
40 gün 40 şeir



Hüsniddin Hayit, 1989 yılında Sirdarya ilçesinin Sardoba ilçesinde doğdu. Gülistan Devlet Üniversitesi Filoloji Fakültesi’nde Özbek filolojisi lisans, Alişir Nevai Taşkent Devlet Özbek Dili ve Edebiyatı Üniversitesi’nde Folklor ve Diyalektoloji alanında yüksek lisans derecesi ile mezun oldu.
“Mavi Fasıl” gençlik dergisi, “Sırdaryalı Kız” şiir koleksiyonu, “Seуhun Rüzgarları” antolojisinde şiir dizisi, “Gönül Dilinin Açıklamalı Sözlüğü”, “Dilnurbitik”, “Takvım teranesi” kitapları yayınlandı.
Özbekistan Yazarlar Birliği Üyesi. Kırgız Cumhuriyeti Kırgız Şairler ve Yazarlar Kamu Fonu üyesi, Kazakistan Cumhuriyeti Dünya Yetenekleri Derneği üyesi.
“Özbekistan Cumhuriyeti’nin Bağımsızlığının 30. Yıldönümü” rozeti, Abay Madalyası, “Önemli Hizmetler İçin” madalyası, “En İyi Yenilikçi – 2022”, “Bilim Alanındaki Hizmetler İçin” uluslararası ödüle ve “Şöhret” madalyasına layık görüldü.
Halima Hudoyberdieva yaratıcılık okulunda ana dili ve edebiyatı öğretmenidir.
Parlıyor
gönül
güneşi,
gecenin ortasında nur saçıyor,
sevinçlerim dünyadan aşıp,
üzüntü yüreğime yaklaşmıyor…
Etkileyici
gözlerin
bu yüzden,
hatta geceyi sabaha çevirir,
ve büyüsünden Mecnun gibiyim,
aşık bir adam oldum…
Kelimeler
yabancı hala
girmediği dile,
şuurda sessizliğini saklıyor ekseri,
tavsiye etmeye her zaman talip,
gerçi çağırsa da gönül minberi…
Şaşmakta
çabalamakta
şiarı da şu,
ihtiyaç sezilse gösterir boynunu
ve şunun için de hayattır baki,
doğru sözler beyhude oynanmayan bir oyun.
Sen
bir çiçek gibi
yaralı ve nazik
bir baktın yüreğime
ve ben senin büyünle mest oldum,
Dirildim, can verdin canıma…
Tütün
yerine
bu zaman
azaplarını
çekiyor içine,
anım
bir çözüm arıyor
bu hali
sonlandırmaya,
zorlandığında
çaresiz
canım.
Hayalime
sen
teşrif edip,
benliğime
bir hediye verdin
ruh
ve
şu lahza
gayrı gamlarım gidip
kalbimde
kalmadı
üzüntü…
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Payıza məktub
Gözəl görünürsən payız günündə
Bu üzlə, bu gözlə, bu qaşla payız.
Bu bulaq önündə, bu çay önündə
Dayanma qorxulu baxışla payız.
Yığıb yığışdırsın torpaq varını,
Bağ- bağat götürsün bəhər-barını.
Sal qızıl suyuna yarpaqlarını,
Meşəni qızılla naxışla, payız.
Dərədən, təpədən, düzdən geyinib,
Altdan qıfıllanıb, üstdən geyinib,
Əyninə dumandan, sisdən geyinib,
Ana təbiəti alqışla, payız.
Güllərin üstünə tökmə ahını,
Nəfsindən uzaqlaş, boğ tamahını,
Torpaqdan üsr istə, yu günahını,
Küləklə, günəşlə, yağışla, payız.
Şaxtaya, sazağa vermə amanı,
Yaxşıya ürək ver, pislə yamanı.
Əhv elə dərədə dustaq dumanı
Onu azad elə, bağışla, payız.
Müəllif: Şahin Həmidi
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Azərbaycan Yazıçılar Birliyinin üzvü Göyərçin KƏRİMİ vəfat edib. Allah rəhmət eləsin. Amin.
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

YAZARLAR cameəsi adından Həqiqət Şamillini doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Həqiqət xanım!
YAZARLAR bu münasibətlə Həqiqət Şamillinin bir neçə yeni şeirlərini oxuculara təqdim edir:
AZƏRBAYCAN – QƏDİM DİYAR
Ulu torpaq, ulu diyar,
Səndə neçə tarix yaşar.
Urmiyadan sən başladın,
Əsrlərlə davam etdin.
