DİLNAZE CABBAROVA 3 Nisan 2007’de Sirderya vilayetinin Boyovut ilçesinde doğdu. Halima Hudayberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 11. sınıf öğrencisidir. “Neşe Durağı” (2021), “Duyguların Senfonisi” (2024) gibi şiir kitapları yayımlanmış. Şiirleri “Yaratıcılık Bahçesinden Buket”, “Ruhun Şarkıları”, “Kalp Cevheri”, “Hayal Dalgaları”, “Doğu Yazarlari” gibi koleksiyonlarda ve “Tefekkür ve dünya”, “Yeni Sirderya”, “İrfan ve Gençler”, “Sabah Yıldızı” gazetelerinde yayımlanmış. Kırgız Şairler ve Yazarlar Kamu Vakfı üyesi.
DEĞERLERİMİZ DEĞERLENDİRİLİYOR MU?
İnsanlık, yaşam biçimlerini de beraberinde geliştirerek ilerliyor. Bu biçimler, yüzyıllar boyunca bir bütün hâline gelerek nesilden nesle aktarılıyor. Biz bunlara “değerler” diyoruz. Bu büyük mirasın yükü, omuzlarımızda her zaman bir sorumluluğun var olduğunu ve bu sorumluluğun, gelişim ve yükselişte devamlılığımızı sağlayan önemli bir unsur olduğunu hatırlatıyor. Çevremize iyice bir bakalım. Yılların hızlı akışı, hayatımıza yeni sayfalar eklemekte. Teknoloji ve dijital dünyanın yükselişi, yaşam tarzımız üzerinde belirgin bir etki yaratıyor. Bilgi çağında tüm varlığı kuşatan modernlik kavramı, sadece sanayi ve bilimde değil, yeni neslin zihninde de kendini gösteriyor. Çağın çağrısını hissedip, zaman akışıyla uyumlu olmak ve yarının sorumluluğunu derinlemesine anlamak, döneme uygun düşüncenin bir yansımasıdır. Modernizmin küreselleşmesinin önemi şudur ki; şekillenen yeni katman, düşünce çerçevesini genişleterek tek bir kalıba değil, tüm dünya ile tek bir yörüngeye bağlanır. Ancak toplumun bazı kesimlerinde modernizme yanlış vurgu yapılması, kendi kültürsüzlüklerini bu maskenin arkasında teşvik etme gibi sorunlar da görülmektedir. Bunun sebebi, ahlak, terbiye ve gelenek gibi kavramların yeterince oluşmamış olmasıdır. Peki biz gelenekleri kimden öğreniyoruz? 58 Gelenek, yıllar boyu şekillenmiş ve her birimizin hayatında kök salmış derin bir bilinçtir. Ancak bu kökü herkes farklı şekilde besler. Atalarımızdan kalan kültürel miras, milletimizin başlangıcının ilk görünümü, geçmiş sahnenin aynası olarak kabul edilir. Ne yazık ki, bugün aramızda bu emanete kayıtsız kalma, eski bir kalıntı gibi görme, Batı kültürüne körü körüne öykünme ve bu özelliklerini yenilik kriteri gibi kabul etme anlayışına sıkça rastlanmaktadır. Evet, bazı gelenekler çevre ve toplum değişimi sonucu eskimiş ve kaybolmuştur; fakat tüm değerlere böyle bir tanımlama getirmek büyük bir hatadır. Hayranlıkla taklit ettiğimiz oyunlar ve ritüeller, dilimizden düşmeyen yabancı kelimeler, başka millet mensuplarının tarzına duyduğumuz heves tüm bunlar, diğer halkların değer ve mentalitesinin bizde de bir ölçüde gelişmekte olduğunun açık bir kanıtı olur. Şimdi kendimize soralım, dünya ülkeleri kendi başarı ve yenilikleriyle kültürlerini de dünyaya tanıtırken, bizim akıntıya kapılarak hareketsiz bir şekilde sürüklenmemiz, kendimizi