Tanınmış pedaqoq, jurnalist, yazıçı Fərhad Əsgərov “Gizli oyunlar” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” mükafatı ilə təltif olunub. Təbrik edirik!
Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olundu
24.01.2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində AYB-nin “Natəvan” zalında Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat mərasimi baş tutub. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğunda Azərbaycan – Özbəkistan arasındakı mövcud və genişlənməkdə olan mədəni əlaqələr üzrə maraqlı diskusiya şəraitində keçən tədbirdə həm özbəkistanlı, həm də azərbaycanlı yazarlar Xasiyyət Rüstəmin yaradıcılığı ilə barabər ümumi faydalı əməkdaşlıq kontekstində də yaddaqalan təkliflərlə çıxış ediblər. Hər iki tərəfdən alimlərin, yazarların, ictimaiyyət nümayəndələrinin, oxucuların iştitak etdiyi tədbirdə yazarlar adından xanım Xasiyyət Rüstəmə “Ziyadar” mükafatı, cənab Səlim Babullaoğluna isə “Kitab dünyası” qəzetinin Diplomu təqdim olunub. Bundan əlavə Azərbaycan – Özbəkistan mədəni əlaqələrin inkişafına göstərdiyi misilsiz xidmətlərinə görə azərbaycanlı tanınmış türkoloq alim Ramiz Əsgərə xüsusi hədiyyə verilib.
İki qardaş ölkənin yazarları bu tədbiri keçirməklə gözəl bir nümunə göstəriblər. Tədbirdən fotolar:
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “845” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Məmməd Mərziliyə“Ziyadar” mükafatı təqdim edərkən (27.04.2023 – Bakı şəhəri).
“Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac “Qayıt, gəl” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə Hacı Əkbər Rüstəmova “Ziyadar” mükafatı təqdim edərkən (27.04.2023 – Bakı şəhəri).
Bu gün Azad Vətən Partiyasının və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə döyüşçü Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı oldu.
Tədbiri açan Novruz Novruzov yeni kitabların oxucuya aşıladığı qayədən, müəlliflərin toxunduqları mövzuların aktuallığından danışdı. Tədbirdə iştirak edən keçmiş döyüşçülər, kitablarda təsvir edilən səhnələrin, deyilən fikirlərin iştirakçıları və daşıyıcıları söz alaraq xatirələrini danışdılar.
Azad Vətən Partiyasının sədri Akif Nağı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov, Haşım İsgəndərli, Nazim Vəlişoğlu, Vahid Çəmənli, jurnalist Rauf İlyasoğlu, Zaur Ustac, keçmiş döyüşçülər Babək Quliyev, Fəxrəddin Rəcəbov, Sərxan Məzlumov, Seymur İsmayılov, Azad Ramazanov, AzVP üzvlərindən Tacəddin Əyyubov, Firuzə Əsədullayeva, Hacı Fərman Azançı və başqaları öz çıxışlarında müəllifləri təbrik etdilər, bu mövzuda kitabların daha çox yazılmasını arzuladılar,
Qarabağ döyüşlərininilk günlərindən həyatını səngərə bağlayan, ailəlikcə torpaq uğrunda vuruşan Hacı Əkbər Rüstəmovun keçdiyi döyüş yolu xalqımızın mübarizə əzminin qürurverici salnaməsidir. Bu yolda 3 oğlundan birinin Şəhidlik Qürurunu yaşayan bu məğrur atanın cəbhə qeydləri “Qayıt gəl” adlı yeni kitabda toplanıb.
Məmməd Mərzilinin “845” adlı kitabında isə eyni nömrəli batalyonun Qarabağda keçdiyi odlu-alovlu döyüşlərdə cəsurluqla vuruşan, adını Şəhidlik zirvəsinə həkk edən və hazırda yaşayan əsgərlərinin həyatından, qəhrəmanlıqlarından səhnələr və qiymətli məlumatlar yer alıb.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac yeni kitabların işıq üzü görməsi münasibəti ilə müəlliflərə “Ziyadar” mükafatı təqdim edib. Tədbirdən fotolar:
“YAZARLAR” olaraq müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, dəyərli qələmdaşlar!!!
Zaur Ustac (17 Aprel 2022) : – “İşıq elə işıqdır! Ağına da şükür, qarasına da…. Dəyərli yazarımız Əyyub Qiyas “Qara ışıq” kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Zaur Ustac təqdimat anı…. Ziyanız daha gur, daha da parlaq olsun, dəyərli, Dostlar. Biz də baxaq, sevinək!!! Nurunuzdan Nur alaq!!! Var olun Allah Sizləri qorusun, Dostlar!!!”
Zaur Ustac öz sosial şəbəkə hesabında marqlı paylaşım edib.
Söz sərrafı, gözəl insan, incə ruhlu şair Murad Memmedovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb. Şair bu münasibətlə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatına layiq görülüb. Təbrik edirik! Uğurlarınız bol olsun, Murad müəllim! Hər yeni saat yeni gün yeni il uğur gətirsin inşəAllah!
Ön sözün müəllifi Həzi Həsənli , dost sözünü əsirgəməyən qələm adamı isə, Avdı Qoşqar.
Zaur Ustac “İşıq” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” Mükafatını xanım İlhamə Nasirə təqdim edərkən (27.12.2022. Bakı şəhəri, AYB “Natəvan” zalı).