Manna şahlığı yarandı,
Bu torpaqda adı qaldı.
Atropotena, Albaniya,
İki dövlət hey yan-yana.
Bu Vətəndə gözü vardı,
İran torpaqları aldı.
Sonra ərəb xilafətı,
Bu torpaqda at oynatdı,
Vaxt yetişdi, zaman ötdü.
Xilafətin sonu yetdi.
Mühüm bir dövr başladı,
Sacilər, Salarilər, Şəddadilər.
Rəvvadilər, Şirvanşahlar,
Hamısı dövlət yaratdılar.
Vaxt yetişdi, vədə oldu,
Böyük bir Səlcuq yarandı.
İllər ötdü bu dövləti,
Şirvanşahlar əvəz etdi.
Sonra da ki, Eldənizlər,
Atabəylər önə çıxdı.
Bütöv bir dünya quruldu,
Azərbaycan böyük oldu.
Səfəvi dövləti vardı,
Xələfi də əfşarlardı.
Nadir şah sərkərdə oldu,
Zaman beləcə keçirdi.
Tarix tez-tez dəyişirdi,
Bir vaxt Qacar gəldi başa.
Ruslarla girdi savaşa,
Azərbaycan batdı yasa.
Çox qırğınlar törədildi,
Torpaq qan gölünə döndü.
Üz qarası o Gülüstan,
Yarım qaldı Azərbaycan.
Türkmənçay ortaya gəldi,
Bütün pisliklər dirçəldi.
Zaman keçdi, vaxt duruldu,
Müstəqil Azərbaycan quruldu.
Məmməd Əmin başındaydı,
Hələ cavan yaşındaydı.
Yenə vəziyyət dəyişdi,
Azərbaycan SSRİ-yə keçdi.
70 il də belə ötdü,
SSRİ dövrü də bitdi.
Xain düşmən hiyləgərdi.
Qarabağı bizdən aldı.
Nə qədər iri rayonlar,
Mənfur ermənidə qaldı.
Vətənimin başında da,
Heydər kimi oğul vardı.
O siyasət meydanında,
Çox üstünlüklər qazandı.
Bütün dünya liderləri,
Azərbaycanı tanıdı.
Bu Vətən bir ölkə kimi,
Dünyada öz yerini tutdu.
Sonra yenə vaxt yetişdi,
Xalqımız İlhamı seçdi.
İlham hərəkətə keçdi,
Öncə siyasəti seçdi.
Qarabağda Şuşa vardı,
Babalardan yadigardı.
Erməninin pis niyyəti,
Vardı ata vəsiyyəti.
İlhamı çox düşündürdü,
“Dəmir yumruq” işə düşdü.
İgidlər savaşa getdi,
Torpaqları azad etdi.
Neçə igid şəhid oldu,
Neçə oğul candan keçdi.
Hər yana yayıldı səsi,
Çalındı zəfər nəğməsi.
Vətəndə xoşbəxt yaşayaq,
Çox millətlə qoy dost olaq.
İki bədəndə bir can,
Türkiyə-Azərbaycan.
Tarix ağır mövzudur,
Kitablara sığışar.
Mən yazdığım misralar,
Dənizdən damla olar.
29.09.2022
TƏBRİZ AZƏRBAYCANDIR!
İki qardaş bir candır,
Təbriz Azərbaycandır.
Arazın o tayı da,
Canımızdan bir candır.
Fars rejimi çürüsün,
Ürəyindən partlasın.
Çirkin oyunlarınız,
Başınızda çatlasın.
İslam dini altında,
Yüz hiylə qurursunuz.
Məzlum türk xalqımızı,
Qınında qırırsınız.
Şəhriyarın sevgisi,
Ürəyimizdə yatır.
Azərbaycan dünyası,
Sizə ox kimi batır,
Riyakar bir xəyanət,
Sizin içinizdə var.
Türk oğlunda dəyanət,
Sizə göstərir vüqar.
İki qardaş bir candır,
Təbriz Azərbaycandır.
Fars rejiminə ölüm,
Yoxa çıxsın bu zülm.
Azad olsun bu millət,
Yoxa çıxsın bu zillət.
Xalqımız azad olsun,
Yeni dünya qurulsun.
Qanı qanımızdandır,
Canı canımızdandır.
İlk yerə bölsələr də,
Bütöv Azərbaycandır.
12.12.2022
ZƏFƏR GÜNÜ
Çalındı ölkədə Zəfər nəğməsi,
Zəfər sevindirir burda hər kəsi.
Üçrəngli bayraqlar göyə ucalır,
Bu zaman tarixin yadında qalır.
Bu xalqa yaraşır qələbə günü,
Hər evdə başlayaq toyu, düyünü.
Yaşasın, var olsun igid oğullar,
Azad oldu artıq əsir torpaqlar.
Kömək oldu xalqa uca Yaradan,
Hökmünü göstərdi türk oğlu İlham.
Dəmir yumruq nədir, o, başa saldı,
Yurdu azad etdi, torpağı aldı.
Var olsun dostumuz, əziz Türkiyə,
Çətin vaxtı YAŞMA girdi dövrəyə.
Nə qədər igidlər gördü bu ölkə,
Hələ də çoxunu bilmirik bəlkə.
Ulu öndər bir siyasət yeritdi,
Ali Baş Komandan gücü yaratdı.
Dünyada yayıldı azadlıq səsi,
Var ol, yaşa, Azərbaycan ölkəsi.
26.12.2023
Şeirlərin müəllif: Həqiqət ŞAMİLLİ
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ÇİNGİZ XAN HANSI DİLDƏ DANIŞIRDI?
Araz Şəhrilinin təhlili
XX əsrin əvvəllərinədək Çingiz xanın türk olduğu, türk dilində danışdığı heç kimdə şübhə doğurmurdu. Lakin monqolşünaslıq bir elm sahəsi kimi yarandıqdan sonra belə bir fikir səslənməyə başladı ki, tarixin ən böyük fatehlərindən biri əslində monqol olmuş və monqol dilində danışmışdır.
Tarixçilərin bəziləri bu iddianı dəstəkləməyə başladılar. Amma onlarla razılaşmayanlar da var idi. Bunların əsas arqumentlərindən biri o idi ki, Çingiz xanın (1162–1227) nəvəsi Hülakü xanın (1217–1265) nəticəsi Qazan xanın (1271–1304) vəziri Fəzlullah Rəşidəddin (1247–1318) özünün “Cami ət-təvarix” əsərində həm Borciginlər nəslinin, həm də bütün tatar tayfalarının təmiz türk olduqlarını vurğulamışdır.
Sözsüz ki, bu əsər üzərində adlı-sanlı tatar dövlət xadimi və türk tarixinin ən mahir bilicilərindən biri sayılan Polad ağa (1240–1313) ilə birgə çalışmış Rəşidəddin öz hökmdarı Qazan xanla razılaşdırmadan həmin fikri qələmə ala bilməzdi. Ümumiyyətlə isə dövrümüzə gəlib çatmış salnamələrdən görünür ki, XIII əsrdə Çingiz xanın və tatarların türklüyü məsələsi mübahisə mövzusu deyildi. Düşmənləri də, dostları da onları türk hesab edirdilər. Amma fərqli fikirdə olanlar da vardı. Məsələn, Mahmud Kaşğari (1029–1101) “Divanu lüğət-it-türk” əsərində yazırdı: “Tatar və kay (qayı?) köçəri qəbilələrdir. Tatarlar və kayılar türk dilini yaxşı bilirlər. Lakin öz aralarında başqa bir dildə danışırlar”.
Qeyd etmək lazımdır ki, Çingiz xanın ətrafında birləşmiş tayfaların əksəriyyəti məhz tatar mənşəli idi. Beləliklə, tatarlar hansı dildə danışırdılar? Çingiz xanın birbaşa nəslindən olan İlxani hökmdarı Qazan xanın Roma papası VIII Bonifasiyə uyğur əlifbası ilə yazdığı 12 aprel 1302-ci il tarixli məktubun transkripsiyasına nəzər salaq, onu təhlilin analiz, müqayisə və statistik üsullarının köməyilə tədqiq edək.
İddiaya əsasən, bu məktub Roma papasının gizli arxivində aşkarlanmışdır.
Mətnin transkripsiyası
Qasan üge manu Baba.
Urida ber Bisqarun iyar çinu ilegsen duradqal, sayin üges, biçig. Bid andur kürbe qariğu inu ber Kőkedei küregen, Bisqarun, Tümen ğurban iyar jrlğ ilelegei. Edüge ber bögesü mőn kü yosuğar turbiĵu amui. Ta ber čerigüdiyen ĵasaĵu irgen, irgenü sultadtür ileĵü bolĵal ülü qoĵidan. Tngriyi ĵalbariĵu yeke üileyi uğuğata nigen ĵug bolğaya kemen. Ede Sadadin, Sinanadin, Samsadini ilebei. Ta Tngriyi ĵalbariĵu čerigüdiyen jaĵasadqun.
Bičig manu doluğan ĵağud nigenudtur bars ĵil qaburun ečüs sarayin arban dőrbene Qos Qabuqa büküidür bičibei.
Mətnin Azərbaycan dilinə tərcüməsi.
Qazan sözüm Babaya.
Əvvəlcə çatdı Biskarun ilə sənin göndərdiyin təkliflər, yaxşı sözlər, məktub. Biz buna görə, qarşılığında onun Kökedey kürəkən, Bisqarun, Tümən – üçü ilə əmri göndərdik. İndiki vəziyyətə gəlincə, hazırlıq görürük. Siz hazır edin əsgərlərinizi, əmri xalqlara, xalqların sultanlarına göndərin və işi gecikdirməyin. Tanrıya yalvarıb (dua edib) böyük iş haqqında, (məmlüklərə qarşı müharibəni) yeganə məqsəd edəcəyik. (Bunu bildirmək üçün) Sadəddini, Sinanaddini və Səmsəddini göndərdik. Siz də Tanrıya yalvarıb (dua edib) əsgərlərinizi toplayın.
Məktubumu 701-ci pələng ili, baharın sonuncu ayının 14-də Qos Qabuğda yazdıq.
Mətndəki sözlərin müqayisəli təhlili
Nəticə. Mətndə işlənmiş 82 sözdən yeddisi şəxs adı, biri titul, biri toponim, on üçü təkrarlanan sözlərdir. Yerdə 60 söz qalır. Onlardan təxminən qırx beşinin eynisi, yaxud bənzəri müasir Azərbaycan dilində vardır. Xatırladaq ki, müqayisə XIII əsrin moğol dili ilə XXI əsrin Azərbaycan dili arasında aparılmış və belə bir nəticə (75%) alınmışdır. Görəsən, XIII əsrin moğol dili ilə VI əsrin türk dili arasında müqayisə aparılsaydı, nəticə necə olardı?
Beləliklə, bu qənaətə gələ bilərik ki, Çingiz xan indiki monqol dilinə yaxın olan bir dildə danışırdı. Lakin təhlilimiz göstərdi ki, həmin dil türk dilinə də yaxın idi. Çingiz xanın XIII–XIV əsrlərdə yaşamış və bu dildə danışmağı hələ yadırğamamış törəmələri də onu məhz türk dili adlandırırdılar.
Mənbə: Milli Kimlik
Müəllif: Araz ŞƏHRİLİ
MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Şəhidlərimizin əziz xatirəsinə
IX GÜN – IX ŞEİR
VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
Qeyd:
Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir.
Səninlə qürur duyuram, Azərbaycan gənci!
Müəllif: Zaur USTAC
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Azərbaycanın görkəmli şairi Məhəmməd Hadinin söz xəzinəsindən:
Ey Vətən, ey zəmini-pürqiymət,
Qucağındır həqiqətən cənnət.
Səni sevmək təbii imanım,
Ey mənim qibləgahi-vicdanım.
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Səninlə ömrümü bölməyə dəyər
Eşitdim bəxtinə məclis qurmusan,
Özünün özünə öz gözün dəyər.
Mənə oxşayanla qoşa durmusan,
Kövrəlmiş qəlbinə öz sözün dəyər.
Uydurma xəyala hey toxunmusan,
Ruhumun ruhuna küləyi dəyər,
Mənalı kitabsan, sən oxunmusan
Birdə oxuyaram, köməyi dəyər.
Diqqətli olaram hər misrasında,
Təkrar oxuyaram mənaya dəyər.
Yerini taparam dərd sırasında,
Sənsiz bir saatım bir aya dəyər.
Nə edim getməyə səndin həvəsli,
Bəlkə, söyləyəsən getməyə dəyər?
Qəzəbə dost oldun qısqanc nəfəsli,
Özünü azdırıb itməyə dəyər?
Gəlişin gətirməz heyrəti mənə,
İndi göz yaşını tökməyə dəyər?
Bilirdim gələrsən, demişdim sənə,
Qarşımda boynunu bükməyə dəyər?
Qollarım açıqdır sənə sarıla,
Bircə baxışına ölməyə dəyər,
Razıyam sol tərəf yenə yarıla,
Səninlə ömrümü bölməyə dəyər.
Müəllif: Ülviyyə ƏBÜLFƏZQIZI
ÜLVİYYƏ ƏBÜLFƏZQIZININ YAZILARI
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib. Tədbirdən fotolar:



Mənbə və Ətraflı:
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru