Bu dəfə “The Virgin Suicides” (Vircin intihar edir) filmi haqqında fəlsəfi və psixoanalitik analiz təqdim edəcəm. Bu təhlil filmdəki hadisələrin, simvolların və xarakterlərin alt qatlarını açmağa çalışır.
FƏLSƏFİ ANALİZ
Ekzistensializm:
Filmin əsas fəlsəfi sualı budur: “İnsan niyə yaşamalıdır?” Lisbon qızlarının həyatı absurdluq və mənasızlıqla doludur. Onların dünyası məhdudiyyət, susqunluq və basqı ilə çərçivələnib. Ekzistensialist fəlsəfəyə görə insan öz mənasını özü yaratmalıdır, lakin bu qızlara yaradıcı seçim haqqı verilməyib. Onların həyatları ailə və cəmiyyət tərəfindən əvvəldən dizayn edilib.
Səssiz üsyanları — intihar — bu mənasızlığa cavabdır. Əslində onlar yaşamaq yox, “yaşamamaq azadlığını” seçirlər. Bu da Camusun “Absurd insan” anlayışı ilə üst-üstə düşür.
Søren Kierkegaard və “ümidsizlik” anlayışı:
Kierkegaard insanın “özündən qaçması”nı və “ümidsizlik” halını intiharın mənəvi kökü sayır. Lisbon qızları da özlərini olduğu kimi yaşaya bilmədikləri üçün ruhən yox olmuşdular. Öz arzularına, hətta öz sevgi ehtiyaclarına belə yaxınlaşa bilmirdilər. Bu ümidsizlik onları tədricən ölümlə tanış etdi.
Simvolizm və zamanın çökməsi:
Film dövrün suburbiyasını tənqid edir. Təmiz, nizamlı küçələr, sakit ailələr, lakin daxildə dərin bir qaranlıq. Bu da Heideggerin dediyi “gündəlik həyatın unudulmuşluq vəziyyəti”ni xatırladır: insanlar öz varlıqlarının dərinliyini itirib, sadəcə mövcud olurlar.
PSİXOANALİTİK ANALİZ
Freud və repressed desires (bastırılmış arzular):
Lisbon bacılarının həyatında əsas motif bastırılmışlıqdır. Onların seksual arzuları, azadlıq istəyi, ünsiyyət ehtiyacı valideynlərin sərt nəzarəti altında qadağalanır. Freudun nəzəriyyəsinə görə, bu cür bastırmalar nevrotik davranışlara, ən ağır halda isə ölüm istəklərinə gətirib çıxarır.
Cecilia’nın ilk intiharı bu sistemin ilk çatlayış nöqtəsidir – bir növ təhtəlşüurun etirazı.
Jung və kollektiv şüuraltı:
Film qızları bir fərd olaraq yox, bir “arxetip” kimi təqdim edir. Onlar bəşəriyyətin “itirilməkdə olan məsumluq” obrazıdır. Jungun “anima” konsepti – kişi şüurunda olan qadınlıq obrazı – bu filmə tam uyğundur. Oğlanların xatirələrindəki Lisbon bacıları real insanlar deyil, ideallaşdırılmış, əbədi sirr kimi qalan varlıqlardır.
Lacan və “Böyük Digər” problemi:
Lacanın nəzəriyyəsində insan daim “Böyük Digər”in – cəmiyyətin, ailənin, dinin – gözlədiklərinə uyğunlaşmağa çalışır. Lisbon qızları bu “Digər”in hökmü altında yaşayıb, öz “özlərini” inşa edə bilmirlər.
Qəhrəman Şəhrili oğullarından biri də Ehtiraz Mejdinovdur. Mejdinov Ehtiraz Oruc oğlu 28.06.1964 – cü ildə Ağdam rayonunun Yusifcanlı kəndinin Şəhrili məhləsində anadan olmuşdur. Onun dünyaya göz açdığı ailə kəndin sayılıb-seçilən kişilərindən biri, rayon üzrə respublika miqyasında tanınmış qabaqcıl kənd təsərrüfatı mütəxəssisi, Şəhrililər içərisində xüsusi hörmət-izzət sahibi olan Oruc (Nəcəfqulu oğlu) kişinin ocağı olub. Zəhmətkeş atanın halal çörəyi ilə böyüyən Ehtiraz 1972 – ci ildə Ağdam rayon Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1982 – ci ildə həmin məktəbi bitirmişdi. Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdi. Sonra doğma kəndi Yusifcanlıya dönmüş və ailə həyatı quraraq öz halal zəhməti ilə yaşayırdı. Övladları dünyaya gəldi. Həyat öz axarında davam edirdi. Ancaq, “necə deyərlər, sən saydığını say, gör zaman nə sayır…” Birinci Qarabağ müharibəsi başlayan ilk gündən Oruc kişinin dörd oğlu və bir nəvəsi (Məmmədrza Mejdinov) döyüşən orduya qoşularaq Vətən uğrunda mübarizəyə qalxdı.
Ehtiraz hələ 80- ci illərin sonlarından kənddə təşkil olunan kəndin mühafizəsi üçün gecə növbələrin ən fəal iştirakçılarından biri olub. 1991 -ci ilin sonu – 1992- ci ilin əvvəllərindən isə artıq rəsmi olaraq ilk yaradılan Azərbaycan Özünümüdafiə könüllü taborlarında xidmətə başlayıb. 1993 – cü ili yayında Ağdam verilənə qədər, Ağdam cəbhəsində vuruşub. Ağdamın işğalından sonra (buna qədər də bir neçə dəfə könülüləri tərxis etmişdilər. Ancaq, hər dəfə növbə ona çatanda Ehtiraz; – “adım Ehtirazdır” – deyib, qətiyyətlə buna etiraz edirdi. ) könülülərin çoxu tərxis olub evinə dönsə də, Ehtiraz qəhrəman, döyüşkən ulu əcdadlarından gələn bir ötkəmliklə eynən Nəbi kimi, – “Vətənin o başı, bu başı olmaz” – deyib Füzuli cəbhəsinə yollandı. O, sona qədər “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” andına sadiq qaldı. Füzuli cəbhəsində uğurlu Horadiz əməliyyatlarının fəal iştirakçısı olan Ehtiraz Mejdinov 10 may 1994 – cü ildə atəşkəsə bir-neçə gün qalmış canından çox sevdiyi Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid oldu. Mütləq bu hadisənin özündə də bir hikmət var. Hələ Ağdam veriləndə bununla heç cür barışmayaraq, Füzuli cəbhəsinə yollanan Ehtiraz indi belə bir sülhü qəbul edərək gəlib başqa yerdə yaşaya bilməzdi. Elə buna görə bu mövzuda söz düşəndə onun fikri həmişə bir olub: – “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” Uca Yaradan onu məhz bu əzabdan qurtararaq ən uca məqama şəhidlik zirvəsinə ucaltdı. Allah rəhmət eləsin… Ruhu şad olsun… Ehtirazı üzlərini doyunca görmədiyi üç övladı yadigar qalıb. Ehtirazın özündən başqa üç qardaşı və böyük qardaşı Ehtiramın (Nəcəfqulu – baba adı) oğlu Məmmədrza Birinci Qarabağ Müharibəsinin iştirakçısı Müharibə Veteranıdır.
Hərdən mənə sual verirlər: Müharibə “Niyə bizim yaradıcı ziyalılar: yazıçı, şair, rəssamlar müharibə mövzusuna bu qədər çox əhəmiyyət və yer verirlər. Axı müharibədən 35 il keçib… tamaşaçı, dinləyici, tənəzzövçü yorulub bu mövzudan. Bəs deyilmi? Yox bəs deyil… müharibənin xalqlarımıza vurduğu yara elə böyük, onun nəticələri bu günkü gənclik üçün o qədər dərin tərbiyəvi, əxlaqi əhəmiyyətə malikdir ki, bu mövzu hələ bizə neçə nəsil yaradıcı ziyalı məşğul edəcək. Hələ bir neçə nəsil nasir, şair, rəssam bu mövzuya müraciət edəcəkdir. Neyçünmü? Buyurun. Vaxtı ilə bir ərəb müxbirin eynilə beləcə sualına verdiyi cavaba bənzər bir cavab verim: Axı hələ indi də bir üzü qız bir üzü gəlin ikən, ölüncə ana olmaq dadını bilmədiyi halda qarıyıb nənəyə çevrilən, hələ də gözlərini nişanlısının getdiyi yollara dikən sədaqətli qızlar göz önündədir. Atası gedəndə sonra dünyaya gətirdiyi yeganə övladını ögey ata etməyib, hörüyünü birini ağ – birini qara hörmüş, dulluq qurşağını bərk bağlamış, bircə balasını min ata zəhməti ilə böyüdən gəlin analar göz önündədir. Axı bürüşük yanaqlarında 41-ci ilin yaşı hələdə qurumayan oğulların cəbhələrdə, qanlı hərbin udduğu, amma indi də buna inanmayıb nişan üzüyü, örpəyi yığılmış boğçanı titrək əllərlə sığallayan müqəddəsə çevrilmiş analar göz qabağındadır və bütün bunlar öz əslini, nəsəbini xaricdən gəlmə bir cındıra dəyişməyə hazır olan bəzi para cavanlar üçün əbədiyyət heykəli kimi örnəkdir. Məgər biz müharibə mövzusundan belə asanlıqla ayrıla bilərikmi? Mənim əziz dinləyicilərim müharibədən keçən bu otuz beş il ərzində haqqında heç danışmayan bir kənd haqqında sizə danışmaq istəyirəm. Vətənpərvərlik mövzusundan canlı mücəssəməsidir bu kənd. Bu kənddə çox olanda on altı, az olanda on beş ev var idi. Səbəbi də bu idi kənd sakinləri Şahbala sözü üzə deyən qardaşı pəhləvan. Bəybaladan tez-tez küsür, bir saat içində evini, bir çətən külfətini də götürüb dəvəyə yükləyir, köçüb harasa gedərdi. Hirsi soyuyanda pəhləvan qardaş gedib onun köçünü yenə dəvəyə yükləyib əvvəlki yurduna gətirərdi. Qardaşların arvadları küləş Fizzə ilə Mehriban Bəyim bir qazan südü aş bişirib elliklə yeyər, yenə də can bir qəlbdə yaşardılar. Kənddə məmə yeyəndən pəpə deyənəcən bir-birini nəinki yaxşı tanıyırdı, hətta bu gecə şam eləyib – eləmədiyini, yuxuda nə gördüyünü də bilərdi. Gah on beş , gah on altı evlik kənddə əhalinin sayı əllini heç etməmişdi, məktəbi yox idi. Xırdaca kolxoz zor-bəla öz əkərini əkə, biçərini biçə bilsin deyə onları gah bu, gah da o biri qonşu kolxoza, ayrıca briqada kimi qoşardılar. Kənddə nə radio var idi, nə də hətta neftlə yanan pilətə, çıraq da yox idi. Axşam olcaq mal heyvan farağatlanana kimi yerlərinə girər, dan üzü ayılıb iş-güclərinə başlardılar. Nə traktor var idi, nə yük, nə minik maşını, hər şey əl ilə görülürdü, yaba, şana, kürək, bel, vəl-kotan, bütün “texnika”da bundan ibarət idi. Elə bilməyin ki, mən inqilabdan əvvəlki kənddən danışıram, yox, lap Böyük Vətən müharibəsi başa çatanacan da kəndi belə görmüşdüm. Kəndə əl çatmırdı, ün yetmirdi. Göydən bir gilə yağış düşən kimi yollar dizəcən lehməyə dönürdü. Zarafatca “Azərbaycan Kamçatkası” adlandırılan bu kəndə gediş-gəliş kəsilirdi. Yayacan taxıl əkər, heyvan bəslərdilər. Meyvənin üzünü bazarda görərdilər. Hər şey taxılla bağlıydı. Bütün xəbərlər bura gec çatırdı. Amma dava xəbəri elə həmin gün çatdı. Qara xəbərin ayağı yügrək olar – deyib babalar. Elə həmin gün səfərbər oldu. Qazıməmməd rayonunun Tağılı kəndi. – Sovet ordusuna, döyüşən cəbhəyə nəyi vardısa verdi. Şahı ana bircə balası Rüstəmi bağrına daş basıb Hacıqabulacan yola saldı. Qayıtmadı Rüstəm, elə Rüstəm deyə-deyə köçdü dünyadan Şahı ana. Ayxanım ana iki oğlunu Qardaşxanla Zülfüqarı, Nurxanım ana Ağasəfərlə Fətixanı(Fətulla), gəlin yaşmaqlı Güləbətin körpəsi Zöhrəni kürəyinə sarıyıb istəkli əri-kəndin cavan kolxoz sədri İsfəndiyarı, onu əvəz edən qoca kolxoz səbri Məmmədşah kişi oğlu İbrahim, qaynı Balayrəhimi, bütün kəndin cavanları Əlbabanı, Əzizi, Seyfullanı… və ümumiy-yətlə bu on iki evli xırdaca kənd böyük Vətən müharibəsi cəbhələrinə 16 döyüşçü yola saldı. Hər ev başına biri düşürdü. Kəndin bütün qız gəlini, qarısı əli çomaq tutan uşağın qurşağını daha da bərk bağladı və bu kənd onun işçi qüvvəsi üçün ağlasığmaz dərəcədə çox ərazidə taxıl əkməyə, dövlətə verməyə başladı. Arvad-uşaq elə döşlərdə yollarda kotan sürüb löhran yer şumlayırdı ki baxanın başı gicəllənirdi. Dö-yüşən orduya taxıl da verdi, ət də. Yun köynək, corabda toxudu verdi, mis qazanlarda sərinc də yığdı. Əlindən gələni elədi. Müharibə illərində də onlarla əlaqəm kəsilməmişdi. Ara-bir gedərdim. dərd-sərlərinə şərik olardım. Dava qurtardı. Tağılı kəndi Pirsaatın o biri sahilinə köçdü. İndi burada evlər nar, heyva, sərv, çinar, ağacları içində yaşıllığa qərq olub. İliç lampaları kəndə televizor, soyuducu gətirib. On altı ev otuz beş olub, əhalisi üç yüzə çatıb. çoxuşaqlı qəhrəman analar, zəhmətsevər atalar… səkkiz illik məktəb, yüz yerli klub… İndi yenə burdayam. Müharibə veteranı Zülfüqar kişinin qonağıyam. Albomu vərəqlədikcə acılı-şirinli əski xatirələr məni kövrəltmişdi. Axtardığımı tapa bilmirdim, amma tanış simalar indi uşaqlıq cizgilərini itirmiş, üzləri güclə xatırladırdı. Birdən bu alboma və onun sahibinə xas olmayan iki şəkil nəzərimi cəlb etdi. Birində ağ saçlı bir rus qadını, ikincisində Moskva Kremli fonunda çəkilmiş dörd gənc şəkil. Çevirdim, baxdım. Gənclərin şəkilinin arxasında heç nə yox idi. Qadının əksinin ardında solğun mürəkkəblə bu sözlər yazılmışdı. “На память о Пензе: нерусскому сыну от русской матери” Tarix də yox idi, ad da. Zülfüqar kişinin üzünə baxdım, dinməzcə oturub gözlərini mənim baxdığım şəklə zilləmisdi. Bir aləm ömür yaşamış, dünyanın acısını, şirinini görmüş bu gözlər mənə elə gəldi ki, nəmlənib, onlardan biri nəvaziş, mehribanlıq oxunurdu. Sualımı gözləmədi. Həzin bir nağıl danışan kimi sözə başladı: – Anamı tanımasaydın doğmaca anamdı deyərdim; amma indi ikinci anamdı deyirəm. O şəkildəki cavanlar, oğlu, gəlini və nəvələridi. Səni yorsamda tarixcəsini bir az uzaqdan başlamalıyam. Cəbhəyə yerlilərimizlə birgə getmişdim. Əvvəl Şimal Qafqazda 90-cı ehtiyat polkunda polkovnik Hüseynovun komandanlığı ilə hazırlıq keçdik. Sonra ikinci Ukrayna cəbhəsində döyüşlərə girişdik. 379-cu atıcı polkda idim. Əl pulemyotu atırdım. Xarkovdan Dnepro-Petrovskacan bir aydan da çox vuruşa-vuruşa keçdik. Dneprin keçilməsindən Dnepropetrovskin azad edilməsində, Kirovoqrad uğrunda vuruşmalarda mənim də payım var. Mənim də qanım orda axıb. Əvvələ yüngül qəlpə yarası aldım, döyüşlərdəcə sağalıb yenidən pulemyotumun dəstəyindən yapışdım. 27 noyabr 1943-cü ildə Kirovoqrqad uğrunda vuruşmalarda ağır yaralandım. Məni Penza qosbitalına göndərdilər. Həkimlərimiz sağ olsun, sağaltdılar məni, ancaq daha döyüşə bilməzdim. Odur ki, Penzada fəhlə şəhərində silah zavodunda çalışmağa başladım. Elə ikinci ana adlandırdığım Valentina Qriqoryevna Sadovnikova ilə də orda tanış oldum. O mehriban gözlərlə əlindəki şəklə baxıb sözünə davam etdi: – Valentina Qriqoryevna silah zavodunda sex rəisi işləyirdi. Əsli Moskvadan idi, zapodla bura köçmüşdü. Mən də qospitaldan təzəcə çıxmışdım, çox qan itirmişdim, yara-larım hələ tam sağalmamışdı. Valentina Qriqoryevna məni öz evinə aldı. Mənə əsil analıq etdi. 1946-cı ildəordudan tərxis olana kimi məni bəslədi. Az payının çoxluğu mənə saxladı, yedirtdi, qulluq elədi. Yaram sağaldı, qana-cana gəldim. Ayrılıb Bakıya gələndə həmin şəkli mənə bağışladı. Kəndimizə qayıdan kimi məni kolxoza sədr seçdilər. Az keçmədi evləndim, oğul-uşaq sahibi oldum. Amma Valentina Qriqoryevna ilə bir-birimizi unutmadıq. Yazışırıq, ailəmizin birgə şəklini doğma diyarımın ətirli nemətləri ilə ona göndərirəm. Bu gördüyün də onun övladlarının şəklidir. Təkcə özü yox, bacısı Klavdiya Qriqoryevna Sadovnikova da məni unutmayıb. Stalinqrad uğrunda qəhrəmanlıqla vuruşan bu igid qadın indi Moskvada yaşayır və mənimlə yazışır. Valentina Qriqoryevna 1968-ci ildə vəfat etmişdisə də ailəsilə əlaqəmiz kəsilməyib. Onun oğlu İqor Moskvada mühəndisdir. Mənimlə ailəvi dostluq edir, mənə qardaş deyir. Anamız Valentina Qriqoryevnanınxatirəsini yad edir, gediş gəlişimiz də var Ümumiyyətlə dost barəsində mənim bəxtim gətirib. Elə 1943-cü ildə əvvəlcə yaralananda aldığım qəlpə bədənimdə qalmışdı çox əziyyət verirdi mənə. Sədr işləyirdim. O za-manlar maşın-zad yox idi. At üstündə gəzdikcə, qəlpə də in-cidirdi məni. Axırı on ildən sonra 1953-cü ildə yıxdı məni, yaman yıxdı. O zaman bizim bu Udulu sovetliyi Qazıməmməd rayonuna baxırdı. Məni Hacıqabul stansiyasındakı xəstəxanaya gətirdilər. Cərrah İsrafilov çətin əməliyyat aparıb müharibə yarasının-qəlpəsini bədənimdən çıxartdı. “Al, yadigar saxla, dost” dedi. Elə o gündən də dostluğumuzun təməli daşı o qəlpəynən qoyuldu. İndiyəcən Qazıməmməd Dəmiryol xəstəxanada cərrah işləyən İsrafilovla dostluğumuz davam eləyir. O zaman mənim cəbhə yoldaşlarım olan Tava kəndindən Hüseynov Məmməd, Ağayev Teymur, Salyandan Əliyev Həsən Rəşid oğlu, öz kəndimizdən Məmmədov Əziz, Qocayev Rüstəm, Qədirov Mehdi, Əliyev Əlibala, Salmanov Seyfulla… kimi deyim təkcə bizim kənddən gedənlərdən onu qayıtmadı. On altı evli balaca bir kəndən on nəfər! Cəmi əlli nəfər də əhalisi yox idi. On qurban verdi bizim kənd. Hər dörd-beş nəfərdən biri. Lap Belorusiya kimi. Sonra incikliklə əlavə elədi:
-Hamıdan hər yerdən yazırlar, amma bizim boyuna görə bu qədər qurban vermiş kənddən yazan yoxdur. Unudublar bizi deyəsən. – Yox – dedim – heç kim və heç nə unudulmayıb. Darıxma, sizin kənddən də, anaların böyük faciəsindən, oğulların əf-sanələrə sığmaz qəhrəmanlarımızdan yazarlar. Heç kim unudulmayıb.
TƏNHALIQ MƏKTUBU Bu gecə gecəni varaq-varaq qaranlığına bəyaz misralar kimi yazdım göz yaşlarımı … Bu gecə üfüqlərin qəlbi sıxılmasın deyə dan yerindən asdım baxışlarımı . Bu gecə misralarımın alnından öpdüm , anamın duaları diksindi … Gecənin qulağına Adını pıçıldadım dodaqlarım isindi. Tənhalığı körpə uşaq kimi sıxdım köksümə. Və bu gecə məktub kimi yolladım özümə…
“Sevda qəhrəman qızdı”. Bu sözləri illər öncə Nəriman Həsənzadə demişdi Sevda Əlibəyli haqda. Mən hələ onda Sevda xanımı şəxsən tanımırdım. Nəriman müəllimin yazı-pozu işlərini görürdüm Mətbuat və İnformasiya naziri olanda.
“Söz” jurnalının ilk baş redaktoru və təsisçisi Şəkər Aslanın vaxtsız vəfatı, Sevda xanımın ona dost, həmkar sədaqəti, jurnalı ağır maddi sıxıntı içərisində olmasına baxmayaraq, çox çətinliklə çap etdirməsi barədə də Nəriman müəllim danışmışdı mənə. Sonra Sevda xanımla şəxsi tanışlığımız və iş əlaqəmiz başladı. Və elə o zamandan bu əlaqə çox doğma, əziz insanıma çevirdi onu. Hətta ailə dostumuz, əzizimiz oldu. Özü də, dəyərli ömür-gün yoldaşı Mükafat müəllim də, gözəl balası Toğrul da.
Sevda Əlibəylidən söz düşəndə həmişə kövrəlirəm… İstər ailəsi uğrunda, istər dostluqda, istər yaradıcılıq yolunda ürəyinin yağını necə əritməsi gözlərim qarşısında olub bu illər ərzində…
Sevda xanım gözəl jurnalistdir, yazıçı-publisistdir. 11 kitab müəllifidir. Ağır maddi duruma baxmayaraq, mətbuatımıza xidmət edən “Söz” jurnalının illərdir nəşrinin dayanmaması üçün fədakarlıq göstərən, milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən Azərbaycan qadınıdır.
Böyük bir kollektivin görəcəyi işin ağırlığını illərdir zərif çiyinlərində daşıyan bir xanımın nəşr etdirdiyi “Söz” jurnalının mətbuatımıza xidməti danılmazdır. Bunu ictimai-siyasi xadimlər, səlahiyyət sahibləri, millət vəkilləri də jurnalın yubileylərində dəfələrlə vurğulayıblar.
Sevda xanım kimi ziyalılarımız cəmiyyətimizə çox lazımdır. Belələrinə dəyər verməliyik ki, gənclik də bu yolla getsin… Axı bu yol – Zərdabi yoludur…
Sevda xanıma mənim bir minnətdarlıq borcum da var. Qeyd etdiyim kimi o, son dərəcə etibarlı, təmənnasız dostdur.
Həyatımın ən çətin anlarında, əzizlərimi ard-arda itirdiyim zamanlarda Sevda xanım ağrıyan ürəyilə yanımda oldu həmişə, hər an.
Həssas ürəyə sahib olan Sevda xanım açıq ürək əməliyyatı keçirməli olanda çox qorxutdu bizi. Ağır koronavirusa yoluxduğundan və ağır şəkər xəstəsi olduğundan, çox çətin əməliyyatın məsuliyyətini üzərinə götürən fəxrimiz, dünya şöhrətli kardioloq-cərrah Rəşad Mahmudovun peşəkarlığı və onu sevənlərin duaları sayəsində Allah Sevda xanımı yenidən bizə bəxş etdi.
Ümid edirəm ki, bu il yubiley yaşını qeyd edən Sevda xanım layiqli olduğu fəxri adı almaqla da bizi sevindirəcək.
Sevda xanıma möhkəm cansağlığı, yaradıcılıq uğurları arzu edirəm.
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑“”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
Etel Lilian Voyniçin “Ovod” romanı insanın vicdanı ilə dövlərin mənafeləri arasındakı daimi toqquşmanı göstərən ağrılı bir aynadır. Romanın qəhrəmanı Artur– şəxsiyyət axtarışı, ədalət uğrunda apardığı mübarizə yalnız XIX əsrin Avropasını deyil, bu günkü dünyamızın dəhşətli suallarını da yenidən gündəmə gətirir. Arturun keçdiyi yol müəllimlikdən inqilabçılığa, təqiblərdən ölümə doğru – hüququn sadəcə əmr və qadağalardan ibarət olmadığını, onun mənəvi-prinsipsel əsaslara söykəndiyini xatırladır. Dövlətin yaratdığı qanunlar, bəzən insanın təməl ehtiyaclarını, azadlıq və ləyaqət hislərini boğmaq üçün alətə çevrilir; “Ovod” isə göstərir ki, əsl hüquq insanın vicdanından gələn dəyərsizləşdirilə bilməyən haqqıdır. Əsər azadlığın ikili mahiyyətini açır: o, bir tərəfdən xarici basqıya, diktaturaya, senzura və təqiblərə qarşı müqavimət deməkdirsə, digər tərəfdən insanın öz daxilindəki qorxu ilə üz-üzə gəlməsi, özünə xəyanət etməmək cəhdidir. Arturun təkcə hakimiyyət orqanlarına yox, həm də sədaqətsizlik, qorxu və mənəvi inamsızlıqla mübarizəsi, bugünkü cəmiyyətdə özünü “normal” göstərmək üçün hətta ədalətsizliyə xidmət edənlərin də vicdanında soraq salır. Müasir dünyada kadr islahatları, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi barədə danışarkən, əslində bu romanın vasitəsilə vurğulanan məsələni – hər bir fərdin özündə başlamalı olan vicdan və məsuliyyət hissini unutmamalıyıq.
Bu gün korporativ maraqların ön plana çəkildiyi və hüquqi demokratiyanın kağız üzərində qaldığı müasir reallıqlarda “Ovod”un səsi hələ də canlıdır. Saxta informasiya kampaniyalarının, sarsıdıcı sosial bərabərsizliklərin hökm sürdüyü bir dövrdə, Arturun fədakarlıq ideyası elə ilkin insani məqsəd – həqiqət və ədalət axtarışıdır. Bu, sadəcə tarixi inqilabın əks-sədası deyil, həm də bugünkü mənzərədə hələ də davam edən insan hüquqlarının pozulmasına qarşı kəskin etirazdır. Biz “Ovod”da ədalətin ən yüksək fəlsəfi zirvələrini görürük: qanunvericilik yalnız kağız parçası deyil, onun ruhunda insan ləyaqətinə hörmət dayanmalıdır.
Sonda demək olar ki, “Ovod” yalnız üsyan romanı deyil, həm də hüquqi və mənəvi seçimin metaforasıdır. Arturun taleyi bizə xatırladır: sükut və itaət seçimi hər zaman mümkündür, lakin ədalətsizliyə göz yummamaq, insan olmağın azadlıq təməlidir. Bu gün hər birimiz fərdi səviyyədə öz “daxili “Ovod”umuzla üz-üzə gəlməli, öz vicdanımızın sərhədlərini tanımalıyıq. Əsərin göstərdiyi ən vacib dərs budur: həqiqi dəyişiklik qanunların cərgəsində bitmir, o, hər birimizin içində başlaya bilər. Arturun yolu yalnız fiziki mübarizə deyil, həm də “öz-özünə qarşı dürüstlük” müsabiqəsidir, müasir cəmiyyətdə isə bu müsabiqənin qalibi olmaq üçün, əvvəlcə, özümüzü bütün sosial rol və etiketlərin arxasında gizlətməməliyik. Bu, həm hüquqi, həm də fəlsəfi məsələdir və Voyniçin romanı onu bütün bəşəriyyətə ünvanlayır.
Sən məni dalğa-dalğa, ləpə-ləpə oxuyursan, Mən səni misra-misra , vərəq -vərəq yazıram. Sən məni ümman -ümman , nehir -nehir dinləyirsən, Mən səni qaya-qaya , sahil-sahil susuram. Qulağına şeir pıçıldayıram Təptəzə, dupduru , tərtəmiz, ləkəsiz. Çox bənzəyirik bir -birimizə , Bircə fərqimiz var, Sən qayaya söykənirsən , mən sənə, Anam dəniz , sonam dəniz !
****
Ayaq altında üşüyürdü yollar, Sapsarı xəzəllər külək vurduqca qımıldanırdı yerlərində yorğun -yorğun. Qollarını qucaqlayıb oturmuşdu yol qırağındakı üryan ağaclar , üst -başından tökülən ümidsizlikdən utana -utana dayanmışdılar ağac kimi. Buludlar çətirini açmışdı torpağın üstə, Sonuncu nəfəsini verirdi son bahar .
Minalar çiçəkləyib, güllələr gül qoxulu, Qan izinin üstündə çiçəklər qucaq-qucaq. Müharibə sözünü biz bu gündən unudaq, Sevincə, xoşbəxtliyə hamımız qucaq açaq.
Bir az qəlbini dinlə, dünya sənsən, dünya mən Bəsdir daha qırğınlar, top səsi, güllə səsi. İnsan insan öldürməz, axı cəllad deyilik, Dünyamızı bürüsün quş səsi, körpə səsi,
Təbəssümü unudub çöhrələr gör nə vaxtdı, Hamı dərdli, qəzəbli, düşmən gəzir özünə. Analar qara geyib, uşaqlar yetim qalıb. İnsan, nəyə uymusan, pərdə enib gözünə?…
Silahların yerinə gül bağçası yaradaq Aləm cənnətə dönsün dünyamızın qoynunda. Bu mülkün sahibi var, kimsə hökmran deyil, Çox zalımlar dizini yerə qoyub sonunda.
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.