
Ad gününüz mübarək olsun, Ceyhun müəllim, hörmətli ziyalımız!
SADƏLİK — İNSANI YÜKSƏLDƏN DƏYƏR
(sonet)
Ceyhun — ismindəki məna çox dərin,
O, gur axan sudur, çağlayan çaydır.
Məftunluq bəzəyər bütün hisslərin,
Nurlu siması da bədirli Aydır.
Safsınız — bax, budur sizə yaraşan,
Həyatda de, belə gözəllik hanı?!
Oldunuz ulduztək parlaq sayrışan,
İşığa bürüyən gen asimanı.
Alim məqamına çatmaq şərəfdir,
Başı uca edər elmə xidmətin.
Düzgün gedilən yol — Haqqa tərəfdir,
Zirvələr fəth etmək asan yox, çətin.
Lovğalıq edənlər işləri əyər,
Sadəlik — insanı yüksəldən dəyər.
Müəllif: VALEH HEYDƏR
Oxuyun >> Gözündə tük var