ve kendi özgünlüğümüzü terk etmemiz ne kadar doğru? Resmî törenler ve yabancı misafirlerle buluşmalar dışında, milli kıyafetlerimize, müziklerimize ve değerlerimize arkeolojik bir buluntu gibi bakmamız, düşündüğümüz iki cümlelik fik- rimizi bile düzgün ve saf Özbekçe konuşamamamız, uluslararası başarılarımız, “IELTS” ve sayılarla başımızı dik tutmamız modernlik değil, halkımıza olan saygısızlıktır, bence Değerlerimizi kimden öğreniyoruz? Elbette bu konuda ilk öğretmenlerimiz, bilge büyüklerimizdir. Halkımıza özgü geleneklerimizin hayatımızda yer bulup bilinç ve şuurumuza işlenmesinde onların katkısı büyük. Milli mirasın ilk özü, dünyaya geldiğimiz andan itibaren annelerimizin, ninelerimizin ninnisi ile tüm bedenimize yayılır. Damarlarımızda yeni filizler açmaya başlar. Yaşlıların her na- sihatinde, yılların tozunun kadere işlemiş garip hikayelerinde genç zihinlerde derinlik uyanır, hayatına örnek olur. Ailede büyüklerin sofra başında veya toplantılarda yol gösterici olmaları, kadınlardaki nezaket, erkeklerdeki ciddiyet ve sorumluluk, evlatlardaki saygı ve dayanışma duygusu da gelenek ve değerlerin temelidir. “Yumurta dışarıdan kırılırsa yaşamı sona erer. İçeriden kırılırsa yeni bir hayat başlar.” denmesi de boşuna değildir. Zaman nasıl değişirse değişsin, milli ruhla yetişen, kendini bilen ve içinde yeni bir hayat başlatabilen nesil, kendini dışarıdan kırılmaya karşı korur. Atalarının, ebeveynlerinin sevgi ve bağlılıkla yüreğine yerleştirdiği vatanseverlik, geçmiş ile gelecek arasında denge kurma ve değerleri koruma hissi, tüm ömrünü ve zihnini aydınlatmaya devam eder.
Tercume: Cahangir NAMAZOV, “Butov Azerbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:
“Məndən ötdü kimə dəyir dəysin” düşüncəsi ilə yaşayanlardan olmayın. Bilin ki, sizdən ötən bir gün sizə də dəyəcək.
“Dünyanı düzəltmək sənə qalmayıb”, “Palaza bürün el ilə sürün” deyənlərə çox fikir verməyin. Bəzən bir insan bütün dünyanı düzəldə ya da məhv edə bilir.
“Dünya beş günlükdür nə qədər ki, varsan kef elə” deyənlərə qulaq asmayın. Dünya müvəqqəti olsa da hesabı çox ağırdır. Çalışın, daha çox yaxşı əməl sahibi olun.
Bir gün hər kəsin əkdiyini biçəcəyini unutmayın. Ona görə nə isə əkəndə baxın nə əkirsiniz. Sonrakı peşmançılıq fayda verməyəcək.
Yaşadığımız dünyanın müvəqqəti olduğunu unutmayın. Hələ heç kim bu dünyadan o dünyaya əməldən başqa heçnə aparmayıb.
Hansı vəziyyətdə və şəraitdə olmağınızdan asılı olmayaraq prinsip və dəyərlərinizə hər zaman sadiq olun.
Hər zaman dürüst və səmimi olun. Həyatda uğurun başlıca şərtlərindən birinin dürüstlük və səmimilik olduğunu unutmayın.
Heç zaman Allahı unutmayın. Allahın qəzəbinə səbəb olacaq əməllərdən hər zaman uzaq olun.
Bütün işlərinizi vicdanla və insafla görün. Heç zaman vicdanınıza və peşənizə xəyanət etməyin.
Heç zaman pisliyə pisliklə cavab verməyin. Hər kəsin bir gün etdiyi yaxşı və pis əməllərin cavabını alacağını unutmayın.
Hegelin “Ruhun fenomenologiyası”: İşığa doğru bir fəlsəfi səyahət”
“Ruhun fenomenologiyası” əsərində Hegel, insan düşüncəsini və ruhunun özünü dərk etməsini bir səyahət, bu səyahəti tinin (ruh və ya şüur) müxtəlif mərhələlərdən keçərək “mütləq bilik”ə çatması ilə izah edir. Ruhun inkişafında əsas mərhələlər duyğu, idrak, özünüdərk və nəticədə mütləq bilikdir. Hegelə görə, hər bir mərhələ özündən əvvəlkinin məhdudiyyətlərini aşaraq, daha yüksək bir səviyyəyə çatır ki, bu proses “dialektika”dır. Hegel üçün təzadlar, yəni antitezislər olmadan inkişaf mümkün deyil. Bu yanaşma hüquqi və sosial sahələrdə də əhəmiyyətlidir, çünki cəmiyyətin inkişafı fərdlərin və dövlətlərin dialektik qarşılıqlı təsiri ilə həyata keçir.
Ruhun inkişaf mərhələləri, əslində, hər bir insanın şəxsi həyatında qarşılaşdığı daxili ziddiyyətləri və bu ziddiyyətləri aşmaq üçün göstərdiyi mübarizəni simvolizə edir. Məsələn, bir çoxumuz həyatımızın müəyyən mərhələlərində özümüzlə mübarizə aparır, daha yüksək bir anlayışa və ya dərkə çatmaq üçün çətinliklərdən keçir. Hegel xatırladır ki, hər böhran, hər çətinlik həyatımızda daha böyük bir dəyişiklik üçün fürsətdir. Hüquq kontekstində isə, cəmiyyətdəki ədalətsizlikləri yalnız fərdi etirazlarla deyil, sistemli və dialektik bir yanaşma ilə həll etmək mümkündür.
Hegel üçün azadlıq, insana verilən sadə bir hədiyyə deyil. Bu, mübarizə, qarşıdurma və bərqərar olmaq üçün özünü təsdiqləmə tələb edir. Hüquq da məhz bu mübarizənin bir formasıdır. Ancaq o deyir ki, qanunlar öz başına soyuq və cansızdır. Onları dirildən, ruhlandıran, mənalı edən yalnız əxlaqın işığıdır. Dövlətin, qanunun, hətta cəmiyyətin varlığı yalnız fərdlərin daxilindəki azadlıq ehtiyacını tanıyıb onu həyata keçirmək üçün anlam qazanır. Ancaq burada ziddiyyət var: fərd öz azadlığını istəyir, dövlət isə ümumi iradəni. Bu təzad bir müharibəyə çevrilir, ancaq bu müharibə həm də dialoqdur, çünki hər iki tərəf bir-birinə möhtacdır. Hegel bu dialoqu ailənin zərif sevgisindən, vətəndaş cəmiyyətinin rəqabətçi dünyasına və nəhayət, dövlətin şüurlu harmoniyasına qədər izah edir. Hüquq burada bir musiqi parçası kimidir: fərdin notları ilə ümumi harmoniyanın ahəngini yaratmaq.
Hegel, ruhun səyahətini izah edərkən, onu sadəcə bir intellektual analiz kimi təqdim etmir. Tinin (ruh və ya şüur) keçdiyi hər mərhələ, həyatımızda rast gəldiyimiz təzadların – sevgi ilə nifrətin, ümid ilə ümidsizliyin, azadlıqla itaətin – dialektik qarşılaşmasını əks etdirir. Düşünün, insan ilk dəfə özünü dərk etdiyi anda duyğu dünyasında qarışıqlıq hiss edir. Hegel bunu “hissi müəyyənlik” kimi təsvir edir. Bu, insanın yaşadığı ilk uyanışdır – dünya qarışıq, bulanıq bir dənizdir. Amma bu dəniz tədricən şəffaflaşır və insan öz refleksiyası ilə qarşılaşır:
“Mən kiməm? Mənim həyatım nə deməkdir?”
Bu suallar ruhun səyahətində qığılcım rolunu oynayır, proses ruhun öz həqiqətini, öz mənliyini tapması ilə nəticələnir. Ruh, nəhayət, mütləq bilik mərhələsinə çatdıqda, kainatla bir olur – artıq təklik yoxdur. Hegeli oxuduqca, insan öz həyatının da bir dialektika olduğunu başa düşür. Biz hər gün qarşımıza çıxan dilemmanın – sevmək ya nifrət etmək, bağışlamaq ya intiqam almaq, özümüzü dərk etmək ya başqalarını anlamaq – labirintində itirik. Ancaq bu itkinlik vacibdir, çünki yalnız qaranlığı görənlər işığın dəyərini anlayar.
Əyri-üyrü küçələrinin daş döşəmələrində addım səsləri, məhəccərlərinin qıvrım-qıvrım naxışları, böyük şəhərin hay-küyünün içində sükut adası, məhəllə məscidlərinin minarələrində yuva qurmuş göyərçinlər… həzin, eyni zamanda şaqaraq notların vəhdətində nəğmə İçərişəhər. Beş əsrlik daş yaddaşındakı susqunluğu və bu susqunluğun içindən haraylanan hayqırtı İçərişəhər. XX əsrin 60-cı illərində çoxlarının duyub, hiss etdiyi bu ecazkarlığı musiqinin dilində səsləndirmək Vaqif Mustafazadə cəhdində sadəcə cəhd olmadı. Vaqif barmaqlarından piano dilləri dil açıb oxudu. Onun qayğıların ağuşunda keçən uşaqlığını, atasızlığnı, ilk gəncliyini, sevgisini və əlbəttə sakini olduğu İçərişəhrin bənzərsiz nəğməsini. Vaqif barmaqlarının sehrində səslənən notlar yaradıcı ruhu ilə yanaşı duymaq, İçərişəhərin yaranışdan divarlarına, daşlarına hopmuş huzuru musiqinin dilində danışdırmaq bacarığı ilə qoşalaşıb özünə qədərki ənənlərinin üstə yaranan yeni sənət, yeni yol, yeni məktəb idi. Vaqifin sənət gerçəyi gerçəklərin içində nağıl, nağılların əhatəsində gerçək olmaqla dinləyici ruhunu özündən qoparıb haralarsa uzaqlara aparır. Zillə bəmin arasındakı keçidlərin tilisimində tilisimlənib qalan dinləyicisi Vaqif sənətinin möcüzəsində ayaqları yerdən üzülmüş kimi çəkisizliyə düşür. Sirli, sehirli nağıl dünyasında öz nağılının, öz xatirəsinin əhatəsində bəstəni də, ifanın da məhz onun həyat hekayəsi olduğunu sanır. Həsrətdir, xatirədir, köks ötürməkdir, ümidir, çağrışdır, şahə qalxıb öz nəhrinə üsyan edən, sakitləşib sevgili sahillə öpüşən dalğadır Vaqif ifası. Ana laylasının şirinliyi, ürək sızladan ağının acısıdırVaqif bəstəsi. Vaqif üsyan edirdi. Kimə, nəyə etraz edirdi? Dövrünün buxovlarınamı, onu başa düşməyənlərəmi, bəlkə dünyaya tez gəldiyinə? Təkcə bəlli olan o idi ki, onun içindən etiraz kükrəyirdi. Saysız-hesabsız araşdırmaçılar, musiqişunaslar yaradıcılığını caz, caz-muğam vəhdəti adlandırdı. Qoy nə deyirlər, necə tədqiq edirlər etsinlər. Bir həqiqət var ki, Vaqif özünü, ürəyinin səsini köçürürdü nota, Vaqif içindəki təlatümləri,etirazları hayqırırdı. İfası qəlbinin səsi idi. Notlar onun ürəyindən qopurdu. Sənət ehtirası, mütüliyə qarşı cəng, haray not-not canından can qoparırdı Vaqifin. Hər ifasından sonra ürəyinin bir parçası ayrılıb ürəyindən alqışlara qarışırdı. Bütün çətinliklərə, qarşısına çəkilən sədlərə baxmayaraq gələcəyə ümidli idi. Nə vaxtsa onun gələcəyinin gələcəyinə inanırdı. Gözləyirdi. Gözlədiyi zamanına qovuşmaq üçün tələsirdi. Ona qarşı çıxanlar, səhnə tərzinə etiraz edənlər çox olsa da, lap hərdən hər şeyi ürəyinə salsa da öz yoluna davam edirdi. Amma ömrünün qırxıncı baharına çatmamış fələk ömür yolunu kəsdi. Amansızcasına, elə səhnədəcə. Barmaqları royalın ağ-qara dilləri üstündə hərəkətsizləşdi. “Əzizəni gözləyərkən” ifası yarımçıq qaldı. Yarımçıq ömür, yarıçıq ifa…
“Belə demişdi Vaqif Səmədoğlu…” kitabı işıq üzü gördü…
Xalq şairi Vaqif Səmədoğlunun 125 aforizmi və çəkdiyi 78 fotonun toplandığl “Belə demişdi Vaqif Səmədoğlu…” kitabı çap edilib. Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi “Mütərcim” nəşriyyatında işıq üzü görən, maraqlı tərtibatla hazırlanmış kitabda şairin aforzimləri üç dildə-Azərbaycan, ingilis (tərcümə: İan Peart) və rus (tərcümə: Nicat Məmmədov) dillərində təqdim olunub. Kitabın tərtibçisi Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, şairin həyat yoldaşı, yazıçı-publisist Nüşabə Babayeva-Vəkilova, dizayneri Cavid Kişiyev, nəşriyyat direktoru prof. Telman Vəlixanlı, fotolar üzrə məsləhətçi Rauf Umudov, korrektoru Məlahət Qənbərovadır. Kitab yazıçı və iş adamı Rüstəm Dastanoğlunun dəstəyi ilə çap olunub. Kitabın redaktoru və naşiri Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğludur.
Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bunları bildirib: “28 yanvar tarixi böyük şairimizin anım günüdür. Vaqif Səmədoğlu, mənim fikrimcə, Azərbaycan sərbəst və heca şeirini yeniləmiş böyük şairdir. Və o özündən sonra sərbəstdə və hecada yazan bütün yenilikçi şairlərimizin müəllimidir. Allah ona rəhmət eləsin. Çox yaxşı ki, Vaqif Səmədoğlu Mərkəzi, Mərkəzin rəhbəri, unudulmaz Vaqif müəllimin vəfalı ömür-gün yoldaşı Nüşabə xanım onun irsini yaşadır və Vaqif müəllimin aramızda olmadığı 10 il ərzində çox böyük işlər görüb, görməkdədir. Həm Bakıda, Azərbaycanda yeni-yeni kitablar çap olunub, həm xaricdə şairin irsi təbliğ olunub, əsərləri tərcümə edilib. Müsabiqələr, poeziya gecələri keçirilib, filmlər çəkilib. Bu həm şairin bədii irsinə, həm bütövlükdə ədəbi prosesə verilən töhfədir. Son kitab da Nüşabə xanım təşəbbüsü və bizim iştirakımızla ərsəyə gəlib. Mən yazıçı, iş adamı Rüstəm Dastanoğluna kitabın nəşrindəki iştirakına və köməyinə görə minnətdaram, çox sağ olsun. Bilirsiz ki, ötən Vaqif Səmədoğlunun yubiley ili idi və elə ötən ilin yanvar ayının 28-dən etibarən yubiley tədbirlərinə start verilmişdi. Şairin şeirlərinin qiraəti müsabiqəsi keçirilmişdi. Opera-studiyasında “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın aparıcılığı və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın iştirakı ilə şairin 85 illik yubileyinə həsr olunmuş maraqlı yaradıcılıq gecəsi təşkil olunmuşdu. Milli Kitabxanada şairin yubileyinə həsr olunmuş kitab sərgisi açılmışdı, Qulu Ağsəsin təşəbbüsü, rəhbərliyi ilə “Ulduz” jurnalı “Vaqif Səmədoğlu-85” poeziya müsabiqəsi keçirmişdi. Xəyal Rzanın təşəbbüsü ilə AMEA-nın bağında təşkil olunan “Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nda bir gün “Vaqif Səmədoğlu günü” elan olunmuşdu, Fərid Hüseynin iştirakı ilə Türkiyədə şairin “Mən burdayam, ilahi!” şeir kitabı işıq üzü görmüşdü və İstanbul Beynəlxalq Kitab Yarmarkasında kitab təqdim edilmişdi. Və ən nəhayət konorejissor, əməkdar incəsənət xadimi Elçin Musaoğlunun çəkdiyi “Şeir kimi yaşamaq” filmi ötən ilin dekabr ayında “Nizami” konoteatrında təqdimatı keçirildi. Bu kitabın nəşri isə ötən 28 yanvardan bu yana düz 1 ərzində keçirilən silsilənin, yubiley tədbirlərinin sonuncusudu. Kitab, ona müəyyən mənada kataloq da demək olar, böyük şairimizin maraqlı fikirləri, deyimləri, həmçinin müxtəlif vaxtlarda çəkdiyi fotolardan ibarətdir. Deyimlər, aforizmlər bir ayrı süjey xəttinə malikdir, fotolar bir ayrı, iki müstəqil, üst-üstə düşməyən xətt üzrə təqdim ediliblər. Burda şairin Allah, həyat, ölüm, poeziya, musiqi, bütövlükdə sənət, qadın, intihar və b. mövzularda düşüncələri var, eyni zamanda şairin ailə üzvləri, yaxınlaı və dostlarının portretləri, peyzaj, şəhər təsvirləri, uşaqlar, çoxlu fərqli, belə deyək mövzularda fotoları var. Bu kitab şairin yaradıcılığına və şəxsiyyətinə fərqli bucaqdan baxmağ imkan verəcək. Ruhu şad olsun!”
Şehzade Ahmedova 10 Kasım 2007, Sirderya vilayetinin, Gulistan ilçesinde doğdu. Halima Hudoyberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 11. sınıf öğrencisidir. Şiirleri “Gönül Şarkıları”, “Hayal Dalgaları” antalojısında ve “İrfan ve gençler”, “Manevi Alem” gibi gazetelerde yayımlanmış.
KIZ KARDEŞLERİM
Gönlümün güneşisiniz ve inci gibi, Bu hayatta ikiniz de yegânesiniz, Derdimi anlatmak istediğimde… Kimse yoksa bile sizler varsınız.
Hasta olmayin asla gözümün nurları Yanınızdayım her an gönlümün ak gülleri. Bu hayatta daima mutluluklar yar olsun, Parlak olsun, dileğim geleceğin yollari.
Biriniz tıpkı anneannem gibi, Gönül dostum, sen ise annem gibi. Yüzlerinizden dökülür güneşin ışığı, Hep şefkatle dolun, melek gibi.
Canım kardeşlerim, üzülmeyin asla, Hiç solmasın sizde gönül baharı, Bu gözler yalnızca sevinçten yaş döksün, Sizlerde görüyorum tüm hayallerimi.
Üç kız kardeşiz, üç prensesiz, Bakışlarımızla gönüllere çiçek ekeriz, Hepimizin tahtımız Bahtımız var, Anne babamızın dualarını gerçekleştireceğiz.
AŞK
Ne bir sitemim var sana ne de çığlığım, Mutluluğu hatırlatan ezgin olayım. Olsun, altın duvarlı bir saray kurma bana, Dünyaya bağlanma, dünyan olayım.
Düşün, bir an olsun iç huzuruna kavuş, Denizde dalga gibi savrulup coşayım. Dikenlerim bile senin için güle dönüşsün, Aşk adına, yalnız seninle yaşayayım.
Say tüm nimetleri dünyada, Yeşillik, canlılık, cansız olan her şey. Bil ki inansan da inanmasan da, Hiçbiri garip gönlümdeki aşka benzemez.
Sanki gökyüzünde, bulutlara sarılır gibi, Dünyayı seyreder, sadece sana bakarım. Bugüne kadar mutluluğu hissettim, Âşık olduğumdan beri ben yaşıyorum.
İnsanlar deli der, yalnız bir çılgın diye, Oysa ben vuslatın peşinde perişanım. Aslında deli olan aşk, düşen bu kalbime, Ne dün ne de bugün, doğduğum andan beri.
Tercume: Cahangir NAMAZOV, “Butov Azerbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
MÜŞTERİ MUHAMMEDCANOVA 4 Temmuz 2009’da Taşkent vilayetinin, Be- kobod ilçesinde doğdu. Halima Hudoyberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 9. sınıf öğrencisidir. Şiirleri “Kalb Şarkıları” ve “Hayal Dalgaları” adlı gençler kitaplarında yayımlanmış.
GİTTİM
Yüreğimi attım derin okyanusa, Dönmemek için sonsuza dek buradan. Duygularımı bıraktım çorak toza, Dönsem de bulamasın beni asla zaman.
Gittim, ardımda kaldı nice patikalar, Bugün nice yollar kaldı arkamda. Bir zamanlar bana atılan tokmaklar, Şimdi sebepsizce ağlıyorlar ardından.
Gittim, bedenimi acıya teslim edip, Ruhum için bahaneler aradım belki. Ya dünyadan usanıp ya yorulup, Sadece gittim, ardımda iz bile kalmadı belki.
Gittim, bir ceset gibi hissiz, yüreksiz. Tek farkım canlı gitmemdi bu alemden. Hayatta yaşamak olmuş anlamsız, İnanın, bana ölüm yetmişti zaten.
Gittim, her şeyi Allah’a emanet ederek, Ne yaparsa yapsın yalnız O bilir. Kalbimde tek bir dua ihtiyacı saklı, “Evladım, sağ salim ol” diyen bir ses gelir…
HOCALARIMA
Elimden tuttunuz, yolumu şaşırmayayım diye, Kötülerin dikeni bana batmasın diye. Annem kadar şefkatli, babam kadar ulu, Hocalarım, size bin teşekkür, sonsuz hürmetle.
Bazen sözünüzü iki etsem de, Kimi zaman inatçı, dik kafalı olsam da, Hiç azarlamadınız “o daha çocuk” diye, “Büyüyünce anlar her şeyi” dediniz sevgiyle.
Bugün biz büyüdük, birer filiz gibi, Hayallerin peşinden gidiyoruz şimdi. Bizi uğurlarken gözlerinizde yaş, Dediniz: “Daima mutlu ol, yavrum, arkadaş.”
Nasihatiniz her zaman yolum oldu, Verdikleriniz ders, en büyük kârım oldu. Size şükran sunarak diyorum ki bugün, “Ben de sizin izinizden yürüyorum gönülden.”
Hocam, mutluluğuma hep destek olun, Yanımda bir kaya gibi sağlam durun. İyilik saçmaktan asla yorulmayın, Her an bir gül gibi açın, hep gülümseyin.
Təqdim etdi: Cahangir NAMAZOV, “Butov Azerbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Tanınmış qələm adamı Valeh Heydərin “YAXŞI ADAM” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab milli poeziya janrlarında yazılmış qoşma, gəraylı, təcnis və digər şeir növləri ilə yanaşı, Avropa poeziyasına aid olan sonet, təmsil, tersina kimi janrlara aid çoxsaylı şeir nümunələri ilə də zəngindir.
Kitaba müəllifin çox hörmətli ziyalımız Rəşad Məcidə həsr etdiyi “YAXŞI ADAM “sonetinin adı verilmişdir. İnanırıq ki, kitaba verilən”YAXŞI ADAM” adı onun ümumi qayəsini də çox dəqiq ifadə edir. Çoxşaxəli yaradıcılıq nümunələri ilə zəngin olan, müəllifin sayca altıncı bu kitabının da dəyərli oxucular tərəfindən böyük maraqla qarşılanacağına inanırıq.. Kitabın redaktoru Mərziyə Əliyevadır.
Kitabdan bir nümunəni təqdim edirik:
YAXŞI ADAM (sonet-İngilis variantı)
Çox diqqət edənlər ünvanı tapar Ancaq mən istərəm, sirr kimi qalsın Həmçinin həyatda bütün yaxşılar Oxuyub şeirdən nəsibin alsın
Onun üzündəki təbəssümündən Ətrafda hər kəsə şirin pay düşər Dərin məna dolu gözlər elə şən Baxışlar insanla sevgi bölüşər
Dürüstlük bəzəkdir ömür yoluna Çalışdı etməsin o günahları Bələddir elmin də neçə qoluna Kamillik sayılır dövləti, varı
Nadan öyünməsin şərlə olub tən Dahilər yetişər çünki bəşərdən!
“Yazarlar” olaraq, bu münasibətlə VALEH HEYDƏRi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Bu gün Azərbaycanın tanınmış jurnalisti, BDU-nun Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədlinin doğum günüdür. O, 1942-ci il yanvarın 26-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Filologiya elmləri doktoru, professorudur. Onun indiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində “İlin müəllimi” nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. 2005-ci ildən hər iki müddətə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.
“Yazarlar” olaraq, doğum günü münasibətlə Cahangir MƏMMƏDLİni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!