Etiket arxivi: YAZARLAR JURNALI

“YAZARLAR”JURNALININ İYUL – 2023 N:08 (32)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ İYUL – 2023 N:08 (32)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: yazarlar-32

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞUŞA … !

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

SEVİN, A TƏBRİZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ataqam. Söz yaradıcılığı.

Ataqam – Söz yaradıcılığı

“Daş” şəkilçisi ilə yaranan və əsasən, birgəlik bildirən xeyli söz var: “vətəndaş”, “yoldaş”, “qardaş”, “sirdaş”, “tərəfdaş”, “yurddaş”, “yandaş”… Bu şəkilçinin imkanından daha yaxşı istifadə edə bilərik. Tənqid və təklifləriniz üçün bir neçə yeni söz yazıram:

1. Ömürdaş: “Arvad”, “həyat yoldaşı” sözünə xeyli irad görürük. Anadolu türklərinin işlətdiyi “eş” də gözəl sözdür, xüsusən də qadınlarla kişilərin bərabərliyi baxımından. Qəbul etsək, təəssüf ki, [“eş”in məlum sözlə assosiasiyası bu sözün işləkliyinə əngəl olacaq” – N.M.].

2. Gündaş: Ad(d)aş sözümüz var, eyni adı daşıyanlara deyirik. Eyni gündə doğulanlara «gündaş» deyə bilərik. Bu qəlibdən istifadə edib, “aydaş”- eyni ayda doğulanlar”, “ildaş” – eyni ildə doğulanlar sözlərini yaratmaq olar. Şühbəsiz, bu sözlərin işləkliyi dar olacaq, amma bədii mətndə hərdən lazım olur.

3. Işdaş: “Həmkar”, “iş yoldaşı”, “kolleqa” – heç birinə etirazım yoxdur, əksinə, sinonimlərin çoxluğuna sevinirəm. (Bu sözü artıq hər yerdə işlədirəm, məncə, adamlar vərdiş edir)

4. Ruhdaş: Eyni ruhlu adamlar, ruh əkizləri. “Ruh” sözünün ərəbcə olduğuna irad bildirən olsa, “tindaş” variantni müzakirə edə bilərik. “Tin” – qədim türkcədə “ruh” deməkdir.

5. Nurdaş – “nur” (işıq, şölə) ərəb sözüdür, ehtimal ki, ərəblər də şumerlilərin “inuri” (işıq, aydınlıq) sözündən götürüblər. “Nurlanma, aydınlanma dostları” mənasında işlənə bilər. Söz sufilər, buddistlər, krişnaitlər üçün maraqlı ola bilər.

Mənbə: Ataqam

Müəllif: ATAQAM

ATAQAMIN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ağdam” – “Lenin yolu”

“Ağdam” (“Lenin yolu”) haqqında

Mən tanıdığım daha bir neçə nəfəri əlavə etmək istəyirəm:
Fikrət Hacıyev (Ləmbərani) uzun müddət Lenin yolu qəzetinin məsul katibi olub, sonra Ağdaş rayon qəzetinə Baş redaktor göndərilib.
Sabir və Tanrıverdi Tanrıverdiyev qardaşlar.
Çəmənlidəndirlər əslən, şöbə müdiri olublar. Lenin yolu qəzetində bizim Qara müəllim də əməkdaşlıq edib. Şahmar Əkbərzadənin ilk şeiri “Qara kağızlar” bu qəzetdə dərc olunub. Dostum Şahin Günəşli bu qəzetdə saysız-hesabsız məqalələr dərc etdirib.
Məncə, əgər bu qəzetdən söhbət gedirdisə, başqa adları başqa ad altında təbrik etmək daha doğru olardı. Yenə də…
Təbrik edirəm! Qələndər Xaçınçaylı ilə də qiyabi tanış idim. Çoxlu telefon söhbətlərimiz olub! Dünyasını dəyişən ellilərimə Allahdan rəhmət diləyirəm.

Müəllif: Vahid ÇƏMƏNLİ

VAHİD ÇƏMƏNLİNİN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlişükür Cavadov. Qulluq.

Qulluq

Qaranlıq küçədə ahəstəcə addımlayırdım. Getdiyim səki tamamilə qaranlığa bürünmüşdü.  Nə ay işıq saçırdı, nə də olmayan küçə lampaları. Ancaq kefim o qədər yüksək idi ki, məni ağuşuna almış zülmət qaranlığı da xeyrə yozurdum. Ayağımın birini götürüb o birini qoyur, hər atdığım addımdan zövq alırdım. Özümü elə rahat və yüngül hiss edirdim ki, heç yol getdiyimi də duymurdum. Sanki uçurdum, özü də göyün ən hündür mərtəbəsində. Asfaltdan keçən maşınların işıqlarının  bir anlıq aydınlığa çıxardığı yolun kənarında olan ağacları, obyektləri, təkdənbir gözə dəyən adamları isə sanki yuxuda görürdüm. Gördüyüm ağaclar, obyektlər, adamlar, itlər, pişiklər də mənə son dərəcə xoş təsir bağışlayırdı. İnanıram ki, bu vəziyyətimdə qaranlıq küçənin ortasında məni soymaq istəyən quldurlar belə qabağıma çıxıb üstümə bıçaq çəksələr onlara da eyni nəzərlərlə baxar, cibimdəki pulun qəpiyini də əsirgəmədən bu gecənin şərəfinə onlara verərdim. Yadıma düşən əlaqəsiz və nizamsız fikirlərə gülür və içkinin necə də qəribə bir şey olduğunu fikirləşirdim. Bu gecə mənim üçün belə keçən geclərdən ilki deyildi və sonuncu olacağını da güman eləmirdim. İndiyə qədər necə gözəl olmuşdusa yaşadıqlarım indən sonra da hər şeyin mütləq yaxşı olacağını düşünürdüm. Bunun üçün lazım olan hər şey vardı. Artıq neçə dəfə görüşdüyümün sayını itirdiyim məşuqəm, onun sığal çəkən əlləri, öpüşə qonaq edən dodaqları, ağlımı yerindən alan və sonradan yerinə qoymağı bacaran işvəkarlığı. O səbəbdən yerinə qoymağı bacaran deyirəm ki, neçə dəfə içkinin təsiri altında ikimizin də boşanıb bir-birimizlə evlənməyini təklif eləmişdim ona. O, isə məntək içkili olmağına baxmayaraq ağlını mənim qədər itimir, hər dəfəsində məni başdan  çıxaran işvəsi ilə “bu bizim əyləncəmizdir, məni hər gün görsən daha sənə maraqlı gəlmərəm” deyib ağlımı yerinə gətirərdi. O da bu sözləri əbəs yerə demirdi. Oxu hardan vurmaq lazım olduğunu bilirdi. Bilirdi ki, arvadımı evlənənə qədər böyük bir ehtirasla sevmişəm. Evlənəndən sonra isə araya girən məişət divarları arasında bir zamanlar mənim üçün dünyadakı ən böyük qala olan sevgim gözümdə əvvəlcə balacalaşıb sonra isə eybəcər birşeyə çevrilib. Beləliklə də mən arvadımdan uzaqlaşıb ona yaxınlaşmışam… Macəramızın ekstrim anları da olurdu. İlk dəfə nə edəcəyimizi bilməsək də sonralar çarəsini tapmışdıq. Onun əri bəzi vaxtlar hesabımıza uyğun olmayan vaxt gəlirdi. Belə hallarda ikimiz də həyəcana qapılırdıq. Ancaq etiraf etməliyəm ki, o məndən daha ağıllı və zirək idi. Bunu ilk dəfə onun əri bizi az qala haqlayacağı vaxt başa düşdüm. Qəfil döyülən qapı bizi həyəcanlandırmış, gələnin onun əri olduğunu bilməyimiz bizi təşvişə salmışdı. Mən heykəl kimi quruyub qalmış, onsuz da içkinin təsirində dumanlı olan beynimi işlədib birşey fikirləşə bilməmişdim. O isə cəld geyinmiş, əyin-başını qaydaya salmış, mətbəxt bıçağı götürüb qapını açmışdı. Yataq otağında əynimi geyinərək onun səsini eşidirdim. Qapını açan kimi ərinə – yemək hazırlayıram. Çörək yoxdu. Zəhmət olmasa evə keçməmiş al gətir – demişdi. Ürəyimdə ona böyük bir afərin demiş, cəld geyinib əri gələnə qədər işıq sürəti ilə aradan çıxa bilmişdim. Bundan sonra da biz bu fənddən bir neçə dəfə istifadə edəsi olmuşduq. Sevgilimin tapdığı bu kəşf ikimizi biraz arxayınlaşdırmışdı da. O, ərini adətən çörək almaq bəhanəsi ilə, evdə çörək olanda isə başqa olmayan bir şey üçün, yaxud da guya ürəyinin qəfildən istədiyi bir şeyi almaq bəhanəsi ilə yaxınlıqdakı mağazaya qulluq dalınca göndərərdi. Mən də o gələnə qədər aranı cırardım. Onun ərini üzbəsifət görməsəm də evlərində çərçivələnmiş şəkillərdə çox görmüşdüm. Sifətinin cizgilərində zəhmətlə yanaşı bir biclik, gülüşlə yanaşı bir kədər  görmüşdüm. Düşünürdüm ki, hər halda o, bic olmasaydı mənim sevgilim kimi bir afəti özü ilə bir ömür eyni yatağa salmağa razı sala bilməzdi. Ancaq üzündəki kədərə nə qədər fikirləşsəm də bir məna verə bilmirdim. Bu barədə çox fikirləşmirdim də. Nəyimə lazım idi onun üzündəki kədər ? Səfamı sürür, istədiyimə çatır, nəsibimi alırdım. Mənə başqa heç nə lazım deyildi… Ayaqlarım özünə lap uşaqlıqdan tanış olan zülmət qaranlığa bürünmüş küçəni geridə qoyub məni yolun sonuna çatdırır. Birazdan mənə tanış olan darvazadan keçib tanış olan qapını döyəcək və tanış olan üzü, yoldaşımın üzünü görəcəkdim. Onu da lap yəqin bilirəm ki, bu gecə fövqəladə gözəl olan əhvalımın hesabına onun ürəyimi sıxan üzü gözlərimə gözəl görünəcəkdi. Nəhayət bu gözəl gecənin gəzinti hissəsini başa vururam. Tanış darvazadan keçib tanış qapıya çatıram. Bu vaxt darvazanın səsindən gəldiyimi duyan arvadım əlində mətbəxt bıçağı qapını açdı və mənə tanış olan bir cümləni dedi – yemək hazırlayıram. Çörək yoxdu. Zəhmət olmasa evə keçməmiş al gətir – mən yerimdə duruxub qalıram. Arvadım bir daha – çörək almaq lazımdı – deyir. Mənsə susuram. Daha doğrusu beynimi pis bir ssenari məşğul etdiyi üçün nə deyəcəyimi kəsdirə bilmirəm. Bəlkə bu ssenarini özüm pis işlə məşğul olduğum üçün beynimdə yaradıram, bəlkə də bu ssenari elə gerçəkdi. Bilmirəm. İçimdən arvadımı kənara itələyib evə keçmək və birbaşa yataq otağına getmək keçir. Amma bunu etmirəm. Qeyri-ixtiyarı yaxşı deyirəm və darvazaya doğru yönəlirəm. Darvazadan çıxandan sonra həyətin ağaclar olan tərəfindən hasarın üstündən boylanıram. Evin arxa pəncərəsindən bir nəfər kişi xeylağının tələmtələsik çıxaraq qaçdığını görürəm. Hər şey mənə yuxu kimi görünür. Gördüklərimin pis bir yuxu olmağını bütün qəlbimlə arzulayıram… Həyətin arxa qapısına doğru qaçan kişi arxa qapının ağzını işıqlandıran işığın altında görünür. Onu tanıyıram. O, sevgilimin əri idi. Onun üzündəki kədərin mənasını başa düşürəm.

Müəllif: Əlişükür CAVADOV

CAVADOV ƏLİŞÜKÜRÜ YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi.

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin ideya-estetik dəyərləndirilməsi

(resenziya)

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi insan azadlığına, fərdin cəmiyyətdəki mövqeyinə, insan xarakterindəki ziddiyyətə toxunma baxımından müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının əsərindəki bu təzad özünü Qara Qənbər obrazının daxili düşüncələrində, fikirlərində və nəhayət əməlində özünü əks etdirir. Cəfər Cabbarlı Qara Qənbərin bütün xarakterini əsərdə tam şəkildə əks etdirir. Hekayə Qara Qənbərin keçmişinin təsviri ilə başlayır. Müəllif əsərdə obrazın həm keçmişini, həm indisini, həm də gələcəyini müqayisəli şəkildə təsvir edir. “Qara Qənbər böyük adam idi, özü də şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı” .

Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində mühitinə çox tez uyğunlaşan Qara Qənbərin öz qulluğundan çоx razı olmasını, geniş və işıqlı kabinetdə əyləşməsini, bir neçə cür telefоn işlətməsini, yanında qapıçının hazır durmasını, qapıda avtоmоbilinin, faytоnunun həmişə onu gözləməsini, qulluqçuların əmrinə hazır olmasını çox böyük yazıçı ustalığı ilə qələmə alır. Rahat həyata alışan Qara Qənbər gah telefоnu əlinə alıb оnunla-bununla çоx-çоx danışır, gah zəngi basıb qapıçıya əmr verir, gah da meşin pоrtfelini qоltuğuna alıb, avtоmоbilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr. Belə işləmək Qənbərə heç çətin gəlmirdi. Qəmbərin iş rejimi səhər bir neçə saat kabinetdə əyləşməkdən, həftədə də iki-üç dəfə idarə iclasında iştirak etməkdən ibarət idi. Ziddiyyətli obraz olan Qənbəri ilk vaxtlar hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi. Qara Qənbər ilk vaxtlar о qədər qulluqda işləyərdi ki, о axırda bu işlərdən sərxоş kimi оlurdu. Az qalırdı əqli uça. Lakin zaman keçdikcə onda bir çox dəyişikliklər baş verir. Qara Qənbər vəzifənin, pulun, ad-sanın, hörmətin əsirinə çevrilir. Qara Qənbər özündə ilk dəyişikliyə öz görkəmindən başlayır. O, bığlarını bəyənməyib, qırxdırmaq xəyalına düşür. Paltarını da dəyişdirib, fasоnlaşdırır. Müəyyən bir zamandan sonra Qara Qənbəri kim görsə, tanımırdı. Cəfər Cabbarlı “Qara Qənbər” hekayəsində insan portretini olduqca olğun və canlı yaratmışdı. “Köhnə yоldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyоrdular. Bədəni dоlmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyоrdu və оnu çоx təşəxxüslü edirdi”.

Əsərin əvvəlində vəzifəsindən razılıq edən Qara Qənbər artıq tanışlarına rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çоx ağırdır. Yоldaş, yоrulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyоrlar”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər artıq ilk zamanlarından fərqli olaraq, fəhlələrlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışırdı. Bununla da işi xоd gedirdi. Güzəranı da xоş keçirdi. Qara Qənbər öz qоhumlarını da ətrafına yığmışdı. Qara Qənbərin qardaşlarını və başqa qоhumlarını yanında saxlamasının tək səbəbi o idi ki,onlar Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul idilər. Bütün arzularına çatan Qənbərin fikrində bir əməl var idi. Özünü böyük mərtəbə sahibi, qanacaqlı və inteligent bir adam kimi görən Qara Qənbər yalnız arvadından narazı idi. Cəfər Cabbarlı onun arvadını belə xarakterizə edir. “Qara Qənbərin arvadı çоx sadə idi. Türkəsayaydı: gələn qоnaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi”…

Bu haldan Qənbər çоx utanardı, çəkinərdi. Onun arvadı yadına düşəndə sir-sifəti turşuyardı. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum daha da artırdı. Pullanıb, vəzifə sahibi olan Qənbər arvadını bəyənməyib, ondan ayrılmaq qərarı verir.  Cəfər Cabbarlı qonşuların sözü ilə Qara Qənbərin axır hərəkətləri analiz edir. “Qоnşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kоr eləmiş”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin baş qəhrəmanı olan Qənbər obrazı ilk zamanlarından çox fərqlənirdi. O artıq evi də, arvadı da təzələmiş, keçmişini unudub təzə ömür sürürdü. Ədib Qara Qənbərin yeni arvadının təsviri ilə köhnəliklə yeniliyi müqayisəli təqdim və təhlil edir. Yeni qadının geyimi, yaşam tərzi, dili, xasiyyəti ilə Qara Qənbərin birinci xanımı müqayisə olunur. Üstünlük yeni qadına verilir. “Оnun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qоnaqlarla yaxşı rəftar edirdi. Geyimi Avrоpa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bоzbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi mоdiska parixmaxer qulluğunda hazır idilər”…

Cəfər Cabbarlının “Qara Qənbər” hekayəsinin sonu olduqca müəmmalı və ibrətamiz bitir. Belə ki, başı  avtоmоbillərə, faytоnlara, teatrlara, qоnaqlara, bağlara qarışan Qara Qənbərə həyat olduqca şirinləşmişdi. Əsərin sonu olduqca gizli bitir. “Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtоmоbili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına о halda dоlanmağa başladı. Sabahı günü hamı deyоrdu ki, daha qudurqanlıq bitdi”… Ədib əsərini bu cür tamamlayır. Daha başqa fikir yazmağa gərək duymur, çünki o dövrdə gecə yoxa çıxanları heç kim gündüz axtarmırdı. Cəfər Cabbarlı əsərində olduqca ibrətli sonluq yaratmağa nail ola bilmişdir. Əsər nəfsinə qul olanların acı sonunu özündə əks etdirir. İnsanları tamahkar olmamağa çağırır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simaları

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

SEVİN, A TƏBRİZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəlalə Camal: Günəbaxan

Bu gün bir qərar aldım
Çıxıb gedirəm səndən
Nə ah çəkəcəm daha
Nə ağlayacam gendən…
Qamətim əyilməyib
Kefim də pozulmayıb
Xəyanət də etmədim
Gülə -gülə gedirəm…
Bilirəm ki, getdiyim
Yollar güldür, çiçəkdir…
Məhəbbət, sevda yolu
Qəlbimdən keçəcəkdir.

Günəbaxan

Üzü dönük qalmışdı
O gecə gün batanda
Boynu bükük olmuşdu
O gün günəbaxan da …

Üzünə həsrət qaldı
Günəş doğa bilmirdi
Aya şikayət etdi
O gecə ay doğanda

Gör nə qədər qəlbləri
Qırmışdı nurlu Günəş
Küsdürmüşdü onları
Sındırmışdı onları…

Ay da bilmir neyləsin
Milyon dərdi dinləsin
Günəbaxan gün görəndə
Getsin o gün gəlməsin.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI


VAQİF POEZİYA GÜNLƏRİ 2023


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞUŞATƏK OCAĞIN MÜBARƏK!!!

ŞUŞATƏK OCAĞIN MÜBARƏK!!!

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gecə qapısı döyülən qadın… – Meyxoş Abdullah

Gecə qapısı döyülən qadın…

(Hekayə)

Bu ağır xəbər elə gözlənilməz oldu ki, özümü  tamam itirdim. Əvvəlcə, nə edəcəyimi qərarlaşdıra bilmədim. Anamın ölüm ayağında olması başımda ildırım kimi çaxdı. Kənddəkilərin qarasınca gileyləndim. Niyə bu xəbəri mənə bir az ertədən  çatdırmayıblar? – deyə onları qınadım. Bu haqda fikirləşmək, artıq gec idi,  özümü  anama çatdırmalıydım.

Anam məni övladlarının hamısından çox istəyirdi. Onun bu halını təsəvvürümə gətirəndə içim sızladı, gözlərim doldu. Bilirdim ki, o mənim yolumu gözləyir.

Qarlı-çovğunlu qış gecəsi idi. Ertədən yağan qar axşamüstünə yaxın dizəcən qalxmışdı. Qar hələ də yağırdı.

Belə hallarda maşınsızlıq adamın əl-qolunu elə bağlayırdı ki… İndi kimin qapısına gedəsən, nə deyəsən, belə havada hansı ağıllı çölə çıxardı?

Beşmərtəbəli binada yaşayırdım. Bina sakinlərindən bir neçə nəfərinin maşını vardi.

Qapıqonşuluğumda yaşayan Əşrəf adlı qonşumun qapısını döydüm. Onun dükan-bazara mal daşımaq üçün sürdüyü köhnə bir “Qazel” maşını vardı. Əhvalatı ona danışdım. Bildirdim ki, anamın vəziyyəti agırdır özümü ona çatdırmalıyam.

Əşrəf boynunu ovuşdura-ovuşdura:

– Müəllim, maşınımın işıqları yaxşı işləmədiyinə görə, gecələr heç  vaxt çölə-bayıra çıxmıram. Mənimki hava qaralıncadır, harada olsam, qayıdıram evə. Yoxsa nə vardı ki, gedərdik. Heç, pul-zad da lazım deyil, qonşu deyilik bəyəm? – deyə əlavə etdi.

Onun sözünün üstən nə deyəcəkdim, kor-peşiman geri döndüm.

Gözlərimdən anamın əksi getmirdi. Hətta, qulaqlarıma onun zarıyan səsi də gəlirdi, o məni çağırırdı.

Binanın o biri girişindəki “Moskviç”i olan qonşunun qapısını döydüm.

Qapını onun xanımı acdı və məni görçək, müəllim, buyurun içəri – dedi.

– Fazil evdədir? – soruşdum.

-Hə, evdədir. Gəlin içəri, yemək yeyir, – deyə qadın geri qanrılıb: – Fazil, qapıya gəl! – dedi.

Fazil əlindəki dəsmalla ağzını silə-silə qapıda göründü. O məni görən kimi:

– Boy, müəllim, xoş gəlmisən. Qapıda niyə durmısan, gəl içəri? – dedi.

– Fazil, qadan alım, kənddən xəbər gəlib, anamın vəziyyəti çox ağırdır, onu xəstəxanaya çatdırmaq lazımdır. Qorxuram, yubanam sonra gec olar. Nə qədər pul lazımdır verərəm, gedək onu xəstəxanaya gətirək.

Fazil udqundu. Onun udqunmağı içimi göynətdi.

– Qonşu, sən canın, bircə, yox demə, arvadın başına bir iş gəlsə, ömrüm boyu özümü günahkar bilərəm. Qadan alım, gəl gedək.

Fazil gözlərimin içinə baxıb yazıq bir görkəm aldı.

– Müəllim, əziz canına and olsun, özüm ölüm, mənim bu lənətə gəlmiş “Moskviç”imin təkərləri keçəldir. Bu qarda bir addım da olsun gedə bilməz, batıb yolda qalarıq. Ha, deyirəm bir az pul yığım bu zibilləri dəyişdirim, amma çatdıra bilmirəm ki, bilmirəm, – deyə gileyləndi.

Ondan əl çəkmək fikrim yox idi:

– Fazil, bəlkə birtəhər gedək, sən Allah, sözümü yerə salma, – deyə ona yalvardım.

– Müəllim, balalarımın canına and olsun, yolda qalarıq, bu qış vaxtı qurda-quşa yem olarıq. Niyə mənə inanmırsız? İstəyirsiz, alın qarajın açarını özünüz gedin baxın. Görün, bu zibilə qalmışlarla çölə çıxmaq olar, ya yox?

Bir söz deməyib qapıdan aralandım. Bir istədim ki, evə gəlib səhərin açılmasını gözləyim. Amma anamın səsi qulaqlarımda cingildədi. Mənə elə gəldi ki, bu dəqiqə bütün kənd bizim həyətə axışıb, anamsa son nəfəsində: – Oğul, oğul, – deyə məni çağırır.

Gözlərim doldu, anamı itirəcəyimdən qorxdum. Yox, getməliyəm! – düşündüm.

Binanın həyətində durub ətrafa boylandım. Nə edim, indi kimin qapısını döyüm?

Küçənin o biri üzündəki yaşayış evlərinin birində Qasım adlı biri yaşayırdı, köhnənin sürücüsü idi. Onun həyətində sınıq-salxaq bir “UAZ” markalı maşın görmüşdüm. Ara-sıra nərildəyə-nərildəyə, o baş-bu başa şütüyərdi. Əlacsılıqdan üzümü ora tutdum.

Qasım həyətdə idi. Darvazanın qapısını döyən kimi açdı. Məni görcək:

– Buyur, müəllim. Xeyir ola bu axşam vaxtı?

– Qasım, təcili kəndə getmək lazımdır. Anam can üstədir, özümü ona yetirməliyəm.

Bu sözləri deyərkən, gözlərim doldu, hıçqırdım. Elə zənn etdim ki, doğrudan da, anam can üstədir.

Bu halım Qasıma təsir etmədiyindəndi, ya ana sevgisinin nə olduğunu anlamadığındanmı, o,   dişlərini ağardaraq şit-şit güldü:

– Müəllim, başına xeyir, bu havada bu uluq, metallom maşınla, nəinki kəndə, heç bir addımlıq yola getmək olmaz.  Maşının salamat yeri yoxdur. Onu dörd-beş adam yerindən tərpədib, güclə hərəkətə gətiririk. Heç ağlınıza belə gətirməyin bu maşınla kəndə getmək olar.

Yaman pis olmuşdum. Əlacım hər yerdən kəsilmişdi. Çarəsizlikdən ağlamaq dərəcəsinə çatmışdım. Özümü qınayırdım, lənətləyirdim. Nə edim, hara gedim? Birdən, ağlıma gəldi ki, kəndə piyada gedim. Qoy, bu qar-çovğunda it-bata düşüm, lap elə qurd-quş yesin məni. İşdir,  anamın başına bir iş gəlib-eləsə, heç olmasa, məni qınamasınlar, deməsinlər ki, oğlu isti yorğan-döşəkdə  yatıb, anası isə onun yolunu gözləyə-gözləyə keçindi.

Artıq qərara gəlmişdim ki, kəndə piyada gedim, başqa çarəm yox idi.

Binanın həyətindən çıxıb asfalt yola dönmək istəyirdim ki, gördüm binanın arxa tərəfində bir maşın dayanıb. Gözlərimə işıq gəldi, ürəyim isindi. Qara bata-bata maşına tərəf qaçdım.

Maşın dayanan pəncərədən deyib-gülmək səsi gəlirdi. Bir az da irəli yeriyəndə, bayaqkı sevincim bir anda yox olub getdi. Ayaqlarım, sanki yerə mıxlandı. Maşın, binadakıların, elə mənim də, qəhbə kimi tanıdığımız Qəmzə adlı qadının pəncərəsinin önündə dayanmışdı. Bildim ki, bu maşının sahibi kimdirsə, Qəmzənin qonağıdır.

– Nə edim? – düşündüm. Gedim Qəmzəninmi qapısını döyüm? Qonşuluq etdiyim adamlar mənə yox deyəndə, pisgəzən Qəmzə mənə maşınmı verəcəkdi?! Maşın onun özünün olsaydı, dərd yarıydı. Onun yanına gələn hansısa birinin olmalıydı.

Geri dönmək istədim, elə bil, ayaqlarımdan daş asılmışdı, yerimdən tərpənə bilmədim. Elə haldaydım ki, bu anda anamı hər şeydən, lap qürurumdan da üstün tutdum… Mənə elə gəldi ki, anamın həyatda qalması bu dəqiqə Qəmzədən aslıdır.  Nə olursa-olsun, bu sonuncu şansımı da yoxlayacağam, – düşündüm.

Ehmalca qapını döydüm.

İçəridən Qəmzənin çingiltili səsi eşidildi:

–  Əyə, kimdir qapını döyən?

– Mənəm! – dedim, – Qonşun…

– Hansı qonşum, ə? Mənim qonşularım yoxdur. Get, vızqırt burdan… Yanımda adam var.

Elə bil ayılan kimi oldum. – Başıma soyuq dəyib nədi, mənim bu qapıda nə işim var? – fikirləşdim.

Geri dönüb pilləkənlərlə aşağı düşmək istəyirdim ki, birdən qapının açarı şaqqıldadı və elə həmin anda Qəmzə qapıda göründü:

– Ayə, bir geri dön, görüm kimsən?

Çəkinə-çəkinə geri boylandım.

O, əlini qaşlarının üstə qoyub diqqətlə mənə baxdı:

– Ə, müəllim, sənsən? Xeyir ola, məni güdürdün? Yoxsa, yenə yığışıb məndən polisə şikayət ərizəsi yazmısınız? Bu gecə vaxtı da gəlmisən ki, görəsən yanımda kişi var, ya yoxdur?  Var, müəllim, var. Yaz ki, gedib öz gözlərimlə gördüm.

Qapını çırpıb getmək istəyirdi ki, nə fikirləşdisə geri döndü:

–  Düz eləmirsiz, müəllim, adam çörəyə baisçilik eləməz… Bir də ki, bilirəm  məndən niyə yanıqlısız? Ona görə ki, mənim bu binada yaşayan kişilərdən xoşum gəlmir… Qəlbinizə dəyməsin, bu binada heç kişi yoxdur.

Yazırsınız, gedin oğrudan, rüşvətxordan, ana-bacısını satanlardan yazın, məndən niyə yazırsınız?! Nə edim, gedim dilənim?! Yoxsa, oğurluq edim? Bəlkə, başqaları kimi onu-bunu şərləyib pul qazanım?! – Kişisiz əyə, gedin arvad-uşağınızın dərdini çəkin. Bu binada elə kişilər var  ki, arvadı şəhərin əksər kişilərinin alt tuman-köynəyinin razmerini əzbərdən bilir. İndi gəlib mənim namusumu çəkirlər, oğraşlar.

Qışın bu zəlo-zəlo vaxtında Qəmzənin sözləri başımdan tüstü çıxarırdı. Qızdırmalı adamlar kimi bədənim su içərisindəydi. Bir az da gözləsəydim, həyəcandan yıxılıb yerə dəyəcəkdim. Odur ki:

– Qəmzə, anam bərk xəstədir kənddən xəbər gəlib. Arvadın vəziyyəti ağırdır, getmək istəyirəm, maşın tapa bilmirəm. Pəncərənizin qarşısında bir maşın gördüm, ona görə gecə vaxtı qapınızı döydüm. Mümkünsə…

Qəmzə bir müddət lal-dinməz dayanıb, üzümə baxdı, sonra yavaşca:

– Anan xəstədir?!.

– Hə, vəziyyəti çox ağırdır, – dedim.

O, geri boylanıb içəridəki adama səsləndi:

– Etibar… Edik…

Səs gəlmədi. O, bir də səsləndi:

– Edik!.. Səninləyəm.

Yenə də cavab verən olmadı.

Qəmzə bu dəfə üzünü mənə tutub:

– Qonşu, Edik çox içib, möhkəmcə keflidir. Onsuz da, bu vəziyyətdə o, maşın sürə bilməyəcək. Sən özün maşın sürə bilirsənmi?

– Hə, əlbəttə, sürə bilirəm. – dedim.

O gedib maşının açarlarını gətirdi və mənə uzatdı:

– Onda al, bu açarları maşını özün sür get.

Sonra, daha bir söz deməyib, qapını örtüb getdi.

Açarlar əlimdə bir müddət qapının ağzındaca donub qaldım. Hələ də inana bilmirdim ki, mən kəndə, anamın yanına getmək üçün maşın tapmışam.

Maşına oturub yola düşdüm. Qar çox yağsa da, hələ şaxta düşməmişdi. Ona görə də, maşın narın qar örtüyünü yara-yara irəliləyirdi. Yolboyu çox şeylər barədə düşündüm. Sən demə, bizim ağlımızın dərk etməyəcəyi hələ çox mətləblər varmış bu həyatda. Özümüzü hamıdan ağıllı bildiyimizə görə, bu mətləblərin yanından, sən demə, saymazyana ötüb keçirikmiş.

Maşını həyətə sürüb, mühərriki söndürdüm. Bir müddət sakitcə oturub evə diqqət kəsildim. Sakitlikdi.

Maşından düşüb eyvana qalxdım. Otağa girəndə anamın çarpayıda uzanılı vəziyyətdə, gözlərinin isə qapıya zilləndiyini gördüm. Baxışlarımız toqquşdu, hər ikimiz gülümsədik. Şükür ki, o sağ-salamat idi…

… Xəstəxanaya çatanda, artıq, hava işıqlaşırdı. Anamı palataya yerləşdirib, maşını sahibinə çatdrmaq üçün binaya tərəf sürdüm. Çox narahat idim.

Binanın qarşısına çatanda səhər açılmışdı. Hər kəs iş-güc dalınca tələsirdi. Qonşumuz Əşrəf də, Qasım da, hətta o biri küçədə yaşayan Fazil kişi də maşınlarını qarajdan çıxarıb harasa getməyə hazırlaşırdılar…

Maşını haradan götürmüşdümsə, orada da saxlayıb yerə düşdüm. Başımı qaldıranda Qəmzəni otağının pəncərəsinin qabağında, qalın, yun adyala bürünmüş vəziyyətdə gördüm. Gözlərindən yuxu tökülürdü. Elə zənn etdim ki, gec qayıtdığıma görə, maşın üçün narahatdır.    Amma məni görcək pəncərəni açıb:

– Qonşu, anan necədir?! – soruşdu.

Nitqim qurudu, bir söz deyə bilmədim… Bir tikə qəhər, elə bil, boğazıma tıxanıb məni boğurdu. Dinsəydim, hönkürəcəkdim. Ona görə də, Qəmzəyə baxıb, başımın işarəsiylə; – yaxşıdır, – dedim və zorla da olsa, gülümsədim.

O da gülümsədi. Sonra yuxulu gözlərini ovuşdura-ovuşdura:

– Qış gecəsi yaman uzun olurmuş, – dedi və pəncərəni bağlayıb getdi…

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru