ci ildə bilogiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülənYeganə xanım 2000 – ci ildə böyük elmi işçi, 2007 – ci ildə dosent elmi adını almışdır.
Yeganə Mahmudbəyli hazırda AMEA –nın Zoologiya İnstitutunda çalışır. Çalışdığı İnstitutun Dissertasiya Şurasının Elmi Seminarının üzvü olan Yeganə xanım Mahmudbeyli mütəmadi olaraq elmi fəaliyyətini davam etdirir. O, 53 elmi məqalənin müəllifidir və məqalələrin bir çoxu xarici ölkə mətbuatında dərc olunub.

Bu gün Yeganə xanımın ad günüdür. Aldığımız məlumata görə xəstədir. Arzu edirik ki, yeni yaşı Yeganə xanıma sağlamlıq və uğur gətirsin.

Yeganə Mahmudbəyli “Nizami Gəncəvi” diplomu N: 03 – 03.03.2021. Bakı.

BU GÜN – GÖZƏL GÜN

Kənan HACI – YAZAR.

Təqvimin bu günü ikinci bir hadisə ilə də əlamətdardır. Bu gün sevilən, istedadlı yazar, mükəmməl insan  Kənan Hacının – Hacıyev Kənanın doğum günüdür.  Vətənpərvər, yurdsevər, xalqına bağlı yazarımız ömrünün ən dəyəri illərini – geridönməz gəncliyi yaradıcılığa həsr etmiş, qələmə adamışdır. Kənan müəllimi ad günü münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Kənan Hacı – Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi.

Həyatı
Kənan Hacı 1975-ci ildə martın 3-də Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.

Fəaliyyəti
1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “”İki sahil””, “”Ədalət””, “”Vətəndaş həmrəyliyi””, “”Yazar”” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “”Qanun”” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “”Aydın yol”” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “”Qərib axşamlar”” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.

Kənan Hacı – “Nizami Gəncəvi” diplomu N: 02 – 03.03.2021. Bakı.

Sonda hər iki ziyalımızı bir daha təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı və fəaliyyətlərində uğurlar arzu edirik! Uğurlarınız bol olsun!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NARGİSİN KİTABI

NARGİS – METAKƏDƏR


Nargis
– “METAKƏDƏR” və ya hər şey arxada qaldı, xoş günlər bizi gözləyir… Zülmətdən doğan işıq… Hər açılan səhərimiz metakədər…



Nargis
xanım filologiya üzrə fəlsəfə doktoru, özünəməxsus yaradıcılıq üslubu olan yazar, elmin dərinliklərinə cəsarətlə baş vuran alim, işinin ustası bacarıqlı təşkilatçıdır. “METAKƏDƏR” – i yaşayın…



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“GÜLÜZƏNİN ŞEİRLƏRİ” KİTABI HAQQINDA

ZAUR USTACIN UŞAQLAR – BİRİNCİLƏR ÜÇÜN DƏRS KİTABI

Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül  hecalı  şeirlər  və rəqəmlər haqqında olan  tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.

2011- ci ildən  məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin  I və II hissələrinə daxil edilmişdir.  Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.

ZAUR USTAC – ŞAİR-PUBLİSİST.

Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır.  İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.

Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində  hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.

Bu kitabdan (vəsaitdən) istifadə etməyin  müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?

  • Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və  pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
  • Valideyinlər  hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın  və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
  • Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər  isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.

Bütün bu yuxarıda  sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.

ÜLVİYYƏ HÜSEYNOVA – NƏRİMANQIZI – FİLOLOQ.

Ülviyyə Hüseynova

filologiya üzrə fəlsəfə doktoru, BAU və  ADU –nin  baş müəllimi



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru