Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü Təranə Məmmədin doğum günüdür! Şad günü münasibəti ilə Təranə xanımı təbrik edir, can sağlığı, uzun ömr və yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!
Rəşad Məcid “Şuşa” şeiri. Təqdim edir: Nuray Şahsuvarlı.
ŞUŞA Min şəhər adı var dillər əzbəri, Adların ən üstün adıdı Şuşa. Musiqi notudur cüt hecasıyla: Şu-Şa Dilimin şəhdidir, dadıdı Şuşa. * * * Ciyərdə nəfəsdir, damarda qandır, Ruha qanad verən sirli məkandır, Bilib eşidəndir, güc artırandır, Qoşundur, əsgərdir, ordudur Şuşa. * * * Qoynuna hər gələn yüz xəyal eylər, Qıraqda qalanlar qeylü-qal eylər, Birini coşdurar, birin lal eylər, Tilsimdir, ovsundur, cadudur Şuşa. 2021
Bu gün tanınmış alim, el ağsaqqalı Qurban Bayramovun doğum günüdür! Şad günü münasibətilə Qurban müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Var olun Allah Sizi qorusun, Qurban müəllim!
AZƏRBAYCAN BAYRAĞI Millətimin fəxridi, haqqa gedən yoludu, Koroğlumun qılıncı, Babəkimin qoludu, Müstəqillik günəşi, Azadlıq simvoludu, Seyr elə, igid əsgər, dalğalanan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * “Balam” deyib ağlama, o millətin balası, Vətən yolunda getdi, qurdu qeyrət qalası, Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası, Ucalarda saxlayar, tökülən qan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * Yaşılı İslamçılıq, göyü Turan şanıdı, Vətən oğlu, qırmızı şəhidlərin qanıdı, Ümummilli liderin bizə ərmağanıdı, Oğullardı ucaldan, ata sancan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * Tanrıdan səda gələ, yazdığın haqqa yaza, Mələklər səcdə edə, bu aya, bu ulduza, İgid oğlanlarımız, sevdiyi gözəl qıza, Atsın zərif çiyninə, versin nişan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * Azadlığın yanğısı alışar, sönməz dedi, Millətim haqq yolundan, heç zaman dönməz dedi, Bir dəfə qalxan bayraq, bir daha enməz dedi, Endirmərik bir daha işıq saçan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * Könlümdə göyərəni Qarabağda bitirsin, Dalğalansın, arzumu Savalana yetirsin, Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin, Düşmənlərin köksünü oda yaxan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * Hayqırır azad ölkəm tiranlara, şahlara, Son qoyulsun deyirik zülmlərə, ahlara, Qaranlıq gecələrdən, işıqlı sabahlara, Oyatsın səhər mehi, oxşasın dan bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı! * * * Gözəldi qarlı qışı, həmdə yazı Vətənin, Qəriblikdə bilinər dadı-duzu Vətənin, Uğrunda şəhid olaq, yada qazi Vətənin, Yolunda verək qurban, qorusun can bayrağı. Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azərbaycan xalqının öz müstəqilliyinin qorunması üçün apardığı mücalidənin uğuru Güclü Lider, Güclü Ordu, Güclü Xalqın birliyinin Vətənin azad və müstəqilliyinin təmin etməsinə dünya şahid oldu.
Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü törpaqlarımızın mənfur düşmən tapdağından azad olunmasında əldə olunmüş möhtəşəm Qələbəmizə imza atıldığı zamanda qeyd edilir.Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması, güclü liderin, Xalqın, Ordunun birliyinin təntənəsi Varislik və Yeniliyin vəhdətidir!
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsi parlaq səhifələrindən birini təşkil edir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdu.
28 may bizim ücün nə deməkdir? Bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanın davamı və varisidir, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq hərəkatinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən almışdır. Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə – cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirilmişdir. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi.
Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.
Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Hər bir səhifəsi biz azərbaycanlılar üçün müqəddəs və doğma olan Cümhuriyyətin təşəkkülü XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda geniş vüsət almış milli-demokratik hərəkatın başında duran insanların hər birinin adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır. İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti dörd fakültədən (tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb) ibarət Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Noyabrın 15-də isə universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Həmin dövrdə universitetdə 1094 tələbə, o cümlədən 217 azad dinləyici təhsil alırdı. Parlament universitetin açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 azərbaycanlı gəncin xaricə göndərilməsi, hər bir tələbəyə 400 frank təqaüdün, 1000 frank yol xərcinin təyin olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48780 nəfərə çatdı. Bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. AXC-nin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunmasında da əhəmiyyətli işlər görmüşdü. 16 iyunda Milli Şura və Azərbaycan Hökuməti Gəncəyə, sentyabrın 17-də oradan Bakıya köçmüş, noyabrın 19-da Azərbaycan parlamentinin təsis olunması barədə qərar qəbul olunmuş, 7 dekabrda isə Azərbaycan Milli Məclisi artıq fəaliyyətə başlamışdır. 19 noyabr 1918-ci il – heç şübhəsiz dünyanın yeni siyasi tarixinin ən önəmli günlərindən biridir. Parlamentarizm, özünüidarəetmənin ən vacib aləti kimi şərq dünyasında ilk dəfə məhz Azərbaycanda tətbiq olundu.100 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman şərqində Avropa tipli idarəetmə prinsiplərinə keçən ilk dövlət oldu və bu prosesdə o, Türkiyə Gümhuriyyətini bir neçə il qabaqladı. İdarə üsuluna görə ADC parlament respublikası idi. Parlament respublikası, xalqın demokratik haqq və hüquqlarını yüksək səviyyədə təmin edən ən mütərəqqi idarəetmə sistemi kimi elə 21-ci əsrdə dünyada sayılan ölkələrdə tətbiq olunur. “İstiqlal Bəyannaməsi” yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. “Bəyannamə”də elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı.Seçki qanununa görə, Azərbaycanda qadınlarla kişilərin seçib-seçilmək hüquqları eyni idi. AXC vətəndaşlara demokrtik haqq və özgürlüklər təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu və bu işdə Azərbaycan parlamentinin müstəsna rolu vardı.1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimizin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun yaşadığını təsdiqlədi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər aradan qaldırıldı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.
Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirmişdir.
VƏTƏNİ SEVMƏK AZDİR, SEVDİRƏ BİLMƏK GƏRƏK! VƏTƏNİN OLMAQ GƏRƏK!
Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir.
Çağdaş poeziyamızın tanınmış siması, filologiya üzrə fəlsəfə doktoru,”Mahmud Kaşğarlı Beynəlxalq Fondunun “San Yarlığı” mükafatçısı, “Kitab Evi” İB-nin sədri, AYB- nin üzvü şair Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabının möhtəşəm təqdimatına və ad gününə yıgışmışdıq… Şeirləri türk, ingilis, fars, fransız, rus, qırğız və özbək dillərində tərcümə olunmuşdur: Od burda, hava burda torpaq burda,su burda, Tanrının yolu düşüb bizdən öncə bu yurda Qurban dedim bu canı Ona sevgim əzəldir, Mənim oldugu üçün Azərbaycan gözəldir…. Adilə Nəzərin bütün şeirlərində vətən sevgisi, vətəndaşlıq qüruru, mərdlik, təvazökarlıq hissləri və qələbə ilə başa çatan II Qarabag Müharibəsi şəhidlərinə həsr olunmuş mövzuları geniş yer tutur. Şeirlərində dilimizin gözəlliklərini qoruyur, çünki dilimizi qorumaq Vətəni qorumaqdır, bu da əsl vətənpərliyin əsas meyarıdır. Adilə xanım şəhidlərimizdən Xudayarın, Albert Aqarunovun, general Polad Həşimovun, Atiq İbrahimovun, Camal İsmayılovun, Cəbrayıl Dövlətzadənin və neçə-neçə igidlərimizin xatirəsinə həsr etdiyi şeirlərində ürək yanglsı ilə: Gözünü yummadın soyuq səngərdə Gecələr bizin də yuxumuz azdı Sən ey fateh ogul,sən ey sərkərdə, Şəninə min dastan yazılsa azdı Xoşbəxt sabaha ümidlə yaşamagın – deməsi, Gəlsəm bir gün yalvarsan aglasam… Göz yaşlarımla yuyulsa illərin kiri, kədəri Hər şey dəyişsə… gül çiçəklə sevişsə… torpaq bərəkətli olsa hava günəşli, Həyat sevgi kimi tərtəmiz, agappaq… gəlsəm bir gün aglasam, hər şey dəyişərmi, Qarabag?!- düşüncələri ilə vəsf edir. Adilə xanım qazilərimizə olan ehtiramını da şeirlərinə köçürür: Üz-üzə dayanıb mənfur yagıyla Keçib imtahandan can sınagıyla, Girdiyi meydandan tək ayagıyla Çıxan qaziləri salamlayıram. Gedib babaların şanlı iziylə Savaşa atılıb bıçaq-nizəylə… Gözünü itirib,könül gözüylə, Baxan qaziləri salamlayıram…. Qoymadı zəfərə bizi tamarzı, O, xan qaziləri salamlayıram…. Adilə Nəzərin “Bir ovuc gün işıgı” kitabı sayca on birinci kitab olsa da, şeirlər toplusu olaraq 8-ci kitabıdır.Şeir nədir?-deyən şairə: “Mən sənin dostlarına yeni bir dost bagışlamaq istədim- bütün kitablarımda, şeir..”-deyir. Adilə Nəzərin ədəbi – bədii yaradıcılığından saatlarla, günlərlə danışsaq da azdır. Bunu təqdimata toplaşanların da ürək sözlərindən də gördük…
Mayın 26-sında AYB -nin Natəvan klubundakı görüşdə Yazıçılar birliyinin katibi, yazıçı- publisist Elçin Hüseynbəyli giriş sözü ilə iştirakçıları salamlayaraq şairənin yaradıcılıgından səmimiyyətlə söz açdı. Tədbiri aparan hörmətli şairimiz Yusif Nəgməkar Atatürk mərkəzinin direktoru-akademik Nizami Cəfərovun ürək sözlərini dinləmək istədiyimizi təklif etdi. Akademik şairənin poetik düşüncələrini incəliklə dinləyicilərə çatdıraraq ad gününü də təbrik etdi. Bəli, sairənin yaradıcılıgından danışmaqla söz bitmir. Bunu çıxış edənlər –Əsəd Cahangir, yazıçı-tərcüməçi, şairimizin işlədiyi Təhsil İnstitunun professoru Akif Abbasov, ADA Universitetinin professoru Nəriman Qasımzadə, şair- tərcüməçi-professor Xaqani Qayıblı, yazıçı -jurnalist Zenfira Məhərrəmli, yazıçı–publusist İradə Tuncay, Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, yazarlar – Səfər Alışanov, Əlabbas Baglrov, Ayaz Arabaçı, İlqar Türkoğlu, Kəmaləddin Qədim və başqaları bir daha çıxışlarında fəxrlə ürək sözlərini qeyd etdilər… Rəssamlar-Sehran Allahverdi və Şəmsəddin Böyükdüzlü rəngli boya ilə işlədikləri portretləri Adilə xanıma bagışladılar…. Naxçıvandan, Qəbələdən, Göyçaydan, Neftçaladan və digər yerlərdən də gün işıgına toplaşanlar tədbiri daha maraqlı və ugurlu etdi… Bəli gördük ki, Adilə Həzərin səmimiyyəti, bir qadın kimi məsumlugu, ədəbi yaradıcılıgındakı dil ustalıgı şeirlərində daim görünür… Zalımlıgı, fagırlıgı nə imiş Bəxtin belə sağırlığı nə imiş, Əlli yaşın agırlıgı nə imiş, Söz yükünü çəkə bilən adama….. və ya: Qarışdırma ayaqları başlara, Çox dəyibdi başın daşdan – daşlara Ay Adilə, sən də qoşul quşlara, Qoşul, ürək vaxtı- könül vaxtıdır.. İstedadlı alim və gözəl şairəmiz sizə bol, tükənməyən yaradıcılıq ugurları, möhkəm can saglıgı arzulamaqla bir ovuc gün işıgında dünya boyda xoşbəxtlik arzulayıram. Dərin hörmət və ehtiramla:
Nəzakət Kərimova Əhmədova
yazar -publisist,”AJB -nin üzvü,”Yazarlar “jurnalının əməkdaşı,”Xarıbülbül” Ədəbi Məclisinin sədri,” Bizim Qala” jurnalının redaktoru.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış alim, şair Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabını təqdimatı olub. Tanınmış qələm adamlarının iştirakı ilə baş tutmuş tədbirdə “Yazarlar” jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA yazarlar adından müəllifə “Ziyadar” diplomunu təqdim edib. Fotolar: